Məhkəmə qərarları › İş №1(046)-42/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-42/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-42/2023 16.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşqul olan, evli, himayəsində iki azyaşlı uşağı olan, Göyçay rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla ələ keçirmək qərarına gəlib, bu məqsədlə xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində tanışı Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab olunan Göyçay şəhəri Natəvan küçəsində yerləşən “Rafiq market” mağazasına həmin mağazanın damını söküb qanunsuz daxil olaraq, oradan xx.xx.2022-ci il tarixli məzənnəyə görə 4255 manat dəyərində 2500 ABŞ dolları və 4150 manat pul olmaqla, cəmi 8405 manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində yaşadığı Göyçay rayonu Potu kəndində yerləşən evindən özü ilə kəlbətin və əlcək götürərərk Göyçay şəhəri Natəvan küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazanın yanına gəlmiş, bir qədər gözləyib ətrafa nəzər saldıqdan sonra saat 02 radələrində mağazanın arxa tərəfindən həmin mağazaya birləşik olan çayxanının kənarında olan taxta çərçivənin üzərindən yuxarı qalxmış, yuxarı qalxdıqdan sonra özü ilə gətirdiyi əlcəkləri əlinə geymişdir. Bundan sonra Rafiqin mağazanın dam hissəsinə yaxınlaşıb oradakı dəmir şiferləri kəlbətinlə söküb mağazanın içinə daxil olmaq üçün özünə yer açmış, bundan sonra həmin yerdən mağazanın damında olan lanbirini təpiklə vurub yerindən çıxararaq mağazanın içərisinə daxil olmuşdur. İçəriyə daxil olduqdan sonra telefonun işığını yandırıb mağazada pul axtarmağa başlamışdır. Mağazanın içərisində gəzib ilk öncə vitrinin arxa hissəsində olan siyirmədən topa halda gördüyü pulu götürmüş, bundan sonra vitrinin arxa hissəsində olan yerdən dəftərin altından topa halda gördüyü ABŞ dollarlarını götürmüşdür. Eləcə də, mağazada digər yerlərə nəzər saldıqda vitrinin altındakı kiçik ölçülü şkafın içərisindəki şəffaf rəngli plastik qabın içindəki topa halda olan pulları da götürüb üzərindəki gödəkcənin ciblərinə yığmışdır. Təxminən 10 dəqiqə mağazanın içərisində olduqdan sonra mağazanın dam örtüyündən içəriyə daxil olduğu yerdən çölə çıxmış, bundan sonra ətrafa nəzər salaraq ətrafda heç kimin olmadığından tam əmin olaraq oraya çıxdığı taxta çərçivədən yapışıb yerə düşmüşdür. Bundan sonra arxa küçələrlə yaşadığı evə getmişdir. Ümumilikdə Zərərçəkmiş şəxs məxsus mağazadan 8405 manat pul oğurlamışdır. Oğurladığı pulları öz ehtiyacları üçün xərcləmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsnna dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Göyçay şəhəri Natəvan küçəsində özünə məxsus mağazası vardır. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində mağazanın qıfılını açıb mağazaya daxil olmuşdur. Mağazaya daxil olduqdan sonra sol tərəfdə yuxarı tavan hissəsinin sınrıdılmasım görüb mağazadan oğurluq olmasından şübhələnmiş, buna görə də, dərhal mağazada taxta vitrinin üzərindəki dəftərin altına qoyduğu 2950 manatın və 2500 ABŞ dolların oğurlandığını görmüşdür. Bundan sonra plastik qabın içərisində qoyduğu 650 manat və kiçik ölçülü kardon qutunun içinə ayrı-ayrılıqda qoyduğu 200 manat və 350 manat pulların da yerində olmadığını görmüşdür. Bundan sonra dərhal mağazasına yaxınlıqda olan Göyçay rayon Polis Şöbəsinə yaxınlaşıb mağazadan oğurluq olması barədə məlumat vermişdir. Bir neçə gün sonra məlum olmuşdur ki, mağazadan oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 8405 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam olaraq ödənilmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, atası Zərərçəkmiş şəxs məxsus Göyçay şəhəri Natəvan küçəsində mağaza vardır. xx.xx.2022-ci il tarixdə atası Rafiq mağazanı açdıqda sonra mağazadan oğurluq edildiyini bilmiş, dərhal polis şöbəsinə məlumat vermişdir. Daha sonra məlum olmuşdur ki, mağazadan oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, Göyçay şəhəri Natəvan küçəsində aptek işlədir. Onun işlətdiyi apteklə qonşuluqda Zərərçəkmiş şəxs məxsus mağaza vardır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Rafiqin mağazasından oğurluq olmasını eşidib oraya getmiş, həmin vaxt Rafiq mağazasından oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmasından şübhələndiyini ona bildirmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən 02 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs hazırda azadlığın məhdudlaşdırılması cəzası çəkir və məhkumluğu ödənilməmişdir. Göyçay rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Göyçay Rayon Məhkəməsinin 1 (046)-12/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Göyçay rayonu Potu kəndində yaşayan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3,177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir.Məhkum Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 1 (046)-12/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünün icrası ilə bağlı xx.xx.2022 ci il tarixdə Göyçay Rayon İcra və Probasiya Şöbəsində probasiya qeydiyyatına alınmışdır.Təqsirləndirilən şəxs barəsində Göyçay Rayon Məhkəməsinin 4 (046)- 9/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək azadlığın məhdudlaşdırılması növündə çəkilməmiş cəzası 01 (bir) il, 1 (bir) ay, 29 (iyirmi doqquz) gün təşkil edir. Cinayət işinə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab olunan Göyçay şəhəri Natəvan küçəsində yerləşən “Rafiq market” mağazasından cəmi 8405 manat pulu gizli yolla talayaraq Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurub oğurluq etməklə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirilən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən ona cəza təyin edilərkən məhkumluq nəzərə alınmamalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə təyin edilmiş 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının, çəkilməmiş hissəsi olan 01 il 01 ay 29 gün qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə təyin edilmiş 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının, çəkilməmiş hissəsi olan 01 il 01 ay 29 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə uyğun hesablandıqda 6 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulur. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56-cı maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan, 01 ədəd KGTEL markalı mobil telefon və 01 ədəd kəlbətin Təqsirləndirilən şəxs qaytarılmalı, 50 ədəd 5 manatlıq və 150 ədəd 1 manatlıq pul əskinaslarının Zərərçəkmiş şəxs qaytarıldığı nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, 2 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə təyin edilmiş 1 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 1 il 1 ay 29 gün CM-nin 68.1.1-1-ci maddəsinə uyğun hesablandıqda 6 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 il müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan, 01 ədəd KGTEL markalı mobil telefon və 01 ədəd kəlbətin Təqsirləndirilən şəxs qaytarılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar