Məhkəmə qərarları › İş №1(046)-49/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-49/2022

10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-49/2022 10.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Qanuni nümayəndə və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2005-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, natamam orta təhsilli, işsiz, məhkum olunmamış, subay, ünvan 1 ünvanda yaşayan barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 sentyabr 2021-ci il tarixdə gecə saat 06 radələrində Zərərçəkmiş şəxs1 məxsus Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən, saxlanc yeri hesab olunan “Mega market” mağazasının giriş qapısının kilidini qırıb açmaqla mağazaya qanunsuz daxil olaraq, oradan ümumilikdə 489,10 manat dəyərində 1 ədəd “prima silver blue” markalı qalın siqaret, 4 ədəd “LD platinium” markalı nazik siqaret, 13 ədəd “Rothmans compact silver” markalı siqaret, 10 ədəd boz rəngli “Vest compact” markalı siqaret, 11 ədəd ağ rəngli “Vest compact” markalı siqaret, 10 ədəd “Viceroy silver” markalı nazik siqaret, 3 ədəd “Rothmans mentol” markalı qalın siqaret, 1 ədəd boz rəngli “Davidoff Reach” markalı nazik siqaret, 1 ədəd “Viceroy Nseries” markalı nazik siqaret, 4 ədəd göy rəngli “sobranie” markalı nazik siqaret, 19 ədəd “LD club blue” markalı nazik siqaret, 2 ədəd ağ rəngli “sobranie” markalı nazik siqaret, 1 ədəd “Kingston compact” markalı nazik siqaret, 12 ədəd “Kingston gold” markalı nazik siqaret, 2 ədəd “kent 4” markalı nazik siqaret, 11 ədəd “Rothmans korall” markalı qalın siqaret, 1 ədəd “Vinston XS” markalı nazik siqaret, 39 ədəd “Vest silver” markalı qalın siqaret, 2 ədəd “Veqas blue” markalı nazik siqaret, 10 ədəd “Argo compact” markalı siqaret, 1 ədəd gümüşü rəngli “vinston” markalı nazik siqaret, 11 ədəd “Vinston XS compact” markalı siqaret, 14 ədəd “Vinchester compact blue” markalı siqaret, 1 ədəd “Pallmall nano silver” markalı nazik siqaret, 3 ədəd “pallmall night” markalı nazik siqaret, 1 ədəd “kent 8” markalı qalın siqaret, 2 ədəd “classic” markalı nazik siqaret və 1 ədəd “Vinchester Berry ksss” markalı nazik siqaret və 334 manat dəyərində qəpik pulları gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 823 manat 10 qəpik ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 yanvar 2022-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs2 məxsus Göyçay rayonun Potu kəndində yerləşən “X3”, adlanan mağazaya arxa qapısını açmaqla mağazaya qanunsuz daxil olaraq, mağazanın giriş qapısından sağ tərəfdəki kassanın alt hissəsində karton qutuda 1, 5, 10. 20, 50 və 1 ədəd 100 manatlıq əskinaslarla saxlanılan 472 manat nəğd pulları, 2 topada rezinlə bağlanmış formada 60 ədəd 1 manatlıq “Sim” danışıq kartlarını, 4 ədəd 2 manatlıq “Sim” danışıq kartlarını, 26 ədəd 3 manatlıq “Sim” danışıq kartlarını, eləcə də sol tərəfdəki kassanın arxa hissəsində yerləşən siqaretlərin yığıldığı rəfdən hər biri 3 manat 70 qəpik dəyərində 10 ədəd nazik qara rəngli “Kent 1” markalı siqaretləri, hər biri 2 manat 90 qəpik dəyərində 5 ədəd nazik boz rəngli “LD” markalı siqaretləri və hər biri 2 manat 60 qəpik dəyərində 4 ədəd nazik göy rəngli “Vinçester” markalı siqaretləri gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 679 manat 90 qəpik ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmədə təqsirləndirilən şəxs qismində qanuni nümayəndəsi anası X1 iştirakı ilə ifadə vermiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 16 sentyabr 2021-ci il tarixdə saat 06 radələrində Göyçay şəhəri H.Əliyev prospektində yerləşən “Mega” marketin qarşısından keçən zaman siqareti olmadığı üçün içəriyə daxil olub siqaret oğurlamaq qərarına gəlmişdir. Mağazanın şüşədən ibarət olan qapısını itələyərək kilidini qırmış və içəriyə daxil olmuşdur. Bundan sonra mağazanın içərisində yerləşən otağa tərəf getmişdir. Otağa girəndə döşəmədə olan sellefona bükülmüş qəpik pulları götürmüşdür. Otaqdan çıxdıqdan sonra isə kassanın kənarındakı siqaret vitrinində olan dolabdan 1 ədəd “prima silve blue” markalı qalın siqaret, 4 ədəd “LD platinium” markalı nazik siqaret, 13 ədəd “Rothmans compact silver” markalı siqaret, 10 ədəd boz rəngli “Vest compact” markalı siqaret, 11 ədəd ağ rəngli “Vest compact” markalı siqaret, 10 ədəd “Viceroy silver” markalı nazik siqaret, 3 ədəd “Rothmans mentol” markalı qalın siqaret, 1 ədəd boz rəngli “Davidoff Reach” markalı nazik siqaret, 1 ədəd “Viceroy N-series” markalı nazik siqaret, 4 ədəd göy rəngli “sobranie” markalı nazik siqaret, 19 ədəd “LD club blue” markalı nazik siqaret, 2 ədəd ağ rəngli “sobranie” markalı nazik siqaret, 1 ədəd “Kingston compact” markalı nazik siqaret, 12 ədəd “Kingston gold” markalı nazik siqaret, 2 ədəd “kent 4” markalı nazik siqaret, 11 ədəd “Rothmans korall” markalı qalın siqaret, 1 ədəd “Vinston XS” markalı nazik siqaret, 39 ədəd “Vest silver” markalı qalın siqaret, 2 ədəd “Veqas blue” markalı nazik siqaret, 10 ədəd “Argo compact” markalı siqaret, 1 ədəd gümüşü rəngli “vinston” markalı nazik siqaret, 11 ədəd “Vinston XS compact” markalı siqaret, 14 ədəd “Vinchester compact blue” markalı siqaret, 1 ədəd “Pallmall nano silver” markalı nazik siqaret, 3 ədəd “pallmall night” markalı nazik siqaret, 1 ədəd “kent 8” markalı qalın siqaret, 2 ədəd “classic” markalı nazik siqaret və 1 ədəd “Vinchester Berry ksss” markalı nazik siqaret götürərək sellofon torbaya yığmış və mağazadan uzaqlaşmışdır. Həmin gün saat 08 radələrinədək şəhər ərazisində gəzdikdən sonra Göyçay şəhər avtovağzalına getmiş və “Mersedes Vito” markalı taksi ilə Bakı şəhərinə yollanmışdır. Avtomobildə tək getdiyi üçün sürücüyə 150 manat pul vermişdir. Bakı şəhərinə çatdıqdan sonra oğurladığı qəpik pulu manata dəyişərək xərcləməyə başlamışdır. Daha sonra 10 ədəd viceroy, 5 ədəd vinchester və 4 ədəd rotmans siqaretini öz istifadəsi üçün özündə saxlamış, qalan siqaretləri isə Sədərək ticarət mərkəzində tanımadığı şəxsə 100 manata satmışdır. Bundan sonra Sədərək ticarət mərkəzində 23 manata qara rəngli köynək, 25 manata 1 ədəd şalvar və 40 manata ayaqqabı almışdır. Sonra isə Masazırda yerləşən xalası Dilşad Məmmədovaya məxsus yarı tikiliyə getmiş və orda torpağın üzərində yatmışdır. Həmin gün axşam saat 21 radələrinə anası Qanuni nümayəndə və nənəsi Şəkurə Mustafayeva həmin yerə gələrək onu Göyçay rayonuna geri qaytarmışlar. Daha sonra isə polis əməkdaşılarının dəvətinə əsasən polis şöbəsinə gəlmişdir. Həmin vaxt üzərində olan 10 ədəd viceroy, 5 ədəd vinchester və 4 ədəd rotmans siqaretini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 06 radələrində evdə yata bilmədiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Yaşadıqları evdən çıxıb Dördyol deyilən ərazidə yerləşən “X3” mağazasının yanına gəlmişdir. Həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. O ətrafı gəzib mağazanın arxa tərəfinin hansısa bağa düşdüyünü görüb, həmin bağa hasardan keçib, görmüşdür ki, mağazanın həmin bağa açılan arxa qapısı var. Həmin arxa qapı örtülü olsa da kilidlə bağlı olmamışdır. Həmin qapını özünə tərəf çəkib açaraq mağazaya daxil olmuş, giriş qapısına tərəf yaxınlaşaraq orada iki üzbəüz kassaların yerləşdiyini görmüşdür. Giriş qapısından baxanda sol tərəfdəki kassanın arxa tərəfində yerləşən siqaret rəflərindən 10 ədəd nazik qara “Kent 1” markalı siqaretlər, 5 ədəd nazik boz “LD” markalı siqaretlər, 4 ədəd nazik “Vinçester” markalı siqaretlər götürüb şəffaf sellofana yığmış, daha sonra digər kassaya yaxınlaşaraq orada kassanın arxa hissəsində uzunfason karton qutu görüb onu açanda içərisində 1,5, 10, 20, 50 və 1 ədəd 100 manatlıq əskinaslarla bir topada sellofanda pulların olduğunu,eləcə də 2 topada rezinlə bağlanmış formada “Sim” danışıq kartların olduğunu görüb, onları da götürmüş və həmin sellofana qoyub oradan çıxıb yaşadığı küçədə yaşayan nənəsi Aybənizin evinə getmiş və xəlvət həmin sellofanı çarpayının altına qoymuşdur. Bir neçə saat keçmiş ona məlum olmuşdur ki, onu polisdən axtarırlar. “X3” mağazasından oğurladığı siqaretləri, danışıq kartlarını və pullar yığdığı sellofan paketdə elə özü ilə polisə gətirmiş və izahat verərkən anası Nərgizin yanında polislərə təqdim etmişdir.Törətdiyi əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyan valideyinləri tərəfidən ödənilmişdir. Məhkəmədə zərər çəkmiş qismində ifadə verən Zərərçəkmiş şəxs1 göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay şəhəri, Nizami küçəsi dalan 12 ev 10-da yaşayır və sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən Mega marketin sahibidir. xx.xx.2021-ci il tarixdə saat 06 radələrində istifadəsində olan mobil telefona mağazanın işçisi Şahid1 zəng edərək mağazanın giriş qapısının sındırıldığını və mağazada oğurluq hadisəsinin baş verdiyini bildirmişdir. Dərhal “Mega” marketə gələrək 470 manat dəyərində müxtəlif növ tütün məmulatlarının və 334 manat dəyərində qəpik pulların oğurlandığını müəyyən etmişdir. Həmin oğurlanmış tütün məmulatlarının 1 ədəd “prima silve blue” markalı qalın siqaret, 4 ədəd “LD platinium” markalı nazik siqaret, 13 ədəd “Rothmans compact silver” markalı siqaret, 10 ədəd boz rəngli “Vest compact” markalı siqaret, 11 ədəd ağ rəngli “Vest compact” markalı siqaret, 10 ədəd “Viceroy silver” markalı nazik siqaret, 3 ədəd “Rothmans mentol” markalı qalın siqaret, 1 ədəd boz rəngli “Davidoff Reach” markalı nazik siqaret, 1 ədəd “Viceroy N-series” markalı nazik siqaret, 4 ədəd göy rəngli “sobranie” markalı nazik siqaret, 19 ədəd “LD club blue” markalı nazik siqaret, 2 ədəd ağ rəngli “sobranie” markalı nazik siqaret, 1 ədəd “Kingston compact” markalı nazik siqaret, 12 ədəd “Kingston gold” markalı nazik siqaret, 2 ədəd “kent 4” markalı nazik siqaret, 11 ədəd “Rothmans korall” markalı qalın siqaret, 1 ədəd “Vinston XS” markalı nazik siqaret, 39 ədəd “Vest silver” markalı qalın siqaret, 2 ədəd “Veqas blue” markalı nazik siqaret, 10 ədəd “Argo compact” markalı siqaret, 1 ədəd gümüşü rəngli “vinston” markalı nazik siqaret, 11 ədəd “Vinston XS compact” markalı siqaret, 14 ədəd “Vinchester compact blue” markalı siqaret, 1 ədəd “Pallmall nano silver” markalı nazik siqaret, 3 ədəd “pallmall night” markalı nazik siqaret, 1 ədəd “kent 8” markalı qalın siqaret, 2 ədəd “classic” markalı nazik siqaret və 1 ədəd “Vinchester Berry ksss” markalı nazik siqaret olduğunu müəyyən etmişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş qismində ifadə verən Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Göyçay rayonu Potu kəndində yaşayır. Göyçay şəhəri, dördyol deyilən ərazidə Göyçay- Ucar avtomobil yolunun Potu kəndinə düşən hissəsində, yolun sol tərəfində “X3” adlı ərzaq mağazası işlədir. Həmin mağazanın arxa tərəfi onun həyətinin bağ hissəsinə çıxır, həmin yerdən də mağazaya daxil olmaq üçün qapı vardır. Həmin qapı çox vaxtı açıq qalır və mağazaya həmin yerdən özü və ailə üzvləri daxil olub çıxır. Hər gün səhər saat 07-də mağazanı açır, saat 23-də isə bağlayır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində mağazanı bağlayıb, üzərində olan şüşə qapısını qıfılla bağlayaraq evə getmişdir. Həmin vaxt marketin yaxınında və ətrafda heç kim olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 07 radələrində mağazanın yanına gəlib qapısının açıb içəriyə daxil olanda sol tərəfdəki kassanın alt hissəsində karton qutuda saxladığı pulların və “SİM” danışıq kartlarının oğurlandığını görmüşdür. Ətrafa baxdıqda başqa heçnəyin oğurlanmadığını aşkar etmişdir. Bundan dərhal sonra digər üzbəüz yerləşən, yəni giriş qapısından sol tərəfdəki kassaya yaxınlaşıb ətrafına göz gəzdirmişdir. Həmin kassanın arxa tərəfində siqaretlər yığılan rəfdən müxtəlif markalı siqaretlərin oğurlandığını aşkar etmişdir. Mağazanın içərisində gəzib hər şeyi nəzərdən keçirdikdə başqa nəyinsə oğurlandığını aşkar etməmişdir. Daha sonra isə polis şöbəsinə gəlib bu barədə ərizə yazıb şikayət etmişdir. Sonra isə məlum olmuşdur ki, ona məxsus mağazaya arxa qapısından daxil olaraq danışıq kartlarını, siqaretləri və pulları Göyçay şəhər sakini Təqsirləndirilən şəxs oğurlamışdır. Aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Ona məxsus “X3” adlı mağazadan giriş qapısından sağ tərəfdəki kassanın alt hissəsində karton qutuda saxladığı müxtəlif əskinaslarla, yəni 1, 5, 10. 20, 50 və 1 ədəd 100 manatlıq əskinaslarla 472 manat nəğd pul, 2 topada rezinlə bağlanmış formada 60 ədəd 1 manatlıq “Sim” danışıq kartları, 4 ədəd 2 manatlıq “Sim” danışıq kartları, 26 ədəd 3 manatlıq “Sim” danışıq kartları, eləcə də sol tərəfdəki kassanın arxa hissəsində yerləşən siqaretlərin yığıldığı rəfdən hər biri 3 manat 70 qəpik dəyərində 10 ədəd nazik qara rəngli “Kent 1” markalı siqaretlər, hər biri 3 manat 10 qəpik dəyərində 5 ədəd nazik boz rəngli “LD” markalı siqaretlər, hər biri 2 manat 60 qəpik dəyərində 4 ədəd nazik göy rəngli “Vinçester” markalı siqaretlər oğurlanmaqla ona ümumilikdə oğurluq nəticəsində 680 manat 90 qəpik ziyan dəymişdir.Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi, 44-də yaşayır və “Mega market” mağazasında mühasib vəzifəsində işləyir. Mağazanın iki ədəd qapısı vardır. Qapılardan biri elektron şəkildə açılıb bağlanır. Həmin qapı müştərilərin girişi və çıxışı üçün nəzərdə tutulub. Digər qapı isə mağaza işçilərinin istifadəsi üçündür. Mağaza bağlandıqdan sonra mütərilərin istifadəsi üçün olan elektron qapını arxadan bağlanır. İşçilər də digər qapıdan çıxırlar. Həmin elektron qapını bağladıqda onun cəftəsi yerdə olan betonun içərisinə keçir və qapı bağlanır. 16 sentyabr 2021-ci il tarixdə saat 06 radələrində işlədiyi “Mega market” mağazasına gəlmişdir. Mağazaya yaxınlaşdıqda mağazanın giriş qapısının açıq olduğunu görmüşdür. Bu zaman o istifadəsində olan mobil telefonla mağazanın sahibi Zərərçəkmiş şəxs1 zəng edib, məlumat vermişdir. Bundan sonra Kənan polis şöbəsinə ərizə ilə müraciət etmiş və polis əməkdaşları mağazaya gələrək baxış keçirmişlər. Həmin vaxt müəyyən edilmişdir ki, mağazadan müxtəlif markalı tütün məmulatları və qəpik pullar oğurlanmışdır. Cinayət işinə əlavə olunmuş məhkəmə-əmtəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/715 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada 207,90 manat müəyyən edilir. Aparılmış ekspertizanın dəyəri 100 manatdır. Cinayət işinə əlavə olunmuş məhkəmə-psixiatrik ekspertizasının 18 mart 2022-ci il tarixli 162 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O hal-hazırda da öz hərəkətlərini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs baş beyin üzvi xəstəliyi nəticəsində qıcolma sindromu və yüngül əqli gerilik XBT-10 F07.0 xəstəliyi keçirməsi səbəbindən onun əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşür. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bundan başqa özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 yanvar 2022-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs2 məxsus Göyçay rayonun Potu kəndində yerləşən “X3”, adlanan mağazaya arxa qapısını açmaqla mağazaya qanunsuz daxil olaraq, mağazanın giriş qapısından sağ tərəfdəki kassanın alt hissəsində karton qutuda 1, 5, 10. 20, 50 və 1 ədəd 100 manatlıq əskinaslarla saxlanılan 472 manat nəğd pulları, 2 topada rezinlə bağlanmış formada 60 ədəd 1 manatlıq “Sim” danışıq kartlarını, 4 ədəd 2 manatlıq “Sim” danışıq kartlarını, 26 ədəd 3 manatlıq “Sim” danışıq kartlarını, eləcə də sol tərəfdəki kassanın arxa hissəsində yerləşən siqaretlərin yığıldığı rəfdən hər biri 3 manat 70 qəpik dəyərində 10 ədəd nazik qara rəngli “Kent 1” markalı siqaretləri, hər biri 2 manat 90 qəpik dəyərində 5 ədəd nazik boz rəngli “LD” markalı siqaretləri və hər biri 2 manat 60 qəpik dəyərində 4 ədəd nazik göy rəngli “Vinçester” markalı siqaretləri gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 679 manat 90 qəpik ziyan vurmaqla, bundan başqa özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 yanvar 2022-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs2 məxsus Göyçay rayonun Potu kəndində yerləşən “X3”, adlanan mağazaya arxa qapısını açmaqla mağazaya qanunsuz daxil olaraq, mağazanın giriş qapısından sağ tərəfdəki kassanın alt hissəsində karton qutuda 1, 5, 10. 20, 50 və 1 ədəd 100 manatlıq əskinaslarla saxlanılan 472 manat nəğd pulları, 2 topada rezinlə bağlanmış formada 60 ədəd 1 manatlıq “Sim” danışıq kartlarını, 4 ədəd 2 manatlıq “Sim” danışıq kartlarını, 26 ədəd 3 manatlıq “Sim” danışıq kartlarını, eləcə də sol tərəfdəki kassanın arxa hissəsində yerləşən siqaretlərin yığıldığı rəfdən hər biri 3 manat 70 qəpik dəyərində 10 ədəd nazik qara rəngli “Kent 1” markalı siqaretləri, hər biri 2 manat 90 qəpik dəyərində 5 ədəd nazik boz rəngli “LD” markalı siqaretləri və hər biri 2 manat 60 qəpik dəyərində 4 ədəd nazik göy rəngli “Vinçester” markalı siqaretləri gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 679 manat 90 qəpik ziyan vurmaqla Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan olmasını, ilk dəfə az ağır cinayət törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslərin ondan şikayətinin və tələbinin olmamasını, həmçinin Təqsirləndirilən şəxs şəxsiyyətini, həyat şəraitini, tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, müstəqil əmək haqqı və əmlakının olmamasını nəzərə alınaraq cinayət məsuliyyətinə cəlb edilmədən islah olunmasını mümkün hesab edərək, barəsində Azərbaycan Respublikası CM-nin 88-ci maddəsində nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbir olan xəbərdarlıq tətbiq edilməklə cəzadan azad edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 87.1-ci maddəsinə əsasən Xəbərdarlıq yetkinlik yaşına çatmayana onun əməli nəticəsində vurulmuş ziyanın və bu Məcəllədə nəzərdə tutulmuş cinayətləri təkrar törətməyin nəticələrinin izah edilməsindən ibarətdir. Həmin Məcəllənin 88.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara aşağıdakı tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər: 88.2.1. xəbərdarlıq; Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 348.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələri əsasında məhkəmə ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayəti törətmiş 18 yaşınadək olan şəxsi cinayət məsuliyyətinə cəlb etmədən islah edilməsinin mümkün olduğu qənaətinə gəldikdə, cinayət qanunu ilə nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 435.4.1.-ci maddəsinə əsasən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Həmin Məcəllənin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusi ilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin şəxsin həyat və tərbiyyə şəraiti, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli 06 saylı qərarının 11-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Uşaq Hüquqları Haqqında BMT-nin 20 yanvar 1989-cu il tarixli konvensiyasının 40-cı maddəsinin 3-cü bəndində göstərilir ki, iştirakçı dövlətlər cinayət qanunvericiliyini pozmuş hesab edilən, onun pozmaqla təqsirləndirilən və ya təqsirləndirici sayılan uşaqlara bilavasitə aidiyyatı olan qanunlar, prosedurlar, orqanları və müəssisələr yaradılmasına, o cümlədən zəruri və arzu olunan hallarda, belə uşaqlara, insan hüquqlarını və hüquqi təminatları tam gözləmək şərti ilə məhkəmə təhqiqatından istifadə etmədən rəftar edilməsi üçün tədbirlər görülməsinə çalışırlar. Həmin Konvensiyanın 40-cı maddəsinin 4-cü bəndində göstərilir ki, uşağa qulluq, qəyyumluğa və nəzarətə dair əsasnamə, məsləhət xidmətləri, sınaq müddəti təyin edilməsi, tərbiyə verilməsi, təlim və peşə hazırlıqları və müəssisələrdə uşağa qulluğu əvəz edən qulluğun digər formaları kimi müxtəlif tədbirlərin olması zəruridir. Bunlarda məqsəd uşaqla elə rəftarı təmin etməkdir ki, onun rifahına, habelə vəziyyətinə və cinayətin xarakterinə uyğun olsun. BMT-nin yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakimə icrasına aid minimal standart Qaydalarının (Pekin qaydaları) 3-cü hissəsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə təhqiqatı yetkinlik yaşına çatmayanların mənafeyinə cavab verməli və ya yetkinlik yaşına çatmayanların iştirak etməsinə və öz nöqteyi-nəzərini ifadə etməsinə imkan verən anlaşma şəraitində həyata keçirilməlidir. Həmin qaydaların 5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin məqsədləri ilk növbədə yetkinlik yaşına çatmayanların əminamanlığının təmin edilməsinə, yetkinlik yaşına çatmayan qanun pozucularına hər hansı təsir tədbirlərinin həmişə qanun pozucusunun şəxsiyyətinə həm də qanun pozulması şəraitinə uyğun olmasına yönəldilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 84-cü maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.Qanunverici 14 yaşından 18 yaşına qədər olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən onların kifayət qədər əqli yetişkənliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Bu səbəbdən də cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə məsuliyyətin həlli və cəza təyini zamanı onların həyat və tərbiyə şəraitinin, psixi inkişaf səviyyəsinin, onun şəxsiyyətinin digər xüsusiyyətlərinin və kənar şəxslərin ona təsirinin nəzərə alınmasını məcburi sayır.Qanunverici cinayətin subyekti qismində çıxış edən yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət mühakimə icraatının aparılmasının xüsusi qaydalarını, habelə bu kateqoriya şəxslərə münasibətdə tətbiq oluna biləcək məhdud sayda cəza növləri nəzərdə tutmaqla onların bu sahədə hüquq və azadlıqlarının təmin edilməsinə xüsusi diqqətlə yanaşmışdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, uşaqların müdafiəsi siyasəti Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissəsidir. Uşaqların hüquq və azadlıqlarının qorunması, uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, onların qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil edir.Bu baxımdan Cinayət və Cinayət-Prosessual Məcəllələrində, eləcə də “Uşaq hüquqları haqqında” Qanunda cinayət icraatı qaydalarının uşaqlara tətbiqinin ayrıca xüsusiyyətləri nəzərdə tutulmuşdur. Adıçəkilən Qanunun 42-ci maddəsinə görə, uşaqlar barəsində məhkəməyədək icraatın, həmçinin birinci, apellyasiya və kassasiya instansiyaları icraatının xüsusiyyətləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilir. Uşaqların törətdikləri cinayətlər üzrə məhkəməyədək icraat yalnız ibtidai istintaq şəklində aparılır. Uşaqlar barəsində həbsə alma qətimkan tədbirinin tətbiq edilməsinə yalnız onlara az ağır zorakı cinayətin, habelə ağır və ya xüsusilə ağır cinayətin törədilməsi istinad edildikdə yol verilir. Uşaqların azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbirləri məhkəmələr tərəfindən yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 87-ci maddəsinə əsasən cinayət məcəlləsində nəzərdə tutulmuş cinayətləri təkrar törətdiyi halda cinayət məsulliyətinə cəlb ediləcəyi izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüququnu müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 08 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 08 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübutların zərərçəkmiş şəxsin nümayəndəsinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə 100 manat ekspertiza xərci dövlət büdcəsinə aid edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 348, 344, 347, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 87.1, 88.1 və 88.2.1-ci maddələri tətbiq olunmaqla, ona əməli nəticəsində vurulmuş ziyanın və bu Məcəllədə nəzərdə tutulmuş cinayətləri təkrar törətməyin nəticələri izah edilməklə xəbərdarlıq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 08 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar