Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-47/2023 25.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 11.20-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay rayonun Potu kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 450,34 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsini qanunsuz olaraq əldə edib 445 qram çəkidə olan hissəsini 01 ədəd sellofan, yəni polietilen torbada qablaşdırılmış vəziyyətdə Göyçay rayonun Potu kəndində yaşadığı evin həyətində olan talvarın altında karton qutunun içində və 5,34 qram çəkidə olan hissəsini 01 ədəd kibrit qutusunda qablaşdırılmış vəziyyətdə üstündə saxlamış, 26 yanvar 2023-cü il tarixdə, saat 16 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin tarixdə, saat 16:35-də videoçəkiliş vasitəsi ilə Göyçay rayonun Potu kəndində yaşadığı evə baxış keçirilərkən evin həyətində olan talvarın altında karton qutuda saxladığı 01 ədəd sellofan, yəni polietilen torbada qablaşdırılmış 445 qram çəkidə qurudulmuş marixuana, həmçinin həmin tarixdə saat 18:40-da Göyçay rayon Polis Şöbəsində üzərinə videoçəkliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibində saxlayaraq daşıdığı 01 ədəd kibrit qutusunda qablaşdırılmış 5,34 qram çəkidə olmaqla ümumilikdə 450,34 qram çəkidə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, təxminən 1 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. 2022-ci ilin oktyabr ayının əvvəllərində yaşadığı kəndin ərazisində olan su arxının yanından keçərkən həmin arxın kənarında yabanı halda 2 ədəd narkotik tərkibli çətənə bitkilərinin bitdiyini görmüşdür. O, narkotik istifadəçisi olduğuna görə həmin bitkiləri tanımış və yarpaq hissələrini öz istifadəsi üçün yığmaq qərarına gəlmişdir. Yanında və ətrafda heç kim olmadığından o, həmin çətənə kollarından yarpaq hissələrini toplayıb sellofan, yəni polietilen torbaya yığmışdır. Daha sonra həmin çətənə bitkilərinin hissələrini heç kim görməsin deyə yaşadığı evin həyətyanı sahəsində yerləşən talvarın dam örtüyünün üzərinə sərib qurutmuşdur. Bundan heç kimin xəbəri və məlumatı olmamışdır. O, həmin narkotik vasitəni qurutduqdan sonra yenidən sellofan, yəni polietilen torbaya yığıb başqa 1 ədəd sellofana, yəni polietilen torbaya qoyub həmin talvarın altında kağız, yəni karton qutunun içərisində gizlətmişdir. Hərdən evdə tək olanda həmin marixuanadan götürüb siqaretə doldurub çəkmişdir. Sonuncu dəfə isə həmin narkotik vasitədən tutulmamışdan 1 gün, yəni xx.xx.2023-cü il tarixdə bir ədəd kibrit qutusuna doldurub gödəkcəsinin cibinə qoyub saxlamışdır ki, şərait olanda yenə təklikdə haradasa həmin narkotik vasitətən siqaretə doldurub çəkib istifadə etsin. Ona görə də həmin kibrit qutusunu üzərində gəzdirmişdir. 26 yanvar 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evdə tək olan zaman həyətdə işləyərkən küçə qapısının döyüldüyünü və küçədən onu kiminsə çağırdıqlarını eşitmişdir. Küçəyə çıxanda qapının yanına gələnlərin və onu çağıranların polis əməkdaşları olduqlarını görmüşdür. Belə ki, mülki geyimdə olan polis əməkdaşları özlərini və xidməti vəsiqələrini ona təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını onun qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağını, üzərində və yaşadığı evdə narkotik vasitə saxlamağı ilə bağlı əməliyyat məlumatına malik olduqlarını bildirərək onu, barəsində əməliyyat axtarış tədbirinin keçirilməsi ilə bağlı qərarla tanış etmişlər, ona qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağında şübhəli olduğunu bildirərək yaşadığı evə videoçəkliş vasitəsi ilə baxış keçirəcəklərini bildirmişlər. O, heç bir etiraz etməmiş və bu barədə ərizə də yazmışdır. Baxış zamanı ona evdə, həyətdə narkotik vasitə saxlayırsa təqdim etməyi təklif olunmuşdur. O, polis əməkdaşlarının özü istifadə etməyi üçün sellofan torbaya yığıb saxladığı qurudulmuş marixuananın tapacaqlarını ehtimal edib, məsuliyyətini daha da ağırlaşdırmamaq üçün həyətdə qurudulmuş marixuana saxladığını bildirmişdir. Polis əməkdaşları ona, belə olan halda narkotik vasitəni təqdim etməyini bildirmişlər. O, həyətində talvarın altına keçərək, kağız, yəni karton qutunun içərisində 01 ədəd sellofan torbada başqa bir sellofan torbaya yığıb saxladığı qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofan, yəni polietilen torba açıldıqda içərisində yaşılımtıl rəngli qurudulmuş marixuana kütləsi aşkar edilmişdir. Aşkar edilmiş sellofan torbadakı kütlə olduğu kimi bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra polis əməkdaşları onu Göyçay rayon Polis Şöbəsinə dəvət etmişlər. O, da heç bir etiraz etmədən polis əməkdaşdarı ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra o, vəkil Müdafiəçilə təmin olunaraq şübhəli şəxs kimi saxlanılmağı, eləcə də bununla bağlı hüquq və vəzifələri ona izah olunmuşdur. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə xidməti otaqda videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi, odur ki, üzərində narkotik vasitə, eləcə də digər cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt əynindəki qara rəngli gödəkcəsinin cibində yuxarıda qeyd etdiyi kimi talvarın altında sellofandakı qurudulmuş marixuanadan götürüb 1 ədəd kibrit qutusunda yığıb saxladığı marixuanadan olmuşdur. Polis əməkdaşlarının axtarış keçirərək həmin marixuananı da aşkar edəcəyini bilmiş, ona görə də gödəkcəsinin sağ yan cibindən içərisində qurudulmuş marixuana olan 01 ədəd kibrit qutusunu, eləcə də gödəkcəsinin sol yan cibindən isə özünə məxsus şəxsiyyət vəsiqəsini və 01 ədəd “Samsung” markalı telefonunu çıxarıb masanın üzərinə qoymuşdur. Gödəkcəsinin sağ yan cibindən çıxardıb masanın üzərinə qoyduğu 01 ədəd kibrit qutusunun içərisində marixuana narkotik vasitəsi olduğunu bildirmişdir. Daha sonra üzərinə polis əməkdaşlarının biri şəxsi axtarış keçirmiş, lakin üzərindən narkotik vasitə və qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Həmin marixuananı da yaşadığı evin həyətində talvarın altından sellofanda aşkar edilmiş marixuananın bir hissəsi olduğunu, özü istifadə etməsi üçün üzərində daşıdığını bildirmişdir. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 26 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadə etməsi və saxlaması barədə DİN BNMİ QBRŞ-ya əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar olaraq dərhal raportla rəhbərliyə məruzə olunmuş, DİN BNMİ QBRŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupunun yaradılmasına və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair razılıq alınaraq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və o, əməliyyat müvəkkili Şahid2, polis nəfəri Şahid3, eləcə də təhqiqatçı polis mayoru X1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, yəni 26 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Göyçay rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Əməliyyat axtarış qrupunun tərkibində olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin adları çəkilən digər əməkdaşları ilə Göyçay rayonun Potu kəndinə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmişlər. Küçə qapısından Təqsirləndirilən şəxs səsləyib çağırdıqda, sonuncu küçəyə çıxmış, kimliyini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs onlarda özlərini təqdim edərək DİN BNMİ QBRŞ-nin əməkdaşları olduqlarını, qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda, üzərində və yaşadığı evdə narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, barəsində olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirəcəklərini bildirərək bununla bağlı hər hansı etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə də yazmışdır. Bundan sonra onun və əməliyyat-axtarış qrupunun tərkibində olan digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə videoçəkiliş vasitəsilə baxış keçirmişlər. Belə ki, baxışın keçirilməsinə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin küçə qapısının qarşısından başlanılmışdır. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs evdə tək olmuşdur. Baxış keçirilmədən öncə Təqsirləndirilən şəxs narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxladığını bildirmişdir. Belə olan halda həmin narkotik vasitəni təqdim etməsi Təqsirləndirilən şəxs təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin marixuananı təqdim etməsi üçün yaşadığı evin həyətindəki talvarın altına keçmişdir. Onlar, yəni əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs arxasınca yaşayış evinin həyətindəki talvarın altına tərəf getmişlər. Təqsirləndirilən şəxs həmin talvarın altında, daş hasarın yanında, yerə yığılmış kağız, yəni karton qutuların birinin içərisindən bir ədəd sellofan, yəni polietilen torbanı götürüb təqdim edərək həmin torbadakı kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin torbanı yerə qoyub içərisinə baxış keçirərkən həmin sellofan torbada olan digər bir ədəd sellofan torbada yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar olunmuşdur. Həmin sellofan, yəni polietilen torba bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanaraq, götürülmüşdür. Təqsirləndirilən şəxs təxminən bir ildir ki, narkotik vasitə qurudulmuş marixuana qəbul etdiyini, həmin aşkar olunmuş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 3-4 ay əvvəl su arxının kənarında yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkilərindən yığıb əldə etdiyini və yaşadığı evə gətirdiyini, özünün istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi ilə bağlı zəruri sənədləşdirmə aparılaraq protokol tərtib edilmişdir. Protokol ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra oradan Təqsirləndirilən şəxsla birlikdə Göyçay rayon Polis Şöbəsinə gəlmişlər. Polis şöbəsinə gəldikdə xidməti otaqda təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunaraq vəkil ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Həmin qərarlada Təqsirləndirilən şəxs tanış olmuşdur. Daha sonra vəkilin, onun və digər əməliyyat- axtarış qrupunun üzvlərinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Ona görə də, bundan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, eləcə də digər cinayət xarakterli hər hansı bir əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd kibrit qutusu, həmin gödəkcənin sol yan cibindən isə özünə məxsus şəxsiyyət vəsiqəsini və 01 ədəd “Samsung” markalı telefon çıxarıb masanın üzərinə qoymuşdur. Eyni zamanda əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd “vinston” markalı siqaret qutusunu və 1 ədəd alışqan çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən çıxardıb masanın üzərinə qoyduğu 01 ədəd kibrit qutusunun içərisində marixuana narkotik, vasitəsi olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən narkotik vasitə və qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Həmin 01 ədəd kibrit qutusuna baxış keçirilərkən qutunun içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş vinston” markalı siqaret qutusu və 1 ədəd alışqan onun özünə qaytarılmışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməkdaşı Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişlərdən görünür ki, 26 yanvar 2023-cü il tarixdə saat 18:40-da Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və ona üzərində qanunsuz olaraq saxlanılan narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibində saxlayaraq daşıdığı 01 ədəd kibrit qutusunda qablaşdırılmış yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 27 yanvar 2023-cü il tarixli, 16/146 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda 5,34 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki kağız qutunun içərisindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə” sözlər və imzalar olan ağ rəngli kağız paketdəki 2 (iki) ədəd içiçə keçirilmiş polietilen torbada 445 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş iki ədəd kağız paketlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqatda hər obyektən sərf olundu - 0,05 qram, qalıq - 5,29 qram və 444,95 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X2 Məcburi- Narkoloji tibbi yoxlamanın 25 mart 2023-cü il tarixli, 492 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdə, saat 16.30da şübhəli şəxs qismində tutulmuş, 28 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 16.00-da MSY-dən azad edilmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 450,34 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsini qanunsuz olaraq əldə edib 445 qram çəkidə olan hissəsini 01 ədəd sellofan, yəni polietilen torbada qablaşdırılmış vəziyyətdə Göyçay rayonun Potu kəndində yaşadığı evin həyətində saxlamış və 5,34 qram çəkidə olan hissəsini üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Göyçay rayonu və mualicə olunacağı tibbi müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq,narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq 5,29 qram olan qurudulmuş marixuana və 444,95 qram olan qurudulmuş marixuana narkotik vasitələri Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 32 manat 40 qəpik Azərbaycan Respublikası CPMnin 198.1 -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılaraq qəti olaraq ona 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu Potu kəndində yerləşən fərdi yaşayış evini hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu və müalicə olunacağı tibbi müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq,narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 5,29 qram olan qurudulmuş marixuana və 444,95 qram olan qurudulmuş marixuana narkotik vasitələri məhv edilsin. Ekspertiza tədqiqatının 32 manat 40 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-47/2023
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-47/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver