Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-50/2024 10.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 11.30-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Göyçay şəhəri, Vaqif küçəsi, ev 92-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda, yəni 0,933 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini xx.xx.2024-cü il tarixdə saat 19 radələrində ünvan 1 ünvanında yaşayan Şahid1 40 manat müqabilində satın alaraq üzərində saxlayıb daşımış, xx.xx.2024-cü il tarixdə saat 16:20-də Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhəri, Vaqif küçəsində saxlanılaraq RPŞ-nə gətirildikdən sonra, həmin tarixdə saat 17:37-dən saat 07:50-dək ünvan 2 ünvanında yerləşən Göyçay RPŞ- nin inzibati binasında üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,933 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, təxminən 4-5 aydır ki, hərdən bir narkotik vasitə olan “kakos” adlandırdığı narkotik vasitədən çəkmək yolu ilə qəbul edir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində özü üçün narkotik vasitə almaq məqsədi ilə onunla qonşuluqda yaşayan və əvvəllər tanıdığı Rəşad adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə öz istifadəsində olan ***-***- **-** saylı mobil nömrədən zəng edərək onunla işi olduğunu və “kakos” almaq istədiyini bildirmiş, Rəşad ona «kakos» tapa biləcəyini,buna görə 40 manat lazım olduğunu söyləmişdir.Sonra Rəşadın yaşadığı evin qarşısına getmiş,küçədə Rəşada yaxınlaşmış və ona 40 manat pul vermişdir. Rəşad da həmin pulun müqabilində ona 01 ədəd kağız bükümdə “kakos” yəni heroin narkotik vasitə vermişdir. xx.xx.2024-cü il tarixdə saat 16:20 radələrində qızını məktəbdən evə gətirmək üçün Göyçay şəhəri R.Rza küçəsi ilə 3 nömrəli məktəbə doğru hərəkət edirmiş, həmin vaxt narkotik vasitə də onun üzərində olmuş, bu zaman mülki geyimli 3 nəfər şəxs ona yaxınlaşmış və Göyşay RPŞ-nin əməkdaşları olduqarını, həmçinin üzərində narkotik vasitə saxlamağı və istifadə etməyi barədə onlarda məlumat olduğunu, şəxsi axtarış keçirtmək istədiklərini bildirmişlər.Onlara etiraz etməmiş,lakin orada şəxsi axtarış keçirilməsi mümkün olmadığından onu Göyçay RPŞ-nə gətirmişlər. Orada ona dövlət hesabına müdafiəçi təyin edilmiş və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşı ondan üzərində qanunla qadağan olunmuş əşya, predmet və ya maddənin olubolmamasını soruşmuş, o da səmimi şəkildə etiraf edərək üzərində narkotik vasitə olmasını söyləmiş və əynində olan cins şalvarın sağ yan cibindən içərisində “kakos” olan 01 ədəd kağız bükümü, həmçinin 01 ədəd “Redmi” markalı mobil telefonu, pul, siqaret qutusu, alışqan və su kartını təqdim etmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd kağız büküm açılmış və içərisindən qəhvəyi rəngli maddə olması aşkar edilmişdir. Polis əməkdaşı ondan üzərindən aşkar edilmiş kağız bükümün içərisindəki maddənin nə olmasını, nə vaxt, haradan və hansı məqsədlə əldə etməyisini soruşmuş, o da polis əməkdaşına həmin kağız bükümün içərisindəki maddənin “kakos” adlandırdığı narkotik vasitə olmasını, həmin maddəni xx.xx.2024- cü il tarixdə sat 19 radələrində tanışı Rəşad adlı şəxsdən 40 manat müqabilində satın aldığını və həmin maddəni almaqda məqsədinin istifadə etmək üçün olduğunun olmuşdur. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 göstərdi ki, Göyçay RPŞnin cinayət-axtarış bölməsinin əməliyyat müvvəkkili vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə Göyçay RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 raportla məruzə edərək ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə alüdəçisi olması, eləcə də üzərində narkotik vasitələr və psixotrop maddələr gəzdirməsi və saxlaması barədə ona məlumat daxil olmasını bildirmiş, bundan sonra həmin məlumat ilə əlaqədar raportla rəhbərliyə məruzə etmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış, Şahid4, Şahid3 və o həmin qrupa daxil edilmişdir. 08 mart 2024-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirləri keçirilmiş saat 16:20 radələrində Təqsirləndirilən şəxs Göyçay şəhəri, Rəsul Rza küçəsində piyada hərəkətdə olmasını görmüş, buna görə də dərhal ona yaxınlaşmış və özlərini təqdim edərək Göyçay RPŞ-nin əməkdaşları olduqlarını, üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə və istifadə etməkdə şübhəli olmasını, üzərində narkotik vasitə saxlaması barədə məlumatılarının olmasını, həmin məlumatın yoxlanılması üçün şəxsi axtarış keçirilməli olduğunu bildirmişlər.Təqsirləndirilən şəxs etiraz etməmiş,lakin orada şəxsi axtarış keçirilməsi mümkün olmadığından ona onlarla birlikdə Göyçay RPŞ-nə getməli olduğunu söyləmişlər.Təqsirləndirilən şəxs onlarla razılaşmış və birlikdə RPŞ-nə gəlmişlər. Orada Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmiş, onun üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya maddə olmasını soruşmuş və üzərində olan əşayları təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs həmin vaxt əynində olan cins şalvarın cibindən 01 ədəd kağız bükümü, 01 ədəd Redmi markalı mobil telefonu, pul, siqaret qutusu, alışqan və su kartını masanın üzərinə qoyaraq təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş, lakin qeyd edilən əşyalardan başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. 01 ədəd kağız büküm açılmış, bu zaman həmin kağız bükümün içərisində qəhvəyi rəngli maddə olması aşkar edilmiş, bundan sonra həmin maddənin çəkisi elektron tərəzi vasitəsi ilə çəkilmiş və 1,28 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində qəhvəyi rəngli maddə olan kağız büküm və 01 ədəd mobil telefon ayrı-ayrı kağız zərflərdə qablaşdırılmış, qablaşdırmaların üzərinə möhür vurdulmuş və üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşakr edilmiş maddənin nə olmasını və haradan əldə etməsini təhqiqatçı soruşmuş, buna cavab olaraq Təqsirləndirilən şəxs həmin maddənin “kakos” adlandırdığı narkotik vasitə olmasını, tutulmazdan bir gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə saat 19-20 radələrində onunla qonşuluqda yaşayan Rəşad adlı şəxsdən 40 manat müqabilində satın aldığını, həmin maddəni əldə etməkdə məqsədinin özü üçün istifadə etmək olmasını bildirmişdir. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid4 və Göyçay RPŞ-nin KTQ-nin baş inspektorkriminalisti Şahid5 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxlanılan narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan cins şalvarın cibindən 01 ədəd kağız bükümü, 01 ədəd Redmi markalı mobil telefonu, pul, siqaret qutusu, alışqan və su kartını masanın üzərinə qoyaraq təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş, lakin qeyd edilən əşyalardan başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaret qutusu açılmış, içərisində siqaret dənələri olması aşkar edilmiş, sonra isə 01 ədəd kağız büküm açılmış, bu zaman həmin kağız bükümün içərisində qəhvəyi rəngli maddə olması aşkar edilmiş, bundan sonra həmin maddənin çəkisi elektron tərəzi vasitəsi ilə çəkilmiş və 1,28 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “kakos” adlandırdığı narkotik vasitəni xx.xx.2024-cü il tarixdə saat 19-20 radələrində onunla qonşuluqda yaşayan Rəşad adlı şəxsdən 40 manat müqabilində satın aldığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 09 mart 2024-cü il tarixli, 3-16-16-2-17/251 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs adlı şəxsin üzərindən aşkar edilmiş kütlə” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 0,933 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. Tədqiqatda sərf olundu - 0,050 qram, qalıq - 0,883 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 30 may 2024-cü il tarixli, 943 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2024-cü il tarixdə, saat 20.40-da şübhəli şəxs qismində tutulmuş, 10 mart 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 16.00-da qərarla tanış olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmünün surətindən görünür ki,Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi,iş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,326 qram (0,883+0,443) narkotik vasitə olan heroinin məhv edilməsi,ekspertiza tədqiqatının dəyəri 157 manat 10 qəpik məbləğində pulun ondan tutulub dövlət nəfinə keçirilməsi hökm edilmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd kağız bükümdə xeyli miqdarda, yəni təmiz çəkisi 0,933 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini Şahid1 40 manat müqabilində satın alaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin səmimi etiraf etməsini, əldə etdiyi narkotik vasitənin mənbəyi barədə məlumat verməklə digər cinayətin açılmasına kömək etməsini,əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,883 qram narkotik vasitə olan heroinin Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə məhv edilməsi nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının 157 manat 10 qəpik məbləğində dəyərinin Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Şahid1 dövlət nəfinə tutulması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış videoçəkilişin köçürüldüyü 3 ədəd “DVD”disk cinayət işi materiallarında saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılaraq qəti olaraq ona 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Göyçay şəhəri, Vaqif küçəsi, 92 saylı fərdi yaşayış evini hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,883 qram narkotik vasitə olan heroinin və 157 manat 10 qəpik ekspertiza tədqiqatının dəyərinin Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə həll edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış video çəkilişin köçürüldüyü 3 ədəd “DVD”disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-50/2024
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-50/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver