Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-5/2021 17.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Göyçay rayonu 2-ci Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, evli, himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağı olan, Göyçay rayonu İİ Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri həbsdə saxlama müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə, xx.xx.1990-ci il tarixdə Göyçay rayonu 2-ci Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, subay, Göyçay rayonu İİ Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri həbsdə saxlama müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə, xx.xx.1991-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, evli, himayəsində üç azyaşlı uşağı olan, Göyçay şəhəri Nizami küçəsi ev 170-də qeydiyyatda olan və Göyçay şəhəri H.Əliyev prospekti ev 185 mənzil 27-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə istintaqa məlum olmayan müddətdə, mənbədən və çəkidə narkotik vasitə olan kustar üsulla hazırlanmış heroin əldə etdikdən sonra həmin narkotik vasitənin istintaqa məlum olmayan hissəsini xx.xx.2020-ci il tarixdə saat 13 radələrində Göyçay rayonu İİ Ərəbcəbrli kəndi ərazisində həmkəndlisi Təqsirləndirilən şəxs2 250 manata satmaqda, Təqsirləndirilən şəxs2 isə öz növbəsində tamah niyyəti ilə həmin narkotik vasitənin 0,318 qram hissəsini xx.xx.2020-ci il tarixdə saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs3 40 manat dəyərində “Samsung” markalı mobil telefon əvəzində qanunsuz olaraq satdıqdan sonra xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 Göyçay şəhəri A.Faruq küçəsində saxlanılıb rayon polis şöbəsinə gətirilərək üzərinə baxış keçirilərkən üzərindəki qara rəngli gödəkçənin sol içəri cibindən 1 ədəd 1 ml-lik şprisdə 0,80 ml qram heroin məhlulunda təmiz çəkisi 0,318 qram həmin narkotik vasitə olan kustar üsulla hazırlanmış heroin və xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı Göyçay rayonu İİ Ərəbcəbirli kəndində yerləşən evinə baxış keçirilərkən evin zalındakı şkafda olan göy-qızılı rəngli güldandan bir ədəd sellofan bükümdə qablaşdırılmış 1,509 qram çəkidə kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilir. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində, Göyçay rayonu İİ Ərəbcəbirli kəndində yaşayan tanışı Təqsirləndirilən şəxs1 ona satdığı istintaqa məlum olmayan çəkidə kustar üsula hazırlanmış narkotik vasitə olan heroini əldə etdikdən sonra xx.xx.2020-ci il tarixdə saat 16 radələrində, Göyçay şəhəri H.Əliyev prospektində tanışı Təqsirləndirilən şəxs3 40 manat dəyərində “Samsung” markalı mobil telefon əvəzinə 0,318 qram çəkidə satmış, xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 Göyçay şəhəri A.Faruq küçəsində saxlanılıb rayon polis şöbəsinə gətirilərək üzərinə axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol içəri cibindən 1 ədəd 1 ml-lik şprisdə 0,80 ml qram heroin məhlulunda təmiz çəkisi 0,318 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Göyçay şəhəri H.Əliyev prospektində Təqsirləndirilən şəxs2 40 manat dəyərində “Samsug” markalı mobil telefonunu verərək Ruslandan qanunsuz olaraq şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,318 qram çəkidə narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhəri A.Faruq küçəsində saxlanılıb rayon polis şöbəsinə gətirilərək üzərinə baxış keçirilərkən onun üzərindəki qara rəngli gödəkçənin sol içəri cibindən 1 ədəd 1 ml-lik şprisdə 0,80 ml qram heroin məhlulunda təmiz çəkisi 0,318 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış, yaşadığı evdən bir ədəd bükümdə heroin aşkar edilərək götürülmüşdür. Lakin Təqsirləndirilən şəxs2 heroin satmamışdır. Buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə ibtidai istintaq zamanı özünü təqsirli bilməmiş və hazırda da özünü təqsirli bilmir. Belə ki, heç zaman narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitələrdən istifadə etməmişdir. Həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə aralarında yaxşı münasibət olmuş, Ruslan ondan yaşca kiçik olduğundan ona “əmi” deyə müraciət etmişdir. Ruslan adətən qonşuların həyətlərində fəhlə işləyib ailəsini dolandır. Ruslanda bir qədər əqli gerililirik, kəm ağıllıq var. Tez təsir altına düşəndir. Eşitdiyinə görə Ruslan arabir narkotik vasitələrdən istifadə edir. Buna görə də Ruslanı daima yanında saxlamış müxtəlif ev işlərinin görülməsini tapşırmış, buna görə ona əmək haqqı vermiş, bu yolla onu narkotik vasitədən istifadə etməkdən çəkindirməyə çalışmışdır. Həyətində və bağ sahəsində iş olduğu zaman Ruslana müəyyən işlər gördürüb əvəzində gündəlik pul vermişdir. xx xxxxxx 2020-ci il tarixdə Ruslan onların həyətində fəhlə işlədiyi vaxt Ruslanın mobil telefonuna zəng gəlmiş, Ruslan telefon zəngindən sonra ona “əmi rəhmətə gedən var, qəbir qazmaq lazımdır. Ordan mənə 20 manat da pul verəcəklər, icazə ver gedim” demişdir. Belə ki, Ruslan kəndə vəfat edən olanda qəbirləri qazmağa da kömək edərək pul qazanmışdır. Həmin gün həyətində işlədiyi üçün Təqsirləndirilən şəxs2 20 manat da pul vermişdir. Onun yaşadığı evin yaxınlığında kənd qəbirstanlığının yanında yeşik sexi yerləşir ki, həmin sexdə meyvə və tərəvəz qablaşdırmaq üçün taxtadan taralar hazırlanır. Lakin xeyli müddətdir ki, həmin sex işləmir. Həmçinin Təqsirləndirilən şəxs2 yaşadıqları kənddə ona məxsus taxta taraların hazırlanması ilə məşğul olan hazırda fəaliyyətdə olmayan sexinə də ara-sıra nəzarət edir. Ruslan həyətdən çıxan zaman bir müddətdir ki, yeşik sexinə getmədiyini, sexdə olan avadanlıqların yerində olub olmadığını Ruslandan maraqlanmışdır. Ruslan avadanlıqların yerində olduğunu bildirsə də, Ruslanın cavabı onda şübhə doğurmuşdur. Ruslan getdikdən təxminən 20-25 dəqiqə sonra kənd yoluna çıxmış və yolda qonşulquda yaşayan Rahibin Opel markalı avtomobili ilə Qəbirstanlığın yanında olan sexə çatdıqda Rahib onu düşürüb getmişdir. Sexə girmiş və sexdə olan avadanlıqların yerində olduğunu görmüşdür. Sexdən çıxıb qəbirstanlığa getmək istəyən də isə sexin qapısının yanında yerdə siqaretin sellofan bükümü və içərisində qəhvəyi rəngli maddə oldğunu görmüşdür. Həmin bükümü götürüb baxanda narkotik vasitə olduğunu bilmişdir. Narkotik vasitələrdən isitifadə etməsə də həmin bükümü yerdən götürüb cibinə qoymuş, bundan sonra isə qəbirstanlığa getmişdir. Oraya çatanda Təqsirləndirilən şəxs2 Ravil, Əlizadə, Xətai adlı həmkəndiləri ilə qəbir yeri qazdıqlarını görmüşdür. Ravilgilə yaxınlaşıb salamlaşdıqdan sonra orada olanlara baş sağlığı vermiş və Təqsirləndirilən şəxs2 işini qutaranda sexə gəlməsini demişdir. Bundan sonra yenidən taxta sexinə gedib orada olan avadanlıqların işləyib işləmədiyinə bütün hissələrinin yerində olmasına baxmışdır. Bir qədər sonra, həmin tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs2 də sexə gəlmişdir. Ruslanla söhbət zamanı sexdə olan avandanlıqların yerində olduğunu demiş, sex üçün taxta materialı barədə danışan zaman tapdığı siqaretin sellofan bükümünü cibimdən çıxarıb Ruslana göstərmiş, bunun nə olduğunu və Ruslanın bundan xəbərinin olub-olmamasını soruşmuşdur. Ruslan isə həmin bükümə baxan kimi içərisindəkinin heroin olduğunu bilmiş və onun olmadığını demişdir. Sonra Ruslan həmin bükümdə olan heroindən ona bir qədərini verməyini xahiş etmişdir. Heroindən Ruslanın istifadə etdiyini bildiyi üçün, həmçinin gedib kimnənsə pulla almaması üçün həmin bükümü açıb, bükümdə olan maddədən bir qədərini cibində olan siqaretin sellofan bükümünə töküb Təqsirləndirilən şəxs2 vermişdir. Bunun qarşılığında Ruslandan heç nə almamışdır. Qalan bükümü isə cibinə qoyaraq Ruslandan ayrılmışdır. Bükümdəki narkotik vasitəni də evə gələndə ailə üzvləri görməsin deyə zalda güldana qoymuşdur. Narkotik vasitələrdən istifadə etmədiyi üçün həmin bükümdə olan narkotik vasitə yadından çıxıb güldanda qalmışdır. Həmin ərəfədə Ruslan onun həyətinə gəlib həyətdə olan su bərələrini qazmış və həyəti təmizləmişdir. xx xxxxxx 2020-ci il tarixdə polis şöbəsindən Ruslanın axtarıldığını bildiyi üçün Ruslana zəng etmişdir. Lakin həmin gün, yəni xx.xx.2020-ci il tarixdə Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində evinin yanında olan zaman Göyçay rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu rayon Polis Şöbəsinə dəvət edib gətirmişlər. Polis Şöbəsinin növbətçi hissəsində ona hüquq və vəzifələrim izah olunaraq müdafiəçisi Müdafiəçi1 iştirakı ilə videoçəkiliş aparılmaqla qeydə alınmaqla üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı üzərindən qanunla qadağan edilmiş hər hansı bir vasitə, əşya və predmet aşkar edilməmişdir. Protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polislər yaşadığı ünvana baxış keçirilməli olduğunu bildirmişlər. Buna etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Yaşadığı ünvana getdikdə dəvət olunmuş iki nəfər hal şahidinin iştirakı ilə evinə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evin zalında yerləşən servantın rəfində olan qızılı-göy rəngli güldanın içərisindən şəffaf sellofan bükümdə boz–qəhvəyi rəngli toz halında heroin, mətbəxdə dolabdan isə sellofan bükümdə boz rəngli toz halında ədava aşkar edilərək götürülmüşdür. Zalda güldandan aşkar edilmiş şəffaf sellofan bükümdə boz-qəhvəyi rəngli toz halında heroin elektron tərəzidə çəkilmiş, büküm elektron tərəziyə qoyularaq çəkilən zaman içərisindəki heroinin az hissəsi tərəzinin üzərinə dağıldığından həmin dağılmış heroin kağızın üzərinə qoyulmuş və sellofan bükümdəki qalan heroinlə elektron tərəzidə çəkilmiş, ümumilkdə kağızla və sellofan bükümlə birlikdə çəkisi 2 qram olmuşdur. Sellofandan dağılmış, yəni kağızın üzərində qalan heroin elektron tərəzidə çəkilmiş və çəkisi 39,3 qram olmuşdur. Zalda güldandan aşkar edilmiş şəffaf sellofan bükümdə və sellofan bükümdən dağılmış və kağıza qoyulmuş heroin götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və ucadan oxunduqdan sonra iştrakçılar tərəfindən imzalanmışdır. Evindən zalda güldanın içərisindən aşkar edilmiş siqaretin sellofan bükümümdəki maddə narkotik vasitə heroin olmuşdur. Məs həmin heroinin bir hissəsini, çəkisini bilmədiyi miqdarda xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində bir ədəd sellofan bükümdə Təqsirləndirilən şəxs2 istifadə etməsi üçün pay vermişdir. Evindən aşkar edilən siqaretin sellofanına bükülmüş heroni evdəki güldanın içərisində unutmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmədən xahiş etmişdir ki, cəza təyin edilərkən qardaşı oğlunun Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olduğu, himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağının olması, ailədən yeganə qazanc gətirən olduğu nəzərə alınsın. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir. Uzun müddətdir ki yaşadığı kənddə Sadayın bağında və həytində fəhləlik etmiş, mövsümlərdə meyvə tərəvəz məhsullarını yığmış, eləcə də fəaliyyətdə olmayan taxta taralarının hazırlanması ilə məşğul olan kiçik sexinə nəzarət etmişdir. xx.xx.2020-ci il tarixdə səhər saatlarından Sadayın yaşadığı evin həyətində işləyərkən, qəbristanlıqda qəbir yeri qazmalı olduğundan Sadaydan qəbir yeri qazmağa kömək etməyə gedib sonra vaxt qalarsa qayıtmağı barədə icazə istədikdə Saday ona etiraz etməmiş, həyətində işlədiyi üçün ona 20 manat pul da vermişdir. Sonra Saday ondan taxta taralar hazırlanan sexində avadanlıqların yerində olub olmadığını soruşmuş, Sadaya avadanlıqların yerində olduğunu bildirmişdir. Lakin Saday özü də həmin yerə çoxdan baş çəkmədiyini və özünün sexə gedib baxacağını ona bildirmişdir. Kənd qəbristanlığına gedərək həmkəndlisi Ravil, Əlizadə, Xətai ilə qəbir yeri qazmağa başlamışlar. Biraz keçdikdən sonra Saday həmin yerə gəlib hamı ilə salamlaşıb başsağlığı verərək qəbir yeri qazıb qurtarandan sonra taxta taraların hazırlandığı sexə gəlməyini xahiş etmişdir. İşi yekunlşadırdıqdan sonra saat 13 radələrində sexə getmişdir. Sexdə gəzib avadanlıqlara baxan zaman Saday cibindən siqaretin sellofan bükümünü çıxarıb ona göstərmiş və nə olduğunu, həmçinin selofan bükümdən məlumatı olub-olmadığını soruşmuşdur. Bükümdə olan maddənin heroin olduğunu bilmiş və ona məxsus olmadığını bildirmişdir. Həmin heroini haradan əldə etrdiyini Sadaydan soruşduqda Saday ona həmin bükümü sexin yanından yerdən tapdığını bildirmişdir. Sonra özü heroindən ara-bir istifadə etdiyi üçün Sadaydan ona həmin heroindən verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 da həmin bükümü açıb özündə olan siqaretin qutusunun sellofanını çıxarıb heroinin bir qismini həmin sellofana töküb ona istifadə etməyi üçün pay vermişdir. Bunun qarşılığında Saday ondan pul almamışdır. Həmin heroinin çəkisinin nə qədər olduğunu bilməmişdir. Bundan sonra ayrılıb oradan getmişdir. Sadayın ona pay verdiyi həmin narkotik vasitə olan heroindən cüzi bir hissəsini siqaretin tütününə qarışdırıb 1 dəfə çəkmişdir. Sonra isə həmin heroindən satıb pul əldə etmək qərarına gəlmişdir. Lakin əvvəllər narkotik vasitə satmadığı üçün kiməsə təklif etməyə qorxmuşdur. Həmin bükümdə olan heroindən az hissəsini başqa siqaret sellofanına büküb cibində saxlamışdır. xx.xx.2020-ci il tarixdə isə günorta saatlarında tanışı Təqsirləndirilən şəxs3 tanımadığı nömrədən ona mesaj yazaraq istifadə etmək üçün heroin axtardığını bildirmişdir. Həmin tarixdə Rövşənlə danışıb özündə bir büküm heroin olduğunu bildirmiş və ona satmağa razılaşmışdır. Saat 16 radələrində, H.Əliyev prospektində Rövşənlə görüşmüşlər. Rövşən ona pulunun olmadığını bildirərək, 1 ədəd işlək vəziyyətdə olan lakin enerji doldurucusu olmayan qara rəngli, 30-40 manat dəyərində olan “Samsung” markalı telefon təklif etmiş və əvəzində ondan həmin bir büküm heroini istəmişdir. Eyni zamanda yaxın günlərdə pul əldə edə bilsə pulunu verib ondan telefonu geriyə alacağını bildirmişdir. Rövşənə heroini satmağa razılaşmış və bir ədəd bükümdə çəkisini bilmədiyi miqdarda heroini Rövşənə “Samsung” markalı telefonun əvəzində vermişdir. Həmin telefonu aparıb evə qoymuşdur. Daha iki gün sonra Rövşən təxminən ona bir iki dəfə əvvələr zəng vurduğu nömrələrdən zəng vurmuş, lakin Rövşənin zənginə cavab verməmişdir. Eyni zamanda Rövşən həmin günü ona tanımadığı bir nömrədən mesaj yazaraq telefonu geriyə istəməsi ilə bağlı mesaj yazmışdır. Ertəsi gün, yəni xx.xx.2020-ci il tarixdə saat 14 radələrində polis əməkdaşları yaşadığı evə gələrək onu Göyçay rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Müdafiəçi2 ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt Göyçay RPŞ-nin Növbətçi hissəsində videoçəkiliş aparılmaqla üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı üzərindən qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Əvvəl Rövşənin tutulduğunu bilməmiş, düşünmüşdür ki, onun narkotik vasitə istifadəçisi olmasını polislərə Saday demişdir. Sonra polislər ona Rövşənin tutulduğunu və Rövşən tutulanda narkotik vasitəni ondan aldığını deməsini bildirmişlər. Lakin Rövşənin deyil, elə Sadayın özünün polislərə onun narkotik vasitə istifadəçisi olmasını deməsini düşünmüşdür. Sadayın yeşik sexində fəhlə kimi işləmiş, onun aylıq fəhlə kimi qazancı cəmi 250-300 manat olmuşdir. Həmin pulu da Saday ona gündəlik, hər günün sonunda 10, hərdən də, 15 manat şəklində vermişdir. Onun ittihamda göstərildiyi kimi 250 manata narkotik almağa imkanı heç vaxt olmayıb. Valideyinləri ayrıldığından, anası ilə birlikdə yaşayır, özünə və anasına fəhləçiliklə günəmuzd qazandığı 10-15 manatla bir təhər baxır. Riyazı bilikləri və qavrama qabiliyyəti çox zəifdir, 10-15 manatdan çox pulu hesablaya bilmir və böyük pul əskinazlarını tanımır. İbtidai istintaqda verdiyi ifadəsini təzyiq altında vermiş, heç bir əsas olmadan Sadayın üzünə duraraq Sadayın ona heroin satdığını bildirmişdir. Törətdiyi əməldən peşmandır. Cinayət törətdiyi vaxtdan keçən müddət ərzində Sadayın həyətində işləyib, Sadayın verdiyi gündəlik 5-10 manatla anasına baxmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs3 özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində yaşadığı evin yaxınlığında A.Faruq küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib qanunsuz narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə Göyçay rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Müdafiəçi3 ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt Göyçay RPŞ-nin Növbətçi hissəsində videoçəkiliş aparılmaqla üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol içəri cibindən 3 ədəd 1 ml-lik şpris aşkar edilmişdir. Həmin şprislərdən iki ədəd boş, bir ədədində isə maye halında qəhvəyi rəngli heroin narkotik vasitəsi olmuşdur. Üzərindən aşkar edilmiş heroinlə dolu şpris elektron tərəzidə çəkilmiş və çəkisi 3,3 qram olmuşdur. Həmin şpris digər 2 ədəd boş şprislərlə 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmışdır, Zərfin ağzı kleylənmiş, möhürlənmiş və üzərini imzalanmışdır. Axtarış zamanı polis əməkdaşları şprisdəki maddənin nə olduğunu və haradan əldə etdiyini sorğu edən zaman üzərindən aşkar edilmiş şprisdəki maddənin narkotik vasitə olan heroin məhlulu olduğunu və həmin narkotik vasitəni tanışı, əvvələr bir yerdə fəhləlik etdiyi, Göyçay rayonun İİ Ərəbcəbirli kəndində yaşayan, narkotik vasitə istifadəçisi olan Təqsirləndirilən şəxs2 Ehtibar oğlundan aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş və tərəfindən istifadə etməyim üçün məhlul halına gətirilmiş 1 ədəd şprisdə olan həmin heroin narkotiok vasitəni xx.xx.2020-ci il tarixdə saat 16 radələrində, H.Əliyev prospektində, Təqsirləndirilən şəxs2 1 ədəd işlək vəziyyətdə olan lakin enerji doldurucusu olmayan, 30-40 manat dəyərində olan qara rəngli “Samsung” markalı telefon əvəzinə almışdır. Ruslanın istifadəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlamışdır, eləcə də telefonu açmadığına görə xx.xx.2020-ci il tarixdə görüşməmişdən əvvəl qonşuluqda yaşayan Əjdər Məhərrəmovdan telefonundan istifadə etməsini xahiş edib onun 050 *** ** ** nörməsindən Ruslana onu axtarmağı barədə mesaj yazmışdır. Ruslandan xx.xx.2020-ci il tarixdə də narkotik vasitə almaq istəmiş, Ruslana pul verib xx.xx.2020-ci il tarixdə heroin alan zaman əvəzində verdiyi “Samsung” markalı telefonu qaytarmaq üçün bir neçə dəfə müxtəlif telefonlardan ona zəng etmişdir. Lakin Ruslanın istifadəsində olan ***-***-**-** telefonuna zəng vursa da, Ruslan telefonu açmamışdır. Şəhərdə tanımadığı bir şəxsdən xahiş edib telefonundan Ruslana təxminən “Salam Ruslan Rövşəndi telefonu götür sənə verdiyim telefonu götürüm pul verim” kimi mesaj yazmış və telefondan mesajı silib sahibinə qaytarmışdır. Lakin Ruslanla əlaqəyə çıxa bilmədiyi üçün görüşə bilməmişdir, elə həmin günü bir-iki saat sonra polislər tərəfindən tutulmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid9 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkilidir. Təqsirləndirilən şəxs3 narkotik vasitə aludəçisi olması və üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatına malik olduğundan xx.xx.2020-ci il tarixdə bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs3 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə razılıq aldıqdan sonra polis şöbəsinin bir neçə nəfər əməkdaşı ilə birlikdə həmin gün Rövşənin ətrafında əməliyyat tədbiri keçirilmişdir. Belə ki, həmin tarixdə saat 16 radələrində tədbirdə iştirak edən şöbənin digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs3la Göyçay şəhəri A.Faruq küçəsində yaşadığı ünvana yaxın ərazidə rastlaşmışlar. Rövşən piyada tək gedərkən yaxınlaşıb özlərini təqdim edib üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğunu bildirərək Göyçay RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs3 onlarla polis şöbəsinə gəlməyə etiraz etməmişdir. Polis şöbəsinə gələdikdə, Rövşən dərhal Müdafiəçi3 ilə təmin olunaraq, növbətçi hissədə videoçəklişlə hüquq və vəzifələri ona izah olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Vəkil Müdafiəçi3 iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərində axtarış keçiriləcəyi bildirilmiş və üzərində narkotik vasitənin, eləcə də digər cinayət xarakterli hər hansı bir əşyanın olduğu halda onları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs3 üzərinə axtarış keçirilməsinə etiraz etməmişdir. Axtarış zamanı Rövşənin əynindəki qara rəngli gödəkçəsinin sol içəri cibindən 3 ədəd 1 ml-lik şprislər aşkar edilmişdir. İki ədəd şprislər boş olmuşlar, bir ədədində isə maye halında qəhvəyi rəngli maddə olmuşdur. Aşkar edilmiş maye ilə dolu şpris elektron tərəzidə çəkilmiş və maye ilə dolu həmin şprisin çəkisi 3,3 qram olmuşdur. Həmin 1 ədəd maye ilə dolu şpris digər 2 ədəd boş şprislərlə birlikdə 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmışdır. Zərfin ağzı kleylənərək möhürlənmiş və üzərini Təqsirləndirilən şəxs3 imzalmışdır. Axtarış zamanı şprisdəki maddənin nə olduğunu və haradan əldə etdiyini Təqsirləndirilən şəxs3 sorğu etdikdə, Rövşən həmin şprisdəki mayenin heroin narkotik vasitəsi olduğunu, özü istifadə etməsi üçün üzərində gəzdridiyini, həmin heroini iki gün əvvəl tanışı Təqsirləndirilən şəxs2 adlı şəxsdən aldığını bildirmişdir. Axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş və iştrakçılar tərəfindən imzalanmışdır. Bundan sonra ertəsi gün əməkdaşlar tərəfindən Təqsirləndirilən şəxs3 dediyi şəxs Təqsirləndirilən şəxs2 müəyyən edilərək polis şöbəsinə gətirilmiş və həqiqətən də Təqsirləndirilən şəxs3 heroin narkotik vasitəsi satdığını etiraf etmiş və həmin narkotik vasitəni həmkəndlisi Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 da polis əməkdaşları tərəfindən müəyyən edilərək polis şöbəsinə gətirilmiş və onun yaşadığı evə baxış keçirilən zaman da, evin otağındakı güldandan toz halında heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid8, Şahid7, Şahid11, Şahid12 və Şahid10 Şahid9 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadə vermiş X2 ifadəsində göstərmişdir ki, Göyçay rayonun İİ Ərəbcəbirli kəndində yaşayır. Həmin kəndin icra nümayəndəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir. xx.xx.2019-cu il tarixdə saat 17:30 radələrində kənd ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs1 yaşadığı evdə qanunsuz narkotik vasitə saxlamaqda şübhəli olduğunu, Sadayın evinə baxış keçiriləcəyini bildirmişlər və işdə hal şahidi kimi iştirak etmələrini ondan xahiş etmişlər. Həmin vaxt Sadaygilin həyətində polis əməkdaşları və vəkil olmuşdur. Ona və digər hal şahidinə hüquq və vəzifələri izah edilmiş və bir daha Təqsirləndirilən şəxs1 evinə baxış keçiriləcəyi bildirilmişdir. Bundan sonra Sadayın yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evə daxil olduqda zalda olan servantın açıq olan orta hissəsindəki güldanın içərisindən içərisində bozumtul-qəhvəyi rəngli maddə olan bir ədəd siqretin şəffaf sellofan bükümü aşkar edilmişdir. Həmin büküm açıldıqda, içərisindəki həmin maddə toz halında olmuşdur. Həmin büküm elektron tərəziyə qoyulanda toz halında olan maddənin az hissəsi tərəzinin üzərinə dağıldığından həmin maddənin dağılmış hissəsi kağızın üzərinə qoyulmuş və sellofan bükümdə qalan hissəsi ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Toz halında həmin maddələrin ümumilkdə kağızla və sellofan bükümlə birlikdə çəkisi 2 qram olmuşdur. Sellofandan dağılmış, yəni kağızın üzərində qalan maddə həmin kağızla bir yerdə başqa kağıza qoyulmuş. Bundan sonra baxış zamanı mətbəxdəki dolabın orta hissəsindən də bir ədəd şəffaf sellofan bükümdə boz-qəhvəyi rəngli toz halında maddə aşkar edilərək götürülmüşdür. Zaldakı güldandan aşkar edilmiş şəffaf sellofan bükümdə və elektron tərəzidə çəkilən zaman həmin şəffaf sellofan bükümdən dağılmış və kağıza qoyularaq həmin kağızla birlikdə digər kağıza bükülmüş maddə və mətbəxdəki dolabdan aşkar edilmiş şəffaf sellofandakı maddə 1 ədəd zərfə qoyulmuş, zərfin ağzı kleylənərək möhürlənmişdir. Təqsirləndirilən şəxs1 və digər hal şahidi həmin zərfi imzalamışlar. Baxış zamanı fotoşəkillər çəkilmiş, protokol tərtib edilmiş və ucadan oxunduqdan sonra iştrakçılar tərəfindən imzalanmışdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilən zaman güldandan aşkar olunmuş büküm açılmış və tərəziyə qoyulub çəkiləndə az bir hissəsi şəffaf sellofan bükümdən tərəzinin üzərinə dağıldığından həmin dağılmış hissəsi kağızın üzərinə qoyularaq sellofanda qalan maddə ilə birlikdə elektron tərəzidə çəkilmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid13 ifadəsində şahid X1 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərinə baxış keçirilən zaman videoçəkliş aparılmış, həmin videoçəkliş 03 ədəd CD-diskə köçürülərək iş materiallarına əlavə edilərək bu barədə protokol tərtib edilmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə kompüter-texniki ekspertizasının xx xxxx 2020ci il tarixli, 5092 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim olunan bir ədəd “X5 2” markalı “GT-İ8160” modelli **********12889 imei kodlu mobil smartfon telefon olmaqla, hal-hazırda işlək vəziyyətdə olub, istifadəyə yararlıdır. Aparılmış ekspertizanın dəyəri 59.94 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 4701 nömrəli ekspert rəyindən görünür ki, həmin bir ədəd “Samsung” markalı, “GT- İ8160” modelli telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil olan aksesuarın olmamasını, istifadədə olmasını və digər xüsusatlar nəzərə alınaraq 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 40 manat müəyyən olunur. Aparılmış ekspertizanın dəyəri 50 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 54 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs3 üzərindən götürülmüş 1 ədəd şprisdə qəhvəyi maddə...” sözləri yazılmış zərfin içərisindəki 01(bir) ədəd 1 ml-lik şprisdə, həcmi 0,80 ml olan maye kustar üsulla hazırlanmış narkotik vasitə - heroin məhluludur. Həmin məhlulda heroinin quru maddəsinin təmiz çəkisi – 0,318 qramdır. Qeyd: 1) Heroin məhlulunun həcmi – 0.80 ml, tədqiqata sərf edildi – 0.40 ml, qalıq – 0.40 qramdır. Aparılmış ekspertizanın dəyəri 71.94 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 62 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 evindən aşkar olunaraq götürülmüş...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümün içərisindəki digər 01(bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,058 qram və 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 1,451 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş heroinlər həm öz aralarında, həm də təqdim olunmuş heroin məhlulu ilə tərkiblərinə görə eynidirlər. Qeyd: 1) Heroinin ümumi təmiz çəkisi – 1.509 qram, tədqiqata sərf edildi – 0.10 qram, qalıq – 1.409 qramdır. 2) Heroin məhlulunun həcmi – 0.40 ml, tədqiqata sərf edildi – 0.20 ml, qalıq – 0.20 qramdır. Aparılmış ekspertizanın dəyəri 69.10 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2417 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törədən zaman, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk və idarə etmək iqtidarında olmuşdur. Buna görə də, onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, yəni törətdiyi əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 müəyyən edilən Yüngül kəmağıllıq ilə əlaqədar o, törətdiyi əməl zamanı öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq, eləcə də məhkəmə istintaqındakı ifadələrində fərqliliklərin müşahidə edilməsi, onun psixiatrik müayinə zamanı müəyyən edilmiş “Yüngül Kəmağıllılıq”-dan əziyyət çəkməsi ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs2 malik olduğu fərdi-psixoloji xüsusiyyətlərə (səthilik, primitivlik, özünü iradi tənzimləməsinin çatışmamazlığı) uyğun olaraq başqalarının təsiri altına düşə bilərdi. Hadisə zamanı Təqsirləndirilən şəxs2 psixiemosional vəziyyətində hər-hansı dəyişiklik (qorxu, ümidsizlik və sair) yaranmamışdır. Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən tutulması və həbsdə saxlanılması onun psixi-emosional vəziyyətində həyəcan, gərginlik halı keçirməsinə təsir göstərə bilərdi. Təqsirləndirilən şəxs2 psixi prosseslərində gerilik əlamətləri (İxtiyari yadda saxlamasının normadan bir qədər aşağı olması, əsasən mexaniki yadda saxlama üsulundan istifadə etməsi, təfəkkürünün təhlil-tərkib prosesslərində primitivlik, ümumiləşdirmə, analizetmə qabiliyyətinin zəif çıxış etməsi, diqqətinin həcmi, paylanması, mərkəzləşməsi (eyni vaxtda iki müxtəlif və daha qrtıq işi yerinə yetirmək bacarığı) və keçirilməsinin (şüurlu surətdə bir obyektdən başqa obyektə və ya bir fəaliyətdən başqa fəaliyyətə yönəlmə bacarığı) normadan nisbətən aşağı olması və s.) müəyyən edildi. Həmin gerilik əlamətləri hadisə zamanı onun hərəkət və davranışını dərk etməsinə və ola biləcək nəticələri proqnozlaşdırmasına təsir göstərə bilərdi. Cinayət işinə əlavə edilmiş məhkəmə - narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 331 rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 heroindən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş məhkəmə - narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 332 rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 333 rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 Hacəhməd oğlunun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri həbsdə saxlama müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(046)-60/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinə əlavə edilmiş cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri həbsdə saxlama müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinə əlavə edilmiş cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Göyçay RPŞ-nin MSYdən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi məhkəmə istintaqı zamanı sübuta yetmir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirildiyindən onun əməli həmin maddəyə tövsif olunmalıdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli, 2 nömrəli Qərarının 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs1 evində aşkar olunmuş narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib evində saxlaması, əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yaymasına, yəni digər Təqsirləndirilən şəxs2 satmasına dair hər hansı məlumat və ya sübut növü olmamış, Təqsirləndirilən şəxs1 narkotik vasitəni satmaq məqsədi ilə istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi kimi hallar müəyyən olunmamışdır. Eləcə də, Təqsirləndirilən şəxs1 əməlində CM-nin 234.2-ci maddəsi ilə məsuliyyətin yaranması üçün zəruri sayılan narkotik vasitəni satmaq kimi xüsusatı təsdiq edən hər hansı bir sübut, yəni pul əskinasları və ya verilmiş pulların hansı pul nişanında verilməsinin ifadələrdə aydınlaşdırılması və sair sübutlar olmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə ittiham elan edərkən yalnız “Yüngül Kəmağıllılıq”-dan əziyyət çəkən, fərdipsixoloji xüsusiyyətlərə (səthilik, primitivlik, özünü iradi tənzimləməsinin çatışmamazlığı) uyğun olaraq başqalarının təsiri altına düşə bilən, Təqsirləndirilən şəxs2 ifadəsinə əsaslanmış və onun ifadəsni təsdiq edən başqa sübutlar əldə olunmamışdır. Təqsirləndirilən şəxs2 isə məhkəmə istintaqı zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs1 pul qarşılığında almamış, əksinə narkotik vasitə istifadəçisi olduğundan ona heç bir maddi marağı olmadan ona vermişdir. Həmçinin məhkəmə işin halları ilə müəyyənləşdirilmiş Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında olan münasibətlərin xarakteri aspektindən də yanaşaraq hesab edir ki, onların məhkəmə istintaqında verdiyi ifadələri həqiqətə uyğundur. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi ifadəsini məhkəmə işin hallarına uyğun gəlməyən ifadə kimi qəbul edir. Belə ki, işin halları ilə müəyyən olunduğu kimi, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 yeşik sexində fəhlə kimi işləmiş, onun aylıq fəhlə kimi qazancı cəmi 250-300 manat olmuşdir. Həmin pulu da Saday ona gündəlik, hər günün sonunda 10, hərdən də, 15 manat şəklində vermişdir. Onun ittihamda göstərildiyi kimi 250 manata narkotik almağa imkanı heç vaxt olmamışdır.Valideynləri ayrıldığından, Ruslan anası ilə yaşayır, özünə və anasına fəhləçiliklə günəmuzd qazandığı 10-15 manatla bir təhər baxır. Ona görə də, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalı və təqsirləndirilən şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza ilə cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 10.1-ci maddəsinin tələbəni əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 21.1-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin təqsirinin məhz həmin qanunda nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 33.1-ci maddəsində təsbit olunmuşdur ki, "Hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər." Cinayət mühakimə icraatı həyata keçirlərkən Azərbaycan Respublikası CPM-nin 125; 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (Azərbaycan Respublikası CPM, maddə 33.2). Azərbaycan Respublikası CPM-nin 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsi). Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli Qərarında göstərilmişdir: "Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə hesab olunan çəkisi 1,509 qram olan kustar üsulla hazırlanmış heroini istintaqa məlum olmayan mənbədən əldə edib, yaşadığı Göyçay rayonu İİ Ərəbcəbirli kəndində yerləşən evin zalındakı şkafda olan göy-qızılı rəngli güldanda bir ədəd sellofan bükümdə qablaşdırılmış formada saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində istintaqa məlum olmayan çəkidə həmkəndlisi Təqsirləndirilən şəxs1 əvəzsiz olaraq bəxşiş kimi əldə etdiyi kustar üsula hazırlanmış narkotik vasitə olan heroini xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Göyçay şəhəri H.Əliyev prospektində tanışı Təqsirləndirilən şəxs3 40 manat dəyərində “Samsung” markalı mobil telefon əvəzinə 0,318 qram çəkidə satmaqla, üzərinə axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol içəri cibindən 1 ədəd 1 ml-lik şprisdə 0,80 ml qram heroin məhlulunda təmiz çəkisi 0,318 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroini üzərində daşımaqla, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Göyçay şəhəri, H.Əliyev prospektində Göyçay rayonu İİ Ərəbcəbirli kəndində yaşayan tanışı Təqsirləndirilən şəxs2 40 manat dəyərində “Samsug” markalı mobil telefonunu verərək sonuncudan qanunsuz olaraq şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,318 qram çəkidə narkotik vasitə olan kustar üsulla hazırlanmış heroini əldə edib daşımaqla üzərində saxlamaqla, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs1, törətdiyi əməli etiraf etməklə səmimi peşman olduğunu, az ağır cinayət törətdiyini, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayana uşağın olduğunu, 2-ci Qarabağ müharibəsində qardaşı oğlu olan X3 xx.xx.2020-ci il tarixdə şəhid olmasını, cəzanı yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, “Yüngül Kəmağıllılıq” xəstəliyindən əziyyət çəkməklə Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşdüyünü cəzanı yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağın olduğunu cəzanı yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, onlara təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cinayəti törətdikdən sonra keçən müddət ərzində davranışını, nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən az, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, eləcə də Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs3 yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 həbsdə saxlandığı 2 (iki) gün nəzərə alınmalı, onlara təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından müvafiq olaraq çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən həbsdə saxlanıldığı 1 il 17 gün müddət olara təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan 1 ədəd şprisdə olan 0,20 ml. həcmdə heroin məhlulu, 2 ədəd şprislər və çəkisi 1,409 qram olan heroin məhv edilməlidir. İş üzrə 131.88 manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs3, 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və 69.10 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 30 saat, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə 20 saat, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 isə məhkəmə baxışı dövründə hüquqlarını 9 saat, eləcə də Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 22 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş 30 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 180 manat, Təqsirləndirilən şəxs1 göstərilmiş 9 saat hüquqi xidmətə görə isə Müdafiəçi3 54 manat, Təqsirləndirilən şəxs3 göstərilmiş 22 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi3 132 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 göstərilmiş 20 saat hüquqi xidmətə görə vəkil fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 120 manat məbləğində pul dövlət büdcəsindən vəkil Müdafiəçi1 hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il 1 (bir) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə baxışınadək həbsdə saxlandığı 1 (bir) il 17 (on yeddi) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 cəzasını çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə baxışınadək həbsdə saxlandığı 1 (bir) il 17 (on yeddi) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 10 (on) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 məhkəmə baxışınadək həbsdə saxlandığı 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 1 ədəd şprisdə olan 0,20 ml. həcmdə heroin məhlulu, 2 ədəd şprislər, çəkisi 1,409 qram olan heroin və Samsung markalı telefon məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 5382 nömrəli CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 131.88 manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs3, 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və 69.10 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 göstərilmiş 30 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 180 manat, Təqsirləndirilən şəxs1 göstərilmiş 9 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi3 54 manat, Təqsirləndirilən şəxs3 göstərilmiş 22 saat hüquqi xidmətə görə Müdafiəçi3 132 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 göstərilmiş 20 saat hüquqi xidmətə görə 120 manat məbləğində pul dövlət büdcəsindən vəkil Müdafiəçi1 hesabına köçürülsün. Hökmün icrası azadlığın məhdudlaşdırılması cəzaları, ekspertiza xərcləri və maddi sübuta dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-5/2021
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-5/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver