Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-47/2024 10.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Göyçay rayonunda anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində üç azyaşlı uşağı olan, Göyçay rayon Çərəcə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Göyçay rayon Çərəcə kəndi ərazisində yerləşən süni yaradılmış “Çərəcə” gölünün ətrafında olan kafedə tanışı Şahid1 ilə yeyib-içdikdən sonra hesabı vermək üçün masadan qalxıb kafenin bufetinə yaxınlaşan zaman həmin kafenin həyətində rastlaşdığı Zərərçəkmiş şəxs ona qarşı, ağaca tərəf çevrilib əl-qol ilə idman hərəkətləri etməsinə “oğraşa baxe. özünü cekican kimi aparır” kobud ifadəsi işlətməsi səbəbilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyyəsindən qəsdən iki dəfə yumruqla vurub arxası üstə yerə yıxaraq sonuncuya yuxarı dodağın selikli qişasında sol tərəfdə qançırla örtülü əzilmiş yara, burun beli nahiyəsində qançır, hər iki dirsək oynaqları nahiyyələrdə və gövdənin arxa səthində belin sol aşağı hissələrində dərinin epidermis qatının sıyrılmış yaralarından ibarət sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər, sağ göz yuvası ətrafı nahiyədə sağ gözün ağlı qişasınıa qansızma, sağ göz yuvası altı yumşaq toxumanın bir qədər şişkinliyi ilə müşayət edilən qançır xəsarətlərindən ibarət dərəcəsinə görə səhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər və eləcə də, sol göz yuvası ətrafı nahiyyədə sol gözün ağlı qişasına qansızmalar, sol göz yuvası altı və üzün sol yanaq nahiyyəsində yumşaq toxumaların şişkinlikləri ilə müşayət edilən qançırla nəticələnən hematoma fonunda sol orbitanın aşağı divarının sınığından ibarət zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Göyçay rayonu Çərəcə kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında həmkəndlisi Rüstəmlə birlikdə kəndlərində yerləşən “Çərəcə” gölünün ətrafında olan kafedə əyləşib yeyib içmişlər. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində kafenin sahibi kafeni bağlamaq istədiyi üçün onlar masadan qalxmışlar. Bundan sonra hesabı vermək üçün kafenin içərisində olan kafeni işlədən Fərid adlı şəxsin yanına gedən zaman həyətdə ağaca tərəf çevrilib əl-qol hərəkətləri etmişdir. Həmin vaxt onun yanından keçən Rafiq ona qarşı nalayiq formada “oğraşa baxe, özünü ceki-can kimi aparır” söyüşü işlədib getmişdir. Həmin vaxt Rafiqi arxadan çağırıb ona yaxınlaşaraq nə üçün nalayiq ifadə işlətməsini soruşmuş, bu zaman Rafiq də ona bir daha kobud formada nalayiq sözlər deyərək özünə haqq qazandırıb yaxşı elədiyini ona bildirmişdir. Buna görə də Rafiqə əsəbiləşərək onun sifət nahiyyəsindən iki dəfə yumruqla vurmuş, bu zaman Rafiq arxası üstə yerə yıxılmışdır. Bundan sonra Rafiq ayağa qalxıb ona qarşı nalayiq ifadə işlətdiyindən onu təkrar vurmaq istədikdə aralıdan onlara yaxınlaşan Rüstəm və Rafiqin yanında olan Seymur onları aralamışdır. Bundan sonra da Rafiq qohumu Seymurla birlikdə gəldikləri avtomobilə minib oradan getmişlər. Törətdiyi əməldən peşmandır. X1 ilə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Buna görə də cinayət işinə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada ərizə ilə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Onunla barışmışdır, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Eləcə də məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Zərərçəkmiş şəxs iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, Bakı şəhərində fəaliyyət göstərən “Real xəbər”-in bölgə müxbiri işləyir. 31 iyul 2022-ci il tarixdə saat 19 radələrində Göyçay rayonu Çərəkə kəndində yaşayan yeznəsi Şahid2 evinə qonaq gəlmiş, bir qədər sonra onlar birlikdə yeyib-içmək üçün qonşu kənd olan Çərəcə kəndi ərazisində yerləşən süni yaradılmış “Çərəcə” gölünün yanındakı restorana getmişlər. Həmin vaxt Seymurla bir qədər yemək yeyib spirtli içki qəbul etmişdir. Artıq gecə saatları olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində kafe bağlandığı üçün masadan qalxmışlar. İlk öncə masadan qalxıb hesabı vermək üçün kafenin arxa tərəfindən içinə gedən zaman kafenin həyətində Əzməmmədin kafenin həyətindəki ağaca doğru dayanaraq təpik-yumruq atmasını görmüş, bu zaman onun yanından keçərkən sərxoş olduğu üçün Əzməmmədin hərəkətlərini görüb “oğraşa baxe, elə bil ceki-candır” ifadəsini işlədərək bufetə tərəf getmişdir. Əzməmməd arxadan gəlib “o nə sözdür ki, mənə deyirsən’' ifadəsini işlətmiş, bu zaman Əzməmmədə bir daha kobud formada özünü lap “ceki-can” kimi aparmasını dedikdə, Əzməmməd onu bir neçə dəfə yumruqla sifət nahiyyəsindən vurmuşdur. Həmin vaxt zərbənin təsirindən huşumu itirərək arxası üstə yerə yıxılmış, onun gözləri ağrıdığı üçün əlləri ilə gözlərini tutub ayağa qalxmış, həmin vaxt Əzməmmədin onu vurmasına əsəbiləşdiyi üçün Əzməmmədə qarşı nalayiq ifadələr işlətmişdir. Bu zaman Əzməmməd yenidən onu vurmaq istədikdə kənardan onlara tərəf gələn Rüstəm və qohumu Seymur onları aralaşdırmış, bundan sonra Rüstəm və Seymur onu gəldiyi avtomobilə tərəf aparmışlar. Seymurla avtomobilə əyləşib Seymurgilin evinə getmişlər. Cinayət işinə əlavə edilmiş Məhkəmə-tibbi ekspertizanın 04 avqust 2022-ci il tarixli 441 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol göz yuvası ətrafı nahiyədə sol gözün ağlı qişasına qansızmalar, sol göz yuvası altı və üzün sol yanaq nahiyəsində yumşaq toxumaların şişkinlikləri ilə müşayət edilən qançırla nəticələnən hematoma fonunda sol orbitanın aşağı divarının sınığı - bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə səhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərər vurmaya aiddirlər.sağ göz yuvası ətrafı nahiyədə sağ gözün ağlı qişasına qansızma, sağ göz yuvası altı yumşaq toxumanın bir qədər şişkinliyi ilə müşayiət edilən qançırla nəticələnən hematoma - bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə səhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər.yuxarı dodağın selikli qişasında sol tərəfdə qançırla örtülü əzilmiş yara, burun beli nahiyyəsində qançır, hər iki dirsək oynaqları nahiyələrdə və gövdənin arxa səthində belin sol aşağı hissəsində dərinin epidermis qatının sıyrılmış yaraları - bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 02 il islah işləri cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış və məhkumluğu ödənilmişdir. Beləliklə tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində göstərilən cinayət əməlini törətdiyi tam sübuta yetir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışması, ona dəymiş ziyanın tam ödənilməsi, ondan şikayət və tələbinin olmamasını, nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43-cü maddəsində məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsinin əsasları sadalanmış və həmin əsaslardan biri kimi də həmin Məcəllənin 39-cu maddəsinin 11-ci bəndində nəzərdə tutulan cinayət qanunu müddəalarının qüvvəsi qeyd olunmuşdur. (Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır.) Sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə xitam verilməli və o, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-47/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-47/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver