Məhkəmə qərarları › İş №1(046)-43/2020

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-43/2020

04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-43/2020 04.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, müdafiəçi X2, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsnun və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1975-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 2 mənzil 6 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətiman tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxxx 2020-ci il tarixdə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2004-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək maddi təminatları üçün xx xxxx 2010-cu il tarixdən başlayaraq hər ay hər uşağa 50 manat olmaqla cəmi 100 manat məbləğində alimentin tutularaq Tağıyeva (Cəfərova) Səbirə Aydın qızına ödənilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(107)-144/2011 nömrəli icra vərəqəsini, alimentin məbləği artırılaraq xx.xx.2014-cu il tarixdən hesablanmaqla hər ay hər uşağa 80 manat olmaqla cəmi 160 manat məbləğində Tağıyeva (Cəfərova) Səbirə Aydın qızına ödənilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(102)-257/15 nömrəli qərarını üzürsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək Göyçay Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(046)-627/2017 nömrəli qərarı ilə 30 gün, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli 3(046)-42/2019 nömrəli qərarı ilə 10 gün inzibati qaydada həbslə tənbeh edilməsinə və ona icra üçün yeni müddət təyin edilməsinə baxmayaraq, hərəkətlərindən nəticə çıxarmamış, icra məmuru tərəfindən icra sənədlərindəki tələblər üzrə yığılmış borcları icra etməsi üçün ona dəfələrlə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq olunsa da, ilk dəfə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2013-cü il tarixdən sonuncu təqdimat verilən xx.xx.2019-cu il tarixədək məhkəmə aktı üzrə cəmi 4635,00 manat məbləğində aliment borcunu Tağıyeva (Cəfərova) Səbirə Aydın qızına ödəməyərək məlum məhkəmə aktlarını qərəzli olaraq icra etməməklə, eləcə də sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla ədalət mühakiməsi mənafeyinə xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Göyçay şəhər 6 saylı tam orta məktəbində ocaqçı işləyir. Aylıq qazancı 220 manat təşkil edir. Bundan əlavə fərdi işlərlə məşğul olur və qazanc əldə edir. X3 və X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxx 2010-cu il tarixdən başlayaraq hər ay hər uşağa 50 manat olmaqla cəmi 100 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(107)-144/2011 nömrəli icra vərəqəsini, alimentin məbləği artırılaraq hər ay hər uşağa 80 manat olmaqla cəmi 160 manat məbləğində Zərərçəkmiş şəxs ödənilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(102)-257/15 nömrəli qərarı əsasında 4635.00 manat aliment borcunu vaxtında ödəmədiyinin səbəbi kimi maddi imkanının olmadığını göstərmiş, bundan əvvəl də aliment ödəmədiyinə görə islah işləri cəzasına məhkum olunduğunu göstərmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqları X3 və X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2010-cu il tarixdən başlayaraq hər ay hər uşağa 50 manat olmaqla cəmi 100 manat məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(107)-144/2011 nömrəli icra vərəqəsini, alimentin məbləği artırılaraq xx.xx.2014-cu il tarixdən hesablanmaqla hər ay hər uşağa 80 manat olmaqla cəmi 160 manat məbləğində onun xeyrinə ödənilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(102)-257/15 nömrəli qərarı təqsirləndirilən şəxs tərəfindən icra edilməmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə 2 il islah işləri cəzasına məhkum olunmasına baxmayaraq ona borclu olduğu 4635.00 manat alimenti ödəməkdən boyun qaçırmışdır. Halbu ki, Təqsirləndirilən şəxs Göyçay şəhər 6 saylı tam orta məktəbində ocaqçı işləmiş, bundan başqa fərdi işlərlə məşğul olaraq müstəqil qazanc əldə etmiş, aliment ödəməyə maddi imkanı yol vermişdir. Buna baxmayaq Təqsirləndirilən şəxs spirtli içki düşgünü olduğuna görə qazancını uşaqların saxlanmasına deyil, spritli içkilərə xərcləmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir, onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Göyçay rayon İcra və Probasiya şöbəsinin rəisi Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cu il tarixdən hesablanmaqla hər ay hər uşağa 80 manat olmaqla cəmi 160 manat məbləğində alimenti Zərərçəkmiş şəxs ödənilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(102)-257/15 nömrəli qərarını üzürsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək Göyçay Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(046)-627/2017 nömrəli qərarı ilə 30 gün, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli 3(046)-42/2019 nömrəli qərarı ilə 10 gün inzibati qaydada həbslə tənbeh edilməsinə və ona icra üçün yeni müddət təyin edilməsinə baxmayaraq, hərəkətlərindən nəticə çıxarmamış, icra məmuru tərəfindən icra sənədlərindəki tələblər üzrə yığılmış borcları icra etməsi üçün ona dəfələrlə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq olunsa da, ilk dəfə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2013-cü il tarixdən sonuncu təqdimat verilən xx.xx.2019-cu il tarixədək məhkəmə aktı üzrə cəmi 4635,00 manat aliment borcunu ödəməmişdir. Göründüyü kimi icraat dövründə iş üzrə borclu Təqsirləndirilən şəxs rəsmi xəbərdarlıq verilməsi və barəsində inzibati tənbeh tətbiq olunmasına baxmayaraq, öhdəliyini yerinə yetirməmiş, bununla bağlı hər hansı üzrlü səbəb bildirməmiş, iş axtaran kimi aidiyyəti orqanda qeydiyyatdan keçməmiş və beləliklə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından qərəzli olaraq boyun qaçırmışdır. Bu səbəbdən, borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra etmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş icra məmuru Şahid2 Şahid1ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə olunmuş Şəki Apellyasiya Məhkəməsinin 2(107)-144/2011 saylı xx.xx.2011-ci il tarixli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 50 manat cəmi 100 manat aliment tutularaq X1 verilməsi qət edilmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 257/15 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-833/14 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 80 manat cəmi 160 manat aliment tutularaq X1 verilməsi qət edilmişdir. Cinayət işinə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək huququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə təqsirli bilinərək 2 il islah işləri cəzasına məhkum olunmuşdur. Cinayəti işinə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından və xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək müvafiq olaraq 30 gün müddətinə və 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxsGöyçay Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə 2 il islah işləri cəzasına məhkum olunmuş, cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəməyə təqdim edilmiş axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Göyçay rayonu ərazisində tutularaq Göyçay RPŞ-nin NH-nə təhvil verilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2004-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək maddi təminatları üçün xx xxxx 2010-cu il tarixdən başlayaraq hər ay hər uşağa 50 manat olmaqla cəmi 100 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(107)-144/2011 nömrəli icra vərəqəsini, alimentin məbləği artırılaraq xx.xx.2014-cu il tarixdən hesablanmaqla hər ay hər uşağa 80 manat olmaqla cəmi 160 manat məbləğində Zərərçəkmiş şəxs ödənilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(102)-257/15 nömrəli qərarını üzürsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək Göyçay Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 3(046)-627/2017 nömrəli qərarı ilə 30 gün, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli 3(046)-42/2019 nömrəli qərarı ilə 10 gün inzibati qaydada həbslə tənbeh edilməsinə və ona icra üçün yeni müddət təyin edilməsinə baxmayaraq, hərəkətlərindən nəticə çıxarmamış, icra məmuru tərəfindən icra sənədlərindəki tələblər üzrə yığılmış borcları icra etməsi üçün ona dəfələrlə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq olunsa da, ilk dəfə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2013-cü il tarixdən sonuncu təqdimat verilən xx.xx.2019-cu il tarixədək məhkəmə aktı üzrə cəmi 4635,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək məhkəmə aktlarını qərəzli olaraq icra etməməklə, AzərbaycanRespublikasıCM-nin306.1-ci maddəsində nəzərdətutulmuşcinayətəməlinitörətməsi tam sübuta yetir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 20 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 saat hüquqi xidmətə görə vəkil X5 120 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yənixx.xx.2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 20 saat hüquqi xidmətə görə vəkil X5 120 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökm təqdim olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar