Məhkəmə qərarları › İş №1(046)-52/2025

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-52/2025

02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-52/2025 02.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 11:05-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvələr Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək,CM-in 69.3-cü madəsinə əsasən 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkiməmiş 26 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu olan, Göyçay rayonu Məlikkənd kəndində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş xeyli miqdarda, yəni 1,157 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Göyçay RPŞ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhəri Ş.Qurbanov küçəsində saxlanılaraq üzərində saat 17:06-dan 17:13-dək şəxsi axtarış keçirilən zaman onun əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,157 qram, yəni xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, təxminən 2 ildən çoxdur ki, “kakos” adlandrdığı narkotik vasitə olan heroindən istifadə edir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. xx.xx.2025-ci il tarixdə o, Bakı şəhərində yaşayan nəvələrini görmək üçün Bakı şəhərinə getmişdir. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində o, Bakı şəhəri, Papanin adlanan ərazidə olan zaman zibil qabının yanında sellofan büküm olmasını görmüşdür. Buna görə də həmin bükümü götürmüşdür. Daha sonra həmin bükümə baxmış və onun içərisindəkinin "kakos" olmasını görmüşdür. Bundan sonra isə o, yenidən yaşadığı Göyçay şəhərinə qayıtmışdır. Göyçay şəhərinə taksi vasitəsi ilə gəlmişdir. Takisidə olan zaman üzərində narkotik vasitə olması ilə bağlı heç kimə məlumat verməmişdir. xx.xx.2025-ci il tarixdə Göyçay şəhəri Ş.Qurbanov küçəsində hərəkətdə olan mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək Göyçay RPŞ-nin cinayət- axtarış bölməsinin əməkdaşları olduqlarını bildirmişdirlər. Həmin vaxt mülki geyimli şəxslərdən biri mobil telefon vasitəsi ilə videoçəkiliş aparmışdır. Daha sonra polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlaması, gəzdirməsi və istifadə etməsi ilə bağlı onlarda əməliyyat məlumatının olduğunu bildirmiş, həmçinin ondan üzərində narkotik vasitə olubolmadığını soruşmuşdurlar. O da polis əməkdaşlarına üzərində kakos olduğunu bildirmişdir. Daha sonra həmin narkotik vasitəni polis əməkdaşına vermişdir. Polis əməkdaşları ondan həmin narkotik vasitəni haradan, nə vaxt əldə etdiyini və nə üçün üzərində saxladığını soruşduqda o, polis əməkdaşlarına həmin narkotik vasitəni Bakı şəhərində Papanin adlanan ərazidən zibil qutusunun yanından tapdığını bildirmişdir. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid4 göstərdi ki, Göyçay rayon Məlikkənd kəndində qeydiyyatda olmaqla, Göyçay şəhəri, Nizami küçəsi ev 142-də yaşayan Təqsirləndirilən şəxs üzərində mütəmadi olaraq narkotik vasitələr gəzdirməsi və narkotik vasitələrin qanunsuz dövriyysəi ilə məşğul olması barədə əməliyyat məlumatı Göyçay Rayon Polis Şöbəsinə daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə həmin şəxsin ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərində şəxsi axtarış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Əziz Rəsulovun olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Göyçay RPŞnin CAB-ın əməkdaşları Şahid2, Şahid6, Şahid5 və Şahid3 ilə birlikdə saat 17 radələrində Göyçay şəhəri, Ş.Qurbanov küçəsinə getmişlər. Həmin yerə çatdıqda Əziz Rəsulovun piyada hərəkətdə olmasını müəyyən edərək onu saxlayıb özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edərək, əməliyyat- axtarış tədbiri keçirilməsi barədə qərar əsasında üzərində yoxlama keçiriləcəyi bildirilmişdir. Bundan sonra Əziz Rəsulovun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, Təqsirləndirilən şəxs əynindəki qara gödəkcənin sağ yan cibindən 1 ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Daha sonra Əziz Rəsulovdan təqdim etdiyi əşyanın nə olduğu, hardan əldə etdiyi, həmin kütlədən kimə satıb və ya verdiyi soruşulduqda o, əldə etdiyi əşyanın “kakos” adlı narkotik vasitə olduğunu, həmin maddəni istifadə etdiyi üçün üzərində gəzdirdiyini, onu Bakı şəhəri Papanin adlanan ərazidə zibili qutusunun yanından tapdığını, heç kimə satmadığını bildirmişdir. Əziz Rəsulovun təqdim etdiyi 1 ədəd sellofan bükümdə olan qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdə 1,39 qram olmuşdur, zərfə qoyularaq möhürlənmişdir. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1, Şahid6, Şahid3 və Şahid5 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Göyçay RPŞ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Göyçay şəhəri Ş.Qurbanov küçəsində saxlanılaraq üzərinə saat 17:06-dan 17:13-dək şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan büküm təqdim etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş baxış və götürülmə keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki,müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı qablaşdırılaraq götürülmüş 01 ədəd sellofan bükümə baxış keçirilmiş, Təqsirləndirilən şəxs həmin kağız bükümün ona məxsus olması və üzərindən götürüldüyünü bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 14 yanvar 2025-ci il tarixli, 17/33 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd selofan bükümdə olan kütlə” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 1,157 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. Tədqiqatda sərf olundu - 0,050 qram, qalıq - 1,107 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 01 aprel 2025-ci il tarixli, 483 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2025-ci il tarixdə, saat 17.45-də şübhəli şəxs qismində tutulmuş, 15 yanvar 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 16.10-da MSY-dən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək,CM-in 69.3-cü maddəsinə əsasən 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkiməmiş 26 gün hissəsindən vaxtında əvvəl şərti olaraq azad edilmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,157 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətdiyinə görə məhkum olunmasını, hazırda məhkumluğu ödənilməmiş hesab edilməsini, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmadığını və cinayətlərin residivini cəzasını ağırlaşdıran hal olduğunu nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə CM-in 65.2-ci maddəsinin residivə görə tələbləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlama müddəti təyin edilmiş cəzadan çıxılaraq qəti cəza təyin edilməli, cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli həbsə alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi mülaicə təyin edilməli, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,107 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. Ekspertiza tədqiqatının 69 manat 10 qəpik dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 2 gün həbsdə saxlanılma müddəti ona təyin edilmiş azadlqıdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalında həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı xx.xx.2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi mülaicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,107 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 2 ədəd “DVD”disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının 69 manat 10 qəpik dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar