Məhkəmə qərarları › İş №1(046)-54/2022

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-54/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-54/2022 22.06.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşqul olan, məhkum olunmamış, subay, ünvan 1 ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 16 fevral 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 6,361 qram çəkidə narkotik vasitə olan heroin əldə edib satış məqsədi olmadan şəxsi istifadəsi üçün 02 ədəd bükümdə qablaşdırıb yaşadığı evdə saxlamış, 18 fevral 2022-ci il tarixdə saat 05:05-də Göyçay RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə baxış keçirilərkən evdə olan masanın üzərində bir ədəd gümüşü-ağ rəngli bükümdə qablaşdırılmış təmiz çəkisi 0,068 qram narkotik vasitə heroin, həmin evdə dolabda isə bənövşəyi-ağ rəngli polietilen bükümdə qablaşdırılmış təmiz çəkisi 6,293 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, “Odnoklassniki” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. 16 fevral 2022-ci il tarixdə həmin şəxslə əlaqə yaradaraq ona narkotik vasitə heroin və psixotrop maddə metamfetamin göndərməsini xahiş etmişdir. Həmin şəxs ona hesab nömrəsi göndərərək 200 manat pul göndərməli olduğunu bildirmişdir. Həmin pulu 16 fevral 2022-ci il tarixdə saat 15 radələrində Göyçay şəhəri Nizami küçəsində yerləşən “Bolluq market” mağazasında yerləşən “e-manat” ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına 200 manat pul köçürmüşdür. Pulu göndərdikdən sonra həmin gün Bakı şəhərinə getmiş və həmin şəxsin ona bildirdiyi ünvanda, yəni Binəqədi rayonu Sulutəpə qəsəbəsində qəbirtsanlığın yaxınlığında gizlətdiyi narkotik vasitə heroini və psixotrop maddəni götürərək Göyçay rayonuna geri qayıtmışdır. Həmin narkotik vasitələrdən az bir hissəsini istifadə etmişdir. Qalanını isə öz istifadəsi üçün saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 04 radələrində ünvan 4 ünvanında yerləşən yaşadığı evdə olarkən polis əməkdaşları gələrək evində və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu, üzərinə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Etiraz etməmiş və bu barədə ərizə də yazmışdır. Bundan sonra ona hüquq və vəzifələri izah olunaraq vəkil ilə təmin olunmuşdur. Vəkilin və hal şahidlərinin də iştirakı ilə yaşadığı evə və üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Lakin yaşadığı evdəki masanın üzərindən 2 ədəd qurğuşun hissəsi deşilərək içərisi çıxarılmış lampa, 2 ədəd ortadan qatlanmış falqa parçası, 2 ədəd silindr şəkilli büküm və metal parçası, 1 ədəd kağızın içərisində istifadə olunmamış falqalar, 1 ədəd gümüşü-ağ rəngli və 1 ədəd ağ rəngli kağız büküm aşak edilmişdir. Həmin gümüşü-ağ rəngli kağız büküm açıldıqa içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Ağ rəngli kağız büküm açıldıqda isə içərisində şəffaf rəngli kristal formalı maddə müəyyən edilmişdir. Otaqdakı dolabdan 1 ədəd bənövşəyi-ağ rəngli, üzəri sarı rəngli izolentlə bağlanmış polietilen büküm aşkar edilmişdir. Həmin maddələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, şəffaf rəngli maddənin çəkisi kağızla birlikdə 0,13 qram olmuşdur. Gümüşü-ağ rəngli bükümdə olan qəhvəyi rəngli maddənin çəkisi kağızla birlikdə 0,12 qram olmuşdur. Polietilen bükümdəki maddə isə bükümlə birlikdə 7,94 qram olmuşdur. Baxış zamanı həmin dolabın üstündən 2 ədəd qəbz aşkar edilmişdir. Aşkar edilmiş bükümlər götürülmüş və bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra baxış zamanı aşkar edilmiş 2 ədəd lampa, falqa parçaları, 2 ədəd silindr şəkilli büküm və metal parçası, 2 ədəd qəbz götürülmüş, bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Göyçay RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğu və qanunsuz olaraq üzərində narkotik vasitə daşıdığı və saxladığı barədə Göyçay RPŞ-nin əməliyyat aparatına daxil olmuş məlumat əsasında 18 fevral 2022-ci il tarixdə saat 05 radələrində Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Həmin əməliyyat-axtarış tədbirində Göyçay RPŞnin bir neçə nəfər polis əməkdaşı ilə birlikdə iştirak etmişdir. Həmin gün saat 05 radələrində Göyçay RPŞ-nin bir neçə nəfər əməkdaşları ilə birlikdə Göyçay şəhəri, Nizami küçəsi, ev 16-da Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmişlər. Özlərini Təqsirləndirilən şəxs təqdim edib, üzərində və yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğunu və üzərinə, eləcə də yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs etiraz etməmiş və bu barədə ərizə də yazmışdır. İki hal şahidinin, vəkilin, polis əməkdaşlarının iştirakları ilə saat 05:05dən 05:45-dək Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Lakin yaşadığı evdəki masanın üzərindən 2 ədəd qurğuşun hissəsi deşilərək içərisi çıxarılmış lampa, 2 ədəd ortadan qatlanmış falqa parçası, 2 ədəd silindr şəkilli büküm və metal parçası, 1 ədəd kağızın içərisində istifadə olunmamış falqalar, 1 ədəd gümüşü-ağ rəngli və 1 ədəd ağ rəngli kağız büküm aşkar edilmişdir. Həmin gümüşü-ağ rəngli kağız büküm açıldıqa içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Ağ rəngli kağız büküm açıldıqda isə içərisində şəffaf rəngli kristal formalı maddə olması müəyyən edilmişdir. Daha sonra həmin otaqdakı dolabdan 1 ədəd bənövşəyi-ağ rəngli, üzəri sarı rəngli izolentlə bağlanmış polietilen büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli bərk halda maddə olması müəyyən edilmişdir. Həmin maddələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, şəffaf rəngli maddənin çəkisi kağızla birlikdə 0,13 qram olmuşdur. Gümüşü-ağ rəngli bükümdə olan qəhvəyi rəngli maddənin çəkisi kağızla birlikdə 0,12 qram olmuşdur. Polietilen bükümdəki maddə isə bükümlə birlikdə 7,94 qram olmuşdur. Baxış zamanı həmin dolabın üstündən 2 ədəd qəbz aşkar edilmişdir. Aşkar edilmiş bükümlər götürülmüş və bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra baxış zamanı aşkar edilmiş 2 ədəd lampa, falqa parçaları, 2 ədəd silindr şəkilli büküm və metal parçası, 2 ədəd qəbz götürülmüş, bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərflərin ağzı kleylənərək bağlanmış və üzəri imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 05 radələrində Göyçay şəhəri Nizami küçəsində Təqsirləndirilən şəxs evinə baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Lakin yaşadığı evdəki masanın üzərindən 2 ədəd qurğuşun hissəsi deşilərək içərisi çıxarılmış lampa, 2 ədəd ortadan qatlanmış falqa parçası, 2 ədəd silindr şəkilli büküm və metal parçası, 1 ədəd kağızın içərisində istifadə olunmamış falqalar, 1 ədəd gümüşü-ağ rəngli və 1 ədəd ağ rəngli kağız büküm aşkar edilmişdir. Həmin gümüşü-ağ rəngli kağız büküm açıldıqa içərisində qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Ağ rəngli kağız büküm açıldıqda isə içərisində şəffaf rəngli kristal formalı maddə olması müəyyən edilmişdir. Həmin otaqdakı dolabdan 01 ədəd bənövşəyi-ağ rəngli, üzəri sarı rəngli izolentlə bağlanmış polietilen büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli bərk halda maddə olması müəyyən edilmişdir. Həmin maddələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, şəffaf rəngli maddənin çəkisi kağızla birlikdə 0,13 qram olmuşdur. Gümüşü-ağ rəngli bükümdə olan qəhvəyi rəngli maddənin çəkisi kağızla birlikdə 0,12 qram olmuşdur. Polietilen bükümdəki maddə isə bükümlə birlikdə 7,94 qram olmuşdur. Baxış zamanı həmin dolabın üstündən 2 ədəd qəbz aşkar edilmişdir. Aşkar edilmiş bükümlər götürülmüş və bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra baxış zamanı aşkar edilmiş 2 ədəd lampa, falqa parçaları, 2 ədəd silindr şəkilli büküm və metal parçası, 2 ədəd qəbz götürülmüş, bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Zərflərin ağzı kleylənərək bağlanmış və üzəri imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş qəhvəyi rəngli maddələrin “kakos” kimi tanıdığı heroin narkotik vasitəsi, ağ rəngli maddənin isə “şüşə” kimi tanıdığı metamfetamin maddəsi olduğunu bildirmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 fevral 2022-ci il tarixli 17/158 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş bükümlər, falqa parçaları, lampalar....” sözləri yazılmış zərfin içərisindəki: -01 (bir) ədəd polietilen bükümdə, təmiz çəkisi – 6,293 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. -01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,068 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. -01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,052 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. -1 manatlıq pul əskinasından hazırlanmış 01 (bir) ədəd boruşəkilli bükülünün və 02 (iki) ədəd lampa başlıqlarının içərisindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri – metamfetamin hissəcikləridir. Həmin metamfetamin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmadı. -01 (bir) ədəd kiçik metal borunun içərisindən və 02 (iki) ədəd gümüşü rəngli falqaların üzərindən aşkar edilmiş cüzi miqdarda olan maddə hissəcikləri – heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək müm+kün olmadı. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd polietilen bükümdə olan heroin ilə 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan heroin tərkiblərinə görə fərqlidirlər. Tədqiqata təqdim edilmiş 1 manatlıq pul əskinasından hazırlanmış 01 (bir) ədəd boruşəkilli bükülünün və 02 (iki) ədəd lampa başlıqlarının içərisindən aşkar edilmiş metamfetamin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin obyektlərlə 01 (bir) ədəd ağ rəngli kağız bükümdə olan metamfetaminin müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd kiçik metal borunun içərisindən və 02 (iki) ədəd gümüşü rəngli falqaların üzərindən aşkar edilmiş heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin obyektlərlə 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə və 01 (bir) ədəd polietilen bükümdə olan heroinlərin müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Qeyd: 1) heroinin təmiz çəkisi 0.068 qr: tədqiqata sərf edildi 0.020 qr, qalıq 0.048 qr. 2) heroinin təmiz çəkisi 6.293 qr: tədqiqata sərf edildi 0.050 qr, qalıq 6.243 qr. Aparılmış ekspertizanın xərci 71.94 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 707 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən qanunsuz olaraq əldə etdiyi, satış məqsədi olmadan, ümumi 6.361 qram çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə heroini 18 fevral 2022-ci il tarixdə yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində saxlamaqla, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf edərək səmimi peşman olduğunu cəzasını yüngülləşdirən hal kimi, kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixədə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 01 gün müddət CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından cıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışlarında hüquqlarını 03 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 03 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 18 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Göyçay rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 6.291 qram narkotik vasitə olan heroin, iki ədəd lampa, iki ədəd qəbz və falqa parçaları məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 71.94 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 01 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza olaraq 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə zalından həbsə alınsın, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Göyçay rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalan 6.291 qram narkotik vasitə olan heroin, iki ədəd lampa, iki ədəd qəbz və falqa parçaları məhv edilsin. İş üzrə ekspertiza xərci olan 71.94 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 03 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 18 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökmün icrası maddi sübutlara və məhkəmə xərclərinə dair hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar