Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-44/2025 15.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Əliyeva Leyla Bəhər qızının katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Göyçay rayon Ləkçıplaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvələr məhkum olunmayan, işsiz, Göyçay rayon Ləkçıplaq kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdə saat 10 radələrində arvadı Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları Göyçay rayon Ləkçıplaq kəndində yerləşən fərdi yaşayış evində olarkən, sonuncunun əvvəlcədən kredit götürmək üçün banka girov qoyulmuş qızıl-zinət əşyalarını geri əldə etmək üçün kredit borcunu bağlamasını ondan tələb etməsi səbəbindən aralarında ailə münasibətləri zəmnində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs yumruqları ilə iki dəfə sol gicgah və sol sifət nahiyələrindən qəsdən vuraraq, sonuncuya sol gicgah, üzün sol yanaq, sol göz yuvasıaltı nahiyəni əhatə edən yumşaq toxumanın bir qədər şişkinliyi və əllədikdə ağrılı olması fonunda geniş sahəni əhatə edən qançır ilə müşayiət edilən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Onlar təxminən 14 ildir ki, rəsmi şəkildə evlidirlər və bir azyaşlı övladları var. Zərərçəkmiş şəxs ilə evləndikləri gündən etibarən, o və arvadı Göyçay rayonunun Ləkçıplaq kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar. Həmin ünvanda, onların yanında onun atası və anası da birlikdə yaşayır. Zərərçəkmiş şəxs ilə evliliyi boyunca, ailədaxili bəzi mübahisələr olmuş, lakin o, arvadına heç vaxt fiziki zorakılıq tətbiq etməmişdir. Təxminən 3-4 ay əvvəl o, Zərərçəkmiş şəxs öz razılığı ilə ona məxsus qızıl-zinət əşyalarını banka girov qoyaraq kredit götürmüşdür. Hazırda kredit vaxtında və gecikdirmədən ödəyir. Lakin bir müddət sonra Aygün kreditin tez bir zamanda bağlanmasını və qızıl-zinət əşyalarının girovdan azad edilməsi ilə geri qaytarılmasını tələb etməyə başlamış, o Aygünə səbirli olmasını, krediti vaxtında bağlayacağına bildirmişdir. Təxminən 10-15 gün əvvəl o, özünə məxsus avtomobilini satmış və həmin pul ilə iş görərək gəlir əldə etmək niyyətində olmuşdur. Lakin Aygün həmin pul ilə krediti bağlamasını və qızıl-zinət əşyalarını girovdan azad etməsini istəmişdir. Bu səbəbdən onlar arasında mübahisə baş vermişdir. 11 fevral 2025-ci il tarixində, saat 10 radələrində evdə yalnız onlar olarkən Aygün yenidən qızıl zinət əşyalarının girovdan azad edilməsi məsələsini gündəmə gətirərək mübahisəyə başlamışdır. Aygün çox danışan və məsələləri uzadaraq mübahisəyə səbəb olan bir şəxsdir. O, Aygünə avtomobilini sataraq əldə etdiyi pul ilə iş görüb gəlir əldə etmək istədiyini izah etməyə çalışsa da, Aygün onu başa düşməmiş və mübahisəsini davam etdirərək üzərinə qışqırmışdır. Aygünün yüksək səslə danışması, onu əsəbləşdirmiş və nəticədə o, Aygünə sifət nahiyəsindən iki dəfə yumruqla vurmuşdur. Bundan sonra Aygün ağlayaraq evdən çıxıb getmiş, sonradan Aygünün onun barəsində polisə şikayət etdiyini öyrənmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, dəymiş zərəri aradan qaldırmış, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir. Onlar təxminən 14 ildir ki, rəsmi qaydada evlidir və bir azyaşlı övladları vardır. Təqsirləndirilən şəxs ilə evli olduqları müddətdə aralarında arabir sözlə mübahisə olmuş, lakin onlar mübahisələrini öz aralarında həll etmişlər. Təxminən 3-4 ay bundan əvvəl əri Təqsirləndirilən şəxs ona məxsus qızıl-zinət əşyalarını onun öz razılığı ilə banka qoyaraq kerditlə pul götürmüşdür. Hazırda da həmin krediti ödəməyə davam edir. Buna baxmayaraq bir müddət əvvəl Anar özünə məxsus avtomobilini satmış və əlinə pul keçmişdir. Buna görə də, 11 fevral 2025-ci il tarixdə səhər saat 10 radələrində yaşadıqları evdə olarkən o, əri Anara əlində pul olduğunu həmin pulla götürdükləri krediti bağlayaraq qızıl-zinət əşyalarını bankdan geri götürməsini xahiş etmiş, həmin vaxt Anar onunla ilk öncə razılaşsa da, sonradan bundan imtina etmiş və onunla mübahisə etməyə başlayaraq mübahisənin gedişatında üzərinə gələrək yumruqla iki dəfə sol gicgah nahiyəsindən və sol sifət nahiysindən vurmuşdur. Əri Anarın onu vurması səbəbindən o, ağalamağa başlamış və onu daha da vurmaması üçün evdən çıxıb getmişdir. Sonra isə mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək əri Anarın onu döyməsi barədə şikayət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi” publik hüquqi şəxsin 11 fevral 2025-ci il tarixli 55 nömrəli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində sol gicgah, üzün sol yanaq, sol göz yuvasıaltı nahiyəni əhatə edən yumşaq toxumanın bir qədər şişkinliyi və əllədikdə ağrılı olması fonunda geniş sahəni əhatə edən qançır sahəsi xəsarətləri müəyyən edilmişdir. Xəsarətlərin törənmə müddəti 11 fevral 2025-ci il tarixə uyğun gəlir və küt-bərk əşyanın (əşaların) təsirindən əmələ gəlmişdirlər. Ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 11 fevral 2025-ci il tarixdə saat 10 radələrində yaşadığı Göyçay rayonu Ləkçıplaq kəndində yerləşən evdə olarkən arvadı Zərərçəkmiş şəxs ilə kredit götürmək üçün banka girov qoyulmuş qızıl-zinət əşyalarını geri əldə etmək üçün kredit borcunu bağlamasını ondan tələb etməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs yumruqları ilə iki dəfə sol gicgah və sol sifət nahiyələrindən qəsdən vuraraq, sonuncuya sol gicgah, üzün sol yanaq, sol göz yuvasıaltı nahiyəni əhatə edən yumşaq toxumanın bir qədər şişkinliyi və əllədikdə ağrılı olması fonunda geniş sahəni əhatə edən qançır ilə müşayiət edilən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsədən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq, məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında dövlət ittihamçısı X2 çıxış edərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı aradan qaldırdığından o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını 3 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 3 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 18 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 3 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 18 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərardan 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №1(046)-44/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-44/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver