Məhkəmə qərarları › İş №1(046)-41/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-41/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-41/2024 10.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 16.00-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, nümayəndəsi Nümayəndə, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Göyçay rayonu Qarabağlar kəndində qeydiyyatda olan, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.1-ci və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs onun Şahid1 ilə qeyri rəsmi sevgi münasibətində olması barədə rüsvayedici məlumatlar yayması səbəbindən aralarında olan narazılığa görə Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə sonuncuya məxsus Göyçay rayonu, Qarabağlar kəndində evinin həyətində yerləşən tövlənin ban dam hissəsinə küçədə olan nərdivanla çıxaraq orada olan ot tayasını üzərində olan kibritlə qəsdən yandırmaqla 22 metr uzunluğunda və 7 metr enində olan tövləni zədələyərək 6340 manat məbləğində,tövlənin içərisində olan 1 baş 3 yaşında dişi cinsində diri çəkisi 500 kq olan 2750 manat dəyərində camışı, 1 başın qiyməti 3000 manat olan 5 yaşında dişi şvest cinsində diri çəkisi 500 kq olan 27000 manat dəyərində 9 baş inəyi, 1 başın qiyməti 3250 manat olan 2 yaşında dişi şves cinsində diri çəkisi 500 kq olan 6500 manat dəyərində 2 baş inəyi, 1 ədədin qiyməti 60 manat 4 kq çəkidə 540 manat dəyərində 9 ədəd hind toyuqları, tövlənin ban hissəsində olan 1 bağın qiyməti 5 manat olan 6000 manat dəyərində 1200 bağ yonca otu məhv edərək 42790 manat məbləğində,ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs 49130 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını yandırmaqla qəsdən zədələmiş və məhv etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.1-ci və 186.2.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi, ifadə verərək göstərdi ki, anası X3, həyat yoldaşı Şahid3, övladları 2014-cü il təvəllüdlü X5 və 2020-ci il təvəllüdlü X6 ilə birlikdə yaşamış, yoldaşı ondan ayrılaraq uşaqlarını götürüb yaşadıqları evdən çıxıb getmişdir. Özünə məxsus «Vaz 2106» markalı, **-BA-*** qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs ilə eyni kənddə yaşamış, Vasifin evi kənddə onun yaşadığı evin olduğu küçədən iki küçə aralıda yerləşir. Onun Vasiflə yoldaşlıq münasibəti olmuşdur. Şahid1 onun anası Əzizənin dayısı nəvəsidir. Təxminən 6 ay əvvəl, yay aylarında o, Turanəgilin evində usta işləyən zaman onların evində gedən işlərə kömək etmiş, həmin vaxtdan Turanə ilə yaxın münasibəti yaranmış və mütəmadi telefonla əlaqə saxladıqdan sonra aralarında sevgi münasibətləri yaranmışdır. Ondan əvvəl Vasiflə Turanənin arasında sevgi münasibətləri olmuş və onlar qeyri rəsmi ər arvad münasibətində yaşamışlar. Lakin Turanə ilə Vasif təxminən bir il bundan əvvəl ayrılmış, Turanə Vasiflə əlaqəni kəsmək istəsə də Vasif əl çəkmək istəməmişdir. X8 yenidən münasibət saxlamadığı üçün Vasif Turanə ilə olan münasibətləri barədə kənddə danışmış, Turanənin əxlaqsız qadın olduğunu yayıb həmçinin Turanə ilə olan şəkillərini kənd camaatına göstərərək Turanəni biyabır edib heyif çıxmışdır. 2023-cü ilin sonlarında o, Göyçay şəhəri, H.Əliyev prospektində “Accès bank”ın qarşısında avtomobili ilə dayanıb müştəri gözləyərkən Turanə onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq oradan bir qədər aralıda keçid kimi tanınan yerin yaxınlığında “28 Nicat” adlı ətir mağazasında alış veriş etdiyini, lakin 12 manat pulun çatmadığını ona bildirmiş, ona 12 manat pul gətirməyini istəmişdir. O, məsafə yaxın olduğu üçün piyada həmin mağazaya gedib kassanın qarşısında olan Turanəyə 12 manat pul vermiş və Turanə ödəniş etdikdən sonra oradan çıxaraq piyada bir qədər H.Əliyev prospekti ilə Diş poliklinikasına tərəf gedib oradan Turanə ödəniş edəcəyi üçün “İrşad elektroniks” mağazasına tərəf getmişlər. Onlar həmin yerə çatdıqda Turanə arxaya çöndükdə Vasifin arxadan onların şəkillərini çəkdiyini demiş, o, həmin vaxt arxaya baxdıqda Vasifin arxaları ilə gəldiyini görmüş, Vasifə yaxınlaşıb şəkillərini çəkib-çəkmədiyini soruşduqda Vasif and içərək çəkmədiyini bildirmişdir. Bundan sonra onlar mağazaya, oradan isə ona məxsus avtomobilin yanına gedərək Turanə ilə birlikdə kəndə qayıtmış və hərə öz evinə getmişdir. Bundan bir neçə gün sonra Vasif onun Turanə ilə birgə çəkdiyi şəkillərini kənddə olan insanların arasında yaymış, həmçinin həmin şəkilləri onun həyat yoldaşına və qaynanasına verərək onları kənddə biyabır etmişdir. Bu hadisədən bir neçə gün sonra onun yoldaşı ondan ayrılaraq uşaqları ilə birgə yaşadıqları evdən çıxıb getmiş və Vasifin etdiyi hərəkət nəticəsində onun ailəsi dağılmış və həmçinin Turanə ilə birgə yaşadıqları kənddə biyabır olmuşlar. Bundan sonra o, mütəmadi olaraq Vasifdən heyif çıxaraq qisas almağı planlaşdırmış, Vasifdən qisas almaq üçün Vasifin tövləsini içərisində olan iribuynuzlu heyvanla birlikdə yandırmağı düşünüb götürqoy etmişdir. xx.xx.2024-cü il tarixdə kənddə Akşin adlı şəxsin qızının toy mərasimindən əvvəl ciyər axşamı kimi adlanan məclis olmuş, həmin məclisdə çayçı kimi işləmək üçün ora getmişdir. O, həmin məclisdə bir qədər-çayçı işləyib daha sonra oturub yemək yeyib spirtli içki olan araq qəbul edib camaatla bir qədər stolüstü oyun oynayıb yaşadığı evə çıxıb gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 22-23 radələrində anası ilə birgə yaşadıqları evdə olarkən Vasifin onun Turanə ilə kənddə şəkillərini yayıb onları biyabır edərək ailəsini dağıtdığı üçün Vasifin tövləsini yandıraraq qisas almağı qərarlaşdırmışdır. Vasifin evinin həyətində küçə barısına bitişik təxminən 20 metr uzunluğundan tövləsi olmuş, Vasif həmin tövlənin ban hissəsində, yəni üzərində qurudulmuş ot tayaları saxlamışdır. Həmçinin tövləsində təxminən 20 baş iribuynuzlu heyvanı olmuşdur. Bundan sonra o, sərxoş halda piyada Vasifin yaşadığı evin yanına getmiş, həmin vaxt tövlənin bitişik olduğu barıya söykənikli vəziyyətdə olan nərdivan ilə tövlənin ban hissəsinə çıxmış, orada olan ot tayasına yəni, kvadrat formada qurudulmuş yonca bağlamalarına yaxınlaşaraq cibindən kibrit çıxarıb alışdırıb otun üzərinə atmışdır.Tövlənin üzərində olan ot bağlamaları yanmağa başlamışdır. Ardınca o, dərhal nərdivanla küçəyə düşüb oradan uzaqlaşaraq yaşadığı evə qayıtmışdır. Təxminən o, evdə yarım saat oturmuşdur ki, onun Vasifin ailəsi ilə münasibəti yaxşı olduğundan Vasifin anası ona zəng edərək tövlələrinin yandığını bildirmişdir. O, isə evdən çıxaraq gedib həmin tövlənin içərisində olan iribuynuzlu heyvanların tövlədən çıxarılmasına kömək etmiş və baş vermiş hadisədən xəbəri olmamış kimi davranıb heç kimə bu barədə danışmamışdır. Həmin vaxt Vasifə təxminən 30000 manat dəyərində maddi ziyan vurmuş, ittiham olunan məbləğdə 57940 manat məbləğində ziyan vurmamışdır. Tövləni tək yandırmış, bu barədə ona nə Turanə, nə də başqa heç kim kömək etməmişdir. Azadlıqda qalacağı təqdirdə dəymiş maddi ziyanı hissə-hissə ödəyə bilər. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Göyçay rayonu, Qarabağlar kəndində yerləşən fərdi yaşayış evində anası Şahid9 ilə birlikdə yaşayır. Fərdi yaşayış evinin həyətində küçə barısına bitişik 22 metr uzunluğunda 7 metr enində tövləsi vardır. Həmin tövlə iki otaqdan ibarətdir. O, həmin tövlənin bir otağında iribuynuzlu heyvanlarını və digər otaqda isə balalarını saxlayır. Eyni zamanda tövləyə birləşik arxa tərəfdə talvar da vardır. Tövlənin ban hissəsində 1200 bağ yonca otu olmuşdur. Tövlənin küçəyə birləşik hissəsində olan barıya küçə tərəfdən nərdivan söykəmiş, ot götürmək üçün tövlənin üstünə küçə tərəfdə olan həmin nərdivanla çıxıb düşmüşdür. Onun tövləsində özünə məxsus 12 baş inək, 2 baş camış və 7 baş buzovu olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 16:20 radələrində heyvanlarının hamısını tövləyə salıb yerbəyer etmiş, həmçinin tövlənin işığını yaşadığı evin divarındakı elektrik cərəyanından ayırıb keçirmiş, əmisi nəvəsi Selcanın toy məclisi ilə əlaqədar ciyər axşamı məclisinə gedəcəyi üçün həyətdə olan hind toyuqlarını da tövlənin içərisinə salmışdır. Saat 19 radələrinə kimi həmin məclisdə olmuş və oradan yaşadığı evə qayıtmışdır. O, evə qayıdan zaman tövlənin işığını yandırmadan telefonunun işığı ilə tövlədə olan heyvanlara baxıb yaşadığı evə çıxmışdır. Həmin vaxt onun anasının səhhəti yaxşı olmadığı üçün bacısının yanında olmuş və o, evdə tək qalmışdır. Həmin vaxt o, evin darvazasını bağlayıb evdə televizora baxa-baxa yatıb yuxuya getmişdir. Həmin gün saat 23 radələrində yaşadığı evə yatarkən qonşusu Mətləb onu yuxudan oyatmış və ona məxsus tövlədə yanğın baş verdiyini demişdir. O, yaşadığı evdən çölə çıxdıqda tövlənin ban hissəsində otların alışıb yandığını və yanğının tövlənin işçərisinə də keçdiyini görmüşdür. Orada olan qonşular heyvanları tövlədən çıxarmağa çalışmış, həmçinin yanğın söndürən maşın da yanğını keçirirmiş. Həmin vaxt 5 baş heyvanın cəsədi tövlədən çıxarılmış, baş vermiş yanğın nəticəsində onun ümumilikdə 12 baş iribuynuzlu heyvanı və 9 ədəd hind quşu tələf olmuşdur. Həmin yanğın nəticəsində ona məxsus 22 metr uzunluğunda və 7 metr enində olan 25000 manat dəyərində tövləsi, tövlənin içərisində olan 1 baş 3 yaşında dişi cinsində diri çəkisi 500 kq olan 2000 manat dəyərində camışı, 1 başının qiyməti 2000 manat olan 5 yaşında dişi şvest cinsində diri çəkisi 500 kq olan 18000 manat dəyərində 9 baş inəyi, 1 başının qiyməti 2000 manat olan 2 yaşında dişi şves cinsində diri çəkisi 500 kq olan 4000 manat dəyərində 2 baş inəyi, 1 ədədinin qiyməti 60 manat 4 kq çəkidə ümumilikdə 540 manat dəyərində 9 ədəd hind toyuğu və tövlənin ban hissəsində olan 1 bağının qiyməti 7 manat olan 8400 manat dəyərində 1200 bağ yonca otu yanmış, ümumilikdə ona 57940 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanın ödənilməsi və mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 göstərdi ki, 2007-ci ildə X4 ilə ailə həyatı qurmuş və həmin evlilikdən 2008-ci il təvəllüdlü qız övladı Nihan, 2012-ci il təvəllüdlü qız övladı Ayan, 2013-cü il təvəllüdlü qız övladı Ləman, 2014-cü il təvəllüdlü oğlan övladı Bəyaz dünyaya gəlmişdir. 2023-cü ilin avqust ayında Sərdarın ona xəyanət etdiyi üçün boşanmış və həmin vaxtdan etibarən övladları ilə birlikdə atası Namiqin evində yaşamışdır. Zərərçəkmiş şəxs yaşadığı Göyçay rayonu, Qarabağlar kənd sakini kimi tanımış, Vasiflə yay aylarından etibarən yumurta alarkən tanışlığı yaranmış və Vasifə zəng etmişdir. Bundan sonra isə Vasiflə arada hal əhval tutan zaman Vasif ondan xoşu gəldiyini, həmçinin onun boşandığını və Vasifin də arvadı olmadığı üçün onunla evlənmək istədiyini bildirmişdir. O, isə Vasiflə evlənə bilməyəcəyini demiş və Vasifin nömrəsini bloka atmışdır. Təqsirləndirilən şəxs onun ata tərəfdən qohumudur. Təxminən 6 ay əvvəl, yay aylarında atasına məxsus evdə usta işləyən zaman Seymur onlara gələrək ustalara kömək etmiş, həmin vaxtdan onların Seymur ilə yaxın münasibəti yaranmış və mütəmadi telefonla əlaqə saxladıqdan sonra aralarında sevgi münasibətləri yaranmışdır. O, Seymurla sevgili olduğu vaxtlarda Vasif yenə də ondan əl çəkmək istəməmiş, həmçinin Vasifə münasibət saxlamadığı üçün onun Seymurla əlaqəsini bildiyindən onun barəsində kənddə pis sözlər danışmışdır. 2023-cü ilin sonlarında o, Göyçay şəhəri, H.Əliyev prospektində keçid kimi tanınan yerin yaxınlığında “28 Nicat” adlı ətir mağazasında alış veriş edərkən Seymur onunla əlaqə saxlayıb həmin yerə gəlmişdir. O, mağazadan çıxdıqdan sonra Seymurla birlikdə piyada bir qədər H.Əliyev prospekti ilə Diş poliklinikasına tərəf gedib oradan ödəniş edəcəyi üçün “İrşad elektroniks” mağazasına tərəf getmişdir. Onlar həmin yerə çatdıqda o, arxaya çöndükdə Vasifin arxadan onların şəkillərini çəkdiyini görmüş və Seymura dedikdə Seymur da arxaya çönüb Vasifi görmüşdür. Bundan sonra onlar mağazaya, oradan isə Seymura məxsus avtomobilin yanına gedərək birlikdə kəndə qayıtmış və hərə öz evinə getmişdir. Bundan bir neçə gün sonra Vasif onun Seymur ilə birgə çəkdiyi şəkillərini kənddə olan insanların arasında yaymış, həmçinin həmin şəkilləri Seymurun həyat yoldaşına və qaynanasına verərək onları kənddə biyabır etmişdir. Bu hadisədən bir neçə gün sonra Seymurun arvadı ayrılaraq uşaqları ilə birgə yaşadıqları evdən çıxıb getmiş, bundan sonra onlar Seymurla telefonla danışdıqda Seymur Vasifdən heyif çıxaraq qisas almağı planlaşdırdığını, qisas almaq üçün Vasifin tövləsini yandıracağını demişdir. Yanvar ayının ortalarında işə gedib gələrkən Vasifin tövləsinin yandığını eşitmiş, həmçinin bir iki gün sonra Seymur onunla telefonla danışdıqda Vasifin tövləsini yandırdığını və qisas aldığını ona bildirmişdir. Qorxduğu üçün bu barədə heç harda danışmamış və polisə məlumat vermişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 göstərdi ki, kənd sakinləri onu Telman kimi tanıyır. Zərərçəkmiş şəxs onun bacısı oğludur. Vasifə məxsus evin həyətində küçə barısına bitişik 22 metr uzunluğunda 7 metr enində tövləsi vardır. Həmin tövlə iki otaqdan ibarətdir. Vasif həmin tövlənin bir otağında iribuynuzlu heyvanlarını və digər otaqda isə onların balalarını saxlayır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Qarabağlar kəndində yaşadığı evdə olarkən qonşusu Ehsan ona zəng edərək Vasifin tövləsində yanğın olduğunu demiş, o, Ehsana yanğın söndürənlərə məlumat verməsini demiş və özü də Vasifə məxsus evin qarşısına getmişdir. Həmin vaxt tövlə yanırmış və kənd sakinləri Vasifə məxsus tövlədən heyvanları çıxarmağa çalışmışdır. Hadisə nəticəsində Vasifin 12 baş iribuynuzlu heyvanı tələf olmuş, həmin tövlənin kim tərəfindən yandırıldığını görməmiş, lakin sonradan həmin tövlənin kənd sakini Təqsirləndirilən şəxs tərəfindən yandırıldığını eşitmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid9 göstərdi ki, Göyçay rayonu, Qarabağlar kəndində yerləşən fərdi yaşayış evində oğlu Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Kənd sakinləri onu Matan kimi tanıyır. Yaşadıqları evin həyətində küçə barısına bitişik 22 metr uzunluğunda 7 metr enində tövlə vardır. Həmin tövlə iki otaqdan ibarətdir. Oğlu Vasif həmin tövlənin bir otağında iribuynuzlu heyvanlarını və digər otaqda isə onların balalarını saxlayır. Eyni zamanda tövləyə birləşik arxa tərəfdə talvar da vardır. Tövlənin ban hissəsində 1200 bağ yonca otu olmuşdur. Vasif tövlənin küçəyə birləşik hissəsində olan barıya küçə tərəfdən nərdivan söykəmiş, ot götürmək üçün tövlənin üstünə küçə tərəfdə olan həmin nərdivanla çıxıb düşür. Vasifin tövlədə özünə məxsus 12 baş inək, 2 baş camış və 7 baş buzovu olmuşdur. xx.xx.2024-cü il tarixdə səhhəti yaxşı olmadığı üçün qızıgildə olmuş, həmin vaxt Vasif isə evdə olmuşdur. Həmin gün o, qızının evində olarkən qonşusu Mehrabın oğlu Caviddən zəng gəlmiş və Cavid Vasifə məxsus tövlənin yandığını bildirmişdir. Həmin vaxt o, dərhal Vasifin tanışı Seymura zəng edərək Vasifin tövləsinin yandığını və kömək etməyə getməsini bildirmişdir. Özü isə ayağında problem olduğundan sərbəst yeriyə bilmədiyi üçün qızına məxsus evdə qalmışdır. Sonradan o, Vasifə məxsus tövləni Təqsirləndirilən şəxs özü yandırdığını bilmiş, nəticədə oğlunun 12 baş iribuybuzlu heyvanı, 9 ədəd hind toyuğu tələf olmuş və həmçinin tövlə ilə birlikdə tövlənin ban hissəsində olan 1200 bağ yonca otu da yanmışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 göstərdi ki, 2013-cü ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin evlilikdən 2014-cü il təvəllüdlü oğlu X5 və 2020-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Seymur ailəsinə yaxşı baxmadığı və digər qadınlarla qeyri rəsmi sevgi münasibətləri saxladığına görə mütəmadi davaları olmuş, 2018-ci ildə isə rəsmi boşanmışlar. Lakin o, uşaqlarına görə Seymur yenidən gəlib onunla barışdıqda Seymurla yaşamağa davam etmiş və 2021-ci ildə yenidən nikaha daxil olmuşlar. Zərərçəkmiş şəxs onlarla eyni kənddə qonşuluqda yaşayır, Vasifin Seymur ilə dostluq münasibətləri olmuş və bir birilərinin evlərinə gediş-gəlişləri olmuşdur. Vasifin Şahid1 ilə qeyri rəsmi ər arvad münasibətləri olmuş, lakin onlar sonradan əlaqəni kəsmişlər. Təxminən 2023-cü ilin oktyabr ayında o, Seymurun Turanə ilə sevgi münasibətində olduğunu eşitmiş və Seymurun telefonunda Turanə ilə şəkillərini görmüşdür. Bundan sonra Seymurla aralarında dava düşmüş və Seymura məxsus evdən uşaqlarını da götürüb çıxıb getmişdir. Bundan sonra 2024-cü ilin yanvar ayının ortalarında o, Vasifin tövləsinin yandırıldığını eşitmiş, sonradan öyrənmişdir ki, həmin tövləni Seymur yandırmışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid4 göstərdi ki, Göyçay rayonu, Qarabağlar kəndində yaşayır. Zərərçəkmiş şəxs Turab oğlu onunla qonşuluqda yaşayır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Qarabağlar kəndində yaşadığı evdə olarkən həyat yoldaşının telefonuna qohumu zəng edərək “sizin tərəfdə nədir yanan?” demişdir. O an cəld eyvana çıxdıqda qonşusu Zərərçəkmiş şəxs həyətində yerləşən tövlədə yanğın olmasını gormuşdür. Vasifin həyəti onun evinin həyətindən təxminən 40 metr məsafədə yerləşir. Cəld Vasifin dayısı Telmana zəng etmiş, Vasifin həyətində tövləsinin yanmasını demişdir. Telman ona yanğın söndürənlərə zəng etməyini demiş, o, telefondan başı çıxmadığını dedikdə bu vaxt qonşusu Mətləb küçədən səslənərək yanğın söndürənlərə məlumat verdiklərini demişdir. Bundan sonra o, Vasifin həyətinə getmiş, Vasifin evinin qarşısına çatdıqda evin darvazası bağlı olmuşdur. Vasifin nömrəsini bilmədiyi üçün qudası Mehraba zəng etmiş, Vasifin nömrəsini tapıb zəng etmələrini, tövləsinin yanmasını, lakin qapısının bağlı olduğunu bildirmişdir. Həmin vaxt qudası Mehrab oğlu Cavidlə birlikdə həmin yerə gəlmiş, Cavid evin barısının üzərindən həyətə keçərək içəri tərəfdən darvazanı açmış, tövlənin ban hissəsi orta hissədən yanırmış, tövlənin içərisini isə tüstü bürümüşdür. Cavid, Mehrab və oraya sonradan gələn kənd sakinləri tövlənin qapısını açmağa çalışmışlar ki, içəridə olan heyvanları çıxarsınlar. Mətləb isə işıq xətti tövləyə getdiyindən evin divarındakı elektrik ayırıcıdan bütün xəttləri ayırmışdır. Tövlənin qapısı açıldıqdan sonra heyvanların sağ qalmış hissəsi çölə çıxarılmış, 5 baş heyvanın cəsədi çölə dartılıb çıxarılmışdır. Eyni zamanda Mətləb buzovlar olan otağın pəncərəsinin sellofanını cırmış, kənd sakinləri içəri daxil olub buzovları çıxarmışlar. Həmin vaxt ev sahibi Zərərçəkmiş şəxs çölə çıxmamış, evdə yatmış və olan hadisədən xəbəri olmamışdır. Mətləb bundan sonra evə girib Vasifi yuxudan oyatmış, tövlədə yanğın olmasını demişdir. Həmin vaxt Vasifin tövlədən 5 baş iribuynuzlu heyvanının cəsədi çıxarılmış, ümumilikdə 12 baş heyvanı tələf olmuşdur. O, həmin tövlənin kim tərəfindən yandırıldığını görməmiş, lakin sonradan həmin tövlənin kənd sakini Təqsirləndirilən şəxs tərəfindən yandırıldığını eşitmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid5 göstərdi ki, Göyçay rayonu, Qarabağlar kəndində yaşayır. Zərərçəkmiş şəxs Turab oğlu onunla qonşuluqda yaşayır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Qarabağlar kəndində yaşadığı evdə yatmış vəziyyətdə olanda oğlu X1 onu oyatmış, qonşusu Zərərçəkmiş şəxs həyətində yerləşən tövlədən yanğın olmasını gördüyünü demiş, pəncərədən baxanda həqiqətən da Zərərçəkmiş şəxs tövləsinin yanmasını görmüşdür. Vasifin həyəti onun evinin həyətindən təxminən 50 metr məsafədə yerləşir. O, cəld paltarını geyinib Vasifin həyətinə getmiş, oğlu İsrafil isə fövqəladə hallar nazirliyinə zəng etmiş, daha sonra yanğın söndürənləri hadisə yerinə gətirmək üçün küçəyə getmişdir. Vasifin evinin qarşısına çatanda evin darvazası bağlı olmuş, həmin vaxt orada həmkəndlisi Mehrab, oğlu Cavid və Mehrabın qudası Ehsan olmuşdur. Cavid barının üzərindən həyətə keçib darvazanı içəri tərəfdən açmış, həmin vaxt tövlənin ban hissəsi orta hissədən yanırmış, tövlənin içərisini tüstü bürümüşdür. Cavid, Mehrab və Ehsan tövlənin qapısını basıb açmağa çalışmışlar ki, içəridə olan heyvanları çıxarsınlar. O, isə işıq xətti tövləyə getdiyindən evin divarındakı elektrik ayrıcıdan bütün xəttləri ayırmış, tövlənin qapısı açıldıqdan sonra heyvanların sağ qalanları çölə çıxarılmış, eyni zamanda buzovlar olan otağın pəncərəsinin sellofanını cırmış, kənd sakinləri içəri daxil olub buzovları çıxarmışlar. Həmin vaxt ev sahibi Zərərçəkmiş şəxs çölə çıxmamış, evdə yatırmış. O, evə girmiş, Vasifi yuxudan oyatmış, tövlədə yanğın olmasını demiş, həmin vaxt Vasifin tövlədən 5 baş iribuynuzlu heyvanının cəsədi çıxarılmış, ümumilikdə 12 baş heyvanı tələf olmuşdur.Həmin tövlənin kim tərəfindən yandırıldığını görməmiş, lakin sonradan həmin tövlənin kənd sakini Təqsirləndirilən şəxs tərəfindən yandırıldığını eşitmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid6 göstərdi ki, Göyçay rayonu, Qarabağlar kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Qarabağlar kəndinə yaşadığı evə gedərkən oğlu Cavid ona zəng etmiş, həmkəndlisi Zərərçəkmiş şəxs tövləsində yanğın olmasını, hadisə yerinə getmələrini demişdir. Cavidi Akşin adlı şəxsin həyətindən götürüb öz avtomobili ilə Zərərçəkmiş şəxs həyətinə aparmış, yolda həmkəndlisi Mətləbin oğlu İsrafillə rastlaşmış, İsrafil yanğın söndürənləri gətirməyə gedirmiş. Həmin vaxt həmçinin qudası Mehrab da ona zəng edərək Vasifin tövləsinin yandığını, Vasifə xəbər verməyini bildirmişdir. Vasifin evinin qarşısına çatanda darvaza olmuş, həmin vaxt orada Vasifin qonşuları Mətləb və qudası Ehsanı görmüşdür. Kənd sakinlərinin Vasifin həyətinə girməyə qorxduqlarını görmüş, oğlu Cavid ona görə də arxa qapıdan Vasifin həyətinə keçmiş, qapını açmışdır. Həmin vaxt tövlənin ban hissəsi ortadan yanırmış, tövlənin içərisini tüstü bürümüşdür. Oğlu Cavid və qudası Ehsan tövlənin qapısını basıb açmağa çalışmışlar ki, içəridə olan heyvanları çıxarsınlar. Heyavnın biri qapının ağzında öldüyündən qapı açılmırmış, Mətləb isə işıq xətti tövləyə getdiyindən evin divarındakı elektrik ayrıcıdan bütün xəttləri ayırmış, Mətləb ev sahibi Zərərçəkmiş şəxs yuxudan oyatmışdır. Vasif oyananda yanğın söndürənlər gəlmiş, tövlənin qapısı açıldıqdan sonra heyvanların sağ qalmışları çölə çıxarılmış, eyni zamanda, Mətləb buzovlar olan otağın pəncərəsinin sellofanını cırmış, kənd sakinləri içəri daxil olub buzovları çıxarmışlar. Hadisə nəticəsində Vasifin 12 baş heyvanı tələf olmuşdur. O, həmin tövlənin kim tərəfindən yandırıldığını görməmiş, lakin sonradan həmin tövlənin kənd sakini Təqsirləndirilən şəxs tərəfindən yandırıldığını eşitmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid8 göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Qarabağlar kəndində Akşin adlı şəxsin həyətində qonaqlıqda olan zaman qaynanası Vəfa ona zəng etmiş, qonşusu Zərərçəkmiş şəxs tövləsinin yanmasını demiş, Vasifin nömrəsi olmadığını, nömrəsini tapıb zəng etməyini demişdir. O, Vasifin işlətdiyi nömrəsinə zəng etmiş, zəng çatmamışdır. Bacısı Afətə zəng etmiş, Vasifin tövləsinin yanmasını, özünü oraya çatdırmasını demişdir. Özü isə atası Şahid6la birlikdə Vasifin həyətinə gəlmişdir. Yolda həmkəndlisi Mətləbin oğlu İsrafillə rastlaşmış, İsrafil yanğın söndürənləri gətirməyə getdiyini demişdir. Vasifin həyətinə çatanda darvaza bağlı olmuş, həmin vaxt orada Vasifin qonşuları Mətləbi və qaynatası Ehsanı görmüşdür. Kənd sakinləri Vasifin həyətinə girməyə qorxduqları üçün arxa qapıdan Vasifin həyətinə keçmiş, qapını açmışdır. Həmin vaxt tövlənin ban hissəsi ortadan yanırmış, tövlənin içərisini tüstü bürümüşdür. O, atası Mehrab və qaynatası Ehsan tövlənin qapısını basıb açmağa çalışmışlar ki, içəridə olan heyvanları çıxarsınlar. Heyvanın biri qapının ağzında öldüyündən qapı açılmırmış, Mətləb isə işıq xətti tövləyə getdiyindən evin divarındakı elektrik ayrıcıdan bütün xəttləri ayır, ev sahibi Zərərçəkmiş şəxs yuxudan oyatmışdır. Vasif oyananda yanğın söndürənlər gəlmiş, tövlənin qapısı açıldıqdan sonra heyvanların sağ qalanları çölə çıxarılmış, eyni zamanda, Mətləb buzovlar olan otağın pəncərəsinin sellofanını cırmış, kənd sakinləri içəri daxil olub buzovları çıxarmış, hadisə nəticəsində Vasifin 12 baş heyvanı tələf olmuşdur. O, həmin tövlənin kim tərəfindən yandırıldığını görməmiş, lakin sonradan həmin tövlənin kənd sakini Təqsirləndirilən şəxs tərəfindən yandırıldığını eşitmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid7 göstərdi ki, Zərərçəkmiş şəxs Turab oğlu onlarla qonşuluqda yaşayır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Qarabağlar kəndində yaşadığı evdə olarkən Vasifin evinin tövləsində yanğın olduğunu görmüş, evdə yatan atası Mətləbi yuxudan oyatmış, Vasifin tövləsində yanğın olmasını gördüyünü demişdir. O, həmin vaxt fövqəladə hallar nazirliyinə zəng etmiş, atası isə paltarını geyinib Vasifin həyətinə getmişdir.Özü isə yanğın söndürənləri hadisə yerinə gətirmək üçün küçəyə getmiş və onların qarşısına çıxıb onları hadisə yerinə gətirmişdir. Həmin vaxt tövlənin ban hissəsi orta hissədən yanırmış, tövlənin içərisini tüstü bürümüşdür. Kənd sakinləri tövlədə olan heyvanları çölə çıxarmağa çalışmış, hadisə nəticəsində Vasifin 12 baş heyvanı tələf olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli, 9/1480 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspetiza təyini haqqında qərarda göstərilən malların 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə nəzəri qaydada 3 yaşında dişi cinsində diri çəkisi 500 kq olan 01 baş camış 2750 manat , 5 yaşında dişi şves cinsində diri çəkisi 500 kq olan 09 baş inək 1 başın qiyməti 3000 manat cəmi 27000 manat , 2 yaşında dişi şves cinsində diri çəkisi 500 kq olan 02 baş inək 01 başın qiyməti 3250 manat cəmi 6500 manat, 4 kq çəkidə olan hind toyuğu 09 ədəd 1 ədədin qiyməti 60 manat cəmi 540 manat,yonca otu 1200 bağ 01 bağın qiyməti 5 manat ,cəmi 6000 manat,ümumi dəyəri təxminən 42790,00 manat müəyyən edilir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1494 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yanğın nəticəsində Göyçay rayonu, Qarabağlar kəndində yerləşən tövləyə tikinti üzrə dəymiş ziyan 6340.00 manat təşkil edir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1493 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Göyçay rayonu, Qarabağlar kəndində evinin həyətində yerləşən tövlədə baş vermiş yanğının mənbəyi, tövlənin dam hissəsində olmuşdur. Qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini, mənbə zonasında işlək vəziyyətdə hər hansı istilik ixrac edə bilən texniki qurğu, yaxud onların qalıqlarının aşkar edilmədiyini, eləcə də yanğını şərtləndirə bilən digər amillərin (öz-özünə alışan, alışqan və s. maddələrin) saxlanılmadığını nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğın istintaq tərəfindən müəyyən edildiyi kimi yəni, kənardan düşmüş alışdırıcı mənbənin təsirindən baş vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il tarixdə, saat 22.00-da şübhəli şəxs qismində tutulmuş, 12 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus Göyçay rayonu, Qarabağlar kəndində evinin həyətində yerləşən tövlənin dam hissəsinə küçədə olan nərdivanla çıxaraq orada olan ot tayasını üzərində olan kibritlə qəsdən yandırmaqla tövləni zədələyərək 6340 manat məbləğində,tövlənin içərisində olan 1 baş 3 yaşında dişi cinsində diri çəkisi 500 kq olan 2750 manat dəyərində camışı, 1 başın qiyməti 3000 manat olan 5 yaşında dişi şvest cinsində diri çəkisi 500 kq olan 27000 manat dəyərində 9 baş inəyi, 1 başın qiyməti 3250 manat olan 2 yaşında dişi şves cinsində diri çəkisi 500 kq olan 6500 manat dəyərində 2 baş inəyi, 1 ədədin qiyməti 60 manat 4 kq çəkidə 540 manat dəyərində 9 ədəd hind toyuqları, tövlənin ban hissəsində olan 1 bağın qiyməti 5 manat olan 6000 manat dəyərində 1200 bağ yonca otu məhv edərək 42790 manat məbləğində,ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs 49130 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən zədələmiş və məhv etmiş,törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsinin tərkibini yaradır. Halbuki ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürmüşdür ondan ötrü ki,o 13 yanvar 2024-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs onun Şahid1 ilə qeyri rəsmi sevgi münasibətində olması barədə rüsvayedici məlumatlar yayması səbəbindən aralarında olan narazılığa görə Zərərçəkmiş şəxs qisas almaq məqsədi ilə sonuncuya məxsus Göyçay rayonu, Qarabağlar kəndində evinin həyətində yerləşən tövlənin ban dam hissəsinə küçədə olan nərdivanla çıxaraq orada olan ot tayasını üzərində olan kibritlə qəsdən yandırmaqla 22 metr uzunluğunda və 7 metr enində olan 25000 manat dəyərində tövləsini,tövlənin içərisində olan 1 baş 3 yaşında dişi cinsində diri çəkisi 500 kq olan 2000 manat dəyərində camışını, 1 başının qiyməti 2000 manat olan 5 yaşında dişi şvest cinsində diri çəkisi 500 kq olan 18000 manat dəyərində 9 baş inəyini, 1 başının qiyməti 2000 manat olan 2 yaşında dişi şves cinsində diri çəkisi 500 kq olan 4000 manat dəyərində 2 baş inəyini, 1 ədədinin qiyməti 60 manat 4 kq çəkidə 540 manat dəyərində 9 ədəd hind toyuğunu, tövlənin ban hissəsində olan 1 bağın qiyməti 7 manat olan 8400 manat dəyərində 1200 bağ yonca otunu yandırmaqla ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs 57940 manat məbləğində külli miqdarda əmlakını qəsdən məhv etmiş və zədələmiş,bununla da Azərbaycan Respublikası CM-in 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il). Azərbaycan Respublikası CPM-in 124.2.2-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi cinayət prosesində sübut kimi qəbul edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsinə görə eyni əməllər zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə; 186.2.2-ci maddəsinə görə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi cinayətin obyekti mülkiyyət münasibətləridir,obyektiv cəhəti 1)özgənin əmlakını məhv etmə və ya zədələmədən ibarət əməli,2)zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmasından ibarət ictimai təhlükəli nəticəni,3) törədilmiş əməllə vurulmuş ziyan əsasında səbəbli əlaqəni əhatə edir. Burada məhv etmə dedikdə,əmlakın xassələrinin elə dəyişməsi başa düşülür ki,bu zaman əmlak təsərrüfat dəyərini itirir,tam yararsız vəziyyətə salınır.Zədələmə dedikdə isə əmlakın xassələrinin elə dəyişməsi başa düşülür ki,onun vəziyyəti əhəmiyyətli dərəcədə pisləşir,istifadəyə qismən yararsız olur,təmir etməklə və ya sair üsulla bərpası mümkün olur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1494 nömrəli rəyindən,xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki,Göyçay rayounu Qarabağlar kəndində yerləşən zərərçəkmiş şəxsə məxsus evin həyətində olan tövlənin dam hissəsi və 1 otağın yuxarı hissəsi tamamilə yanmış,tövlənin bərpa tikinti işlərinin aparılması üçün 6340 manat tələb edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli, 9/1480 nömrəli rəyindən görünür ki,5 adda malların 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 42790 manat müəyyən edilir: 1)3 yaşında dişi cinsində diri çəkisi 500 kq olan 01 baş camış 2750 manat , 2)5 yaşında dişi şves cinsində diri çəkisi 500 kq olan 09 baş inək 1 başın qiyməti 3000 manat cəmi 27000 manat , 3)2 yaşında dişi şves cinsində diri çəkisi 500 kq olan 02 baş inək 01 başın qiyməti 3250 manat cəmi 6500 manat, 4)4 kq çəkidə olan hind toyuğu 09 ədəd 1 ədədin qiyməti 60 manat cəmi 540 manat, 5)yonca otu 1200 bağ 01 bağın qiyməti 5 manat ,cəmi 6000 manat. Məhkəmə qeyd olunan ekspert rəylərinin sübut kimi qəbul edildiyini,həmin sübutları təkzib edən və ya aradan qaldıran digər sübutların təqdim edilməməsini nəzərə alıb,hesab edir ki,ekspert rəylərində göstərilənlər nəzərə alınmalı və qəbul olunmalıdır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs məxsus Göyçay rayounu Qarabağlar kəndində yerləşən evin həyətində yerləşən tövlənin yuxarı hissəsi,yəni tövlə qismən yararsız hala düşərək təmir bərpa işlərinin görülməsi üçün 6340 manat məbləğində xərc tələb edildiyindən,22 metr uzunluğunda və 7 metr enində olan tövlə təmir edilməklə bərpası mümkün olduğundan zədələnmiş hesab olunmalı,əmlakın zədələnməsi nəticəsində zərərçəkmiş şəxsə 6340 manat məbləğində ziyan dəyməsi müəyyən olunmalıdır.Tələf olunmuş 3 yaşında dişi cinsində diri çəkisi 500 kq olan 01 baş camışın 2750 manat , 5 yaşında dişi şves cinsində diri çəkisi 500 kq olan 09 baş inəyin 1 başın qiyməti 3000 manat cəmi 27000 manat , 2 yaşında dişi şves cinsində diri çəkisi 500 kq olan 02 baş inəyin 01 başın qiyməti 3250 manat cəmi 6500 manat, 4 kq çəkidə olan hind toyuğunun 09 ədədinin 1 ədədin qiyməti 60 manat cəmi 540 manat və yonca otunun 1200 bağ 01 bağın qiyməti 5 manat ,cəmi 6000 manat bütövlükdə 42790 manat məhv edilmiş əmlakın dəyəri müəyyən olunmalı,beləliklə də zədələnmiş və məhv edilmiş əmlakın ümumilikdə dəyəri 49130 manat,zərərçəkmiş şəxsə dəymiş maddi ziyan 49130 manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə bu Məcəllənin 177-182-ci,185-187-ci və 189-1-ci maddələrində «xeyli miqdar» dedikdə,beş min manatdan yuxarı,lakin əlli min manatdan artıq olmayan məbləğ,»külli miqdar»dedikdə əlli min mantadan yuxarı,lakin beş yüz min manatdan artıq olmayan məbləğ,»xüsusilə külli miqdar» dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göründüyü kimi Cinayət-Prosessual qanunvericiliyi məhkəməyə müstəsna olaraq təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayətə tövsif etmək və ittihamdan ayrı-ayrı bəndləri çıxarmaqla onun vəziyyətinin yaxşılaşmasına yönələn tədbirlər görmək səlahiyyəti verir. Məhkəmənin tövsifin dəyişdərilməsi ilə bağlı səlahiyyətini təsbit edən CPM-in 318.1ci maddəsinin ikinci cümləsi həmin maddənin birinci cümləsində təsbit edilən norma ilə birlikdə götürülməklə təfsir edilməlidir.Yəni məhkəmə istənilən halda,o cümlədən əməlin tövsifini dəyişərkən şəxsə qarşı irəli sürülmüş ittihamı,onun mahiyyətini nəzərdən qaçırmamalı və təqsirləndirilənin əməlini həmin ittihamla əlaqəsi olmayan tamamilə fərqli bir cinayət əməli ilə,faktiki olaraq yeni ittihamla əvəzləməməlidir. Məhkəmə hesab edir ki, məhv edilmiş əmlakın dəyəri ilə zədələnmiş əmlakın bərpası üçün çəkilən xərc ümumilikdə 49130 manat təşkil etdiyindən,yəni dəymiş ziyan əlli min manatdan aşağı olduğundan Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs 49130 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən zədələmiş və məhv etmiş,onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinin tövsifedici əlaməti kimi Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə olan cinayətin yandırmaqla,partladılmaqla və ya başqa ümumi təhlükəli üsulla törədilməsi və ya ağır nəticələrə səbəb olması nəzərdə tutulur. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs əməli CM-in 186-cı maddəsinin daha ağır növünə görə məsuliyyət nəzərdə tutan CM-in 186.2.2-ci maddəsi ilə tövsif edilməli,CM-in 186.2.2-ci maddəsinin sanksiyasında daha ciddi cəzanın verilməsi nəzərdə tutulduğundan,CM-in 186.1-ci maddəsi ilə cəza verilməsinə lüzum qalmamışdır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşaqların olmasını iş üzrə cəzasını yüngülləşdirən hal olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1.ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia verərək cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulmuş 57940 manat məbləğində maddi zərərin, dövlət rüsumu kimi ödədiyi 263 manat 82 qəpik pulun alınıb ona verilməsini tələb etmişdir. Məhkəmə dəymiş zərərin baş verməsinə səbəb olmuş Təqsirləndirilən şəxs cinayət əməlinin təhlükəlilik dərəcəsini, cinayət nəticəsində mülki iddiaçıya vurduğu zərərin məhz cəmi 49130 manat məbləğində olmasını təsdiq edən sübutların olmasını nəzərə alıb, hesab edir ki, mülki iddia qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri mülki iddianın verilməsi ilə əlaqədar ödənilmiş 263 manat 82 qəpik məbləğində ödənilmiş dövlət rüsumundan ibarət olduğundan və mülki iddia qismən təmin edildiyindən,ödənilmiş tələbin məbləğinə mütənasib olaraq məhkəmə xərclərinin 85 faizi - 224 manat 25 qəpik hissəsi alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs Turab oğluna verilməlidir. Ekspertiza tədqiqatının 210 manat məbləğində dəyəri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmalıdr. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs dəymiş zərərin əvəzi olaraq 49130 manat məbləğində pul alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Məhkəmə xərclərinin 85 faizi mülki cavabdehə aid edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddianın verilməsi ilə əlaqədar ödənilmiş 263 manat 82 qəpik məbləğində pulun 224 manat 25 qəpik hissəsi alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Ekspertiza tədqiqatının 210 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar