Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-4/2025 16.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, himayəsində iki azyaşlı uşağı olan, Göyçay rayonun Çayarxı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda, yəni 9,09 qram kustar üsulla hazırlanmış narkotik vasitəni qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2024cü il tarixdə saat 15:50 radələrində Göyçay şəhəri, Natəvan küçəsində saxlanılaraq RPŞnə gətirildikdən sonra, həmin tarixdə saat 16:31-dən 16:41-dək ünvan 1 ünvanında yerləşən Göyçay RPŞ-nin inzibati binasında üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 02 ədəd kibrit qutusunda, ayrıayrılıqda təmiz çəkiləri 4,44 qram və 4,65 qram olmaqla, ümumi təmiz çəkisi 9,09 qram, yəni xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşakr edilərək götürülmüş, eləcə də həmin tarixdə sat 17:14-dən 17:38-dək Təqsirləndirilən şəxs yaşadığı Göyçay rayonu, Çayarxı kəndində yerləşən evin həyətyanı sahəsinə baxış keçirilən zaman onun yaşadığı Göyçay rayonu, Çayarxı kəndində yerləşən evin həyətindən istintaqa məlum olmayan vaxtda torpağa əkməklə yetişditib kultivasiya etdiyi 08 ədəd, yəni xeyli miqdarda hündürlükləri 178 sm-dən 318 sm-dək olan, yaş vəziyyətdəs ümumi təmiz çəkisi 7390,0 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərərk kökündən çıxarılmaqla qablaşdırılıb götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilmir, CM-nin 237.1ci maddəsi ilə özünü təqsirli bilir. O, heç bir yerdə rəsmi olaraq işləmir, təxminən 1 ildir ki, «nəşə» adlandırdığı narkotik vasitələrdən istifadə edir. Belə ki, bir neçə dəfə yerdən tapdığı «nəşə»ni istifadə etdikdən sonra toxumlarını toplamış, daha sonra 2024-cü ilin mart ayının sonlarında həmin toxumları yaşadığı Göyçay rayonu, Çayarxı kəndində yerləşən evin həyətyanı bağ sahəsində qarğlıqda torpağa səpmiş, bundan sonra mütəmadi olaraq həmin toxmlara yetişməsi üçün qulluq etmişdir. Toxumlardan 8 ədəd narkotik tərkibli çətənə bikisinin bitməsini görmüş və buna görə də həmin bitkilərin inkişaf etməsi üçün onları suvarmış, lakin yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitki əkməsi barədə ailə üzvlərindən heç kimə məlumat verməmişdir. Onun narkotik tərkibli bitkiləri əkdiyi bağ sahəsi qarğılıq olduğu üçün həmin yerə ailə üzvlərindən heç kim getməmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 15:50 radələrində Göyçay şəhəri, Natəvan küçəsində etibarnamə əsasında idarə etdiyi atasına məxsus Vaz 21099 markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobildə «Nar» otelin yaxınlığından yolun kənarında dayanmış, həmin vaxt sərnişini qeyd etdiyi yerdə düşürdükdən sonra bir qədər avtomobildə dayanaraq yeni sərnişin gəlib-gəlməyəcəyini gözləmişdir. Həmin vaxt 4 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, özlərini təqdim edərək Göyçay rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər, bundan sonra ona üzərində narkotik vasitə saxlaması, daşıması və istifadə etməsi barəsində onlarda məlumat olmasını bildirmişlər və həmin məlumatın yoxlanılması üçün onlarla birlikdə Göyçay RPŞ-nə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə Göyçay RPŞ-nə getmiş, RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs qismində tutulmuş, bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı polis əməkdaşı ondan üzərində olan əşyaları bir-bir masanın üzərinə qoyaraq təqdim etməsini tələb etmiş, bundan sonra həmin vaxt əynində olan qara rəngli cins şalvarın sol cibindən 02 ədəd kibrit qutusunu və həmin şalvarın sağ cibindən avtomobilinin açarlarını, “Realme” markalı mobil telefonunu, 1 manat pul və 02 ədəd bank kartını masanın üzərinə qoymuşdur. Həmin kibrit qutularının içərisində olan kütlənin nə olmasını soruşmuş, o polis əməkdaşına həmin kütlənin narkotik vasitə olmasını bildirmiş, həmin narkotik vasitəni yaşadığı evin həyətyanı sahəsində əkdiyi narkotik tərkibli bitkilərdən yığıb qurutduğunu bildirmişdir. Amma bunu polis əməkdaşları ona fiziki təhziq göstərdiyindən etmişdir, onlardan qorxduğundan həmin qutuların ona məxsus olduğunu etiraf etmişdir. Sonra ona məxsus avtomobilə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş, lakin baxış zamanı avtomobildən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmiş, daha sonra polis əməkdaşı ondan yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuş, o da polis əməkdaşına yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları, müdafiəçi və aqronom ilə birlikdə yaşadığı Göyçay rayonu, Çayarxı kəndində yerləşən evinə getmiş, evin həyətyanı sahəsinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin bağ sahəsində əkdiyi narkotik tərkibli bitkiləri təqdim etmiş, bundan sonra həmin bağ sahəsində onun tərəfindən əkilmiş ümumilikdə 08 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilmiş, həmin bitkilər bir-bir kökündən çıxarılmış, metrə vasitəsi ilə uzunluqları ölçülmüş, ən böyük bitkinin uzunluğu 318 sm, ən kiçiyinin uzunluğu isə 178 sm olmuş, bundan sonra həmin bitkilər kisələrdə qablaşdırılmiş və üzərinə möhür vurulmuş, sonra baxış başa çatmışdır. O, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitki əkibbecərməsi barədə ailə üzvlərinə və ya başqa şəxsə heç bir məlumat verməmiş, heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamış, həmin biktilərə qulluq etmiş, suvarmiş, torpağını yumuşaltmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvvəkkili vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə ona xx.xx.1995-ci ildə Göyçay rayonunda anadan olmuş, Göyçay rayonu Çayarxı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə alüdəçisi olması, üzərində narkotik vasitə saxlayıb daşıması, həmçinin yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməsi barədə əməliyyat məlumatı daxil olmuş, buna görə də həmin məlumatın yoxlanılması üçün tərəfindən müvafiq sənədləşmələr aparılmış, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirində iştirak edəcək şəxslərdən ibarət əməliyyat qrupu yaradılmış, CAB-nin əməliyyat müvəkkiləri Ziyad Budaqlı, Şahid3, Şahid4 və o əməliyyat qrupuna daxil edilmişlər, daha sonra Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün tərəflərindən tədbirlər keçirilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Göyçay şəhəri, Natəvan küçəsində yerləşən “NAR” otelin yaxınlığında idarə etdiyi avtomobildə olması müəyyən edilmiş, buna görə də həmin yerə getmişlər, bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi VAZ21099 markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobildə olduğunu görmüşlər, buna görə də dərhal Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək Göyçay RPŞ-nin CAB-nin əməkdaşları olduqlarını, həmçinin üzərində narkotik vasitə saxlaması daşıması, eləcə də yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə onlarda məlumat olmasını bildirmişlər, daha sonra həmin məlumatın yoxlanılması üçün ona Göyçay RPŞ-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs Göyçay RPŞ-nə gətirərək təhvil vermişlər, bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarışda o da iştirak etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli cins şalvarın sol cibindən 02 ədəd kibrit qutusunu polis əməkdaşının müvafiq göstərişindən sonra masanın üzərinə qoyaraq təqdim etmiş, həmin kibrit qutuları açılan zaman onların içərisində yaşıl rəngli bitki kütləsinin olması aşkar edilmiş, həmin bitki kütləsi elektron tərəzidə çəkilmiş və çəkiləri 7,40 və 7,62 qram olmuş, həmin kibrit qutuları kağız zərfdə qablaşdırılaraq üzərinə möhür vurulmuş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən 01 ədəd mobil telefon, bank kartları da götürülərək qablaşdırılmış, polis əməkdaşı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bitki kütləsinin nə olmasını və haradan əldə etdiyini soruşmuş, Təqsirləndirilən şəxs isə həmin bitki kütləsinin narkotik vasitə olmasını və yaşadığı evin həyətində əkib-becərdiyi narkotik tərkibli bitkinin yarpaqlarından yığıb qurutduğunu bildirmiş, daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi VAZ21099 markalı avtomobilə baxış keçirilmiş, lakin baxış zamanı həmin avtomobildən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmiş və götürülməmiş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı Göyçay rayonu, Çayarxı kəndində yerləşən evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı həmin evin bağ sahəsində torpaqda əkilmiş ümumilikdə 08 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər olması aşkar edilmiş, həmin bitkilərə aqranom tərəfindən baxış keçirilmiş, aqranom həmin bitkilərə baxış keçirdikdən sonra həmin bitkilərin narkotik tərkibli olması, onlara aqrotexniki qaydada qulluq edilməsini bildirmiş, bundan sonra həmin bitkilər kökündən çıxarılmış və hündürlükləri ölçülmüş, ən hündür bitkinin uzunluğu 350 sm, ən kiçik bitkinin uzunluğu isə 178 sm olmuş, bundan sonra həmin bitkilər müvafiq ekspertizanın təyin edilməsi məqsədi ilə qablaşdırılmış və üzərinə möhür vurulmuş, bundan sonra baxış başa çatmış, şəxsi axtarış və baxışın keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərindən aşkar edilmiş narkotik vasitəni yaşadığı evin həyətində əkdiyi narkotik tərkibli bitkilərdən yığaraq qurutduğunu bildirmiş, lakin onun narkotik vasitəni haradan əldə etməsini müəyyən etmək mümkün olmamış, Təqsirləndirilən şəxs baxış zamanı aşkar edilmiş narkotik tərkibli bitkiləri 2024-cü ilin mart ayının əvvəllərində özü istifadə etmək məqsədi ilə əkdiyini söylədiyini bildirmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, X4, Şahid4 şahid qismində dindirilmiş Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Göyçay RPŞ-in inzibati binasında olan zaman ona üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə, istifadə etməkdə, həmçinin yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli olan Təqsirləndirilən şəxs tutulması və onun üzərinə şəxsi axtarış aparılmalı olması bildirilmiş, buna görə də şəxsi axtarışın aparılmasını videoçəkiliş vasitəsi ilə qeydə alması üçün dəvət etmişlər, əvvəlcə RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmış, o da videoçəkilişi aparmış, ilk olaraq təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, daha sonra üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet narkotik vasitə və.s olub-olmamasını soruşaraq əgər vardırsa təqdim etməsi tələb olunmuş, bu tələbdən sonra Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 02 ədəd kibrit qutusunu polis əməkdaşının müvafiq göstərişindən sonra masanın üzərinə qoyaraq təqdim etmiş, həmin kibrit qutuları açılan zaman onların içərisində yaşıl rəngli bitki kütləsinin olması aşkar edilmiş, həmin bitki kütləsi elektron tərəzidə çəkilmiş və çəkiləri 7,40 və 7,62 qram olmuş, həmin kibrit qutuları kağız zərfdə qablaşdırılaraq üzərinə möhür vurulmuş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən 01 ədəd mobil telefon, bank kartları da götürülərək qablaşdırılmış, polis əməkdaşı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bitki kütləsinin nə olmasını və haradan əldə etdiyini soruşmuş, Təqsirləndirilən şəxs isə həmin bitki kütləsinin narkotik vasitə olmasını və yaşadığı evin həyətində əkib-becərdiyi narkotik tərkibli bitkinin yarpaqlarından yığıb qurutduğunu bildirmiş, daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21099 markalı avtomobilə baxış keçirilmiş, lakin baxış zamanı həmin avtomobildən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmiş və götürülməmiş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı Göyçay rayonu, Çayarxı kəndində yerləşən evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı həmin evin bağ sahəsində torpaqda əkilmiş ümumilikdə 08 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər olması aşkar edilmiş, həmin bitkilərə aqranom tərəfindən baxış keçirilmiş, aqranom həmin bitkilərə baxış keçirdikdən sonra həmin bitkilərin narkotik tərkibli olması, onlara aqrotexniki qaydada qulluq edilməsini bildirmiş, bundan sonra həmin bitkilər kökündən çıxarılmış və hündürlükləri ölçülmüş, ən hündür bitkinin uzunluğu 350 sm, ən kiçik bitkinin uzunluğu isə 178 sm olmuş, bundan sonra həmin bitkilər müvafiq ekspertizanın təyin edilməsi məqsədi ilə qablaşdırılmış və üzərinə möhür vurulmuş, bundan sonra baxış başa çatmış, şəxsi axtarış və baxışın keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs AR CM 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə 26 iyun 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində AR CM 234.1 və 237.1-ci maddə ilə cinayət işi başlanılmışdır. Aqronom mütəxəssis Şaiq İsmayılovun xx.xx.2024-cü il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs məxsus həyətyanı torpaq sahəsində becərdiyi 08 (səkkiz) ədəd yaşıl bitkilər aqrotexniki qaydada kultivasiya olunmuş narkotik xassəli çətənə kollarıdır. Aqrotexniki qaydada qulluq göstərilmiş, alq otlarından təmizlənmiş, dibi yumşaldılmış, kökündə peyin qalıqları vardır, peyin şirəsi ilə qidalanmışdır. Təqsirləndirilən şəxs bitkiləri əkdiyi torpağa və dibçəyə baxış keçirilkən torpaq nümunələrin peyin və kübrə ilə qarışıq, nəm halda olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X2 Bölməsindən alınmış 26 iyun 2024-cü il tarixli 3-16-16-2-17/560 saylı rəydə göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərilərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazısı, adlar və imzalar olan 02 (iki) ədəd zərflərin içərisindəki, hər birində 01 ədəd olmaqla ümumilikdə 02 ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri- 4,44 qram, 4,65 qram, ümumi təmiz çəkisi 9,09 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 02 ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata olunmuş 03 ədəd sintetik kisələrin içərisindəki ümumilikdə 08 (səkkiz) ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkiləri- 7390,0 qram bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X3 25 iyun 2024-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs həyətindən götürülmüş torpaq nümunəsi” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sellofan torbanın içərisindəki torpaq nümunəsində əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Çətənə bitkilərinin ümumi təmiz çəkisi 7390.0 qram, cəmi tədqiqata sərf edildi 0,40 qram (hər ob 0,05 qr) qalıq 7389.6 qram. Marixuananın təmiz çəkisi 4.44 qram, tədqiqata sərf edildi 0.02 qram, qalıq 4.42 qram. Marixuananın təmiz çəkisi 4.65 qram, tədqiqata sərf edildi 0.02 qram, qalıq 4.63 qramdır. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs AR CM 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 22 iyul 2024-cü il tarixli 1247 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs Zaləddin oğlunun xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 adlı uşaqları vardır. Məhkəmə baxış iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir (şəxsi axtarış 16:31-dən 16:41-dək davam etmişdir). Videoçəkilişdən görünür ki, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs paltarında, əşyasında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli cins şalvarın sol cibindən 02 ədəd kibrit qutusunu masanın üzərinə qoyaraq təqdim etmiş, həmin kibrit qutuları açılan zaman onların içərisində yaşıl rəngli bitki kütləsinin olması aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərində saxladığı 2 ədəd kibrit qutusunun narkotik maddə olan marixuana olduğunu şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitəni isə öz yaşadığı evin həyətində əkdiyini bildirmişdir. Məhkəmə baxış iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı Göyçay rayonu Çayarxı kəndində yerləşən evin həyətyanı sahəsinə videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi iştirakl ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə saat 17:14-dən 17:38-dək keçirilmiş baxış zamanı onun yaşadığı Göyçay rayonu, Çayarxı kəndində yerləşən evin həyətindən zaman onun yaşadığı Göyçay rayonu, Çayarxı kəndində yerləşən evin həyətindən istintaqa məlum olmayan vaxtda torpağa əkməklə yetişditib kultivasiya etdiyi 08 ədəd, yəni xeyli miqdarda hündürlükləri 178 sm-dən 318 sm-dək olan, yaş vəziyyətdəs ümumi təmiz çəkisi 7390,0 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərərk kökündən çıxarılmaqla qablaşdırılıb götürülməsi müəyyən edilmişdir. Hüquqi məslələr: Cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilməklə ilkin olaraq verdiyi izahatda, sonradan isə istər şübhəli şəxs qismində, istərsə də təqsirləndirilən şəxs qismində dindirilərkən əynində olan qara rəngli cins şalvarın sol cibindən 02 ədəd kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuananı istifadə etmək üçün üzərində saxlamasını, qurudulmuş marixuananı yaşadığı evin həyətyanı əkdiyi narkotik tərkibli bitkilərdən yığıb qurutduğunu göstərmişdir. İbtidai istintaqın sonunda da 26 iyun 2024-cü il tarixli cinayət işinin materialları ilə tanış etmə protokolundan da görünür ki, təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə iş materialları ilə tanış olan vaxtı verilmiş cinayət işinin ibtidai istintaqına heç bir əlavəsinin, etirazının və vəsatətinin olmamasını bildirmişdir. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, təqsirləndirilən şəxsin CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir və həmin maddə ilə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Həmin ifadə məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından, tədqiq edilmiş sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbirliliyi üzrə qiymətləndirilmiş və tədqiq edilmiş sübutlar ittiham hökmünün çıxarılması üçün kifayət etmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana (kannabis) xeyli miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) — üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 19-cu bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə, CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 66.2-ci maddəsinin tələblərənə uyğun olaraq az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Barəsində seçilmiş seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan ekspertiza tədqiqatından sonra qalan 08 ədəd, 7389.60 qram çəkidə olan çətənə (kannabis) bitkiləri, 01 ədəd sellofan torbada qablaşdırılmış torpaq nümunələrində olan bitki hissəcikləri və eləcə də ekspertiza tədqiqatından sonra qalan 9.05 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər həbsdə saxlanıldığı 2 gün müddət ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay rayon Polis şöbəsində saxlanılan 03 ədəd sintetik kisədə qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalan 08 ədəd 7389.60 qram çəkidə olan çətənə (kannabis) bitkiləri, 01 ədəd sellofan torbada qablaşdırılmış torpaq nümunələrində olan bitki hissəcikləri və eləcə də ekspertiza tədqiqatından sonra qalan 9.05 qram çəkidə qalmış qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının 35 manat 97 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Göyçay rayon Vəkil Bürosunun hesabına (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ**********0000002944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) köçürülsün. Hökmdən 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №1(046)-4/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-4/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver