Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-45/2022 28.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, Göyçay şəhərində xx xxxx 1998-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkum olunmamış, subay, Göyçay rayonun Hacalıkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx xxxx 1997-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkum olunmamış, ailəli, himayəsində 1 azyaşlı övladı olan, Göyçay rayonun Hacalıkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Göyçay rayonun Çayarxı kəndi ərazisində həmkəndlisi X3 idarə etdiyi VAZ 2106 markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobilində olarkən digər həmkəndlisi Təqsirləndirilən şəxs2 ona satış məqsədi və tamah niyyəti olmadan istifadə etməsi üçün verdiyi 1 ədəd papirosa doldurulmuş vəziyyətdə 1,23 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşişi götürüb satış məqsədi olmadan qanunsuz olaraq gödəkçəsinin sağ yan cibinə qoyub saxlamış, həmin vaxt Göyçay RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıb rayon polis şöbəsinə gətirilərək həmin tarixdə, saat 22:05-də polis şöbəsinin növbətçi hissəsində videoçəkliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy-boz rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd papirosa doldurulmuş vəziyyətdə həmin 1,23 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 23 yanvar 2022-ci il tarixdə saat 20 radələrində Göyçay rayonun Potu kəndində tanışı X1 10 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda yəni 1 ədəd kağız bükümdə ümumi 2,41 qram təmiz çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş əldə edərək üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Göyçay rayonun Çayarxı kəndi ərazisində həmkəndlisi X3 idarə etdiyi VAZ 2106 markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobildə həmin həşişin 1,23 qram hissəsini 01 ədəd papirosa doldurub şəxsi marağı və tamah niyyəti olmadan istifadə etmək üçün digər həmkəndlisi Təqsirləndirilən şəxs1 vermiş, qalan 1,18 qram hissəsini isə 1 ədəd ağ rəngli kağız bükümdə qablaşdıraraq əynindəki gödəkcəsinin sol yan cibinə qoyub saxlamış, həmin vaxt Göyçay RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıb rayon polis şöbəsinə gətirilərək, həmin tarixdə, saat 22:40da polis şöbəsinin növbətçi hissəsində videoçəkliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd ağ rəngli kağız bükümdə qablaşdırılmış vəziyyətdə həmin həşişin 1,18 qram çəkidə olan hissəsi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, fərdi əməklə məşğuldur. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində avtomobili nasaz olduğundan təmir etdirmək üçün Göyçay rayon Çayarxı kəndi ərazisində avtomobil təmir sexinə getmişdir. Təmir sexində saat 18 radələrində olan zaman həmkəndlisi Rusif Bağırovun qardaşı İlkin Bağırov ora gəlmiş və qardaşı Rusif Bağırova məxsus Vaz 2106 markalı ** KN *** dövlət qeydiyyat avtomobili ona verməsini xahiş etmişdir. İlkin onu Göyçay rayon Hacalıkənd kəndinə düşürməyini və avtomobili aparıb Rusifə verməyini xahiş etmişdir. Həmin tarixdə axşam saat 21 radələrində Təqsirləndirilən şəxs2 ona zəng edərək Göyçay şəhərinə gedib çay içməyi təklif etmişdir. Cavada kənddə olduğunu bildirmiş və Cavadı Rusifin avtomobili ilə kənddən götürərək birlikdə Rusif Bağırovun işlədiyi mebel sexinə getmişlər. Oradan Rusifi götürərək birlikdə Təqsirləndirilən şəxs2 işlədiyi Göyçay rayonu Çayarxı kəndi ərazisində yerləşən avtoyuma məntəqəsində getmişlər. Həmin vaxt artıq avtomobili Rusif özü idarə etmişdir. Rusif avtomobili avtoyuma məntəqəsinin qarşısında saxlamışdır. Avtomobili saxlayan zaman Cavad cibindən 1 ədəd kağız bükümdə toz kimi vəziyyətdə həşiş narkotik vasitəsini çıxararaq onlara bir yerdə çəkməyi təklif edərək həmin bükümdən həşişdən götürüb papirosa doldurmağa başlamış və 1 ədəd papirosda çəkmək üçün həşiş hazırlamışdır. Qalan həşişi isə Cavad həmin kağız bükümdə cibinə qoymuşdur. Lakin Rusif bildirmişdir ki, avtomobil idarə etdiyi üçün həşiş çəkməyəcəkdir. Daha sonra isə Cavad ilə ikisi növbə ilə papirosa doldurduğu həmin həşişi çəkməyə başlamışlar. Həşişlə dolu papiros onun əlində olan zaman Göyçay rayon polis şöbəsinin əməkdaşları onlara yaxınlaşmışlar, həşişlə dolu papirosu söndürmüş və əynindəki göy-boz rəngli gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Polislər özlərini onlara təqdim etmişlər və narkotik vasitələrin istifadəsində şübhəli olduqlarını bildirərək onları Göyçay rayon polis şöbəsinə dəvət etmişlər və onlarda etiraz etməmişdir. Həmin vaxt həşişlə dolu papiros cibində olmuşdur. Polislər onları polis şöbəsinə gətirmişlər. Rusif Bağırova məxsus Vaz 2106 markalı ** KN *** dövlət qeydiyyat avtomobil şöbənin duracağında saxlanılmışdır. Polis şöbəsində vəkil Müdafiəçi1 ilə təmin olunmuş, polislər növbətçi hissədə videoçəkilişlə hansı hüquq və vəzifələrinin olduğunu ona izah etmişlər, şübhəli şəxs qismində tutulmağı barədə qərar ona təqdim olunmuşdur. Daha sonra onun üzərinə axtarış keçiriləcəyi bildirilmişdir. Polislərə etiraz etməmişdir. Həmin vaxt əynindəki göy-boz rəngli gödəkçənin sağ yan cibinə qoyub saxladığı həşiş ilə dolu 1 ədəd papirosu çıxarıb təqdim etmişdir. Həmin papiros elektron tərəzidə çəkildikdə həşişin papirosla birlikdə çəkisi 1,9 qram olmuşdur. Həmin papiros bir ədəd zərfdə qablaşdırılaraq, polis əməkdaşları tərəfindən götürülmüşdür. Zərfin üzərini imzalamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:30-dan sonra kənddən tək şəhərə getmək istəyərkən istifadəsində olan ***-***-**-** saylı nömrədən tanışı Orxan Abdullayevin ***-***-**-** nömrəsinə zəng vurub əlaqə saxlayaraq narkotik olub-olmadığını, vardırsa ona satıb-sata bilməyəcəyini soruşmuşdur. Orxan isə ona özündə 1 büküm həşiş olduğunu və ona 10 manata həmin həşişi sata biləcəyini, birazdan 4 yol adlanan yerdən düşəndə yaşadığı Potu kəndinin girəcəyində olacağını demişdir. Orxana bir saata həmin yerə gələcəyini bildirmişdir. Biraz sonra Orxanla görüşmüşlər və Orxana ona 1 ədəd kağız bükümdə həşiş vermiş, qarşılığında Orxana 10 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə Göyçay rayonu Çayarxı kəndi ərazisində yerləşən avtoyuma məntəqəsindən işdən çıxdıqdan sonra yaşadığı Göyçay rayon Hacalıkənd kəndinə getmişdir. Daha sonra Pərvizlə görüşmüş, birlikdə Çayarxı kəndində işlədiyi avtoyuma məntəqəsinə yollanmışlar. Avtoyuma məntəqəsinin yanına çatdıqda üzərindən bir ədəd kağız bükümdə həşiş çıxararaq Pərvizə birlikdə çəkməyi təklif etmişdir. Pərviz ilə birlikdə həşişdən çəkmək üçün kağız bükümdən götürüb papirosa doldurub hazırlamışdır. Kağız bükümdə qalan həşişi isə əynindəki gödəkcəsinin sol yan cibinə qoyub saxlamışdır. Pərviz ilə ikisi növbə ilə papirosdakı həşişi çəkən zaman polis əməkdaşları onlara yaxınlaşmış özlərini təqdim etmişlər və narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirmişlər və onları Göyçay rayon polis şöbəsinə dəvət etmişlər. Polislərin yaxınlşadığını görən zaman isə Təqsirləndirilən şəxs1 həmin həşişlə dolu papirosu söndürüb gödəkcəsinin cibinə qoyub saxlamışdır. Polislər onları polis şöbəsinə gətirmişlər. Vəkil Müdafiəçi2 ilə təmin olunmuş, növbətçi hissədə videoçəkiliş ilə hansı hüquq və vəzifələrinin olduğunu izah etmişlər, şübhəli şəxs qismində tutulmağı barədə qərar ona təqdim olunmuşdur. Bundan sonra onun üzərinə axtarış keçiriləcəyi bildirilmiş, üzərində narkotik maddə və vasitələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi ona təklif olunmuşdur. Həmin vaxt əynindəki qara rəngli gödəkçəsinin sol yan cibinə qoyub saxladığı 1 ədəd ağ rəngli kağız bükümdə olan həşişi çıxarıb təqdim etmişdir. Həmin həşiş bükümdə elektron tərəzidə çəkildikdə, bükümlə birlikdə çəkisi 1,5 qram olmuşdur. Həmin kağız büküm bir ədəd zərfdə qablaşdırılaraq, polis əməkdaşları tərəfindən götürülmüşdür. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin NMQ-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal bu barədə polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə razılıq alaraq həmin gün saat 20 radələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Digər polis əməkdaşları ilə birlikdə həmin tarixdə saat 21 radələrində Göyçay rayonu Çayarxı kəndi ərazisində yerləşən avtoyuma məntəqəsinin yanında X3 idarə etdiyi Vaz 2106 markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobilini dayanmış vəziyyətdə görüb həmin avtomobilə yaxınlaşmışlar. Həmin vaxt avtomobilin sükanı arxasında X7 özü oturmuş, avtomobildə isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 olmuşlar. Avtomobildən narkotik vasitəyə xas olan tüstü qoxusu gəlmişdir. Onlar özlərini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Rusif Bağırova təqdim edib qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduqlarına görə Göyçay RPŞ-nə getməli olduqlarını bildirdib onlarla polis şöbəsinə getmələrini dəvət etmişlər. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Rusif Bağırov onlara etiraz etməmişlər. X3 idarə etdiyi Vaz 2106 markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Göyçay rayon polis şöbəsinə gəlmişlər. Rusif Bağırovun idarə etdiyi Vaz 2106 markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobil polis şöbəsinin müvəqqəti duracağında saxlanılmışdır. Polis şöbəsində ilkin olaraq Təqsirləndirilən şəxs1 vəkil Müdafiəçi1 ilə təmin olunaraq növbətçi hissədə videoçəklişlə hüquq və vəzifələri Təqsirləndirilən şəxs1 izah olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində narkotik vasitənin, eləcə də digər cinayət xarakterli hər hansı bir əşya vardırsa onları təqdim etməsi təklif olunuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs1 əynindəki göy-boz rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd həşiş narkotik vasitəsinə oxşar yaşıl rəngli bitki mənşəli kütlə ilə doldurulmuş uc hissəsi yanmış papirosu çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin papirosa doldurulmuş kütlənin həşiş narkotik vasitəsi olduğunu, həmin həşişi tutulmamışdan əvvəl tanışı Təqsirləndirilən şəxs2 özü ilə gətirərək çəkməyə ona təklif etdiyini bildirmişdir. Həmin kütlə ilə doldurulmuş papiros elektron tərəzidə çəkilmiş, çəkisi 1,9 qram olmuşdur. Həmin papiros bir ədəd zərfdə qablaşdırılaraq, təhqiqatçı Şaiq Əşrəfli tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs1 və vəkili Müdafiəçi1 zərfin üzərini imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs2 vəkil Müdafiəçi2 ilə təmin olunaraq Növbətçi Hissədə videoçəklişlə hüquq və vəzifələri Təqsirləndirilən şəxs2 izah olunmuş və sonuncu, şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində narkotik vasitənin, eləcə də digər cinayət xarakterli hər hansı bir əşya vardırsa onları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd ağ rəngli kağız büküm çıxarıb təqdim etmişdir. Həmin 1 ədəd kağız büküm açıldıqda içərisində həşiş narkotik vasitəsinə oxşar yaşıl rəngli bitki mənşəli kütlə olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin kütlənin həşiş olduğunu, həmin həşişi xx.xx.2022-ci il tarixdə tanışı Göyçay rayon Potu kənd sakini Orxandan 10 manata aldığını bildirmişdir. Həmin kütlə kağız bükümdə elektron tərəzidə çəkildikdə, bükümlə birlikdə çəkisi 1,5 qram olmuşdur. Həmin içərisində kütlə olan 1 ədəd kağız büküm bir ədəd zərfdə qablaşdırılaraq, təhqiqatçı Şaiq Əşrəfli tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 və vəkili zərfin üzərini imzalamışlar. Bu barədə protokol tərtib olunmuşdur. Həmin protokol ucadan oxunduqdan sonra digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Şahid3 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizalar X4 Bölməsindən alınmış məhkəmə-bioloji ekspertizasının 25 yanvar 2022-ci il tarixli 17\95 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd papirosda təmiz çəkisi 1,23 qram olan bitki mənşəli kütlə çətənə bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə olan həşişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 1,18 qram olan bitki mənşəli kütlə çətənə bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə olan həşişdir. Qeyd: həşişlərin ümumi təmiz çəkisi 2.54 qr, tədqiqata sərf edildi 0.06 qr, qalıq 2.48 qr. Aparılmış tədqiqatın xərci 35.97 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 10 aprel 2022-ci il tarixli 517 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 10 aprel 2022-ci il tarixli 518 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Göyçay rayonun Çayarxı kəndi ərazisində həmkəndlisi X3 idarə etdiyi VAZ 2106 markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobilində olarkən digər həmkəndlisi Təqsirləndirilən şəxs2 ona satış məqsədi və tamah niyyəti olmadan istifadə etməsi üçün verdiyi 1 ədəd papirosa doldurulmuş vəziyyətdə 1,23 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşişi götürüb satış məqsədi olmadan qanunsuz olaraq gödəkçəsinin sağ yan cibinə qoyub saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Göyçay rayonun Çayarxı kəndi ərazisində həmkəndlisi X3 idarə etdiyi VAZ 2106 markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomobildə həmin həşişin 1,23 qram hissəsini 01 ədəd papirosa doldurub şəxsi marağı və tamah niyyəti olmadan istifadə etmək üçün digər həmkəndlisi Təqsirləndirilən şəxs1 verərək, qalan 1,18 qram hissəsini isə 1 ədəd ağ rəngli kağız bükümdə qablaşdıraraq əynindəki gödəkcəsinin sol yan cibinə qoyub saxlamaqla Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 oğlunun cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağın olmasını, ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1, X2 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, onlara təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadıqları ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdırlar. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmə icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillər Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəməyə icraat dövründə 08 saat, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəməyə icraat dövründə 08 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş 08 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 48 manat, Təqsirləndirilən şəxs1 göstərilmiş 08 saat hüquqi xidmətə görə isə Müdafiəçi1 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan ekspertiza tədqiqatından sonra qalan 2.48 qr narkotik vasitə olan həşiş məhv edilməlidir. İş üzrə 35.97 manat məbləğində ekspertiza xərcləri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 1 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 1 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan ekspertiza tədqiqatından sonra qalan 2.48 qr narkotik vasitə olan həşiş məhv edilsin. İş üzrə 35.97 manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 göstərilmiş 08 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 48 manat, Təqsirləndirilən şəxs1 göstərilmiş 08 saat hüquqi xidmətə görə isə Müdafiəçi1 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-45/2022
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-45/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver