Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-50/2020 28.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, dövlət ittihamçısı X4, Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxsin hüquqi varisi X1 və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx.xx.1960-cı ildə Göyçay rayon Qarayazı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Göyçay rayon Qarayazı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 18:10-da sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi oğlu Zərərçəkmiş şəxs3 mülkiyyətində olan QAZ-270710 markalı 04BO303 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Göyçay rayonunun Üngütlü kəndi ərazisində yerləşən «Maqnit» meyvə qəbulu ambarının qarşısından Göyçay-Ucar avtomobil yolununa daxil olduqda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, hərəkət hissəsini əks istiqamətli hərəkət zolaqlarına ayıran 1.1-1.3 üfüqi nişanlanma xəttini kəsib keçən zaman üzü Ucar rayonu istiqamətinə doğru Zərərçəkmiş şəxs1 mülkiyyətində olan VAZ-21063 markalı ** BM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən Şahid1 hərəkət zolağına çıxıb sonuncunun hərəkəti üçün təhlükə yaradaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qanunun bu tələblərinə riayət etməməsi səbəbindən həmin avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Şahid1 idarə etdiyi avtomobili yararsız hala salıb zərərçəkmiş şəxsin hüquqi varisi X2 3700 manat, idarə etdiyi QAZ-270710 markalı 04BO303 dövlət nömrəli avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs3 isə 1790 manat ziyan vurmaqla, Şahid1 avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs2 sağ gözün buynuz qişanın mərkəzi bulanması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər və digər sərnişin Zərərçəkmiş şəxs1 isə döş qəfəsinin açıq travması, sağ ağ ciyərin yuxarı payının zədələnməsi, sağ İ-İİ-İİİ-İV-V-Vİ qabırğalarının qoltuqönü xətt üzrə yerdəyişən sınığı, daxili qanitirmə (1500,0 ml), sağ bazu sümüyünün aşağı 1/3-nin qapalı sınığı, döş qəfəsinin sağ qoltuqaltı nahiyyəsinin, sağ dirsək oynağının arxa səthinin yaraları, döş qəfəsinin ön sağ nahiyyəsinin, sağ mil bilək oynağının iç səthinin, sol diz oynağının arxa səthinin, sağ baldırın orta 1/3-nin ön səthinin sıyrıqları ilə nəticələnən ehtiyyatsızlıqdan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, Qazel 2707 10 markalı **- BO-*** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə əsasında oğlu Zərərçəkmiş şəxs3 məxsusdur və həmin avtomobili etibarnamə əsasında idarə edir.Qazel 2707 10 markalı avtomobillə müxtəlif növ yüklər daşımaqla ailəsini dolandırır. xx.xx.2019-cu il tarixdə də saat 16 radələrində Göyçay rayon Potu kəndində olmuş, yanında Çərəkə kənd sakinləri Vuqar və Siyavuş adlı şəxslər də olmuşlar, onlar avtomobili yükləmək və boşaltmaqla məşğul olmuşlar, həmin vaxtı avtomobilə xurma meyvəsindən ibarət yük yükləmişlər, sonra onlar həmin meyvələri birlikdə Üngütlü kəndində yol kənarında meyvə qəbul edilən “Maqnit” şirkətinə aid anbara təhvil vermişlər, saat 18 radələrində “Maqnit” şirkətinə aid anbardan çıxmışlar və yol kənarında gözləmişlər, həmin yerdə gözləməkdə məqsədi isə Vuqarı və SiyavuşuÇərəkə kəndinə yola salmaqolmuşdur.Həmin yerdə bir qədər gözləmiş, lakin Vuqar və Siyavuşu evlərinə yolasalmaq üçün avtomobil olmadığından onların xahişi ilə evlərinə aparmalı olmuş, həmin vaxt sağa və sola baxaraq yolun hərəkət hissəsində uzaqdan avtomobil gəlmədiyinə tam əmin olduqdan sonra Göyçay-Ucar avtomobil yoluna çıxaraq Ucar rayonu istiqamətində hərəkətə başlamış, yola çıxan zaman hər iki hərəkət zolağında avtomobil hərəkətdə olmadığına əmin olmuş görmüş, Ucar rayonu istiqamətində hərəkətə başlayaraq öz yoluna tam düzələrək təxminən 20 metr məsafə qət etmiş ki, “Maqnit” şirkətinə məxsus anbarın önündə, Göyçay şəhəri istiqamətindən Ucar rayon istiqamətində arxadan hərəkətdə olanŞahid1 idarə etdiyi Vaz 2106 markalı avtomobil yüksək sürətlə elə onun hərəkətdə olduğu sağ zolaqda qəfildən avtomobili sol arxa tərəfdən vurmuş, həmin vaxtı avtomobili bir qədər sağa doğru atılaraq hərəkət etsə də idarəetməni itirməmiş və avtomobilini öz hərəkət yoluna gətirərək saxlamağı bacarmış, hadisə zamanı onun avtomobilini arxa sot tərəfdən vuran Vaz 2106 markalı avtomobil isə sol tərəfindən hərəkət edərək yolun sağ tərəfində yerləşən çökəkliyə düşmüş, həmin vaxtı dərhal avtomobilindən enərək həmin Vaz 2106 markalı avtomobilə yaxınlaşmış və Vaz 2106 markalı avtomobildə olan sərnişinlərə köməklik etməyə çalışmış, həmin avtomobilə yaxınlaşan zaman qəza törətmiş avtomobilin Vaz 2106 markalı **-BM- *** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu və avtomobildə üç nəfər şəxslərin olduğunu görmüş, sonradan hadisə yerinə toplaşan şəxslərin köməkliyi ilə Vaz 2106 markalı avtomobildə olan şəxsləri çıxartmışlar, həmçinin hadisə yerinə gələn TTYS-nın əməkdaşları xəsarət alanlara tibbi yardım göstərərək onları xəstəxanaya aparmışlar, bir qədər keçəndən sonra eşitmişdir ki, xəstəxanaya aparılan şəxslərdən Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərdən ölmüş, Vaz 21063 markalı avtomobilin sürücüsü və avtomobildə olan azyaşlı uşağın vəziyyətləri yaxşı olmuşdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X2 dəymiş ziynanın əvəzi kimi 1500 manat təklif etmiş, lakin X3 həmin məbləği qəbul etməkdən imtina etmişdir. Törətdiyi əməldən peşmandır. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadə verərək göstərmişdir ki, Göyçay rayon Çərəkə kəndində valideyinləri ilə birlikdə yaşayır, mərhum X5 onun əridir, Zərərçəkmiş şəxs1 xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. Vaz 21063 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil mərhum əri Zərərçəkmiş şəxs1 mülkiyyətindədir, həmin avtomobili hadisə baş verən günə kimi arasıra onun qardaşı Şahid1 etibarnamə əsasında idarə etmiş, Zərərçəkmiş şəxs1 Göyçay şəhərində yerləşən “ İdeal serviz” adlı avtomobil təmiri müəssisəsində usta işləyirmiş, həmin gün saat 09 radələrində işə gedib saat 18 radələrində işdən qayıdırmış, Şahid1 da Göyçay şəhərində yerləşən bir avtomobil təmiri müəssisəsində usta işlədiyi üçün Zərərçəkmiş şəxs1 ilə birlikdə işə gedib qayıdırmış, əksər hallarda avtomobili Pərviz idarə edirmiş, xx.xx.2019-cu il tarixdə də Zərərçəkmiş şəxs1 saat 09 radələrində işə getməkdən ötrü evdən çıxmış, Şahid1la birlikdə sonuncunun idarə etdiyi avtomobillə işə getmişlər, həmin günü bir neçə dəfə Məbudla telefonla danışmış, ona evə qayıdan zaman bacısının azyaşlı uşağı Zərərçəkmiş şəxs2 də gətirəcəklərini bildirmiş, həmin gün saat 19 radələrində Məbudun valideyinlərindən Zərərçəkmiş şəxs1 Şahid1 ilə gedib Potu kəndindən bacısı uşağını götürdükdən sonra Şahid1 idarə etdiyi avtomobillə evə qayıdan zaman Göyçay-Ucar avtomobil yolunun Göyçay rayon Üngütlü kəndi ərazisində bir Qazel markalı avtomobillə toqquşaraq qəzaya düşmələrini eşitmiş, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əri Zərərçəkmiş şəxs1 vəfat etmiş, Şahid1 və avtomobildə olmuş Zərərçəkmiş şəxs2 hadisə nəticəsində xəsarətlər aldıqları üçün Göyçay mərkəzi rayon xəstəxanasına aparılmışlar. Həmçinin baş vermiş hadisə zamanı mərhum əri Zərərçəkmiş şəxs1 mülkiyyətində olmuş Vaz 21063 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə də maddi ziyan vurulmaqla avtomobil yararsız hala düşmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanın əvəzi kimi 1500 manat təklif etmiş, lakin həmin pulu götürməkdən imtina etmişdir. Hesab edir ki, həmin pulu götürəcəyi təqdirdə sığorta şirkəti tərəfindən ona pul ödənilməyəcəkdir. Təqsirləndirilən şəxs şikayətçidir və ona cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadə verərək göstərmişdir ki, Göyçay rayon Ulaşlı-Şıxlı kəndində yaşayır, oğlu Şahmar Ulaşlı-Şıxlı kənd tam orta məktəbin 7-ci sinif şagirdidir, xx.xx.2019-cu il tarixdə oğlu Şahmar evdə olmuş, mərhum dayısı Zərərçəkmiş şəxs1 evə zəng etmiş, həmin vaxtı telefona oğlu cavab vermiş, Məbud ona “saat 17 radələrində evdən çıx və Potu kəndinin ala qapısına gəl məni gözlə, səni gəlib oradan götürüb evə aparacam” deyə bildirmişdir. Şahmar ondan icazə alıb evdən çıxmış, Potu kəndinin ala qapısında dayısının gəlməsini gözləmiş, dayısı Məbud digər dayısı Pərvizlə birlikdə gəlmiş, Vaz 2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili dayısı Pərviz idarə edirmiş, Şahmar avtomobilin arxa oturacağına əyləşdikdən sonra yola çıxmışlar, Pərviz avtomobili idarə edərək Mallı-Şıxlı kəndinə doğru hərəkətə başlamış və avtomobili Göyçay-Ucar avtomobil yolu ilə üzü Ucar rayon istiqamətində sürətlə idarə edirmiş, Göyçay rayon Üngütlü kəndi ərazisində “Maqnit” adlı anbarının qarşısına yaxınlaşmağa az qalmış, yolun solundan Təqsirləndirilən şəxs idarə etdiyi Qazel markalı avtomobil yolun sağ tərəfinə çıxmış, həmin vaxtı Pərviz avtomobili saxlaya bilməmiş və həmin Qazel markalı avtomobilin arxa sol tərəfindən toqquşmuş, toqquşmadan sonra Şahmar huşunu itirmiş, həmin vaxtı ona zəng olunmuş və hadisə yerinə gələrək oğlu Şahmarı xəstəxanaya aparmışdır. Şahmara tibbi yardım göstərilmiş, ciddi xəsarətləri olmadığından evə buraxılmışdır. Hazırda təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, Göyçay rayonu Qarayazı kəndində valideyinləri ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs onun atasıdır, atasının idarə etdiyi Qazel 2707 10 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə əsasında onun mülkiyyətindədir. xx.xx.2019-cu il tarixdən atasına avtomobili idarə etməkdən ötrü etibarnamə vermişdir. Qazel 270710 markalı yük avtomobili xx.xx.2019-cu il tarixdə də atası Təqsirləndirilən şəxs idarə etmiş, həmin ərəfədə atası xurma yükündən ibarət yüklər daşıyırmış, həmin gün saat 19 radələrində atası ona zəng edərək Göyçay rayon Üngütlü kəndi ərazisində, “Maqnit” şirkətinə aid anbar yaxınlığında qəzaya düşdüyünü bildirmiş, evdən çıxıb gələnə kimi artıq atası Şahəddin və idarə etdiyi Qazel markalı avtomobili polis şöbəsinə gətirilmiş, daha sonra atasından baş vermiş hadisə ilə bağlı maraqlanan zaman ona məlum oldu ki, atası Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 18 radələrində “Maqnit” şirkətinə aid anbardan çıxmış, Vüqar və Siyavuş adlı şəxsləri Çərəkə kəndinə aparmaqdan ötrü Göyçay-Ucar avtomobil yoluna çıxaraq üzü Ucar rayon istiqamətində hərəkətə başlamış, həmin vaxtı arxadan Ucar rayonu istiqamətində yüksək sürətlə hərəkətdə olmuş Vaz 2106 markalı avtomobil hərəkətdə olduğu zolaqda qəfildən idarə etdiyi Qazel markalı yük avtomobilinin sol arxa tərəfindən toqquşmuşdur. Nəticədə onun avtomobilinə 1790 manat məbləğində ziyan dəymiş və ona dəymiş həmin zərər ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə də saat 16 radələrində Şahədinin idarə etdiyi Qazel markalı avtomaşınla yığdıqları xurmanı Üngütlü kəndində yol kənarında meyvə qəbul edilən “Maqnit” şirkətinə aid anbara təhvil vermişlər, saat 18 radələrində “Maqnit” şirkətinə aid anbardan çıxmışlar və yol kənarında gözləmişlər, həmin vaxt Şahəddindən onları Ucar rayonuna aparmalarını xahiş etmişlər. Şahəddin idarə etdiyi Qazel markalı avtomobillə sağa və sola baxaraq yolun hərəkət hissəsində uzaqdan avtomobil gəlmədiyinə tam əmin olduqdan sonra Göyçay- Ucar avtomobil yoluna çıxaraq Ucar rayon istiqamətində hərəkətə başlamış, yola çıxan zaman həmin vaxt hər iki hərəkət zolağında avtomobil hərəkətdə olmadığını görmüş, Ucar rayonu istiqamətində hərəkətə başlayaraq öz yoluna tam düzələrək təxminən 20 metr məsafə qət etmiş ki, “Maqnit” adlı şirkətə məxsus anbarın önündə, Göyçay şəhəri istiqamətindən Ucar rayon istiqamətində arxadan hərəkətdə olan Vaz 2106 markalı avtomobil yüksək sürətlə onun hərəkətdə olduğu sağ zolaqda qəfildən idarə etdiyi avtomobili sol arxa tərəfdən vurmuş, həmin vaxtı avtomobili bir qədər sağa doğru atılaraq hərəkət etsə də idarəetməni itirməmiş və Şahəddin avtomobilini öz hərəkət yoluna gətirərək saxlamağı bacarmış, hadisə zamanı avtomobilini arxa sot tərəfdən vuran Vaz 2106 markalı avtomobil isə sol tərəfindən hərəkət edərək yolun sağ tərəfində yerləşən çökəkliyə düşmüş, həmin vaxtı dərhal avtomobilindən enərək avtomobilində olan şəxslərlə birlikdə həmin Vaz 2106 markalı avtomobilə yaxınlaşmış və Vaz 2106 markalı avtomobildə olan şəxslərə köməklik etməyə çalışmış, həmin avtomobilə yaxınlaşan zaman qəza törətmiş avtomobilin Vaz 2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu və avtomobildə biri azyaşlı olmaqla üç nəfər şəxsin olduğunu görmüş, hadisə yerinə toplaşan şəxslərin köməkliyi ilə Vaz 2106 markalı avtomobildə olan şəxsləri çıxartmışlar, həmçinin hadisə yerinə gələn TTYS-nın əməkdaşları xəsarət alanlara tibbi yardım göstərərək onları xəstəxanaya aparmışlar, bir qədər keçəndən sonra eşitmişdir ki, xəstəxanaya aparılan şəxslərdən biri aldığı xəsarətlərdən ölmüş, Vaz 21063 markalı avtomobilin sürücüsü və avtomobildə olan azyaşlı uşağın vəziyyətləri yaxşı olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki, Göyçay rayon Üngütlü kəndində, yol kənarında yerləşən “Maqnit” şirkətinə aid anbarda yük daşımaya nəzarətçi işləyir. xx.xx.2019-cu il tarixdə işdə olmuş, saat 18 radələrində işlədiyi “Maqnit” şirkətinə aid anbarın qarşısında olan Göyçay-Ucar avtomobil yolunda qəza səsi eşitmiş, dərhal küçəyə çıxaraq nə baş verməsini maraqlanan zaman yolun Ucar rayonu istiqamətində sağ hərəkət hissəsi üzərində Qazel markalı avtomobilin və həmin yolun sağ ehtiyyat hissəsində yerləşən çökək sahədə Vaz 2106 markalı avtomobillərin qəzalı vəziyyətdə olduğunu görmüş, tez həmin avtomobillərə yaxınlaşmış, Qazel markalı **-BO- *** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsünün Təqsirləndirilən şəxs olduğunugörmüşdür. Hadisə zamanı Vaz 2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil çox əzildiyi üçün toplaşan şəxslərin köməkliyi ilə sürücünü və arxada oturmuş bir azyaşlı uşağı avtomobildən çıxartmışlar.Bir neçə dəqiqə keçdikdənm sonra TTY avtomobili gəlmiş, xəsarət alanlara tibbi yardım göstərilməsi məqsədi ilə Göyçay mərkəzi rayon xəstəxanasına aparmışlar. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbiekspertizasının xx.xx.2019-cu il tarixli 19 saylıekspert rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin açıq travması, sağ ağ ciyərin yuxarı payının zədələnməsi, sağ İ- İİ-İİİ-İV-V-Vİ qabırğalarının qoltuqönü xətt üzrə yerdəyişən sınığı, daxili qanitirmə (1500,0 ml), sağ bazu sümüyünün aşağı 1/3-nin qapalı sınığı, döş qəfəsinin sağ qoltuqaltı nahiyyəsinin, sağ dirsək oynağının arxa səthinin yaraları, döş qəfəsinin ön sağ nahiyyəsinin, sağ mil bilək oynağının iç səthinin, sol diz oynağının arxa səthinin, sağ baldırın orta 1/3-nin ön səthinin sıyrıqları küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2019-cu il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aid olunurlar. 2. Zərərçəkmiş şəxs1 ölümünə səbəb döş qəfəsinin açıq travması, sağ ağ ciyərin yuxarı payının zədələnməsi, sağ qabırğaların çoxsaylı yerdəyişən sınıqları nəticəsində törənən kəskin daxili qanitirmə olmuşdur. 3. Zərərçəkmiş şəxs1 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 559 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət: - sağ gözün buynuz qişasının mərkəzi bulanması küt-bərk əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarix və şəraitdə xx.xx.2019-cu il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş Kompleks məhkəmə-yol nəqliyyat hadisələri və məhkəmə-trasoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 31940 saylıekspertrəyindən görünür ki,1.x xxx 2707 10 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4. Vaz 21063 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertizanın dəyəri 250 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs oğlunun adına xx.xx.2015-cü il tarixdə BC kateqoriyalı, AB № 414689 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Qaz 2707 10 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinə əsasən həmin avtomobil Ucar rayon Qaracallı kənd sakini X6 mülkiyyətində olmuş, hazırda həmin yük avtomobili ƏN-Vİ № 805591 saylı baş etibarnamə ilə Zərərçəkmiş şəxs3 məxsusdur, sürücü Təqsirləndirilən şəxs həmin avtomobili ƏN-İV № 986476 saylı etibarnamə əsasında idarə etmişdir. “xxxxx” MMC-dən daxil olmuş xx.xx.2020-cu il tarixli arayışdan görünür ki, Vaz 21063 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı, 1989-cu il buraxılışlı avtomobil baş vermiş yol nəqliyyat hadisəsi zamanı deformasiyaya uğrayaraq yararsız hala düşməsi nəticəsində avtomobilə təmir xərcləri ilə birlikdə ümumi olaraq 3500-3700 (üç min beş yüzüç min yeddi yüz) manat maddi ziyan dəymişdir. “xxxxx” MMC-dən daxil olmuş xx.xx.2020-cu il tarixli arayışdan görünür ki, Qaz 2707 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı, 2003-cü il buraxılışlı avtomobilə baş vermiş yol nəqliyyat hadisəsi zamanı təmir xərcləri ilə birlikdə ümumi olaraq 1790 (min yeddi yüz doxsan) manat maddi ziyan dəymişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi oğlu Zərərçəkmiş şəxs3 mülkiyyətində olan QAZ-270710 markalı 04BO303 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Göyçay rayonunun Üngütlü kəndi ərazisində yerləşən «Maqnit» meyvə qəbulu ambarının qarşısından Göyçay-Ucar avtomobil yolununa daxil olduqda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, hərəkət hissəsini əks istiqamətli hərəkət zolaqlarına ayıran 1.1- 1.3 üfüqi nişanlanma xəttini kəsib keçən zaman üzü Ucar rayonu istiqamətinə doğru Zərərçəkmiş şəxs1 mülkiyyətində olan VAZ-21063 markalı ** BM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən Şahid1 hərəkət zolağına çıxıb sonuncunun hərəkəti üçün təhlükə yaradaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qanunun bu tələblərinə riayət etməməsi səbəbindən həmin avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Şahid1 idarə etdiyi avtomobili yararsız hala salıb zərərçəkmiş şəxsin hüquqi varisi X2 3700 manat, idarə etdiyi QAZ-270710 markalı 04BO303 dövlət nömrəli avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs3 isə 1790 manat ziyan vurmaqla, Zərərçəkmiş şəxs1 isə döş qəfəsinin açıq travması, sağ ağ ciyərin yuxarı payının zədələnməsi, sağ İ-İİ- İİİ-İV-V-Vİ qabırğalarının qoltuqönü xətt üzrə yerdəyişən sınığı, daxili qanitirmə (1500,0 ml), sağ bazu sümüyünün aşağı 1/3-nin qapalı sınığı, döş qəfəsinin sağ qoltuqaltı nahiyyəsinin, sağ dirsək oynağının arxa səthinin yaraları, döş qəfəsinin ön sağ nahiyyəsinin, sağ mil bilək oynağının iç səthinin, sol diz oynağının arxa səthinin, sağ baldırın orta 1/3-nin ön səthinin sıyrıqları ilə nəticələnən ehtiyyatsızlıqdan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədərək Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində qeyd edilmişdir ki törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanın ödəmək cəhdini, digər zərərçəkmiş şəxslər ondan şikayət və tələbinin olmadığını cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, məhkəmə baxışının normal gedişinə mane olmamasını nəzərə alıb, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm icraya yönələnədək dəyişdirilmədən saxlanılmasını mümkün hesab edir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 250 manatın yarısı, yəni 125 manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 354 , 381, 384 -cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2.-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 125 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-50/2020
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-50/2020
28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver