Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-49/2021 28.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, xüsusi ittihamçı X6 müdafiəçiləri (nümayəndəsi) Nümayəndə və Müdafiəçi2, təqsirləndirilən şəxs X3 və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, 19.03.1984-cü ildə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşqul olan, məhkum olunmamış, Göyçay şəhəri Nizami küçəsi ev 29 mənzil 9-da qeydiyyatda olan və yaşayan X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏ N ETDİ: X14 26.07.2020-ci il tarixdə X6 və ailəsinin ünvanına uca səslə nalayiq ifadələr işlədərək “öz yaxınlarını gətirsin kişi olub- olmadığımı sübut edim” deyərək X6 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla Azərbaycan Respublikaslı CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Xüsusi ittihamçı X6 nümayəndəsi (vəkili) Nümayəndə şikayəti müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, X14 26 iyul 2020-ci il tarixdə Göyçay Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin Təcili və X9 Stansiyasının dəhlizində Göyçay Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru X6 və ailəsinin ünvanına uca səslə nalayiq ifadələr işlədərək «öz yaxınların gətirsin kişi olub-olmadığımı sübut edim» deyərək X6 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Bununla da X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət əməli baş verən vaxt X1, X10, Şahid2, X7 və X11 hadisə yerində olmuş və şahidi olduqları hadisə barədə akt tərtib etmişlər. Buna görə də X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək ona maddənin sanskiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs X14 xüsusi ittihamçının onun barəsində verdiyi şikayətlə razılaşmayaraq ifadə verməkdən imtina etmiş və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, 26 iyul 2020-ci il tarixdə saat 20:30 radələrində TTTYS-nın həyətində iş yoldaşları Təranə, Sadəgül, Gülsurə və Rauf həkimlə, sürücülərdən Elman və Azər olarkən, X21 həkimin TTTYS-da kişi olmadığı barədə ifadələr işlətdiyini bildirmişdir. Bundan sonra X21 həkimin və onun arvadının, uşağının ünvanına təhqir edici nalayiq ifadələr işlətmişdir. Təranə xanım həmin vaxt nalayiq ifadələr işlətdiyinə görə Elvinə öz iradını bildirmişdir.Hadisədən 4-5 gün sonra hadisə ilə bağlı akt tərtib etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, 26 iyul 2020-ci il tarixdə saat 20 radələrində TTTYS-da iş növbəsini təhvil verərkən, TTTYS-nın həyətində Elvinin səsini eşitmişdir. Elvin Elçin həkimin ünvanına «öz yaxınların gətirsin kişi olubolmadığımı sübut edim» nalayiq ifadələr işlədərək Elçin həkimi təhqir etmişdir. Həmin vaxt orada Məlahət, Təranə, Sadəgül, Nazilə və Rauf həkim, sürücülərdən Elman və Azər olmuşdur. Hadisədən 4-5 sonra bu barədə akt tərtib etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş X10 göstərmişdir ki, 26 iyul 2020-ci il tarixdə saat 20 radələrində TTTYS-da iş növbəsini təhvil verərkən, TTTYS-nın həyətində X21 həkimin TTTYS-da kişi olmadığı barədə ifadələr işlətdiyini bildirmişdir. Elvin Məmmədov həmin vaxt bildirmişdir ki, Elçin doktor arvadını və qızını gətirsin mən kişiliyimi göstərim. Həmin vaxt orada Təranə, Nazilə, Gülsurə, Sadəgül və Rauf doktor sürücülərdən Elman və Azər olmuşdur. Hadisədən 4-5 sonra bu barədə akt tərtib etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş X2 göstərmişdir ki, 26 iyul 2020-ci il tarixdə saat 20 radələrində TTTYS-da işdə olarkən, TTTYS-nın həyətində X21 həkimin TTTYS-da kişi olmadığı barədə ifadələr işlətdiyini bildirmişdir. Elvin Məmmədov həmin vaxt “Elçin həkim arvadını və qızını gətirsin mən kişiliyimi göstərim.” Həmin vaxt işçilərdən Təranə xanım Elvinə nalayiq ifadələr işlətdiyinə görə etirazlarını bildirmişlər. Həmin vaxt orada işçilərdən Təranə, Nazilə, Gülsurə, Məlahət və Rauf həkim, sürücülərdən Elman və Azər olmuşdur. Hadisədən 4-5 sonra bu barədə akt tərtib etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş X17 qızı göstərmişdir ki, 26 iyul 2020-ci il tarixdə axşam saat 20 radələrində TTTYS-da iş növbəsin təhvil verərkən, TTTYS-nın həyətində X21 həkimin TTTYS-da kişi olmadığı demiş, Elvin Məmmədov həmin vaxt “Elçin həkim arvadını və qızını gətirsin mən kişiliyimi göstərim.” ifadəsini işlətmişdir. Həmin vaxt Sadəgül xanım Elvinə nalayiq ifadələr işlətdiyinə görə etirazlarını bildirmişdir. Həmin vaxt orada Sadəgül, Gülsurə ilə birlikdə TTTYS-nın həyətində oturacaqda əyləşmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, 26 iyul 2020-ci il tarixdə saat 20 radələrində TTTYS-nın həyətinə Elvin gələrək Elçin həkimin yanından gəldiyini, Elçin həkimin TTTYS-da kişi yoxdur ifadəsi işlətdiyini bildirmişdir. Elvin Məmmədov həmin vaxt təhqiredici ifadələr işlətmişdir. Elvin həmin vaxt “Elçin həkim arvadını və qızını gətirsin mən kişiliyimi göstərim” deyərək Elçin həkimi təhqir etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 göstərmişdir ki, 26 iyul 2020-ci il tarixdə saat 20 radələrində şəxsi işi əlaqədar TTTYS-da olarkən Elvinin əsəbi olduğunu görmüş, Elvindən əsəbləşməyinin səbəbini soruşduqda Elvin ona Elçin həkimin otağında olduğunu və Elçin həkimin TTTYS-da kişi olmadığı ifadəsini işlətdiyini demişdir. Elvin həmin vaxt “Elçin həkim istəyirsə kişiliyimi göstərərəm.” ifadəsini işlətmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid7 göstərmişdir ki, 26 iyul 2020-ci il tarixdə saat 20 radələrində səhətində olan narahatlıqla əlaqədar müayinə üçün TTTYS-na getmiş, TTTYS-da gözləyrəkən, Elvini əsəbi halda görmüş, Elvindən əsəbləşməyinin səbəbini soruşduqda Elvin həmin vaxt bildirmişdir ki, Elçin həkim ona TTTYS-na kişi olmadığı bildirmişdir. Elvin “mən kişiliyimi hamıya sübut edərəm.” ifadəsini işlətmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 göstərmişdir ki, 26 iyul 2020-ci il tarixdə Göyçay RMX Publik hüquqi şəxsin direktoru Elçin Bilalovun iş otağında olarkən Elvin Məmmədov da Elçin həkimin yanında olmuş, Elçin həkim Elvinin ünvanına heç bir nalayiq ifadə işlətməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki, 26 iyul 2020-ci il tarixdə Elvin Məmmədovdan işləməyən maşının ehtiyat hissələrinin gəlib-gəlməməsini maraqlanmış, Elvin Məmmədov işləməyən maşının ehtiyat hissələrinin gəlmədiyini bildirdikdən sonra birlikdə Elçin həkimin otağına daxil olmuşlar. Elçin həkim həmin vaxt nalayiq ifadə işlətməmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, X5 26 iyul 2020-ci il tarixdə saat 20 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin Təcili və X9 Stansiyasının dəhlizində TTTYS-nın işçilərinin toplaşdığı yerdə Göyçay Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru X6 və ailəsinin ünvanına uca səslə nalayiq ifadələr işlədərək «öz yaxınların gətirsin kişi olub-olmadığımı sübut edim» deyərək X6 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və ona həmin maddənin sanksiyasında nəzərədə tutulmuş cəza təyin edilməlidir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində təsbit olunmuşdur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, «...mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, .qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series Ano. 103, p. 28/46). Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz - şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir dedikdə, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə X8 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Elvin Məmmədova cəza təyin edərkən ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyini, himayəsində iki azyaşlı uşağının olduğunu cəzasını yüngülləşdirən hal kimi, eləcədə cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: X18 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib, 1500 manat cərimə cəzasına məhkum edilsin. Hökmün icrası X18 oğlunun yaşayış yeri üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-49/2021
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-49/2021
28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver