Məhkəmə qərarları › İş №1(046)-5/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-5/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-5/2025 08.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 11.15-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 Əlihəsən qızının , Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşul olan, əvvəllər Şəki Ağır Cinayət Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 08 ay 28 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməmiş, Göyçay şəhəri, 28 May küçəsi, dalan 1, ev 1-də qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda, yəni 1,957 qram üsulla hazırlanmış narkotik vasitə heroini, xeyli miqdarda, yəni tərkibində metadon təsir maddəsinin ümumi miqdarı 0,12 qram olan 03 ədəd narkotik vasitə metadonu, təmiz çəkisi 4,55 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və xeyli miqdarda, yəni 1,774 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək yaşadığı Göyçay şəhəri, 28 May küçəsi dalan 1, ev 1 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, həmin tarixdə saat 11:29-dan 12:25-dək Təqsirləndirilən şəxs yaşadığı Göyçay şəhəri, 28 May küçəsi dalan 1, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evin ona məxsus yataq otağından 05 ədəd kağız bükümlərdə və 01 ədəd sellofan bükümdə, uyğun olaraq ayrıayrılıqda təmiz çəkiləri-0,26 qram, 0,41 qram, 0,36 qram, 0,38 qram, 0,33 qram, 2,81 qram- ümumi təmiz çəkisi 4,55 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,621 qram və 0,336 qram olmaqla ümumi təmiz çəkisi 1,957 qram, yəni xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,367 qram və 0,407 qram olmaqla ümumi təmiz çəkisi 1,774 qram, yəni xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və tərkibində metadon təsir maddəsinin ümumi miqdarı 0,12 qram, yəni xeyli miqdarda olan 03 ədəd narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi, ifadə verərək göstərdi ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmuş, təxminən 2017-ci ildən narkotik vasitə istifadə edir, lakin azadlığa çıxdıqdan bir müddət sonra narkotik vasitə istifadə etməmiş, təxminən 3-4 aydır ki, narkotik vasitə olan və “kakos” və “patı” adlandırdığı maddələri qarışdıraraq iynə vasitəsi ilə əzələyə vurmaqla qəbul edir. Narkotik vasitələri qəbul edir,lakin onların satışı ilə məşğul olmur.Onun evindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni tutulmamışdan bir gün əvvəl,yəni xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə keçən gecəsi saat 04 radələrində onunla eyni küçədə yaşayan X4 260 manata almışdır.Onların arasında olan razılaşmaya görə 210 manatı ödəmiş,qalan 50 manatı sonra ödəməli idi.xx.xx.2024cü il tarixdə saat 11 radələrində yaşadığı Göyçay şəhəri, 28 May küçəsində yerləşən evinin qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşmışlar, həmin şəxslər ona polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin dövriyəsində şübhəli olduğunu bildirmişlər. Evində baxış aparılarkən masanın üzərindəki sellofan və kağız bükümlərdə olan “nəşə”ni, yəni qurudulmuş marixuananı, daha sonra kibrit qutusunun içərisindəki sellofan bükümdə olan “kakos” yəni narkotik vasitə olan heroini polis əməkdaşına təqdim etmişdir.Özü əsasən «kakos» və «patıdan» istifadə edir.Metadondan dərman kimi istifadə edir.Qurudulmuş marixuananı isə istifadə edəndə onu aparır.Əldə etdiyi narkotik maddələri və psixotrop maddəni tərəzidə çəkmədən almışdır.Özü həmin maddələri istifadə edəndə tərəzidən istifadə etməmişdir.Tərəzidən gümüş metalları alıbsatanda istifadə edir.Gümüşü 40 qəpiyə alır.Bazarda gümüşün alqı-satqısı ilə məşğul olur.3-cü dərəcəli əlil olması ilə əlaqədar 400 manat alır,onun 260 manatını narkotik vasitələrin alınmasına xərcləyir.Narkotik vasitələri X4 almasını müstəntiqə demişdir,lakin müstəntiq ona «boş ver» deyib, ifadəsinə salmamışdır.Özünü narkotik maddələri saxlamaqda təqsirli bilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə təngidi yanaşaraq hesab edir ki,bu cür ifadə özünü müdafiə xarakteri daşıyır,işin faktiki hallarına uyğun gəlmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, xx.xx.2024-cü il tarixdə ona ünvan 1 ünvanda yaşayan, xx.xx.1974- cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitə alüdəçəsi olması, eləcədə narkotik vasitələri üzərində daşıması və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün tərfindən qərar qəbul edilmiş və rəhbərliyə məruzə edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, Şahid5, Şahid2, Şahid4, Şahid3 və o əməliyyat qrupunun üzvləri olmuşlar, daha sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsinə başlanılmış, bu zaman Təqsirləndirilən şəxs yaşadığı evdə olması və narkotik vasitə və psixotrop maddələri yaşadığı evdə saxlaması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olması bildirilmiş, həmçinin yaşadığı evə baxış keçirilməli olduğu izah edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə başlanılmış, Təqsirləndirilən şəxs yaşadığı evin özünə məxsus yataq otağını təqdim etmiş və özünə məxsus yataq otağında narkotik vasitə olduğunu bildirmiş, masanın üzərindəki sellofan və kağız bükümləri, daha sonra kibrit qutusunun içərisindəki sellofan bükümdə olan “maddəni təqdim etmiş və özünə məxsus olduğunu bildirmiş, sonra masanın üzərində olan həbləri təqdim edərək dərman olmasını və ağrıları olan zaman istifadə etdiyini bildirmişdir. Daha sonra yataq otağında olan kiçik dolabın üzərində saxladığı 01 ədəd həbi təqdim etmiş, bundan başqa həmin dolabın üzərində olan sarı rəngli plastik qabı açılmış və qabın içərisində bükümlərin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içərisindəki maddənin “kakos” olmasını bildirmiş, həmin büküm açılmış, içərisindən qəhvəyi rəngli maddə olması aşkar edilmişdir. Həmin plastik qabın içərisindən aşkar edilmiş digər sellofan büküm açılmış və içərisində ağ rəngli kristal formalı maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin “patı” olduğunu söyləmiş, bundan sonra baxış zamanı yataq otağından bir neçə ədəd işlənmiş şpris aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin şprislərdən istifadə etdiyini söyləmiş, daha sonra həmin yataq otağında olan stolun altından içərisində çeklər olan 01 ədəd qutu və 01 ədəd sellofan torba aşkar edilmişdir. Sellofan torbaya baxış keçirilən zaman içərisindən çeklər ilə yanaşı istifadə edilmiş şprislər də aşkar edilmişdir. Baxış zamanı 01 ədəd elektron tərəzi aşkar edilmiş, Təqsirləndirilən şəxs qızıl və gümüş alan zaman istifadə etmək üçün elektron tərəzini saxladığını bildirmişdir. Baxış zamanı həmin otaqdan qeyd edilənlərdən başqa qanunsuz olaraq saxlanılmış hər hansı əşya və ya predmet aşkar edilməmişdir.Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş maddələr elektron tərəzi vasitəsi ilə çəkilməyə başlanılmış, əvvəlcə kağız bükümlərdə olan “nəşə”, yəni qurudulmuş marixuanalar çəkilmiş, onların çəkiləri müvafiq olaraq 0,60 qram, 0,65 qram, 0,75 qram, 0,70 qram və 0,71 qram, həmçinin sellofan bükümdə olan qurudulmuş marixuananın çəkisi isə 3,33 qram olmuş, bundan sonra aşkar edilmiş “kakos”, yəni narkotik vasitə heroinlər elektron tərəzi vasitəsi ilə çəkilmiş, çəkiləri isə müvafiq olaraq 0,50 qram və 2,18 qram olmuş, Təqsirləndirilən şəxs etiraz edərək ona məxsus heroinin çəkisinin 2 qramdan çox olmadığını bildirmiş, polis əməkdaşı və müdafiəçi ona həmin çəkinin təmiz çəki olmadığını, aşkar edildiyi sellofanla birlikdə çəkildiyini, təmiz çəkini isə ekspertiza rəyində qeyd ediləcəyini bildirmişlər, buna görə də Təqsirləndirilən şəxs onlarla razılaşmış, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş və ona məxsus “patılar, yəni psixotrop maddə metamfetaminlər elektron tərəzidə çəkilmiş, çəkiləri isə 1,55 qram və 0,96 qram olmuş, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş və ağ rəngli maddə olduğu üçün metamfetaminə bənzəyən limon duzu da elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olmadığını və limon duzu olduğunu bildirmiş, lakin həmin maddə də elektron tərəzidə çəkilmiş, çəkisi isə 6,51 qram olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr, həmçinin elektron tərəzi qablaşdırılmış, həmçinin aşkar edilmiş şprislər və kiçik pambıq hissəcikləri də qablaşdırılaraq götürülmüşdür. Həmin evdən aşkar edilmiş ümumilikdə 03 ədəd həb də polis əməkdaşı tərəfindən qablaşdırılmış, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz olaraq saxlanılmış hər hansı əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2, Şahid5 və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid4 göstərdi ki, xx.xx.2024-cü il tarixdə ona ünvan 1 ünvanda yaşayan, xx.xx.1974- cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitə alüdəçəsi olması, eləcədə narkotik vasitələri üzərində daşıması və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmiş və rəhbərliyə məruzə edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, Şahid5, Şahid2, Şahid3 və o əməliyyat qrupunun üzvləri olmuşlar. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, ona yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlamaqda şübhəli olması bildirilmiş, həmçinin yaşadığı evə baxış keçirilməli olduğu izah edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bununla bağlı ərizə yazmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin özünə məxsus yataq otağını təqdim etmiş və özünə məxsus yataq otağında narkotik vasitə olduğunu bildirmiş, Təqsirləndirilən şəxs ona məxsus narkotik vasitələrin masanın üzərində olmasını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs masanın üzərindəki sellofan və kağız bükümləri, daha sonra kibrit qutusunun içərisindəki sellofan bükümdə olan “maddəni təqdim etmiş və özünə məxsus olduğunu bildirmişdir. Sonra masanın üzərində olan həbləri təqdim edərək dərman olmasını və ağrıları olan zaman istifadə etdiyini bildirmişdir. Yataq otağında olan kiçik dolabın üzərində saxladığı 01 ədəd həbi təqdim etmiş, bundan başqa həmin dolabın üzərində olan sarı rəngli plastik qabı açılmış və qabın içərisində bükümlərin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içərisindəki maddənin “kakos” olmasını bildirmiş, həmin büküm açılmış, içərisindən qəhvəyi rəngli maddə olması aşkar edilmiş, bundan sonra həmin plastik qabın içərisindən aşkar edilmiş digər sellofan büküm açılmış və içərisində ağ rəngli kristal formalı maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin “patı” olduğunu söyləmiş, bundan sonra baxış zamanı yataq otağından bir neçə ədəd işlənmiş şpris aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin şprislərdən istifadə etdiyini söyləmiş, daha sonra həmin yataq otağında olan stolun altından içərisində çeklər olan 01 ədəd qutu və 01 ədəd sellofan torba aşkar edilmişdir. Sellofan torbaya baxış keçirilən zaman içərisindən çeklər ilə yanaşı istifadə edilmiş şprislər də aşkar edilmiş, bundan sonra baxış keçirilməsinə başlanılmış, həmin vaxt otaqda olan balaca dolabın içərisindən qol saatları, xırdavat əşyalar, ev əşyaları və 01 ədəd elektron tərəzi aşkar edilmişdir.Təqsirləndirilən şəxs qızıl və gümüş alan zaman istifadə etmək üçün elektron tərəzini saxladığını bildirmiş, baxış zamanı həmin otaqdan qeyd edilənlərdən başqa qanunsuz olaraq saxlanılmış hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş maddələr elektron tərəzi vasitəsi ilə çəkilməyə başlanılmış, əvvəlcə kağız bükümlərdə olan “nəşə”, yəni qurudulmuş marixuanalar çəkilmiş, onların çəkiləri müvafiq olaraq 0,60 qram, 0,65 qram, 0,75 qram, 0,70 qram və 0,71 qram, həmçinin sellofan bükümdə olan qurudulmuş marixuananın çəkisi isə 3,33 qram olmuş, bundan sonra aşkar edilmiş “kakos”, yəni narkotik vasitə heroinlər elektron tərəzi vasitəsi ilə çəkilmiş, çəkiləri isə müvafiq olaraq 0,50 qram və 2,18 qram olmuşdur. Təqsirləndirilən şəxs etiraz edərək ona məxsus heroinin çəkisinin 2 qramdan çox olmadığını bildirmiş, polis əməkdaşı və müdafiəçi ona həmin çəkinin təmiz çəki olmadığını, aşkar edildiyi sellofanla birlikdə çəkildiyini, təmiz çəkini isə ekspertiza rəyində qeyd ediləcəyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş və ona məxsus “patılar, yəni psixotrop maddə metamfetaminlər elektron tərəzidə çəkilmiş, çəkiləri isə 1,55 qram və 0,96 qram olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş və ağ rəngli maddə olduğu üçün metamfetaminə bənzəyən limon duzu da elektron tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olmadığını və limon duzu olduğunu bildirmişdir. Həmin maddə də elektron tərəzidə çəkilmiş, çəkisi isə 6,51 qram olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr, həmçinin elektron tərəzi qablaşdırılmış, həmçinin aşkar edilmiş şprislər və kiçik pambıq hissəcikləri də qablaşdırılaraq götürülmüşdür. Həmin evdən aşkar edilmiş ümumilikdə 03 ədəd həb də polis əməkdaşı tərəfindən qablaşdırılmış, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz olaraq saxlanılmış hər hansı əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid6 göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Göyçay RPŞ-in inzibati binasında olan zaman ona yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlamaqda və istifadə etməkdə şübhəli olan Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməli olduğunu və baxışın videoçəkiliş vasitəsi ilə qeydə alınmalı olduğunu bildirmişlər. Digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin yerləşdiyi ünvana gəlmişlər. Təqsirləndirilən şəxs ona məxsus narkotik vasitələrin masanın üzərində olmasını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs masanın üzərindəki sellofan və kağız bükümləri, daha sonra kibrit qutusunun içərisindəki sellofan bükümdə olan “maddəni təqdim etmiş və özünə məxsus olduğunu bildirmişdir. Masanın üzərində olan həbləri təqdim edərək dərman olmasını, daha sonra yataq otağında olan kiçik dolabın üzərində saxladığı 01 ədəd həbi təqdim etmiş, həmin dolabın üzərində olan sarı rəngli plastik qabı açılmış və qabın içərisində bükümlərin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içərisindəki maddənin “kakos” olmasını bildirmiş, həmin büküm açılmış, içərisindən qəhvəyi rəngli maddə olması aşkar edilmiş, plastik qabın içərisindən aşkar edilmiş digər sellofan büküm açılmış və içərisində ağ rəngli kristal formalı maddə olması aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin “patı” olduğunu söyləmiş, yataq otağından bir neçə ədəd işlənmiş şpris aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin şprislərdən istifadə etdiyini söyləmiş, yataq otağında olan stolun altından içərisində çeklər olan 01 ədəd qutu və 01 ədəd sellofan torba aşkar edilmiş, həmin sellofan torbaya baxış keçirilən zaman içərisindən çeklər ilə yanaşı istifadə edilmiş şprislər də aşkar edilmişdir. Otaqda olan balaca dolabın içərisindən qol saatları, xırdavat əşyalar, ev əşyaları və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 06 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 11:29-da başlamış və 12:25-də başa çatmış şəxsi axtarış ünvan 2 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evdə aparılmış, Təqsirləndirilən şəxs ona məxsus narkotik vasitələrin masanın üzərində olmasını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs masanın üzərindəki sellofan və kağız bükümləri, daha sonra kibrit qutusunun içərisindəki sellofan bükümdə olan «maddəni» təqdim etmiş və özünə məxsus olduğunu bildirmiş, sonra masanın üzərində olan həbləri təqdim edərək dərman olmasını və ağrırları olan zaman istifadə etdiyini bildirmiş, daha sonra yataq otağında olan kiçik dolabın üzərində saxladığı 01 ədəd həbi təqdim etmiş, bundan başqa həmin dolabın üzərində olan sarı rəngli plastik qabı açılmış və qabın içərisində bükümlərin olması aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bükümlərdən birinin içərisindəki maddənin “kakos” olmasını bildirmiş, həmin büküm açılmış, içərisindən qəhvəyi rəngli maddə olması aşkar edilmiş, bundan sonra həmin plastik qabın içərisindən aşkar edilmiş digər sellofan büküm açılmış və içərisində ağ rəngli kristal formalı maddə olması aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin “patı” olduğunu söyləmiş, bundan sonra baxış zamanı yataq otağından bir neçə ədəd işlənmiş şpris aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin şprislərdən istifadə etdiyini söyləmiş, daha sonra həmin yataq otağında olan stolun altından içərisində qəbzlər olan 01 ədəd qutu və 01 ədəd sellofan torba aşkar edilmiş, həmin sellofan torbaya baxış keçirilən zaman içərisindən qəbzlər ilə yanaşı istifadə edilmiş şprislər də aşkar edilmiş, bundan sonra əməliyyat müvəkkili tərəfindən baxış keçirilməsinə başlanılmış, həmin vaxt otaqda olan balaca dolabın içərisindən qol saatları, xırdavat əşyalar, ev əşyaları və 01 ədəd elektron tərəzi aşkar edilmiş, Təqsirləndirilən şəxs qızıl və gümüş alan zaman istifadə etmək üçün elektron tərəzini saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş maddələr elektron tərəzi vasitəsi ilə çəkilməyə başlanılmış, əvvəlcə kağız bükümlərdə olan “nəşə”, yəni qurudulmuş marixuanalar çəkilmiş, onların çəkiləri müvafiq olaraq 0,60 qram, 0,65 qram, 0,75 qram, 0,70 qram və 0,71 qram, həmçinin sellofan bükümdə olan qurudulmuş marixuananın çəkisi isə 3,33 qram olmuş, bundan sonra aşkar edilmiş “kakos”, yəni narkotik vasitə heroinlər elektron tərəzi vasitəsi ilə çəkilmiş, çəkiləri isə müvafiq olaraq 0,50 qram və 2,18 qram olmuş, Təqsirləndirilən şəxs etiraz edərək ona məxsus heroinin çəkisinin 2 qramdan çox olmadığını bildirmiş, polis əməkdaşı və müdafiəçi ona həmin çəkinin təmiz çəki olmadığını, aşkar edildiyi sellofanla birlikdə çəkildiyini, təmiz çəkini isə ekspertiza rəyində qeyd ediləcəyini bildirmişlər, buna görə də Təqsirləndirilən şəxs onlarla razılaşmış, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş və ona məxsus “patı”lar, yəni psixotrop maddə metamfetminlər elektron tərəzidə çəkilmiş, çəkiləri isə 1,55 qram və 0,96 qram olmuş, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş və ağ rəngli maddə olduğu üçün metamfetminə bənzəyən limon duzu da elektron tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olmadığını və limon duzu olduğunu bildirmiş, lakin həmin maddə də elektron tərəzidə çəkilmiş, çəkisi isə 6,51 qram olmuş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr, həmçinin elektron tərəzi qablaşdırılmış, həmçinin aşkar edilmiş şprislər və kiçik pambıq hissəcikləri də qablaşdırılaraq götürülmüş, bundan başqa həmin evdən aşkar edilmiş ümumilikdə 03 ədəd həb də polis əməkdaşı tərəfindən qablaşdırılmış, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz olaraq saxlanılmış hər hansı əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 25 may 2024-cü il tarixli, 3-16-16-2-17/474 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş bükümlər, həblər, 01 ədəd tərəzi, 8 ədəd şipris..” sözləri, imzalar və adlar yazılmış 01 ədəd zərfin içərisindəki; 05 ədəd kağız bükümlərdə və 01 ədəd sellofan bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri-0,26 qram, 0,41 qram, 0,36 qram, 0,38 qram, 0,33 qram, 2,81 qram- ümumi təmiz çəkisi 4,55 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır, 02 ədəd sellofan bükümlərdə, ayrı-ayrılqıda təmiz çəkiləri 1,621 qram və 0,336 qram, ümumi təmiz çəkisi 1,957 qram olan maddələr kustar üsulla hazrılanmış narkotik vasitə heroinlərdir, 02 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,367 qram və 0,407 qram, ümumi təmiz çəkisi 1,774 qram olan maddələr ksutar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlərdir. 01 ədəd kiçik şüşə qabda, təmiz çəkisi 1,354 qram olan limonduzuna oxşar maddə narkotik vasitələrə və psixotrop maddələr aid deyil, 08 ədəd 1 ml-ik şprislərin içərisində cüzi miqdarda narkotik vasitə heroin hissəcikləri vardır. Həmin heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini və eyni tərkibli olub-olmadıqlarını müəyyən etmək mümkün olmadı, 01 ədəd zərfin içərisindəki qəhvəyi rəngli kiçik pambıq parçalarının üzərində cüzi miqdarda narkotik vasitə heroin hissəcikləri vardır. Həmin heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini və eyni tərkibli olub-olmadıqlarını müəyyən etmək mümkün olmadı. Məhkəmə Ekspertizası Mərkəzi X6 müvafiq laboratoriya cihazı olmadığından təqdim edilmiş 02 ədəd üzərlərində “Methadone” yazısı olan blisterlər kəsiklərində, ümumilikdə 03 ədəd həblərin tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş 05 ədəd kağız və 01 ədəd sellofan bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 02 ədəd sellofan bükümdə olan heroinlər xarici əlamətlərinə görə və kimyəvi komponentlərinə görə fərqlidirlər. Tədqiqata təqdim edilmiş, 02 ədəd sellofanda olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 01 ədəd kiçik şüşə qabda olan maddə narkotik vasitələrə və psixotrop maddələr aid olmadığından onun digər maddələrlə müqayisəli (eynilik) tədqiqatı aparılmadı. Tədqiqata təqdim edilmiş 08 ədəd şprislərin içərisində və 01 ədəd zərfin içərisindəki kiçik pambıq parçalarının üzərilərində olan heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin obyektlərin 02 ədəd sellofan bükümdəki heroinlərin müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmadı. Qurudulmuş marixuana və heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı) Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı” Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 09 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/3615 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsi tədqiqat obyekti №2 möhür əski, Ekspert rəyi №3-16-16-2-17/474; Veildiyi tarix xx.xx.2024-cü il, material № HK-1/963, ekspertizanı təyin etmiş orqan: Göyçay RPŞ, Maddi sübut 02 ədəd blister kəsiklərində ümumilikdə 03 ədəd həblər; Vət. Təqsirləndirilən şəxs oğ, Ekspert/imza/Hafiz Rəşidov” yazılar olan zərfdəki 01 ədəd konvalyut kəsiyində ümumi sayı 2 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman həblərinin tərkibində təsiredici maddəsinin miqdarı: 0,08 qram (üzərindəki göstəricilərə əsasən 01 ədəd həbdə 0,04 qram) olan narkotik maddə-metadon müəyyən edildi, metadonlar kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər və 01 ədəd üzərində “ddp/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dərman həbinin tərkibində təsiredici maddəsinin miqdarı 0,04 qram (üzərindəki göstəricilərə əsasən 01 ədəd həbdə 0,04 qram) olan narkotik vasitəmetadon müəyyən edildi. Təqsirləndirilən şəxs məxsus 02 ədəd üzərində “F/M40” və 01 ədəd “ddp/M40” yazısı həkk olunmuş tərkibində təsiredici maddəsinin miqdarı 0,12 qram (üzərindəki göstəricilərə əsasən 01 ədəd həbdə 0,04 qram) olan narkotik vasitə metadonlar kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, həmçinin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir. Qərarda qeyd edilmiş “..təyinatı müəyyən edilsin..” sualı materialların məhkəmə ekspertizasının predmetinə aid olmadığı üçün cavablandırılmamışdır. Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir. Metadon həblərinin ümumi sayı 3 ədəd həb, cəmi tədqiqata sərf edildi 01 ədəd həb. Qalıq 02 ədəd həb. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X2 Məcburi-Narkoloji tibbi yoxlamanın 12 avqust 2024-cü il tarixli, 1356 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- X3 X9 X7 şöbəsinin xx.xx.2024-cü il tarixli 545 saylı rəyindən görünür ki, Məmmədov X1 Ensefalpatiya nəticəsində şəxsiyyətin Psixopatizasiyası XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F07.2 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, öz əməlinin fakitiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur, yəni cinayət törədən zaman ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs halhazırda da Postravmatik Ensefalopatiya nəticəsində şəxsiyyətin Psixopatizasiyası XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F07.2 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs halhazırda da Postravmatik Ensefalopatiya nəticəsində şəxsiyyətin Psixopatizasiyası XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F07.2 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdə, saat 11.15-də şübhəli şəxs qismində tutulmuş, 27 may 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətlərindən görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublkası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş,Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 08 ay 28 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən məhkumluq ödənilməmişdir. Məhkəmə qeyd edir ki,şəxsin əməlində CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması haqda nəticəyə gəlmək üçün əvvəla CM-in 234.1-ci maddəsində göstərilən əməllərin satış məqsədilə (cinayətin subyektiv cəhətinə aid olan hal) törədilməsi, yaxud da cinayətlərin predmeti sayılan narkotik vasitələri və ya psixotrop maddələri satması (cinayətin obyektiv cəhətinə aid olan digər hal) sübuta yetirilməlidir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Burada göstərilən maddə və vasitələrin miqdarı, onların daşınması, gəzdirilməsi, saxlanması yerləri, müddəti, şəraiti və üsulu, habelə satışın həyata keçiriməsi üçün müəyyən avadanlığın (məsələn, tərəzinin, qablaşdırmaq üçün üçün avadanlığın) alınması və narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin istifadəçilərinin axtarılması və sair bu kimi halların müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həmdə bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki iş üzrə mötəbər və qanuni yolla əldə edilmiş, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin fərdi yaşayış evindən aşkar edilmiş müxtəlif növlərdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda narkotik vasitələr və psixotrop maddə ayrı-ayrı bükümlərdə qablaşdırılmış və sonuncu həmin bükümlərin hamısını fərdi yaşayış evinə daşıyaraq saxlamışdır. Burada onun əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsinə dəlalət edən mühüm hallardan biri də onun yaşadığı evdən bükümlərə qablaşdırılması üçün istifadə edilən elektron tərəzinin aşkar edilərək götürülməsidir. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə xeyli miqdarda, yəni 1,957 qram üsulla hazırlanmış narkotik vasitə heroini, xeyli miqdarda, yəni tərkibində metadon təsir maddəsinin ümumi miqdarı 0,12 qram olan 03 ədəd narkotik vasitə metadonu, təmiz çəkisi 4,55 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və xeyli miqdarda, yəni 1,774 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək yaşadığı Göyçay şəhəri, 28 May küçəsi dalan 1, ev 1 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibini yaradır. Qeyd olunanlarla yanaşı məhkəmə nəzərə çatdırmaq istəyir ki,təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni X4 əldə etməsi ilə bağlı məhkəmədə verdiyi məlumatlar qanunla müəyyən edilmiş qaydada araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Və nəhayət cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə,bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyinə görə məhkum olunmasını, hazırda məhkumluğu ödənilməmiş hesab edilməsini, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin İİ qrup əlil olmasını cəzasını yüngülləşdirən hal olduğunu və cinayətlərin residivini cəzasını ağırlaşdıran hal olduğunu nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından,təhlükəli residivə görə üçdə ikisindən,xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlama müddəti təyin edilmiş cəzadan çıxılaraq qəti cəza təyin edilməli,cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli həbsə alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 4,43 qram narkotik vasitə olan qurudulmuş marixuana, 1,857 qram narkotik vasitə heroin, 1,674 qram psixotrop maddə metamfetamin, 02 ədəd narkotik vasitə metadon həbləri, 8 ədəd şpris,1 ədəd zərfin içərisindəki pambıq parçaları,1 ədəd kiçik şüşə qabda olan limon duzuna oxşar maddə,1 ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “DVD” disk iş materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının cəmi 167 manat 91 qəpik məbləğində dəyəri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 351-353, 384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalında həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı xx.xx.2025-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 4,43 qram narkotik vasitə olan qurudulmuş marixuana, 1,857 qram narkotik vasitə heroin, 1,674 qram psixotrop maddə metamfetamin, 02 ədəd narkotik vasitə metadon həbləri, 8 ədəd şpris, 1 ədəd zərfin içərisindəki pambıq parçaları,1 ədəd kiçik şüşə qabda olan limon duzuna oxşar maddə,1 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının 167 manat 91 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar