Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-52/2024 30.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 11.45-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, Göyçay rayonu Potu kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni təmiz çəkisi 0,445 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 02 aprel 2024-cü il tarixdə saat 12:35 radələrində Göyçay RPŞ-nin CAB-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanda yerləşən Göyçay RPŞ-yə gətirilmiş və həmin gün saat 13:08-də X2 üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda, yəni təmiz çəkisi 0,445 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, bir neçə ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Göyçay rayonu, Potu kəndində yaşadığı küçədə olarkən əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində bir bükümdə narkotik vasitə olan heroin saxlamış, orada dayanan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, bundan sonra isə ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər və o, Göyçay RPŞ-yə aparılmışdır. Şöbədə ona hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaradılmış və o, təqdim edilən vəkillərin siyahısından hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçərək xahiş etmişdir ki, hüquqlarımı dövlət hesabına müdafiə etsin. Bundan sonra seçdiyi vəkil Müdafiəçi dəvət olunaraq ona təqdim olunmuş, vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilvbilbh. Polis əməkdaşı ona üzərimdə qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə vardırsa təqdim etməyi təklif etmişdir. Bundan sonra o, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroini, həmçinin şalvarının sağ yan cibindən “Fly” markalı mobil telefonuu, gödəkçəsinin sağ yan cibindən alışqanı, şalvarının arxa sağ yan cibindən pul qabını təqdim etmişdir. Pul qabının içərisindən 1 ədəd bank kartı, 1 ədəd şəxsiyyət vəsiqəsi, üzərində mobil nömrələr yazılmış kağız parçaları, kommunal ödəniş qəbzi, 1 ədəd yaddaş kartı (fləşkart), boş mobil nömrə qabı və mobil nömrəni çıxartmaq üçün istifadə olunan iynələr aşkar olunmuşdur. Bundan sonra həmin 1 ədəd sellofan bükümdə olan narkotik vasitə zərfdə qablaşdırılmış və zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar olunan kütlənin “kakos” kimi tanınan narkotik vasitə heroini 2-3 gün əvvvəl X4 filialının yaxınlığında yol kənarından siqaret qutusunun içərisində yerdən tapmış, həmin narkotik vasitəni üzərinə götürərək az bir hissəsini istifadə edib qalanını gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. Əməlindən peşmandır. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Göyçay rayonu, Potu kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr saxlaması, gəzdirməsi və istifadə etməsi ilə barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərinə baxış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında saat 12:30 radələrində CAB-ın əməkdaşı Şahid2 ilə birlikdə Göyçay rayonu, Potu kəndində yaşadığı küçədə Təqsirləndirilən şəxs müəyyən edib yaxınlaşaraq özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərərək barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib Təqsirləndirilən şəxs məlumatın yoxlanılması üçün şəxsi axtarış keçirtmək istədiklərini bildirmişlər.Təqsirləndirilən şəxs etiraz etməmiş,lakin orada şəxsi axtarış keçirtmək mümkün olmadığından onu Göyçay RPŞ-nə dəvət etmişlər. Şöbədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroini, həmçinin üzərindən 1 ədəd “Fly” markalı mobil telefonunu, alışqanı və pul qabını təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan tünd qəhvəyi rəngli “kakos” kimi tanınan narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, sellofan bükümlə birlikdə çəkisi 0,57 qram gəlmişdir. Bundan sonra həmin 1 ədəd sellofan bükümdə olan narkotik vasitə zərfdə qablaşdırılmış və zərfin ağzı möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxlanılan narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroini, həmçinin üzərindən 1 ədəd “Fly” markalı mobil telefonunu, alışqanı və pul qabını təqdim etmişdir. Pul qabının içərisindən bank kartı, şəxsiyyət vəsiqəsi, kağız parçaları, qəbz, yaddaş kartı, boş mobil nömrə qabı və mobil nömrəni çıxartmaq üçün istifadə olunan iynələr aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 02 aprel 2024-cü il tarixli, 3-16-16-2-17/334 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm" yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 0,445 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Tədqiqatda sərf olundu - 0,050 qram, qalıq - 0,395 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 03 iyun 2024-cü il tarixli, 974 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdə, saat 12.50-də şübhəli şəxs qismində tutulmuş, 04 aprel 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 10.35-də MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş tələbnamədən,Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün və Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 04 ay 04 gün müddəti 08 ay 02 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş,07 04.2021-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü və 83.3.3-cü maddələrinə görə məhkumluq ödənilmiş hesab olunmalıdır. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,445 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyinə görə məhkum olunmasını, hazırda məhkumluğu ödənilmiş hesab edilməsini, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqların olmasını cəzanı yüngülləşdirən hal olduğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmədiyindən, ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, qəti cəza təyin olunmalıdır. Məhkəmə nəzərə alır ki, təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin islah olunmasına xidmət edəcəkdir və onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərməyəcəkdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk və 1 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,395 qram narkotik vasitə heroin Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik Azərbaycan Respublikası CPMnin 198.1 -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlqıdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalında həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı xx.xx.2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,395 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd “DVD” disk və 1 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının 69 manat 10 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-52/2024
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-52/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver