Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-44/2023 25.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1986-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, evli, Göyçay şəhəri, M.Hüseynzadə küçəsi ev 33A, mənzil 23də qeydiyyatda olan, Göyçay rayon Məhkəməsinin 12 fevral 2023-cü il tarixli qərarı ilə barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda yəni 1,937 qram çəkidə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini qanunsuz olaraq əldə edib bir ədəd sellofan bükümdə qablaşdırılmış vəziyyətdə üstündə saxlamış, 09 fevral 2023-cü il tarixdə, saat 13 radələrində Göyçay şəhəri Z.Bunyadov küçəsində üzərində həmin narkotik vasitəni daşıyarkən Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanaraq polis şöbəsinə gətirilmiş, həmin tarixdə, saat 13:58-də polis şöbəsinin Növbətçi Hissəsində üzərinə videoçəkliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə qablaşdırılmış 1,937 qram çəkidə həmin heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 09 fevral 2023-cü il tarixdə saat 13 radələrində Göyçay şəhəri, Z.Bunyadov küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşmış özlərini təqdim edərək, qanunsuz narkotik vasitə saxlamağından şübhələndiklərini bildirib Göyçay rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu vəkil Müdafiəçi ilə təmin edərək növbətçi hissədə videoçəkilişlə hüquq və vəzifələrini izah edərək, şübhəli şəxs qismində saxlanıldığını bildirmişlər, üzərinə axtarış keçiriləcəyinin, üzərində narkotik vasitə və başqa hər hansı əşya vardırsa təqdim etməyi təklif etmişlər. Həmin vaxt əynindəki şalvarının sol yan cibindən içərisində heroin narkotik vasitəsi olan həmin 1 ədəd sellofan bükümü də masanın üzərinə qoymuşdur. Daha sonra üzərindən aşkar edimiş 1 ədəd sellofan bükümdə olan heroin həmin bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, sellofanla bir yerdə ümumi çəkisi 2,25 qram olmuşdur. Həmin büküm bir ədəd zərfə qoyularaq qablaşdırılıb götürülmüş, zərfin üzərini imzalamışdır. Axtarış zamanı protokol tərtib olunmuşdur. Həmin protokol ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkilidir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğu, üzərində daşıması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında digər polis əməkdaşları ilə birlikdə 09 fevral 2023-cü il tarixdə saat 13 radələrində Göyçay şəhəri Z.Bunyadov küçəsində Təqsirləndirilən şəxs özlərini təqdim edərək, qanunsuz narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirib Göyçay rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs dərhal vəkil Müdafiəçi ilə təmin olunmuş və videoçəkilişlə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi, odur ki, üzərində narkotik maddə və vasitələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sol yan cibindən içərisində 1 ədəd sellofan büküm çıxarmışdır. Təqsirləndirilən şəxs həmin sellofan bükümdəki maddənin heroin olduğunu, Bakı şəhərində olarkən Keşlə qəsəbəsində yerdən tapdığını, özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan heroin sellofan bükümdə elektron tərəzidə çəkilmiş, sellofanla bir yerdə ümumi çəkisi 2,25 qram olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin X1 alınmış xx.xx.2023-cü il tarixli 17/160 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə, təmiz çəkisi – 1,937 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: heroinin ümumi təmiz çəkisi – 1.937 qram, tədqiqata sərf edilmişdir – 0.05 qram, qalıq 1.887 qram. Aparılmış ekspertizanın xərci 69.10 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 13 mart 2023-cü il tarixli 447 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. İİİ qrup əlil olduğu üçün barəsində məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Ədilov X2 rayon məhkəməsinin xx.xx.2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli blinərək 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Ədilov X2 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli blinərək 01 il, 08 ay 11 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Ədilov X2 rayon məhkəməsinin xx.xx.2019-ci il tarixli və xx.xx.2021-ci il tarixli hökmləri ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən təhlükəli residiv hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda təhlükəli residiv hesab edilir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,937 qram çəkidə narkotik vasitə olan heroini 09 fevral 2023-cü il tarixdə, saat 13 radələrində Göyçay şəhəri Z.Bunyadov küçəsində üzərində saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi əməli etiraf edərək səmimi peşman olduğu, İİİ qrup əlil olduğunu cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törədərək cinayətlərin təhlükəli residivliyini yaratmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini məhkumluğu ödənilmədən törətdiyindən, Azərbaycan Respublikası CM-nin 65-ci maddəsində təsbit edilmiş cinayətlərin residivi nəzərə alınmaqla təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş cəza növünün üçdə ikisindən az olmamaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Göyçay rayon polis şöbəsində saxlanılan 1.887 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 69.10 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan Göyçay rayon Polis şöbəsində saxlanılan 1.887 qram narkotik vasitə olan heroin məhv edilsin. Ekspertiza xərci olan 69.10 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-44/2023
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-44/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver