Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-51/2023 06.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 12.10-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs "xxxx" ASC-nin Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şamaxı rayonu Laləzar kəndində qeydiyyatda olan,Kürdəmir rayonu Mollakənd kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə ilə xx.xx.2023-cü il tarixdə saat 19 radələrində çobanlıq etdiyi Göyçay rayon Bığır kəndi ərazisindən keçən və "xxxx" ASC-nin Zərərçəkmiş şəxs MMC-nin balansında olan istismarı dayandırılmış 220 kv-luq Qəbələ elektrik verilişi xəttinin 242-243, 243-244 saylı dayaqlar arası aşırımdan Bakı istiqamətinə tərəf (sol faza) xətdindən 1 metri 5 manat dəyərində olan 700 metr uzunluğunda dövlət və ictimai əhəmiyyətli ASO-300 markalı elektrik naqilini gizli yolla talayaraq "xxxx" ASC-nin Zərərçəkmiş şəxs MMC-nə cəmi 3500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bildi, ifadə verərək göstərdi ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu Bığır kəndində yerləşən X2 məxsus fermada işləmiş və ona ayrılmış otaqda yaşamışdır. Həmin fermada 2022-ci ilin mart ayından etibarən işləyib çobanlıq etmişdir. xx.xx.2023-cü il tarixdə həmin yerdə heyvanları otaran zaman Göyçay rayonundan üzü Qaraməryəm kəndi istiqamətində yolun solunda örüş sahəsinin ərazisində işıq dirəklərinin yanında yerdə aliminium materiallı elektrik naqillərinə gözü sataşmışdır.Naqillər topa vəziyyətdə yerdə olmuşdur. Onları tək apara bilmədiyindən naqilləri atın köməkliyi ilə yaşadığı fermanın yaxınlığına aparıb topa vəziyyətdə otluq hissəyə qoyaraq orada gizlətmiş ki, ailə üzvləri və fermanın sahibi Eldəniz naqilləri görə bilməsin. Növbəti gün səhər tezdən o heyvanları otaran zaman həmin naqillərin arasındakı dəmir materiallı trosu çıxarıb aliminium naqilləri orada olan ağac kötüyünün üzərində balta ilə xırda-xırda doğramışdır. O, naqilləri balta ilə hissə-hissə doğramış ki, aparıb satmaq asan olsun. xx.xx.2023-cü il tarixdə günorta saatlarında doğradığı naqilləri 3 ədəd ağ torbaya yığıb fermaya aparmışdır. Bir qədər sonra həmin naqilləri yaxın ərazidə satmağın təhlükəli olduğunu düşünüb Ağsu rayonuna aparıb satmaq qərarına gəlmişdir. Ona görə də, hər zaman istifadə etdiyi tanış taksi sürücüsü olan tanışı Şahid1 zəng edib bir qədər lazımsız dəmir əşyalarının olduğunu və onları satmaq istədiyini deyib fermanın həyətinə gəlməsini xahiş etmişdir. Az sonra Şahid1 idarə etdiyi «Vaz 2107» markalı avtomobil ilə fermanın həyətinə gəldikdən sonra o həmin 3 ədəd içərisinə doğrayaraq yığdığı alüminum naqillər olan torbaları həmin avtomobilin yük hissəsinə yığmışdır. Həmin vaxt fermanın həyətində itlər olduğundan Şahid1 itlərdən qorxduğu üçün avtomobildən yerə düşməmişdir. Bundan sonra Ağsu rayonuna getmişdir. Oraya getdikdən sonra torbadakı naqilləri adını orada bildiyi Mirvasif adlı şəxsə satmışdır. Həmin şəxs ilk öncə ondan naqillərin oğurluq olubolmadığını soruşmuş, bu zaman o həmin naqillərin oğurluq olmadığını, onları qoyun güdərkən hissə-hissə yerdən tapıb topladığını və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Metal qəbul məntəqəsində işləyən Mirvasif adlı şəxs ondan şəxsiyyət vəsiqəsini tələb etmiş, o da sonuncuya şəxsiyyət vəsiqəsini göstərmişdir. Bundan sonra o, həmin naqillərin alüminum olduğu üçün bir kiloqramını 2 manat 50 qəpik qarşılığında alacağını demiş, o da sonuncu ilə razılaşıb 03 ədəd içərisi alüminum naqilləri ilə dolu olan torbanı tərəzinin üzərinə qoyub çəkmiş, naqillərin çəkisi 88 kiloqram olmuşdur. Bundan sonra Mirvasif 88 kiloqram naqillər üçün ona cəmi 220 manat pul vermişdir. Daha sonra o avtomobilə əyləşib geri qayıtmışdır. Göyçay rayonuna qayıtdıqdan sonra taksi sürücüsü Ataya 20 manat pul verib fermaya getmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı fermada olan zaman Göyçay RPŞ-nin CAB-nin əməkdaşları gələrək onun elektrik naqilləri oğurlamaqda şübhəli olduğunu bildirib onu rayon polis şöbəsinə dəvət etmişlər. O rayon polis şöbəsində olan zaman etdiyi əməli etiraf etmişdir. Həmçinin, onlar həmin əraziyə gedən zaman orada elektrik naqillərindən qalan təxminən 1 metr uzunluğunda olan hissəsini yerdə görüb polislərə göstərmişdir. Rayon polis şöbəsində izahat verən zaman ona məlum oldu ki, həmin elektrik naqilləri X3 Şöbəsi” MMC-nin balansına aiddir. Onun maddi imkanı zəif olduğu üçün və pula ehtiyacı olduğundan həmin naqilləri sataraq pul əldə etmişdir. Lakin satdığı naqillərin uzunluğu 700 metr deyil,hardasa 200 metr olmuşdur.Dəymiş maddi zərəri hazırda aradan qaldıra bilmir.Əməlindən peşmandır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə təngidi yanaşaraq hesab edir ki,bu cür ifadə özünü müdafiə xarakteri daşıyır və işin faktiki hallarına uğun gəlmir Belə ki,məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" ASC-nin Zərərçəkmiş şəxs MMCnin nümayəndəsi Nümayəndə ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə idarənin əməkdaşları balansında olan elektrik naqillərinə baxış keçirən zaman Qəbələ hava elektrik veriliş xəttinin Göyçay rayon Bığır kəndi ərazisindən keçən hissəsində 242-243,243-244 saylı dayaqlar arası aşırımdan Bakı istiqamətinə tərəf (sol faza) cəmi 700 metr ASO-300 markalı naqilin yerindən sökülərək oğurlanmasını aşkar etmişlər. Bundan sonra əməkdaşlar bu barədə idarənin rəhbərliyinə məlumat vermişlər. Buna görə də qeyd olunan oğurluq hadisəsi barədə MMC-nin direktoru tərəfindən ərazi üzrə Göyçay rayon polis şöbəsinin rəisinə rəsmi məktubla müraciət etmişlər. Həmin elektrik naqilləri müvəqqəti olaraq istismarı dayandırılmış, buna baxmayaraq həmin naqillərdən elektrik enerjisinin ötürülməsi mümkün olmuş, eləcə də, istifadəyə tam yararı olduğundan ictimai əhəmiyyətli olmuşdur. Həmin naqillərin bir metri təxminən 5 manat olduğu hesablanaraq 700 metr elektrik naqilinin oğurlanması nəticəsində ümumilikdə 3500 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi zərər aradan qaldırılmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 Elburus oğlu bildirdi ki, özünə məxsus «Vaz 2107» markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Şamaxı rayon sakini, Göyçay rayon Bığır kəndində çobanlıq işi ilə məşğul olaraq orada əvvəllər yaşamış Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o taksi fəaliyyəti ilə məşğul olduğu üçün Ramil onunla bir neçə dəfə Göyçay rayonu Bığır kəndindən yaşadığı Şamaxı rayonuna və Ağsu rayonunda yaşayan qohumlarına qonaq getmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında əvvəllərdə müştərisi olan Təqsirləndirilən şəxs ona, zəng edərək Ağsu rayonuna getmək lazım olduğunu bildirmişdir. Daha sonra o, Ramilin Göyçay rayon Bığır kəndində yaşadığı fermaya getmişdir. Oraya getdikdən sonra fermanın qarşısında böyük itlər olduğundan avtomobildən yerə düşməmişdir. Həmin vaxt Ramil onun avtomobilə yaxınlaşıb baqaj hissəni açmaq lazım olduğunu və oraya yük qoyacağını bildirmişdir. O, itlərdən qorxduğu üçün baqajı özünün açmasını demişdir. Ramildə baqaj hissəni açıb oraya 3 ədəd ağ rəngdə içərisi dolu vəziyyətdə olan torbalar yığıb özü də avtomobilə əyləşmişdir. Daha sonra Ramil ona avtomobili Ağsu rayonuna sürməyini, yük yerinə yığdığı torbaların dəmir olduğunu, pulu olmadığından həmin dəmirləri Ağsu rayonuna aparıb orada metal qəbulu məntəqəsi olan tanışına satmaq istədiyini bildirmişdir. O, avtomobili sürərək Ağsu şəhərində çatmışdır. Ağsu şəhərinə çatdıqdan sonra Ramilin ona yolu göstərməsi nəticəsində Ağsu dairəsi adlanan yerdən bazar yolu ilə üzü şəhər istiqamətində avtomobilini idarə edərək yolun sol tərəfinə dönüb metal qəbulu məntəqəsinə çatmışlar. Oraya çatdıqdan sonra Ramil özü avtomobildən yerə düşüb yük yerini açıb həmin torbalarda olan əşyanı metal qəbulu məntəqəsində işləyən şəxsə satmışdır. Daha sonra onlar Göyçay rayonuna qayıtmışlar. Bığır kəndi ərazisində Ramil avtomobildən yerə düşüb ona yol haqqı olaraq 20 manat pul vermişdir. O, rayon polis şöbəsinə dəvət olunduqdan sonra oğurluq barədə xəbəri olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 bildirdi ki, Ağsu rayonu Tağızadə küçəsi ev 23-də yaşayır. 2011-ci il tarixdən etibarən ailəsini dolandırmaq üçün yaşadıqları evin qarşısında metal qəbulu məntəqəsi işlədirlər. Onlar aliminium və dəmir materiallı əşyalar alırlar. xx.xx.2023-cü il tarixdə günorta saatlarında o, metal qəbulu məntəqsində olan zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs «Vaz 2107» markalı ağ rəngli avtomobillə ora gəlmişdir. Həmin vaxt avtomobili sürən şəxs avtomobildən yerə düşməmişdir. Qarşı oturacaqda əyləşən sonradan adını bildiyi Ramil adlı şəxs ona yaxınlaşıb alüminium materiallı elektrik naqilləri olmasını və həmin naqilləri satmaq istədiyini bildirmişdir. İlk öncə o, elektrik naqili olduğu üçün onların oğurluq olmasından şübhələndiyi üçün almaq istəməmişdir. Bu zaman həmin şəxs 03 ədəd torbalarda olan elektrik naqillərini avtomobildən yerə düşürdükdə onların xırda-xırda doğranmasını görüb yararsız naqillər olmasını görmüşdür. Eləcə də, həmin şəxsdən gətirdiyi alüminiumun oğurluq olub-olmadığını soruşduqda, həmin şəxsdə naqilləri heyvan otaran zaman çöl sahəsindən az-az topladığını və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Həmin vaxt o, Ramil adlı şəxsdən şəxsiyyət vəsiqəsini tələb edib baxaraq hara sakini olmasını yadında saxlamışdır. Daha sonra Ramilin sözlərinə inanaraq gətirdiyi 03 torbada olan alüminiumu almışdır. Ramilin gətirdiyi 03 torbada olan alüminiumlar ümumilikdə 88 kq olmuşdur. O, da alüminiumun hər bir kiloqramını 2 manat 50 qəpiyə aldığı üçün həmin şəxsə cəmi 220 manat pul vermişdir. Daha sonra Ramil avtomobilə əyləşib getmişlər. Həmin vaxtdan 3 gün sonra Göyçay rayon polis şöbəsinin əməkdaşları işlədiyi metal qəbulu məntəqəsinə gəlib həmin şəxsdən aldığı alüminium naqilin oğurluq olmasını bildirib onun, izahatını almışlar. Həmin vaxt ona, məlum olmuşdur ki, Ramilin ona satdığı naqillər X1 balansında olmuşdur. Ancaq xx.xx.2023-cü il tarixdə o, Ramildən aldığı həmin alüminium naqilləri digər metallarla birlikdə Qobustan rayonuna metal emalı zavoduna yola saldığı üçün Ramildən aldığı naqilləri göstərə bilməmişdir. Ramilin həmin naqilləri oğurlamasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Göyçay RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili X7 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Göyçay RPŞ-nin Təhqiqat bölməsindən daxil olmuş əməliyyat tapşırığına əsasən "xxxx" ASC-nin X3 Şəbəkəsi MMC-nin balansında olan Göyçay rayonu Bığır kəndi ərazisindən keçən hissəsində 242- 243,243- 244 saylı dayaqlar arası aşırımdan Bakı istiqamətinə tərəf (sol faza) cəmi 700 metr ASO-300 markalı naqilin yerindən sökülərək oğurlanması bildirilmişdir. Qeyd olunan hadisə ilə bağlı o, dərhal həmin əraziyə gedib bu barədə maraqlanmağa başlamışdır. Həmin günü günorta vaxtlarında ona, daxil olan əməliyyat məlumatına əsasən qeyd olunan hadisəni Şamaxı rayonu Laləzər kəndində qeydiyyatda olmaqla, Göyçay rayonu Bığır kəndi ərazisində yerləşən X2 məxsus fermada çobanlıq edərək yaşayan Təqsirləndirilən şəxs oğurlaması məlum olmuşdur. Daha sonra o, dərhal həmin şəxsin çobanlıq etdiyi fermaya gedib axtarmağa başlamışdır. Həmin vaxt Ramilin həyat yoldaşı Gülmirə adlı qadın əri Ramilin örüş sahəsində xırdabuynuzlu heyvan otardığını bildirmişdir. Ramilin olduğu yeri tapıb izahat verməsi üçün Göyçay rayon polis şöbəsinə dəvət etmişdir. Ramildə heç bir etiraz etmədən xırdabuynuzlu heyvanları fermaya apardıqdan sonra onunla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsinə gəldikdən sonra şifahi sorğu zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu oğurluq hadisəsini etiraf edərək qeyd olunan dirəklərdəki elektrik naqillərinin alüminium olmasını bilib naqilləri kəsərək satmasını etiraf etmişdir. Ramil tutulmaqdan qorxduğu üçün özü qəsdən qeyd olunan elektrik naqillərinin uzunluğunun az olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Göyçay RPŞ-nin Post Patrul Xidməti Bölməsində polis nəfəri Şahid4 bildirdi ki, tərtib edilmiş növbə cədvəlinə əsasən xx.xx.2023cü il tarixdə saat 22:00-dan xx.xx.2023- cü il tarixə saat 09:00-dək olan müddət ərzində o, və PPXB-nin polis nəfəri X4 ilə Göyçay rayonu Bığır və Qaraməryəm kəndləri ərazisində xidmətdə olmuşlar. xx.xx.2023-cü il tarixdə səhər saatlarında artıq növbə saatları sona çatmaq üzrə olduğundan onlar patrul avtomobili ilə rayon polis şöbəsi istiqamətinə doğru hərəkət etmişlər. Eləcə də, yolda hərəkətdə olan zaman yol kənarında və ərazidə görünən elektrik dayaqlarında olan elektrik naqillərinə nəzər yetirmişlər. Həmin vaxt Bığır kəndi ərazisindən keçən elektrik dayaqlarına nəzarət etdikdə dayaqlarda olan elektrik naqillərinin bir hissəsinin yerində olmadığı diqqətlərini çəkmişdir. Onlar avtomobili saxlayıb həmin dayaqlara daha yaxından nəzər yetirdikdə dayaqlarda olan naqillərin yerində olmadığını görüb oğurlandığını bilmişlər. Buna görə də həmin günü rayon polis şöbəsinə getdikdən sonra şöbə rəbərliyinin adına raportla müraciət etmişlər. Həmçinin, həmin günü "xxxx" ASCnin X3 Şəbəkəsinin rayon polis şöbəsinə ünvanladığı məktubdan sonra daha əmin olmuşlar ki, həmin elektrik naqilləri Şəbəkənin balansında olmuş və oğurlanmışdır. Elə həmin günü rayon polis şöbəsinin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı qeyd olunan oğurluq hadisəsini elə həmin ərazidə çobanlıq edən Şamaxı rayon sakini Təqsirləndirilən şəxs törətməsi müəyyən edilərək barəsində müvafiq sənədləşmə aparılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2023-cü il tarixli, HK-1/97 saylı ekspert rəyindən görünür ki ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd 1 metr uzunluğunda, üzərində markalanma yazısı olmayan izolyasiyasız, burulmuş məftillər şəklində olan, alüminum əsaslı ərintidən hazırlanmış, təxminən 500 qram kütləyə malik naqilin istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 5,00 (beş) manat müəyyən olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş ifadənin yerində yoxlanılması barədə 11 may 2023-cü iltarixli protokoldan görünür ki,Təqsirləndirilən şəxs Göyçay rayonu Bığır kəndi ərazisindən keçən böyük həcmli elektrik dayaqlarından keçən elektrik naqillərini oğurladığı yeri və hansı dayaqlardan elektrik naqillərini kəsdiyini göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Beləliklə, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq qanunsuz olaraq ələ keçirmək məqsədlə ilə xx.xx.2023-cü il tarixdə saat 19 radələrində çobanlıq etdiyi Göyçay rayon Bığır kəndi ərazisindən keçən və "xxxx" ASC-nin Zərərçəkmiş şəxs MMC-nin balansında olan istismarı dayandırılmış 220 kv-luq Qəbələ elektrik verilişi xəttinin 242-243, 243-244 saylı dayaqlar arası aşırımdan Bakı istiqamətinə tərəf (sol faza) xətdindən 1 metri 5 manat dəyərində olan 700 metr uzunluğunda dövlət və ictimai əhəmiyyətli ASO-300 markalı elektrik naqilini gizli yolla talamış, bununla da təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 177.2.3-2-ci maddəsinin tərkibini təşkil edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət işi materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nın Mollakənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Kürdəmir rayonun Mollakənd kəndində yaşayır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan və üç azyaşlı uşaqlarının olmasını iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsinin sanksiyası həddi daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Kürdməir rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerlərini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Kürdəmir rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 1 metr ASO- 300 markalı naqil qanuni sahibi "xxxx" ASC-nin Zərərçəkmiş şəxs MMC-nə qaytarılmalıdır. Ekspertiza tədqiqatının 50 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməldir. Zərərçəkmiş şəxsə izah olunmalıdır ki, dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan Kürdəmir rayonu Mollakənd kəndində yerləşən fərdi yaşayış evini hər gün saat 23.00-dan saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Kürdəmir rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Göyçay RPŞ-nin MSSK-da saxlanılan 1 metr ASO- 300 markalı naqil qanuni sahibi "xxxx" ASC-nin Zərərçəkmiş şəxs MMC-nə qaytarılsın. Ekspertiza tədqiqatının 50 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxsə izah edilsin ki, dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Hökmdən 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-51/2023
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-51/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver