Məhkəmə qərarları › İş №1(046)-48/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-48/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-48/2023 13.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1974-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 03 ay “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə istintaqa məlum olmayan müddətdə və mənbədən 1,034 qram narkotik vasitə olan heroini. 0.53 qram narkotik vasitə olan qurudulmuş marixuananı. 0,08 qram çəkidə 02 ədəd narkotik vasitə olan mctadon tərkibli dərman pereperatını, 0,186 qram psixotrop maddə olan metamfetamini, hər birinin içərisində 10 ədəd olan 3 ədəd kanvalutda ümumi çəksi 1,5 qram 30 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol hidroxlarid dərman pereperatını tamah niyyəti və satış məqsədi ilə əldə etdikdən sonra üzərində daşıyaraq və yaşadığı Göyçay rayon, Potu kəndində yerləşən evində saxlamış, həmin psixotrop maddə metamfetaminin 0,186 qram çəkidə olan hissəsini 01 ədəd kağız bükümdə, eləcə də narkotik vasitə heroinin 0,314 qram çəkidə olan hissəsini 01 ədəd kağız bükümdə qablaşdırıb 01 ədəd sellofan bükümdə siqaret qutusunda qablşadırılmış vəziyyətdə 27 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində Göyçay rayonun Potu kəndi ərazisində tanışı Şahid1 35 manata satmış, 28 yanvar 2023-cü il tarixdə, saat 09 radələrində Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyataxtarış tədbirləri nəticəsində Göyçay rayonun Potu kəndi ərazisində saxlanıb rayon polis şöbəsinə gətirilərək şübhəli şəxs kimi tutulmuş və həmin tarixdə, saat 10:00-da polis şöbəsinin Növbətçi Hissəsində üzərinə video çəkliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə qablşadırılmış vəziyyətdə ümumi təmiz çəkisi 0.720 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, 28 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Göyçay RPŞ-nin əməkdaşları tərəfindən onun yaşadığı Göyçay rayonu, Potu kəndində yerləşən evinə baxış keçirilərkən isə evin yataq otağından satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 0,53 qram narkotik vasitə olan qurudulmuş marixuananı, 0.08 qram çəkidə 02 ədəd narkotik vasitə olan mctadon tərkibli dərman pereperatını, hər birinin içərisində 10 ədəd olan 3 ədəd kanvalutda ümumi çəksi 1,5 qram 30 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol hidroxlarid dərman pereperatı aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində yaşadığı Göyçay rayonu Potu kəndində yerləşən evin yaxınında tək olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və qanunsuz narkotik vasitə saxlamasında şübhələndiklərini bildirib özləri ilə Göyçay rayon polis şöbəsinə dəvət etmişlər. Polislərlə etiraz etməmiş və birlikdə polis şöbəsinə gəlmişlər. Polis işçiləri ona vəkil Müdafiəçi ilə təmin edərək növbətçi hissədə videoçəkilişlə hansı hüquq və vəzifələrinin olduğunu izah etmiş və şübəli şəxs qismində saxlanılmasını bildirmişlər. Ona şübhəli şəxs qismində saxlanılması ilə bağlı qərar təqdim ediləndən sonra üzərində axtarış keçiriləcəyi bildirilmiş, polislərə etiraz etməmişdir. Axtarış zamanı üzərində narkotik vasitə, psixotrop maddə və qanunla qadağan olunmuş digər əşya və predmet vardırsa onları təqdim etməsi təklif edilmiş, həmin vaxt əynindəki tünd göy rəngli şalvarın sağ yan cibində 01 (bir) ədəd sellofan bükümdə narkomanlar arasında “kakos” deyilən qəhvəyi rəngdə heroin narkotik vasitəsi olmuşdur. İçərisində heroin olan həmin 1 ədəd sellofan bükümü cibindən çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Aşkar olunmuş sellofan bükümün içərisində qəhvəyi rəngli heroin həmin bükümlə birlikdə elektron tərəzidə çəkilmiş, çəkisi sellofanla birlikdə 0,82 qram olmuşdur. Aşkar edilmiş sellofan bükümdə olan heroin 1 ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin ağzı kleylənərək möhürlənmiş və üzəri imzalanmışdır. Şəxsi axtarış və götürmə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və protokol da imzalanmışdır. Bundan sonra baxış keçirilməsi üçün yaşadığı Göyçay rayonu Potu kəndində yerləşən evinə getmişlər. Yaşadığı evdə yataq otağında istifadə etməsi üçün saxladığı kağız bükümdə az miqdarda marixuana narkotik vasitəsi, hər birində 10 ədəd ağ-göy rəngli uzunsov formada tramadol həbləri olan 3 ədəd blisterlər, 02 ədəd qəhvəyi rəngli dairəvi formada metadon həbləri olmuşdur. Eyni zamanda həmin otaqda masanın üzərində içərisində narkotik vasitə heroin istifadə edərkən cüzi miqdarda heroin qalıqları qalan 2 ədəd 5 ml-lik şpris və 1 ədəd şüşə flakon vardır. Polis əməkdaşları və vəkilin iştirakı ilə yaşadığı evə baxış zamanı, həmin otaqda servantın üstündəki şüşə vazın içərisində 02 ədəd qəhvəyi rəngli metadon həbləri, digər qabın içərisindən hər birində 10 ədəd ağ-göy rəngli ümumilikdə 30 ədəd tramadol həbləri olan 3 ədəd blisteri, vazın yan tərəfində isə içərisində marixuana olan ağ rəngli 1 ədəd kağız bükümü təqdim etmişdir. Qəhvəyi rəngli həblərin üzərində “M40” yazıları, bliesterlərin üzərində “Tramadol 50 MQ” sözləri yazılmışdır. Kağız büküm açıldıqda içərisində yaşılımtıl rəngli kütlə olması müəyyən edilmişdir. Baxış zamanı otaqda olan masanın üzərində içərisində maddə qalıqları olan 2 ədəd 5 ml-lik şpris və 1 ədəd şüşə flakon da aşkar edilmişdir. Aşkar edilmiş kağız bükümdə olan marixuana elektron tərəzidə çəkilmiş və çəkisi kağızla birlikdə 0,89 qram olmuşdur. Narkotik vasitələri öz istifadəsi üçün üzərində və yaşadığı evdə saxlamışdır. Şahid1 narkotik vasitə satmamış, onunla heç bir əlaqəsi olmamışdır. Buna görə də özünü Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir.Törətdiyi əməldən peşmandır. İş üzrə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində tanışı Şahid2 onun istifadəsində olan telefon nömrəsinə zəng vuraraq istifadə etmək üçün narkotik vasitə axtardığını, lakin pulunun az olduğunu bildirmişdir. Yaşara narkotik istifadə etmək istədiyini, maraqlana biləcəyini demişdir. Bir yerdə narkotik vasitə istifadə etmək üçün Təqsirləndirilən şəxs zəng vurub Pərvizdən narkotik vasitə heroin və yaxud psixotrop maddə metamfetamin vardırsa ona satmasını xahiş etmiş, tanışları ilə bir yerdə istifadə edəcəyini bildirmişdir. Pərviz də ona pula ehtiyacının olduğunu bildirərək həm “patı” deyilən metamfetaminin, həmdəki “kokos” deyilən heroinin olduğunu, hərəsindən bir büküm ona sata biləcəyini bildirmişdir. Bir qədər sonra tanışı Şahid3la birlikdə özünə məxsus VAZ- 2106 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şahid2 yaşadığı ünvana getmiş və Yaşarı götürüb Göyçay şəhərinə getmişlər. Yolda olarkən bir dəfə də Pərvizlə danışmış, Pərviz ondan bir büküm heroinə və bir büküm metamfetaminə görə 35 manat pul istəmişdir. Yaşar da cəmi 25 manat pul olduğundan Pərvizə 25 manat pullarının olduğunu, qalan 10 manatı isə ertəsi gün Yaşarın ona verəcəyini bildirmişdir, Yaşar özü də Pərvizlə danışıb pulun 10 manatını ertəsi gün Pərvizə verəcəyinə söz vermişdir. Daha sonra Göyçay rayonu, Cəyirli kəndində yerləşən “Qədiroğlu” marketin qarşısında olan "xxxx" ASC-nin bankomatmm qarşısına getmişlər, Yaşar ona özünə məxsus bank kartını vermiş və bankomatdan 29 manat pulu çıxarıb qayıtmışdır. 4 manat pulu Yaşara vermiş, 25 manat isə özündə saxlamışdır. Pərvizlə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə danışmış və Pərviz ona bank kartının şəklini göndərmiş və pulu həmin hesaba köçürməsini bildirmişdir. Bunun üçün Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən “Nar” marketin qarşısına getmiş, “Million” ödəmə aparatının qarşısına gedib pulu ödəmək istəyən zaman fikirləşmişdir ki, pulu ödəyər, Pərviz isə narkotiki onlara verməyib onları aldadar. Yaxşısı budur ki, yalandan Pərvizə pulu ödədiyini desin, lakin pulu ödəməyib özündə saxlasın. Fikirləşmişdir ki, narkotiki götürdükdən sonra Pərvizin pulunu ödəyər. Pərviz narkotik vasitəni Göyçay-Ucar avtomobil yolununun Potu kəndindən keçən hissəsində yerləşən soyuducu anbarın yaxınlığında yol nişanının yaxınlığına kəsik siqaret qutusunun içərisində qoyduğunu bilmişdir. Şahid3 və Şahid2lə birlikdə onun idarə etdiyi avtomobil ilə həmin yerə getmişlər. Göyçay-Ucar avtomobil yolunun kənarında dayanmış və avtomobildən düşmüşdür. Pərvizlə mobil telefonla danışaraq Pərvizin gizlətdiyi narkotik vasitəni axtarmağa başlamış və yol nişanının yaxınlığından kəsik siqaret qutusunu tapdıqdan sonra qutunu götürüb içərisinə baxmışdır. Kəsik siqaret qutusunun içərisində 2 ədəd gümüşü-ağ rəngli kağız bükümlər olmuşdur. Həmin bükümlərdən biri digərindən böyük olmuşdur. Kiçik ölçülü kağız büküm açıldıqda içərisində şəffaf rəngli, kristal formalı “patı” deyilən metamfetaminin olduğunu, digər böyük kağız büküm açıldıqda içərisində sellofan büküm olması və həmin sellofan bükümdə qəhvəyi rəngli toz halında “kokos” deyilən heroinin olduğunu görmüş və dərhal onları həmin kəsik siqaret qutusuna qoyaraq Şahid3 və Şahid2lə istifadə etmək üçün həmin siqaret qutusunu əynindəki göy rəngli cins şalvarın sol yan cibinə qoymuş, avtomobilinə əyləşərək Yaşar və Zaur ilə birlikdə oradan uzaqlaşaraq həmin metamfetamin və heroini istifadə etmək üçün Yaşarın yaşadığı evə tərəf getmişlər. Göyçay rayonu Çayarxı kəndində Şahid2 yaşadığı evə çatanda avtomobildən düşmüş və bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq üzərilərində narkotik vasitə saxlamaqda şübhəli olduqları üçün saxlanıldıqlarını bildirərək polis şöbəsində üzərilərinə şəxsi axtarış keçirəcəklərini demişlər. Həmin vaxt Pərvizdən aldığı kəsik siqaret qutusunda olan metamfetaminlə heroin üzərində olmuşdur. Onlar da polislərlə etiraz etməmişlər və bir yerdə polis şöbəsinə gəlmişlər. İdarə etdiyi VAZ-2106 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilini polis şöbəsinin müvəqqəti duracağında saxlamış, daha sonra polis işçiləri onu vəkil Rasim Vəliyev ilə təmin etmişlər və növbətçi hissədə videoçəkilişlə hansı hüquq və vəzifələrinin olduğunu izah edərək şübhəli şəxs qismində tutulması barədə qərar ona təqdim olunmuşdur. Bundan sonra onun üzərində axtarış keçiriləcəyi bildirilmiş, odur ki, üzərində narkotik maddə və vasitələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməsi ona təklif olunmuşdur. Əynində olan göy rəngli cins şalvarın sol yan cibindən içərisində iki ədəd kağız bükümlərdə qablaşdırılmış metamfetaminlə heroin olan 1 ədəd kəsik siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Aşkar olunmuş kəsik siqaret qutusundan gümüşü-ağ rəngli kağız bükümdə içərisində qəhvəyi rəngli heroin olan 1 ədəd sellofan büküm və içərisində metamfetamin olan 1 ədəd gümüşü-ağ rəngli kağız büküm aşkar edilmişdir. Sellofan və kağız büküm elektron tərəzidə ayrı-ayrılıqda çəkilmiş, sellofan bükümdə olan maddənin çəkisi sellofanla birlikdə 0,41 qram, kağız bükümdə olan maddənin çəkisi isə kağızla birlikdə 0,28 qram olmuşdur. Sorğu zamanı üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddənin “kakos” deyilən heroin, şəffaf rəngli maddənin isə “patı” deyilən metamfetamin olduğunu bildirmişdir. Həmin bükümlər bir ədəd zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. O, zəıTın üzərini imzalamış, o cümlədən üzərində olan “Samsung” markalı mobil telefon da götürülmüşdür. Axtarış zamanı protokol tərtib olunmuşdur. Daha sonra polis şöbəsinin duracağında özünə məxsus VAZ-2106 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilindən saxlanılması qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və s. aşkar edilməmişdir. Şəxsi axtarış və avtomobilinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və tərəfindən imzalanmışdır. Məkhəmədə şahid qismində ifadə vermiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş üzrə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində tanışı İlqar Mayılova zəng vurub İlqardan istifadə etmək üçün ona narkotik vasitə tapmaqda köməklik etməsini xahiş etmiş, lakin pulunun az olduğunu bildirmiş, eyni zamanda narkotik taparsa bir yerdə istifadə edə biləcəyini də İlqara təklif etmişdir. İlqar da ona narkotik istifadə etmək istədiyini deyərək etiraz etməmişdir. Az sonra isə İlqar ona zəng vuraraq Pərvizlə danışdığını və Pərvizdə “patı” deyilən metamfetaminin, həmdəki “kokos” deyilən heroinin olduğunu, hərəsindən istifadə etmək üçün bir büküm ala biləcəyini bildirmişdir. Bir az sonra isə İlqar VAZ-2106 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə tanışı Zaurla birlikdə onun yaşadığı ünvana gəlmişlər. Onlar görüşüb bir yerdə narkotik vasitə əldə etmək üçün şəhər istiqamətində getmişlər, yolda olarkən İlqar öz telefonu ilə Pərvizlə danışmışdır. Pərviz bir büküm heroinə və bir büküm metamfetaminə görə 35 manat pul istəmişdir. İlqara istifadəsində olan bacısı oğlu Tural Kərimovun bank kartında cəmi 29 manat pul olduğunu, onun 25 manatını çıxardıb verə biləcəyini, 4 manata siqaret alacağını, Pərvizə 10 manat qalıq pulu səhər verə biləcəyini bildirmişdir. Eyni zamanda telefonu İlqardan alıb özü də Pərvizə 25 manat indi verəcəklərini bildirmiş, 10 manatı isə ertəsi gün ona varəcəyinə söz vermişdir. Pərviz də onunla razılaşmışdır. Daha sonra Göyçay rayonu Cəyirli kəndində yerləşən “Qədiroğlu” marketin yanında olan "xxxx" ASC-nin bankomatının qarşısına getmişlər. Bacısı oğlu Tural Kərimova məxsus, lakin öz istifadəsində olan bank kartını İlqara vermişdir ki, 29 manat pulu çıxarıb gəlsin. İlqar pulu çıxardandan sonra, 4 manat pulu ona vermiş, 25 manat isə özündə saxlamış və bank kartını ona qaytarmışdır. Daha sonra İlqar Pərvizlə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə danışmış, Pərviz ona bank kartının şəklini göndərmiş və pulu həmin hesaba köçürəcyini İlqara bildirmişdir. Bundan sonra Göyçay şəhəri Ə.Kərim küçəsində yerləşən “Nar” marketin qarşısına getmişlər, İlqar mağazaya daxil olaraq ödəmə terminalına yaxınlaşmış, sonra qayıdıb yanlarına gəlmişdir. Lakin onun pulu Pərvizə göndərib-göndərmədiyini biməmişdir. Daha sonra, Zaur və İlqarla birlikdə avtomobil ilə Göyçay-Ucar avtomobil yolununun Potu kəndindən keçən hissəsində yerləşən soyuducu anbarın yaxınlığına getmişlər. İlqar Pərvizin həmin yerdə siqaret qutusunda bir büküm heroin və bir büküm metamfetamin saxladığını bildirmişdir. Həmin yerə çatdıqda İlqar avtomobildən yerə düşüb bir qədər Pərvizin həmin yerdə saxladığı narkotik vasitəni axtarmış, yol nişanının yaxınında yerdən siqaret qutusu götürüb içərisinə baxmış, həmin qutunu şalvarın cibinə qoyaraq avtomobilə qayıtmış və bir büküm heroinlə bir büküm metamfetamini götürdüyünü bildirmişdir. Daha sonra oradan birlikdə uzaqlaşaraq həmin metamfetamin və heroini istifadə etmək üçün onun yaşadığı evə tərəf getmişlər. Yaşadığı ünvana çatıb avtomobildən düşəndə isə polis əməkdaşları onlara yaxınlaşmışlar və üzərilərində narkotik vasitə saxlamaqda şübhəli olduqları üçün saxlanıldıqlarını bildirərək polis şöbəsində üzərilərinə şəxsi axtarış keçirəcəklərini demişlər. Həmin vaxt metamfetaminlə heroin İlqarın cibində olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki, özünə məxsus Chevrolet Aveo markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi işləyir. Təqsirləndirilən şəxs onun avtomobili ilə dəfələrlə müxtəlif yerlərə gedib-gəlmişdir. 2023-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs bir neçə dəfə müxtəlif yerlərə apardığı üçün ona 9 manat borcu yaranmışdır. 27 yanvar 2023-cü il tarixdə Pərviz vvatsap vasitəsi ilə ona zəng edərək kartının olub-olmadığını, əgər varsa pulu ödəmək üçün ona göndərməsini demiş, “Kapital Banka” məxsus hesab kartının şəklini çəkib Pərvizə atmışdır. Pərviz ona pul köçürəcəyini desə də, hansı məbləğdə pul göndərəcəyini deməmişdir. Kartı Pərvizə göndərsə də onun kartına pul köçürməmişdir. Sonradan eşitmişdir ki, Pərviz narkotik satdığı üçün tutulubdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olubolmaması barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş X1 göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 27 yanvar 2023-cü il tarixdə Şahid1 qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra tərəfindən əməliyyataxtarış fəaliyyətinin həyata keçirilməsi haqda qərar qəbul olunmuşdur. 27 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində Şahid1 Göyçay rayonu Çayarxı kəndində olmasını müəyyən edib həmin yerə getmişlər. Həmin vaxt Şahid1 idarə etdiyi Vaz 2106 markalı, **-BJ-*** nömrə nişanlı avtomobildə X2 və Şahid3 ilə birlikdə olmuşdur. Digər polis əməkdaşları həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini təqdim etmişlər və narkotik vasitələrin dövrüyəsində şübhəli olduqlarını bildirib həmin şəxsləri polisə dəvət etmişlər. Şahid1, Yaşar Mehtiyev və Şahid3 hər üçü heç bir etiraz etməyib polisə gəlmələrinə razılıq vermişlər. Şahid1 və digərlərini olduqları Vaz 2106 markalı **-BJ-*** nömrə nişanlı avtomobillə Göyçay RPŞ-yə gətirmişlər, bundan sonra üzərilərinə şəxsi axtarış keçirtmək məqsədi ilə hər üç şəxsin hüquqları izah edilmiş və hüquqlarını müdafiə etmək məqsədilə dövlət hesabına müdafiəçi ilə təmin olunmuşlar. İlkin olaraq İlqar Mahmudovun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində dövrüyəsi qadağan edilmiş hər hansı narkotik vasitə, psixotrop maddə və ya hər hansı predmet vardırsa təqdim etsin. Şahid1 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən siqaret qutusunun kəsiyini, digər ciblərindən isə pul, telefon, ticarət kartları, siqaret qutusu kağız parçası aşkar edilmişdir. Sol yan cibindən aşkar edilmiş siqaret qutusunun içərisindən 2 ədəd büküm aşkar edilmiş, bükümlərədən birinin içərisində kristal halında psixotrop maddəyə bənzər kütlə, digərində isə qəhvəyi rəngli heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, metamfetaminə bənzər kütlə bükümlə birlikdə 0,128 qram, heroinə bənzər kütlə isə 0,41 qram olmuşdur. Sorğu zamanı Şahid1 aşkar edilmiş narkotik vasitələri Təqsirləndirilən şəxs 25 manat müqabilində aldığını bildirmişdir.Bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs yaşadığı Potu kəndinə getmişlər, Pərvizi yaşadığı evin yaxınlığında görüb ona yaxınlaşmışlar və narkotik vasitələrin satışında şübhəli olduğunu, onlarla bir yerdə polis idarəsinə gəlməsini bildirmişlər. Təqsirləndirilən şəxs razılaşmış və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün şübhəli şəxs qismində tutulub hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil təyin olunmuş, şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd selofan bükümü aşkar edilmişdir. Həmi kütlə qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə olmuşdur. Həmin kütlə elektron tərəzidə çəkilmiş və bükümlə birlikdə çəkisi 0,82 qram olmuşdur. Həmin kütlə qablaşdırılmış və DİN-nin 92 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra Pərviz Abdullyevin öz razılığı ilə yaşadığı Göyçay rayonu, Potu kəndində evə baxış keçirilməsi üçün getmişlər. Evin qarşısında olan zaman Təqsirləndirilən şəxs yaşadığı evdə dövrüyyəsi qadağan olunmuş əşya və ya predimet olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olmasını və həmin yeri göstərəcəyini demişdir. Bundan sonra evə daxil olunmuş və evin yataq otağındakı şkafın rəfində olan vazdan 3 ədəd hər birinin içərisində 10 ədəd həblər olan, üzərində Tramadol yazısı olan kanvalut, 2 ədəd açıq vəziyyətdə M40 həbləri, kağız bükümdə yaşıl rəngli qurudulmuş marixuana, otaqda olan stolun üzərində 2 ədəd şpiris və şüşə flakon aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitələr zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Məkhəmədə şahid qismində ifadə vermiş X3 Şahid6 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 yanvar 2023-cü il tarixli 17\108 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid1 üzərindən aşkar edilmiş sellofan və kağız bükümdə maddələr... ” sözləri, imza və adlar yazılmış zərfin içərisində; 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,186 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,314 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə qəhvəyi rəngli maddə..” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi - 0,720 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından aşkar edilmiş 3 ədəd blisterdə 30 ədəd həblər, 2 ədəd qəhvəyi rəngli həb, 1 ədəd kağız bükümdə qəhvəyi rəngli yaşımtıl kütlə, 2 ədəd şpris və 1 ədəd şüşə flakon..” sözləri yazılmış zərfin içərisindəki; 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi-053 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. 02 (iki) ədəd 5 ml-lik şprisin içərisində olan cuzi miqdarda maddə hissəcikləri heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cuzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmadı. 01 (bir) ədəd içərisində pambıq parçaları olan flakon və həmin flakonun imərisində və pambıq parçaların üzərində olan cuzi miqdarda hissəcikləri heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cuzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmadı. 03 (üç) ədəd üzərində “Tramadol50mq” yazısı olan blisterlərdə ümumilikdə 30 (otuz) ədəd, göy-ağ rəngli kapsul formalı həblərin və açıq şəkildə 02 (iki) ədəd qəhvəyi rəngli, dairəvi formalı, üzərində “M40” yazısı olan həblərin təqdiqatını müvafiq laboratoriya cihazı olmadığından aparmaq mümkün olmadı.Tədqiqata təqdim edilmiş, üzərində “Şahid1 üzərindən aşkar edilmiş sellofan və kağız bükümdə maddələr... ” sözləri, imza və adlar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə olan heroin ilə üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə qəhvəyi rəngli maddə..” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib kompanenentlərinə görə eynidirlər. Qeyd: 1. Metamfetaminin təmiz çəkisi 0.186 qr, tədqiqata sərf edildi – 0.050 qr, qalıq – 0.136 qr.

2. Heroinin təmiz çəkisi 0.314 qr, tədqiqata sərf edildi 0.050 qr, qalıq – 0.264.

3. Heroinin təmiz çəkisi 0.720 qr, tədqiqata sərf edildi 0.050 qr, qalıq – 0.670.

4. Marixuananın təmiz çəkisi 0.53 qr, tədqiqata sərf edildi 0.02qr, qalıq 0.51 qr. Aparılmış tədqiqatın dəyəri 107.91 manat. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 mart 2023-cü il tarixli 6\1486 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdəki 3 ədəd kanvalutda ümumi sayı 30 ədəd olan “Tramadol 50 mq” markalanma göstəricisi olan ağ- göy rəngli uzunsov formalı həblər tramadol hidroxlorid tərkibli dərman pereperatıdır və 30 ədəd həbdə tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 1.5 qram qramdır. Bir ədəd bükülüdə üzərində “F\M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı qəhvəyi rəngli həblər metadon tərkibli dərman preparatıdır və 02 ədəd həbdə metadon təsiredicisi maddəsinin ümumi miqdarı 0,08 qramdır. Qeyd: 1. 30 ədəd Tramadol tərkibli həbdən 3 ədəd həb tədqiqata sərf edildi, qalıq 27 ədəd həb.

2. 02 ədəd metadon tərkibli həbdən 01 ədəd həb tədqiqata sərf edildi, qalıq 01 ədəd həb. Aparılmış tədqiqatın dəyəri 93 manat. Cinayət işi materiallarına əlavə edilmiş Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 414 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 məxsus “Samsung” markalı mobil telefonda olan “Vatsap” proqramına daxil olaraq Abdulalyev Pərviz oğlunun həmin telefonda “PotuPərvizPotu A kontakt kimi əks olunan bölmə açıldıqda yazışmaların və səs yazılarının göndərildiyini ********76721220 son rəqəmləri olan bank kart hesabının şəklinin “PotuPərvizPotu A kontakt tərəfindən Şahid1 göndərildiyi əks olunur. Səs yazılarında Abdulalyev Pərviz oğlu ilə Şahid1 arasında 25 manat pulun həmin kart hesabına köşürülməsi ilə bağlı dialoq əks olunur. Cinayət işi materiallarına əlavə edilmiş DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 2023-cü ilin yanvar ayının müxtəlif tarixlərində və xx.xx.2023-cü il tarixdə saat 21:50:17 -də Şahid1 adma olan ***-***-**-** nömrədən zənglər daxil olmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №-li Qərarın 4 və 9-cu bəndlərində qeyd edilir ki, Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Məhkəmə araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi 0.314 qram çəkidə narkotik vasitə olan heroini və 0.186 qram çəkidə olan psixotrop maddə olan metafetami xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Göyçay rayonu Potu kəndində tanışı Şahid1 35 manata qanunsuz olaraq satmaqla, eləcə də xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Göyçay rayon Potu kəndi ərazisində qalan 0.720 qram çəkidə olan vasitə olan heroini üzəridə və xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Göyçay rayonu Potu kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin yatağ otağında satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 0,53 qram narkotik vasitə olan qurudulmuş marixuananı, 0.08 qram çəkidə 02 ədəd narkotik vasitə olan metadon tərkibli dərman pereperatını, hər birinin içərisində 10 ədəd olan 3 ədəd kanvalutda ümumi çəksi 1,5 qram 30 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən tramadol hidroxlarid dərman pereperatı saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələr ilə özünü qismən təqsirli bilsə də, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Bunda görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs isə Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddəlləri ilə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşman olmasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarının aşağı həddində cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 199.91 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatından sonra Göyçay RPŞ-nin MSSKda saxlanılan 0.934 qaram narkotik vasitə olan heroin, 0,136 qram psixotrop maddə olan metamfetamin, 0,51 qram narkotik vasitə olan qurudulmuş marixuana, 27 ədəd Tramadol tərkibli həb, 01 ədəd metadon tərkibli həb 2 ədəd içərisində heroinin izləri olan 5 ml-lik şpris və 1 ədəd içərisində heroinin izləri olan şüşə flakon məhv edilməli, video görüntü olan DVD disklər cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə

HÖKM E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 0.934 qaram narkotik vasitə olan heroin, 0,136 qram psixotrop maddə olan metamfetamin, 0,51 qram narkotik vasitə olan qurudulmuş marixuana, 27 ədəd Tramadol tərkibli həb, 01 ədəd metadon tərkibli həb 2 ədəd içərisində heroinin izləri olan 5 ml-lik şpris və 1 ədəd içərisində heroinin izləri olan şüşə flakon məhv edilsin, video görüntü olan DVD disklər cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 199.91 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası maddi sübutlara və ekspertiza xərcinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar