Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-49/2020 08.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, x7 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1970-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkum olunmamış, Göyçay rayonu Cəyirli kəndində qeydiyyatda olan və yaşayan, 15.04.2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində 08 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sürücülük hüququ olmaqla özünə məxsus Mersedes markalı ** BF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Göyçay-Bərqüşad avtomobil yolu ilə üzü Bakı-Qazax avtomobil yolu istiqamətinə doğru hərəkətdə olarkən Göyçay rayonu Yenikənd kəndi ərazisindən keçən hissəsində «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub yaşayış məntəqəsi daxilində avtomobili saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda Qanunun bu tələbini pozaraq qarşıda onunla eyni istiqamətlə hərəkət edən x1 mülkiyyətində olan və sürücülük vəsiqəsi olmaqla idarə etdiyi VAZ-21061 markalı ** FE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili keçmək üçün idarə etdiyi avtomobilin surətini saatda 70 kilometrə qaldırıraq ötmə əməliyyatı keçirən zaman həmin avtomobillə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan Əlimirzə Nəzərovun idarə etdiyi avtomobili yararsız hala salıb sonuncuya 2026 manat ziyan vurmaqla, həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 Qüdrət oğlunun sağ göz yuvası ətrafı nahiyyənin qançırından ibarət sağlamlığıa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət, hər iki çanaq, sağ əng və burun sümüklərinin sınıqları, sol əng-almacıq tikişlərinin aralanması, sağ orbitanın tamlığının pozulması və beyin silkələnməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığna az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törədərək yol hərəkəti qaydalarını pozmuş, bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 05.11.2019-cu il tarixdə saat 17 radələrində Göyçay rayonu Cəyirli kənd ərazisindən Ucar rayonunda yerləşən dəmiryolu istiqamətinə gedərkən avtomobildə 6 nəfər sərnişin olmuşdur. Göyçay rayonu Yenikənd kənd ərazisində idarə etdiyi avtomobillə hərəkətdə olmuşdur. Onunla eyni istiqamətdə irəlidə Vaz 2106 markalı 10- FE-543 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olmuşdur. Həmin avtomobilin sürəti təxminən saatda azı 60 kilometr olmuş və həmin avtomobillə onun idarə etdiyi avtomobil arasında təxminən 20 metr məsafə olduqda o, həmin avtomobili keçmək üçün sola keçmə siqnalını vermiş, yolun sol zolağına keçmiş və sürəti saatda 70 kilometrə qaldırmışdır. Həmin avtomobilə yaxınlaşaraq onu keçməyə 3-4 metr qalmış avtomobilin sürücüsü adı sonradan ona məlum olan Əlimirzə Nəzərov qəflətən onun hərəkət istiqamətinə, yəni onun keçməyini gözləmədən yolun soluna keçmişdir. Bu zaman Əlmirzənin idarə etdiyi avtomobilin sol qabaq qapısı onun idarə etdiyi avtomobilin sağ qabaq küncünə dəymişdir. x6 idarə etdiyi avtomobil sağa istiqamətlənərək, xəndəyə aşmışdır. O, avtomobili saxlamış və onlara yaxınlaşmışdır. Həmin avtomobildə sürücüdən başqa 5 nəfər sərnişin olmuşdur. Onlardan yalnız birinin, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 xəsarət almasını görmüşdür. Onun avtomobilində isə nə o, nə də ki avtomobildə olan sərnişinlər xəsarət almamışdır. Hadisə nəticəsində ona məxsus Mercedes Benz 208D minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ küncü cüzi olaraq zədələnmişdir. Buna görə də heç nə tələb etməmişdir. Hazırda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və x2 dəymiş maddi ziyanı ödəmiş və onlar ilə barışmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 05 noyabr 2019-cu il tarixdə saat 17 radələrində Göyçay rayonu Cəyirli kəndində işlədiyi bağdan çıxıb yaşadığı Qaracallı kəndinə getmək üçün Cəyirli kəndinin ərazisindən keçən Göyçay – Ucar yolunun kənarına gəlmiş, digər iş yoldaşları ilə x1 idarə etdiyi taksiyə yaxınlaşaraq, ondan Bakı-Qazax magistral yoluna qədər aparmasını xahiş etmişdir. Həmin taksi avtomobilin sürücüsü Əlimirzə onları 7 manata apara biləcəyini dedikdə onlar Əlmirzə ilə razılaşmışlar. Bundan sonra onlar x1 avtomobilinə əyləşmiş və Bakı-Qazax magistral yoluna doğru hərəkətə başlamışlar. Avtomobilin arxa oturacağında 4 nəfər, qabaqda isə qohumu Şahid3 tək oturmuşdur. Avtomobildə arxa oturacaqda sağ tərəfdə oturmuşdur. Arxada onlar 4 nəfər oturduqları üçün bir qədər sıxılmışdır. Göyçay rayonu Yenikənd kənd ərazisində hərəkətdə olan zaman yolun sağ kənarına baxarkən həmin vaxt avtomobilə nəyinsə toxunduğunu hiss etmiş və başı avtomobilin arxa sol qapının şüşəsinə dəymişdir. Həmin vaxt huşunu itirmiş və ayıldıqda xəstəxanada olduğunu görmüşdür. Hadisənin necə baş verdiyini görməmişdir. Sonradan ona məlum olmuşdur ki, onlar Göyçay rayonu Yenikənd kənd ərazisində hərəkətdə olan zaman onların olduqları Vaz 2106 markalı avtomobillə “Mercedes” markalı mikroavtobus toqquşmuşdur. Hadisədən sonra Vaz 2106 markalı avtomobilin sürücüsü Əlimirzə Nəzərov onu yoxlamaq üçün onun yanına gəlmiş və hadisənin necə baş verdiyini ona danışmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, Əlmirzə, ona dəymiş maddi ziyanı tam ödənilmişdir. Buna görə də Teyyubdann heç bir şikayət və tələbi olmadığı barədə məhkəməyə təqdim etdiyi ərizəsini nəzərə alınmasını və cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə vermiş x4 göstərmişdir ki, özünə məxsus Vaz 2106 markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi kimi fəaliyyət göstərir. Həmin avtomobili etibarnamə əsasında idarə edir. 05.11.2019-cu il tarixdə saat 17 radələrində Göyçay rayonu Cəyirli kənd ərazisindən 4 nəfər Ucar rayonu Qaracallı kənd sakinləri olan fəhlələri götürüb, Ucar rayonunda yerləşən dəmiryoluna aparmaq üçün hərəkət etmişdir. Həmin vaxtı Göyçay rayonu Yenikənd kənd ərazisində idarə etdiyi avtomobillə saatda 60 km sürətlə hərəkətdə olan zaman idarə etdiyi avtomobilin sol yan tərəfindən Mercedes Benz markalı minik avtomobilinin ötmə əməliyyatı etdiyini görmüşdür. Bu zaman qarşıdan başqa bir gümüşü rəngli Mercedes markalı avtomobil gəldiyi üçün onu ötmək istəyən mikroavtobusun ötüb keçə bilməsi üçün əyləci basaraq sürəti azaltmışdır. Həmin avtomobilin ötmə əməliyyatı etdiyini əvvəlcədən görməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı, **-BF-*** nömrə nişanlı avtomobil ötmə əməliyyatı edən zaman onun idarə etdiyi avtomobili ötüb keçməyə 3-4 metr qalmış sol qabaq qapıdan vurmuşdur. Bu zaman idarəetməni itirmiş və idarə etdiyi avtomobil yolun sağ tərəfində toqquşma baş verən yerdən təxminən 30 metr məsafədə xəndəyə düşərək dayanmışdır. Hadisə zamanı idarə etdiyi avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 Qüdrət oğlu bədən xəsarətləri almışdır. Hadisə nəticəsində ona məxsus Vaz 2106 markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir çox ehtiyat hissələri yararsız hala düşmüş və nəticədə ona 2000 manat maddi ziyan dəymişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, Teyyub ona dəymiş maddi ziyanı tam ödəmişdir. Buna görə də Teyyubdan heç bir şikayət və tələbi olmadığı barədə məhkəməyə təqdim etdiyi ərizəsini nəzərə alınmasını və cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid3 məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək Bakı şəhərində yaşadığından məhkəmə iclasına gələ bilmədiyini və istintaq zamanı verdiyi ifadəsini müdafiə etdiyini bildirmişdir. Şahid3 ifadəsindən görünür ki, 05 noyabr 2019-cu il tarixdə saat 17 radələrində Göyçay rayonu Cəyirli kəndində işlədiyi bağdan çıxıb yaşadığı Qaracallı kəndinə getmək üçün Cəyirli kəndinin ərazisindən keçən Göyçay – Ucar yolunun kənarına gəlmişdir. x8 və qohumları Əşrəf Abdurəhimov, Zərərçəkmiş şəxs1la birlikdə işləmiş və həmin yerə də onlarla birlikdə gəlmişdir. x1 idarə etdiyi taksiyə yaxınlaşaraq, onları Bakı-Qazax magistral yoluna qədər aparmasını istəmişlər. x4 onları 7 manata apara biləcəyini dedikdə onunla razılaşmışlar. Həmin vaxt onlardan başqa tanımadığı bir nəfər şəxs də onlarla birlikdə x1 idarə etdiyi avtomobilə əyləşmişdir. Bundan sonra onlar x1 avtomobilnə əyləşmişlər və Bakı-Qazax magistral yoluna doğru hərəkətə başlamışlar. Göyçay rayonu Yenikənd kənd ərazisində hərəkətdə olan zaman arxadan gələn “Mercedes” markalı avtomobil ötmə əməliyyatı edib keçmək istəyərkən x4 idarə etdiyi Vaz 2106 markalı avtomobilin arxasını göstərən yan güzgüsünə baxmadan qəflətən yolun sol hərəkət zolağına keçmiş və bu zaman arxadan onları ötüb keçmək istəyən mikroavtobusla toqquşmuşdur. Həmin vaxtı VAZ 2106 markalı, **-FE-*** nömrə nişanlı avtomobilin sürücüsü Əlimirzə Nəzərov avtomobili saatda 60 km sürətlə idarə etmişdir. Hadisə zamanı mikroavtobusun sağ qabaq tini onların əyləşdiyi VAZ 2106 markalı avtomobilin sol qabaq qapısına dəymişdir. Bundan sonra isə həmin VAZ 2106 markalı avtomobil yoldan çıxaraq, sağ tərəfdə olan xəndəyə düşmüşdür. Şahid x5 məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək Bakı şəhərində yaşadığından məhkəmə iclasına gələ bilmədiyini və istintaq zamanı verdiyi ifadəsini müdafiə etdiyini bildirmişdir. Məhkəmədə şahid x3 elan edilmiş ifadəsindən görünür ki, Şahid3 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid2 05 noyabr 2019-cu il tarixdə saat 17 radələrində Göyçay rayonu Cəyirli kəndində işlədiyi istixanadan çıxıb yaşadığı Bərşad kəndinə getmək üçün Cəyirli kəndinin ərazisindən keçən Göyçay – Ucar yolunun kənarına gəlmişdir. x10 və digər oğlu Səfxan Qasımovla birlikdə işləyirlər və həmin yerdə övladları birlikdə gəlmişdir. Bu zaman Cəyirli kənd sakini Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq, Bakı-Qazax magistral yoluna qədər apara biləcəyini bildirdikdə Təqsirləndirilən şəxs özünə məxsus “Mercedes” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu olduğunu demişdir. Onlar adları çəkilən şəxslərlə və tanımadığı başqa iki nəfər şəxslə birlikdə adambaşı bir manata razılaşaraq, mikroavtobusa minmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Göyçay rayonu Yenikənd kənd ərazisində hərəkətdə olan zaman qarşıda hərəkətdə olan VAZ 2106 markalı avtomobili ötmə əməliyyatı edib keçmək üçün avtomobilin sola dönmə işarəsini yandıraraq yolun əks istiqamətinə çıxıb qarşıdakı avtomobili ötmə əməliyyatı edən zaman həmin VAZ 2106 markalı avtomobilin sürücüsü qəflətən idarə etdiyi avtomobili onlar olan mikroavtobusa tərəf çəkmişdir. Bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi mikroavtobusu nə qədər kənara çəksə də hadisənin qarşısını ala bilməmiş və VAZ 2106 markalı avtomobilin sol qabaq qapısı tərəfindən vurmuşdur. Həmin vaxtı içərisində onun olduğu “Mercedes” markalı, **-BF-*** nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobili saatda 70 km sürətlə idarə etmişdir. Hadisə baş verdikdən sonra həmin avtomobil yolun sağ tərəfində olan 30 metr məsafədə xəndəyə düşərək dayanmışdır. Həmin vaxt Vaz 2106 markalı avtomobildə sürücüdən başqa 5 nəfər sərnişin olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı, **-BF-*** nömrə nişanlı avtomobildə onunla birlikdə 6 nəfər sərnişin olmuşdur. Hadisə nəticəsində heç bir xəsarət almamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 Şahid2 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Göyçay rayon “xxxxx” MMC tərəfindən verilmiş 06.03.2020-ci il tarixli 14 saylı arayışdan görünür ki, x1 idarə etdiyi “VAZ2106 markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümümilikdə 2026 manat dəyərində ziyan dəymişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 13 noyabr 2019-cu il tarixli 513 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Qüdrət oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər. Sağ göz yuva altı nahiyyənin qançırı küt-bərk əşyanın təsirindən törənmişdir. Törənmə müddəti 05.11.2019-cu il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Hər iki çanaq, sağ əng və burun sümüklərinin sınıqları, sol əng-almacıq tikişlərinin aralanması, sağ orbitanın tamlığının pozulması və beyin silkələnməsi küt-bərk əşyanın təsirindən törənmişdir.Törənmə müddəti 05.11.2019-cu il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası 25 fevral 2020-ci il tarixli 3016 saylı rəyindən görünür ki, hərəkət üçün təhlükə yaranan anda Mercedes Benz 208D markalı, 59BF855 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 42,7 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını qarşısını almağa texniki imkanı olmamışdır və onun hərəkətlərində hadisənin qarşısını alınması ilə əlaqədar «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda Mercedes Benz 208D markalı, 59BF855 dövlət qeydiyyat nişanlı avtomobil toqquşma yerindən 42,7 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü T.Ə Mahmudov avtomobili yaşayış məntəqəsində 70 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertizanın xərci 100 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş müvafiq qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işinin materiallarından x4 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Mərkəzi Xəstəxansından alınmış 28.03.2020-ci il tarixli 2059 saylı məktubdan görünür ki, x4 xəstəxananın konsultativ poliklinikasında narkoloji və psixiatrik kabinetlərdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmaması barədə Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sürücülük hüququ olmaqla özünə məxsus Mersedes markalı ** BF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Göyçay-Bərqüşad avtomobil yolu ilə üzü Bakı-Qazax avtomobil yolu istiqamətinə doğru hərəkətdə olarkən Göyçay rayonu Yenikənd kəndi ərazisindən keçən hissəsində «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub yaşayış məntəqəsi daxilində avtomobili saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda Qanunun bu tələbini pozaraq qarşıda onunla eyni istiqamətlə hərəkət edən x1 mülkiyyətində olan və sürücülük vəsiqəsi olmaqla idarə etdiyi VAZ-21061 markalı ** FE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili keçmək üçün idarə etdiyi avtomobilin surətini saatda 70 kilometrə qaldırıraq ötmə əməliyyatı keçirən zaman həmin avtomobillə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan Əlimirzə Nəzərovun idarə etdiyi avtomobili yararsız hala salıb sonuncuya 2026 manat ziyan vurmaqla, həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 Qüdrət oğlunun sağ göz yuvası ətrafı nahiyyənin qançırından ibarət sağlamlığıa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət, hər iki çanaq, sağ əng və burun sümüklərinin sınıqları, sol əng-almacıq tikişlərinin aralanması, sağ orbitanın tamlığının pozulması və beyin silkələnməsi ilə nəticələnən dərəcəsinə görə sağlamlığna az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətməklə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və x1 məhkəməyə təqdim etdikləri təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs ilə barışmaları, Teyyubun ona dəymiş maddi ziyanın tamamilə ödənilməsi və Teyyuba qarşı heç bir şikayət və tələblərinin olmaması ilə bağlı ərizəsini nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməlidir. Təqsirləndirilən şəxs x4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə icraatı dövründə hüquqlarını 08 saat müddətində müdafiə etmişdir. Təqsirləndirilən şəxs göstərilmiş 15 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 90 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. İş üzrə 100 manat məbləğində ekspertiza xərcinin yarısı, yəni 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasının müəyyən edilməsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsindən ötrü müvafiq materialların surəti Göyçay Rayon Prokurorluğuna göndərilsin. İş üzrə 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 15 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 90 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərarın icrası məhkəmə xərcinin tutulmasına aid hissədə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-49/2020
Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-49/2020
08.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver