Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-43/2022 29.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, müdafiəçilər Müdafiəçi1, Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 Əsgər oğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 iştirakı ilə, xx.xx.1988-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, evli, himayəsində iki azyaşlı uşağı olan, ünvan 1 ünvanda yaşamış, xx.xx.2022-ci il tarixdə barəsində 3 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə, xx.xx.1985-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, evli, ünvan 2 ünvanda yaşamış, xx.xx.2022-ci il tarixdə barəsində 3 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə 09 avqust 2021-ci il tarixdə saat 15 radələrində Göyçay şəhəri Nizami küçəsində fəaliyyət göstərən “Kapital Bank”-ın yaxınlığında, asfalt yolun kənarında səkinin üzərində quraşdırılmış ictimai əhəmiyyətli kanalizasiya quyusunun üzərində olan Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyəti "xxxx" MMC-nin Göyçay rayon X7 məxsus (balansında olan) 105 manat dəyərində 01 (bir) ədəd metal qapağı gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyəti "xxxx" MMC-nin Göyçay rayon X8 105 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə 20 avqust 2021-ci il tarixdə saat 18 radələrində Göyçay şəhəri Natəvan küçəsində “Beta” çay firmasının yaxınlığında, asfalt yolun kənarında səkinin üzərində quraşdırılmış ictimai əhəmiyyətli rabitə xətlərinin üzərində olan Zərərçəkmiş şəxs2 MMC-nin X1 məxsus (balansında olan) 105 manat dəyərində 01 (bir ədəd) ədəd kabel-kanalizasiya quyusunun metal qapağını gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 MMC-nin X1 105 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə 20 avqust 2021-ci il tarixdə saat təxminən 20 radələrində Göyçay şəhəri M.Hüseynzadə küçəsində “Poçt” şöbəsinin yaxınlığında asfalt yolun kənarında səkinin üzərində quraşdırılmış ictimai əhəmiyyətli rabitə xətlərinin üzərində olan Zərərçəkmiş şəxs2 MMC-nin X1 məxsus 105 manat dəyərində 01 (bir ədəd) ədəd kabel-kanalizasiya quyusunun metal qapağını gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 MMC-nin X1 105 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Göyçay rayon Kürdşaban kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus Göyçay rayon Qızılağac kəndində yerləşən kənarları taxta materialdan hasarlanmış saxlanc yeri hesab edilən dəmirçi sexinin həyətinə qanunsuz daxil olaraq, oradan hər birinin qiyməti 18 manat olmaqla ümumilikdə 288 manat dəyərində 16 ədəd istifadə olunmamış uzunluğu 6 metr 40 millimetr ölçüdə dəmir küncləri (uqolnik) və hər birinin qiyməti 24 manat olmaqla ümumilikdə 840 manat dəyərində 35 ədəd istifadə olunmamış uzunluğu 6 metr 50 millimetrlik ölçüdə dəmir küncləri(uqolnik) gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 cəmi 1128 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Göyçay rayon 2ci Ərəbcəbirli kəndində yaşayan Zərərçəkmiş şəxs4 yaşadığı evin qarşısından küçədə divarın ətrafına topa halda yığılmış, kənarları heç bir arakəsmə ilə hasarlanmayan yerdən hər birinin qiyməti 18 manat olmaqla ümumilikdə 1080 manat dəyərində 60 ədəd istifadə olunmamış uzunluğu 6 metr 40 millimetr ölçüdə dəmir küncləri (uqolnik), hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 200 manat dəyərində 4 ədəd işlənmiş vəziyyətdə olan 5 metr uzunluğunda 10 sm diametrli 1 sm qalınlığında dəmir boruları və qiyməti 60 manat olmaqla 1 ədəd işlənmiş vəziyyətdə olan 6 metr uzunluğunda 10 sm diametrli 1 sm qalınlığında dəmir borunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 cəmi 1340 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa təkrarən özgənin əmlakım gizli yolla talamaq qərarına gəlib bu məqsədlə xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində Göyçay rayon Potu kəndində yaşayan Zərərçəkmiş şəxs5 məxsus Göyçay rayon Hüngütlü kəndində yerləşən saxlanc yeri hesab edilən dəmirçi sexinə qanunsuz daxil olaraq, oradan hər birinin qiyməti 12 manat olmaqla ümumilikdə 48 manat dəyərində 4 ədəd istifadə olunmamış uzunluğu 3 metr 50 millimetr ölçüdə dəmir küncləri (uqolnik), hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə 6 manat dəyərində 2 ədəd istifadə olunmuş, əyilmiş vəziyyətdə uzunluğu 1 metr olan 2 künclük yan-yana qaynaq edilmiş vəziyyətdə dəmir materialları və qiyməti 50 manat olmaqla 1 ədəd işlənmiş vəziyyətdə olan 5 metr uzunluğunda 10 sm diametrli 1 sm qalınlığında dəmir borunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs5 cəmi 104 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Göyçay rayon Kürdşaban kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus Göyçay rayon Qızılağac kəndində yerləşən kənarları taxta materialdan hasarlanmış saxlanc yeri hesab edilən dəmirçi sexinin həyətinə qanunsuz daxil olaraq, oradan hər birinin qiyməti 18 manat olmaqla ümumilikdə 288 manat dəyərində 16 ədəd istifadə olunmamış uzunluğu 6 metr 40 millimetr ölçüdə dəmir küncləri (uqolnik) və hər birinin qiyməti 24 manat olmaqla ümumilikdə 840 manat dəyərində 35 ədəd istifadə olunmamış uzunluğu 6 metr 50 millimetrlik ölçüdə dəmir küncləri(uqolnik) gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 cəmi 1128 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Göyçay rayon 2-ci Ərəbcəbirli kəndində yaşayan Zərərçəkmiş şəxs4 yaşadığı evin qarşısından küçədə divarın ətrafına topa halda yığılmış, kənarları heç bir arakəsmə ilə hasarlanmayan yerdən hər birinin qiyməti 18 manat olmaqla ümumilikdə 1080 manat dəyərində 60 ədəd istifadə olunmamış uzunluğu 6 metr 40 millimetr ölçüdə dəmir küncləri (uqolnik), hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 200 manat dəyərində 4 ədəd işlənmiş vəziyyətdə olan 5 metr uzunluğunda 10 sm diametrli 1 sm qalınlığında dəmir boruları və qiyməti 60 manat olmaqla 1 ədəd işlənmiş vəziyyətdə olan 6 metr uzunluğunda 10 sm diametrli 1 sm qalınlığında dəmir borunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 cəmi 1340 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3 maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. İş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi mülki iddia ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs1 210 manat ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs2 MMC-nin hesabına ödənilməsini xahiş etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərimişdir ki, 09 avqust 2021-ci il tarixdə saat 15 radələrində Göyçay şəhəri Nizami küçəsində fəaliyyət göstərən “Kapital Bank”-ın yaxınlığında olan Göyçay rayon X8 məxsus kanalizasiya quyusunun 01 ədəd metal qapağını oğurlayıb Göyçay rayonu ərazisində olan metal qəbul edən Habilə 15 manata satmışdır. Bundan başqa 20 avqust 2021-ci il tarixdə saat 18 radələrində Göyçay şəhəri Natəvan küçəsində olan “BetaTea” çay firmasının yanında yerləşən X1 məxsus Kabel- Kanalizasiya quyusunun üzərində olan 01 ədəd metal qapağı oğurlayıb yaşadığı evə qoymuşdur. Həmin gün saat 20 radələrində oğurladığı luk qapağını satmaq üçün əl arabasına qoyub Habilin yanına gedərkən, Göyçay şəhəri M.Hüseynzadə küçəsində Poçtun yaxınlığında yerdə olan Kabel- Kanalizasiya quyusunun üzərində olan 01 ədəd metal qapağı da görüb oğurlamaq qərarına gəlmiş, buna görə də arabanı rabitə kabel xəttinin keçdiyi kanalizasiya quyusunun yanında saxlayıb həmin metal qapağı da yerindən dartıb çıxararaq arabaya qoymuşdur. Bundan sonra hər iki metal qapaqları Habilin metal qəbulu məntəqəsinə aparıb 20 manata satmışdır. Bundan başqa ara-sıra balıq tutmaq üçün Göyçay rayon Qızılağac kəndi tərəfdə yerləşən su arxına getmiş, xx.xx.2022-ci il tarixdə axşam vaxtı balıqdan qayıdan zaman həmin kənd ərazisində yol kənarında yerləşən dəmir sexini görmüş, həmin vaxt sexin qarşı tərəfində taxta hasarın içində dəmir künclərin (uqolniklərin) olduğunu görüb oğurlamaq qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə günorta vaxtlarında Təqsirləndirilən şəxs2la rayon ərazisində rastlaşan zaman ona pula ehtiyacı olmasını deyərək ondan borcunu qaytarmasını tələb etmişdir. Həmin vaxt özünün də pula ehtiyacı olduğunu və pul əldə etmək üçün Qızılağac kəndi ərazisində yol kənarındakı dəmir sexinin qarşısında, yəni dəmir sexinin taxta hasarının içərisində dəmir uqolniklərin olduğunu və onları oğurlayıb sataraq pul əldə edə biləcəklərini ona təklif etmişdir. Bu zaman Seyran da onunla razılaşmış, həmin dəmirləri oğurlayıb oradan aparmaq üçün birlikdə “Məmmədrəşid” adlanan yerə gedib orada Qazel axtarmağa başlamışlar. Həmin vaxt orada ** RH *** dövlət qeydiyyat nişanlı qazel şoferi Qəzənfərdən maraqlanaraq Qızılağac kəndi ərazisində özlərinə məxsus dəmir künclərininin, yəni uqolniklərinin olduğunu və onları Potu kəndinə aparmaq lazım olduğunu bildirmişlər. Həmçinin Qəzənfərin mobil nömrəsini alıb lazım olan zaman zəng edib çağıracaqlarını deyərək oradan uzaqlaşmışlar. Həmin gün saat 22 radələrində oraya getməzdən əvvəl Seyranla görüşüb razılığa gəlmişlər ki, sexə girərkən kənardan diqqət çəkməmək üçün əvvəlcədən özü tək oraya gedib dəmirləri sexin həyətindən çıxarıb yol kənarına yığdıqdan sonra Seyrana xəbər versin. Bundan sonra Seyran oğurladıqları dəmirləri aparmaq üçün əvvəlcədən danışdıqları qazel şoferini götürüb onun dediyi yerə gələcəkmiş. Buna görə də Qızılağac kəndinə dəmirləri gördüyü yerə getmiş, sexin həyətindən 16 ədəd 6 metr uzunluğunda 40 milli metr ölçüdə, 35 ədəd 6 metr uzunluğunda 50 milli metr uzunluğunda dəmir küncləri (uqolnikləri) çıxarıb yolun kənarına yığmış, həmin vaxt orada heç kim olmamışdır. Bundan sonra Seyrana zəng edib qazeli oraya gətirməsini bildirmiş, az sonra Seyran qazel şoferi Qəzənfərlə birlikdə oraya gəlmiş, dəmir uqolnikləri birlikdə qazelin arxasına yük hissəsinə yığmışlar. Bundan sonra onlar uqolnikləri qazel ilə satmaq üçün Göyçay rayon Potu kəndində yaşayan Ağaların metal qəbulu məntəqəsinə aparmışlar. Ancaq dəmirlərin oğurluq olması barədə Qəzənfərə və Ağalara heç bir söz deməmişlər. Onlar dəmirləri Ağalara satıb sürücüyə 35 manat pul verdikdən sonra yerdə qalan pulu da Seyranla birlikdə yarı yarıya bölmüşlər. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Seyranla birlikdə dəmirləri oğurlamaq üçün razılaşmışlar. İlk öncə 2-ci Ərəbcəbirli kəndinə gedib Mehmanın qarşısındakı 04 ədəd 5 metr uzunluğunda dəmir boru, 01 ədəd 6 metr uzunluğunda dəmir borunu, 60 ədəd 40 milli metr ölçüdə dəmir küncləri (uqolnik) asfalt yolun kənarına daşıyıb yığmışdır. Seyran qazellə birlikdə onun yanına gəlmiş, Seyran dəmir boruları və dəmir uqolnikləri birlikdə qazelin yük yerinə yığmışlar. Bundan sonra da oğurladıqları dəmir materialları Potu kəndində yerləşən metal qəbulu ilə məşqul olan Ağalara satmışlar. Sonra Ağalar bankomatdan pul çıxarıb satdıqları dəmirlərin 1200 manat pulunu ona vermiş və onu gətirib “İstanbul” marketin yanında düşürmüşdür. Seyranla birlikdə gözləyən Qəzənfərə yük ağır olduğu üçün 70 manat verib yola salmış, bundan sonra da yerdə qalan pulu yarı-yarıya Seyranla bölmüşlər. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 15 radələrində yaşadığı Natəvan küçəsi ilə hərəkətdə olarkən həmin küçədə yaşayan Səbuhinin yaşadığı evin çöl tərəfində divara söykənilmiş uzunluğu 01 ədəd 3 metr olan dəmir turbanı görüb oğurlamaq qərarına gəlmişdir. Həmin vaxt ətrafda heç kimin olmadığını görüb həmin turbanı çiyninə alıb satmaq üçün Habilin metal qəbulu məntəqəsinə aparıb 13 manata satmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində həmin sexdə gördüyü dəmirləri oğurlamaq üçün Hüngütlü kəndi ərazisində yol kənarında yerləşən həmir dəmir sexinə getmişdir. Həmin sexin kənarları dəmir tikanlı məftildən ibarət olmuşdur. Sexin həyətinə girmək üçün dəmir setkadan ibarət bağlı qapısının üzərindən atlanıb sexin həyətinə daxil olmuş, həmin vaxt orada heç kim olmamışdır. Sexin həyətində çardağın kənarlarında yerdə olan 4 ədəd istifadə olunmamış uzunluğu 3 metr olan dəmir küncləri, yəni uqolnikləri, 1 ədəd istifadə olunmuş uzunluğu 5 metr olan dəmir borunu və sexin həyətinə daxil olduqda sol tərəfdə divara yerdən söykənilmiş 2 ədəd uzunluğu 1 metr olan künc dəmirlərin bir- birinə yanaşı qaynaq edilmiş vəziyyətdə olan dəmir materialları oğurlayıb sexin setkadan ibarət qapısının kənarında olan balaca ölçülü setkası olmayan açıq yerdən keçirərək yola çıxarıb yığmışdır. Təxminən 5 dəqiqə yol kənarında gözləyib yol keçən tanımadığı taksiyə əl edib saxladaraq dəmirlərin özümə məxsus olduğunu və aparmaq istədiyii deyib tanımadığı şəxsə məxsus dövlət nömrə nişanı yadında qalmayan avtomobilin üst baqajına yükləyib Potu kəndində yaşayan Ağaların qapısına aparıb Ağalara 40 manata satmışdır. Həmin taksiyə də 10 manat pul verib qalan pulu da xərcləmişdir. Törətdiyi əməldən peşmandır. Hazırda zərər çəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərimişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Qızılağac kəndi ərazisində yol kənarındakı dəmir sexində dəmir künclərin (uqolniklərin) olduğunu və onları oğurlayıb Göyçay rayon Potu kəndində yaşayan dəmirçi Ağalara sataraq pul əldə edə biləcəklərini ona təklif etmişdir. Bundan sonra qazel sürücüsü Qəzənfər ilə razılaşmışlar. Qəzənfərə ona zəng edəcəklərini bildirmişlər. Həmin gün saat 22 radələrində Orxan ona zəng edərək həmin sexə gedib dəmir küncləri (uqolnikləri) sexin həyətindən oğurlayıb sexdən bir az aralıda yol kənarına yığdığını və onun da təcili olaraq Qəzənfərə zəng edərək qazel ilə birlikdə Qəzənfərin dediyi yerə getməsini bildirmiş, o da dərhal günorta vaxtı mobil nömrəsini aldığı Qəzənfərə zəng edib çağırmış, az sonra “Məmmədrəşid” adlanan yerə gedib orada Qəzənfərin gəlməsini gözləmişdir. Təxminən 3-5 dəqiqə sonra Qəzənfər idarə etdiyi ** RH *** dövlət qeydiyyat nişanlı qazellə oraya gəlib onu götürmüş, həmin vaxt Qəzənfər ondan dəmirləri nə üçün gecə vaxtı gətirmək istədiklərinin səbəbini soruşub dəmirlərin oğurluq olub- olmamasını, oğurluqdursa getmək istəmədiyini ona demiş, həmin vaxt Qəzənfəri inandırmaq üçün guya dəmirləri başqa maşınla gətirdiklərini, həmin maşının xarab olduğu üçün indi ona zəng etdiklərini deyərək dəmirlərin özlərinə məxsus olduğuna inandırmışdır. Bundan sonra birlikdə Qızılağac kəndi ərazisində Orxanın onu gözlədiyi Qızılağac marketdən 150-200 metr aralıda gözlədiyi yerə getmişdir. Oraya çatan zaman Orxan dəmirləri artıq magistral yolun kənarına yığıb onu gözləmişdir. Oraya çatdıqdan sonra Orxanla birlikdə 16 ədəd 6 metrlik 40 milli metr ölçüdə dəmir küncləri(uqolnik) və 35 ədəd 6 metrlik 50 milli metr ölçüdə dəmir küncləri (uqolnik) qazelin yük yerinə yığmışlar. Daha sonra onlar qazellə həmin dəmirləri Ağaların metal qəbulu məntəqəsinə aparıb satmışlar. Həmin vaxt Ağalar Orxana nə qədər pul verdiyini bilməsə də, qazel şoferinə 35 manat verib yola saldıqdan sonra Orxan da ona pulu yarı hissəyə böldüyünü deyib ona 53 manat pul vermişdir. Bundan başqa növbəti gün yolda qonşusu Orxanla birlikdə taksi ilə Göyçay rayon 2-ci Ərəbcəbirli kəndinə dəmirçi işləyən Mehmanın yaşadığı evə getmişlər. Belə ki, ona məxsus həyətində özünə məxsus yararsız halda olan Priora markalı avtomobili kəsdirib metal olaraq satmaq istədiyi üçün 2-ci Ərəbcəbirli kəndində yaşayan dəmirçi işləyən Mehmanın evinə getmişlər. Həmin vaxt Mehmanla danışdıqdan sonra Mehman da işi olduğunu və bir neçə gün sonra gələ biləcəyini ona demişdir. Orada olan zaman Mehmanın evinin qarşısına küçəyə yığdığı dəmir künclər (uqolniklər) və dəmir borularının yığılmasını görmüşlər. xx.xx.2022-ci il tarixdə günorta vaxtlarında Orxan Mehmanın evinin qarşısında küçədə gördükləri dəmirləri oğurlayıb satmağı təklif etmiş, Orxanla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Orxan ona zəng edərək dəmirləri oğurlayıb yol kənarında yığdığını və onun da qazel tapıb oraya gələrək dəmirləri aparıb satmağı bildirmişdir. Bundan sonra qazel sürücüsü Qəzənfərə zəng edib 2-ci Ərəbcəbirli kəndinə gedib orada yol kənarında özlərinə məxsus dəmir uqolnikləri gətirmək lazım olduğunu demiş, az sonra da Qəzənfər “İstanbul” marketin yanma onun dediyi yerə gəlmiş və oradan da Orxanın yanma getmişlər. Ancaq həmin dəmirlərin oğurluq olması barədə Qəzənfərə heç bir söz deməmişdir. Oraya getdikdən sonra Orxan birlikdə Orxanın yol kənarına yığdığı 60 ədəd 6 metrlik 40 milli metrlik ölçüdə dəmir küncləri (uqolnik), 04 ədəd 5 metr uzunluğunda dəmir boruları və 01 ədəd 6 metr uzunluğunda dəmir turbaları qazelin yük yerinə yığmışlar. Bundan sonra yenə də həmin dəmirləri Ağalara satmışlar. Orxan dəmirləri neçəyə satmaqları barədə ona dəqiq deməsə də, ona ümumilikdə 200 manat pul vermişdir. Bundan sonra Ağalarla rayon ərazisində görüşüb 200 manatda əlavə almışdır. Törətdiyi əməldən peşmandır. Zərər çəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ASC-nin "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ASC-nin "xxxx" MMC-nin Göyçay Sukanal sahəsində sahə rəisi vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə Göyçay şəhəri Nizami küçəsinə idarənin əməkdaşları baxış keçirən zaman “Kapital Bank”-ın yaxınlığında, yolda səkinin üzərində 1 ədəd kanalizasiya quyusunun dəmir dairəvi qapağının yerində olmadığını və oğurlanmasını görmüşlər. Bundan sonra əməkdaşlar bu barədə idarənin rəhbəri İlham Kərimova məlumat vermişlər. İlham Kərimov da bununla bağlı Göyçay RPŞ-nə rəsmi müraciət ünvanlamışdır. Həmin kanalizasiya xətti və quyusu hazırda istifadədədir və Göyçay şəhəri Nizami küçəsində yaşayan sakinlərin istifadəsində olduğundan ictimai əhəmiyyət kəsb etmişdir. Hazırda MMC-yə dəymiş ziyan təqsirləndirilən şəxs X3 tərəfindən ödənilmişdir. Buna görə təqsirləndirilən şəxs X2 heç bir şikayəti və tələbi yoxdur. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi qismində ifadəsi elan olunmuş Nümayəndə2 ifadəsindən görünür ki, Aztelekom MMC-nin Göyçay rayon Telekomminukasiya qovşağının balansında olan Göyçay şəhəri Göyçay şəhəri Natəvan küçəsində “Beta” çay firmasının yaxınlığında, asfalt yolun kənarındakı səkinin üzərində quraşdırılmış 01 ədəd və Göyçay şəhəri M.Hüseynzadə küçəsində “Poçt” şöbəsinin yaxınlığında, asfalt yolun kənarında quraşdırılmış 01 ədəd olmaqla ümumilikdə 02 ədəd kabel-kanalizasiya quyularının metal qapaqlarının oğurlanması barədə rayon polis şöbəsinə rəsmi müraciət edilmişdir. Həmin kabel-kanalizasiya quyuları hazırda Göyçay şəhəri Natəvan küçəsində və M.Hüseynzadə küçəsində yaşayan sakinlərin istifadəsində olduğundan ictimai əhəmiyyət kəsb etmişdir. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, hazırda MMC-yə dəymiş ziyanın Təqsirləndirilən şəxs1 tərəfindən ödənildiyini, Təqsirləndirilən şəxs1 heç bir şikayəti və tələbinin olmadığını göstərmişdir. İş üzrə Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Göyçay rayon Qızılağac kənd ərazisində qaynaqçı sexini işlədir. Həmin sexdə dəmir qapı və fermalar düzəldir. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində sexə gəlib axşama kimi sexdə işləmişdir. xx.xx.2022-ci il tarixdə sexə gələn zaman sexin həyətində sağ tərəfinə yığdığı 16 ədəd 40-lıq və 35 ədəd 50-lik künclər yerində olmadığını görmüşdür. Buna görə də xx.xx.2022ci il tarixdə bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, eyni zamanda rayon polis şöbəsinə də ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq zamanı ona 1128 manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam olaraq ödənilmişdir. Buna görə təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində dəmirçi-qaynaqçı işləyir. 2021-ci ilin avqust ayında Ağdaş rayonu ərazisində fəaliyyət göstərən tikinti materiallarının satıldığı mağazadan öz həyətinə çardaq düzəltdirmək üçün 40 millimetrlik ölçüdə 6 metr uzunluğunda 60 ədəd dəmir künclər, yəni dəmir uqolniklər almışdır. Həmin vaxt həyətində yer olmadığı üçün aldığı həmin materialları yaşadığı evin qarşısına, küçəyə divarın yanına yığmışdır. Həmçinin, orada ona məxsus əvvəlcədən oraya yığdığı 5 metr və 6 metr uzunluğunda dəmir borular da olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında küçəyə çıxarkən həmin 60 ədəd 40 millimetr ölçüdə istifadə olunmamış dəmir uqolniklərin və 4 ədəd 10 sm diametrli, 1 sm qalınlığında uzunluğu 5 metr olan dəmir borunun və 1 ədəd 10 sm diametrli, 1 sm qalınlığında uzunluğu 6 metr olan dəmir borunun yerində olmadığını görüb onların oğurlandığını bilmiş, buna görə də DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi zamanı ona 1300 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Buna görə təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Göyçay rayonu Hüngütlü kəndində özünə məxsus dəmirçi sexi var. xx.xx.2022-ci il tarixdə səhər saatlarında sexə gedərkən sexin həyətində olan çardağın kənarında yerə yığdığı 4 ədəd istifadə olunmamış 50 millimetrlik ölçüdə uzunluğu 3 metr olan dəmir künclərin, yəni uqolniklərin və 1 ədəd istifadə olunmuş 10 sm diametrli, 1 sm qalınlığında uzunluğu 5 metr olan dəmir borunun yerində olmadığını görmüşdür. Həmçinin sexin həyətində divara yerdən söykənilmiş 2 ədəd uzunluğu 1 metr olan bir-birinə qaynaq edilmiş dəmir materialların da yerində olmadığını görmüş, buna görə DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Baş vermiş oğurluq zamanı ona 120 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 heç bir şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Orxan və Seyran qazel markalı avtomobillə yaşadığı evin qarşısına gəlib özlərinə məxsus olduğunu bildirib 60 ədəd dəmir künclər (uqolniklər), 04 ədəd 5 metr uzunluğunda dəmir boru və 01 ədəd 6 metr uzunluğunda dəmir boru gətirmişlər. Həmin dəmirlərin oğurluq olmasını əvvəlcədən bilməmiş, ancaq həmin vaxtdan bir neçə gün sonra polis əməkdaşları yaşadığı evə gələn zaman Orxan və Seyranın ona satdıqları dəmir materialları polislərə təqdim etmişdir. Aldığı həmin dəmirlərin müqabilində ümumilikdə təxminən 1400 manat pul vermiş, həmin pulun təxminən 1200 manatını Orxan və Seyrana birlikdə vermiş, ancaq həmin vaxt üzərində pul az olduğu üçün 200 manatı isə növbəti gün Seyranın özünə vermişdir. İş üzrə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, xx.xx.2021 -ci il tarixdə saat 16 radələrində Orxan onun işlədiyi yerə 01 metal qapaq gətirərək öz həyətində çoxdan qalmasını və bir müddət əvvəl yol idarəsi tərəfindən luk qapaqları dəyişilən zaman yaşadığı evin qarşısındakı luk qapaqlarını da ona verdiklərini deyib onu inandırmış, həmin luk qapağını 15 manata almışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə yenə də onun yanma 02 ədəd kanalizasiyanın metal qapağını gətirərək satmışdır. Orxana ümumilikdə 20 manat pul vermişdir. Ancaq həmin vaxtdan bir neçə gün sonra polis əməkdaşları ona məxsus sexə gələn zaman məlumatı olmuş ki, Orxan həmin luk qapaqlarını oğurlayıb ona satıbmış. Bundan başqa da həmin vaxtdan bir neçə ay sonra xx.xx.2022-ci il tarixdə Orxan onun yanına uzunluğu 3 metr olan istifadə olunmuş paslı vəziyyətdə dəmir boru gətirib öz həyətindən çıxardığını deyib ona 30 manata satmışdır. İş üzrə şahid qismində ifadə vermiş Şahid5 Akşin oğlu göstərmişdir ki, Zərərçəkmiş şəxs2 MMC-də işləyir. Aztelekom MMC- nin Göyçay rayon Telekomminukasiya qovşağının balansında olan Göyçay şəhəri Göyçay şəhəri Natəvan küçəsində “Beta” çay firmasının yaxınlığında, asfalt yolun kənarındakı səkinin üzərində quraşdırılmış 01 ədəd və Göyçay şəhəri M.Hüseynzadə küçəsində “Poçt” şöbəsinin yaxınlığında, asfalt yolun kənarında quraşdırılmış 01 ədəd olmaqla ümumilikdə 02 ədəd kabel-kanalizasiya quyularının metal qapaqlarının oğurlanması barədə rayon polis şöbəsinə rəsmi müraciət edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021 -ci il tarixli 9/6471 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və inşaat materialları satışı məntəqələrində mövcud olan qiymətlərə, eləcə də qərarın təsviri hissəsində olan məlumatlara əsasən, metaldan hazırlanmış olduğu halda tədqiq edilən üç ədəd kanalizasiya qapağının hazırki işlənmiş vəziyyətdə, 2021 -ci ilin avqust ayına, köhnəlməsini nəzərə alaraq respublika daxili orta bazar pərakəndə satış qiyməti bir ədədinin qiyməti 105 manat olmaqla üç ədədinin qiyməti təxminən 315 manat müəyyən olunur. Aparılmış ekspertizanın dəyəri 50 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1791 nömrəli rəyindən görünür ki, 05 metr uzunluğunda, 10 sm diametrdə, 1 sm qalınlığında 5 ədəd işlənmiş vəziyyətdə olan boru - 250 manat, 06 metr uzunluğunda, 10 sm diametrdə, 1 sm qalınlığında 1 ədəd işlənmiş vəziyyətdə olan dəmir boru - 60 manat, 03 metr uzunluğunda, 10 sm diametrdə, 1 sm qalınlığında 1 ədəd işlənmiş vəziyyətdə olan dəmir boru - 30 manat, 06 metr uzunluğunda, 40 millimetrlik ölçüdə, 76 ədədə istifadə olunmamış künc dəmir(uqolnik) - 1368 manat, 06 metr uzunluğunda, 50 millimetrlik ölçüdə, 35 ədəd istifadə olunmamış künc dəmir(uqolnik) - 840 manat, 01 metr uzunluğunda 2 ədəd istifadə olunmuş, əyilmiş vəziyyətdə dəmir material (2 künclük yan yana qaynaq edilmiş vəziyyətdədir) - 6 manat, Ekspertiza təyini haqqında qərarın təsviri hissəsində və fotoşəkilləri təqdim edilmiş 7 adda malların istifadə olunmuş malların istifadəsi nəzərə ammaqla 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2602,00 manat müəyyən olunur. Aparılmış ekspertizanın dəyəri 50 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-psixatrik ekspertizasının 10 mart 2022-ci il tarixli 259 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜ KƏSMƏLƏRLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxınlaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırki cinayət əməllərini tərədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 21.1 -ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Zərərçəkmiş şəxslər və nümayəndələri ərizə ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, təqsrirləndirilən şəxslər tərəfindən dəymiş ziyan ödənilmiş, təqsrirləndirilən şəxslər barəsində heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə 09 avqust 2021-ci il tarixdə saat 15 radələrində Göyçay şəhəri Nizami küçəsində fəaliyyət göstərən “Kapital Bank”-ın yaxınlığında, asfalt yolun kənarında səkinin üzərində quraşdırılmış ictimai əhəmiyyətli kanalizasiya quyusunun üzərində olan Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyəti "xxxx" MMC-nin Göyçay rayon X7 məxsus (balansında olan) 105 manat dəyərində 01 (bir) ədəd metal qapağı gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyəti "xxxx" MMC-nin Göyçay rayon X8 105 manat məbləğində maddi ziyan vuraraq, bundan başqa təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə 20 avqust 2021-ci il tarixdə saat təxminən 18 radələrində Göyçay şəhəri Natəvan küçəsində “Beta” çay firmasının yaxınlığında, asfalt yolun kənarında səkinin üzərində quraşdırılmış ictimai əhəmiyyətli rabitə xətlərinin üzərində olan Zərərçəkmiş şəxs2 MMC-nin X1 məxsus (balansında olan) 105 manat dəyərində 01 (bir ədəd) ədəd kabel-kanalizasiya quyusunun metal qapağını gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 MMC-nin X1 105 manat məbləğində maddi ziyan vuraraq, bundan başqa təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə 20 avqust 2021-ci il tarixdə saat 20 radələrində Göyçay şəhəri M.Hüseynzadə küçəsində “Poçt” şöbəsinin yaxınlığında, asfalt yolun kənarında səkinin üzərində quraşdırılmış ictimai əhəmiyyətli rabitə xətlərinin üzərində olan Zərərçəkmiş şəxs2 MMC-nin X1 məxsus 105 manat dəyərində 01 (bir ədəd) ədəd kabel-kanalizasiya quyusunun metal qapağını gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 MMC-nin X1 105 manat məbləğində maddi ziyan vuraraq, bundan başqa təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Göyçay rayon Kürdşaban kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus Göyçay rayon Qızılağac kəndində yerləşən kənarları taxta materialdan hasarlanmış saxlanc yeri hesab edilən dəmirçi sexinin həyətinə qanunsuz daxil olaraq, oradan hər birinin qiyməti 18 manat olmaqla ümumilikdə 288 manat dəyərində 16 ədəd istifadə olunmamış uzunluğu 6 metr 40 millimetr ölçüdə dəmir küncləri (uqolnik) və hər birinin qiyməti 24 manat olmaqla ümumilikdə 840 manat dəyərində 35 ədəd istifadə olunmamış uzunluğu 6 metr 50 millimetrlik ölçüdə dəmir küncləri(uqolnik) gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 cəmi 1128 manat məbləğində maddi ziyan vuraraq, bundan başqa təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Göyçay rayon 2-ci Ərəbcəbirli kəndində yaşayan Zərərçəkmiş şəxs4 yaşadığı evin qarşısından küçədə divarın ətrafına topa halda yığılmış, kənarları heç bir arakəsmə ilə hasarlanmayan yerdən hər birinin qiyməti 18 manat olmaqla ümumilikdə 1080 manat dəyərində 60 ədəd istifadə olunmamış uzunluğu 6 metr 40 millimetr ölçüdə dəmir küncləri (uqolnik), hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 200 manat dəyərində 4 ədəd işlənmiş vəziyyətdə olan 5 metr uzunluğunda 10 sm diametrli 1 sm qalınlığında dəmir boruları və qiyməti 60 manat olmaqla 1 ədəd işlənmiş vəziyyətdə olan 6 metr uzunluğunda 10 sm diametrli 1 sm qalınlığında dəmir borunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 cəmi 1340 manat məbləğində maddi ziyan vuraraq, bundan başqa təkrarən özgənin əmlakım gizli yolla talamaq qərarına gəlib bu məqsədlə xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində Göyçay rayon Potu kəndində yaşayan Zərərçəkmiş şəxs5 məxsus Göyçay rayon Hüngütlü kəndində yerləşən saxlanc yeri hesab edilən dəmirçi sexinə qanunsuz daxil olaraq, oradan hər birinin qiyməti 12 manat olmaqla ümumilikdə 48 manat dəyərində 4 ədəd istifadə olunmamış uzunluğu 3 metr 50 millimetr ölçüdə dəmir küncləri (uqolnik), hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə 6 manat dəyərində 2 ədəd istifadə olunmuş, əyilmiş vəziyyətdə uzunluğu 1 metr olan 2 künclük yan-yana qaynaq edilmiş vəziyyətdə dəmir materialları və qiyməti 50 manat olmaqla 1 ədəd işlənmiş vəziyyətdə olan 5 metr uzunluğunda 10 sm diametrli 1 sm qalınlığında dəmir borunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs5 cəmi 104 manat məbləğində maddi ziyan vuraraq oğurluq etməklə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyi tam sübuta yetir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrinin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Göyçay rayon Kürdşaban kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus Göyçay rayon Qızılağac kəndində yerləşən kənarları taxta materialdan hasarlanmış saxlanc yeri hesab edilən dəmirçi sexinin həyətinə qanunsuz daxil olaraq, oradan hər birinin qiyməti 18 manat olmaqla ümumilikdə 288 manat dəyərində 16 ədəd istifadə olunmamış uzunluğu 6 metr 40 millimetr ölçüdə dəmir küncləri (uqolnik) və hər birinin qiyməti 24 manat olmaqla ümumilikdə 840 manat dəyərində 35 ədəd istifadə olunmamış uzunluğu 6 metr 50 millimetrlik ölçüdə dəmir küncləri(uqolnik) gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 cəmi 1128 manat məbləğində maddi ziyan vuraraq, bundan başqa təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Göyçay rayon 2ci Ərəbcəbirli kəndində yaşayan Zərərçəkmiş şəxs4 yaşadığı evin qarşısından küçədə divarın ətrafına topa halda yığılmış, kənarları heç bir arakəsmə ilə hasarlanmayan yerdən hər birinin qiyməti 18 manat olmaqla ümumilikdə 1080 manat dəyərində 60 ədəd istifadə olunmamış uzunluğu 6 metr 40 millimetr ölçüdə dəmir küncləri (uqolnik), hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 200 manat dəyərində 4 ədəd işlənmiş vəziyyətdə olan 5 metr uzunluğunda 10 sm diametrli 1 sm qalınlığında dəmir boruları və qiyməti 60 manat olmaqla 1 ədəd işlənmiş vəziyyətdə olan 6 metr uzunluğunda 10 sm diametrli 1 sm qalınlığında dəmir borunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 cəmi 1340 manat məbləğində maddi ziyan vuraraq oğurluq etməklə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyi tam sübuta yetir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağın olduğunu, zərəçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmadığını cəzasını yüngülləşdirən hallar kimi, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, məhkəmə zalından dərhal həbsdən azad edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmadığını cəzasını yüngülləşdirən hallar kimi, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, məhkəmə zalından dərhal həbsdən azad edilməlidir. Göyçay rayon Məhkəməsinin 4(046)-11/2022 saylı xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Göyçay rayon Məhkəməsinin 4(046)-12/2022 saylı xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlandıqları 4 ay 9 gün nəzərə alınmalı, onlara təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 316.2-ci maddəsinə əsasən mülki iddiaçı və ya onun nümayəndəsi məhkəmə iclasına gəlmədikdə mülki iddia baxılmamış saxlana bilər. İş üzrə zərər çəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 tərəfindən dəymiş ziyanın ödənildiyini, eləcə də Təqsirləndirilən şəxs1 şikayət və tələblərinin olmadığını bildirmiş, məhkəmə baxışlarında iştirak etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 MMC-nin Təqsirləndirilən şəxs1 qarşı qaldırdığı 210 manat ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə mülki iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi3, həmçinin Təqsirləndirilən şəxs1 məhkəmə icraat dövründə hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs2 məhkəməyə icraat dövründə 5 saat, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə icraat dövründə hüquqlarını 8 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş ümumilikdə 5 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi3 cəmi 30 manat, Təqsirləndirilən şəxs1 məhkəmə baxışları zamanı göstərilmiş 8 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci olan 100 manat məbləğində pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübutların zərərçəkmiş şəxslərə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı 4 ay 9 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 01 il 03 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Məhkəmə zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı 4 ay 9 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 09 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Məhkəmə zalından dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübutlar - 01 ədəd Göyçay Sukanal sahəsinə məxsus kanalizasiya quyusunun dairəvi metal qapağı; Zərərçəkmiş şəxs3 məxsus 35 ədəd 50 millimetrlik ölçüdə künc dəmirlər və 16 ədəd 40 milli metrlik ölçüdə künc dəmirlər; Zərərçəkmiş şəxs4 məxsus 60 ədəd 40 millimetrlik ölçüdə künc dəmirlər, 4 ədəd 5 metr uzunluğunda dəmir boru, 1 ədəd 6 metr uzunluğunda dəmir boru; X4 məxsus 01 ədəd 3 metr uzunluğunda dəmir boru; Zərərçəkmiş şəxs5 məxsus 04 ədəd 3 metr uzunluğunda 50 millimetrlik ölçüdə dəmir künclər, 01 ədəd 5 metr uzunluğunda dəmir boru və 02 ədəd yan-yana qaynaq edilmiş dəmir materialların zərər çəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs2 MMC-nin Təqsirləndirilən şəxs1 qarşı 210 manat ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə mülki iddia baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmə icraat dövründə göstərilmiş ümumilikdə 5 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi3 cəmi 30 manat, Təqsirləndirilən şəxs1 göstərilmiş 8 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. İş üzrə məhkəmə xərci olan 100 manat məbləğində pul Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-43/2022
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-43/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver