Məhkəmə qərarları › İş №1(046)-41/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-41/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-41/2023 18.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 10.40-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay şəhəri, H.Cavid küçəsi ev 24-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,02 qram çəkidə 1/2 hissə həb formasında narkotik vasitə metadonu qanunsuz olaraq əldə edib 1 ədəd göy-ağ rəngli kağız bükümdə “vinçester” markalı siqaret qutusunda qablaşdırılmış vəziyyətdə üstündə saxlamış, 22 yanvar 2023-cü il tarixdə, saat 22:30-da Göyçay şəhəri, N.Nərimanov küçəsində olarkən və üzərində həmin narkotik vasitəni daşıyarkən Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, həmin tarixdə, saat 23:05-də polis şöbəsinin Növbətçi Hissəsində üzərinə videoçəkliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən “Vinçester” markalı siqaret qutusunda 01 ədəd göy- ağ rəngli kağız bükümdə qablaşdırılmış vəziyyətdə saxladığı J4 hissə həb formasında ümumi 0,02 qram çəkidə həmin metadon narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, təxminən 1 ildir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Göyçay şəhərində mərkəzi parkın yaxınlığında olarkən yolun kənarından “Vinçester” markalı siqaret qutusunda 2 ədəd ayrı-ayrı göy-ağ rəngli kağız bükümlərdə heroin və metadon narkotik vasitələrı tapmışdır. Belə ki, həmin siqaret qutusunu görüb içərisində siqaret olduğunu düşünüb yerdən qaldırmış və içərisinə baxanda iki ədəd göy-ağ rəngli kağız bükümlərin olduğunu görmüşdür. Ətrafda və yaxınında heç kim olmadığından bükümün birini açanda içərisində başqa kağız parçasında narkomanlar arasında “kokos” deyilən heroinin olduğunu, digər göy-ağ rəngli kağı bükümü açdıqda isə içərisində bölünmüş yarım həb metadonun olduğunu görmüşdür. Narkotiklərdən istifadə etdiyi üçün onların narkotik vasitə olduğunu dərhal bilmişdir. Yanında eləcə də ətrafda heç kim olmadığından həmin kağız bükümləri elə “Vinçester” markalı siqaret qutusuna yerləşdirib cibinə qoyub saxlamışdır ki, sonra özü təklikdə istifadə edər. Həmin heroindən və metadondan o, tutulanadək istifadə etməmiş, tapdığı vaxtdan tutulanadək onları üzərində gəzdirmişdir. xx.xx.2023-ci il tarixdə, saat 22:30-da isə Göyçay şəhəri, N.Nərimanov küçəsində məsçidin yaxınında şəhərin mərkəzinə tərəf tək piyada gedərkən 2 nəfər polis əməkdaşlarının ona tərəf gəldiklərini görmüş, üzərində siqaret qutusunda iki ədəd kağız bükümlərdə həmin heroin və metadonu gəzdirdiyinə görə bir qədər həyacanlanmış, bu səbəbdən də istiqamətini dəyişib hərəkətinə davam etmək istəyəndə polisləri daha da şübhələndirmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək qanunsuz narkotik vasitə saxlamağında və daşımağında şübhələndiklərini bildirərək ondan kimliyini soruşmuşlar. O da, özünü polislərə təqdim edəndə həyacanlı olduğundan və bir qədər özünü şübhəli apardığına görə, polislər komandirlərinə bu barədə məlumat verərək sonuncunu yanların çağırmışlar. 3-5 dəqiqə sonra Azər kimi özünü təqdim edən polis əməkdaşı da onların yanına gəlmiş və polislər ona narkotik vasitə saxlamağında və daşımağında şübhəli olduğunu bildirərək özləri ilə Göyçay rayon Polis Şöbəsinə getməyi dəvət etmişlər. O, özünü daha da şübələndirməmək üçün polislərə etiraz etməmiş,onlarla birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində o, dərhal vəkil Müdafiəçi ilə təmin olunaraq növbətçi hissədə videoçəkilişlə hansı hüquq və vəzifələrinin olduğu izah olunmuş və şübhəli şəxs qismində tutulması barədə qərar ona təqdim edilmişdir. Daha sonra ona üzərinə axtarış keçiriləcəyi bildirilmiş, üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdir etməyi ona təklif olunmuşdur. O, yalandan üzərində narkotik vasitə və qanunla qadağa olunmuş digər əşyanın olmadığını söyləmişdir. Həmin vaxt ona üzərində nə vardırsa masanın üzərinə qoymağı təklif olunmuşdur. O, əynindəki qara rəngli gödəkcəsinin və şalvarının ciblərindən müxtəlif əşyalar, yəni “texet” markalı telefonunu, içərisində şəxsiyyət vəsiqəsi və manat pul olan qara rəngli pul kisəsini, alışqan, 1 manatlıq pul əskinası, qəpik pullar, öz qabında bağlı vəziyyətdə 1 ədəd analgin dərman həbi, cib dəsmalı, eləcə də topada olan dırnaq tutanla açarları çıxarıb masanın üzərinə qoymuşdur. Eyni zamanda əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən içərisində bir ədəd göy-ağ rəngli kağız bükümdə az miqdarda heroin narkotik vasitə, bir ədəd göy-ağ rəngli kağız bükümdə isə yarım həb bölünmüş formada metadon narkotik vasitəsi olan “Vincester markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilmiş və masanın üzərinə qoyulmuş əşyalar nəzərdən keçirilərkən, həmin “Vincester” markalı siqaret qutusu açılmış və içərisində heroin və metadon olan həmin iki ədəd göy-ağ rəngli kağız bükümlər, eləcə də siqaret çəkmək üçün 1 ədəd müştük və heroinin tüstüsünü qəbul etmək üçü istifadə etdiyi qələm başlığı aşkar edilmişdir. “Vincester” markalı siqaret qutusundan aşkar edilmiş iki ədəd göy-ağ rəngli kağız bükümlər açıldıqda, birinin içərisində başqa göy-ağ rəng kağıza qoyulmuş qəhvəyi rəngdə olan heroin narkotik vasitə aşkar edilmişdir. Daha sonra digər 1 ədəd göy-ağ rəngli kağız büküm açıldıqda içərisində yarım həb formasında lakin bölünmüş vəziyyətdə boz rəngli metadon narkotik vasitəsi aşkar edilmişdir. Həmin iki ədəd kağız bükümlərdə olan heroin və metadon bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. O da, zərfin üzərini imzalamışdır. Üzərinə axtarış keçirilən zaman protokol tərtib olunmuşdur. Üzərindən aşka edilmiş heroin və metadondan heç kimə istifadə etmək üçün verməmiş, nədə ki satmamışdır. Həmin narkotik vasitələrdən heç özü də hələ istifadə etməmişdir. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay rayon X5 Patrul Xidmət Bölməsinin polis nəfəri Şahid1 göstərdi ki, xx.xx.2023-ci tarixdə, saat 22:30-da Göyçay şəhəri, N.Nərimanov küçəsində RPŞ-nin PPXB-nün manqa komandiri polis baş serjantı Tural Kərimov ilə xidmətdə olarkən və piyada həmin küçədə gəzərkən məsçidin yaxınında bir nəfər şəxsin onları görüb özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsin yaxınına çatanda isə narkotik istifadəçisi kimi tanıdıqları Təqsirləndirilən şəxs olduğunu görmüşlər. Təqsirləndirilən şəxs onların yaxınlaşdıqlarını görüb özünü daha da şübhəli apararaq istiqamətini dəyişib digər tərəfə getmək istəmişdir. Lakin o, və manqa komandiri polis baş serjantı Tural Kərimov yaxınlaşıb özlərini adını sonradan bildiyi Təqsirləndirilən şəxs təqdim edərək sonuncudan kimliyini dəqiqləşdirərək, qanunsuz narkotik vasitə saxlamaqda və daşımağında şübhələndiklərini bildirmişlər. Seymur həyacanlı olduğuna və özünü şübhəli apardığına görə rabitə vasitəsi ilə Göyçay RPŞ-nin PPXB-nin komandir müavini, polis leytenantı Şahid2 məlumat verərək, yanlarına çağırmışlar. 3-5 dəqiqə sonra onların yanına gəldikdən sonra Şahid2la vəziyyəti məruzə etmişlər və Təqsirləndirilən şəxs narkoti vasitə saxlamağında və daşımağında şübhələndiklərini bildirib onlarla birgə Göyçay rayon Polis Şöbəsinə getməyi dəvət etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə getməyə onlara, etiraz etməmişdir. Onlar birlikdə polis şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi ilə bağlı dərhal raportla polis şöbəsinin rəhbərliyinə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi ilə bağlı sənədləşdirmənin aparılması Təhqiqat Bölməsinə həvalə olunmuşdur. Dərhal müdafiəçi dəvət olunaraq Təqsirləndirilən şəxs vəkil Müdafiəçi ilə təmin olunmuş və Növbətçi Hissədə videoçəkilişlə hüquq və vəzifələri Təqsirləndirilən şəxs izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində narkotik vasitənin, eləcə də digər cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və qanunla qadağan olunmuş digər əşyanın olmadığını söyləmişdir. Ona görə də Təqsirləndirilən şəxs üzərində nə vardırsa masanın üzərinə qoyması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin və şalvarının ciblərindən müxtəlif əşyalar, yəni “texet” markalı telefon, içərisində özünə məxsus şəxsiyyət vəsiqəsi və 2 manat pul olan qara rəngli pul kisəsini, alışqan, 1 manatlıq pul əskinası, qəpik pullar, öz qabında bağlı vəziyyətdə 1 ədəd analgin dərman həbi, cib dəsmalı, eləcə də topada olan dırnaq tutanla açarları çıxarıb masanın üzərinə qoymuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd “Vincester” markalı siqaret qutusunu da çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalar nəzərdən keçirilən zaman “Vincester” markalı siqaret qutusu açılanda içərisində 2 ədəd göy-ağ rəngli kağız bükümlər, 1 ədəd müştük və 1 ədəd qələm başlığı aşkar edilmişdir. 2 ədəd göy-ağ rəngli kağız bükümlər açıldıqda birinin içərisində başqa göy-ağ rəngli kağızda qəhvəyi rəngli heroinə oxşar maddə aşkar edilmişdir. Daha sonra digər 1 ədəd göy-ağ rəngli kağız büküm açıldıqda içərisində yarım həb formasında lakin bölünmüş vəziyyətdə boz rəngli metadon narkotik vasitəsinə oxşar həb aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı protokol tərtib olunaraq ucadan oxunmuş, sonra isə Təqsirləndirilən şəxs, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş digər əşyaları və pullar özünə qaytarılmışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay rayon X5 Patrul Xidmət Bölməsinin bölük komandirinin müavini Şahid2 və Göyçay rayon X2 Təhqiqatlar Qrupunun kiçik inspektoru Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki,Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxlanılan narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən “Vinçester” markalı siqaret qutusunda 2 ədəd gö rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuş,həmin bükümlər açıldıqda birinin içərisində qəhvəyi rəngli kütlə,digərində isə qəhvəyi rəngli 1 ədəd bölünmüş halda dərman həbi aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 23 yanvar 2023-cü il tarixli, 6/415 nömrəli rəyinin nəticə hissəsindən görünür ki,»Təqsirləndirilən şəxs üzərindən….» soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,033 qram olan qəhvəyi rəngli maddəkustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata sərf edildi 0,01 qram,qalıq 0,023 qram. Təqdim olunmuş ½ hissə ədəd boz rəngli həbdə rəng və formasına əsasən metadonun təsir maddəsinin miqdarı 0,02 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına daxildir. Tədqiqatda sərf olundu – ¼ hissə, qalıq – ¼ hissədir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 13 mart 2023-cü il tarixli, 448 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və metadondan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2023-cü il tarixdə, saat 22.55də şübhəli şəxs qismində tutulmuş, 24 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 16.30-da MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay Rayon Polis Şöbəsinin İB-in müstəntiqi X3 14 mart 2023-cü il tarixli qərarından görünür ki,Təqsirləndirilən şəxs üzərindən 1 ədəd kağız bükümdə aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından artıq miqdarda olmadığından ona həmin xüsusat üzrə ittiham elan edilməmiş,həmin xüsusat üzrə əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin təsiri altına düşdüyündən ,barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün Göyçay rayon prokuroru qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarının surətindən görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 01 ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmiş,iş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,023 qram narkotik vasitə olan heroinin məhv edilməsi qərara alınmışdır. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ½ hissə həb formasında ümumi 0,02 qram çəkidə metadon narkotik vasitəsini üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Göyçay rayonu və mualicə olunacağı tibbi müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq,narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi ¼ hissə həb formasında metadon narkotik vasitəsi Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 65 manat Azərbaycan Respublikası CPM- nin 198.1 -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılaraq qəti olaraq ona 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini hər gün saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu və müalicə olunacaq tibbi müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq,narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi ¼ hissə həb formasında metadon narkotik vasitəsi məhv edilsin. Ekspertiza tədqiqatının 65 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar