Məhkəmə qərarları › İş №1(046)-44/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-44/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-44/2024 02.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 12:40-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı ilə, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1984-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Göyçay rayonu Çərəkə kəndində qeydiyyatda olan, həbsetmənin əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablanmaqla barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 yanvar 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd 67456 nömrəli zavod üsulu ilə İtaliya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 9 mm kalibrli, “Beretta-2004” modelli tapançanı, təyinatı üzrə istifadə və atəş üçün yararlı, 9x18 mm kalibrli olmaqla həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatları hesab edilən 09 ədəd patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli silahların komplekt hissəsi olan darağı əldə edib üzərində gəzdirərək saxlamaqla ünvan 1inə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində 25 yanvar 2024cü il tarixdə saat 15:20-də ünvan 1ində olduğu zaman saxlanılaraq Göyçay Rayon Polis Şöbəsinə gətirilib saat 16:54-dən etibarən üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın bel nahiyəsindən 01 ədəd 67456 nömrəli zavod üsulu ilə İtaliya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 9 mm kalibrli, “Beretta-2004” modelli tapança, təyinatı üzrə istifadə və atəş üçün yararlı, 9x18 mm kalibrli olmaqla həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatları hesab edilən 09 ədəd patronlar və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli silahların komplekt hissəsi olan darağ aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, 22 yanvar 2024-cü il tarixində Göyçay rayonu Çərəkə kəndi ərazisində gəzərkən zibil tullantılarının arasından gözünə bir bağlama dəymişdir. Maraqlı olduğu üçün həmin yerə yaxınlaşıb bağlamanı tam açdıqda içərisində 01 ədəd tapançanın və patronları olan darağın olduğunu görmüşdür. Silaha marağı olduğu üçün həmin silahı həmin vaxt götürərək üzərində gizlətmişdir. 25 yanvar 2024-cü il saat 15:20-də ünvan 1ində olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Sonra özünü təqdim etməyini xahiş etmişlər. Özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Sonra barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Daha sonra Göyçay Rayon Polis Şöbəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Göyçay Rayon Polis Şöbəsinə gətirilmişdir. Müdafiəçi ilə təmin edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, buna etiraz etmədiyini bildirdikdən sonra şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində silah olduğunu və onu bel nahiyəsində saxladığını bildirmişdir. Bundan sonra bel nahiyəsində saxladığı predmeti kameraya göstərmiş və həmin predmet əməkdaşların iştirakı ilə masanın üstünə qoyulmuşdur. Daha sonra həmin predmetə baxış keçirilmiş və 01 ədəd tapança, 01 ədəd sandıqça və 09 ədəd patron olması müəyyən edilmişdir. Həmin predmetlər polislər tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılaraq imzalanmışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşı Şahid göstərdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir.25 yanvar 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 18 noyabr 1991-ci ildə xx.xx.1984-cü il tarixdə ünvan 1ində anadan olmuş, ünvan 1i ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsi barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 25 yanvar 2024-cü il tarixli qərar çıxarılmış və BMCMİ-nin əməkdaşları baş əməliyyat müvəkkili X1, əməliyyat müvəkkili X2 və özündən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik özünə həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri olaraq bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 1inə yollanmışlar. Əməliyyat- axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 15:20-də ünvan 1ində olduqları zaman Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq odlu silah əldə edib saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsi barədə şübhəli olması ona bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Göyçay Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilmişdir. Polis Şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahı ilə tanış olduqdan sonra siyahı üzrə hər hansı bir vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil Müdafiəçi2 dəvət olunaraq ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və Təqsirləndirilən şəxs müdafiəçisinə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsi barədə şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə xx.xx.2024-cü il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində silah olduğunu və onu bel nahiyəsində saxladığını bildirmişdir. Bundan sonra o bel nahiyəsində saxladığı predmeti kameraya göstərmiş və həmin predmet əməkdaşların iştirakı ilə masanın üstünə qoyulmuşdur. Daha sonra həmin predmetə baxış keçirilmiş və 01 ədəd tapança tipli dəmir predmet və 01 ədəd sandıqça tipli predmet və 09 ədəd patrona oxşar dəmir predmetin olması müəyyən edilmişdir. Həmin predmetlər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılaraq imzalanmışdır. Zərfin üstu möhürlənmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş tapança tipli dəmir predmeti, 01 ədəd sandıqça tipli predmeti və 09 ədəd patrona oxşar predmetləri 3 gün əvvəl ünvan 1i ərazisindən tapdığını, marağı olduğu üçün üstündə saxladığını və polisə təqdim etmək fikrində olduğunu, eləcə də üstündə olmasından heç kimin məlumatının olmadığını, heç kimə vermədiyini və özünün də istifadə etmədiyini bildirmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxlanılan narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın bel nahiyəsindən 01 ədəd “Beretta-2004” modelli tapança, 9x18 mm kalibrli 09 ədəd patronlar və 01 ədəd 9x18mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli silahların komplekt hissəsi olan darağ aşkar edilmişdir. Cinayət işi materialına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/189 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 67456 nömrəli silah, zavod üsulu ilə İtaliya dövlətində istehsal olunmuş 9 mm kalibrli Beretta-2004 modelli tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Beretta-2004 modelli silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Tədqiqata təqdim edilmiş 09 ədəd patron, zavod üsulu ilə xarici istehsal olunmuş 9x18 mm kalibrli olmaqla həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və atəşə yararlıdırlar. Təqdim edilmiş 09 ədəd 9 mm kalibrli patronlardan 03 ədədi eskperimental atəşlər zamanı istifadə olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə, saat 16.31-də şübhəli şəxs qismində tutulmuş, 26 yanvar 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materialına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Krimanalistik Təhqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, 01 ədəd 67456 nömrəli Beretta-2004 modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi ilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən 01 ədəd 67456 nömrəli zavod üsulu ilə İtaliya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 9 mm kalibrli, “Beretta-2004” modelli tapança, təyinatı üzrə istifadə və atəş üçün yararlı, 9x18 mm kalibrli olmaqla həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatları hesab edilən 09 ədəd patronlar və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş silahı üzərində saxlamış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin tərkibini yaradır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Və nəhayət cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə,bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki,az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı və 2 yetkinlik yaşına çatmayan uşaqların olmasını iş üzrə cəzanı yüngülləşdirən hal olduğunu və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmədiyindən, ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu andan hesablanmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd 67456 nömrəli zavod üsulu ilə İtaliya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 9 mm kalibrli, “Beretta-2004” modelli tapança, 1 ədəd darağ və tədqiqatdan sonra qalan 6 ədəd patron Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 351- 353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd 67456 nömrəli zavod üsulu ilə İtaliya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 9 mm kalibrli, “Beretta-2004” modelli tapança, 1 ədəd darağ və tədqiqatdan sonra qalan 6 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar