Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-46/2023 16.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, 24.02.198l-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Kürdəmir rayon, Ərəbqubalı kəndində qeydiyyatda olmaqla Göyçay şəhəri, Xəqani küçəsi, ev 59-da yaşayan, Göyçay rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Şəki PM-də saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəs ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş şəxsi istehläk miqdarından artıq miqdarda, yəni 0,481 qram qram çəkidə narkotik vasitə olan heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib şəxsi istifadəsi üçün 0,373 qram çəkidə-01 ədəd sellofan bükümdə və 0,108 qram çəkidə-01 ədəd kağız bükümdə sellofana bükülmüş formada üzərində saxlayaraq Göyçay şəhəri Həbibi küçəsində daşımış, 01 fevral 2023-cü il tarixdə saat 17 radələrində Göyçay RPŞnin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, Göyçay RPŞ-nə gətirilərək Növbətçi Hissədə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən həmin bir ədəd sellofan bükümün içərisində 0,373 qram çəkidə-:01 ədəd sellofan bükümdə və 0,108 qram çəkidə 01 ədəd kağız bükümdə olmaqla ümümilikdə təmiz çəkisi 0,481 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-ci il tarixdə saat 17 radələrində Göyçay şəhəri Həbibi küçəsində Polis əməkdaşları ona narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək Göyçay rayon Polis Şöbəsinə gətirmişlər. Göyçay rayon Polis Şöbəsində ona hüquq və vəzifələri izah edilərək polis şöbəsinin inzibati binasında vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd üzərində şəffaf rəngli sellefon bükümdə narkotik vasitə olan heroini çıxaraq masanın üzərinə qoymuşdur. Sellefon bükümün içərisində isə 01 ədəd kağız və 01 ədəd şəffaf rəngli sellefon büküm olmuşdur. Bükümlər ayrı-ayrı elektron tərəzidə çəkilmiş, sellefon bükümdə olan narkotik vasitə heroinin bükümlə birlikdə çəkisi 0,44 qram, kağız bükümdə olan narkotik vasitə heroinin isə bükümlə birlikdə çəkisi 0,14 qram olmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olması və üzərində gəzdirməsi barədə əməliyyat daxil olduğundan bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. xx.xx.2023-cü il tarixdə CABnin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə saat 17 radələrində Göyçay şəhəri Həbibi küçəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə və narkotik vasitələrin satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirib, üzərinə şəxsi axtarış keçirilməsi üçün RPŞ-nə aparmılar. Polis şöbəsində növbətçi hissənin qarşısında RPŞ-nin TB-nin təhqiqatçısı Pərvin Ələkbərov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunub Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edildikdən sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet narkotik vasitə olub olmadığı soruşularaq, əgər vardırsa təqdim etməsi bildirilmişdir. Bundan sonra Ağabala əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sellofan bükümün içərisi açıldıqda həmin bükümün içərisində ayrı-ayrılıqda olmaqla 01 ədəd selofan büküm və 01 pdəd kağız büküm olmaqla ümümilikdə 02 ədəd büküm aşkar edilmişdir. Həmin bükümlərin içərisi açıldıqda isə onların içərisində narkotik vasitə heroin olmuşdur. Daha sonra həmin bükümlərdəki maddələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan büküm elektron tərəzidə çəkildikdə həmin bükümün içərisindəki maddə ilə birlikdə çəkisinin 0,44 qram, digər kağız bükümün içərisindəki maddə ilə birlikdə çəkisi 0,14 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edilmiş, ucadan oxunmuş və imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin X2 alınmış 02 fevral 2023-cü il tarixli 17/133 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə.” və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisində 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 1,892 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: a) heroinin təmiz çəkisi 0.373 qr: tədqiqata sərf edildi 0.050 qr, qalıq 0.323 qr. b) heroinin təmiz çəkisi 0.108 qr: tədqiqata sərf edildi 0.050 qr, qalıq 0.058 qr Aparılmış ekspertizanın xərci 71.94 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 27 mart 2023-cü il tarixli 204 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqdim edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Əliyev X1 rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrum etmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 01 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə saat 17 radələrində Göyçay şəhəri Həbibi küçəsində 0,373 qram çəkidə - :01 ədəd sellofan bükümdə və 0,108 qram çəkidə - 01 ədəd kağız bükümdə narkotik vasitə olan heroini əynindəki göy rəngli gödəkçənin sağ yan cibində saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 17-ci bəndinə əsasən məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir. CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını, cəzanı yüngülləşdirilən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs hazırki cinayəti Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən əvvəl törətdiyi müəyyən edildiyindən ona cinayətlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə təyin edilmiş 1 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən qismən toplanılmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə 1 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasının 1 ay 12 gün hissəsini çəkmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə təyin edilmiş 1 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasının, çəkdiyi 1 ay 12 gün müddət, hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CM-nın 69.3cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından cıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56-cı maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində istintaq zamanı seçilmiş polisin nəzarəti altına vermə qətiimkan tədbirinin, Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən həbs qətiimkan tədbiri ilə əvəz edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 71.94 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Göyçay rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0.391 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə mülki iddia və yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 02 gün müddət CM-nin 69.3cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cazasından çıxılaraq, üzərində 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə təyin edilmiş 1 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasının çəkilmiş 1 ay 12 gün müddət, hazırki hökm üzrə təyin edilmiş 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 10 ay 16 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 1(046)-13/2023 saylı hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 1 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 10 ay 16 gün azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti cəza olaraq, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli xx.xx.2023-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 0.381 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə məhkəmə xərci 71.94 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-46/2023
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-46/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver