Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-43/2024 02.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X3 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Göyçay rayonu, Kürdəmiş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkum olunmamış, Göyçay rayonu, Kürdəmiş kəndində qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi Vaz 2107 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay-Ucar yolunun Cəyirli kəndi ərazisində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında”Azərbaycan Respubikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsini sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməmiş, həmçinin həmin qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60km\saat sürətdən artıq, yəni 80km\saat sürətlə idarə edərək ehtiyatsızlıqdan, yolun sol hərəkət hissəsindən sağ hərəkət hissəsinə daxil olaraq sürücünün hərəkəti istiqamətinə doğru adi yerişlə keçən piyada Göyçay rayonu Qaraxıdır kənd sakini X2 avtomobilin sağ ön hissəsi ilə vuraraq sonuncunun müştərək ağır qapalı kəllə beyin travması Ağır dərəcəli beyin əzilməsi, baş beyin qişalarına qansızma, sağ bud sümüyünün orta l\3-dən açıq və sol baldır sümüklərinin aşağı l\3-dən qapalı yerdəyişmiş sınıqları, qarınüstü nahiyyədə dərinin epidermis qatının sıyrılmış yaraları, sağ əlüstü və əl barmaqları proyeksiyaslarında, hər iki diz oynağının ön hissələrində və sol baldırın yuxarı l\3-nin bayır səthində dərinin epidermis sıyrılmış yaraları kimi xəsarətlər alması və aldığı müştərək ağır kəllə-beyin travması, ağır dərəcədə beyin əzilməsi, sağ bud sümüyünün orta l\3-dən açıq və sol baldır sümüklərinin aşağı l\3-dən qapalı yerdəyişən sınıqları fonunda baş beyin qişalarına qansızmalar və travma şoku kimi dərəcəsinə görə sağlamlığa Ağır zərər vuran xəsarətlərdən hadisə yerində ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, “Vaz 07” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmaqla etibarnamə əsasında idarə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində idarə etdiyi Vaz 07” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay-Ucar yolunun Cəyirli kəndi ərazisində yolun sağ tərəfi ilə saatda 80\km saatla hərəkətdə olan zaman yolun sol tərəfindən X5 yolun sağ tərəfinə keçməyə başlamış, X5 qəfil keçdiyi üçün özünü itirib əyləci basa bilməmiş və avtomobilini sağa tərəf çəkmişdir. Buna baxmayaraq X1 avtomobilinin sağ tərəfi ilə vurmuş və avtomobilini qarşıda olan yanacaq doldurma məntəqəsinin qarşısında saxlamışdır. Həyəcanlı olduğu üçün orada olan şəxslərə təcili tibbi yardım çağırmalarını xahiş etmişdir. Ondan bir neçə dəqiqə sonra təcili tibbi yardım avtomobili gələrək X2 təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya aparmışdır. Hadisə baş verən vaxt spirtli içki və ya narkotik maddə qəbul etməmişdir. Hadisənin baş verməsinə səbəb isə Göyçək İsgəndərovanm qəfil yola çıxması olmuşdur. Piyadanın yolu keçməsini təxminən 4 metr məsafədən görmüş, avtomobildə özündən başqa heç kimin olmamış, hadisə baş verdikdən sonra kənarda tanımadığı şəxslərin toplaşmışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəmişdir. İş üzrə zərərçəkmiş şəxs X1 hüquqi varisi X7 ifadə verərək göstərmişdir ki, mərhum X5 onun arvadıdır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində yoldaşı X9 rayonu Cəyirli kəndində yaşayan qohumları evinə qonaq getmək istəmiş, evdən qohumuna məxsus avtomobillə çıxmış, Göyçək gedəndən təxminən 40 dəqiqə sonra qohumları ona zəng edərək Göyçay rayonu Cəyirli kəndi ərazisində Göyçəyi avtomobil vurduğunu və vəfat etdiyini bildirmişlər. Bundan sonra dərhal Göyçay RMX-ya getmiş, xəstəxanada Göyçəyin vəfat etdiyini bildirmişlər. Bundan sonra onun meyidi müayinə olunması üçün Göyçay MTE-yə aparılmış, orada müayinə olunandan sonra onu dətn etmək üçün yaşadığı evə gətirmişlər. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilməmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, mərhum Göyçək İsgəndərova onun qızıdır. X4 ailə həyatı qurmuş və iki övladı vardır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində qızı X9 rayonunda olan qohumları evinə qonaq getməsi üçün evdən çıxmışdır. Bundan bir neçə dəqiqə sonra qızını avtomobil vurmasını eşitmiş və dərhal hadisə yerinə gəlmişdir. Hadisə yerinə gələn zaman isə qızının vəfat etdiyini görmüşdür. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş X6 ifadəsindən görünür ki, Göyçay RPŞ-nin DYPB-nin inspektoru, polis baş serjantıdır. 11 fevral 2024-cü il tarixdə DYPB-nə təhkim edilmiş Mercedes Benz markalı ** YP *** dövlət nömrə nişanlı avtomobillə Göyçay rayonunda xidmətdə olmuşdur. 11 fevral 2024-cü il tarixdə saat 19 radələrində Göyçay rayonu ərazisində xidmət apararkən Göyçay-Ucar yolunun Cəyirli kəndində yol nəqliyyat hadisəsi baş verməsi barədə şöbənin Növbətçi Hissəsindən daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə getmişdir. Göyçay rayonu Kürdəmiş kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2107 ” markalı “**-BG-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə Göyçay rayon Qaraxıdır kənd sakini X2 vurmuşdur. Bir qədər sonra hadisə yerinə müstəntiq gəlmiş, hadisə yerini müayinə etməyə başlamış, baxış zamanı iki nəfər hal şahidi dəvət edilmişdir. Baxış zamanı müstəntiq yolun müxtəlif yerlərini ölçmüş, həmin vaxt hadisə yerində tormoz izi aşkar edilməmişdir. Baxış zamanı hadisə yerində avtomobil yolunun iki hərəkət hissəsindən ibarət olduğu, yolun ümumi eninin 6 metr olduğu müəyyən edilmişdir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir maddi sübut götürülməmiş, hadisə yerinə baxış zamanı fotoşəkillər çəkilərək yol-nəqliyyat hadisəsinin necə baş verməsi barədə sxem tərtib olunmuş, keçirilmiş baxışın nəticəsinə dair müstəntiq tərəfindən protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokol ucadan oxunmuş, tərtib edilmiş protokol və hadisə yerinin sxemi baxışda iştirak etmiş bütün iştirakçılar tərəfindən imzalanılmışdır. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 11 fevral 2024-cü il tarixli 04 saylı rəyindən görünür ki, mərhum X1 meyitində aşkar olunan xəsarətlər Müştərək ağır qapalı kəllə beyin travması Ağır dərəcəli beyin əzilməsi. Baş beyin qişalarına qansızma, sağ bud sümüyünün orta l\3-dən açıq və sol baldır sümüklərinin aşağı l\3-dən qapalı yerdəyişmiş sınıqları, qarınüstü nahiyyədə dərinin epidermis qatının sıyrılmış yaraları, sağ əlüstü və əl barmaqları proyeksiyaslarında, hər iki diz oynağının ön hissələrində və sol baldırın yuxarı l\3nin bayır səıthində dərinin epidermis sıyrılmış yaraları xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər həyatidirlər, ölümündən bir qədər əvvəl bədənin ağır küt travması nəticəsində baş vermişlər, xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlmələri inkar olunmur, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aididirlər. Cinayət işinə əlavə edilmiş Məhkəmə - ekpertiza mərkəzinin 01 may 2024-cü il tarixli 8\968 nömrəli rəydən görünür ki, Vaz 2107 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Vaz 2107 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50- ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60km\saat sürətdən artıq, yəni 80km\saat sürətlə idarə etmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş B kateqoriyalı, AE 240233 seriyalı, sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törədiyi tarixdə sürücülük hüququ olmuşdur. Göyçay RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Təqsirləndirilən şəxs Vaz 2107 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçüm xx.xx.2024cü il tarixədək qüvvədə olan etibarnaməsi vardır. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi Vaz 2107 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay-Ucar yolunun Cəyirli kəndi ərazisində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında”Azərbaycan Respubikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsini sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməmiş, həmçinin həmin qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60km\saat sürətdən artıq, yəni 80km\saat sürətlə idarə edərək ehtiyatsızlıqdan, yolun sol hərəkət hissəsindən sağ hərəkət hissəsinə daxil olaraq sürücünün hərəkəti istiqamətinə doğru adi yerişlə keçən piyada Göyçay rayonu Qaraxıdır kənd sakini X2 avtomobilin sağ ön hissəsi ilə vuraraq sonuncunun müştərək ağır qapalı kəllə beyin travması Ağır dərəcəli beyin əzilməsi, baş beyin qişalarına qansızma, sağ bud sümüyünün orta l\3-dən açıq və sol baldır sümüklərinin aşağı l\3-dən qapalı yerdəyişmiş sınıqları, qarınüstü nahiyyədə dərinin epidermis qatının sıyrılmış yaraları, sağ əlüstü və əl barmaqları proyeksiyaslarında, hər iki diz oynağının ön hissələrində və sol baldırın yuxarı l\3-nin bayır səthində dərinin epidermis sıyrılmış yaraları kimi xəsarətlər alması və aldığı müştərək ağır kəllə-beyin travması, ağır dərəcədə beyin əzilməsi, sağ bud sümüyünün orta l\3-dən açıq və sol baldır sümüklərinin aşağı l\3-dən qapalı yerdəyişən sınıqları fonunda baş beyin qişalarına qansızmalar və travma şoku kimi dərəcəsinə görə sağlamlığa Ağır zərər vuran xəsarətlərdən hadisə yerində ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində qeyd edilmişdir ki törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətdiyini, hadisə zamanı vəfat etmiş şəxsin hüquqi varisi ilə barışdığını, dəymiş ziyanı ödədiyini,zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayəti və tələbinin olmadığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində sürücülük hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, məhkəmə baxışının normal gedişinə mane olmamasını, ölmüş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələb və şikayətinin olmamasını nəzərə alıb, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm icraya yönələnədək dəyişdirilmədən saxlanılmasını mümkün hesab edir. İş üzrə məhkəmə xərci olan 85 manat pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 354 , 381, 384 -cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 85 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-43/2024
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-43/2024
02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver