Məhkəmə qərarları › İş №1(046)-40/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-40/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-40/2025 13.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 16.50-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Laçın rayonu, Korcobulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,ali təhsilli, evli, işləməyən, əvvəllər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək,CM-in 66.5,69.3-cü maddələrinə əsasən 02 il 10 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 09 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən, Şuşa şəhəri V.Cəfərov küçəsi ev 42-də qeydiyyatda olan,Bakı şəhəri Sabunçu rayonu,Ramana qəsəbəsi Şuşa şəhərciyi,ev 450,mənzil 2-də yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Yuisf oğlu özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə tanışı Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində işə düzəldəcəyini bilə-bilə yalan və həqiqətə uyğun olmayan vəd verib aldatmaqla,Zərərçəkmiş şəxs1 ona olan inam və etibarından sui-istifadə edərək sonuncudan yalan vədlərin təsiri altında könüllü surətdə 2023-cü ilin aprel ayından avqust ayınadək olan müddət ərzində Bakı şəhəri ərazisində hissə-hissə olmaqla ümumilikdə xeyli miqdarda,yəni 43800 manat məbləğində naqd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o,təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə tanışı Göyçay rayon sakini Zərərçəkmiş şəxs3 arvadını məktəbdə işə düzəldəcəyini bilə-bilə yalan və həqiqətə uyğun olmayan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs3 ona olan inam və etibarından sui-istifadə edərək sonuncudan yalan vədlərin təsiri altında könüllü surətdə 2023-cü ilin avqust ayında ilkin olaraq Bakı şəhəri ərazisində 500 manat məbləğində naqd pulunu,eləcədə həmin gün Göyçay şəhəri H.Əliyev prospektində yerləşən «Bolluq» marketin daxilində olan ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs3 tərəfindən sonuncuya təqdim etdiyi özünə məxsus plastik bank kartı hesabına köçürülmüş 1000 manat məbləğində pul vəsaitini almaqla,ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus 1500 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs2 ilə 2023-cü ilin mart ayında Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsində kafelərdən birində təsadüfən tanış olmuşdur. Zərərçəkmiş şəxs2la bir neçə dəfə həmin kafedə yemək yemiş və aralarındakı münasibət yaxşı olmuşdur. Zərərçəkmiş şəxs2la aralarında baş tutan söhbət zamanı, o, mərhum qardaşının hərbi xidmətdə olarkən həlak olduğunu və qardaşına şəhidlik statusu almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs də Etibara müəyyən qurumlara ərizə və şikayət yazaraq qardaşına şəhidlik statusu almağın mümkün olduğunu bildirmişdir. Lakin bunun xeyli əziyyətli bir iş olduğunu və bunun müqabilində ondan 600 manat pul alacağını qeyd etmişdir. Zərərçəkmiş şəxs2 da onunla razılaşmış və 2023-cü ilin mart ayında ondan 600 manat pul almışdır. Bundan sonra, o,müxtəlif orqanlara Etibarın mərhum qardaşına şəhidlik statusu almaq üçün müraciətlər göndərmiş və müvafiq sənədlər toplamağa başlamışdır. Lakin işin gedişatında Zərərçəkmiş şəxs2 pulu geri qaytarmağını istəmiş və o, aldığı 600 manat pulu Etibara geri qaytarmışdır. Bundan başqa, o Zərərçəkmiş şəxs1 da tanıyır. Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 əmisi oğludur və Vahidlə Etibarın vasitəsi ilə 2023-cü ilin aprel ayında tanış olmuşdur. Həmin vaxt Vahid özündən polisdəki işinin həll olunması üçün köməklik istəmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 hərbiçi olmuş və xidmət etdiyi N saylı hərbi hissədə yerləşən “Milliön” aparatına ziyan vuraraq aparatdan pul oğurlamışdır. Bununla bağlı Xəzər RPİ-də araşdırma aparılmış və Zərərçəkmiş şəxs1 dediyinə görə, Elvin adlı polis əməkdaşına 8000 manat, Nicat adlı polis əməkdaşına isə 7000 manat pul vermişdir. Zərərçəkmiş şəxs1 həmin vaxt polis əməkdaşlarına verdiyi pulları geri qaytarılmasında kömək etməsini Təqsirləndirilən şəxs xahiş etmişdir. Təqsirləndirilən şəxs, bu barədə maraqlanarkən, Vahidin heç kimə pul vermədiyini və sadəcə məsuliyyətdən yayınmaq istədiyini müəyyən etmişdir. Buna görə də bu barədə ona köməklik etməyəcəyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 ona törətdiyi əmələ görə cinayət işi açıldığını, işdən çıxarıldığını və həbs olunmaq istəmədiyini bildirmişdir. Vahid həmçinin cinayət işinin sonunda azadlıqda qalması üçün ondan köməklik istəmişdir. O, təxminən 30000 manat borcu olduğu üçün, Vahidin işi ilə məşğul olmağa vaxtı olmadığını bildirmişdir. Lakin Vahid, borcunu bağlamaq üçün ona 30000 manat verəcəyini bildirmiş, bundan sonra Vahidə köməklik etmək barədə razılaşaraq işinin həll olunması üçün müvafiq qurumlara ərizə və vəsatətlər yazacağını və nəticədə həbs olunmayacağını bildirmişdir. Zərərçəkmiş şəxs1 da hissə-hissə olaraq borclarını bağlamaq üçün pul verəcəyini qeyd etmişdir. Bununla belə, 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs1 ilk dəfə 800 manat, daha sonra isə aprel ayının sonlarında 5000 manat pul alınmışdır və işin həll olunacağı bildirilmişdir. 2023-cü ilin may ayında Zərərçəkmiş şəxs1 ona işinin məhkəməyə keçirildiyini və məhkəmə işini də həll etməyi ondan xahiş etmişdir. O isə, Vahidin ilk dəfə cinayət törətdiyini düşündüyündən böyük ehtimalla həbs olunmayacağını düşünərək işini həll edəcəyini, lakin borclarını ödəməyə əlavə pul verməsi lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 bu təkliflə razılaşmış və 2023-cü ilin may ayında ona hissə-hissə olmaqla 30000 manat daha əlavə pul vermişdir. Həmin məbləğ Vahid tərəfindən onun borclarını ödəmək üçün verilmişdir. Zərərçəkmiş şəxs1 barəsində olan istintaq davam etdiyi ərəfədə Vahid Hava limanında işə düzəlmək istəmiş, lakin məhkumluğunun olması səbəbindən işinə qəbul edilməmişdir. Bu səbəbdən ondan təmiz məhkumluq haqqında arayış almaq üçün kömək istəmişdir. O, Vahidin istəyinə müsbət cavab vermiş və müəyyən miqdarda xərclə bu işi həll etməyi təklif etmişdir. Buna görə də 2023-cü ilin iyun ayında Zərərçəkmiş şəxs1 3000 manat və 3200 manat olmaqla ümumilikdə 6200 manat pul almışdır. Lakin, Zərərçəkmiş şəxs1 məhkumluğu səbəbindən təmiz məhkumluq haqqında arayış alınmamışdır. Sonradan onun pula ehtiyacı olduğu üçün, Zərərçəkmiş şəxs1 2023-cü ilin avqust ayında, ayrı-ayrı vaxtlarda 1000 manat və 800 manat əlavə pul almışdır. Beləliklə, Zərərçəkmiş şəxs1 ümumilikdə 43800 manat pul alınmışdır. Lakin Zərərçəkmiş şəxs1 sonradan aldadıldığını başa düşərək pulu geri almaq istəmişdir. O isə həmin pulları xərclədiyi və borclarına verdiyi üçün Vahidi tam olaraq geri qaytara bilməmişdir. Buna baxmayaraq, Zərərçəkmiş şəxs1 aldığı pullardan 5700 manatını hissə-hissə geri qaytarmışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs3 da tanıyır. Zərərçəkmiş şəxs3la Göyçay rayonu ərazisində təsadüfən tanış olmuşdur. Zərərçəkmiş şəxs3 arvadını məktəblərin birində işə düzəltmək istəmiş və ondan bu işdə kömək etməsini bildirmişdir. Bunun müqabilində 2023-cü ilin avqust ayının sonunda Zərərçəkmiş şəxs3 1500 manat pul almışdır. Zərərçəkmiş şəxs3, ilkin öncə Bakı şəhərində ona nağd olaraq 500 manat vermiş, qalan 1000 manat isə Nurlana təqdim etdiyi bank kartı vasitəsilə göndərilmişdir. Lakin o, pulu aldıqdan sonra Zərərçəkmiş şəxs3 arvadının işini həll edə bilməmiş və aldığı pulu xərclədiyi üçün də geri qaytara bilməmişdir. Zərərçəkmiş şəxs3 alınan ümumi məbləğ 1500 manat olmuşdur. O, Zərərçəkmiş şəxs1 heç vaxt onu DTX-da işə düzəldəcəyini vəd etməyib. Əslində, o, yalnız Vahida polisdə və məhkəmədə barəsində aparılan araşdırma ilə bağlı ona kömək edəcəyini və barəsində təmiz məhkumluq haqqında arayış alacağına dair vəd vermişdi. Bu vəd ilə əlaqədar olaraq, ümumilikdə 43800 manat ondan pul almışdır. Lakin, sonradan Zərərçəkmiş şəxs1 aldadıldığını anlamış və pulunu geri qaytarmağı tələb etmişdir. O, isə aldığı pulu tam şəkildə qaytarmadığını, yalnız 5700 manatını geri vermişdir. Birinci epizod üzrə Zərərçəkmiş şəxs2 qarşı törədilən əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinə xitam verilməsinə razılıq verdi. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək bildirdi ki, 2023-cü ilin aprel ayının 13-də əmisi oğlu Zərərçəkmiş şəxs2 evinə qonaq gəlmişdir. Söhbət əsnasında Etibar ona bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətində Təqsirləndirilən şəxs adlı bir tanışı var və həmin tanış onu işlə təmin olunmağı ilə bağlı köməklik göstərə bilər. Etibar həmin şəxsin mobil telefon nömrəsini verərək, onunla əlaqə saxlamağı təklif etdi. İki gün sonra, yəni aprel ayının 15-də axşam saat 17:50 radələrində Xəzər rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında yerləşən parkda Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Təxminən bir saata yaxın parkda söhbət ediblər. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, o, Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək rütbəli əməkdaşıdır və onu həmin xidmətə işə qəbul etdirə bilər. İki gün sonra, yəni aprel ayının 17-də axşam saatlarında Təqsirləndirilən şəxs özünə məxsus ***-***-**-** mobil nömrəsindən onun ***-***-**-** nömrəsinə zəng edərək, onunla görüşmək istədiyini bildirdi. Onlar parkda görüşərək, parkda yerləşən, adını xatırlamadığı bir kafedə yemək yeyib söhbət ediblər. Təqsirləndirilən şəxs ona bildirir ki, bəzi şəxslərlə məsləhətləşib və onun xidmətdə işə qəbul olunmasına razılıq alınıb. Bundan sonra DTX-nın xüsusi təyinatlı dəstələrində xidmət etməzdən öncə, Türkiyənin Ankara şəhərində yerləşən “MİT”-ə məxsus xüsusi təlim-tədris mərkəzində 6 aylıq kurs keçəcəyini və kursun sona çatmasından sonra DTX-nın xüsusi təyinatlı qüvvələrində işə qəbul olunacağını bildirmişdir. Lakin, kursda iştirak etmək üçün 50.000 (əlli min) manat məbləğində pulun ödənilməsi lazım olduğunu və əks təqdirdə kursa göndərilməyin qeyri-mümkün olduğunu qeyd etmişdir. Ardınca, Xanoğlan ona bütün ailə üzvləri və qohumları haqqında məlumatın yerləşdirilə biləcəyi bölmələr olan açılan böyük formatlı blankı verərək və başqa sənədlərin toplanaraq ona təhvil verilməsini tələb etmişdir.Onun və ailə üzvlərinin məhkumluğu haqqında arayışların DTX-in kadrlar şöbəsinə təqdim edilə bilməsi üçün Xanoğlan tərəfindən 800 manat dövlət rüsumu ödəməli olduğu ona bildirilir və Bakı şəhəri Ramana qəsəbəsində aprel ayının sonlarına yaxın görüşərkən 800 manat pulu Təqsirləndirilən şəxs verir.Bir müddət sonra Təqsirləndirilən şəxs həmin 50000 manatın ödənilməli olduğunu və hissəhissə ödəməklə razılaşacağını bildirir.Əvvəlcə anası X2 adına 5000 manat məbləğində kredit götürərək Xəzər rayonu İcra Hakimiyyətinin qarşısında yerləşən parkda Təqsirləndirilən şəxs verir.Sonra dayısı X3 adına 10000 manat məbləğində kredit alaraq Təqsirləndirilən şəxs Ramana qəsəbəsindəki mənzilində verir.Binə qəsəbəsində yerləşən həyət evini 43000 manata sataraq həmin puldan 10000 manatını Təqsirləndirilən şəxs Mərdəkan qəsəbəsindəki X10 ziyarətgahı yaxınlığında təqdim edir.Ardınca özünə məxsus «Chevrolet Aveo» markalı avtomobilini 10700 manata sataraq həmin pulun 10000 manatını Təqsirləndirilən şəxs özünə aid mənzilində vermişdir.Sonra lombarda qızıl girov qoyaraq 2300 manat məbləğində pul götürüb,qardaşı Malik Həsənovdan 700 manat borc alaraq həmin 3000 manatı Binə qəsəbəsindəki «Bazarstore» ticarət mərkəzinin qarşısında Təqsirləndirilən şəxs vermişdir.3200 manat pulu isə bacısı Rəisə Həsənovanın adına «Unibank»da kredit alaraq həmin pulu Təqsirləndirilən şəxs onun mənzilində vermişdir.1000 manat məbləğində pul vəsaitini xidməti xasiyyətnamə almaq üçün Təqsirləndirilən şəxs öz evində vermişdir.Türkiyəyə getmək üçün 800 manat dəyərində bilet alınması üçün Təqsirləndirilən şəxs vermişdir. Ümumilikdə 43800 manat məbləğində pul vermişdir.Həmin puldan ona 4400 manat qaytarılmış,39400 manat qaytarılmamışdır. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs1 məlumat verilməsinə baxmayaraq o məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını,təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra Zərərçəkmiş şəxs1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfləri,tam və obyektiv tədqiq edilməsinin ,qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək bildirdi ki, O, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar küçəsi, ev 4A, mənzil 14-də qeydiyyatdadır və həmin ünvanda yaşayır. Hazırda Bakı şəhərində yerləşən Makarenko adına humanitar gimnaziya məktəbində coğrafiya müəllimi kimi fəaliyyət göstərir. 2023-cü ilin mart ayında təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Xanoğlan özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edib, ona xidməti vəsiqə təqdim etmişdir. Sonrasında Xanoğlan ona mobil telefonunda "Uniformada" olan şəklini göstərərək, həqiqətən də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğunu təsdiqləmişdir. O, Xanoğlana inandığını və onun həqiqətən də DTX-nin əməkdaşı olduğuna əmin olduğunu bildirmişdir. Söhbət əsnasında o, Xanoğlana əvvəlki dövrlərdə hərbi xidmətdə əsgər kimi həlak olmuş qardaşı X4 şəhidlik statusu almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə bu məsələdə ona kömək edəcəyini vəd etmişdir. Daha sonra Xanoğlan həmin işlə bağlı Müdafiə Nazirliyinin Arxiv İdarəsi ilə əlaqə saxlayacağını bildirmişdir. Həmin görüşdən sonra Xanoğlan onunla əlaqə saxlayıb, Müdafiə Nazirliyinin Arxiv İdarəsindən sənədləri götürmək üçün 3000 manat lazım olduğunu demişdir. O, Xanoğlana 3000 manat pulu olmadığını bildirmişdir. Bir neçə gün sonra, Xanoğlan sənədləri götürmək üçün 1000 manatla razılaşdığını bildirmişdir. O, bu məbləği poçt vasitəsilə ona göndərmişdir. İlk olaraq 500 manatını 2023-cü ilin mart ayının ilk 15 günü ərzində göndərmişdir. Sonra isə mart ayının sonunda digər 500 manatı göndərmişdir. Xanoğlan pulu aldıqdan sonra, ona qardaşının şəhidlik statusunun həll ediləcəyinə dair 2 ay ərzində söz vermişdir. Lakin Xanoğlan vədinə əməl etməyərək, pulu geri qaytarmamışdır. Buna görə də, o, məcbur olub polis orqanlarına müraciət etmişdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs2 məlumat verilməsinə baxmayaraq o məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra Zərərçəkmiş şəxs2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfləri,tam və obyektiv tədqiq edilməsinin ,qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadə verərək bildirdi ki, O, Göyçay rayonu, Mirzəhüseynli kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır. X9 Litseyində müəllim kimi çalışır. 1 il əvvəl Təqsirləndirilən şəxs tanımışdır və onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, həyat yoldaşını orta məktəbə işə düzəltmək istəmişdir. Xanoğlan ona Təhsil Nazirliyində yaxını olduğunu və həyat yoldaşını işə düzəldəcəyini bildirmişdir. Xanoğlan özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək ona xidməti vəsiqə göstərmişdir. O, Təqsirləndirilən şəxsla ilk dəfə 2023-cü ilin avqust ayında Bakı şəhərində, Təhsil Nazirliyinin yaxınlığında görüşmüşdür. Xanoğlan, Təhsil Nazirliyində əlaqəli adamının olduğunu və özünün hərbçi olduğunu bildirmişdir. Həmin vaxt Xanoğlan ona həyat yoldaşının işə düzəlməsi üçün 1500 manat lazım olduğunu demişdir. O, üzərindəki 500 manatı çıxarıb Xanoğlana vermişdir. Xanoğlan isə işin həlli üçün əlavə 1000 manat pulun tələb olunduğunu bildirmişdir. O, sonra Göyçaya gedərək, H.Əliyev prospekti 209 ünvanında yerləşən Bolluq marketdə olan ödəmə terminalından Təqsirləndirilən şəxs təqdim etdiyi bank kartı hesabına 1000 manat pul göndərmişdir. Bir ildən çox vaxt keçməsinə baxmayaraq, Xanoğlan müxtəlif bəhanələrlə onu aldatmış və işin həll olunmaması səbəbindən o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və daha sonra Göyçay rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Həyat yoldaşının işə düzəldilməsi üçün Təqsirləndirilən şəxs 1500 manat pulu verdikdən sonra, o, Göyçay rayonunda hərbi geyimdə görmüşdür. Xanoğlan özü ona zəng edərək Göyçay İcra Hakimiyyətinin yanında olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. Görüş zamanı üzərində polkovnikleytenant rütbəsi olduğunu görmüşdür. Bu görüşdən sonra isə Təqsirləndirilən şəxs heç bir iş barədə ona heç bir məlumat verməmiş, görüşlər də yalnız 5 dəqiqə davam etmişdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs3 məlumat verilməsinə baxmayaraq o məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək ona dəymiş ziyanın tam ödənilməsini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra Zərərçəkmiş şəxs3 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfləri,tam və obyektiv tədqiq edilməsinin ,qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasını mümkün hesab etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış və ona qəti olaraq 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə,xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 07 ay 13 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 01 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış,cəzaçəkmənin əvvəli 08 avqust 2024-cü il tarixdən hesablanmış,cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi,barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək,02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə,xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 07 ay 13 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 10 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış,cəzaçəkmənin əvvəli 08 avqust 2024-cü il tarixdən hesablanmış,cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi,barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli hökmü ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2-ci bəndinə görə dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin Qərarın 3-cü bəndinə görə dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. İbtidai istintaq aparan orqan təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürmüşdür ondan ötrü ki,o özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə tanışı Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 hərbi xidmət zamanı vəfat etmiş mərhum qardaşına şəhidlik statusu alacağına bilə-bilə yalan və həqiqətə uyğun olmayan vəd verib aldatmaqla,Zərərçəkmiş şəxs2 ona olan inam və etibarından sui-istifadə edərək sonuncudan yalan vədlərin təsiri altında könüllü surətdə 2023-cü ilin mart ayı ərzində Bakı şəhəri ərazisində hissə-hissə olmaqla poçt vasitəsilə adına göndərilmiş 1000 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o,təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə tanışı Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində işə düzəldəcəyini bilə-bilə yalan və həqiqətə uyğun olmayan vəd verib aldatmaqla,Zərərçəkmiş şəxs1 ona olan inam və etibarından sui-istifadə edərək sonuncudan yalan vədlərin təsiri altında könüllü surətdə 2023-cü ilin aprel ayından avqust ayınadək olan müddət ərzində Bakı şəhəri ərazisində hissə-hissə olmaqla ümumilikdə xeyli miqdarda,yəni 43800 manat məbləğində naqd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o,təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə tanışı Göyçay rayon sakini Zərərçəkmiş şəxs3 arvadını məktəbdə işə düzəldəcəyini bilə-bilə yalan və həqiqətə uyğun olmayan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs3 ona olan inam və etibarından sui-istifadə edərək sonuncudan yalan vədlərin təsiri altında könüllü surətdə 2023-cü ilin avqust ayında ilkin olaraq Bakı şəhəri ərazisində 500 manat məbləğində nacd pulunu,eləcədə həmin gün Göyçay şəhəri H.Əliyev prospektində yerləşən «Bolluq» marketin daxilində olan ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs3 tərəfindən sonuncuya təqdim etdiyi özünə məxsus plastik bank kartı hesabına köçürülmüş 1000 manat məbləğində pul vəsaitini almaqla,ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs3 məxsus 1500 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Beləliklə irəli sürülmüş ittihama və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara görə müəyyən edilir ki,təqsirləndirilən şəxs birinci epizod üzrə 2023-cü ilin mart ayı ərzində,ikinci epizod üzrə 2023-cü ilin aprel ayından həmin ilin avqust ayınadək,üçüncü epizod üzrə isə 2023-cü ilin avqust ayında cinayət əməllərini törətmişdir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən, əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 26. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi 2 il müəyyən edildiyindən, yəni azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 2 ildən artıq olmadığından bu maddədə nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarından görünür ki, təkrarlıq cinayətlərin çoxluğunu ehtiva etdiyindən, şəxsin bu əlamət üzrə məhkum edilməsi mütləq şəkildə onun məhz iki və ya daha çox cinayətin törədilməsində təqsirli bilinməsinə əsaslanmalıdır. Şəxs eyni zamanda iki və ya daha çox eyni və ya həmcins cinayətlərin törədilməsində təqsirli bilinməlidir ki, onun əməlində cinayətlərin çoxluğunu nəzərdə tutan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin tərkib əlamətlərinin mövcudluğunu göstərmək mümkün olsun. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır.Qeyd edilənlər isə onu deməyə əsas verir ki, Zərərçəkmiş şəxs2 qarşı birinci epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və müdafiə tərəfinin razılığı olduğundan Göyçay Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli qərarı ilə həmin epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət təqibinə xitam verilmiş və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmuşdur.Belə olan halda isə məhkəmə hesab edir ki,ittihamdan Zərərçəkmiş şəxs1 qarşı törədilmiş əməlin təkrarən əlaməti ilə müşayiət olunan cinayət kimi göstərilmiş bəndin (sözün) çıxarılması zərurəti yaranmışdır. Belə ki, məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan üç cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilmiş və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlində 2 epizod üzrə:1)Zərərçəkmiş şəxs1 və 2)Zərərçəkmiş şəxs3 qarşı cinayətlərin mövcudluğu müəyyən edildiyinə görə məhkəmə hesab edir ki, ittihamda ikinci əmələ münasibətdə (Zərərçəkmiş şəxs1 qarşı) əməlin təkrarən törədilən əməl kimi deyil,bu əlamətlə müşayiət olunmayan cinayət kimi qəbul edilməli və nəzərə alınmalı,ona görə də ittihamdan Zərərçəkmiş şəxs1 qarşı təkrarən törədilən cinayət kimi göstərilən bənd çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət işi materialarına əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki,Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə CM-in 73-1.1-ci maddəsi tətbiq edilməklə əməli CM-in 178.1-ci maddəsinə tövsif edilərək təyin edilmiş cərimə cəzasından azad edilmişdir.Məhkəmə Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir Qeydini nəzərə alıb,hesab edir ki,təqsirləndirilən şəxs əvvəllər CM-in 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edildiyindən 3-cü epizod üzrə Zərərçəkmiş şəxs3 dəymiş ziyanın tam ödənilməsi CM-in 73-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad etməyə qanuni əsas yaratmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Beləliklə, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Yuisf oğlu aldatma yolu ilə özgə əmlakını ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək onu DTX-də işə düzəltmək adı ilə 2023-cü ilin aprel ayından may aymadək olan müddət ərzində ondan vahid niyyətlə əhatə olunan qəsdlə ümumlikdə 43.800 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs1 aldadaraq ona qarşı dələduzluq etmişdir. Bundan başqa, o,təkrarən aldatma yolu ilə özgə əmlakını ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək sonuncunun həyat yoldaşını Göyçay rayonunda orta məktəbə müəllimə kimi işə düzəltmək adı ilə 2023-cü ilin avqust ayında Bakı şəhərində Təhsil Nazirliyinin yanında 500 manat və 2023-cü ilin avqust ayında Göyçay rayonu H.Əliyev prospekti 209 ünvanında yerləşən Bolluq marketdəki elektron daşıyıcısı aparatından 1000 manat pul plastik kartına göndərilməklə əldə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə ümumlikdə 1500 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs3 aldadaraq ona qarşı dələduzluq etmiş, bununla da təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin tərkibini təşkil edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin cinayət əməlinin qəsdən törətməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır.Məhkəmə həmçinin nəzərə alır ki,təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli onun barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü elan edilməmiş əvvəl törədilmiş və belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs3 dəymiş ziyanı ödəməsini,digər Zərərçəkmiş şəxs1 dəymiş ziyanı qismən aradan qaldırmasını cəzasını yüngülləşdirən hallar olduğunu, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmədiyindən, ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmalı, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, qəti cəza təyin olunmalıdır. Məhkəmə nəzərə alır ki, təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin islah olunmasına xidmət edəcəkdir və onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərməyəcəkdir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2,178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə,xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında,xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 07 ay 13 gün müddəti təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 11 ay 17 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 08 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar