Məhkəmə qərarları › İş №1(046)-46/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-46/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-46/2024 09.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 azyaşlı, 2 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni ümumi təmiz çəkisi 25,53 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, 25 oktyabr 2023-cü il tarixdə saat 23:35-də Göyçay RPŞ-nin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanda yerləşən Göyçay RPŞ-yə gətirilmiş və 26 oktyabr 2023-cü il tarixdə saat 00:40da yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən həmin evin qonaq otağında olan stolun üzərindən 1 ədəd kağız parçasının üzərində açıq vəziyyətdə təmiz çəkisi 1,14 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd kağız parçasının içərisində təmiz çəkisi 0,09 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmin evin mətbəxində olan aspiratorun (hava sourucu cihazın) üzərindən ayrı-ayrılıqda təmiz çəkiləri 4,26 qram, 3,86 qram, 4,79 qram, 4,15 qram və 4,20 olmaqla, 05 ədəd kibrit qutularında, ümumi çəkiləri 21,26 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmin evin yataq otağında olan stolun üzərindəki idman çantasının yan cibindən açıq vəziyyətdə təmiz çəkisi 3,04 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, “nəşə” kimi tanıdığı narkotik vasitə olan marixuanadan istifadə edir. Təxminən 2023-cü ilin mart-aprel aylarında yaşadığı evin yaxınlığında olan su arxının kənarında görsənməyən yerdə 1 ədəd çətənə bitkisinin toxumunu əkərək qulluq edib yetişdirməyə başlamış, həmin çətənə bitkisi böyüdükdən sonra təxminən 2023-cü ilin sentyabr ayında çətənə bitkisinin yarpaqlarını qopardıb qurudaraq yaşadığı evdə ailə üzvlərindən gizli olaraq saxlayıb hər gün az miqdarda həmin çətənə bitkisindən hazırladığı nəşə kimi tanıdığı narkotik vasitə olan marixuanadan istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Göyçay şəhəri Natəvan küçəsində mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, bundan sonra isə ona narkotik vasitə istifadə etməkdə, üzərində və yaşadığı evdə saxlamaqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Şöbədə ona hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaradılmış və hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi dəvət olunaraq ona təqdim olunmuş, bundan sonra vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt ona hüquqları izah olunmuş və şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən ondan hər hansı yerdə narkotik vasitə və ya qanunla qadağan olunmuş əşya saxlayıb-saxlamadığı barədə soruşulmuş, həmin vaxt yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində narkotik vasitə saxladığını etiraf etmiş və həmin evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra vəkili və digər iştirakçılarla birlikdə ünvan 5 ünvanında yerləşən evinə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin qonaq otağında olan stolun üzərindən kağız parçasının üzərində narkotik vasitə olan marixuana aşkar edilmiş, həmin narkotik vasitə kağız parçası ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 3,23 qram gəlmiş və zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri özü və vəkili tərəfindən imzalanmışdır. Bundan sonra isə yaşadığı evin mətbəxində olan aspiratorun üzərindən 5 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan marixauana aşkar edilmişdir. Həmin kibrit qutuları elektron tərəzidə çəkilmiş və çəkiləri kibrit qutuları ilə birlikdə 7,54 qram, 7,56 qram, 8,31 qram, 7,89 qram və 7,86 qram gəlmiş və zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənmişdir. Bundan sonra isə yaşadığı evin yataq otağında olan stolun üzərindəki idman çantasının yan cibindən açıq vəziyyətdə olan narkotik vasitə olan marixauana və 1 ədəd kibrit qutusunun içərisində olan çətənə bitkisinin toxumları aşkar edilmişdir. Açıq vəziyyətdə olan marixauana kağız parçasının üzərinə qoyularaq elektron tərəzidə çəkilmiş, kağızla birlikdə çəkisi 7,69 qram gəlmiş, bundan başqa çətənə bitkisinin toxumları kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 3,57 qram olmuşdur. Bundan sonra narkotik vasitə olan marixauana və kibrit qutusunun içərisində olan çətənə bitkisinin toxumları zərfin içərisində qablaşdırılaraq zərfin ağzı möhürlənib imzalanmışdır.Törətdiyi əməlindən peşmandır.Məhkəmədən xahiş etmişdir ki,ona cəza təyin edilərkən, himayəsində 3 azyaşlı, 2 yetkinlik yaşına çatmamış uşağın olması nəzərə alınsın. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildikdən sonra digər polis əməkdaşları Şahid1 və Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə və yaşadığı evə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. xx.xx.2023-cü il tarixdə saat 23:30-da Göyçay şəhəri Natəvan küçəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında müəyyən edib yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edərək, Təqsirləndirilən şəxs Göyçay RPŞ-yə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs vəkil Müdafiəçila təmin edilmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsinə başlanılmış, Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və ya qanunla qadağan olunmuş əşya saxlayıb-saxlamadığı soruşulduqda, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində narkotik vasitə saxladığını etiraf etmiş və həmin evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus ünvan 5 ünvanında yerləşən evinə baxış keçirilmiş, baxış zamanı evin qonaq otağında olan stolun üzərindən kağız parçasının üzərində narkotik vasitə olan marixuana aşkar edilmiş, həmin narkotik vasitə kağız parçası ilə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi 3,23 qram gəlmiş və zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri imzalanmışdır. Bundan sonra isə evin mətbəxində olan aspiratorun üzərindən 5 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan marixauana aşkar edilmiş, həmin kibrit qutuları elektron tərəzidə çəkilmiş və çəkiləri kibrit qutuları ilə birlikdə 7,54 qram, 7,56 qram, 8,31 qram, 7,89 qram və 7,86 qram gəlmiş, zərfdə qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri imzalanmışdır. Bundan sonra isə yaşadığı evin yataq otağında olan stolun üzərindəki idman çantasının yan cibindən açıq vəziyyətdə olan narkotik vasitə olan marixauana və 1 ədəd kibrit qutusunun içərisində olan çətənə bitkisinin toxumları aşkar edilmiş, açıq vəziyyətdə olan marixauana kağız parçasının üzərinə qoyularaq elektron tərəzidə çəkilmiş, kağızla birlikdə çəkisi 7,69 qram gəlmişdir. Bundan başqa çətənə bitkisinin toxumları kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 3,57 qram gəlmişdir. Bundan sonra narkotik vasitə olan marixauana və kibrit qutusunun içərisində olan çətənə bitkisinin toxumları zərfin içərisində qablaşdırılaraq zərfin ağzı möhürlənib üzəri imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 oğlu Şahid3 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə X1 Regional Bölməsindən alınmış 26 oktyabr 2023-cü il tarixli 17/766 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində, “Təqsirləndirilən şəxs..Müdafiəçi.” sözləri və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki 05 (beş) ədəd kibrit qutularında, ayna- ayrılıqda təmiz çəkiləri - 4,26qr., 3,86qr.,4,79qr., 4,15qr. və 4,20qr.,ümumi çəkiləri -21,26qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində, “Təqsirləndirilən şəxs..Müdafiəçi.” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisində: Açıq vəziyyətdə təmiz çəkisi - l,14qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 (bir) ədəd kağız parçasının içərisindəki, təmiz çəkisi - 0,09qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin kağız parçasının içərisindəki təmiz çəkisi - 0,05qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş, üzərində, “Təqsirləndirilən şəxs..Müdafiəçi.” sözləri və imzalar yazılmış digər 01 (bir) ədəd zərfin içərisindəki: açıq vəziyyətdə təmiz çəkisi - 3,04qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi - 0,36 qram olan bozumtulqəhvəyi rəngli bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş 03(üç) ədəd zərfin içərisində olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: A) Marixuaların ümumi təmiz çəkisi 25.53 qram, tədqiqata sərf edildi – 0.16 qram, qalıq 25.37 qram. B) Narkotik vasitəyə aid olmayan bitki kütləsinin təmiz çəkisi 0.05 qr, tədqiqata sərf edildi 0.02qr, qalıq 0.03 qr. Aparılmış ekspertizanın dəyəri 34.55 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 30 aprel 2024-cü il tarixli 735 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:55-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə saat 13:00-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Göyçay RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi 25,53 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 26 oktyabr 2023-cü il tarixdə saat 00:40-da yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin qonaq otağında olan stolun üzərindən 1 ədəd kağız parçasının üzərində açıq vəziyyətdə təmiz çəkisi 1,14 qram hissəsini, 1 ədəd kağız parçasının içərisində təmiz çəkisi 0,09 qram hissəsini, evin mətbəxində olan aspiratorun (hava sourucu cihazın) üzərindən ayrı-ayrılıqda təmiz çəkiləri 4,26 qram, 3,86 qram, 4,79 qram, 4,15 qram və 4,20 qram hissəsini, 05 ədəd kibrit qutularında, həmin evin yataq otağında olan stolun üzərindəki idman çantasının yan cibindən açıq vəziyyətdə təmiz çəkisi 3,04 qram hissəsini qanunsuz saxlayaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, himayəsində 3 azyaşlı, 2 yetkinlik yaşına çatmamış uşağın olmasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün nəzərə alınmalı, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan 25.37 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0.36 qram çətənə bitklilərinin toxumları və 0.03 qram bitki məşəli kütlə məhv edilməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34.55 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 25.37 qram narkotik vasitə olan qurudulmuş marixuana, 0.36 qram çətənə bitklilərinin toxumları və 0.03 qram bitki məşəli kütlə məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34.55 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar