Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-42/2025 28.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Dövlət ittihamçısı X1, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ikinci qrup əlil, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni təmiz çəkisi 1,353 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 17 dekabr 2024-cü il tarixdə saat 20:40 dəqiqədə Göyçay RPŞ-nin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay şəhəri H.Əliyev prospekti ilə R.Rza küçəsinin kəsişməsində yerləşən tanışı Şahid1 işlətdiyi dərzi emalatxanasında saxlanılmış və saat 20:40-dan 20:52-dək üstünün yoxlanılması zamanı əynində olan göy rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda, yəni təmiz təmiz çəkisi 1,353 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 20:40 radələrində Göyçay şəhəri H.Əliyev prospekti ilə R.Rza küçəsində kəsişməsində Şahid1 işlədiyi dərzi emalatxanasında olarkən əynində olan göy rəngli qış gödəkçəsinin sol yan cibində bir bükümdə narkotik vasitə olan heroin saxlamış, həmin vaxt onlar emalatxanada Müşfiqlə oturub söhbət etmiş, dərzi emalatxanasında olan zaman mülki geyimdə olan şəxslər həmin obyektə daxil olaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlara narkotik vasitə istifadə etməkdə və üzərilərində saxlamaqda şübhəli olduğunu bildirib baxış keçirəcəklərini bildirmişlər, etiraz etməmiş, videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə başlanmış, üzərində hər hansı qadağan olunmuş əşyanın olub-olmadığını soruşmuş, həmin vaxt üzərində narkotik vasitə olduğunu etiraf edərək əynində olan göy rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini təqdim etmişdir. İçində narkotik vasitə olan sellofan büküm elektron tərəzidə çəkilmiş və sellofanla çəkisi 1,46 qram gəlmişdir. Daha sonra üzərindən aşkar edilmiş narkotik vasitə zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Şöbədə Müdafiəçi ilə təmin olunmuş, daha sonra isə vidogörüntü vasitəsilə hüquqları izah olunmuş və üzərindən aşkar edilərək qablaşdırılmış narkotik vasitə təhqiqatçı tərəfindən götürülmüşdür. Üzərindən aşkar edilən kütlə narkotik vasitə heroin olmuş, həmin narkotik vasitəni 3-4 gün əvvəl Göyçay rayonu ərazisində çay kənarından taparaq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin narkotik vasitədən heç kimə nə verməmiş, nədə ki satmamış, yerdən tapdıqdan sonra özü istifadə etmək üçün üzərində saxlamışdır.Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərlərində mütəmadi olaraq narkotik vasitələr saxlaması, gəzdirməsi və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerlərinin müəyyən olunaraq üzərinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında saat 20:40 radələrində CAB-m əməkdaşları Şahid5, Şahid3 və Şahid4 ilə birlikdə Göyçay şəhəri, H.Əliyev prospekti ilə R.Rza küçəsinin kəsişməsində Şahid1 işlətdiyi dərzi emalatxanasında onları müəyyən edib emalatxanaya daxil olaraq özlərini təqdim etmiş və barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı onlara elan edib üzərinə baxış keçiriləcəyini bildirmişlər. Videoçəkilişdən istifadə edilmiş və videoçəkilişi əməliyyat müvəkkili Şahid5 həyata keçirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf edərək əynində olan göy rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd sellofan bükümü təqdim edərək içərisində kakos kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Narkotik vasitə sellofan bükümdə elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə çəkisi 1,46 qram gəlmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs baş təhqiqatçı Orxan Kərimov tərəfindən müdafiəçi ilə təmin olunmuş və təqdim etdikləri maddi sübutlar götürülmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3, Şahid4 və Şahid5 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş 17 dekabr 2024-cü il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” protokoldan və DVD disk görüntülərindən görünür ki, Göyçay şəhəri H.Əliyev prospekti ilə R.Rza küçəsinin kəsişməsində yeləşən dərzi emalatxanasında Göyçay RPŞ- nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkilləri Şahid3, Şahid4 və saxlanılmış şəxs Təqsirləndirilən şəxs və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs və Şahid1 üzərinin yoxlanılması keçirilir. Baş əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olması səbəbindən saxlanılması bildirilir. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat 20:40-dan başlayaraq onların üzərinə baxış keçirilməsinə başlanır və Təqsirləndirilən şəxs üzərində hər hansı qadağan olunmuş əşyanın olub-olmaması soruşulur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf edərək əynində olan göy rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd sellofan bükümü təqdim edərək içərisində kakos kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu bildirir. Həmçinin üzərimdə olan pul vəsaitlərini, şəxsiyyət vəsiqəsini, Qarabağ əlillər cəmiyyətinə üzvlük vəsiqəsini, alışqanı və “Alcatel” markalı mobil telefonu təqdim edir. Bundan sonra təqdim etdiyi narkotik vasitə sellofan bükümdə elektron tərəzidə çəkilir və sellofanla birlikdə çəkisi 1,46 qram gəlir. Daha sonra üzərindən aşkar edilmiş narkotik vasitə zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülür. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindən Samsung markalı mobil telefon və kağız parçaları aşkar edilir, üzərindən aşkar edilmiş 02 ədəd mobil telefon götürülür, digər əşyalar isə sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs qaytarılır. İkinci diskə baxış zamanı müəyyən edilmişdir ki, Göyçay RPŞ-də baş təhqiqatçı Orxan Kərimov tərəfindən Göyçay RPŞ-nin CAB-nin əməkdaşları Şahid2, Şahid3, Şahid4, şübhəli şəxslər Təqsirləndirilən şəxs Müdafiəçi iştirakı ilə hüququ izah edilir və üzərindən aşkar edilərək qablaşdırılmış 02 ədəd zərfdə olan kütlələr və 03 ədəd mobil telefon götürülür. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar edilərərk götürülmüş narkotik vasitəlnin özünə məxsus olduğunu, ona polis əməkdaşları trəəfındən heç bir qnunsuz hərəkət edilmədiyini bildirir. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən başqa hal aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 dekabr 2024-cü il tarixli 17/916 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm. ” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 1,353qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroiııdir Qeyd: 1) heroinin təmiz çəkisi 1.353 qr: tədqiqata sərf edildi 0.050 qr, qalıq 1.303 qr. Aparılmış ekspertizanın xərci 69.10 manat təşkil edir. Cinayət işi üzrə təyin edilərək keçirilmiş Məhkəmə-narkoloji ekspertizasının 01 mart 2025-ci il tarixli 324 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicəyə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Göyçay şəhəri H.Əliyev prospekti ilə R.Rza küçəsinin kəsişməsində yerləşən tanışı Şahid1 işlədiyi dərzi emalatxanasında qanunsuz olaraq əldə etdiyi 1.353 qram narkotik vasitə olan heroini üzərində saxlamaqla, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf edərək səmimi peşman olduğunu cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsi tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:13-də şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqdim edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə saat 11:00-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 gün müddət CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından cıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından dərhal həbsə alınmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Göyçay rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 1,303 qram narkotik vastiə olan heroin məhv edilməli, 02 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 69.10 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 02 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrumetmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə zalından həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Göyçay rayon Polis şöbəsində 1,303 qram olan heroin məhv edilsin, 2 ədəd DVD disk və 01 ədəd CD disk cinayət işi materiallarında saxlanısın. Ekspertiza xərci olan 69.10 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası maddi sübuta və məhkəmə xərcinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-42/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-42/2025
28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver