Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-40/2022 16.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1989-cu ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, evli, himayəsində bir azyaşlı övladı olan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbayçan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 yanvar 2022-ci il tarixdə saat 09 radələrində sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Ford Tranzit” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobili Ü.Hacıbəyov küçəsində yerləşən 93 nömrəli yaşadığə evin həyətindən çıxarıb əks istiqamətdə Ü.Hacıbəyov küçəsi 84 A nömrəli yaşayış binasının həyətində yerləşən saxlanc yerindən (qaraj) satacağı süd məhsulları götürmək üçün avtomobili həmin binanın həyətində geriyə doğru hərəkət etdirərkən binanın birinci giriş blokunun yaxınlığında səkinin üzərində qoyulmuş ağ rəngli plastik su çəninin yanından keçdikdə «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda Qanunun bu tələbini pozaraq binanın qarşısındakı ağ rəngli həmin su çəninin yanından əks istiqamətdə yerləşən qaraja doğru hərəkət edən piyada, xx.xx.1957-ci il təvəllüdlü X1 yolu əks istiqamətə tam keçməsini gözləmədən qeyd olunan maddənin tələblərinə əməl etməməsi səbəbindən idarə etdiyi avtomobilin arxa sağ tərəfi ilə Zabit Qasımovu vuraraq qabırğaların sol tərəfi, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX və sağ tərəfli İV, V, Vİ çoxqəlpəli,yerini dəyişmiş sınıqları, sol ağ ciyərin cırılmış yaraları fonunda toxumasına qansızmalar, dalaq qapısında qansızma, sol sirkə kasasının qəlpəli yerdəyişmiş sınığı,Th3,Thl2,Ll fəqərə cisminin stabil kompression sınıqları, sol bud başının arxaya tam çıxığı, gövdənin arxa səthində sol kürək üstü nahiyədə, belin aşağı hissəsində və büzdüm sümüyü proyeksiyasında və sol bazunun yuxarı 1/3-nin arxa səthində sıyrıqlar, sol bazunun yuxarı 1/3-nin və sol dirsək oynağının arxa səthlərində dərialtı qansızmalar, sol dizin ön səthində və sol alm nahiyəsində yumşaq toxumaların əzilmiş-cırılmış yaraları fonunda dərinin epidermis qatının sıyrılmış yarası xəsarətləri yetirərək, yol hərəkəti qaydalarını pozmaqla ehtiyyatsızlıqdan Zabit Qasımovun ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, eyni zamanda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə görə sürücü yol nəqliyyat hadisəsi zamanı zərərçəkənlərə tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, hadisə və özü haqqında müvafiq icra hakimiyyəti orqanlarına xəbər verməli olduğu halda Qanunun bu tələbini də pozaraq yol nəqliyyat hadisəsi yerindən qaçmışdır.Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, sürücülük hüququ olmaqla, etibarnamə əsasında idarə etdiyi “Ford Tranzit” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə süd məhsullarının satışı ilə məşğul olur. Belə ki, süd məhsulları sexindən həmin malları götürməklə mağazalara paylayır. X2 tanıyır və onun ilə hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Zabit Qasımov onun yaşadığı həyət evinin qonşuluğunda Ü.Hacıbəyov küçəsində yerləşən 84 A nömrəli 2 mərtəbəli çox mənzilli yaşayış binasında yaşayırdı. xx.xx.2022-ci il tarixdə Masallı rayonuna gedib, oradan mal götürüb Bakı şəhərinə gedəcəkmiş. Belə ki, əvvəlcədən fikirləşmiş ki, Masallı rayonundan yağ məhsulu götürdükdən sonra anbarda yığılmış geri qaytarılası olan süd məhsullarını isə Bakı şəhərinə aparıb təhvil verəcəkmiş. Buna görə də saat 09 radələrində avtomobilin mühərrikini işə salıb idarə etdiyi “Ford Tranzit” markalı avtomobili arxa-arxaya idarə edib yaşadığı evin həyətindən küçəyə çıxarmış, bundan sonra geri qaytarılası vaxtı keçmiş malları qarajdan götürmək üçün avtomobili 10 km/saat sürətlə arxa-arxaya idarə edib yaşadığı evlə əks istiqamətdə yerləşən 84 A yaşayış binasının həyətində, yaşadığı evlə təxminən 40 metr məsafədə binanın birinci giriş bloku ilə üzbəüz olan qaraja doğru idarə etməyə başlamışdır. Avtomobili geriyə doğru hərəkət etdirərkən, həmin vaxt avtomobilin sağ yan güzgüsündən arxaya diqqət edirmiş. Həmin vaxt Zabit Qasımovun binanın divarının yanında yerdə olan ağ rəngli plastik su çəninin yanında dayanmasını və avtomobilinin arxa tərəfinin onun tuşuna çatmağa 2-3 metr məsafə qalmış X11 dayandığı yerdən yolun əks tərəfinə, yəni qarajlara tərəf keçməsini anidən sağ yan güzgüdən görmüşdür. Buna görə də avtomobilin sürətini tam yavaşıdıb 4-5 km/saat sürətə salmış ki, Zabit Qasımov da avtomobilin arxa tərəfindən qarajlara doğru yolu keçsin. Ancaq sağ güzgüdən onun avtomobilin arxa hissəsinə keçməsini görsə də, onun avtomobilin arxasından tam keməsindən əmin olmaq üçün sol yan güzgüyə baxdıqda, avtomobilin arxası tərəfindən yolu əks tərəfə keçmədiyini və eyni zamanda avtomobilin arxa təkərlərinin də sanki hər hansı maneəyə dəyib təkərərin dirəndiyini hiss edib dərhal əyləci axıra qədər basıb avtomobili tamamilə dayandırmışdır. Bundan sonra avtomobildən aşağı düşmüş və sol tərəfdən avtomobilin arxa hissəsinə keçib baxdıqda Zabitin avtomobilin arxa sağ təkərinin altında qalmasını və üzü üstə yerdə uzanıqlı vəziyyətdə olmasını görmüşdür. Belə ki, Zabitin ayaqlarının avtomobilin arxa sağ təkərinə dirənmiş vəziyyətdə görmüşdür. Zabiti kənara çəkib avtomobilin təkərinin altından çıxarmışdır. Həmin vaxt sonuncunun huşu özündə olmuş ondan nə baş verdiyini soruşduqda, sonuncu da ona yıxıldığını bildirmişdir. Zabiti kənara həmin ağ rəngli su çəninin yanına tərəf çəkib üz gözünə su vurub baş nahiyyəsindən axan qanı yumuşdur. Həmin vaxt Zabit Qasımovun bədəninin müxtəlif nahiyyələrindən xəsarət almasını görmüşdür. Həmin vaxt həyacanlı vəziyyətdə olduğundan nə edəcəyini bilməmiş, buna görə də dərhal həmin binada yaşayan dostu Tamerlan Kərimova zəng edərək Zabitin idarə etdiyi avtomobilin altına yıxılmasını və təcili olaraq binanın həyətinə düşməsini xahiş etmişdir. Bu zaman binanın həyətində başqa mənzildə yaşayan qonşu Aynur adlı qadın da onlara tərəf qaçaraq yanlarına gəlmişdir. Həmçinin, binada yaşayan Fəzilə adlı qadın və dostu Tamerlan da həyətə düşüb yanlarına gəlmişdir. Həmin vaxt Zabit onlara bildirmiş ki, sonuncuya köməklik edərək qarajının içindəki kravata aparsınlar. Tamerlan ilə birlikdə Zabitin qollarından tutub yerdən qaldırmaq istəsələr də, onun addım ata bilmədiyini və ayağının ağrımasını onlara dediyi üçün yenidən onu həmin yerə uzatmışlar. Bundan sonra dərhal dostu X12 yardım xidmətinə zəng edib oraya çağırmış, həmçinin, Aynur da Zabitin oğlu Zahirə zəng edərək bu barədə məlumat vermişdir. Az sonra oraya X15 əməkdaşları gəlmiş, bu zaman dostu Tamerlan və TTY avtomobilini sürən şoferlə birlikdə Zabiti yerdən qaldırıb TTY avtomobilində olan xərəyə uzatmışlar. Bu zaman Zabitin oğlu Zahir də oraya gəlmişdir. Bundan sonra təcili yardım maşını Zabiti Göyçay rayon Mərkəzi xəstəxanasına aparmışlar. Həmin gün mal gətirməyə gedəcəyi üçün və eləcə də hadisədən sonra Zabitin normal şəkildə danışdığını gördüyü üçün onun vəziyyətinin yaxşı olmasını fıkrləşmiş, buna görə binanın həyətindəki qarajdan vaxtı keçmiş məhsulları yığıb Masallı rayonuna getmək üçün yola çıxmışdır. Ancaq Kürdəmir rayonunun ərazisində olarkən, tanışı, Samir ona zəng edərək Zabitin öldüyünü və onun tez rayona qayıtmasını bildirmişdir. Bundan sonra Göyçay rayonuna qayıtmış, ilk əvvəl rayon polis şöbəsinə gəlib, avtomobilini duracağa təhvil vermiş, sonra isə olduğu kimi izahat vermişdir. Törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Zərçəkmiş şəxsin hüquqi varisi X8 göstərmişdir ki, X3 onun atasıdır. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Göyçay rayon “Kolxoz” bazarında olarkən mərhum atasının qonşusu Aynur ona zəng edərək, atasının binanın həyətində yıxılmasını buna görə də oraya TTY maşını çağırdıqlarını bildirmişdir. Dərhal atasının yaşadığı binanın həyətinə getmişdir. Binanın həyətinə çatdıqda binada yaşayan sakinlərin oraya toplaşdığını, atasının X15 avtomobilində olan xərəyə qoyulmasını və həmin vaxt atasının huşunun özündə olmasını görüb bir az rahatlaşmışdır. Bundan sonra X15 avtomobilinin arxasınca Göyçay rayon Mərkəzi xəstəxanasına getmişdir. Oraya getdikdən sonra həkimlər atasına ilkin müayinə edərkən onun əynindəki paltarları çıxardıqda ayaqlarının və bədəninin bir neçə sümüklərinin sınmasını, həmçinin baş nahiyyəsinin də əzilərək qan axmasını bilmişdir. Təxminən 5-10 dəqiqə həkimlər atasını müayinə etsələr də, ancaq atası xəstəxanada vəfat etmişdir. Sonradan ona məlum olmuşdur ki, tanışı Təqsirləndirilən şəxs idarə etdiyi Ford Tranzit markalı ** DO *** nömrəli avtomobilini mərhum atası Zabit Qasımovun yaşadığı binanın həyətində arxa-arxaya idarə edərək binanın həyətində olan qarajına doğru hərəkətdə olarkən binanın həyətində olan ağ rəngli su çəninin yanı tərəfdə dayanan atası Zabiti ehtiyatsızlıq nəticəsində avtomobilinin arxa hissəsi ilə vurmuş, nəticədə atası avtomobilin arxa sağ təkəri altında qalaraq xəsarətlər almış və sonra vəfat etmişdir. Baş vermiş hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, onunla barışmışdır, Tərlandan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilən X5 göstərmişdir ki, 08 yanvar 2022-ci il tarixdə saat 10:30 radələrində yaşadığı 2 mərtəbəli binada çarpayıda yatarkən Tərlan istifadəsində olan ***-***-**-** mobil nömrədən onun mobil nömrəsinə zəng edərək təmkinli halda məişət əşyalarının təmiri ilə məşğul olan qonşu Zabit dayının binanın qarşısında yerə yıxıldığını və təcili olaraq evdən çıxıb məhləyə binanın qarşısına gəlib Zabit dayıya kömək etməsini demişdir. 5 dəqiqə müddətində evdən çıxıb binanın qarşısında həyətə düşən zaman qonşusu Zabit dayının bədənin qurşaqdan yuxarı hissəsinin yolun asfalt olan hərəkət hissəsinin kənarındakı plastmas çənin borularında söykəndiyini, zarıya-zarıya bədəninin hər yerinin ağrıdığını demişdir. O, da Zabitin bədənin birdən-birə hansı səbəbdən ağrıdığını soruşduqda Zabit ona yıxıldığını, onu təcili olaraq qarajındakı çarpayıya çatdırıb uzandırmağı bildirmişdir. Zabiti çarəsizlik içərisində gördükdən sonra özünü toparlayıb bir neçə dəqiqə ərzində X13 zəng edərək ünvan barədə məlumat vermişdir. Tərlandan Zabitin hansı şəraitdə yıxılıb xəsarət aldığını soruşduqda X16 markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini işə salıb yaşadığı evin həyətindən arxa-arxaya çıxarmağa hazırlaşan zaman Zabitin həyətin qapısı ilə ilə üzbəüz yerləşən tranformatırm yanından keçib binanın qarşısında olan qarajlara doğru getdiyini gördüyünü, maşını işə salıb geriyə verib həyətdən məhləyə çıxdıqdan sonra isə yan güzgüdən geriyə baxan zaman Zabiti yerdə uzanaqlı vəziyyətdə xəsarətlər içərisində olduğunu gördüyünü, Zabitin xəsarət almasının səbəbini soruşduqda Zabitin ona yıxıldığını dediyini bildirmişdir. Təxminən 15 dəqiqə sonra X15 maşını hadisə yerinə gəlib Zabitə ilkin tibbi yardım göstərdikdən sonra o, Tərlanla birlikdə Zabiti X15 maşınına qoyub sonra isə Tərlanla birlikdə edilmiş sifarişlər üzrə yaşadıqları binanın qarşısında olan anbardan ərzaq mallarını 15-20 dəqiqə müddətində Ford Tranzit markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləmişlər. Tərlan avtomobili işə salaraq rayonun mərkəzində yerləşən “Bolluq” marketə gedib sifarişləri verib geri qayıdacağını demişdir. Binaya qalxıb evə daxil olmuşdur. Təxminən 15 dəqiqə sonra Tərlan ona istifadəsində olan ***-***-**-** mobil nömrədən zəng edərək anbarın qarşısında olduğunu və ərzaqların sifarişləri ilə bağlı hesabat yazıb Masallı rayonuna gedəcəyini demişdir. Həmin gün Tərlan Masallı və Bakı şəhərindən satmaq məqsədi ilə süd məhsulları almağa getməli olub. Təxminən 20 dəqiqə müddətində hesabatı hazırladıqdan sonra Ford Tranzit markalı, **- DO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə əyləşib avtomobil ilə tək getmişdir. Təxminən 40 dəqiqə sonra yaşadığı binanın qarşısına polis əməkdaşlarının toplaşdığını görmüşdür. Həmin vaxt məlumatı olmuş ki, Zabit Göyçay rayon Mərkəzi Xəstəxanasına aparıldıqdan sonra orada vəfat edib. Tərlan Zabitin yıxılaraq xəsarət alması ilə bağlı ona məlumat verdikdən sonra o,hadisə yerinə gələn zaman və sonra polis əməkdaşları hadisəı yerinə gələn ana kimi olan müddət ərzində Tərlanın hərəkətlərində hər hansı dəyişiklik hiss etməmiş, özünü təmkinli aparmasını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid1 göstərmişdir ki, Zabit Qasımov onun qonşusu olmuşdur. 08 yanvar 2022-ci il tarixdə saat 09 radələrində o, pəncərdən çölə baxdıqda Tərlana məxsus ağ rəngli Ford Tranzit markalı avtomobilin arxası tərəfə binanın həyətində səkinin üstündə olan su çəninin tuşunda dayanıqlı vəziyyətdə olub. Avtomobilin arxa tərəfində Zabit Qasımovun yerdə uzanıqlı vəziyyətdə və Tərlan da onun baş ucunda dayandığını görüb. Evdən çıxıb onların yanına nə baş verməsini öyrənməyə getmişdir. O, onların yanına çatdıqda, Zabit Qasımovun huşu özündə olub. Həmçinin, Tərlan da Zabitin baş nahiyyəsindən axan qanı yumuşdur. Həmin vaxt nə baş verdiyini soruşduqda Zabit yıxıldığını bildirmişdir. Az sonra ora binada yaşayan Tamerlan, Fəzilədə gəlmişlər. Bundan sonra Zabit onu yaxınlıqdakı qarajında olan çarpayıya uzatmağı bildirdiyi üçün Tərlan və Tamerlan yerdə uzanıqlı vəziyyətdə olan Zabiti yerdən qaldırmaq istələrdə, ancaq Zabit bərk ağrıdığını və onu elə olduğu yerdə qalmasını bildirmişdir. Tamerlan dərhal X15 xidmətinə zəng edib məlumat vermişdir. Zabit yıxıldığını dediyi üçün Tamerlan da TTYX-nə eyni qaydada məlumat vermişdir. O, da dərhal Zabitin oğlu Zahirə zəng edərək atasının binanın həyətində yıxılmasını bildirmişdir. Az sonra Zahir də oraya gəldikdə artıq Təcili yardım maşını oraya gəlmişdir. Ancaq hadisədən bir neçə saat sonra ona məlum olmuşdur ki, Tərlan avtomobili arxa-arxaya idarə edərək qaraja gələrkən ehtiyatsızlıq nəticəsində Zabit Qasımovu vurub xəsarət yetirmişdir. Zabit Qasımovun yıxılmağını öz gözləri ilə görməmişdir. Tərlanın Zabiti maşının arxasıyla vurması barədə ona heç bir söz demədiyini bildirmişdir. Hadisədən bir neçə saat sonra Tərlanın Zabiti avtomobillə vurmasını öyrənmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid3 göstərmişdir ki, Göyçay RPŞnin CAB-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. Göyçay rayon sakini Təqsirləndirilən şəxs tanıyır. 08 yanvar 2022-ci il tarixdə saat 10 radələrində Göyçay RMX-dan rayon polis şöbəsinə daxil olmuş məlumata əsasən Göyçay şəhəri Z.Binyadov küçəsində yaşayan 1957-ci il təvəllüdlü X1 müxtəlif bədən xəsarətləri almasını və xəsarətin hansı səbəbdən almasının müəyyən olmadığı bildirilmiş, bundan sonra digər polis əməkdaşları ilə birlikdə dərhal Göyçay rayon mərkəzi xəstəxanasına getmişlər. Ora getdikdən sonra məlum olmuş ki, Zabit Qasımov xəstəxanaya çatdırılsa da sonuncu orada vəfat etmiş, baş vermiş hadisənin hansı səbəbdən baş verməsini müəyyən etmək dərhal Zabit Qasımovun yaşadığı binanın həyətinə getmişdir. Oraya getdikdən sonra binanın həyətində qan izlərinin olmasını və həmin qan izlərinin üzərinə su tökülməsini görmüş, həmin vaxt orada baş vermiş ölüm hadisəsini sənədləşdirmək üçün Göyçay rayon prokurorluğunun əməkdaşları da gəlmişlər. Digər polis əməkdaşları ilə ölüm hadisəsinin hansı səbəbdən baş verməsini müəyyən etmək üçün bina sakinləri ilə profilaktiki söhbət aparan zaman orada yaşayan qonşulardan öyrənmiş ki, təxminən bir saat əvvəl həmin küçədə yaşayan ona məxsus avtomobilini etibarnamə ilə idarə edən tanışı Təqsirləndirilən şəxs “Ford Tranzit markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobili X11 yaşadığı, Ü.Hacıbəyov küçəsində yerləşən 84A nömrəli iki mərtəbəli yaşayış binasının həyətində geriyə doğru hərəkət etdirərkən həmin binanın birinci blokunun yaxınlığında, səkinin üzərində olan ağ rəngli plastik su çəninin qarşısından keçərkən ehtiyatsızlıq nəticəsində mərhum Zabit Qasımovu vurmuşdur. Bundan sonra dərhal Tərlana zəng edərək harada olmasını soruşmuş, həmin vaxt sonuncu da süd məhsulları almaq üçün Masallı rayonuna getdiyini, ancaq həmin vaxt Kürdəmir rayonu ərazisində hərəkətdə olmasını ona demiş, ona əvvəl ehtiyatsızlıq nəticəsində vurduğu Zabit Qasımovun vəfat etməsini və bununla bağlı Göyçay rayon prokurorluğu tərəfindən araşdırma aparıldığını və izahat vermək üçün təcili olaraq Göyçay rayonuna geri qayıtmasını bildirmişdir. Az sonra tanışı Tərlan Kürdəmir rayonundan geri qayıdıb “Ford Tranzit” markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobili Göyçay rayon polis şöbəsinin duracağında saxlayıb izahat vermək üçün rayon prokurorluğuna getmişdir. Həmçinin ifadəsini davam etdirərək ona məxsus “Ford Tranzit” markalı “** DO ***” dövlət qeydiyyat nişanlı avtomobili tanışı Tərlana elektron etibarnamə əsasında idarə etmək üçün verməsini bildirmişdir. Həmçinin, tanışı X10 vurması barədə əvvəlcədən ona zəng edib hər hansı bir məlumat verməmiş, hadisə baş verdikdən sonra o da digər polis əməkdaşları ilə birlikdə X11 yaşadığı binanın həyətinə getdikdən sonra orada hadisə barədə xəbərdar olmuş və dərhal tanışı Tərlana zəng edib geri qayıtmasını tələb etmişdir. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətini təyin edən tibbi müayinəsinə dair” xx.xx.2022-ci il tarixli 25 saylı protokolundan görünür ki, Təqsirləndirilən şəxs sipirtli içki qəbul etməmiş və sərxoş vəziyyətdə olmamışdır. Cinayət işinə əlavə edilmiş Məhkəmə-tibbi ekspertizasının 08 yanvar 2022-ci il tarixli 01 saylı rəyindən görünür ki, mərhum X7 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Qabırğaların sol tərəfi,İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ,İX və sağ tərəfli İV,V,Vİ çoxqəlpəli,yerini dəyişmiş sınıqları.Sol ağ ciyərin cırılmış yaralarıfonunda toxumasına qansızmalar.Dalaq qapısında qansızma.Sol sirkə kasasının qəlpəli yerdəyişmiş sınığı,Th3,Thl2,Ll fəqərə cisminin stabil kompression sınıqları.Sol bud başının arxaya tam çıxığı.Gövdənin arxa səthində sol kürək üstü nahiyədə,belin aşağı hissəsində və büzdüm sümüyü proyeksiyasında və sol bazunun yuxarı 1/3-nin arxa səthində sıyrıqlar.Sol bazunun yuxarı 1/3-nin və sol dirsək oynağının arxa səthlərində dərialtı qansızmalar.Sol dizin ön səthində və sol alm nahiyəsində yumşaq toxumaların əzilmiş-cırılmış yaraları fonunda dərinin epidermis qatının sıyrılmış yarası. X11 bədəni üzərində olan xəsarətlər həyatidirlər, Z.Qasımov ölümündən bir qədər əvvəl bədənin ağır küt travması nəticəsində baş vermişlər,qərarın təsviri hissəsində göstərilmiş avtomobil qəzası zamanı əmələ gəlməsi inkar olunmur və törənmə müddəti xx.xx.2022-ci il tarixinə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər.X11 ölümünə səbəb -bədənin ağır küt travması-qabırğalarm iki tərəfli çoxsaylı sınıqları,solağ ciyərin cırılmış yaraları fonunda baş vermiş daxili qanitirmə olmuşdur. X11 meyitinin qanından götürülmüş qanın məhkəmə -kimyəvi təhqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş Göyçay RPŞ-nin DYPB-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2013-cii il tarixdən xx.xx.2023-cü il tarixədək verilmiş BC kateqoriyalı sürücülük vəsiqəsi olmaqla, sürücülük hüququ məhdudlaşdırılmamışdır. Cinayət işinə əlavə edilmiş elektron məlumat portalından alınmış çıxarışa əsasən Ford Tranzit markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid3 avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs elektron etibarnamə əsasında xx.xx.2023-cü il tarixədək etibar etmişdir. Məhkəmə - ekpertiza mərkəzinin xx.xx.2022-ci il tarixli 8/290 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Ford Tranzit markalı **-DO-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə liayət tməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Göyçay RMX-dan alınmış xx.xx.2022-ci il tarixli 346 saylı məktubdan görünür ki, konsultativ poliklinikanın müdiri A.Burcalıyevin və həkim psixiatr E.Cavadovun verdiyi xx.xx.2022-ci il tarixli 71 saylı arayışlara əsasən, Göyçay şəhəri Ü.Hacıbəyov küçəsi ev 93 ünvanında yaşayan xx.xx.1989-cu il təvəllüdlü, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən “M.S.S-nm üzvü xəstəliyi nevrozabənzər sindromla, ağıreşitmə” diaqnozu ilə psixiatrik kabinetdə qeydiyyatdadır, narkoloji kabinetdə qeydiyyatda yoxdur. Məhkəmə-psixatrik ekspertizasının 10 mart 2022-ci il tarixli, 143 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs “ÜZVİ EMOSİONAL LƏBİL(ASTENİK) POZUNTU XBT10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F06.6 xəstəliyi keçməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olması səbəbindən o. Hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2 və 264- cü maddələri ilə elan edilmiş ittiham üzrə özünün etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə düzgün tövsif olunub və o, törətdiyi cinayətə görə cəza almalıdır. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 10 aprel 2012-ci il tarixli Qərarının nəticə hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq, yaxud da zərərçəkmiş şəxsin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etmək öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərər çəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. "Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 16-cı bəndində göstərilmişdir ki, məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı, həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CMnin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli Qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 1, 2 və 4-cü bəndlərinin tələblərinə əsasən, sürücü törətdiyi yol nəqliyyat hadisəsindən sonra nəqliyyat vasitəsini yerindən tərpətməməli, zərər çəkənə ilkin tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, "X15” maşını çağırmalı, zərərçəkəni yaxınlıqdakı tibb müəssisəsinə aparmalı və ya göndərməli, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidir. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış "Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə X15 göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1 -ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41 -ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, "Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 20l3-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında” "24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və az ağır cinayət əməllərini törətməsini, törətdiyi əməllərdən peşmançılıq çəkməsini, evli və himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.4-cü, 59.1.12-ci və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə törədilmiş cinayət əməllərinin hər birinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesablanır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.4 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əsas və əlavə cəza təyin edilməklə, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyun 2013-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq: şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir; cinayətlərin (hökmlərin) məcmusuna həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilmiş cinayət daxil olduqda şəxs həm ehtiyatsızlıqdan edilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına, həm də böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin məcmusu üzrə qəti cəza beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə təyin edildikdə, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. "Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli Qərarının 2ci bəndinə əsasən cinayətlərin və ya hökmlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, cəzaçəkmə müəssisəsinin növü, yaxud cəzanın bir hissəsinin həbsxanada çəkilməsi hər bir cinayətə görə ayrılıqda yox, yalnız qəti cəza müəyyən edildikdən sonra göstərilməlidir. Əgər şəxs həm qəsdən, həm də ehtiyatsızlıqdan bir neçə cinayət əməli törətmişdirsə və həmin şəxs cinayətlərin məcmusu qaydasında 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, məhkəmə cəzanın çəkilməsini o zaman məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edə bilər ki, təqsirli şəxsə qəsdən törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş olsun. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə qəti cəzası müstəqil icra olunmalı və həm onun azadlıqdan məhrum etmə cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Təqsirləndirilən şəxs barəsində secilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməicraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə icraat dövründə 8 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 8 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci olan 72 manat pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan Ford Tranzit markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomobil və hadisə yerindən aşkar edilmiş həmin avtomobilə aid “xamıt”-ın maddi sübut kimi tanınaraq sahibinə geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.4 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əsas və əlavə cəzaları, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, tam toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəza cəkmə müəssisində cəksin və həmin cəzanın çəkilməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası müstəqil icra olunsun və həm onun azadlıqdan məhrum etmə cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün qəti olaraq müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində secilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə ekspertiza xərci olan 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti məhkəmə məsrəfinə aid olduğu üçün Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 8 saat hüquqi xidmətə görə Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-40/2022
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-40/2022
16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver