Məhkəmə qərarları › İş №1(046)-51/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-51/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-51/2024 21.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs 05 aprel 2024-cü il tarixdə saat 22 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən evdə olarkən arvadı Zərərçəkmiş şəxs ilə onun Bakı şəhərində olan qızı Samirə Vahidovanın yanına getməyə icazə verməməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bir dəfə qəsdən yumuruqla Zərərçəkmiş şəxs vuraraq ona başın sol alın nahiyyəsinin əzilmiş-cırılmış yarası, səhhətin qısa müddətə pozulmasına səbəb olan qəsədən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Ailəsi ilə birlikd Göyçay şəhəri 20 Yanvar küçəsində yaşayır. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində yaşadıqları evdə arvadı Sərfinaz qızı Samirə ilə danışan zaman ondan ötrü darıxdığını və onun arxası ilə Bakı şəhərinə getmək istədiyini bildirmişdir. Samirə ilə danışan zaman yoldaşı Sərfinazın çöl tərəfə qaçdığını görərək onun dalıyca qaçmış və qolundan tutmuşdur. Qolundan tutan zaman Sərfinazın başına yumruqla bir dəfə vurmuşdur. Sərfinazın başının qanadığını görən kimi onu Göyçay RMXya aparmaq istrəsə də, Sərfinaz onunla razılaşmayaraq yataq otağına getmişdir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində yoldaşı Sərfinazın və qızı Samirənin ondan şikayət etdiyini öyrənmişdir. Törətdiyi əməldən peşmandır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Buna görə də məhkəmədən xahiş etmişdir ki, zərərçəkmişlə barışması barədə ərizəsi nəzərə alınsın və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Zərərçəkmiş şəxs ifadə verərək görünür ki, Təqsirləndirilən şəxs onun əridir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində əri Zabitlə evdə olan zaman Samirə ona zəng edərək onunçün darıxdığını bildirmişdir. Ona görə də həmin vaxtı Bakı şəhərinə onun yanına getmək istədiyini Zabitə demiş, Zabit isə ona icazə verməmişdir. Zabitə əsəbləşərək otaqdan həyətə çıxmışdır. Həyətdən çölə çıxmaq istəyən zaman isə Zabit onun arxasıyla gələrək onu tutmuş və həmin vaxtı qəfil yumruqla onun alnından vurmuşdur. Həmin anda üzünə qan axdığını görmüş və ağlaya-ağlaya evin altına tərəf getmişdir. Qaynanası Məkkə isə onun səsinə çölə çıxmışdır. Qaynanası onun alnının qan içində olduğunu görmüş və üzünü silməyə başlamışdır. Zabit isə zorla onu həkimə aparmaq istəmişdir. Zabitə əsəbi olduğu üçün otağına gedərək o vəziyyətdə yatmışdır. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində qızı Samirə ona zəng edərək görüntülü danışan zaman onun üzünün qanlı olduğunu görmüşdür. Ondan sonra isə bu barədə DİNin 102 xidmətinə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə ondan üzr istəmiş, ona dəymiş ziyanı tam ödəmiş və barışmışlar. Buna görə də məhkəmədən Təqsirləndirilən şəxs ilə barışdığını nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 195 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər başın sol alın nahiyyəsində yumşaq toxumanın əzilmiş-cırılmışyarası küt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş təkrar Məhkəmə-Tibbi eskpertizasının xx.xx.2024-cü il tarixli, T 247\2024 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs alın nahiyyəsində solda əzilmiş-cırılmış yara olmuşdur. Qeyd edilən xəsarət küt əşyanın bilavasitə təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən tarixdə, yəni xx.xx.2024-cü ilə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 73.2-ci maddəsində qeyd edilmiş maddələrdə əvvəllər məhkum edilməmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində ünvan 4 ünvanda arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı bir dəfə qəsdən yumuruqla Zərərçəkmiş şəxs vuraraq ona başın sol alın nahiyyəsinin əzilmişcırılmış yarası, səhhətin qısa müddətə pozulmasına səbəb olan qəsədən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxsnun məhkəməyə təqdim etdikləri barışdıqları ilə bağlı ərizələrini nəzərə alan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul etməlidir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası 73.2-ci maddəsinə əsasən bu məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar