Məhkəmə qərarları › İş №1(046)-42/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-42/2024

10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-42/2024 10.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Göyçay rayonu Potu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkum olunmamış, Göyçay rayonu Potu kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında Göyçay şəhərində baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs əvəzsiz və qanunsuz olaraq özgə əmlakım ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs övladı Şahid1 Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon şöbəsində işlə təmin edəcəyini yalan vəd verib adlatma və etibarından sui- istifadə etmək yolu ilə Zərərçəkmiş şəxs inandırmaqla görməyi vəd etdiyi işin müqabilində ondan vahid niyyətlə ilkin olaraq 2022-ci ilin sentyabr ayında istintaqa dəqiq məlum olmayan gündə və saatda sonuncunun yaşadığı Göyçay rayonu Potu kəndində yerləşən evdə 3000 (üç min) manat, həmin niyyətlə 2023-cü ilin fevral ayında istintaqa dəqiq məlum olmayan gün və saatda sonuncunun yaşadığı Göyçay rayonu Potu kəndində yerləşən evdə 10000 (on min) manat alıb, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs 13000 (on üç min) manat, yəni xeyli miqdarda pulunu vahid niyyətlə ələ keçirib aldığı pulun qarşılığında verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək dələduzluq etmişdir. Bununla da Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Göyçay rayon Potu kəndində yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. Qardaşı oğlunu Föqalədə Hallar Nazirliyində işə düzəlməsi üçün qəbula yazdırmış və qardaşı oğlu da qəbuldan keçərək işlə təmin olunmuşdur. Bunu bilən qonşusu Zərərçəkmiş şəxs ondan oğlu Şahid1 də FHN-də işə düzəlməsində onlara kömək etməsini xahiş etmiş, Şahid1 FHN-də işə düzəlməsi üçün qəbula yazdırmış, həmin müddət ərzində oğlu Cəbrayıl Təhməzovun müalicəsi üçün pul lazım olduğundan oğlunun müalicəsi üçün nə qədər pul lazım olarsa qonşusu Zərərçəkmiş şəxs guya oğlu Rəhimin işə düzəlməsi üçün pul lazım olduğunu söyləyərək Zərərçəkmiş şəxs pul alaraq oğlu Cəbrayılın müalicəsinə xərcləməyi qərara almış, buna görə də 2022ci ilin sentyabr ayında Sahibə oğlunun işə düsəlməsi üçün 3000 manat pul lazım olduğunu və həmin pulu ona verəcəyi təqdirə oğlunun işə düzəlməsi üçün xərcləyəcəyini söyləmiş, Zərərçəkmiş şəxs da onunla razılaşmış və yaşadığı Göyçay rayonu Potu kəndində yerləşən evində ailə üzvlərinin yanında ona 3000 manat pul vermiş, həmin pulu oğlunun müalicəsi üçün xərcələmiş, bundan sonra yenidən 2023-cü ilin fevral ayında Zərərçəkmiş şəxs oğlunun işinin düzələcəyini söyləmiş və işin alınması üçün 10000 manat pul lazım olduğunu bildirmiş, Zərərçəkmiş şəxs da onunla razılaşmış 2023- cü ilin fevral ayında Zərərçəkmiş şəxs yenə də öz yaşadığı evdə öz ailə üzvlərinin yanında ona 10000 manat pul vermiş və həmin pulu götürmüş, daha sonra həmin pulun da bir hissəsini oğlunun müalicəsi üçün, qalan hissəsini isə özü üçün xərcləmiş, bundan sonra bir neçə dəfə Zərərçəkmiş şəxs ondan oğlunun işinin düzəlib-düzəlməyəcəyini soruşmuş, o da hər dəfə Zərərçəkmiş şəxs qardaşı oğlunun da işinin 11 ay ərzində düzəldiyini, onun oğlunun da işinin düzələcəyini söyləmişdir.Törətdiyi əməlində peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş 13000 manat ziyandan 3000 manat ödəmişdir. Məhkəmə baxışında zərərçəkmiş qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Göyçay rayon Potu kəndində yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur. Kamran onun oğlu Şahid1 ali təhsilli olmasını və işsiz olduğunu öyrənmiş, bundan sonra Təqsirləndirilən şəxs ona oğlu X7 Nazirliyinin Göyçay rayon şöbəsində işlə təmin edilməsində ona kömək etməsini təklif etmiş, Kamrana ailə üzvləri ilə danışaraq məlumat verəcəyini bildirmiş, bundan sonra oğlu Rəhim ilə danışmış, Rəhim də əgər mümkündürsə razılaşdığını bildirmiş, bundan sonra Kamrandan oğlu Rəhimin FHN-nin Göyçay rayon şöbəsində işlə təmin olunmasında köməklik etməsini xahiş etmiş, Kamran da onunla razılaşmış və bu işdə ona kömək edəcəyini bildirmişdir. Bundan 1 ay sonra Kamran ona oğlu Rəhimin işinin düzəlməsi üçün 3000 manat pul lazım olduğunu, həmin pul ilə oğlunu komissiyadan keçirəcəyini bildirmişdir. Kamranın ona tapşırdığı 3000 manat pulu toplamış, 2022-ci ilin sentyabr ayının ortalarında Kamran yaşadığı evə gəlmiş və həyat yoldaşı Şahid2 yanında 3000 manat pulu Kamrana vermiş, Kamran da həmin pulu ondan almış və oğlunun işində köməklik edəcəyini və 6 ay sonra oğlunun çağrılacağını və 10000 manatın da veriləcəyini bildirmiş, bundan sonra 2023-cü ilin fevral ayında Kamran ona oğlunun işinin düzəlməsi üçün 10000 manat pulun təcili olaraq lazım olduğunu bildirmiş, buna görə də bankdan kredit götürmüş və həmin pulu 2023-cü ilin fevral ayının 15-də yaşadığı evdə həyat yoldaşı Şahid2 yanında Kamrana vermiş, Kamran onlara bu dəfə işin düzələcəyini, bu gün çatmayacağını və ertəsi gün Bakı şəhərinə gedəcəyini bildirmiş, bundan sonra bir qədər gözləmiş, lakin heç bir nəticə olmamış, Kamrandan nəyə görə işin bu qədər uzun çəkdiyini soruşmuş, bu zaman Kamran ona müxtəlif bəhanələr gətirmiş, həmçinin ona Türkiyə Respublikasında baş vermiş zəlzələ ilə bağlı FHN-nin əməkdaşlarının həmin hadisəyə cəlb edildiyini və FHN-də baş vermiş xoşagəlməz hadisələrin olduğunu söyləyərək onları aldatmış, daha sonra Kamrana verdiyi pulları geri istəmiş, Kamran yenə də müxtəlif bəhanələr gətirərək işin düzələcəyini söyləmiş, həmçinin 2023-cü ilin noyabr ayında Kamran onun oğlu Rəhimi Bakı şəhərinə komissiyaya aparmış, onlar FHN-nin inzibati binasında gözləmişlər, Kamran oğlu Rəhimdən aralanaraq telefonla danışmış, daha sonra oğlunun yanına qayıdaraq iş gördüyü şəxsin İtaliyaya getdiyini və bir neçə gündən sonra qayıdacağını söyləmiş, bundan sonra Təqsirləndirilən şəxs onları aldatdığını başa düşmüşdür.Hazırda Təqsirləndirilən şəxs ona dəymiş 13000 manat ziyandan 3000 manatını ödəmiş, qalan 10000 manatı ödəməmişdir. Kamrandan şikayətçidir və barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. Təqsirləndirilən şəxs onun qonşusudur. Əri Zərərçəkmiş şəxs əvvəllər Təqsirləndirilən şəxs ilə birlikdə işləmiş, həmin vaxt da söhbət zamanı Kamran oğlu Şahid1 ali təhsilli olmasını və işsiz olduğunu öyrənmiş, bundan sonra Təqsirləndirilən şəxs da əri Zərərçəkmiş şəxs oğlu X7 Nazirliyinin Göyçay rayon şöbəsində işlə təmin edilməsində kömək etməyi bildirmişdir. Bundan sonra əri Sahib X3 FHN-nin Göyçay rayon şöbəsində işlə təmin olunmasında köməklik etməsini xahiş etmiş, Kamran da onunla razılaşmış və bu işdə onlara kömək edəcəyini bildirmişdir. Bundan 1 ay sonra Kamran onun oğlu Rəhimin işinin düzəlməsi üçün 3000 manat pul lazım olduğunu, həmin pul ilə onun oğlunu komissiydan keçirəcəyini əri Zərərçəkmiş şəxs bildirmişdir. Buna görə də Kamrana inanmış və onun dediyi 3000 manat pulu toplamışlar, 2022-ci ilin sentyabr ayının ortalarında Kamran onların yaşadığı evə gəlmiş və onun yanında əri Zərərçəkmiş şəxs 3000 manat pulu Kamrana vermiş, Kamran da həmin pulu onun ərindən almış və oğlunun işində köməklik edəcəyini və 6 ay sonra oğlunun çağrılacağını və 10000 manat da həmin vaxt veriləcəyini bildirmiş, bundan sonra 2023-cü ilin fevral ayında Kamran onun oğlunun işinin düzəlməsi üçün 10000 manat pulun təcili olaraq lazım olduğunu bildirmiş, buna görə də əri Zərərçəkmiş şəxs bankdan kredit götürmüş və həmin pulu 2023-cü ilin fevral ayının 15-də yaşadıqları evdə onun yanında Kamrana vermiş, Kamran onlara bu dəfə işin düzələcəyini bildirmişdir. Bundan sonra bir qədər gözləmişlər, lakin heç bir nəticə olmamış, əri Zərərçəkmiş şəxs bir neçə dəfə Kamrandan nəyə görə işin bu qədər uzun çəkdiyini soruşmuş, həmin vaxtlarda Kamran onlara müxtəlif bəhanələr gətirmiş, həmçinin əri Zərərçəkmiş şəxs Türkiyə Respublikasında baş vermiş zəlzələ ilə bağlı FHN-nin əməkdaşlarının həmin hadisəyə cəlb edildiyini və FHN-də baş vermiş xoşagəlməz hadisələrin olduğunu söyləyərək onları aldatmış, daha sonra Kamrandan verdikləri pulları geri istəmişlər, Kamran yenə də müxtəlif bəhanələr gətirərək işin düzələcəyini bildirmiş, həmçinin 2023-cü ilin noyabr ayında Kamran onun oğlu Rəhimi Bakı şəhərinə komissiyaya aparmış, onlar orada FHN-nin inzibati binasında gözləmişlər, Kamran oğlu Rəhimdən aralanaraq telefonla danışmış, daha sonra oğlunun yanına qayıdaraq iş gördüyü adamın İtaliyaya getdiyini və bir neçə gündən sonra qayıdacağını söyləmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs atasıdır, Təqsirləndirilən şəxs onlarla qonşuluqda yaşayır. 2022-ci ilin avqust-sentyabr aylarında Zəngilan rayonunda işləyən zaman atası Zərərçəkmiş şəxs ona zəng etmiş, telefonla danışan zaman atası ona Təqsirləndirilən şəxsla söhbət etdiyini, Təqsirləndirilən şəxs onu FHN-nin Göyçay rayon şöbəsində işlə təmin edə biləcəyini bildirdiyini söyləmiş, atasından bunun necə olacağını soruşmuş, bu zaman atası ona Kamranın FHN-də tanış bir şəxsinin olduğunu, həmin şəxsin vasitəsi ilə onu işlə təmin edə biləcəyini bildirmişdir. 2022-ci ilin sentyabr ayında atası ona iş üçün Kamrana 3000 manat pul verdiyini və həmin pul ilə Kamranın onu komissiyadan keçirəcəyini bildirmiş, 2022-ci ilin noyabr ayında Kamran ona Bakı şəhərinə komissiyaya getməli olduğunu bildirmiş, həmçinin ondan diplomunun surətini, sertifikatlarını, şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətlərini istəmiş, Kamranla razılaşmış və həmin sənədləri hazırlamış, bundan sonra Kamranla birlikdə Bakı şəhərinə FHN-nin inzibati binasının qarşısına getmiş, orada olan zaman sənədləri Kamrana vermiş, Kamran da ona gözləməsini tapşırmış və FHN-nin inzibati binasına girmiş, bir qədər sonra geri qayıtmış və artıq gedə biləcəklərini söyləmiş, Kamrandan komissiyanın olub-olmayacağını soruşmuş, Kamran da ona komissiyadan keçməyə ehtiyac olmadığını və işi həll edəcəyini söyləmiş, bundan sonra isə geri Göyçay rayonuna qayıtmış, lakin həmin vaxtdan bir müddət keçməsinə baxmayaraq iş barədə məlumat olmamış, ailə üzvləri də Kamrandan işin nə yerdə qaldığını soruşmuşlar, Kamran da Türkiyə Respublikasında baş vermiş zəlzələ ilə bağlı FHN-nin əməkdaşlarının hadisəyə cəlb edildiyini və FHN-də xoşagəlməz hadisələrin baş verdiyini söyləyərək bir qədər gözləməklərini tapşırmış, buna görə də gözləməyə qərar vermişlər, 2023-cü ilin fevral ayında Təqsirləndirilən şəxs işin həll olunması üçün əlavə olaraq 10000 manat pul lazım olduğunu və pulun təcili çatdırılmalı olduğunu bildirmiş, buna görə də atası Zərərçəkmiş şəxs kredit götürərək həmin pulu Təqsirləndirilən şəxs vermiş, 2023-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs ona yenidən Bakı şəhərinə getməli olduqlarını söyləmiş, buna görə də 2023-cü ilin dekabr ayında hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhərinə FHN-nin inzibati binasının qarşısına getmiş, inzibati binanın qarşısında olan zaman Təqsirləndirilən şəxs ondan bir qədər aralanaraq telefonla danışacağını bildirmiş, bir neçə dəqiqə sonra Kamnran geri qayıdaraq iş gördüyü şəxsin İtaliya Respublikasında olduğunu və 15-16 gündən sonra gələcəyini söyləmiş, buna görə də geri qayıtmışlar, Təqsirləndirilən şəxs dediyi müddətdən keçməsinə baxmayaraq iş barədə heç bir nəticə olmamış, bundan sonra Təqsirləndirilən şəxs onları aldatdığını bilmiş, bir neçə dəfə Təqsirləndirilən şəxs pullarını istəsələr də, Təqsirləndirilən şəxs hər dəfə bir bəhanə taparaq pulu geri qaytarmamışdır. Cinayət işinə əlavə edilmiş “Göyçay rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan məktubundan görünür ki, X1 RMX publik hüquqi şəxsində psixiatr və narkoloq qeydiyyatında yoxdur. Cinayət işinə əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əvəzsiz və qanunsuz olaraq özgə əmlakım ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs övladı Şahid1 Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon şöbəsində işlə təmin edəcəyini yalan vəd verib adlatma və etibarından sui- istifadə etmək yolu ilə Zərərçəkmiş şəxs inandırmaqla görməyi vəd etdiyi işin müqabilində ondan vahid niyyətlə ilkin olaraq 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs yaşadığı Göyçay rayonu Potu kəndində yerləşən evdə 3000 (üç min) manat, həmin niyyətlə 2023-cü ilin fevral ayında Zərərçəkmiş şəxs yaşadığı Göyçay rayonu Potu kəndində yerləşən evdə 10000 (on min) manat alıb, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs 13000 (on üç min) manat, yəni xeyli miqdarda pulunu vahid niyyətlə ələ keçirib aldığı pulun qarşılığında verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək dələduzluq etdiyi tam sübuta yetmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-ci il tarixli şübhəli şəxsin tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə saat 20:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X2 barəsində xx.xx.2024-cü il tarixdə saat 19:26-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 gün müddət CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından cıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından dərhal həbsə alınmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2024-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur . Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrum etmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə zalından həbsə alınsın, cəzasının əvvəli həbsə alındığı vaxtdan, xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar