Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-41/2022 02.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, subay, İsmayıllı şəhəri S.Vurğun küçəsi döngə 2, ev 1-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 275,54 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə edərək saxlamış, 11 yanvar 2022-ci il tarixdə saat 20 radələrində Göyçay rayonu Qaraməryəm kəndi ərazisində olarkən və üzərində həmin narkotik vasitə qurudulmuş marixuananı daşıyarkən Göyçay RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada saat 20:55-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkcənin altında saxladığı sellofan torbanın içərisindəki təmiz çəkisi 275,54 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində tanışı Şahid6lə digər tanışı Şahid5 idarə etdiyi VAZ 21074 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göyçay rayon Qaraməryəm kəndinə balıq yemək üçün gəlmişlər. Göyçay rayon Qaraməryəm kəndi ərazisində Emin avtomobil saxlamışdır. Elə həmin vaxt bir neçə nəfər şəxs onlara yaxınlaşıb Göyçay rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitələrin istifadəsində şübhəli olduqlarını bildirərək Göyçay rayon polis şöbəsinə dəvət etmişlər. Şahid5 idarə etdiyi VAZ 21074 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil polis şöbəsinin müvəqqəti duracağında saxlanılmışdır. Daha sonra polis işçiləri onu vəkil ilə təmin etmişlər və növbətçi hissədə videoçəkilişlə hüquq və vəzifələri ona izah olunduqdan sonra şübhəli şəxs qismində tutulmağı barədə qərar ona təqdim olunmuşdur. Bundan sonra onun üzərinə axtarış keçiriləcəyi bildirilmişdir. Polislərə etiraz etməmişdir. Həmin vaxt əynindəki qara rəngli gödəkçənin altında sellofan torbanın içərisində şəffaf sellofanda qurudulmuş marixuana olmuşdur. Ona üzərində narkotik maddə və vasitələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməsi təklif olunmuşdur. Gödəkcənin altından çıxardıb həmin sellofandakı marixuananı polislərə təqdim etmişdir. Həmin sellofan açılaraq içərsindəki kütlənin nə olması soruşulmuşdur. Həmin kütlənin marixuana olduğunu bildirmişdir. Həmin sellofanda olan marixuana sellofanla birlikdə elektron tərəzində çəkilmiş, çəkisi 281,6 qram olmuşdur. Üzərindən aşkar olunan həmin narkotik vasitə 1 ədəd zərfdə qablaşdırılmış, möhürlənmiş və üstü kleylənmişdir. Polis əməkdaşları narkotik vasitəni haradan əldə etdiyini soruşduqda, üzərindən aşkar edilmiş lllmarixuananı təxminən iki həftə əvvəl İsmayıllı rayonu ərazisindən “Əyriçay” adlanan yerdən tapdığı çətənə bitksininin yarpaqlarından yığdığını bildirmişdir. Bundan sonra protokol tərtib edilərək ucadan oxunmuşdur. Daha sonra həmin protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində tanışı Təqsirləndirilən şəxs, digər tanışı Şahid5 idarə etdiyi VAZ 21074 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay rayon Qaraməryəm kəndinə gəlmişlər. Göyçay rayon Qaraməryəm kəndi ərazisində bir neçə nəfər onlara yaxınlaşıb Göyçay rayon polis şöbəsinin əməkdaşları kimi özlərini təqdim etmiş və onlara narkotik vasitələrin istifadəsində şübhəli olduqlarını bildirərək onları Göyçay rayon polis şöbəsinə dəvət etmişlər. Onlar birlikdə polis şöbəsinə gəlmişlər. Şahid5 idarə etdiyi VAZ 21074 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil polis şöbəsinin müvəqqəti duracağında saxlanılmışdır. Daha sonra polis işçiləri onu Mətanət adlı vəkil ilə təmin etmişlər və növbətçi hissədə videoçəkilişlə hüquq və vəzifələri ona izah olunduqdan sonra şübhəli şəxs qismində tutulmağı barədə qərar ona təqdim olunmuşdur. Bundan sonra onun üzərinə axtarış keçiriləcəyi bildirilmişdir. Polislərə etiraz etməmişdir. Daha sonra üzərində narkotik maddə və vasitələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməsi ona təklif olunmuşdur. Üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmadığını bildirmişdir. Polis əməkdaşları üzərinə axtarış keçirmişlər, lakin üzərindən narkotik vasitə eləcə də, qanunla qadağan olunmuş hər hansı bir digər əşya və predmet aşkar edilməmişdir. Üzərinə axtarış keçirilən zaman protokol tərtib olunmuşdur. Həmin protokol ucadan oxunduqdan sonra o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Ondan başqa Təqsirləndirilən şəxs və Şahid5 üzərilərinə axtarış keçirilmiş, eləcə də idarə etdiyi VAZ 21074 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirirlmişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən sellofan torbada marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 Şahid6 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞnin CAB-ın NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanıdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və üzərində daşıması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 11 yanvar 2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin əməliyyat-axtarış tədbirinin keçirilməsində Göyçay RPŞ-nin əməkdaşları ilə birlikdə o da iştirak etmişdir. Həmin gün saat təxminən 20 radələrində onlar Göyçay rayonu Qaraməryəm kəndində Təqsirləndirilən şəxs görüb, yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt Mehraca üzərində narkotik vasitə daşımasında şübhəli olduğunu bildirib, üzərinə şəxsi axtarış keçirilməsi üçün RPŞ-nə dəvət etmişlər. Həmçinin həmin vaxt Mehracın yanında olan Şahid6 və Şahid5 da rayon polis şöbəsinə dəvət etmişlər. Bu zaman adı çəkilən şəxslər heç bir etiraz etmədən rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə gəldikdən sonra növbətçi hissənin qarşısında RPŞ-nin TB-nin təhqiqatçısı Şaiq Əşrəfli tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edildikdən sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Mehraca üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet, həmçinin narkotik vasitə olub olmaması soruşularaq, əgər vardırsa təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin altında saxladığı sellofan torbanı çıxarıb masanın üzərinə qoymuşdur. Həmin sellofan torba təhqiqatçı tərəfindən açıldıqda, içərisindən yaşımtıl rəngli bitki tərkibli qurudulmuş kütlə aşkar olunmuşdur. Həmin kütlə sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 281,6 qram olmuşdur. Daha sonra həmin kütlə aşkar olunduğu sellofan torba ilə birlikdə vəkilin və polis əməkdaşlarının iştirakı ilə bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı kleylənmiş və möhürlənmişdir. Möhürləndikdən sonra zərfin üzərini Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin nə olması soruşulduqda, o da üzərindən aşkar edilmiş həmin kütlənin narkotik vasitə kimi tanıdığı qurudulmuş marixuana olduğunu və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Şahid6 və Şahid5 üzərinə şəxsi axtarış keçirilmiş, lakin Şahid6 və Şahid5 üzərindən qanunla qadağan edilmiş hər hansı predmet və vasitə aşkar edilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/41 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə....” sözləri və imzalar yazılmış bir ədəd zərfin içərisindəki bir ədəd rəngli sellofan torbanın içərisindəki digər bir ədəd şəffaf sellofan torbada, təmiz çəkisi – 275,54 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: 1) marixuananın ümumi təmiz çəkisi 275.54 qr: tədqiqata sərf edildi 0.05. qr, qalıq 275.49 qr. Aparılmış ekspertizanın xərci 34.55 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 09 mart 2022-ci il tarixli 298 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.2.1-ci maddəsilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinə tövsif edilərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti 01 il 04 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə etdiyi, satış məqsədi olmadan, 275.54 qram narkotik vasitə olan qurudulmuş marixuananı xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Göyçay rayonu Qaraməryəm kəndində üzərində saxlamaqla, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf edərək səmimi peşman olduğunu cəzasını yüngülləşdirən hal kimi, kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəməyə təqdim edilmiş tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəydirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəki Penitensiar müəssisəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə həbs edilmiş, xx.xx.2022-ci il tarixdə Penitensiar Xidmətin Şəki Penitensiar müəssisəsin gətirilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 gün müddət CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından cıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışında hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Göyçay rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 275,49 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 34.55 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrum etmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 275,49 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci olan 34.55 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası maddi sübutlara və məhkəmə xərclərinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-41/2022
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-41/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver