Məhkəmə qərarları › İş №1(046)-52/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-52/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-52/2023 06.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 12.55-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay,əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay şəhəri, H.Əliyev prospekti ev 67, mənzil 43-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təqsirləndirilən şəxs tanışı Şahid1 satış məqsədi olmadan öz istehlakı üçün narkotik vasitə olan heroin almaqla bağlı xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində sonuncu ilə mobil telefonun whatsapp ani mesajlaşma tətbiqi vasitəsi ilə danışıb 20 manat pul müqabilində razılaşdıqdan sonra Şahid1 satış məqsədi ilə qanunsuz olaraq əldə edib eyni məqsədlə Göyçay şəhəri, Şəhriyar küçəsində yerləşən Əli Kərim adına parkın ərazisində əkilmiş küknar ağacının altına qoyduğu 0,394 qram çəkidə, yəni Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini narkotik vasitənin yerini əks etdirən fotoşəkilləri Şahid1 ona göndərməsinə əsasən, qeyd edilən tarixdə, saat 19 radələrində həmin yerdən qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlayaraq daşıyarkən özünü şübhəli apardığına görə Göyçay rayon X3 Təhlükəsizlik Bölməsinin və Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Göyçay şəhəri, Nizami küçəsində yerləşən "Romaşka" adlanan aptekin yaxınlığında piyada şəkildə saxlanılıb ünvan 1 ünvanında yerləşən Göyçay RPŞ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin ön sol döş cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olmaqla 0,394 qram təmiz çəkidə, yəni şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, narkotik vasitələrdən istifadə edir. Qonşusu Şahid1 tutulmazdan əvvəl ona narkotik vasitə lazım olarsa sata biləcəyini demişdir. Buna görə xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Şahid1 ***-***-**-** nömrəli mobil telefonuna özünə məxsus ***-***-**-** nömrə ilə “Watsapp” vasitəsi ilə zəng edib ona narkotik vasitə satmasını xahiş etmiş, Məhəmməd isə “20 manat pul verərsən sənə narkotik maddə verərəm” deyə cavab vermişdir. Məhəmmədə telefonda “hazırda pulum yoxdur, sən mənə narkotik maddəni ver, mən 05 fevral 2023-cü il tarixdə sənə pulunu verəcəm” deyə bildirdikdə Məhəmməd onunla razılaşıb “get Göyçay şəhəri, Əli Kərim adına parka, orada narkotik maddəni bir yerə qoyacağam” deyə cavab vermişdir. Sonra isə Məhəmməd ona Əli Kərim adına parkda bir qəbir şəkilini göndərib “narkotik maddəni ora qoymuşam, get götür” deyə bildirmişdir. O, Əli Kərim adına parka gedib Məhəmmədin “Watsapp” vasitəsi ilə ona şəkilini göndərdiyi qəbir daşını tapmış, lakin həmin qəbirin ətrafına baxsa da orada narkotik maddənin olmadığını görüb yenidən “Watsapp” vasitəsi ilə Məhəmmədlə əlaqə saxlamışdır. Telefonda Məhəmmədə “sən şəkilini göndərdiyin qəbir daşının yanında narkotik maddə yoxdur” deyə bildirmiş, bundan sonra Məhəmməd ona “Watsapp” vasitəsi ilə bir “Küknar” ağacının şəkilini göndərib həmin ağacın altında olan daşın altına 2 büküm narkotik maddə olan "kakos” qoyduğunu demişdir. Bundan sonra o, Əli Kərim adına parkda Məhəmmədin ona “Watsapp” vasitəsi şəklini göndərdiyi küknar ağacını tapmış, həmin küknar ağacının altında olan balaca daşı qaldıran zaman isə oradan 2 ədəd gümüşü rəngli sigaret kağızında bükümləri görüb onları götürmüşdür. Həmin bükümlərin içərisini açıb baxarkən içərisində bozumtul rəngdə toz halında narkotik maddə olan “kakos” olduğunu görüb onları cibinə qoyaraq oradan uzaqlaşmışdır. Sonra evə gedib həmin bükümlərdən birini istifadə etmişdir. Digər bükümü isə əynində olan mavi rəngli gödəkçənin sol üst döş cibinə qoymuşdur. Bundan sonra saat 22 radələrində Göyçay şəhəri, Nizami küçəsində yerləşən “Romaşka” adlanan aptekin yanı ilə evinə gedərkən polis işçiləri ona yaxınlaşaraq özlərini təqdim edib onu saxlamışlar. Polis əməkdaşları ona narkotik maddə əldə etməkdə və daşımaqda şübhəli olduğunu bildirmişlər. O, polis əməkdaşlarını görüb həyəcanlanmış, qaçmaq istəmiş, lakin polis əməkdaşları ona mane olmuşlar. O, məcbur qalıb polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə getmişdir. Polis şöbəsinin Növbətçi Hissəsində ona hüquq və vəzifələri izah olunaraq vəkil ilə təmin olunmuşdur. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sol üst döş cibindən bir ədəd bükümü çıxarıb özü polisə təqdim etmişdir. Həmin büküm açıldıqa içərisində boz rəngli, toz halında maddə olması müəyyən olmuşdur. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Şahid2 göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Göyçay RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə Göyçay şəhəri ərazisində xidməti ərazini gəzərkən əlaqəsində olan inanılmış şəxsdən Göyçay rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində gəzdirilməsində şübhəli olması barədə qərəzsiz məlumat almış, həmin məlumatda həmçinin, Təqsirləndirilən şəxs az sonra Göyçay şəhəri, Nizami küçəsində yerləşən “Ramaşka” adlanan aptekin yaxınlığına gələcəyi və xarici əlamətləri göstərilmişdir. Qərəzsiz və mötəbər mənbədən daxil olan belə bir məlumatın təxirəsalınmazlığına görə özü və tabeliyində olan polis nəfəri Şahid3 dərhal qeyd edilən yerə yollanmışlar. Orada Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onları görüb təntimiş və özünü şübhəli aparmağa başlamışdır. Belə ki, Sanar verilən suallara cavab verməkdən yayınmış, hətta qaçıb uzaqlaşmağa da cəhd göstərmişdir. Bu səbəblərdən onlar Təqsirləndirilən şəxs xidməti avtomobilə əyləşdirib təxirəsalınmaz şəkildə Göyçay RPŞ-nin inzibati binasına gətirmişlər və bu barədə şöbənin rəisinə raporta məruzə etdikdən sonra Təqsirləndirilən şəxs Göyçay RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Qiyas Beybutova təhvil vermişlər. Bir qədər sonra şöbəyə müdafiəçi qismində Müdafiəçi gəlmiş və şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs təqdim olunmuş, Təqsirləndirilən şəxsla konfidensial ünsiyyəti təmin edilmişdir. Sonra isə xidməti otaqda şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində onun özünün, polis nəfəri Şahid3, o cümlədən müdafiəçi qismində Müdafiəçi iştirakları ilə videoçəkiliş altında şəxsi axtarış keçirilmişdir. Axtarışdan əvvəl təhqiqatçı Qiyas Beybutov tərəfindən Təqsirləndirilən şəxs üzərində cinayət yolu ilə əldə edilmiş, qanunla dövriyyəsi qadağan edilən hər hansı əşya, o cümlədən narkotik vasitə, psixotrop maddə olub-olmaması barədə sual verilmişdir. Təqsirləndirilən şəxs isə “bəli, kakos var” deyərək təsdiq etmiş və əynindəki gödəkçənin ön sol döş cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz halında və ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə olması məlum olmuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da hər hansı narkotik vasitə, psixotrop maddə, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin “kakos” kimi tanınan narkotik vasitə olmasını, həmin kütləni hal-hazırda özü Bakı şəhərində olan, onunla Göyçay rayonunda qonşuluqda yaşayan, özünə yaxın hesab etdiyi Məhəmməd adlı şəxsdən pul müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa, Müdafiəçi saxlanılarkən polis əməkdaşları tərəfindən ona hər hansı təzyiq -təsir olub-olmaması, aşkar edilmiş kütlənin Təqsirləndirilən şəxs özünə məxsus olub-olmaması, hər hansı şəxsə narkotik vasitə satıbsatmaması, o cümlədən narkotik vasitə istifadəçisi olub-olmaması barədə suallar verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs isə həmin kütlənin həqiqətən özünə aid olmasını, heç kimə narkotik vasitə satmamasını, narkotik vasitə istifadəçisi olmasını, habelə ona hər hansı təzyiq-təsir olmamasını bildirmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay rayon X4 Patrul Xidmət Bölməsinin polis nəfəri Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 göstərdi ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, 2-ci massivdə yaşamaqla Bakı şəhərində fəhləlik edir. Narkotik vasitələrdən uzun müddətdir ki, istifadə edir. Təqsirləndirilən şəxs tanıyır, Sanar ilə Göyçay şəhərində qonşuluqda yaşamışdır. Göyçay şəhərinə gələndə Sanar ilə görüşür, hal- əhval tutur, ümumiyyətlə Sanar ilə yaxşı münasibətləri vardır. Sanar da narkotik vasitə istifadəçisidir, həmçinin onun da narkotik vasitə istifadə etdiyini bilir. Bu baxımdan, Sanar ağrıları olanda ondan narkotik vasitə ala biləcəyini soruşarkən o, Sanara heç bir problem olmadığını bildirmiş, heroin təşkil edə biləcəyini demişdir. 2023-cü ilin yanvar ayında Bakı şəhərində olarkən tanımadığı şəxsdən öz istifadəsi üçün narkotik vasitə olan heroin əldə etmiş, həmin narkotik vasitədən iki ədəd gümüşü rəngli siqaret kağızı bükümdə Göyçay şəhəri, Əli Kərim adma parkın ərazisində yerləşən qəbiristanlıqda olan ağacın yanında daşın altına gizlədib istifadəsi üçün saxlamış, həmçinin qeyd edilən yeri unutmamaq üçün fotoşəkillərini çəkmişdir. xx.xx.2023-cü il tarixdə, saat 18-19 radələrində Bak şəhərində olarkən Sanar istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə whatsapp vasitəsi ilə zəng edib ağrılarının olduğunu, narkotik - vasitə istifadə etmək istədiyini bildirmiş, ondan pul müqabilində narkotik vasitə istəmişdir. O isə imkanı yaxşı olmadığında görə 20 manat pul verərsə qarşılığında Sanara narkotik vasitə olan heroin sata biləcəyini demişdir. Sanar isə pulunun olmadığını, yalnız ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə ona 20 manat verə biləcəyini demişdir. O, Sanarla razılaşmış, özünün Bakı şəhərində olduğunu, narkotik vasitənin Göyçay şəhərində olan yerini Sanara deyəcəyini, ancaq pulu mütləq verməli olduğunu bildirmiş, həmçinin whatsapp vasitəsi ilə Sanarın mobil nömrəsinə Göyçay şəhərində Əli Kərim adına olan parkın ərazisində narkotik vasitəni gizlətdiyi yerin, yəni parkın ərazisində olan qəbiristanlıqda bir ağacın altındakı daşın şəkillərini göndərmişdir. Sanar həmin yerə gedib narkotik vasitəni götürdükdən sonra whatsapp vasitəsi ilə mesajla ona bu barədə məlumat vermişdir. Daha sonra Sanarla əlaqə saxlaya bilməmiş, bir neçə gün sonra isə Sanarın elə həmin gün polis əməkdaşları tərəfindən saxlanıldığını öyrənmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki,Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxlanılan narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs gödəkçəsinin ön sol döş cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə içərisində boz rəngli toz halında olan maddə aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 05 fevral 2023-cü il tarixli, 17/146 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd büküm.’' Sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,394 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata sərf edildi 0,05 qram,qalıq 0,344 qram. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı” na daxildir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 11 may 2023-cü il tarixli, 822 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2023-cü il tarixdə, saat 22.55-də şübhəli şəxs qismində tutulmuş, 06 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 19.00-da MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 mart 2023-cü iltarixli qərarının surətindən görünür ki,Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 12 may 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi materiallarından Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair başqa cinayət işi ayrıca icraata ayrılmışdır. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,394 qram çəkidə heroin narkotik vasitəsini üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olaraq səmimi etiraf etməsini ,əldə etdiyi narkotik vasitənin mənbəyi barədə məlumat verməklə digər cinayətin iştirakçısının ifşa edilməsinə kömək etməsini iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Göyçay rayonu və mualicə olunacağı tibbi müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq,narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,344 qram heroin narkotik vasitəsi Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik Azərbaycan Respublikası CPMnin 198.1 -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılaraq qəti olaraq ona 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanda yerləşən mənzili hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu və müalicə olunacaq tibbi müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq,narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,344 qram heroin narkotik vasitəsi məhv edilsin. Ekspertiza tədqiqatının 69 manat 10 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar