Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-51/2022 05.07.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X2 və Təqsirləndirilən şəxs3, müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi3 iştirakı ilə, xx.xx.1989-ci ildə Göyçay rayonunda anadan olmuş, subay, orta təhsilli, məhkum olunmamış, Bakı həhəri Nəsimi rayonu A.Məhərrəmov küçəsi ev 20C, mənzil 124-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx.xx.1983-cü ildə Göyçay rayonunda anadan olmuş, evli, orta təhsilli, məhkum olunmamış, himayəsində üç azyaşlı uşağı olan, Göyçay şəhəri, R.İsayev küçəsi ev 110-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə xx.xx.1979-cu ildə Göyçay rayonunda anadan olmuş, evli, orta təhsilli, məhkumluğu olmayan, himayəsində üç azyaşlı uşağı olan, Göyçay rayon Çaxırlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 10 fevral 2022-ci il tarixdə saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs2 Göyçay rayonu Çaxırlı kəndində yaşayan Təqsirləndirilən şəxs3 digər tanışı Şahid1 İtiffaq oğlu ilə birlikdə istifadə etmək niyyəti ilə 2 ədəd kibrit qutusunda qablaşdırılmış formada aldığı və üzərində daşıyıb avtomobilinə əyləşdikdən sonra avtomobilin şitinin üzərinə qoyduğu narkotik vasitə olan qurudulmuş marixuananı, Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Astra” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay – Bərgüşad avtomobil yolunda hərəkətdə olarkən, sonuncu idarə etdiyi avtomobili Göyçay rayon polis şöbəsinin DYPB-nin əməkdaşları saxlayan zaman, Təqsirləndirilən şəxs2 avtomobildən düşdükdən sonra həmin narkotik vasitəni satış məqsədi olmadan, narkotik vasitənin ələ keçməməsi üçün avtomobilin şitinin üzərindən götürərək özündə saxlamış, 10 fevral 2022-ci il tarixdə saat 22 radələrində Göyçay RPŞnin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2la birlikdə saxlanılıb Göyçay RPŞ-nə gətirilərək Növbətçi Hissədə saat 22:33-də video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkçənin sol iç cibindən həmin iki ədəd kibrit qutusunda qablaşdırılmış təmiz çəkisi 11,03 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs X5 10 fevral 2022-ci il tarixdə saat 22 radələrində tanışı Göyçay rayonu Çaxırlı kəndində yaşayan Təqsirləndirilən şəxs3 digər tanışı Şahid1 İtiffaq oğlu ilə birlikdə istifadə etmək niyyəti ilə şəxsi istehlak miqdarından artıq miqdarda 11,03 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, satış məqsədi olmadan şəxsi istifadəsi üçün 2 ədəd kibrit qutusunda qablaşdırılmış formada üzərində saxlayaraq idarə etdiyi “Opel Astra” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyaraq avtomobilində daşımış, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Göyçay – Bərgüşad avtomobil yolunda olarkən Göyçay Rayon polis şöbəsinin DYPB-nin əməkdaşları onları saxlayarkən Təqsirləndirilən şəxs2 avtomobildən düşən zaman həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, narkotik vasitənin ələ keçməməsi üçün götürərək üzərində saxlamış, 10 fevral 2022-ci il tarixdə saat 22 radələrində Göyçay RPŞnin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1la birlikdə saxlanılıb Göyçay RPŞ-nə gətirilərək Növbətçi Hissədə saat 22:33-də video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilərkən sonuncunun əynindəki qara rəngli gödəkçənin sol iç cibindən həmin iki ədəd kibrit qutusunda qablaşdırılmış təmiz çəkisi 11,03 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da X5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 10 fevral 2022-ci il tarixdə saat 22 radələrində 02 ədəd kibrit qutusunda qablaşdırılmış 11,03 qram hissəsini tanışı Təqsirləndirilən şəxs2 ilə digər tanışı X1 birgə istifadə etməsi üçün Göyçay rayonu Çaxırlı kəndində Təqsirləndirilən şəxs2 pay olaraq vermiş, sonuncu 02 ədəd kibrit qutusunda qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuananı ondan aldıqdan sonra üzərində daşımış, daha sonra isə idarə etdiyi “Opel Astra” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoymuş, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Göyçay – Bərgüşad avtomobil yolunda olarkən, Göyçay Rayon polis şöbəsinin DYPB-nin əməkdaşları onları saxlayarkən Təqsirləndirilən şəxs2 avtomobildən düşən zaman daşıdığı həmin narkotik vasitəni Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, narkotik vasitənin ələ keçməməsi üçün götürərək üzərində saxlamış, 10 fevral 2022-ci il tarixdə saat 22 radələrində Göyçay RPŞnin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılıb Göyçay RPŞ-nə gətirilərək Növbətçi Hissədə saat 22:33-də video çəkiliş vasitəsilə üzərlərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkçənin sol iç cibindən həmin iki ədəd kibrit qutusunda qablaşdırılmış təmiz çəkisi 11,03 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra 11 fevral 2022-ci il tarixdə saat 09 radələrində Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 Göyçay rayonu Çaxırlı kəndi ərazisində saxlanılıb rayon polis şöbəsinin Növbətçi Hissəsinə gətirilərək saat 09:35-də video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən satış məqsədi olmadan saxladığı həmin narkotik vasitənin 3 ədəd kibrit qutusunda qablaşdırılmış ümumi təmiz çəkisi 16,45 qram hissəsi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində tanışı Şahid1 yanına getmişdir. Orada Raminlə birlikdə yemək hazırlayan zaman digər tanışı Təqsirləndirilən şəxs2 zəng edərək onlarla birlikdə yemək yeməyə dəvət etmiş, Pərviz isə yemək yediyini və gəlmək istəmədiyini bildirmişdir. Daha sonra kabab çəkmək üçün şiş olmadığından təkrar Pərvizə zəng edərək şiş gətirməsini bildirmişdir. Bundan sonra Pərviz şiş götürərək Raminin sexinə onların yanına gəlmişdir. Daha sonra isə onlar birlikdə yeyib-içməyə davam etmişdir. Bir neçə saat birlikdə yeyib içdikdən sonra Pərviz Raminlə kənarda söhbət etdikdən sonra Pərviz ona onunla birlikdə Göyçay rayon Çaxırlı kəndinə gedib gəlməsini bildirmişdir. Bundan sonra onlar Pərvizə məxsus “Opel Astra” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobillə Çaxırlı kəndinə yollanmışdırlar. Çaxırlı kəndinə çatdıqdan sonra Pərviz avtomobili saxlayaraq avtomobildən düşərək Rövşənlə görüşmüş və avtomobilə oturan zaman şalvarının cibindən çıxan 02 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusunu avtomobilinin şitinin üzərinə qoymuşdur. Bundan sonra onlar birlikdə həmin kənddən çıxaraq Göyçay şəhəri istiqamətində hərəkət etmişlər. Pərvizlə birlikdə onun idarə etdiyi avtomobil ilə Bərgüşad yolu ilə Göyçay şəhəri istiqamətində hərəkətdə olarkən dövlət yol polisi əməkdaşları Pərvizi saxla işarə verərək saxlamışlar. Pərviz avtomobildən düşüb polis əməkdaşlarına yaxınlaşan kimi içərisində narkotik vasitə olduğunu bildiyi 02 ədəd kibrit qutusunu Pərvizə məxsus avtomobilin şitinin üzərindən götürərək polis əməkdaşları görməsin deyə öz cibinə qoymuşdur. Lakin dərhal onlara yaxınlaşan polis işçiləri onları rayon Polis Şöbəsinə dəvət edib gətirmişlər. Rayon Polis Şöbəsinin Növbətçi Hissəsində hüquq və vəzifələri ona izah edildikdən sonra vəkilinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol iç cibindən iki ədəd kibrit qutusunda içərisində yaşılımtıl rəngli kütlə aşkar edilərək götürülmüşdür. Aşkar edilən kütlə ayrı-ayrılıqda elektron tərəziyə qoyularaq çəkilmiş, birincinin çəkisi 9,0 qram, ikincinin çəkisi 7,4 qram, hər ikisi birlikdə çəkisi 16,4 qram olmuşdur. Aşkar edilmiş həmin kütlələr kibrit qutusunda zərfə qoyularaq zərfin ağzı kleylənmış, üzərinə möhür yapışdırılmış, və zərfin üzəri yazılmaqla tərəfindən imzalanmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş X5 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində yaşadığı ünvan 1 ünvanında olan zaman Təqsirləndirilən şəxs1 zəng edərək onu “Playstation” oynamağa dəvət etdikdə Nicat ona Göyçay şəhəri ərazisində yerləşən digər tanışı Şahid1 məxsus “Ramella” limonad sexində olduğunu, bazarlıq etdiyini və Raminlə birlikdə kabab bişirməyə hazırlaşdıqlarını bildirmişdir. Həmçinin Nicat ona oraya gəlməsini və birlikdə yeyib-içməyi təklif etdikdə ona yemək yediyini və gələ bilməyəcəyini bildirmişdir. Nicatla telefon zəngi bitdikdən 15 dəqiqə sonra Nicat yenidən ona zəng edərək kabab çəkmək üçün şişlərinin olmadığını, evdən şiş götürüb onların yanına gəlməsini bildirmişdir. Bundan sonra istifadəsində olan “Opel Astra” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin sexə getmişdir. Onlar birlikdə bir neçə saat yeyib içmişlər. Raminlə kənarda söhbət edən zaman narkotik vasitə çəkmək qərarına gəlmişlər. Lakin narkotik vasitə olmamışdır. Şahid1 tanışları Təqsirləndirilən şəxs3 zəng edərək Pərvizlə birlikdə olduğunu və narkotik vasitə marixuana çəkmək istədiklərini bildirmişdir. Bu zaman Rövşən telefonda Raminə “qardaşlara pay qurbandı gəlin götürün” dedikdən sonra Pərviz Rövşənin narkotik hazırlamasını və gedib gətirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 oraya tək getmək istəmədiyindən tanışı Təqsirləndirilən şəxs1 onunla birlikdə gedib gəlməsini bildirmişdir. Çaxırlı kəndində gedərək Təqsirləndirilən şəxs3la yaşadığı evin qarşısında küçədə görüşmüş, 2 ədəd kibrit qutusunda narkotik vasitəni Rövşəndən almış, aldıqdan sonra cibinə qoymuş və avtomobilə əyləşən zaman içərisində narkotik vasitə olan iki ədəd kibrit qutusunu avtomobilinin şitinin üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1la birlikdə Bərgüşad yolu ilə Göyçay şəhəri istiqamətində hərəkətdə olarkən dövlət yol polisi əməkdaşları onu saxlamışlar Avtomobildən düşən zaman dərhal onlara yaxınlaşan polis işçiləri onu və avtomobildə onunla birlikdə olan Təqsirləndirilən şəxs1 rayon Polis Şöbəsinə dəvət edib gətirmişlər. Rayon Polis Şöbəsinin Növbətçi Hissəsində hüquq və vəzifələri ona izah edildikdən sonra vəkilinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan sonra video çəkiliş dayandırılmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yaşadığı Göyçay rayon Çaxırlı kəndində olan zaman Ramin ona zəng edərək, digər tanışı Pərvizlə birlikdə olduqlarını narkotik vasitə çəkmək istədiklərini bildirmişdir. Raminə “qardaşlarıma pay qurbandı” deyə bildirmişdir. Həmin zəngdən bir müddət sonra Təqsirləndirilən şəxs2 ona zəng edərək Göyçay rayon Çaxırlı kəndi ərazisində olduğunu bildirmişdir. Çaxırlı kəndində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs2la görüşərək üzərində saxladığı iki ədəd kibrit qutusunda olan narkotik vasitəni ona vermişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Çaxırlı kəndində yaşadığı evin həyət darvazasının qarşısında küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələrin saxlanılması, daşınması və satışında şübhəli olduğunu bildirərək onu rayon Polis Şöbəsinə dəvət edərək gətirmişlər. Rayon Polis Şöbəsinin Növbətçi Hissəsində hüquq və vəzifələri ona izah edildikdən sonra vəkilinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən 3 ədəd kibrit qutusunda içərisində yaşılımtıl rəngli olan kütlə aşkar edilərək götürülmüşdür Həmin kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, çəkiləri 8,6 qram, 7,7 qram və 7,9 qram olmaqla ümumilikdə çəkisi isə 24,2 qram olmuşdur. Aşkar edilmiş 3 ədəd kibrit qutuları zərfə qoyularaq zərfin ağzı kleylənərək möhürlənmişdir. Həmçinin həmin narkotik vasitəni Şahid1 vermək qarşılığında ondan pul almadığını, onunla dost olduğu üçün ona pay verdiyini bildirmişdir.Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Göyçay şəhəri ərazisində yerləşən “Ramella” adlı limonad sexində olan zaman tanışı Təqsirləndirilən şəxs1 ona zəng edərək onunla birlikdə yeyib-içmək təklif etmişdir. Bu təklifə etiraz etməyərək Təqsirləndirilən şəxs1la razılaşmışdır. Aralarında olan danışıqdan sonra Nicat bir sıra ərzaqlar alaraq ona məxsus sexə gəlmişdir. Onlar birlikdə yemək hazırlayan zaman digər tanışı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 zəng etmişdir. Nicat danışıq əsnasında Təqsirləndirilən şəxs2 onların yanına gəlməsini təklif etmiş, lakin Pərviz yemək yediyini bildirmiş, təklifdən imtina etmişdir. 15 dəqiqə sonra Təqsirləndirilən şəxs2 özünə məxsus idarə etdiyi “Opel Astra” markalı ** KY *** dövlət qeydiyyat nişanlı avtomobillə şişləri onun sexinə gətirmişdir. Daha sonra onlar birlikdə kabab çəkmiş, yeyib-içməklərinə davam etmişdirlər. Onlar həmin sexdə olan zaman bir neçə saat yeyib içdikdən sonra Pərvizlə kənarda söhbət edərkən narkotik vasitə çəkmək qərarına gəlmişlər. Bundan sonra tanışı və dostu Göyçay rayon Çaxırlı kənd sakini Təqsirləndirilən şəxs3 zəng edərək Pərvizlə birlikdə olduğunu, onda narkotik vasitə marixuana olduğunu soruşduqda, Təqsirləndirilən şəxs3 “qardaşlara pay qurbandı” deyə bildirmişdir. Bundan sonra Pərviz gedib Rövşən narkotik vasitə olan marixuananı götürüb gələcəyini bildirmişdir. Pərvizin oraya getmə səbəbi həmin narkotik vasitəni birlikdə istifadə edəcəkləri olmuşdur. Nicat ondan nə olduğunu soruşduqda Pərviz ona yolda deyəcəyini bildirmış və onlar Pərviz məxsus “Opel Astra” markalı ** KY *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək oradan yola düşmüşlər. Onların yola düşməsindən təxminən bir saat keçməsinə baxmayaraq onların gəlmədiyini görüb yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı evdə olan zaman Göyçay rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tutulduğunu ona bildirilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, X3 və Təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 10 fevral 2022-ci il tarixdə saat 22 radələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin əməliyyat-axtarış tədbirlərinin keçirilməsində digər polis əməkdaşları ilə birlikdə iştirak etmişdir. Belə ki, onlar Göyçay rayon Cəyirli kəndi ərazisində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Astra” markalı ** KY *** dövlət qeydiyyat nişanlı avtomobili Göyçay RPŞ-nin DYPB-nin əməkdaşları ilə birlikdə saxladaraq Təqsirləndirilən şəxs2 və Nicat Mahmudova özlərini təqdim edərək üzərlərində narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduqlarını bildirib, rayon polis şöbəsinə dəvət etmişlər. Onlar buna etiraz etməmiş, birlikdə rayon polis şöbəsinə gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunub Müdafiəçi1lə ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Polis şöbəsinin Növbətçi Hissəsində müdafiəçisi Müdafiəçi1 və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı video çəkilişdən istifadə edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 02 ədəd kibrit qutusu aşkar edilmişdir. Belə ki, həmin kibrit qutuları açıldıqda içərisində yaşımtıl rəngli qurudulmuş kütlə aşkar edilmişdir. Həmin kütlə kibrit qutusu ilə birlikdə elektron tərəziyə qoyularaq çəkildi. Birinci kütlənin qutu ilə birlikdə çəkisi 9,0 qram, ikinci kütlənin çəkisi 7.4 qram oldu. Həmin bükümlər zərfə qoyuldu, zərfin ağzı kleylənərək üzəri möhürləndi və imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs3 narkotik vasitə istifadəçisi olması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 11 fevral 2022-ci il tarixdə saat 09 radələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin əməliyyat-axtarış tədbirlərinin keçirilməsində digər polis əməkdaşları ilə birlikdə iştirak etmişdir. Göyçay rayon Çaxırlı kəndi ərazisində Təqsirləndirilən şəxs3 yaxınlaşaraq özlərini ona təqdim edərək üzərində narkotik vasitə saxlamaqda, daşımaqda və satışında şübhəli olduğunu bildirib, rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs3 etiraz etməmış, onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs3 hüquq və vəzifələri izah olunub Müdafiəçi3 ilə ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Polis şöbəsinin Növbətçi Hissəsində müdafiəçisi Müdafiəçi3 və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış keçirilmış, şəxsi axtarış zamanı video çəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynindəki cins şalvarın sol qabaq yan cibindən 03 ədəd kibrit qutusunda içərisində yaşımtıl rəngli qurudulmuş kütlə aşkar edilmişdir. Həmin kütlə kibrit qutusu ilə birlikdə elektron tərəziyə qoyularaq çəkilmişdir. Birinci kütlənin qutu ilə birlikdə çəkisi 8,6 qram, ikinci kütlənin qutu ilə birlikdəçəkisi 7.7 qram və üçüncü kütlənin isə qutu ilə birlikdə çəkisi 7.9 qram olmaqla ümümi çəkisi 24,2 qram olmuşdur. Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 11 fevral 2022-ci il tarixli, 17/135 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusunda kütlə...” sözləri yazılmış zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri – 4,67 qram, 6,36 qram ümumi təmiz çəkisi – 11.03 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, 02 (iki) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: a) marixuanaların ümumi təmiz çəkisi 11.03 qr, tədqiqata sərf edildi 0.10 qr, qalıq 10.93 qr. Aparılmış tədqiqatın xərci 35.97 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 11 fevral 2022-ci il tarixli, 17/136 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 3 ədəd kibrit qutusunda kütlə ...” sözləri yazılmış zərfin içərisindəki 03 (üç) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri – 5,11 qram, 5,32 qram, 6,02 qram ümumi təmiz çəkisi – 16,45 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd zərfdəki 03(üç) kibrit qutularında olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, 01 (bir) ədəd zərfdəki 03(üç) kibrit qutularındaolan qurudulmuş marixuanalar ilə digər 01 (bir) ədəd zərfdəki 02 (iki) ədəd kibrit kibrit qutularında olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: a) 03 ədəd kibrit qutularındakı marixuanaların ümumi təmiz çəkisi 16.45 qr, tədqiqata sərf edildi 0.15 qr, qalıq 16.30 qr. b) 02 ədəd kibrit qutularındakı marixuanaların ümumi təmiz çəkisi 10.93 qr, tədqiqata sərf edildi 0.10 qr, qalıq 10.83 qr. Aparılmış tədqiqatın xərci 35.97 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 29 aprel 2022-ci il tarixli 579 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının məhkəmə-narkoloji ekspertizasının 29 aprel 2022-ci il tarixli 580 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 29 aprel 2022-ci il tarixli 581 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, X5, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 10 fevral 2022-ci il tarixdə saat 22 radələrində əynindəki qara rəngli gödəkçənin sol iç cibindən iki ədəd kibrit qutusunda qablaşdırılmış təmiz çəkisi 11,03 qram narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X2 10 fevral 2022-ci il tarixdə saat 22 radələrində idarə etdiyi “Opel Astra” markalı, **-KY- *** dövlət qeydiyyat nişanlı avtomobildə iki ədəd kibrit qutusunda qablaşdırılmış təmiz çəkisi 11,03 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs3 11 fevral 2022-ci il tarixdə saat 09 radələrində 3 ədəd kibrit qutusunda qablaşdırılmış ümumi təmiz çəkisi 16,45 qram narkotik vasitə olan marixuananı saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyi cəzanı yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxs X2 törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağın olmasını, ilk dəfə az ağır cinayət törətdiyi cəzanı yüngülləşdirilən hallar kimi nəzərə alır. X2 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağın olmasını, az ağır cinayət törətdiyi cəzanı yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X4 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs1, X4 və Təqsirləndirilən şəxs3 təqsirləndirildikləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1, X5 xx.xx.2022-ci il tarixli, Təqsirləndirilən şəxs3 isə xx.xx.2022-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1, X2 həbsdə saxlanıldığı iki gün, Təqsirləndirilən şəxs3 isə həbsdə saxlanıldığı bir gün nəzərə alınmalı, onlara təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1, X5 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1, X5 və Təqsirləndirilən şəxs3 yaşadıqları ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyə icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillər Müdafiəçi1 Natoq oğluna və Müdafiəçi3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyə icraat dövründə 8 saat, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 R\him qızı Təqsirləndirilən şəxs3 məhkəməyə icraat dövründə 08 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş 08 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 48 manat, Təqsirləndirilən şəxs3 göstərilmiş 08 saat hüquqi xidmətə görə isə Müdafiəçi3 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan və Göyçay RPŞ-nin MSSK-da saxlanılan ekspertiza tədqiqatından sonra qalan ümumi çəkisi 27.13 qr narkotik vasitə olan marixuana məhv edilməlidir. İş üzrə 71.97 manat məbləğində ekspertiza xərcləri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 1 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhər ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. X5 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X2 məhkəmə baxışınadək həbsdə saxlandığı iki gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 1 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs X2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X5 yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 məhkəmə baxışınadək həbsdə saxlandığı bir gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 1 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan ekspertiza tədqiqatından sonra qalan ümumi çəkisi 27.13 qr narkotik vasitə olan marixuana məhv edilsin. İş üzrə 71.94 manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş 08 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 48 manat, Təqsirləndirilən şəxs3 göstərilmiş 08 saat hüquqi xidmətə görə isə Müdafiəçi3 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına dair hissədə Bakı şəhər Probasiya İdarəsinə, X4 və Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına dair, eləcə də ekspertiza xərcləri və maddi sübuta dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-51/2022
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-51/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver