Məhkəmə qərarları › İş №1(046)-52/2022

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-52/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-52/2022 22.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1993-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasmın vətəndaşı, orta təhsilli, fərdi əməklə məşqul olan, məhkum olunmamış, subay, vətən müharibəsi iştirakçısı, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs adına olan "xxxx" ASC-yə məxsus elektron məlumat daşıyıcı hesab edilən **********304311 nömrəli bank kartından 728 manat pulu informasiya texnologiyalarından istifadə etməklə xx.xx.2021-ci il tarixdə öz adına olan "xxxx" ASC-yə məxsus **********328058 nömrəli virtual digital bank kartına köçürmüş, sonra həmin kartdan həmin pulu informasiya texnologiyalarından istifadə etməklə öz adına olan "xxxx" ASC-yə məxsus ******************** nömrəli bank kartına köçürmüş və həmin pulu xx.xx.2021-ci il tarixdə saat 14:30 radələrində ünvan 2 ünvanında yerləşən “Final” adlı marketin bayır səthinə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan çıxarıb nağdlaşdıraraq Zərərçəkmiş şəxs 728 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, maddi vəziyyəti pis olduğu üçün pul qazanmaq qərarına gəlmişdir. Həmin vaxt ağlına istənilən bir nömrəyə mesaj yazaraq bank kartına məxsus məlumatları öyrənib, həmin şəxsin kartından pul çəkmək istəmişdir. Buna görə də “turbo.az” saytına daxil olub elan axtarmağa başlamışdır. Markasını xatırlamadığı bir avtomobilin satış elanına girib, sahibinin mobil nömrəsini öyrənmişdir. Sonra “sms-activate.ru” saytına daxil olub, internet üzərindən Kanadaya məxsus +l(339)- 330-32-132 saylı nömrə almışdır. “VVhatsap” ani mesajlaşma proqramında həmin nömrə ilə qeydiyyatdan keçdikdən sonra profil şəklini "xxxx" ASC-nin loqosunu daxil etmişdir. Sonra elandan gördüyü mobil nömrəyə xx.xx.2021-ci il tarixdə özünü "xxxx" ASC-nin nümayəndəsi kimi təqdim edərək həmin şəxsin kartının təhlükəsizliyinin qorunması üçün yazdığına inandırmışdır. Söhbət əsnasında "xxxx" ASC-nə məxsus bank kartının olmadığını, "xxxx" ASC-yə məxsus bank kartının olduğunu söyləmişdir. Həmin şəxsə müxtəlif suallar verərək özünə inandırmış və bir-bir bütün məlumatları öyrənmişdir. Bundan sonra öz istifadəsində olan mobil telefonda "xxxx" ASC-yə məxsus mobil tətbiq yükləyib, həmin məlumatlarla qeydiyyatdan keçmişdir. Həmin tətbiqə daxil olduqda balansda pul olmadığını görmüşdür. xx.xx.2021-ci il tarixdə balansı yoxlamaq üçün yenidən həmin tətbiqə daxil olmuşdur. Balansda bu dəfə 728 manat pul olmuşdur. Pulu həmin gün yəni xx.xx.2021-ci il tarixdə saat 14:30 radələrində dərhal öz kartına "xxxx" ASC-nə məxsus **********328058 nömrəli bank kartına köçürmüşdür. Həmin bank kartı digital kart olduğu üçün həmin kartla bankomatdan nağdlaşdırma aparılması mümkün olmadığından həmin məbləğdə pulu ona məxsus "xxxx" ASC-nə aid digər kartına, yəni ******************** saylı bank kartına köçürmüşdür. Həmin kartdan da Göyçay şəhəri, Nizami küçəsində yerləşən Göyçay RMX- nın yaxınlığında "xxxx" ASC-nə məxsus bankomatdan nağdlaşdırmışdır. Başqa heç kimin kart hesabından pul oğurlamamışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcini, məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, “Agro Dairy şirkətində işləyərək qazanc əldə edir. Aylıq qazancı 725 manatdır. Özünə məxsus olan “ Vaz 2107” markalı avtomobili satmaq üçün 2021-ci ilin iyul ayının sonlarında “turbo.az” internet saytında elan yerləşdirmişdir. Həmin ərəfədə “whatsapp” mesajlaşma proqramında ona profil şəklində "xxxx" ASC-nin loqosu olan +1(339)330-32132 saylı mobil nömrədən mesaj gəlmişdir. Guya adına olan bank kartında problem ola biləcəyini deyib, kartın qorunması üçün yazdığını bildirmişdir. Kartının "xxxx" deyil, "xxxx"a məxsus olduğunu deyəndən sonra həmin şəxsin bir neçə sualına cavab vermişdir. Aralarındakı söhbət əsnasında həmin şəxs onun mobil telefonuna sms kod gələcəyini deyib, kodu deməyini istəmişdir. O da kodu həmin şəxsə demişdir. Həmin şəxs onun şəxsiyyət vəsiqəsinin fərdi identifıkasiya nömrəsini soruşmuş, o da həmin kodu demişdir. Bu mövzuda bir neçə dəqiqə daha danışdıqdan sonra sağollaşmışlar. xx.xx.2021-ci il tarixdə onun aylıq maaşı, yəni 725 manat kartına köçürülmüşdür. Kartında əvvəldən 3 manat pul olmuşdur. Beləliklə maaşla birlikdə kartında 728 manat pul olmuşdur. xx.xx.2021-ci il tarixdə pulu kartından çıxarmaq üçün bankomata daxil etmiş və karta pul olmadığını görmüşdür. Onda başa düşmüşdür ki, həmin şəxs onu aldadıb və kartdakı pulların hamısını oğurlamışdır. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-nə aid kart hesabına dair çıxarışdan görünür ki, 720 manat məbləğində pul Təqsirləndirilən şəxs tərəfindən çıxarılmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs adına olan "xxxx" ASC-yə məxsus elektron məlumat daşıyıcı hesab edilən **********304311 nömrəli bank kartından 728 manat pulu informasiya texnologiyalarından istifadə etməklə xx.xx.2021-ci il tarixdə öz adına olan "xxxx" ASC-yə məxsus **********328058 nömrəli virtual digital bank kartına köçürmüş, sonra həmin kartdan həmin pulu informasiya texnologiyalarından istifadə etməklə öz adına olan "xxxx" ASC-yə məxsus ******************** nömrəli bank kartına köçürmüş və həmin pulu xx.xx.2021-ci il tarixdə saat 14:30 radələrində ünvan 2 ünvanında yerləşən “Final” adlı marketin bayır səthinə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan çıxarıb nağdlaşdıraraq Zərərçəkmiş şəxs 728 manat maddi ziyan vurmaqla oğurlamaqla Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olduğunu, zərərçəkmişə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbinin olmadığını, vətən müharibəsi iştirakçısı olduğunu cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraat dövründə hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə icraat dövründə hüquqlarını 06 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 06 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 36 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351, 353, 381, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayon ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 06 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 36 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ**********6424505256 (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar