Məhkəmə qərarları › İş №1(046)-5/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-5/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-5/2024 21.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 12.50-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs 8 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndələri Nümayəndə2, Nümayəndə3, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Verdiktum Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Göyçay rayonu Şıxbəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Şıxbəy kəndində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş «Yaşıllıqların götürülməsi Qaydası»nın 2.1-ci bəndinin və «Yaşıllıqların mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinin tələblərinə zidd olaraq Zərərçəkmiş şəxs müvafiq razılığı olmadan gediş-gəlişə və kənd təsərrüfatı məhsulları istehsalı üçün əkdiyi meyvə ağaclarına kölgə salmaqla inkişafına mane olmasını bəhanə edərək 2023-cii ilin mart ayında, günü istintaqa məlum olmayan tarixdə Göyçay rayonu Məlikkənd bələdiyyəsi inzibati sərhədi daxilində yerləşən Ucar-Göyçay-Bərgüşad avtomobil yolunun 3-cü km-də, yəni Şıxbəy kəndi ərazisində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib və təsdiq edilmiş JN-0054 və JN-0055 saylı (Kod-********) «Torpağın mülkiyyət hüququna dair» dövlət aktlarına əsasən, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 35 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Şahid1 pay verilmiş 3,67 ha torpaq sahəsi ilə həmin Komissiyanın eyni tarixli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə ona pay verilmiş 3,83 ha torpaq sahəsinin həmsərhəddində istintaqa məlum olmayan tarixdə və şəxs tərəfindən əkilmiş, lakin meşə cinsli olmaqla kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar sayılmayan, yaş halda, ümumilikdə 43 ədəd qovaq, 28 ədəd söyüd, 2 ədəd palıd və 1 ədəd yalanqoz cinsindən olan ağacların 50 manat pul müqabilində köküstə kəsilməsi barədə fəhlə qismində cinayətdən xəbərsiz olan Şahid2 qanunsuz göstəriş vermiş və sonuncu tərəfindən, eləcə də özü tərəfindən motorlu mişardan istifadə etməklə 2023-cü ilin mart ayında, günü istintaqa dəqiq məlum olmayan tarixlərdə üç gün ərzində köküstə yaş halda həmin ağacların kök boğazından kəsilməsi nəticəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə külli miqdarda, yəni 17610 (on yeddi min altı yüz on) manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilmədi, ifadə verərək göstərdi ki, o, Göyçay rayonu, Şıxbəy kəndində ailə üzvləri ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Bakı şəhərində fərdi sahibkarlıqla, həm də Göyçay rayonu, Şıxbəy kəndi ərazisində kənd təsərrüfatı ilə məşğul olur. Aqrar İslahat Komissiyasının 17 aprel 1998-ci il tarixli, 35 nömrəli qərarı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 31 oktyabr 1998-ci il tarixli, JN: 0055 nömrəli «torpağa mülkiyyət hüququna dair» dövlət aktı və plan sxemi əsasında Göyçay rayonu, Şıxbəy kəndi ərazisində ona 3,85 hektar pay torpaq sahəsi, həmin islahat komissiyasının qərarı ilə qardaşı Şahid1 da onun torpaq sahəsinə bitişik olan sahədən 3,67 hektar eyni təyinatlı pay torpaq sahəsi verilmişdir. Təxminən 20 il əvvəl qardaşı Əliyehdər tərəfindən torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi məqsədi ilə həmin sərhəddə bir-birinə paralel şəkildə müxtəlif cinsli ağaclar əkilmişdir. Onun tərəfindən öz mülkiyyətində olan torpaq sahəsinə həmçinin xurma ağaclarından ibarət bağ sahəsi salınmışdır. Qardaşı Əlheydərin əkdiyi müxtəlif cinsli ağaclar hər ikisinin torpaq sahəsində gediş-gəlişə mane olması, onun bağ sahəsində olan meyvə ağaclarının üzərin kölgə salmaqla inkişafına mane olması səbəbindən qardaşı Əlheydərin şifahi razılığını almaqla ərazinin sərhədləri müəyyən etmək üçün əkilmiş həmin ağacları kəsmək qərarına gəlmiş və həmin məqsədlə 2023-ci ilin mart ayının ortalarında kənd sakini Qubad adlı şəxsə müraciət edərək qeyd edilən ağacları kəsməsini xahiş etmişdir. Qubada 50 manat pul verəcəyini bildirmişdir. Qubad onunla razılaşıb əraziyə baxmış və ağacları kəsmək üçün ekologiyadan icazəsinin olub-olmamasını soruşmuş, o da Qubada hər bir sənədinin olmasını demişdir. Qubad ağacları kəsmək üçün həmçinin Əliheydərdən razılıq almasını istədiyinə görə gedib Əlheydərdən razılıq almışdır. Bundan sonra Qubad motorlu mişardan istifadə etməklə onun və Əlheydərin pay torpaq sahələrinin sərhədlərində yerləşən müxtəlif cinsli, diametrli olmaqla 43 ədəd yaş halda qovaq ağacını, 40 ədəd quru halda qovaq ağacını, 11 ədəd yaş halda tut ağacını, 2 ədəd yaş halda palıd ağacını, 28 ədəd yaş halda söyüd ağacını, 10 ədəd quru halda söyüd ağacını, 7 ədəd yaş halda gilas ağacını, 7 ədəd yaş halda iydə ağacını, 3 ədəd yaş halda alça ağacını və 1 ədəd yaş halda yalanqoz ağacın köküstə kəsməyə başlamışdır. Həmin proses üç gün davam etmiş və o da Qubadla birlikdə həmin ağacları kəsmişdir. Belə ki, Qubad yorulanda ağcaların bir qismini o özü kəsmiş, sonra təkrar Qubad kəsirmiş, həmçinin Qubad ağacları kəsəndə o, kəndirdən istifadə edərək həmin ağacların hansı istiqamətə aşmasını müəyyən edirdi. Ağacları kəsdikdən sonra o, Bakı şəhərinə getmiş və bir neçə gün sonra geri qayıdanda ona məlum olmuşdur ki, Əliyehdər onun tərəfindən kəsilmiş ağacları qonşuları Ramizə 200 manata satmış, geriyə isə yalnız ağacların qol-budağı qalmışdır. Daha sonra o, ağaclar kəsilmiş həmin ərazini kolluqdan təmizləmək üçün ağacların qol-budağını yandırmışdır. 2023-cü ilin aprel ayında 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsindən mobil telefonla zəng edilərək ona və qardaşına məxsus pay torpaq sahəsində müxtəlif cinsli ağacların kəsilməsi ilə bağlı araşdırma aparılması, buna görə də araşdırma zərurəti ilə bağlı kəndə gəlməli olması bildirilmişdir. O bundan sonra araşdırma dövründə ifadəsində qeyd etdiyi xüsusatlar barədə ekologiya idarəsinin əməkdaşlarına məlumat vermişdir. Həmin ağaclar onun özü və qardaşı Əlheydərin pay torpaq sahələrinin sərhədlərində yerləşməklə gediş-gəlişə mane olması, habelə onun bağ sahəsindəki meyvə ağaclarının inkişafına kölgə salması səbəbindən o və Qubad tərəfindən kəsilmiş, bununla bağlı da yalnız qardaşının razılığı alınmışdır. Özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilmir, mülki iddianı qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə təngidi yanaşaraq, hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs 8 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə3 izahat verərək bildirdi ki, 17 aprel 2023-cü il tarixdə 8 X8 və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən Göyçay rayonu, Məlikkənd bələdiyyəsi inzibati sərhədi daxilində yerləşən Ucar-Göyçay-Bərgüşad avtomobil yolunun 3cü km-də yerləşən Şıxbəy kənd ərazisində aparılmış monitorinq zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib və təsdiq edilmiş JN-0054 və JN-0055 saylı (Kod-********) “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktlarında göstərilən Göyçay rayonu, Şıxbəy kənd sakini X3 məxsus 3,67 ha torpaq sahəsi ilə Təqsirləndirilən şəxs Əiyar oğluna məxsus 3,85 ha pay torpaq sahələri ilə həmsərhəd olan torpaq sahəsində meşə fonduna aid ağaclardan qovaq cinsinə aid köküstə yaş halda 43 ədəd, söyüd cinsinə aid köküstə yaş halda 28 ədəd, yalanqoz cinsinə aid köküstə yaş halda 1 ədəd və palıd cinsinə aid köküstə yaş halda 2 ədəd ağacın «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin, «Yaşıllıqların götürülməsi qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 saylı Qərarının tələblərinin pozularaq kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsildiyi müəyyən edilmişdir. Bununla bağlı olaraq 8 X8 və Təbii Sərvətlər idarəsnin müfəttişi Şahid6 tərəfindən 17 aprel 2023-cü il tarixli, 78718 nömrəli akt tərtib olunaraq əraziyə baxış keçirilməsində iştirak edən Bərdə RMTM-in nümayəndəsi Şahid3, 8 X8 və Təbii Sərvətlər idarəsinin əməkdaşı Şahid5, Göyçay rayonu, Məlikkənd bələdiyyə sədri Şahid7, Şıxbəy kənd sakinləri: Təqsirləndirilən şəxs Əlyar oğlu və Şahid1 tərəfindən imzalanmışdır. Araşdırma zamanı Şahid1 yazılı izahat verərək ağacların qardaşı Namizəd Əliyev tərəfindən kəsildiyini, kəsilmiş hissələri özünün 200 manat məbləğində həmkəndlisi Şahid4 satdığını, həmin ağacların onların ərazilərinə maneə törətdiyini və sair qeyd etmiş, qardaşı Təqsirləndirilən şəxs isə yazılı izahatında onun tərəfindən kəsilmiş sözügedən ağacların onun və qardaşının pay torpaq sahələrinin həmsərhəd ərazilərində yerləşdiyini, ağacların gediş-gəliş yoluna maneə törətdiyini, əraziyə kölgə saldığını və sair qeyd etmişdir. Həmçinin əraziyə baxış keçirilən zaman müxtəlif cinsli digər ağacların köküstə yaş və quru halda kəsildiyi müəyyən edilsə də, həmin ağacların kəsilməsi ilə yuxarıda qeyd edilən qanun və qərarın tələbləri pozulmamışdır. Qeyd edilən ərazidə məhv edilmiş meşə fonduna aid ağacların (qovaq, söyüd, yalanqoz, və palıd) kəsilməsi nəticəsində təbiətə dəymiş zərər məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarının 01 nömrəli əlavəsinə əsasən, hesablanmış və təbiətə dəymiş ziyanın 17610 manat olması məlum olmuşdur. Təqsirləndirilən şəxs meşə fonduna aid olan ağacları kəsməmişdən əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, nazirliyin tabeliyində olan Ekologiya və Təbii Sərvətlər idarəsinə və ya nazirliyinin X6 Agentliyinə ağacların kəsilməsi ilə bağlı şifahi və ya rəsmi olaraq məlumat verməmiş, məlumat verməməsinin səbəbini də onun tərəfindən kəsilmiş ağacların qardaşı və özünün pay torpaq sahələrində yerləşməsi ilə əsaslandırmışdır.Mülki iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid5 bildirdi ki, 17 aprel 2023-cü il tarixdə 8 X8 və Təbii Sərvətlər idarəsinin əməkdaşları ilə Göyçay rayonu Məlikkənd bələdiyyəsi inzibati sərhədi daxilində yerləşən Ucar-Göyçay-Bərgüşad avtomobil yolunun 3cü km-də Şıxbəy kənd ərazisində aparılmış monitorinq zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib və təsdiq edilmiş JN-0054 və JN-0055 saylı (Kod- ********) “Torpağın mülkiyyət hüququna dair" Dövlət Aktlarında göstərilən Göyçay rayonu, Şıxbəy kənd sakini X1 məxsus 3,67 ha torpaq sahəsi ilə Təqsirləndirilən şəxs məxsus 3,85 ha pay torpaq sahələri ilə həmsərhəd olan torpaq sahəsində meşə fonduna aid ağaclardan qovaq cinsinə aid köküstə yaş halda 43 ədəd, söyüd cinsinə aid köküstə yaş halda 28 ədəd, yalanqoz cinsinə aid köküstə yaş halda 1 ədəd və palıd cinsinə aid köküstə yaş halda 2 ədəd ağacın “Ətraf mühitin mühafizəsi haqqında Qanunun 13-cü maddəsinin, «Yaşıllıqların götürülməsi qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 saylı Qərarının tələblərinin pozularaq kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsildiyi müəyyən edilmişdir. Bununla bağlı olaraq 17 aprel 2023-cü il tarixli, 78718 nömrəli akt tərtib olunaraq əraziyə baxış keçirilməsində iştirak edən Bərdə RMTM-nin nümayəndəsi Şahid3, 8 X8 və Təbii Sərvətlər idarəsinin əməkdaşı Şahid6,Göyçay rayonu, Məlikkənd bələdiyyə sədri Şahid7, Şıxbəy kənd sakinləri: Təqsirləndirilən şəxs Əiyar oğlunun və Şahid1 tərəfindən imzalanmışdır. Şahid1 yazılı izahat verərək ağacların qardaşı Namizəd Əliyev tərəfindən kəsildiyini qeyd etmişdir.Qeyd edilən ərazidə məhv edilmiş meşə fonduna aid ağacların (Qovaq, Söyüd Yalanqoz və Palıd) kəsilməsi nəticəsində təbiətə dəymiş zərər məbləği Azərbaycan Respublikası Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarının 01 nömrəli əlavəsinə əsasən, hesablanmış və təbiətə dəymiş ziyanın 17610 manat olması məlum olmuşdur. Təqsirləndirilən şəxs meşə fonduna aid olan ağacları kəsməmişdən əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, nazirliyin tabeliyində olan Ekologiya və Təbii Sərvətlər idarəsinə və ya nazirliyinin X6 Agentliyinə ağacların kəsilməsi ilə bağlı şifahi və ya rəsmi olaraq məlumat verməmiş, məlumat verməməsinin səbəbini də onun tərəfindən kəsilmiş ağacların qardaşı və özünün pay torpaq sahələrində yerləşməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid6 bildirdi ki, 2022-ci ilin yanvar ayından Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 savlı X10 Sərvətlər İdarəsinin ətraf mühitin mühafizəsinə nəzarət və monitorinq sektorunda aparacı məsləhətçi müfəttişi vəzifəsində çalışır. Vəzifəsi təhkim olunmuş ərazilərdə monitorinqlər və araşdırmalar aparmaq, ətraf mühitin qorunmasına, qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət etməkdən ibarətdir. 17 aprel 2023-cü il tarixdə 8 X8 və Təbii Sərvətlər idarəsinin əməkdaşları ilə Göyçay rayonu Məlikkənd bələdiyyəsi inzibati sərhədi daxilində yerləşən Ucar-Göyçay-Bərgtişad avtomobil yolunun 3-cü km-də - Şıxbəy kənd ərazisində aparılmış monitorinq zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib və təsdiq edilmiş JN-0054 və JN-0055 saylı (Kod-********) “Torpağın mülkiyyət hüququna dair" Dövlət Aktlarında göstərilən Göyçay rayonu, Şıxbəy kənd sakini Şahid1 məxsus 3,67 ha torpaq sahəsi ilə Təqsirləndirilən şəxs Oiyar oğluna məxsus 3,85 ha pay torpaq sahələri ilə həmsərhəd olan torpaq sahəsində meşə fonduna aid ağaclardan qovaq cinsinə aid köküstə yaş halda 43 ədəd, söyüd cinsinə aid köküstə yaş halda 28 ədəd, yalanqoz cinsinə aid köküstə yaş halda 1 ədəd və palıd cinsinə aid köküstə yaş halda 2 ədəd ağacın «Ətraf mühitin mühafizəsi haqqında» Qanunun 13-cü maddəsinin, «Yaşıllıqların götürülməsi qaydası» nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 saylı Qərarının tələblərinin pozularaq kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsildiyi müəyyən edilmişdir. Bununla bağlı olaraq tərəfindən 17 aprel 2023-cü il tarixli, 78718 nömrəli akt tərtib olunaraq əraziyə baxış keçirilməsində iştirak edən Bərdə RMTM-nin nümayəndəsi Şahid3, 8 X8 və Təbii Sərvətlər idarəsinin əməkdaşı Şahid5, Göyçay rayonu, Məlikkənd bələdiyyə sədri Şahid7, Şıxbəy kənd sakinləri Təqsirləndirilən şəxs Əiyar oğlu və Şahid1 tərəfindən imzalanmışdır. Araşdırma zamanı Şahid1 yazılı izahat verərək ağacların qardaşı Namizəd Əliyev tərəfindən kəsildiyini qeyd etmişdir. Qeyd edilən ərazidə məhv edilmiş meşə fonduna aid ağacların (Qovaq, Söyüd Yalanqoz və Palıd) kəsilməsi nəticəsində təbiətə dəymiş zərər məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarının 01 nömrəli əlavəsinə əsasən, hesablanmış və təbiətə dəymiş ziyanın 17610 manat olması məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 bildirdi ki, o, Göyçay rayonu Şıxbəy kəndində ailə üzvləri ilə birlikdə yaşayır və fəhləlik edir. Təqsirləndirilən şəxs və Şahid1 təxminən 3-4 ildir ki, Göyçay rayonu, Şıxbəy kəndindən tanıyır, aralarında heç bir ədavət və düşmənçilikləri olmamış, hazırda da yoxdur. Namizəd və Əlheydər qardaşlarının Göyçay rayonu, Şıxbəy kəndində hektarlarla torpaq sahələri var və bir-birinə qonşu yerləşir. Həmin torpaq sahələrində müxtəlil növdə çoxsaylı ağaclar əkilibmiş və əkilmiş ağaclar həmin qardaşların torpaqlarının sərhəddini müəyyən edirmiş. 2023-cıi ilin mart ayında, günü xatirində olmayan tarixdə Təqsirləndirilən şəxs ona müraciət edərək özünün və qardaşının torpaq sahəsində olan həmin ağacların onun kənd təsərrüfatı məqsədi ilə əkdiyi meyvə ağaclarına kölgə saldığını, ziyanlıq verdiyini bildirib ondan həmin ağacları kəsməsini xahiş etmiş, əvəzində pul verəcəyini bildirmişdir. O da günəmuzd işlədiyi üçün pul qazanmaq məqsədi ilə Namizəd ilə razılaşıb evində olan motorlu mişarı da götürərək həmin torpaq sahəsinə getmişdir. Qeyd edilən ağaclara baxdıqda məlum olmuşdur ki, onlar qovaq, söyüd, iydə, tut, yalanqoz, palıd və gilas ağaclarıdır. Həmin ağaclardan qurumuş olanları da var imiş. Belə ki, qovaq ağaclarının təxminən 40 ədədi quruyubmuş, eyni hissəsi isə yaş imiş. Söyüd ağaclarından və qarağac ağaclarından da qurumuş vəziyyətdə olanları var imiş. O, ağacların kəsilməsi üçün ekologiyadan icazəsinin olub-olmamasını soruşmuş, Namizəd də icazə aldığını bildirmişdir. O həmin ağacların həm də Əlheydərə məxsus torpaq sahəsində yerləşməsinə görə Namizədə gedib qardaşı Əlheydərdən də ağaclarının kəsilməsi üçün razılıq almasını tapşırmış, Namizəd də onun təkidi ilə icazə almaq üçün qardaşı Əlheydərin evinə getmiş bir qədər sonra geri qayıdıb ağacların kəsilməsi üçün qardaşı Əlheydərdən icazə aldığını bildirmişdir. Bundan sonra o özünə məxsus həmin motorlu mişarı götürüb birbir həmin ağacları kəsməyə başlamışdır. Belə ki, o, üç gün həmin yerdə çalışmış və üç gün ərzində təxminən 150 ədəd ağac kəsmişdir. Onlardan əksəriyyəti köküstə yaş vəziyyətdə imiş. O, ağacları kəsərkən əvvəldən sonadək Təqsirləndirilən şəxs yanında olmuş, ağacların kəsilməsində ona kömək etmişdir. Onlar ağacları kəsdikdən sonra kəsilmiş ağacların budaqlarını da ayrıca kəsərək kənara yığmış, qalan gövdə hissələrini isə ayrı yığmışlar.O, işini qurtardıqdan sonra Namizəd ona 50 manat pul vermiş, o da çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 Qnyaz oğlu bildirdi ki, 1991-ci ildən Zərərçəkmiş şəxs 13 saylı X7 X2 meşəbəyi vəzifəsində çalışır. Vəzifəsi təhkim olunmuş ərazilərdə, yəni Ucar və Göyçay rayonlarında meşələrin qorunmasından ibarətdir. 17 aprel 2023-cü il tarixdə 8 X8 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə Göyçay rayonu Məlikkənd bələdiyyəsi inzibati sərhədi daxilində yerləşən Ucar-Göyçay-Bərgüşad avtomobil yolunun 3-cü km-də - Şıxbəy kənd ərazisində aparılmış monitorinq zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib və təsdiq edilmiş JN-0054 və JN- 0055 saylı (Kod-********) “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktlarında göstərilən Göyçay rayonu, Şıxbəy kənd sakini Şahid1 məxsus 3,67 ha torpaq sahəsi ilə Təqsirləndirilən şəxs məxsus 3,85 ha pay torpaq sahələri ilə həmsərhəd olan torpaq sahəsində meşə fonduna aid ağaclardan qovaq cinsinə aid kök üstə yaş halda 43 ədəd, söyüd cinsinə aid köküstə yaş halda 28 ədəd, yalanqoz cinsinə aid köküstə yaş halda 1 ədəd və palıd cinsinə aid köküstə yaş halda 2 ədəd ağacın qanunsuz olaraq kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsildiyi müəyyən edilmişdir. Bununla bağlı olaraq ETSNnin 8 saylı RETST-nin aparacı məsləhətçi müfəttişi Şahid6 tərəfindən 17 aprel 2023-cü il tarixli, 78718 nömrəli akt tərtib olunaraq əraziyə baxış keçirilməsində iştirak edən 8 X8 və Təbii Sərvətlər idarəsinin əməkdaşı Şahid5, Göyçay rayonu, Məlikkənd bələdiyyə sədri Şahid7, Şıxbəy kənd sakinləri: Təqsirləndirilən şəxs Əiyar oğlu və Şahid1 Oliyar oğlu, eləcə də onun tərəfindən imzalanmışdır. Şahid1 yazılı izahat verərək ağacların qardaşı Namizəd Əliyev tərəfindən kəsildiyini, kəsilmiş hissəni özü 200 manat məbləğində həmkəndlisi Şahid4 satdığını, həmin ağacların onların ərazilərinə maneə törətdiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid4 bildirdi ki, o, Göyçay rayonu Şıxbəy kəndində ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs və sonuncunun qardaşı Şahid1 uzun illərdir ki, həmkəndli kimi tanıyır, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Əlheydər və Namizəd qardaşlarının hərəsinin kənddə təxminən 3,5 hektar torpaq sahəsi var. Həmin torpaq sahələri bir-birinə qonşu yerləşir və orada uzun illər əvvəl Əlheydər tərəfindən torpaq sahələrinin sərhəddini müəyyən elmək üçün müxtəlif cinsli ağaclar əkilmişdir. 2023-cii ilin mart ayında, dəqiq xatırlamadığı tarixdə kənddə söhbət gəzirmiş ki, qonşu Əlheydərin torpaq sahəsində kəsilmiş vəziyyətdə müxtəlif ağaclar var və Əlheydər həmin ağacları satır. O kəsilmiş həmin ağacları özünə məxsus istixanada odun kimi yandırmaq məqsədi ilə almaq qərarına gəlmiş və həmin ağacların olduğu torpaq sahəsinə gedib özü baxmış, kəsilmiş ağacların gövdələri qaldığı üçün onların hansı cinsdən olmasını ayırd edə bilməmişdir. Kəsilmiş ağacların sayını dəqiq bilmir, lakin bir «Qazel»in yük yeri qədər ağac imiş. O həmin kəsilmiş ağacları Əlheydərlə danışıb 200 manat pul müqabilində almış və tanımadığı fəhlələrdən xahiş edib onları özünə məxsus “Qazel” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yük yerinə yüklətmiş, gətirib evinin həyətyanı sahəsinə boşaltmışdır. Daha sonra hissə-hissə olmaqla müxtəlif vaxtlarda həmin odunları istixanada yandırmaqla istifadə etmişdir. Hal-hazırda həmin odunlardan bir dənə belə qalmamış, hamısı yanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid7 bildirdi ki, o, Göyçay rayonu Məlikkənd Bələdiyyə sədri vəzifəsində işləyir. 17 aprel 2023-cü il tarixdə 8 X8 və Təbii Sərvətlər idarəsinin əməkdaşları ilə Göyçay rayonu Məlikkənd bələdiyyəsi inzibati sərhədi daxilində yerləşən Ucar-Göyçay-Bərgtişad avtomobil yolunun 3-cü km-də - Şıxbəy kənd ərazisində aparılmış monitorinq zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib və təsdiq edilmiş JN-0054 və JN-0055 saylı (Kod-********) “Torpağın mülkiyyət hüququna dair" Dövlət Aktlarında göstərilən Göyçay rayonu, Şıxbəy kənd sakini Şahid1 məxsus 3,67 ha torpaq sahəsi ilə Təqsirləndirilən şəxs Oiyar oğluna məxsus 3,85 ha pay torpaq sahələri ilə həmsərhəd olan torpaq sahəsində meşə fonduna aid ağaclardan qovaq cinsinə aid köküstə yaş halda 43 ədəd, söyüd cinsinə aid köküstə yaş halda 28 ədəd, yalanqoz cinsinə aid köküstə yaş halda 1 ədəd və palıd cinsinə aid köküstə yaş halda 2 ədəd ağacın «Ətraf mühitin mühafizəsi haqqında» Qanunun 13-cü maddəsinin, «Yaşıllıqların götürülməsi qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 saylı Qərarının tələblərinin pozularaq kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsildiyi müəyyən edilmişdir. Bununla bağlı olaraq 17 aprel 2023-cü il tarixli, 78718 nömrəli akt tərtib olunaraq əraziyə baxış keçirilməsində iştirak edən Bərdə RMTM-nin nümayəndəsi Şahid3, 8 X8 və Təbii Sərvətlər idarəsinin əməkdaşı Şahid5, Şıxbəy kənd sakinləri Təqsirləndirilən şəxs Əiyar oğlu və Şahid1 və onun tərəfindən imzalanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə bioloji ekspertizasının 21 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1295-9/7008 nömrəli ekspert rəyindən görünür ki, Göyçay rayonu Məlikkənd bələdiyyəsi, Şıxbəy kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs və Şahid1 məxsus olan pay torpaq sahələrinin həmsərhəd hissəsindən 5 ədəd d=8,1-12 sm olan, 6 ədəd d=12,1-16 sm olan, 15 ədəd d=16,1-20 sm olan, 10 ədəd d= 20,1-24 sm olan, 3 ədəd d=24,1-28 sm olan, 4 ədəd d=28,1-32 sm olan qovaq cinsindən olan ağaclar, 1 ədəd d=8,1- 12 sm olan, 1 ədəd d=12,1-16 sm olan, 4 ədəd d=16,1-20 sm olan, 3 ədəd d= 20,1-24 sm olan, 2 ədəd d=24,1-28 sm olan, 5 ədəd d=28,1-32 sm olan, 5 ədəd d=32,1-36 sm olan, 5 ədəd=36,1-40 sm olan, 1 ədəd d= 44,1-48 sm olan, 1 ədəd d=48,1-52 sm olan söyüd cinsindən olan ağaclar, 1 ədəd d=8,1-12 sm yalanqoz cinsindən olan ağac, 2 ədəd d=4,1-8 sm palıd cinsindən olan ağaclar olmaqla, ümumilikdə 74 ədəd köküstə yaş halda ağacların (tikinti və abadlaşdırma istisna olmaqla) kök boğazından qanunsuz kəsilməsi nəticəsində dəymiş ziyanın ümumi dəyəri 17610,00 manat müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 8 X8 və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttişi Şahid6 tərəfindən tərtib edilmiş 17 aprel 2023-cü il tarixli, 78718 nömrəli akt ilə 5 ədəd d=8,1 sm-12 sm olan, 6 ədəd d=12,1 sm-16 sm olan, 15 ədəd d=16,1 sm-20 sm olan, 10 ədəd d= 20,1sm -24 sm olan, 3 ədəd d=24,1 sm -28 sm olan, 4 ədəd d=28,1 sm -32 sm olan qovaq cinsindən olan ağaclar, 1 ədəd d=8,1-12 sm olan, 1 ədəd d=12,1 sm-16 sm olan, 4 ədəd d=16,1 sm-20 sm olan, 3 ədəd d= 20,1 sm-24 sm olan, 2 ədəd d=24,1 sm-28 sm olan, 5 ədəd d=28,1 sm-32 sm olan, 5 ədəd d=32,1 sm- 36 sm olan, 5 ədəd=36,1 sm-40 sm olan, 1 ədəd d= 44,1 sm-48 sm olan, 1 ədəd d=48,1 sm-52 sm olan söyüd cinsindən olan ağaclar, 1 ədəd d=8,1 sm-12 sm yalanqoz cinsindən olan ağac və 2 ədəd d=4,1-8 sm palıd cinsindən olan ağacların kəsilməsi faktı təsdiqlənmiş və fakt üzrə 8 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər öz əksini tapmışdır. Qeyd olunan akta əlavə edilmiş dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, həmin ağacların kəsilməsi ilə təbiətə dəymiş ziyanın ümumi məbləği 17610 manatdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə bioloji və məhkəmə əmtəəşünaslıq ekspertizasının 06 aprel 2024-cü il tarixli, 3-16-16/2-7/1719-9/9752 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 8 X8 və Təbii Sərvətlər İdarəsinin 17 aprel 2023-cü il tarixli 78718 nömrəli aktına və Bərdə RMTM-nin rəyinə əsasən Qovaq cinsinə aid köküstə yaş halda, müxtəlif diametrli 43 (qırx üç) ədəd, köküstü quru halda 40 (qırx) ədəd, Tut cinsinə aid müxtəlif diametrli köküstə yaş halda 11 (on bir) ədəd, Palıd cinsinə aid köküstə yaş halda müxtəlif diametrdə 2(iki) ədəd, Söyüd cinsinə aid köküstə yaş halda müxtəlif diametrli 28 (iyirmi səkkiz) ədəd, köküstə quru halda 10 (on) ədəd, Gilas cinsinə aid köküstə yaş halda müxtəlif diametrdə 7 (yeddi) ədəd, İydə cinsinə aid köküstə yaş halda müxtəlif diametrdə 7 (yeddi) ədəd, Alça cinsinə aid köküstə yaş halda 3 (üç) ədəd, Yalanqoz cinsinə aid köküstə yaş halda 1 (bir) ədəd və Qarağac cinsinə aid köküstə quru halda 2 (iki) ədəd ümumilikdə 102 ağacın köküstə yaş halda, 52 ağacın köküstə quru halda kəsildiyi müəyyən edilmişdir. 1-ci sual üzrə ekspertiza təqdim edilmiş, Azərbaycan Respublikasının 8 saylı RETSİ-si tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 78718 saylı akt və ona əlavə edilmiş hesabat cədvəlinə əsasən Göyçay rayonu, Məlikkənd bələdiyyəsi, Şıxbəy kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs və Əlheydər Əliyar oğluna məxsus pay torpaq sahələrinin həmsərhəd hissəsindən 5 ədəd d=8,1 -12 sm olan, 6 ədəd d=12,1-16 sm olan, 15 ədəd d=16,1 -20 sm olan, 10 ədəd d=20,1-24 sm olan, 3 ədəd d=24,1-28 sm olan, 4 ədəd d=28,1-32 sm olan qovaq cinsindən olan ağaclar, 1 ədəd d=8,1-12sm olan, 1 ədəd d=12,1-16sm olan, 4 ədəd d=16,1-20sm olan, 3 ədəd d=20,1-24sm olan, 2 ədəd d=24,1-28 sm olan, 5 ədəd d=28,1-32 sm olan, 5 ədəd d=32,1-36 sm olan, 5 ədəd d=36,1-40 sm olan, 1 ədəd d=44,1-48 sm olan, 1 ədəd d=48,1-52 sm olan söyüd cinsindən olan ağaclar, 1 ədəd d=8,1 -12 sm yalanqoz cinsindən olan ağac, 2 ədəd d=4,1-8 sm palıd cinsindən olan ağaclar olmaqla, ümumilikdə 74 ədəd köküstə yaş halda ağacların (tikinti və abadlaşdırma istisna olmaqla) kök boğazından qanunsuz kəsilməsi nəticəsində dəymiş ziyanın ümumi dəyəri 17610,00 manat müəyyən olunmuşdur. Ekspertiza tədqiqatına təqdim edilmiş 8 X8 və Təbii Sərvətlər İdarəsinin 17 aprel 2023-cü il tarixli 78718 nömrəli aktına və Bərdə RMTM-nin Ucar meşəbəyliyinin meşəbəyi Şahid3 rəyinə əsasən qeyd edilən ərazidə kəsilmiş Qovaq cinsinə aid köküstə yaş halda, müxtəlif diametrli 43(qırx üç) ədəd, köküstü quru halda 40 (qırx) ədəd, Tut cinsinə aid müxtəlif diametrli köküstə yaş halda 11 (on bir) ədəd, Palıd cinsinə aid köküstə yaş halda müxtəlif diametrdə 2 (iki) ədəd, Söyüd cinsinə aid köküstə yaş halda müxtəlif diametrli 28 (iyirmi səkkiz) ədəd, köküstə quru halda 10 (on) ədəd, Gilas cinsinə aid köküstə yaş halda müxtəlif diametrdə 7(yeddi) ədəd, İydə cinsinə aid köküstə yaş halda müxtəlif diametrdə 7 (yeddi) ədəd, Alça cinsinə aid köküstə yaş halda 3 (üç) ədəd, Yalanqoz cinsinə aid köküstə yaş halda 1 (bir) ədəd və Qarağac cinsinə aid köküstə quru halda 2 (iki) ədəd ağacın kök boğazında kəsilməsi nəticəsində dəymiş ziyanın ümumi dəyəri 22400,00 manat müəyyən olunmuşdur. 3-cü sual üzrə Tədqiqat, iş materialında olan 8 X8 və Təbii Sərvətlər İdarəsinin 17 aprel 2023-cü il tarixli 78718 nömrəli aktına və Bərdə RMTM-nin Ucar meşəbəyliyinin meşəbəyi Şahid3 rəyinə əsasən aparılır. “X5” 13 noyabr 2023-cü il tarixli, 155№ rəyində 6560 manat müəyyən edilmiş qiymətlə, 8 X8 və Təbii Sərvətlər İdarəsinin 17 aprel 2023-cü il tarixli 78718 nömrəli aktına əsasən müəyyən edilmiş 17610,00 manat arasındakı 11090,00 fərq, “X5” 13 noyabr 2023-cü il tarixli, 155№ rəyində tədqiqatın 30 ədəd yaş halda (10 ədədi quru) ağacların kəsilməsinə görə aparılması, 8 X8 və Təbii Sərvətlər İdarəsinin 17 aprel 2023-cü il tarixli 78718 nömrəli aktında isə 102 ədəd ağacların kəsilməsinə görə olmuşdur. Beləliklə, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2023-cii ilin mart ayında, günü istintaqa məlum olmayan tarixdə Göyçay rayonu Məlikkənd bələdiyyəsi inzibati sərhədi daxilində yerləşən Ucar-Göyçay-Bərgüşad avtomobil yolunun 3-cü km-də, yəni Şıxbəy kəndi ərazisində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib və təsdiq edilmiş JN-0054 və JN-0055 saylı (Kod-********) “Torpağın mülkiyyət hüququna dair” dövlət aktlarına əsasən, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 35 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Şahid1 pay verilmiş 3,67 ha torpaq sahəsi ilə həmin Komissiyanın eyni tarixli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə ona pay verilmiş 3,83 ha torpaq sahəsinin həmsərhəddində əkilmiş, lakin meşə cinsli olmaqla kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar sayılmayan, yaş halda, ümumilikdə 43 ədəd qovaq, 28 ədəd söyüd, 2 ədəd palıd və 1 ədəd yalanqoz cinsindən olan ağacların 50 manat pul müqabilində köküstə kəsilməsi barədə fəhlə qismində cinayətdən xəbərsiz olan Şahid2 qanunsuz göstəriş vermiş və sonuncu tərəfindən, eləcə də özü tərəfindən motorlu mişardan istifadə etməklə 2023-cü ilin mart ayında, günü istintaqa dəqiq məlum olmayan tarixlərdə üç gün ərzində köküstə yaş halda həmin ağacların kök boğazından kəsilməsi nəticəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə külli miqdarda, yəni 17610 manat məbləğındə xeyli miqdarda ziyan vurmuş, bununla da təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 259.2.4-cü maddəsinin tərkibini təşkil edir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, cinayət əməlinin qəsdən törədilməsini, törədilən əməlin az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini nəzərə alır. Məhkəmə eyni zamanda iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsinin sanksiyasının həddləri daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Göyçay rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1.ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda. Mülki iddiaçı 8 X8 və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Asif Məcidov mülki iddia verərək Təqsirləndirilən şəxs qanunsuz olaraq ağacları kəsərək məhv etməsi nəticəsində təbiətə vurduğu 17610 manat pulun alınaraq 8 X8 və Təbii Sərvətlər İdarəsinin hesabına (X4, kodu 210005, VÖEN: **********, Müxbir Hesab: AZ41NABZ ********************, SWİFT BİK CTREAZ22, Alan müştəri: 8 X8 və Təbii Sərvətlər İdarəsi, Hesa/b Nömrəsi: AZ50CTRE********************, VÖEN. **********, D2. Ödənişlə əlaqədar əlavə informasiya- XHK 2195301, D3. Büdcə Təsnifatının kodu-142582, D4. Büdcə əməliyyatlarının kodu-3) köçürülməsini tələb etmişdir. Mülki iddiaya Zərərçəkmiş şəxs 8 X8 və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttişi Şahid6 tərəfindən tərtib edilmiş 17 aprel 2023-cü il tarixli, 78718 nömrəli aktını və cədvəlini əlavə etmişdir. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs 8 X8 və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttişi Şahid6 tərəfindən tərtib edilmiş 17 aprel 2023-cü il tarixli, 78718 nömrəli aktından və cədvəlindən görünür ki, 5 ədəd d=8,1 sm-12 sm olan, 6 ədəd d=12,1 sm-16 sm olan, 15 ədəd d=16,1 sm-20 sm olan, 10 ədəd d= 20,1sm -24 sm olan, 3 ədəd d=24,1 sm -28 sm olan, 4 ədəd d=28,1 sm -32 sm olan qovaq cinsindən olan ağaclar, 1 ədəd d=8,1-12 sm olan, 1 ədəd d=12,1 sm-16 sm olan, 4 ədəd d=16,1 sm-20 sm olan, 3 ədəd d= 20,1 sm-24 sm olan, 2 ədəd d=24,1 sm-28 sm olan, 5 ədəd d=28,1 sm-32 sm olan, 5 ədəd d=32,1 sm-36 sm olan, 5 ədəd=36,1 sm-40 sm olan, 1 ədəd d= 44,1 sm-48 sm olan, 1 ədəd d=48,1 sm-52 sm olan söyüd cinsindən olan ağaclar, 1 ədəd d=8,1 sm-12 sm yalanqoz cinsindən olan ağac və 2 ədəd d=4,1-8 sm palıd cinsindən olan ağacların kəsilməsi faktı təsdiqlənmiş və fakt üzrə 8 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər öz əksini tapmışdır. Qeyd olunan akta əlavə edilmiş dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, həmin ağacların kəsilməsi ilə təbiətə dəymiş ziyanın ümumi məbləği 17610 manatdır. Məhkəmə dəymiş zərərin baş verməsinə səbəb olmuş Təqsirləndirilən şəxs cinayət əməlinin təhlükəlilik dərəcəsini, cinayət nəticəsində mülki iddiaçıya vurduğu zərərin məhz 17610 manat məbləğində olmasını təsdiq edən sübutların olmasını nəzərə alıb, hesab edir ki, mülki iddia təmin olunmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri 142 manat 83 qəpik məbləğində ödənilmiş dövlət rüsumundan ibarət olduğundan və mülki iddia təmin edildiyindən, məhkəmə xərcləri mülki cavabdeh Təqsirləndirilən şəxs aid edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd motorlu mişar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən dövlət nəfinə keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatının cəmi 200 manat miqdarında dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli Göyçay rayon üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayonu üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu, Şıxbəy kəndində olan fərdi yaşayış evini hər gün saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayonu üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs dəymiş zərərin əvəzi olaraq 17610 manat məbləğində pul alınaraq mülki iddiaçı 8 X8 və Təbii Sərvətlər İdarəsinin hesabına köçürülsün. Dövlət rüsumu üçün ödənilməli olan 142 manat 83 qəpik məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən maddi sübut olan 1 ədəd motorlu mişar xüsusi müsadirə edilsin. İş üzrə maddi sübut olan Göyçay Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd motorlu mişar dövlət nəfinə keçirilsin. İş üzrə ekspertiza tədqiqatının cəmi 200 manat miqdarında dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar