Məhkəmə qərarları › İş №1(046)-46/2021

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-46/2021

22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-46/2021 22.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı iştirakı ilə, 22 iyun 2021-ci il tarixdə Göyçay şəhərində, xx.xx.1984-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşqul olan, subay, Göyçay şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 5, ev 7-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08.10.2020-ci il tarixdə saat 10 radələrində oğurluq, yəni özgənin əmlakını gizli yolla talama məqsədilə saxlanc yeri olan Göyçay şəhəri H.Əliyev prospektində yerləşən “ATF MMC”-nin mülkiyyətində olan inzibati binaya qanunsuz daxil olaraq, inzibati binanın hər biri 1,10x5,5 metr ölçülü, 180 manat dəyərində olan, ümumilikdə isə 360 manat dəyərində 02 ədəd çərçivəsiz alüminum plastik pəncərələrini söküb çıxarıb inzibati binada dəhlizə yığmış, bundan sonra həmin pəncərələri inzibati binadan çıxarıb aparmaq məqsədilə küçəyə çıxıb taksi gətirmək istəyərkən, həmin küçədə xidmətdə olan PPXTB-nün polis nəfərlərini görüb, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar əməlini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,258 qram çəkidə narkotik vasitə olan heroin əldə edib satış məqsədi olmadan şəxsi istifadəsi üçün 1 ədəd kağız bükümdə üzərində saxlayaraq Göyçay şəhəri H.Z.Tağıyev küçəsində daşımış, 18 fevral 2021-ci il tarixdə, saat 18 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən həmin bir ədəd kağız bükümdə təmiz çəkisi 0,258 qram olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3 və 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 08.10.2020-ci il tarixdə saat 10 radələrində Göyçay rayonunda fəaliyyət göstərən “ATF MMC” şirkətinin binasının qarşısına gəlmiş, həmin vaxt qeyd olunan binanın giriş qapısı bağlı olduğu üçün binanın sağ tərəfindən açıq vəziyyətdə olan dəmir darvazadan binanın həyətinə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra binaya nəzər saldıqda orada heç kimin olmadığını görmüş, bu zaman orada heç kim olmadığı üçün həmin binada kənarları aliminium materialından ibarət plastik pəncərələri söküb oğurlamaq qərarına gəlmişdir. Bundan sonra binanın birinci mərtəbəsinə daxil olmuş, binaya daxil olduqdan sonra sağ tərəfdə yerləşən qapısı olmayan otağa daxil olaraq, həmin otaqda olan bir ədəd kənarları aliminium materiallı pəncərəni söküb yerə qoymuş, daha sonra mən həmin otaqdan çıxaraq binanın baş tərəfindəki qapısı olmayan otağa daxil olub həmin otaqdakı kənarları aliminium materiallı pəncərəni də söküb yerə qoymuş və otaqlardan sökdüyü hər iki pəncərələri otaqlardan çıxarıb binanın dəhliz hissəsində üst-üstə qoymuşdur. Binadan çıxıb yaxınlıqdan oraya taksi çağıraraq sökdüyü pəncərələri taksiylə aparıb satmağı qərarlaşdırmışdır. Buna görə də binaya daxil olduğu yarı açıq vəziyyətdə olan darvazadan çölə çıxmış, elə həmin vaxt Göyçay rayon polis şöbəsinin Ceyhun və digər polis əməkdaşlarını görüb dərhal əks istiqamətə qaçmağa cəhd etmiş, bu zaman polis əməkdaşları qaçaraq ona yaxınlaşmış, həmin binadan oğurluq edilməsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbsində əməlini etiraf etmişdir. Bundan başqa 18 fevral 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı evin yaxınlığından keçən Göyçay çayının sahilinə gəzmək üçün getmiş, orada olarkən yerdə bir ədəd qızılı rəngli siqaret kağızında büküm görmüş, heroin bükümünə oxşatmış və içərisində narkotik vasitə heroin olacağını güman etmiş və buna görə də həmin kağızı bükümü yerdən götürmüşdür. Bundan sonra həmin narkotik vasitə heroini öz istifadəsi üçün bükümlə birlikdə götürüb cibinə qoymuşdur və evə doğru getməyə başlamışdır. Yaşadığı evin yerləşdiyi küçədə olarkən polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etmiş və narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt heç bir etiraz etməmiş, Göyçay rayon X3 Hissəsində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, bu barədə yazılı bildiriş və şübhəli şəxs qismində tutulmağı barəsində qərar təqdim edilmişdir. Növbətçi hissədə vəkilinin və polis şöbəsinin əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynimdəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qzılı rəngli siqaret kağızına bükülmüş bir ədəd büküm aşkar edilərək götürülmüşdür. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli kütlə olması müəyyən edilmiş, həmin kütlə kağız büküm ilə birlikdə elektron tərəziyə qoyularaq çəkilmiş və ümumi çəkisi 0,3 qram müəyyən edilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxsin nümayəndəsi qismində ifadə vermiş Nümayəndə göstərmişdir ki, ATF MMC”də mühasib işləyir. 08.10.2020-ci il tarixdə saat 10:15 radələrində mühafizəçi Şahid1 mobil telefonla ona zəng vurub qeyd olunan inzibati binadan Bəxtiyarın oğurluq etmək istəyərkən yaxalandığını bildirmişdir. Bundan sonra inzibati binaya gəldikdə görmüşdür ki, inzibati binanın birinci mərtəbəsində sağda iki ayrı-ayrı otaqlarda olan cəmi iki ədəd çərçivəsiz alminium pəncərələr sökülüb və dəhlizdə üstə-üstə qoyulmuşdur. Oğurlanmaq istənilən çərçivəsiz içərisi alminium pəncərələrin hər birinin ölçüsü 1,10x5,5 metr ölçülü pəncərələr olmuşdur, hər bir pəncərənin qiyməti 180 manat dəyərindədir. Lakin, Bəxtiyar öz iradəsindən asılı olmayan səbəblər üzündən cinayətkar qəsdini başa çatdıra bilmədiyi üçün hadisə nəticəsində onlara hər hansı bir maddi ziyan dəyməmişdir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, ATF MMC-də mühafizəçi işləyir. 08.10.2020-ci il tarixdə saat 08 radələrində işə gəlmişdir. Həmin gün saat 10 radələrində inzibati binanın çöl hissəsində Bəxtiyarın açıq vəziyyətdə olan dəmir darvazadan inzibati binanın həyətinə daxil olduğunu görmüş, bundan sonra binanın birinci mərtəbəsində olan iki ədəd pəncərənin alüminiumdan ibarət olan çərçivəsini söküb çıxardığını görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həmin pəncərələri oğurlamaq istədiyini bilib küçədə olan polis əməkdaşlarına yaxınlaşıb inzibati binada naməlum şəxsin pəncərələrin çərçivəsini oğurlamaq istədiyini bildirmiş, bu zaman Təqsirləndirilən şəxs küçəyə çıxmış və polis əməkdaşlarını görüb əks istiqamətə qaçmağa cəhd etmiş, lakin dərhal polis əməkdaşları ona yaxınlaşıb onu saxlamışdırlar. Həmin plastik alminium pəncərənin hər biri 1,10x5,5 metr ölçülü, sadə tək qat şüşəli çərçivəsiz alminium pəncərələr olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, Göyçay RPŞ-nin PPXB-nin əməkdaşıdır. 08.10.2020-ci il tarixdə gündüz vaxtı iş yoldaşı Şahid2 ilə birlikdə Post Patrul Xidməti avtomobili ilə Göyçay şəhəri ərazisində dislokasiya üzrə xidmətdə olarkən, saat 10 radələrində Heydər Əliyev prospekti ilə hərəkətdə olan zaman əvvəllər Göyçay şəhəri İcra Nümayəndəliyinin inzibati binası olmuş tikilinin qarşısından keçən zaman Rövşənin onlara tərəf qaçaraq onları saxlatmış və həmin binanın içərisində Bəxtiyarın oğurluq etməsini bildirmişdir. Bundan sonra dərhal avtomobili yol kənarına verib saxlamış, bu zaman binanın həyətinə daxil olmaq üçün nəzərdə tutulan yarı açıq vəziyyətdə olan dəmir darvazadan Bəxtiyarın binanın həyətindən yola çıxdıqdan sonra onları görüb əks tərəfə doğru qaçdığını görmüş, həmin vaxt Bəxtiyarın arxasından qaçaraq 10-15 metr kənarda tutub saxlamışdırlar. Bəxtiyara özlərini təqdim edtikdən sonra qeyd olunan binanın həyətindən oğurluq etməsində şübhəli olduğunu bildirib rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki, Göyçay RPŞnin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. 18.02.2021-ci il tarixdə saat 18 radələrində əməliyyat qrupunun üzü NMQ-nun əməliyyat müvəkkili polis kapitanı Şahid5la birlikdə Göyçay şəhəri H.Z.Tağıyev küçəsində Təqsirləndirilən şəxs tək yol gedərkən görüb ona yaxınlaşmış, bundan sonra özlərini ona təqdim edib üzərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təhqiqatçı, polis kapitanı İlkin Məhərrəmov tərəfindən hüquq və vəzifələri izah olunub Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuş, X3 Hissəsində müdafiəçisi Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qzılı rəngli siqaret kağızına bükülmüş büküm aşkar edilmiş, həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli kütlə olması müəyyən edilmişdir. Həmin kütlə kağız büküm ilə birlikdə elektron tərəziyə qoyularaq çəkilmiş və ümumi çəkisi 0,3 qram müəyyən edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 şahid X1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə-əmtəəşunaslıq ekspertizasından alınmış 11 dekabr 2020-ci il tarixli 9/4967 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd olunan 1 ədəd 1,10x5,5 metr ölçülü, sadə tək qat şüşəli, çərçivəsiz alüminum pəncərənin istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin oktyabr ayına orta bazar qiyməti nəzəri qaydada təxminən 180,00 manat, 2 ədədi 360,00 manat müəyyən edilir. Ekzpertiza xərci 50 manat təşkil edir. Məhkəmə-kimyəvi ekspertizasından alınmış 19 fevral 2021-ci il tarixli 17/136 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə......” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,258 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. . Qeyd: a) heroinin təmiz çəkisi-0.258 qr, tədiqiqata sərf edildi-0.050 qr, qalıq-0.208 qr. Ekzpertiza xərci 71.94 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 23 mart 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 08.10.2020-ci il tarixdə saat 10 radələrində oğurluq, yəni özgənin əmlakını gizli yolla talama məqsədilə saxlanc yeri olan Göyçay şəhəri H.Əliyev prospektində yerləşən “ATF MMC”-nin mülkiyyətində olan inzibati binaya qanunsuz daxil olaraq, inzibati binanın hər biri 1,10x5,5 metr ölçülü, 180 manat dəyərində olan, ümumilikdə isə 360 manat dəyərində 02 ədəd çərçivəsiz alüminum pəncərələrini söküb çıxarıb inzibati binada dəhlizə yığaraq, bundan sonra həmin pəncərələri inzibati binadan çıxarıb aparmaq məqsədilə küçəyə çıxıb taksi gətirmək istəyərkən, həmin küçədə xidmətdə olan PPXTB-nün polis nəfərlərini görüb, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar əməlini başa çatdıra bilməyərək oğurluğa cəhd etməsi, bundan başqa 18 fevral 2021-ci il tarixdə saat 18 radələrində Göyçay şəhəri H.Z.Tağıyev küçəsində üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən həmin bir ədəd kağız bükümdə təmiz çəkisi 0,258 qram olan narkotik vasitə olan heroini daşımaqla Azərbaycan Respublikası CM-nin 29, 177.2.3 və 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf etməklə peşman olmasını, zərərçəkmişin nümayəndəsinin ondan heç bir şikayətinin və tələbinin olmadığını məsuliyyətini yüngülləşdirən hal kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi CM-nin 29 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqın məhdudlaşdırılması və təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək 1il 6 ay azadlığın məhdudlaşdırılması cəzasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması cəzasının bir günü azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə hesablanmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon polis şöbəsinin təhqiqatçısı İlkin Məhərəmov tərəfindən tərtib edilmiş 18.02.2021-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, 20.02.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə zalından həbsə alınmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 22.06.2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə hüquqlarını 8 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 8 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Göyçay rayon polis şöbəsində saxlanılan 01 ədəd zərfə qablaşdırılmış 0,28 qram çəkidə narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 121.94 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 1 il 6 ay müdətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə CM-nin 68.1.1- 1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrumetmə cazasından çıxılaraq, üzərində 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, həbs qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə zalından həbsə alınsın, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 22.06.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay rayon Polis şöbəsində saxlanılan 01 ədəd zərfə qablaşdırılmış 0,28 qram çəkidə narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə ekspertiza xərci olan 121.94 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 8 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar