Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-45/2023 16.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 10.25-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Şahid1, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə istintaqla dəqiq saatı müəyyən olunmayan, təxminən günorta saatlarında ünvan 1 ünvanında yerləşən Şahid1 məxsus fərdi yaşayış evinin giriş qapısı olmayan yun parça asılmış hissəsindən qanunsuz daxil olaraq yataq otağının qapısını balta ilə açmaqla daxil olmuş, orada olan şkafın içərisində olan sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus pul qabının içərisində olan 560 manat dəyərində 01 ədəd 07 qram 583 əyarlı Rusiya istehsalı olan qızıl üzük, 480 manat dəyərində 06 qram 583 əyarlı Rusiya istehsalı olan qızıl üzük və 1680 manat dəyərində 14 qram 853 əyarlı Rusiya istehsalı olan bir cüt sırğaları ümümilikdə Zərərçəkmiş şəxs məxsus 2720 manat dəyərində qızıl-zinət əşyalarını gizli olaraq talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Göyçay şəhəri ərazisində yerləşən kafelərin birində spirtli içki qəbul etdikdən sonra Göyçay şəhəri ərazisində gəzməyə başlamışdır. Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “AzPetrol” yanacaq doldurma məntəqəsinin arxasında olan küçə ilə hərəkətini davam etdirərkən sərxoş olmuş və ona pul lazım olduğu üçün oğurluq etmək qərarına gəlmiş, həmin küçədə olan evlərə göz gəzdirməyə başlamış, sahibsiz və ya sahibi evdə olmayan ev axtarmışdır.Həmin küçənin sonuna kimi hərəkət edib ətrafında hasar olmayan evin qarşısına gəlmişdir. Bir neçə dəqiqə evin kənarında dayanaraq ətrafa və evin içərisinə boylanaraq kiminsə olub-olmamasını yoxlamışdır. Daha sonra həmin evin giriş hissəsinə yaxınlaşmış, evin giriş qapısının olmadığını, lakin qapı yerinə qapı əvəzi kimi yun parça asılmışdır. Həmin yun parçanı kənara edərək evin içərisində daxil olmuş, taxta pilləkanlarla evə qalxmışdır. Evə qalxdıqdan sonra eyvanda dayanaraq otaqlara göz gəzdirməyə başlamışdır. İlk öncə evin mətbəxinə keçmiş, orada ətrafa göz gəzdirərək qiymətli hər-hansı bir əşyanın olmadığını gördükdən sonra oradan çıxmışdır. Daha sonra isə digər otağa daxil olmuşdur. Həmin otağa göz gəzdirdikdə orada pal-paltarın olduğunu görüb həmin otaqdan da çıxmışdır. Sonra isə mətbəxlə üzbəüz olan otağa daxil olmaq istədikdə qapının bağlı olduğu üçün daxil ola bilməmişdir. O, nə qədər cəhd etsə də qapını aça bilməmişdir. Bundan sonra pilləkəndən düşərək həmin evin zirzəmisindən balta götürərək yenidən evə qalxmışdır. Həmin götürdüyü balta ilə həmin otağın qapısını sındıraraq otağa daxil olmuşdur. Otağa daxil olan kimi qapı ilə üzbəüz olan şkafın aşağı hissəsində olan paltarların arasını axtaran zaman əlinə bir ədəd qadın pul qabısı keçmişdir. Pul qabının içərisinə baxan zaman mavi rəngli balaca dəsmala bükülmüş 02 ədəd qızıl üzük və 01 cüt qızıl sırğaların olmasını görmüşdür. O, dərhal həmin qızıl əşyalarını götürərək oradan uzaqlaşmışdır. Bundan sonra Göyçay şəhəri istiqamətində hərəkət edərək Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən “Təzə bazar”-ın qarşısına piyada getmişdir. Orada taksi fəaliyyəti ilə məşğul olan Şahid2 adlı tanışının olduğunu görüb ona yaxınlaşmışdır. Hal-əhval etdikdən sonra Vüqar ondan ona olan borcunu tələb etmişdir. Belə ki, o, təxminən iki il əvvəl Vüqardan 400 manat borc pul almışdır. Vüqar isə həmin pulu bir neçə dəfə ondan tələb etsə də, lakin maddi imkanı zəif olduğu üçün pulu Vüqara qaytara bilməmişdir. Pulu aldığı müddətdən uzun müddət keçdiyi üçün və Şahid2 həmin pulu dəfələrlə tələb etməsi səbəbindən o, oğurlayaraq üzərində saxladığı qızıl-zinət əşyalarını cibindən çıxardaraq Vüqara tərəf uzadaraq satmasını və öz pulunu götürməsini bildirmişdir. Vüqar ondan həmin əşyaların nə olduğunu soruşduqda o, həmin əşyaların qızıl-zinət əşyaları olduğunu və mərhum anasından ona miras qaldığını bildirmişdir. Onlar birlikdə Vüqarın idarə etdiyi «Vaz 21074» markalı avtomobilə əyləşərək Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Köhnə bazar” adlı yerə yollanmışlar. Ora çatdıqda Vüqar idarə etdiyi avtomobildən qızılları da götürərək düşmüşdür. O, isə avtomobildə oturaraq onu gözləmişdir. Təxminən yarım saat sonra Vüqar onun yanına gəlmiş və həmin qızılları 500 manata satdığını bildirib, həmin puldan 150 manat ona vermişdir. Sonra isə Vüqar idarə etdiyi avtomobil ilə onu yaşadığı Göyçay rayon 2-ci Ərəbcəbirli kəndində düşürdərək oradan uzaqlaşmış və o da, yaşadığı evə gəlmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olan zaman Göyçay rayon polis şöbəsinin əməkdaşları yaşadığı evə gələrək onun ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus qızıl zinət əşyalarını oğurlamaqda şübhəli olduğunu bildirib rayon polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasına Zərərçəkmiş şəxs gəlməmiş,məhkəmə cinayət prosesi tərəflərinin fikrni dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün hallarının hərtərəfli,tam və obyektiv tədqiq edilməsinin,qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Şahid1 ilə birlikdə Bakı şəhərində yaşayan övladlarını görmək üçün getmişdir. O, həyat yoldaşı ilə birlikdə iki gün Bakı şəhərində qaldıqdan sonra yenidən birlikdə yaşadığı Göyçay şəhərinə qayıtmışdır. Həmin gün evə daxil olduqda evin yataq otağının qapısının açıq olduğunu və otağa daxil olduqda isə orada olan şkafın içərisində olan paltarların yerdə olduğunu görmüşdür. Həmin zaman o, dərhal orada pul qabına baxmışdır. Belə ki, həmin pul qabında pul olmasa da, orada ona məxsus 02 ədəd qızıl üzük və 01 cüt qızıl sırğaların olmadığını görmüşdür. O, həyat yoldaşı ilə birlikdə evin digər otaqlarına nəzər yetirdikdə orada olan əşyaların yerində olduğunu görmüşdür. Bundan sonra həyat yoldaşına polisə müraciət etməsini bildirdikdə həyat yoldaşı ona tələsməməyi bildirmişdir. Belə ki, həmin qızılları bəlkə tanış adamın götürdüyünü, ona görə də hələ gözləyərək polisə müraciət etməməyi bildirmişdir. Bundan sonra onlar bir müddət gözləsə də, lakin oğurluq edən şəxsi tapa bilməmiş və xx.xx.2023-cü il tarixdə Göyçay rayon polis şöbəsinə gedərək ərizə ilə müraciət edərək baş vermiş hadisə barəsində məlumat vermişdir. Sonra isə ona məlum olmuşdur ki, həmin oğurluq hadisəsini edən şəxs Göyçay rayon 2-ci Ərəbcəbirli kənd sakini Təqsirləndirilən şəxsdur. O, həmin hadisədən qabaq Təqsirləndirilən şəxs tanımamış, onunla aralarında düşmənçilik və ya ədavət olmamışdır. Oğurlanmış əşyalar 500 manat dəyərində 01 ədəd 07 qram 583 əyarlı Rusiya istehsalı olan qızıl üzük, 700 manat dəyərində 01 ədəd 06 qram, 583 əyarlı Rusiya istehsalı olan qızıl üzük və 800 manat dəyərində 01 cüt 853 əyar 14 qram Rusiya istehsalı olan qızıl sırğalar olmaqla ümümilikdə ona 2000 manat maddi ziyan dəymişdir. Onların yaşadığı evin ümümi giriş qapısı olmamış və evin yataq otağının qapısı bağlı olmuş, Natiq həmin otağın qapısını balta ilə aralayaraq daxil olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi və şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, o, həyat yoldaşı ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Övladları Bakı şəhərində yaşadığı üçün o, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə onlara baş çəkmək xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhərinə getmişlər. İki gün Bakı şəhərində qaldıqdan sonra xx.xx.2023-cü il tarixdə yaşadıqları evə qayıtmışlar. O, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı evə daxil olarkən evin yataq otağının qapısının açıq olduğunu görmüşlər. Onlar dərhal otağa baxan zaman orada olan şkafın qapısının açıq olduğunu və orada olan paltarların yerdə olduğu görmüşlər. Bu zaman həyat yoldaşı dərhal orada olan pul qabını axtardı və onu götürdükdən sonra açarkən içərisində olan 02 ədəd qızıl üzüklərin və 01 cüt qızıl sırğaların orada olmasını ona bildirmişdir. Daha sonra ona polisə müraciət etməyi bildirdikdə, o, səbirli olmasını, tələsməməsini bildirmişdir. Onlar yaşadıqları evin giriş qapısı olmadığı üçün o, tanış adamlardan kimsənin onlar evdə olmayan vaxtı evə daxil olmasını düşünmüşdür. Onun üçün həmin adamı özünün tapacağını yoldaşına bildirərək hələki polisə bu barədə məlumat verməməyi bildirmişdir. O, evinə daxil olaraq oğurluq edən şəxsi özünün artıq tapa bilməcəyindən tam əmin olduqdan sonra xx.xx.2023-ci il tarixdə həyat yoldaşı ilə birlikdə Göyçay rayon polis şöbəsinə gələrək baş vermiş hadisə ilə bağlı ərizə ilə müraciət etmişlər. Sonra isə onlara məlum olmuşdur ki, həmin oğurluq hadisəsini edən şəxs Göyçay rayon 2-ci Ərəbcəbirli kənd sakini Təqsirləndirilən şəxsdur. Bu vaxtadək dəymiş maddi zərər ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 bildirdi ki, təxminən 6 ildir ki, Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən qızıl mağazasında satıcı kimi fəaliyyət göstərir. Həmçinin o, həmin mağazada müəyyən fasilələrlə işləmişdir. Belə ki, həmin qızıl mağazasının sahibi Göyçay şəhər sakini Fərhad Yusifovdur. Fərhad Yusifov həmin mağazanı icarə əsasında işlədir. Onun həmin mağazada fəaliyyəti qızıl alışıdır. Aldıqları qızılları isə əritmək üçün göndərirlər. xx.xx.2023-cü il tarixdə mağazada olan zaman əvvəllər tanıdığı Göyçay şəhər sakini Şahid2 işlədiyi mağazaya daxil olaraq onunla görüşdükdən sonra ona məxsus satmaq üçün qızılların olduğunu bildirmişdir. O, həmin qızıllara baxış keçirdikdən sonra həmin qızılların 02 ədəd qızıl üzük, 01 cüt isə qızıl sırğalar olmasını görmüşdür. Sonra isə həmin qızılları tərəzidə çəkmişdir. Həmin qızılların ümümi çəkisi 9,1 qram olmuşdur. O, həmin qızılların qarşılığında isə Şahid2 505 manat pul ödəmişdir. Vüqar pulu götürdükdən sonra mağazadan getmişdir. xx.xx.2023-cü il tarixdə işlədiyi mağazada olan zaman Göyçay rayon polis şöbəsinin əməkdaşları mağazaya daxil olaraq onu rayon polis şöbəsinə dəvət etmişlər və o, Göyçay rayon polis şöbəsinə getmişdir. Rayon polis şöbəsində olan zaman isə hadisəni olduğu kimi etiraf etmişdir. O, həmin qızılları alan zaman heç bir qeydiyyat aparmamış, Şahid2 heç bir sənəd surəti tələb etməmişdir. Belə ki, o, Şahid2 tanıdığı üçün işlədiyi mağazada heç bir qeydiyyat aparmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 bildirdi ki, istifadəsində olan «Vaz 2104» markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhərində taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. Təqsirləndirilən şəxs iki ildən artıq müddətdir ki tanıyır. Onu avtomobilini təmir etdirməyə gedən zaman orada görmüşdür. Belə ki, Natiq də, avtomobil rəngsazının yanında işləmiş və onların tanışlıqları oradan yaranmışdır. Onlar arasında tanışlıq münasibləri yarandıqdan sonra dəqiq tarixi yadında qalmadığı müddətdə o, Natiqlə görüşən zaman Natiq ona pula ehtiyacının olduğunu, ona 400 manat pul verməsini bildirmişdir. Həmçinin Natiq ona avtomobilinin təmirə ehtiyacının olduğunu və onun avtomobilində rəng işləri gördürəcəyini bildiyi üçün həmin pulun bir qisminin qarşılığında onun avtomobilinin rəng işlərini görə biləcəyini demişdir. Natiqə o məsələrə sonra qərar verəcəyini bildirərək qaytarmaq şərti ilə 400 manat borc pul vermişdir. Lakin sonradan bir neçə dəfə o Natiqdən pulu istədikdə Natiq ona pulunun olmadığını, həmin pulun qarşılığında avtomobilini rəngləyə biləcəyini bildirmişdir. O, çarəsiz qalıb avtomobilini onun yanına apararaq rəngləməsini demişdir. Sonra isə o, Natiqlə birlikdə onun avtomobilində bəzi rənglənəsi hissələri rəngləmişlər. Bundan sonra Natiqdən bir neçə dəfə pulunu istəsə də, Natiq ona müxtəlif bəhanələr edərək pulunu verməkdən boyun qaçırmışdır. O, sonuncu dəfə 2023-cü ilin yanvar ayının ortalarında onunla görüşən zaman ona həmin pulu dostundan borc aldığını, dostunun ondan pulu tələb etdiyini və hazırda çıxılmaz vəziyyətdə olduğunu Natiqə bildirmişdir. Bundan sonra Natiq ona vaxt verməsini və işləyərək onun pulunu qaytaracağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Təzə bazar” adlanan yerdə dayanaraq müştəri gözləyən zaman Natiq ona yaxınlaşaraq salamlaşmışdır. Natiq onunla hal-əhval etdikdən sonra cibindən 02 ədəd qızıl üzük və 01 dəst sırğanı ona tərəf uzadaraq həmin qızılları satmaq istədiyini bildirmişdir. O, Natiqdən qızılların kimə məxsus olmasını soruşduqda Natiq həmin qızılların mərhum anasına məxsus olduğunu və satmaq istədiyini demişdir. O, Natiqə qızıllar ona məxsusdursa indiyə qədər nə üçün ortaya çıxarmadığını soruşmuş, Natiq isə həmin qızılları ona mərhum anasının verdiyini, həmin qızılları sataraq evlənməsini anasının ona vəsiyyət etməsini bildirmişdir. Bundan sonra Natiq ona qızılları satdıqdan sonra ona olan borcunu qaytarmasını bildirmiş və Natiq şəhərdə zərgərləri tanımadığını, ona bu işdə köməklik etməsini xahiş etmişdir. Həmin vaxt Natiq sərxoş olduğu üçün qızılları satan zaman kimsə tərəfindən aldadılmaması üçün ona köməklik etməyə razılaşmışdır. Daha sonra Şahid2 Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən Fərhad adlı tanışının qızıl mağazasına istifadəsində olan «Vaz 2104» markalı avtomobil ilə Natiqlə birlikdə yollanmışdır. Natiq həmin zaman sərxoş olduğu üçün avtomobildən düşməmişdir. O, həmin mağazaya daxil olarkən yalnız orada Fərhadın satıcısı olmuşdur. Sonradan isə o, həmin şəxsin adının Həsənağa olduğunu öyrənmişdir. O, satıcı Həsənağa ilə salamlaşdıqdan sonra onda satmaq üçün qızılın olduğunu bildirmişdir. Həsənağa isə həmin qızılları yəni Natiqin ona verdiyi 02 ədəd qızıl üzüyü və 01 cüt qızıl sırğaları alaraq həqiqətəndə qızıl olduğunu yoxladıqdan sonra həmin qızılları ala biləcəyini bildirmişdir. Həmin qızıllar Həsənağa tərəfindən qızıl tərəzində çəkildikdən sonra ona həmin qızılların 505 manat dəyərinin olmasını bildirilmiş və onunla razılaşmışdır. Həsənağa həmin qızılları ondan götürdükdən sonra ona 505 manat pul vermiş, pulu ondan alaraq avtomobilinə yaxınlaşmışdır. Avtomobilinə əyləşdikdən sonra ona həmin qızılları 505 manat satdığını Vüqara bildirmişdir. Həmin pulun üzərindən 150 manat Natiqə verərək qalan pulu isə uzun müddət borclu qaldığı pula çıxdığını bildirmişdir. Natiq buna etiraz etməyərək onunla razılaşmışdır. Daha sonra o, istifadəsində olan avtomobili ilə Natiqi yaşadığı Göyçay rayon 2-ci Ərəbcəbirli kəndi ərazisində yaşadığı evin yaxınlığında düşürdərək Göyçay şəhərinə qayıtmışdır. Həmin hadisədən bir neçə gün sonra isə ona məlum olmuşdur ki, həmin qızıllar Natiqə məxsus deyil, Natiq həmin qızılları oğurluq edərək əldə etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2023-cü il tarixli, 9/1843 saylı ekspert rəyindən görünür ki, 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 07 qram 583 əyarlı Rusiya istesalı olan 01 ədəd qızıl üzüyün dəyəri 560 manat, 06 qram 583 əyarlı Rusiya istesalı olan 01 ədəd qızıl üzüyün dəyəri 480 manat, 853 əyar 14 qram Rusiya istesalı olan 01 cüt, qızıl sırğanın dəyəri 1680 manat olmaqla cəmi 2720 manatdır. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2023-cü il tarixdə, saat 18.00-də şübhəli şəxs qismində tutulmuş, 21 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 15.00-da MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, qanuni qüvvədə olan Göyçay rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünün surətindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 12 saylı Cəzaçəkmə müəssisəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128, 180.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 128 maddəsi ilə 06 ay müddətinə, CM-in 180.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə və CM-nin 185.2.2-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalaraı tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin 21 iyun 2012ci il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına hazırki hökm ilə təyin olunmuş 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş,xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə cəzanı çəkib qurtardığı vaxtdan iki il keçdiyindən,həmin cinayətlərə münasibətdə məhkumluq ödənilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Beləliklə, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə istintaqla dəqiq saatı müəyyən olunmayan təxminən günorta saatlarında ünvan 1 ünvanında yerləşən Şahid1 məxsus fərdi yaşayış evinin giriş qapısı olmayan yun parça asılmış hissəsindən qanunsuz daxil olaraq yataq otağının qapısını balta ilə açmaqla daxil olmuş, orada olan şkafın içərisində olan sonuncun həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus pul qabının içərisində olan 2720 manat dəyərində qızıl-zinət əşyalarını gizli olaraq talamış, bununla da təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 177.2.3-cü maddəsinin tərkibini təşkil edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər cinayət törətdiyinə görə məhkumluğun ödənilmiş hesab edilməsini,cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmədiyindən, ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, qəti cəza təyin olunmalıdır. Məhkəmə nəzərə alır ki, təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin islah olunmasına xidmət edəcəkdir və onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərməyəcəkdir. İş üzrə maddi sübut olan 01 ədəd baltanın Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının 50 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməldir. Zərərçəkmiş şəxsə izah olunmalıdır ki, dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalında həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan 01 ədəd baltanın Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının 50 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxsə izah edilsin ki, dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ vardır Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-45/2023
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-45/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver