Məhkəmə qərarları › İş №1(046)-49/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-49/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-49/2023 30.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 12.45-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs,qanuni nümayəndəsi Qanuni nümayəndə,nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası İsmayıllı rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Göyçay rayonu Kürd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan,həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs sevgi münasibətində olduğu aralarında yaş fərqi iki ildən çox olmaqla on altı yaşına çatmayan-xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə 2022-ci ilin noyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Göyçay şəhəri ərazisində “RTS” adlanan ərazidə idarə etdiyi «Vaz 2106» markalı ** BV *** nömrə nişanlı avtomobilin arxa oturacağında Zərərçəkmiş şəxs razılığı ilə ilk dəfə təbii yolla cinsi əlaqədə olmuş, bundan sonra ikinci dəfə 2022-ci ilin noyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda həmin ərazidə idarə etdiyi «Vaz 2106» markalı ** BV *** nömrə nişanlı avtomobilin arxa oturacağında Zərərçəkmiş şəxs razılığı ilə təbii yolla cinsi əlaqədə olmuş, bundan sonra üçüncü dəfə 2022-ci ilin dekabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Göyçay rayonu Ulaşlı-Şıxlı kəndi ərzisində “çayın başı” adlanan yerin yaxınlığında idarə etdiyi «Vaz 2106» markalı ** BV *** nömrə nişanlı avtomobilin arxa oturacağında Zərərçəkmiş şəxs razılığı ilə təbii yolla cinsi əlaqədə olmuş, bundan sonra sonuncu dəfə 11 yanvar 2023-cü il tarixdə istintaqa dəqiq məlum olmayan vaxta Göyçay rayonu Ulaşlı-Şıxlı kəndi ərzisində “çayın başı” adlanan yerin yaxınlığında idarə etdiyi «Vaz 2106» markalı ** BV *** nömrə nişanlı avtomobilin arxa oturacağında Zərərçəkmiş şəxs razılığı ilə təbii yolla cinsi əlaqədə olmuş və həmin tarixdə təbii yolla cinsi əlaqədə olduqdan sonra anal dəlik vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CMnin 152.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2021 -ci ilin noyabr ayında Nuraygilin həyətində fəhlə kimi xurma meyvəsi yığan vaxtı tanış olmuşdur. Nuraygilin həyətində işləyən zaman bir- biri ilə baxışaraq bir-birindən xoşları gəlmişdir. Nuraygilin həyətində sonuncu gün işləyən zaman Nuray onun yanına yaxınlaşaraq qırmızı və göy qələmlə yazılmış kiçik ölçülü kağız parçasını onun yanındakı daş parçasının üzərinə qoymuşdur. Ətrafa nəzər salıb heç kimin olmadığından əmin olaraq həmin kağız parçasını götürüb cibinə qoymuş,bir qədər sonra kağız parçasını cibindən çıxarıb nəzər salmış, həmin kağız parçasında “Səninlə tanış olmaq olar sizə qarşı hislərim var.? cavab yazsanız sevinərəm” ,həmin kağız parçasının arxa tərəfində isə böyük hərflərlə “Oxu Tamamı” sözü yazılmasını görmüşdür. Nurayın onunla tanış olmaq istəməsini bilib əlindəki xurma meyvələrinin qeydiyyatının alınması üçün olan dəftərindən kiçik kağız parçası çırıb “***-***-**-**” saylı öz mobil nömrəsini yazıb Nurayın gözünün qarşısında daş parçasının üzərinə qoymuşdur. Nuray da, dərhal yaxınlaşıb daş parçasının üzərindən mobil nömrəsinin yazıldığı kağız parçasını götürmüşdür. Daha sonra Nuray “Whatsapp” sosial şəbəkəsində ona bir neçə dəfə yazaraq ondan xoşu gəldiyini bildirmişdir. Öz yaşının 20 olmasını Nuraya demiş, Nuray isə ona 15 yaşı tamam olduğunu və 16 yaşın içərisində olduğunu bildirmişdir. Nurayın yaşının az olmasını deyərək aralarındakı münasibətin düz gəlməyəcəyini Nuraya bildirmişdir. Orada işlərini tam bitirib yaşadığı evə getdikdən sonra mobil telefonunun internet şəbəkəsini açdıqda, Nurayın “Whatsappda” ona bir neçə mesajlar yazmasını, “bir müddət danışıb bir-birimizi tanımağımızı, əgər münasibətimiz alınmazsa ayrılacağımızı” cümləsini yazmasını görmüşdür. Nurayla danışıb bir-birlərini tanımağa razı olub onunla yazışmağa başlamışdır. Həmin vaxtlar Nurayın Redmi markalı smartfon mobil telefonu olmuşdur. Nurayla bir neçə ay telefonda danışıb yazışmış, hətta Nuray Göyçay şəhərinə hazırlıq müəllimi yanına gəlib gedərkən Nurayın kənd avtobusundan Göyçay şəhərində düşdükdən sonra onunla birlikdə piyada hazırlıq müəlliminin evinə kimi gedib söhbət etmişlər. 2022-ci ilin yay aylarında Nuray ona zəng edib telefonda ağlayaraq valideynlərinin onunla yazışdığı mesajları mobil telefonunda görüb döyməsini, ancaq ondan ayrılmaq istəmədiyini bildirmişdir. Həmin vaxt bacısı Əzizənin vasitəsilə Nurayın ailəsinə xəbər göndərərək aralarında olan münasibətin ciddi olmasını bildirmişdir. Həmin gündən bir neçə gün sonra Nuray onunla telefonda danışan zaman fəhlə işlədiyi üçün valideynlərinin ona verəsi qızları olmadığını demişdir. Nurayın bu sözlərindən əsəbiləşərək mobil telefonunu yerə çırparaq sındırmışdır. Özünə yeni telefon alanadək bir neçə gün telefon işlətməmişdir. Bir neçə gün sonra özünə telefon alan zaman Nurayın ona zəng etdiyini görüb onun telefon nömrəsini bloka atmışdır. Ancaq bir neçə gün sonra Nuray babasının telefonu ilə ona zəng edərək ondan ötrü hər gün ağladığını və nömrəsini blokdan çıxarmağını xahiş etmişdir. Nurayın nömrəsini blokdan çıxardıqdan sonra Nuray yenidən anası Pərvanəyə məxsus 051- ***-**-** saylı mobil nömrə ilə ona zəng etməyə başlamışdır. Bundan sonra o yenidən Nurayla danışıb yazımağa başlamışlar. 2022-ci il 8 noyabr tarixində onun ad günü olduğu üçün Nuray ona ətir hədiyyəsi almış, bundan sonra onlar yenə də əvvəlki kimi çox danışmağa başlamışlar. Həmin günü Nuray ona hədiyyə aldığı ətiri verdikdən sonra onlar 5-10 dəqiqə Göyçay şəhəri ərazisində “Təzə məscid” adlanan yerlə üzbəüz olan parkdakı oturacaqların birində əyləşib söhbət etmişlər. Həmin vaxtlar Nuray Göyçay şəhərinə tibb hazırlıq kursuna öyrənmək üçün gəldiyindən onlar rahat görüşə bilmişlər. Həmin gün ad günü olduğu üçün o Nuraydan ayrılıb öz evlərinə getmişdir. Həmin gündən bir neçə gün sonra 2022-ci ilin noyabr ayının dəqiq yadında qalmayan günü günorta saatlarında Nuray ona zəng edərək hazırlıq vaxtı qurtardığı üçün kursdan çıxdığını və oraya gedib onu götürməsini bildirmişdir. Özünə məxsus «Vaz 2106» markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nurayın hazırlığa getdiyi kursun yanına gedib Nurayı avtomobilinə əyləşdirib birlikdə bir qədər Göyçay şəhəri ərazisində avtomobildə gəzmişlər. Nuray arxa oturacaqda əyləşmişdir. Onlar bir qədər Göyçay şəhəri ərazisində gəzdikdən sonra avtomobili Göyçay şəhəri ərazisində yol kənarında dəqiq yadında qalmayan yerdə saxlamışdır.Öz oturacağının söykənəcək yerini arxaya doğru edib avtomobildə arxa oturacaqda əyləşən Nuraya bir qədər yaxın olmuş, onlar 1-2 dəqiqə öpüşdükdən sonra Nuray yoldan keçən şəxslərin onları görə biləcəyini deyib daha gizlin yerə getməyi ona təklif etmişdir. Bundan sonra o avtomobili idarə edərək Göyçay şəhəri ərazisində “RTS” adlanan yerə köhnə “Qurd fabriki” adlanan yerin qarşısına getmişlər. Həmin yer ara yol olduğu üçün elədə çox işlək yol olmamışdır. Oraya çatdıqdan sonra avtomobildən düşərək arxa oturacağa Nurayın yanına keçmiş və bir-biri ilə 3-5 dəqiqə sevişmişlər. Həmin vaxt daha çox ehtiraslı olduğu üçün Nurayın əynindəki paltarlarını çıxarıb onunla öz sərtləşmiş cinsiyyət orqanını Nurayın cinsiyyət orqanına daxil edərək 2-3 dəqiqə cinsi əlaqədə olub öz maye halında olan spermasını Nurayın qarın nahiyyəsinə boşaltmışdır. Bundan sonra onlar paltarlarını geyinmiş və o yenidən sükan arxasına keçib Nurayı Göyçay şəhəri ərazisində “Xəritənin arxası” deyilən yerdə düşürmüşdür. Həmin vaxtdan bir neçə gün sonra 2022-ci ilin noyabr ayının dəqiq yadında qalmayan günü Nurayla telefonda danışaraq hazırlıq üçün Göyçay şəhərinə gəldikdən sonra onu “AccessBank”-ın yanından avtomobilinə götürmüşdür. Onlar yenə də, ilk görüşdükləri həmin yerə, yəni “RTS” adlanan ara yola getmişlər. Orada yenə o avtomobildən yerə düşüb arxa oturacaqda əyləşən Nurayın yanına keçmiş, yenə də bir qədər sevişdikdən sonra hər ikisi üzərindəki paltarları çıxarmışlar. Həmin vaxt Nuray onun altında olmuş, onun əynində qalan alt paltarını tam çıxarıb öz sərləşmiş cinsiyyət orqanını Nurayın cinsiyyət orqanına daxil etmişdir. Onlar yenə də 2-3 dəqiqə cinsi əlaqədə olduqdan sonra o öz cinsiyyət orqanını Nurayın cinsiyyət orqanından çıxarıb cinsiyyət orqanından axan spermasım onun bədən nahiyyəsinə, yəni ayağının üzərinə boşaltmışdır. Bundan sonra onlar paltarlarını geyinmiş və o Nurayı Göyçay şəhəri ərazisində düşürmüşdür. Bundan sonra 2022-ci ilin dekabr ayı ərzində yadında qalmayan tarixdə 1 dəfə Nurayla onun yaşadığı Ulaşlı-Şıxlı kəndi ərazisində “çayın başı” adlanan yerdə onun avtomobilinin arxa oturacağında cinsi əlaqədə olmuşlar. Həmin vaxt dostu Kənan da onunla getmişdir. Ancaq o Nurayla avtomobildə görüşən zaman Kənan da avtomobildən yerə düşüb kənarda dayanmışdır. Bundan sonra 2023-cü ilin 11 yanvar tarixində axşam saatlarında Nurayla əvvəlcədən telefonda danışdıqdan sonra Nurayla görüşmək qərarına gəlmiş, saat 00 radələrində özü tək Nuraygilin kəndinə gedərək evlərinin qarşısından Nurayı avtomobilinə götürmüşdür. Onlar yenə də, Nurayın kəndindəki “çayın başı” adlanan əraziyə getmişlər. Orada avtomobilinin arxa oturacağından Nurayla hər ikisinin razılığı ilə həm təbii, həmdə qeyri təbii yolla cinsi əlaqədə olmuşlar. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə axşam saatlarında Nuray ona zəng edərək onu görmək istədiyini və işi olmasını ona bildirmişdir. Nurayla telefonda danışan zaman dostu İbrahim də onun avtomobilində olmuşdur. Nuraygilin kəndinə tək getməmək üçün İbrahimin də onunla getməsini xahiş etmişdir. Bundan sonra o avtomobili idarə edərək Nuraygilin yaşadığı evin qarşısında saxlamış, Nuray arxa qapını açıb avtomobilə əyləşmiş, avtomobilə əyləşdikdən sonra kənardan kiminsə gördüyünü ona demişdir. Nuraya əsəbiləşərək “əgər səni kimsə gördüsə, nə üçün avtomobilə mindin” ifadəsini işlətmişdir. Bundan sonra o avtomobili Nuraygilin kəndindəki “çayın başı” adlanan yerə tərəf sürmüşdür. Orada dostu İbrahim maşından düşüb kənara getmiş, Nuraydan ona nə deyəcəyini soruşmuş, bu zaman İbrahim dərhal geri qayıdaraq kənardan onlara tərəf fanar işığı ilə kiminsə gəldiyini demişdir. Bu zaman avtomobili geriyə döndərib qayıdan zaman qarşılarını 3-4 nəfər şəxslərin kəsib avtomobili saxlamasını ona işarə etmişlər. Ancaq o qorxduğundan avtomobili saxlamadan idarə edərək həmin şəxslərin yanından sürüb getmişdir. Həmin şəxslər avtomobilin alın şüşəsinə daş və ağacla vurub sındırmışlar. Avtomobili sürətlə idarə edərək Nurayı qapılarında düşürüb getmişdir. Həmin vaxtdan sonra da Nuray və valideynləri onun barəsində polisə şikayət etməklərini öyrənmiş və rayon polis şöbəsinə dəvət olunmuşdur. Zərərçəkmiş şəxs qarşı onunla cinsi əlaqədə olması üçün heç-bir zor tətbiq etməmiş, ona qarşı zorakılıq yolu ilə heç bir seksual xarakterli və ya əxlaqsız hərəkətlər etməmişdir. Hər dəfə Nurayla görüşən zaman sonuncu öz istəyi ilə onunla cinsi əlaqədə olmuşdur. Nurayı əvvəlcədən sevmiş və onunla gələcəkdə ailə qurmağı da düşünmüşdür. Zərərçəkmiş şəxs ilə 4 dəfə təbii yolla, 1 dəfə isə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Nurayla istər təbii yolla, istərsə də, qeyri təbii yolla cinsi əlaqədə olan zaman Nurayın könüllü razılığı ilə olmuş, xx.xx.2023-cü il tarixdə Nurayla qeyri-təbii yolla cinsi əlaqədə olan zaman Nuraya qarşı heç bir fiziki güc, zorakılıq hərəkəti göstərməmiş, hər dəfə öz qarşılıqlı istəyi ilə görüşüb cinsi əlaqədə olmuşlar.Zərərçəkmiş şəxsin güya onu fotoşəkillərlə hədələməsi,qorxudaraq zor tətbiq etməklə onunla cinsi əlaqədə olması uydurmadır,həqiqəti əks etdirmir,zərərçəkmiş şəxsi sevmiş,onunla ailə qurmaq istəmiş,hazırda isə zərərçəkmiş şəxslə və ailəsi ilə barışmağa cəhd etmiş,lakin onun barışıq təklifini qəbul etməmişlər. Əməlindən peşmandır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində ifadə vermiş X5 bildirdi ki, 16 yaşı xx.xx.2023-cü il tarixdə tamam olacaqdır. Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayından etibarən tanıyır. Belə ki, 2021-ci ilin noyabr ayında atası Sarvanın həyətlərində olan satdığı xurma meyvəsini alan şəxs meyvəni yeşiklərə yığdırmaq üçün onların həyətinə özü ilə bir neçə fəhlə gətirmişdir. Həmin fəhlələrdən biri olan Təqsirləndirilən şəxs onların həyətində xurma meyvəsi yığan zaman onu söhbətə tutaraq ondan xoşu gəldiyini demişdir. Ramiz xurma meyvəsini yığıb onların həyətindən gedən zaman “***-***-**-**” saylı öz mobil telefon nömrəsini ona verib əlaqə saxlamasını ona bildirmişdir. O da özünün xüsusi mobil telefonu olmadığı üçün anası Pərvanayə məxsus ***-***-**-** saylı mobil nömrəsi ilə ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə mesaj yazmışdır. Onlar ilkin olaraq yazışan zaman bir-birlərindən ad və yaşlarını soruşmuşlar. Ramizə 2007-ci il təvəllüdlü olmaqla, 14 yaşı tamam olmasını, Ramiz isə ona 21 yaşı olduğunu demişdir. Həmin vaxtdan sonra bir neçə dəfə anasının telefonu ilə gizlincə Ramizlə “Whatsapp”-da yazışıb, ara-sıra da telefonda danışmışlar. Bir neçə ay Ramizlə danışdıqdan sonra artıq aralarında sevgili kimi yaxın münasibət yaranmışdır. Hətta o 9-cu sinifin buraxılış imtahanına hazırlaşmaq üçün Göyçay şəhərinə müəllim yanına gedib-gələrkən Ramiz onun yanında piyada onunla birlikdə gedib-gələrək söhbət etmişlər. Ramiz hər dəfə ona aralarındakı münasibətin tam ciddi olmaqla yanaşı, gələcəkdə ailə qurmağı düşünməsini demişdir. Ramizə tam olaraq inanmışdır. Təxminən 2022-ci ilin noyabr ayında Ramiz özünə «Vaz 2106» markalı avtomobil almış, həmin vaxtlar da o ilkin tibbi yardım üçün tibb bacısı peşəsini öyrənmək məqsədilə Göyçay şəhərinə Sevil həkimin keçdiyi kursa gəlmişdir. xx.xx.2022-ci il tarixdə Ramizin ad günü olduğu üçün ətir hədiyyəsi almışdır.Bir neçə gün sonra Göyçay şəhərinə kursa gedən zaman onu qarşılayaraq təzə aldığı maşına oturtmuş və maşını şəhər içində müxtəlif istiqamətlərə sürdükdən sonra kənar bir yerə, əhalinin az istifadə etdiyi küçələrin birində saxlamışdır. Ramiz arxa oturacağa onun yanına keçmiş və onu əvvəlcədən ikisi öpüşən zaman çəkdiyi öz mobil telefonunda olan şəkili göstərərək atasına, yaxınlarına göndərəcəyini bildirərək sillə vuraraq onunla cinsi əlaqədə olmasa şəkilləri atasına göndərəcəyi ilə hədələmişdir.Qorxduğundan onunla cinsi əlaqədə olmuşdur.4 dəfə müxtəlif vaxtlarda eyni formada onu qorxudaraq onunla təbii yolla cinsi əlaqədə olmuşdur.İbtidai istintaq zamanı könüllü olaraq,öz razılığı ilə təqsirləndirilən şəxslə 4 dəfə müxtəlif vaxtlarda təbii yolla və 1 dəfə qeyri-təbii yolla cinsi əlaqədə olması barədə vermiş olduğu izahatı və ifadəni oxumadan imzalamışdır Məhkəmə baxışında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində izahat vermiş Qanuni nümayəndə bildirdi ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır.X13 rayon Kürd kənd sakini Təqsirləndirilən şəxsla əlaqələrinin olmasını 2022-ci ilin yay aylarında öyrənmişdir. Belə ki, qızı Nuray hazırlığa gedən zaman ona məxsus Nokia markalı sadə mobil telefonunu işlətmişdir. O, həmin telefona nəzər salan zaman qızının sonradan adını bildiyi həmin Ramiz adlı oğlanla mesajlaşmasını görmüşdür. Həmin vaxt o, bu barədə həyat yoldaşı Sarvana da məlumat vermişdir. Həyat yoldaşı Sarvan da Nurayı yanına çağırıb sonuncunu başa salaraq yaşının az olmasını, gələcəkdə təhsil alıb sonra ailə qurmasını tövsiyyə etmişdir. Həmin vaxt qızları Nuray da bir daha həmin Ramiz adlı oğlanla telefonda yazışıb, danışmayacağını onlara söz vermişdir. Nurayın bu sözünə görə sonuncuya inanmışlar. Nurayla Ramizin arasında cinsi əlaqə olması barədə əvvəlcədən heç bir məlumatı olmamışdır.Sonradan bu barədə məlumatı olduğundan qərara gəlmişlər ki,polisə şikayət etsinlər. İstintaqı aparan müstəntiq onlara bildirmişdir ki,təqsirləndirilən şəxsi 15 il cəza gözləyir.Lakin sonradan onlara məlum olmuşdur ki,təqsirləndirilən şəxsə yüngül maddə ilə ittiham vermişlər.İbtidai istintaq zamanı zərərçəkmiş şəxs X2 öz razılığı ilə 4 dəfə müxtəlif vaxtlarda təbii yolla və 1 dəfə qeyri-təbii yolla təqsirləndirilən şəxslə cinsi əlaqədə olması barədə verilmiş izahatını və ifadəsini oxumadan imzalamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəmə çıxışında Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsinə tövsüf olunması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışında Şahid1 ifadə verərək bildirdi ki,14 yanvar 2023-cü il tarixdə günorta saatlarında qardaşları Rəvan və Şaban onlara gələrək kənd sakinləri arasında qızı Nuray barədə söz-söhbətin dolaşdığını bildirmişlər.Qardaşı Rəvanın deməsindən sonra ona məlum olmuşdur ki,qızı Nuray Göyçay rayon sakini Ramiz adlı şəxslə cinsi əlaqədə olmuşdur.xx.xx.2023-cü il tarixdə qızı Nuray Ulaşlı-Şıxlı kəndində «çayın başı» adlanan yerdə Təqsirləndirilən şəxs avtomobilində görüşən zamanı kənd sakinləri onları görüb avtomobilin qarşısını kəsmək istəmiş,bu zaman Ramiz də avtomobilini sürüb oradan qaçmışdır.Sonradan qızı Nuray Ramizlə bir neçə dəfə avtomobildə cinsi əlaqədə olmasını bildirmişdir.Ramizin yaxınları ailə qurmaq istədiklərini bildirsələr də ,onun narkomana veriləsi qızı yoxdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş X6 göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşı Sarvanın qızıdır. xx.xx.2022-ci il tarixdə qardaşı Şaban onlara gələrək digər qardaşı Sarvanın qızı Nurayın kənd ərazisində “çayın başı” adlanan yerdə «Vaz 2106» markalı avtomobildə oğlanla görüşməsi barədə kəndlərində söz-söhbətlər gəzməsini bildirmişdir. Bundan sonra Nurayın Göyçay şəhəri ərazisində hazırlıq kursunda olmasını öyrənib həyat yoldaşı Nuranə ilə birlikdə oraya getmişdir. Oraya getdikdən sonra Nurayı dərsdən icazə alıb çölə çıxarıb kəndlərində danışılanların həqiqət olub-olmamasını soruşmuşlar , atasının heçnə etməyəcəyinə söz verib hər şeyi olduğu kimi danışmasını bildirmişdir. Daha sonra da, Nurayı götürüb öz evlərinə aparmışdır. Orada Nuray danışılanların doğru olduğunu, Ramiz adlı oğlanla görüşdüyünü və Ramizlə cinsi əlaqədə olmasını onlara bildirmişdir. Mobil telefonunu Nuraydan alıb Ramizə zəng etmişdir. Ramizə zəng edib Nurayın əmisi olduğunu demiş, görüşmək istədiyini dedikdə, Ramiz də Bakı şəhərində olduğunu və onu təhqir edərək Nurayla cinsi əlaqədə olmasına haqq qazandırdığını bildirib telefonu üzünə söndürmüşdür. Həmin vaxt yanında olan Nuray da Ramizin onunla bu cür danışmasını eşidib ağlayaraq Ramizin başqa telefon nömrəsini ona demişdir. Ramizin ikinci nömrəsinə yığıb sonuncuya polisə şikayət edəcəyini bildirmişdir. Həmin vaxt Ramiz artıq onunla mülayim danışaraq Bakı şəhərində olmasını, təxminən 2 saat sonra Göyçay rayonuna gəlib onunla danışacağını bildirmişdir. Təxminən 2 saat sonra o, Ramizə zəng etdikdə Ağsu rayonunda olmasını, bir qədər sonra təkrar yığdıqda onu Göyçay şəhəri “Məmmədrəşid” adlanan ərazidə fəaliyyət göstərən “Öməroğlu” inşaat materialları satılan yerdə gözlədiyini bildirmişdir. Ora getdikdə özünü Ramizin dayısı kimi adlandıran Orxan adlı şəxs qarşısına çıxıb onunla söhbət edəcəyini demişdir. Həmin vaxt o, həmin şəxsə Ramizin özünün yanlarına gəlib bu məsələyə aydınlıq gətirməsini tələb etmişdir. Bir qədər orada gözləmiş ancaq Ramiz yanlarına gəlməmişdir. Daha sonra o, evlərinə gedib Nuray, atası və anası ilə məsləhət etmişlər. Ramizin etdiyi bu hərəkətlərə görə Nuray da şikayət etmək qərarına gəlmişdir. Həmin günü artıq gec olduğundan xx.xx.2023-cü il tarixdə polis şöbəsinə gəlib müraciət etmişlər. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 göstərdi ki, o Göyçay rayon Ulaşlı-Şıxlı kəndində kəndin qurtaracağında yaşayır. Həmin küçədə onunla qonşuluqda qardaşı İlkin və xalası oğlu Şahid4 da yaşayırlar. Qardaşı İlkin mal-qara saxlayaraq təssərrüfatla məşğul olurlar. Bir neçə gün ərzində, kəndlərinə «Vaz 2106» markalı naməlum maşın gəlib onların heyvan saxladıqları yerdən keçib getmişdir. Həmin avtomobilin getdiyi yerdə yaşayış olmadığından həmin avtomobilin oğurluq niyyəti ilə onlar tərəfə gəlməsindən şübhələnmişlər. xx.xx.2023-cü il tarixdə axşam saatlarında həmin «Vaz 2106» markalı avtomobilin onların evinin qarşısından keçib kəndin yaşayış olmayan hissəsinə, yəni “çayın başı” adlanan yerə tərəf getməsini görmüşdür. Hava qaranlıq olduğundan və tək olduğundan onunla üzbəüz qonşuluqda yaşayan xalası oğlu Xalidə zəng edərək küçəyə çıxmasını xahiş etmişdir. Az sonra Xalid küçəyə çıxıb yanına gəlmişdir. Bir qədər sonra həmin avtomobilin geriyə qayıtmasını gördükdə avtomobili idarə edən şəxsin kimliyini və həmin əraziyə nə məqsədlə gəlməsini öyrənmək üçün o, bir az qarşıya durub avtomobilə əl işarəsi edərək saxlamasını bildirmişdir. Ancaq həmin vaxt avtomobili idarə edən şəxs avtomobili saxlamadan daha da yüksək sürətlə hərəkət etdiyi üçün oda, əlindəki ağac parçası ilə avtomobilin ön şüşəsinə bir dəfə vurmuşdur. Ancaq həmin şəxs avtomobili saxlamadan oradan qaçmışdır. Həmin avtomobilin arxasınca nəzər saldıqda avtomobilin onlardan təxminən 100 metr qarşıda qonşusu Sarvangilin qapısında dayanıb işıqlarını söndürüb, daha sonra sürüb getmişdir. Həmin vaxt da avtomobildən sanki kimsə düşüb Sarvangilin həyətinə daxil olmuşdur. Özü Sarvanla küsülü olduğu üçün qardaşı İlkinə zəng edib bu barədə maraqlanmasını bildirmişdir. Növbəti gün də, qardaşı İlkin ona, zəng edərək bu barədə Sarvanın qardaşı Şabana məlumat verməsini və həmin avtomobilin Sarvanın qızı Nuraya görə kəndə gəlməsini demişdir. Bir neçə gün sonra da kənd sakinlərindən eşitmişdir ki, həmin avtomobili idarə edən Ramiz adlı şəxs Sarvanın azyaşlı qızı Nurayla cinsi əlaqədə olduğu üçün polisə şikayət etmişlər. Məhkəmə baxışında Şahid4 şahid qismində ifadə vermiş Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid5 göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Ramizlə təxminən 2 ildir ki, bir-birlərini tanıylar. Ramizlə ilk dəfə 2021ci ilin noyabr ayında həmkəndlisi Zərərçəkmiş şəxsgilin həyətində xurma meyvəsi yığarkən tanış olmuşlar. Həmin vaxtlar Ramiz ona Nurayla tanış olduğunu və sonuncu ilə yazışdığını demişdir. Həmin vaxtdan bir neçə ay sonra 2022-ci ilin sonlarında dəqiq yadında qalmayan tarixdə axşam saatlarında tanışı Ramiz ona zəng edərək onunla kəndə gəlib sevgilisi Nurayın ona verəcəyi hədiyyəni götürməsini və onunda Nuraygilin qapısına getməyini xahiş etmişdir. Oda, Ramizə heç bir etiraz etməmişdir. Həmin günü Ramiz özünə məxsus «Vaz 2106» markalı avtomobili ilə yaşadıqları evin qarşısına gəlib onu avtomobilə götürmüşdür. Artıq havada qaralmışdır. Ramiz avtomobili idarə edərək Nuraygilin qapısına sürüb avtomobili saxlamışdır. Ramiz dərhal avtomobildən yerə düşüb Nuraygilin yaşadığı evin daravazasının çöl tərəfindəki ağacın yanında sellofana bükülü hədiyyəni götürmüşdür. Belə ki, Nuray əvvəlcədən Ramizə zəng edib sonuncuya verəcəyi hədiyyəni həmin ağacın dibinə qoyduğunu demişdir. Bundan sonra , Göyçay şəhərində işi olduğu üçün Ramiz də onu Göyçay şəhəri ərazisindəki Avtovağzal ərazisində düşürüb getmişdir. Həmin vaxtdan bir neçə vaxt sonra dəqiq tarix yadında qalmayan vaxtı gündüz vaxtlarında o, Göyçay şəhərinə atası üçün dərman almaq məqsədilə aptekə getmək istəmişdir. Həmin vaxt Ramizə zəng edib onu, Göyçay şəhəri ərazisində olan “Mərkəzi aptekə” aparmasını xahiş etmişdir. Az sonra Ramiz kəndlərinə gəlib onu avtomobili ilə aptekə aparmışdır. O, aptekdən dərman aldıqdan sonra onlar ikisi şəhərdə çay evində əyləşib çay içmişlər. Həmin vaxt Nuray Ramizə zəng edərək Göyçay şəhəri ərazisində olduğunu, oxuduğu hazırlıq kursundan götürməsini demişdir. Bundan sonra o, və Ramiz Nurayın oxuduğu hazırlıq kursunun qarşısına getmişlər. X14 avtomobilinin arxa oturacağında əyləşmişdir. Daha sonra Ramiz ilk öncə onu yaşadıqları Ulaşlı-Şıxlı kəndində gətirib düşürmüşdür. O, avtomobildən düşdükdən sonra Ramizlə Nurayın haraya getməsini bilməmişdir. Həmin vaxtdan bir müddət sonra 2022-ci ilin sonlarında dəqiq tarix yadında qalmayan günü axşam saatlarında tanışı Ramiz ona zəng edərək Nurayla görüşmək istədiyini və onunda də getməyini xahiş etmişdir. Ramizə etiraz etməmişdir. Həmin günü Ramiz özünə məxsus avtomobili ilə yaşadığı evin qarşısına gəlmişdir. Ramiz gəldikdən sonra o, avtomobilə qarşı oturacağa əyləşmişdir. Daha sonra Ramiz avtomobili idarə edərək Nuraygilin qapısına getmişlər. Orada Nuray qapılarından çıxıb Ramizin avtomobilinin arxa oturacağına əyləşmişdir. Daha sonra Ramiz avtomobili kəndlərinin “çayın başı” adlanan yerə sürmüşdür. Orada Ramiz avtomobili saxladıqdan sonra Nuray ona, avtomobildən yerə düşməyini və Ramizlə təklikdə işi olacağını bildirmişdir. Buna görə də, o, avtomobildən düşüb kənarda siqaret çəkməyə başlamışdır. Həmin vaxt Ramiz də sükan arxasından düşüb arxa oturacaqda əyləşən Nurayın yanına keçmişdir. Təxminən 5- 10 dəqiqə sonra Ramiz arxa oturacaqdan yerə düşərək onu çağırmışdır. O, avtomobildə qarşı oturacaqda əyləşmişdir. Bundan sonra Ramiz avtomobili işə salıb geri qayıdaraq ilk öncə Nurayı, daha sonra isə onu qapılarında düşürüb getmişdir. X10 avtomobilin arxa oturacağında cinsi əlaqədə olmaqları barədə əvvəlcədən və ya sonradan bu barədə heç bir məlumatı olmamışdır. O, bu barədə polis şöbəsinə çağırıldıqdan sonra xəbəri olmuşdur ki, Ramizlə Nuray görüşən zaman cinsi əlaqədə olmuşlar. Məhkəmə baxışında Şahid6 ifadə verərək göstərdi ki,Ramizlə təxminən 1 ildir ki,tanışdır.Ramizin Göyçay rayonu Ulaşlı-Şıxlı kəndində yaşayan Nuray adlı qızla sevgi münasibətlərinin olmasından məlumatı olmuşdur.xx.xx.2023-cü il tarixdə axşam saatlarında Ramiz ona zəng edərək Nuraygilin kəndinə gedib sevgilisi Nuraya hədiyyə verəcəyini və yad kəndə getdiyi üçün tək olmamaq məqsədilə onun da getməyini xahiş etmişdir.Ona etiraz etməmiş,Ramizlə birlikdə ona məxsus «Vaz 2106» markalı avtomobili ilə Nurayın yaşadığı Ulaşlı-Şıxlı kəndinə getmişlər.Ramiz avtomobili Nuraygilin qapısında saxladıqdan sonra Nuray küçəyə çıxıb avtomobilin arxa qapısını açıb arxa oturacağa əyləşmişdir.Ramiz avtomobili sürüb kəndin qurtaracağına çay tərəfə getdi.Orada Ramiz avtomobili saxlamış,onların rahat söhbət etmələri üçün avtomobildən düşüb aralaşmışdır.Lakin qaranlıq olduğu üçün onlara tərəf fanar işığının gəlməsini görüb dərhal geri qayıdaraq kiminsə gəldiyini demişdir.Ramiz dərhal avtomobili idarə edərək bir qədər qarşıya getmiş,ancaq qarşıda yol bağlandığı üçün avtomobili geri döndərib hərəkət etmişdir.Onlar geriyə qayıdan zamanı 2-3 nəfər şəxsin avtomobilin qarşısını kəsmək istədiklərini görmüşlər.Ramiz avtomobili saxlamadan idarə etmiş,həmin şəxslər əllərində olan ağacla Ramizin avtomobilinin qarşı ön şüşəsinə vurub sındırmışlar.Ramiz avtomobili sürətlə hərəkət etdirərək Nuraygilin qapısında saxlamışdır.Nuray avtomobildən düşüb həyətlərinə girdikdən sonra onlar oradan uzaqlaşmışlar.Nurayla Ramizin avtomobilin arxa oturacağında cinsi əlaqədə olmaları barədə məlumatı olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş X2 Göyçay Rayon Polis Şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli ərizəsinin məzmunundan görünür ki,Göyçay rayonu Kürd kənd sakini Təqsirləndirilən şəxs onunla ailə quracağını deyib onu inandıraraq bir neçə dəfə onunla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur.Xahiş edir həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün göstəriş verilsin. Cinayət işi materiallarına əlavə edilmiş X2 anası X1 Göyçay Rayon Polis Şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli ərizəsinin məzmunundan görünür ki,Göyçay rayonu Kürd kənd sakini Ramiz adlı şəxs xx.xx.2007-ci il (ərizədə xx.xx.2017-ci il göstərilmiş) təvəllüdlü azyaşlı qızı X4 gələcəkdə ailə qurmağına inandıraraq bir neçə dəfə təbii və qeyri-təbii yollacinsi əlaqədə olmuşdur.Xahiş edir həmin şəxsin barəsində qanunamüvafiq tədbir görülsün. Cinayət işi materiallarına əlavə edilmiş X2 anası Pərvanə Daşdiyevanın iştirakı ilə vermiş olduğu xx.xx.2023-cü il tarixli izahatından görünür ki,o,Təqsirləndirilən şəxs ilə 2021-ci ilin noyabr ayından tanış olmasını,onunla həyətlərindən xurma meyvəsini yığan vaxtı tanış olmalarını,anasına məxsus telefon vasitəsilə onunla «vatsap» vasitəsilə yazışmasını,bir neçə dəfə anasından gizlincə telefonu götürüb Ramizlə yazışmasını,Ramizin hər dəfə fikrinin ciddi olmasını,onunla ailə quracağını düşünməsini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Ramizin ad günü olduğu üçün ona hədiyyə olaraq ətir almasını,2022-ci ilin noyabr ayının dəqiq yadında qalmadığı günü hədiyyəni Ramizə vermək üçün onunla Göyçay şəhəri H.Əliyeva prospektində görüşməsini,Ramizin idarə etdiyi «Vaz 2106» markalı avtomobili ilə Göyçay şəhəri «RTS» adlanan ərazidə yerləşən köhnə «Qurd fabriki» adlanan yerdə avtomobilin arxa oturacağında ona çox bağlandığı üçün və Ramizin onunla gələcəkdə ailə qurmasını düşünüb ondan ayrılmaması üçün onunla cinsi əlaqədə olmasına razı olduğunu,onunla cinsi əlaqədə olaraq qızlıq bəkarətinin pozulduğunu göstərmişdir.Həmin vaxtdan təxminən 1 həftə sonra 2022-ci ilin noyabr ayının dəqiq yadında qalmayan günü Ramizlə görüşüb yenə də ilk dəfə görüşdükləri yerdə «Vaz 2106» markalı avtomobilin arxa oturacağında 5-10 dəqiqə sevişdikdən sonra cinsi əlaqədə olmasını,daha sonra 2022-ci ilin dekabr ayında dəqiq yadında qalmayan günü axşam saatlarında Ramizin yaşadığı Ulaşlı-Şıxlı kəndinə onun yaşadığı vein qarşısına gəldikdən sonra onun avtomobilinə əyləşib kəndin “Çayın başı» adlanan ərazidə təbii yolla cinsi əlaqədə olmasını,bir neçə gün sonra 2023-cü ilin yanvar ayının dəqiq yadında qalmadığı günü Ramizlə əvvəlcədən telefonla danışdıqdan sonra onun idarə etdiyi «Vaz 2106» markalı avtomobilə yaşadığı evin qarşısında ailə üzvlərinin xəbəri olmadan əyləşməsini,həmin vaxt avtomobilin qabaq oturacağında Ramizin dostu Kənanın əyləşməsini,avtomobillə «Çayın başı» adlanan yerə getmələrini,Kənan avtomobildən düşdükdən sonra Ramizlə avtomobildə təbii yolla cinsi əlaqədə olmasını,bir daha 11 yanvar 2023-cü il tarixdə saat 00 radələrində əvvəlcədən Ramizlə telefonla danışdığı üçün yaşadığı evin qarşısına avtomobillə gəlmiş Ramizin idarə etdiyi «Vaz 2106» markalı avtomobilə əyləşməsini,»Çayın başı» adlanan yerə avtomobillə getmələrini,orada Ramizlə sevişmələrini,həm təbii,həm də qeyri-təbii yolla cinsi əlaqədə olmalarını və xx.xx.2023-cü il tarixdə əvvəlcədən telefonla razılaşdıqları vaxtı saat 00 radələrində Ramizin avtomobili ilə yaşadığı evin qarşısına gəlməsini,onun idarə etdiyi avtomobilə əyləşməsini,həmin vaxt avtomobilin qaban oturacağında dostu İbrahimin əyləşməsini,birlikdə «Çayın başı» adlanan yerə getmələrini,İbrahim avtomobildən düşdükdən sonra Ramizlə öpüşən vaxtı İbrahimin çöldən avtomobilin şüşəsini döyərək kənardan onlara tərəfə fanar işığının gəlməsini bildirdiyinə görə Ramizin dərhal İbrahim avtomobilə əyləşərək oradan uzaqlaşmasını,onlara tərəf gələn 2-3 nəfər kənd sakinlərinin avtomobili daş və ağacla vurmasını,lakin Ramizin avtomobili saxlamadan idarə etməsini,onu qapılarında düşürüb çıxıb getməsini göstərmşdir.xx.xx.2023-cü il tarixdə Ramizlə telefon vasitəsilə əlaqə saxlayaraq onunla məktəbə gedəcəyini soruşduqda,Ramiz işinin olduğunu ,onun avtomobilinə daş atan İlkin adlı şəxsin onu hədələməsini deyib gəlməyəcəyini bildirmişdir.Həmin günü dərsə getdikdən sonra əmisi Rəvan və həyat yoldaşı Nuranə kursa gəlib onun Ramizlə əlaqəsinin olubolmadığını,onunla görüşüb-görüşmədiyini və kənd sakinlərinin onlar haqqında danışdıqlarını bildirmişlər.Bu zaman o,Ramizlə olan münasibətlərini onlara danışdıqdan sonra onlar evə getmiş,evdə bu olanlar barədə ailə üzvlərinə danışdıqdan sonra şikayət etmək qərarına gəlmişlər.İzahatında cinsi əlaqədə olan zamanı ona heç bir fiziki gücün tətbiq edilməməsini göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsin dindirilməsi protokolundan görünür ki,X5 qanuni nümayəndəsi Pərvanə Daşdyevanın iştirakı ilə xx.xx.2023-cü il tarixli izahatına uyğun ifadə vermiş,Ramizlə gələcəkdə ailə quracağına inandığı üçün könüllü razılığı ilə müxtəlif vaxtlarda 4 dəfə təbii və 1 dəfə qeyritəbii yolla cinsi əlaqədə olmasını təsdiq etmişdir. Ramizin ona qarşı heç bir fiziki güc tətbiq etməməsini və ona qarşı zorakılıq hərəkətlərinin etməməsini göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli üzləşmə protokolundan görünür ki,zərərçəkmiş şəxs X5 qanuni nümayəndəsi Pərvanə Daşdiyevanın iştirakı ilə Təqsirləndirilən şəxs ilə üzləşdirmə aparılan vaxtı hər dəfə Ramizlə öz razılığı ilə cinsi əlaqədə olmasını,hər ikisinin razılığı ilə birinci dəfə təbii yolla,sonra isə qeyri-təbii yolla cinsi əlaqədə olmalarını göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki,Təqsirləndirilən şəxs məxsus mobil telefonun «Mesajlar» bölməsinə nəzər saldıqda X9 nızının anası X3 məxsus 051 ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 050 971-95-91 saylı nömrəyə çoxlu sayda sevgi mesajları,onu görüşə çağırması barədə mesajlar yazılması aydın şəkildə görünür.Qeyd olunan mesajlar aydın şəkildə göstərir ki,onların arasında olan münasibət Nuray Daşdiyevanın təşəbbüsü ilə davam etməklə könüllü şəkildə olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs təqdim etdiyi Nuray Daşdiyevanın onunla tanış olmaq üçün verdiyi 1 ədəd kağız parçası üzərində olan yazıdan görünür ki,»Sizinlə tanış olmaq olar sizə qarşı hisslərim var.?Cavab yazsanız sevinərəm.»Kağız parçasının arxa tərəfində isə «Oxu tamam» yazısı qeyd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin xx.xx.2023-cu il tarixli, 26 №-li rəyinin nəticə hissəsindən görünür ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzrərində 11.2022xx.xx.2023-cü il tarixinə uyğun xəsarətin hər hansı obyektiv əlamət izləri aşkar edilmədi. 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq pərdəsinin əsasına çatan, saat sferblatı ilə “6” rəqəminə uyğun nahiyyədə tam cırılma gərginləşmiş kişi cinsiyyət orqanının xarici cinsiyyət üzvünə yeridilməsi nəticəsində əmələ gəlmişdir, yetirilmə müddəti 2(iki) həftədən çoxdur. 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs arxa keçəcək nahiyyəsində saat sferblatının “12” rəqəminə uyğun müvafiq nahiyyədə aşkar edilmiş çat, ereksiya edilmiş kişi xarici cinsiyyət üzvünün arxa keçəcəyə yeridilməsi zamanı əmələ gəlmişdir və törənmə müddəti xx.xx.2023-cü il tarixinə uyğun gəlir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 08 fevral 2023-cü il tarixli, 17/116 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, “VAZ 2106” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzlüyünün səthi üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin l№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş “VAZ 2106” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzlüyünün səthi üzərindən tapılmış göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd cins şalvarın tərkib liflərinə uyğun gəlirlər. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin xx.xx.2023-cu il tarixli, 152 №-li rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində eləcə də, xarici cinsiyyət üzvündə onun cinsi əlaqədə olmağına maneəçilik törədən hər hansı bir zədə (yara, xora) əlamətləri aşkar edilmədi. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyi” X12 xx.xx.2023-cu il tarixli, 158/2023-MTBŞ №-li rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A/İİ/-dir. Ekspertizaya təqdim edilmiş maşın çuxolu üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “A” antigeni alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri ABO sistemi üzrə A beta /İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin” X12 xx.xx.2023-cu il tarixli, 08 №-li rəyindən görünür ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqına məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə(anlaşmaya) asan daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur.

1. Zərərçəkmiş şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir:praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma;

2. Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir.

3. Zərərçəkmiş şəxs özündən uydurmağa meyilli deyildir.

4. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mahiyyətini anlaya bilərdi.

5. Zərərçəkmiş şəxs psixi yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur.

6. Zərərçəkmiş şəxs psixi inkişafını nəzərə alaraq, onun yaranmış şəraitin mahiyyətini tam dərk etmiş və davranışının mümkün nəticələrini görmüşdür.

7. Zərərçəkmiş şəxs ona qarşı edilən hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi-emosional halda olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdə, saat 18.00-də şübhəli şəxs qismində tutulmuş, 25 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında 13 aprel 2023-cü il tarixli qərardan görünür ki,ibtidai istintaqı aparan orqan Təqsirləndirilən şəxs əməlində CM-in 149,150,151 və 153-cü maddələrinin tərkibi olmadığından,ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilməsini rədd etmişdir. Beləliklə cinayət işi materiallarına əlavə edilmiş və iş üzrə tədqiq edilmiş sübutlardan, cinayət işinin başlanması üçün verilmiş şikayət ərizələrindən başlayaraq,sonradan izahat və zərərçəkmiş şəxs qismində verilmiş ifadədən,üzləşdirmə protokolundan,zərərçəkmiş şəxsi və qanuni nümayəndəsini cinayət işinin materialları ilə tanış etmə haqqında protokolundan görünür ki,zərərçəmiş şəxs və qanuni nümayəndəsi bir dəfə də olsun,təqsirləndirilən şəxs tərəfindən ona qarşı zorakılıq hərəkətlərinin etməsini, onunla cinsi əlaqədə olmaqdan ötrü hər cür vasitədən istifadə edərək onun iradəsinə zidd olan hərəkətlər etməsini,hədələməsini göstərməmiş,bu barədə vəsatət verməmişdir.Yalnız məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslə cinsi əlaqədə olmasını iradəsinə zidd olması ilə əlaqələndirmiş,zərərçəkmiş şəxsin nümayəndəsi özlərinin gəldiyi nəticəni əsaslandırılması üçün yeni sübutları təqdim etməmiş və ya yeni sübutlar əsasında əlavə tədqiqat aparılması barədə vəsatət verməmişdir.Ona görə də zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi yeni sübutlar təqdim edilmədiyindən və ya yeni sübutlar əsasında tədqiqat aparılmadığından öz təsdiqini tapmamış, iş üzrə tədqiq edilmiş sübutlarla təkzib edildiyindən nəzərə alınmamışdır. Bununla yanaşı məhkəmə zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəmə çıxışında Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsinə tövsif olunması üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə söylədiyi nitqə münasibət bildirməyi vacib saymışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə görə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə,dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır.Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Cinayət prosessual qanununun həmin müddəası ayrıca götürülməklə deyil,cinayət prosessual qanununun müasir cinayət ədalət mühakiməsində məhkəmənin,müdafiə və ittiham tərəfinin yerinə,cinayət təqibinin növlərinə,o cümlədən ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilən cinayət təqibi növlərinin xüsusiyyətlərinə dair normaları ilə əlaqəli şəkildə təfsir edilməlidir. Göründüyü kimi cinayət prosessual qanunu bu məsələnin həllini məhkəmə istintaqı başa çatanadək ittiham tərəfinin vəsatəti əsasında bu barədə məhkəmə qərarının çıxarılması yolu ilə mümkün saymışdır.Baxmayaraq ki,bu barədə zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən vəsatət qanunla müəyyən edilmiş qaydada verilməmiş,məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə əməli tam sübuta yetirildiyindən ittiham hökmü çıxartmağı mümkün saymış,təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün isə cinayət işinin icraat materialının baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını əsaslar olmadığı üçün qanuni saymamışdır.Məhkəmə işin müəyyən edilmiş faktiki hallarından çıxış edərək həm də məhkəmə baxışının hədlərinə dair CPM-in 318.1-ci maddəsinin müddəalarına əsaslanmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamaqı cinayət işinə,məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.23,84.6-cı maddələrindən görünür ki,məhkəmə icraatı mərhələsində məhz dövlət ittihamçısı ictimai və ictimai-xüsusi ittihamı müdafiə edən şəxs olmaqla,məhkəmədə həmin növlərdə cinayət təqibinin həyata keçirilməsi funksiyasını yerinə yetirir. Zərərçəkmiş şəxs də (eynilə onun nümayəndəsi) ittiham tərəfində təmsil olunsa da,məhkəmədə xüsusi ittiham qaydasında şikayət üzrə icraatdan başqa yalnız ictimaixüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraatda ittihamçı (xüsusi ittihamçı) rolunu oynaya,dövlət ittihamçısının mövqeyindən asılı olmayaraq ictimai- xüsusi ittihamı müdafiə edə,yəni cinayət təqibini həyata keçirə bilər,ictimai ittiham qaydasında cinayət təqibi üzrə məhkəmə icraatında isə bu funksiyanın yerinə yetirilməsi müstəsna olaraq dövlət ittihamçısına aid edilmişdir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 87.6.7-ci maddəsinə görə zərərçəkmiş şəxsin məhkəmə istintaqı başlananadək hər an onun xüsusi ittihamçı qismində tanınmasını tələb etmək hüququ vardır. Cinayət Prosessual Məcəlləsinin 88.1.3-cü maddəsi xüsusi ittiham qaydasında məhkəməyə şikayət vermiş şəxsi xüsusi ittihamçı qismində tanıyır. Cinayət Prosessual Məcəlləsinin 88.1.1 və 88.1.2-ci maddələri isə müvafiq olaraq istər məhkəmədə,istərsə də məhkəməyədək icraatda müstəsna olaraq ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi həyata keçirildikdə zərərçəkmiş şəxsin xüsusi ittihamçı qismində tanınmasını nəzərdə tutur. Xüsusi ittihamçı qismində tanınan zərərçəkmiş şəxsin ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə məhkəmə icraatında dövlət ittihamçısının mövqeyindən asılı olmayaraq ittiham (cinayət təqibi) funksiyasını yerinə yetirməsi barədə qənaət Cinayət Prosessual Məcəlləsinin 41.3-cü maddəsindən irəli gəlir.Həmin maddəyə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə,təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir.Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə,təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Cinayət Prosessual Məcəlləsinin 37.3-cü və 37.6-cı maddələrindən görünür ki,CMin 149.2.3-cü maddəsində göstərilən cinayətə görə cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında deyil,ictimai ittiham qaydasında həyata keçirilir,yəni CM-in 149.2.3-cü maddəsi ilə ittihamın məhkəmədə müdafiə edilməsi (cinayət təqibinin həyata keçirilməsi) zərərçəkmiş şəxsə (xüsusi ittihamçıya) yox,müstəsna olaraq dövlət ittihamçısına aid edilmişdir. Dövlət ittihamçısı məhkəmə çıxışında təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş CMin 152.1-ci maddəsi ilə ittihamı müdafiə edərək,tədqiq edilmiş sübutlarla onun əməlinin tam təsdiq edilməsini nəzərə alaraq ona həmin maddə ilə nəzərdə tutulmuş cəzanın verilməsini təklif etmiş,yəni faktiki olaraq Təqsirləndirilən şəxs CM-in 149.2.3-cü maddəsi ilə ittihamın irəli sürülməsi üçün əsasların və sübutların olmamasına görə başqa ittihamın irəli sürülməsinə tərəfdar çıxmamışdır. Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi ilə ittihamı müdafiə etməklə məhkəmədə cinayət təqibini həyata keçirmək səlahiyyətinə malik olan yeganə proses iştirakçısı –dövlət ittihamçısı həmin ittihamın irəli sürülməsinə razılaşmayıb CM-in 152.1-ci maddəsi ilə ittihamı müdafiə etdiyi və məhkəmə çıxışlarında ona həmin maddə ilə cəza verilməsini təklif etdiyi vəziyyətdə məhkəmənin dövlət ittihamçısının mövqeyinə əhəmiyyət verməyib,zərərçəkmiş şəxsin nümayəndəsinin mülahizəsinə görə CM-in 149.2.3-cü maddəsi ilə daha ağır ittihamın irəli sürülməsi üçün cinayət işini prokurora göndərməsi ,faktiki olaraq məhkəmənin daha ağır ittihamın irəli sürülməsi məsələsində israrlılığının ifadəsi olmaqla onun tərəfindən ittiham funksiyasını üzərinə götürməsi kimi çıxış edə,nəticə etibarı ilə cinayət prosesində məhkəmənin tərəfsiz arbitr rolu ilə bir araya sığmayan vəziyyətin yaranmasına səbəb ola bilər. Odur ki,məhkəmə ictimai ittiham qaydasında cinayət təqibinə aid (CM-in 149.2.3-cü maddəsi ilə) daha ağır ittihamın irəli sürülməsi üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilib-göndərilməməsi məsələsinin həllində təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin olmasını təsdiq edən yeni sübutların təqdim edilməməsi,yeni sübutlar əsasında əlavə tədqiqat aparılmaması ilə yanaşı dövlət ittihamçısının mövqeyini (yeni ittihama tərəfdar olmaması) də əsas tutub zərərçəkmiş şəxsin nümayəndəsinin həmin məsələyə dair çıxışını Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifində səhvə yol verilməsi kimi qiymətləndirməkdən imtina etmişdir. Beləliklə məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq,belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs sevgi münasibətində olduğu aralarında yaş fərqi iki ildən çox olmaqla on altı yaşına çatmayan-xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə 2022-ci ilin noyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Göyçay şəhər ərazisində “RTS” adlanan ərazidə idarə etdiyi Vaz 2106 markalı ** BV *** nömrə nişanlı avtomobilin arxa oturacağında Zərərçəkmiş şəxs razılığı ilə ilk dəfə təbii yolla cinsi əlaqədə olmuş, bundan sonra ikinci dəfə 2022-ci ilin noyabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda həmin ərazidə idarə etdiyi Vaz 2106 markalı ** BV *** nömrə nişanlı avtomobilin arxa oturacağında Zərərçəkmiş şəxs razılığı ilə təbii yolla cinsi əlaqədə olmuş, bundan sonra üçüncü dəfə 2022-ci ilin dekabr ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Göyçay rayonu Ulaşlı-Şıxlı kəndi ərzisində “çayın başı” adlanan yerin yaxınlığında idarə etdiyi Vaz 2106 markalı ** BV *** nömrə nişanlı avtomobilin arxa oturacağında Zərərçəkmiş şəxs razılığı ilə təbii yolla cinsi əlaqədə olmuş, bundan sonra sonuncu dəfə 11 yanvar 2023-cü il tarixdə istintaqa dəqiq məlum olmayan vaxta Göyçay rayonu Ulaşlı-Şıxlı kəndi ərzisində “çayın başı” adlanan yerin yaxınlığında idarə etdiyi Vaz 2106 markalı ** BV *** nömrə nişanlı avtomobilin arxa oturacağında Zərərçəkmiş şəxs razılığı ilə təbii yolla cinsi əlaqədə olmuş, törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin tərkibini təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran,cəzanı yüngülləşdirən,yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır,yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə,habelə cəza çəkən,yaxud cəzasını çəkmiş,lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. 01 fevral 2023-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin yeni mətninə görə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 01 fevral 2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə görə isə on altı yaşına çatmayan şəxslə şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə– üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi əvvəlki 01 fevral 2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 3 aydan başladığı, yuxarı həddinin isə 3 il olduğu halda, Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin yeni mətnində azadlıqdan məhrum etmə cəzasının aşağı həddi 1 ildən başlayır yuxarı həddi isə 3 il müəyyən olunmuş,həmçinin əlavə cəzanın verilməsi də nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki,əvvəlki 01 fevral 2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının aşağı həddinin 3 aydan başlaması ,habelə əlavə cəzanın nəzərdə tutulmaması təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdırdığından, Təqsirləndirilən şəxs əvvəlki CM-in 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını,»Vətən müharibəsi iştirakçısı» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif olunmasını,qəsdin obyektinin şəxsiyyətin cinsi toxunulmazlığı təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf edib peşman olmasını iş üzrə cəzasını yüngülləşdirən hal olduğunu və cinayətin təkrar törədilməsini iş üzrə cəzanı ağırlaşdıran hal olmasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kağız parçası və Təqsirləndirilən şəxs “POCO X3” markalı mobil telefonuna baxış zamanı Zərərçəkmiş şəxs ilə aralarında olan mesajlaşmanı əks etdirən yazışmaların olduğu A4 vərəqələri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarının saxlanma müddətləri ərzində işdə saxlanılmaldır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs götürülmüş 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd boz rəngli jaket qanuni sahibi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs məxsus «Vaz 2106» markalı **-BV-*** nömrəli avtomobilin arxa oturacağının üzərində olan çexol qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Ekspertiza tədqiqatının 71 manat 94 qəpik məbləğində dəyəri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməldir. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 351- 353,384-cü maddələrini rəhbər tutub,

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kağız parçası və Təqsirləndirilən şəxs “POCO X3” markalı mobil telefonuna baxış zamanı Zərərçəkmiş şəxs ilə aralarında olan mesajlaşmanı əks etdirən yazışmaların olduğu A4 vərəqələri cinayət işinin materiallarının saxlanma müddətləri ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs götürülmüş və Göyçay rayon Polis Şöbəsində saxlanılan 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd boz rəngli jaket qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus «Vaz 2106» markalı **-BV-*** nömrəli avtomobilin arxa oturacağının üzərində olan çexol qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Ekspertiza tədqiqatının 71 manat 94 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar