Məhkəmə qərarları › İş №1(046)-54/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-54/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-54/2023 11.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 11.50-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2005-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Göyçay rayonu Müskürlü kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla ələ keçirmək qərarına gəlib bu məqsədlə 09 yanvar 2023-cü il tarixdə saat 23 radələrində həmin vaxt kirayə qaldığı evlə qonşuluqda yerləşən Zərərçəkmiş şəxs yaşadığı Göyçay şəhəri A.Faruq küçəsi, dalan 5, 1 saylı fərdi yaşayış evinin həyətinə ev sahibinin evdə olmamasından istifadə edib daş hasardan keçmə yolu ilə qanunsuz daxil olaraq həyətdə olan 100 manat dəyərində İtaliya istehsalı olan 0,75 kilovat gücə malik bir ədəd “Lucky Pro” markalı su mühərrikini, evin zirzəmisinin girişində olan 150 manat dəyərində 5 litr həcmində latun materialından hazırlanmış bir ədəd odun samovarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla ələ keçirmək qərarına gəlib bu məqsədlə 12 yanvar 2023-cü il tarixdə saat 23 radələrində yenidən Zərərçəkmiş şəxs yaşadığı həmin evin həyətinə ev sahibinin evdə olmamasından istifadə edib eyni üsulla qanunsuz daxil olaraq həyətdə olan 60 manat dəyərində 80x35 sm ölçüdə dəmir materialından hazırlanmış bir ədəd manqalı, 20 manat dəyərində avtomobil təmiri üçün istifadə olunmuş vəziyyətdə olan bir qutu açar dəstini, bir ədədinin qiyməti 10 manat olmaqla 110 manat dəyərində dəmir materialından hazırlanmış 160 sm uzunluğunda, 5 sm diametrli 11 ədəd lingləri, 25 manat dəyərində bir ədəd dəmir materialından hazırlanmış 150 sm uzunluğunda, 7 sm diametrli, 1 sm qalınlığında istifadə olunmuş borunu, 20 manat dəyərində istifadə olunmuş vəziyyətdə tutacaq yerində göy rəngli yapışqan olan bir cüt idman aləti sayılan boz rəngli qanteli, 20 manat dəyərində istifadə olunmuş vəziyyətdə qara rəngli bir cüt idman aləti sayılan qanteli gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 255 (iki yüz əlli beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, 2023-cü ilin yanvar ayında Göyçay şəhəri mərkəzi bazarda fəhləlik ediyi üçün bir müddət ünvan 1 ünvanında özü tək kirayədə yaşamışdır. O, işə gedib gələndə adını sonradan bildiyi qonşusu Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanda yaşayış olmadığını düşünmüş və həmin ünvandan oğurluq etmək qərarına gəlmişdir. 09 yanvar 2023cü il tarixdə, saat 23 radələrində hasardan qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə düşmüş, həyətə nəzər yetirdikdə orada su mühərriki , manqal, dəmir linglər və borular, dəmirdən hazırlanmış qantel kimi tanınan idman alətləri, samovar olduğunu görmüşdür. Həmin vaxt o həyətdə olan kiçik ölçülü navalçanın altında olan bir ədəd “Lucky Pro” markalı su mühərrikini, evin zirzəmisinin girişində olan odun samovarını götürüb hasardan keçməklə həmin əşyaları öz yaşadığı evin həyətinə aparmışdır. 10 yanvar 2023-cü il tarixdə tanışı Şahid3 ilə Göyçay şəhərində təsadüfən görüşən zamanı yaxın qohumunda odun samovarı olduğunu bildirib satmaq istədiyini təklif edəndə Şahid3 ucuz qiymətə verərsə almaq istədiyini dediyi üçün o, kənara çəkilib mobil telefonunu yalandan qulağına tutmuşdur ki, guya samovarın qiymətini dəqiqləşdirmək üçün qohumu ilə danışır, lakin o, heç kimlə danışmayıb sonradan Murada yaxınlamış və odun samovarını 40 manat satdığını bildirmişdir. Murad etiraz etməyib onunla razılaşdığı üçün o, 40 manat pul alıb öz həyətində saxladığı Zərərçəkmiş şəxs evinin həyətindən oğurladığı samovarı aparıb Şahid3 evində vermişdir.Əldə etdiyi 40 manat pula siqaret almış, yeməkxanalarda yemək yeyib öz şəxsi ehtiyacları üçün xərcləmişdir. 11 yanvar 2023-cü il tarixdə onunla müxtəlif yerlərdə bir neçə dəfə fəhləlik etmiş tanışı Şahid2 ilə görüşəndə sonuncuya tanışından «Lucky Pro» markalı su mühərrikini aldığını və hazırda isə pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirəndə Şahid2 həmin su mühərrikini tanışı Şahid4 adlı ustaya satmağını ona məsləhət vermiş, hətta Şahid4 zəng edib onu tanıdığını, ondan su mühərrikini olduğunu və ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Bundan sonra o, su mühərrikini Şahid4 yaşadığı ünvan 3 ünvana aparmış, orada Şahid4lə görüşmüş, pula ehtiyacı olduğu üçün su mühərrikini satmaq istədiyini bildirəndə Şahid4 su mühərrikini oğurluq olub-olmadığını ondan soruşmuş və o, da su mühərrikinin oğurluq olmadığını, tanışından alsa da hazırda pula ehtiyacı olduğu üçün satmaq fikrində olduğunu bildirmişdir. Bundan sonra o, Şahid4lə razılaşıb həmin su mühərrikini 20 manata sonuncuya satmış, əldə etdiyi 20 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Yenidən pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs yaşadığı Göyçay şəhəri A.Faruq küçəsi, dalan 5, ev 1 ünvanın həyətinə daxil olub yenidən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də, 12 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində ev sahibinin evdə olmamasından istifadə edib hasardan keçməklə sonuncunun yaşadığı evin həyətinə düşmüş, həyətdəki dalanın altından bir ədəd manqalı, avtomobil təmiri üçün işlənmiş vəziyyətdə bir qutu açar dəstini, evin zirzəmisinin girişində olan 11 ədəd dəmir linglər və 01 ədəd dəmir borunu, istifadə olunmuş vəziyyətdə tutucaq yerində göy rəngli yapışqan olan bir cüt idman aləti sayılan qantel, istifadə olunmuş vəziyyətdə qara rəngli bir cüt idman aləti sayılan qanteli oğurlayıb hasardan keçməklə həmin əşyaları öz yaşadığı evin həyətinə aparmışdır. O həmin əşyaları hasarın üzərindən kirayə yaşadığı evin həyətinə atmış, daha sonra həmin əşyaları kirayə yaşadığı evin arxa hissəsində gizlətmiş ki, anası Könül və bacısı Mələk onun oğurluq etməsini bilməsinlər. 14 yanvar 2023-cü il tarixdə saat 15 radələrində tanışı Şahid2 ilə görüşüb söhbət edəndə sonuncunun avtomobili olduğu üçün xahiş etmişdir ki, həyətindəki lazımsız dəmir məmulatlarını avtomobilinə yığıb aparıb satsın. Şahid2 də etiraz etməmiş, bundan sonra İlhamın idarə etdiyi Mercedes markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə getmişlər. Zərərçəkmiş şəxs evinin həyətindən oğurladığı 11 ədəd dəmir lingləri, 01 ədəd dəmir borunu, dörd ədəd idman alətləri sayılan qantelləri Şahid2 avtomobilinin yük yerinə yığıb Göyçay şəhəri, Y.Kovalyov küçəsində yerləşən Bəxtiyar adlı şəxsin işlədiyi metal qəbulu məntəqəsinə aparmışlar.X2 Zeynalovla görüşmüşlər. 11 ədəd dəmir lingləri, bir ədəd dəmir borunu, dörd ədəd idman alətləri sayılan qantelləri göstərib satmaq istədiyini demişdir. Ümid həmin əşyaların oğurluq olub-olmadığını ondan soruşanda o, həmin əşyaların oğurluq olmadığını, həyətində lazımsız olduğu üçün satmaq istədiyini bildirmişdir. Bundan sonra həmin əşyaları avtomobilin yük yerindən yerə boşaltmışlar. Ümid həmin əşyaları tərəzidə çəkib ümumilikdə 190 kiloqram olduğunu bildirmiş və dəmirin bir kiloqramını 40 qəpikdən hesablayıb ona ümumilikdə 76 manat pul vermişdir. Bundan sonra Şahid2lə birlikdə oradan çıxıb getmişlər. 15 yanvar 2023-cü il tarixdə tanışı Şahid2 ilə Göyçay şəhəri, Natəvan qəsəbəsində yerləşən «Əlioğlu» adlı avtomobil ehtiyyat hissələri satılan mağazanın yaxınlığında yerləşən çayxanada görüşmüşlər, o, velosiped düzəldən tanışından avtomobil təmiri üçün işlənmiş vəziyyətdə bir qutu açar dəsti aldığını və hazırda isə pula ehtiyacı olduğu üçün satmaq istədiyini İlhama bildirəndə sonuncu ona açar dəstinə ehtiyacı olmadığını bildirmişdir. Həmin vaxt çayxanada həmkəndlisi Şahid1 ilə görüşmüşlər. Şahid1 pula ehtiyacı olduğu üçün işlənmiş vəziyyətdə bir qutu açar dəsti satmaq istədiyini bildirmiş, Şahid1 açar dəstinə baxıb bəyənsə də oğurluq olub-olmadığını ondan soruşanda o, açar dəstinin oğurlaq olmadığını, velosiped düzəldən tanışından aldığını bildirmişdir. Həmin vaxt tanışı Şahid2 də onların yanında olmuşdur. Şahid1 onunla razılaşmış və 20 manata işlənmiş vəziyyətdə həmin bir qutu açar dəstini ondan almışdır. O, əldə etdiyi 20 manat pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs yaşadığı Göyçay şəhəri A.Faruq küçəsi, dalan 5, ev 1 ünvandan oğurladığı manqalı isə satmaq üçün müştəri axtarsa da tapa bilmədiyi üçün həmin manqalı kirayə yaşadığı ünvan 1 ünvanda evin altında gizlətmiş, həmin manqalı polis əməkdaşlarına təhvil vermişdir. O kirayə yaşadığı evlə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus əşyaları özü tək oğurlamış, oğurluq etməsində ona heç kim köməklik göstərməmişdir. Zərərçəkmiş şəxsə dəymiş zərəri tam aradan qaldırmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, 09 yanvar 2023-cü il tarixdə qızının yaşadığı evə getmiş və 15 yanvar 2023-cü il tarixədək orada qalmışdır. 15 yanvar 2023-cü il tarixdə, saat 14 radələrində yaşadığı evə qayıdanda həyətindəki «Lucky Pro» markalı bir ədəd su mühərrikinin yerində olmadığını görmüş, evdə olmadığı müddət ərzində oğurluq hadisəsi baş verdiyini bilib 16 yanvar 2023-cü il tarixdə Göyçay rayon Polis Şöbəsinə gedib 09 yanvar 2023-cü il tarixdən 15 yanvar 2023-cü il tarixədək yaşadığı evdə olmadığı müddət ərzində 60 manat dəyərində bir ədəd su mühərrikinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə şikayət ərizəsi yazmışdır. Həmin vaxt o, həyəcanlı olduğu üçün naməlum şəxs və ya şəxslər tərəfindən evindən hansı əşyaların oğurlandığını tam bilməsə də sonradan evinin həyətinə nəzər salanda görmüşdür ki, 09 yanvar 2023-cü il tarixdən 15 yanvar 2023-cü il tarixədək yaşadığı evdə olmadığı müddət ərzində naməlum şəxs və ya şəxslər tərəfindən evinin həyətindəki kiçik navalçanın altından istifadə olunmuş vəziyyətdə olan bir ədəd «Lucky Pro» markalı su mühərriki ilə yanaşı istifadə olunmuş vəziyyətdə avtomobil təmiri üçün bir qutu açar dəsti, istifadə olunmuş vəziyyətdə bir ədəd dəmir materialdan hazırlanmış manqal, evinin zirzəmisinin girişindən istifadə olunmuş vəziyyətdə bir ədəd odun samovarı, istifadə olunmuş vəziyyətdə 11 ədəd dəmir linglər, istifadə olunmuş vəziyyətdə bir ədəd dəmir boru, istifadə olunmuş vəziyyətdə tutucaq yerində göy rəngli yapışqan olan bir cüt idman aləti sayılan qantel, istifadə olunmuş vəziyyətdə qara rəngli bir cüt idman aləti sayılan qantel oğurlanmışdır. Buna görə də, o yenidən rayon polis şöbəsinə gedib əlavə izahat verərək həyətindən oğurlanmış digər əşyaların adlarını da qeyd etmişdir. Həmin vaxt rayon polis şöbəsində olan zaman ona məlum olmuşdur ki, fərdi yaşayış evindən oğurluq cinayətini törətmiş şəxs onunla qonşuluqda kirayə yaşayan Təqsirləndirilən şəxsdur. Həmin şəxsin onun evindən oğurladığı adlarını qeyd etdiyi əşyaları müxtəlif şəxslərə satsa da həmin əşyalar polis əməkdaşları tərəfindən müəyyən olunaraq ona təqdim olunmuş, bu zaman o da özünə məxsus evindən oğurlanmış bir ədəd “Lucky Pro” markalı su mühərrikini, bir ədəd odun samovarı, üzəri paslı vəziyyətdə olan dəmir lingləri, 1 metr 50 sm uzunluğunda bir ədəd dəmir borunu, iki cüt idman aləti sayılan qantelləri, bir ədəd manqalı, avtomobil təmiri üçün bir qutu açar dəstini tanıyıb ona məxsus olduğunu bildirmişdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmi şəxs Zərərçəkmiş şəxs məlumat verilməsinə baxmayaraq o məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək ona dəymiş ziyanın tam ödənilməçini, təqsirləndirilən şəxsdən şikayətinin olmadığını , işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının fikrini öyrəndikdən sonra zərərçəkmiş şəxsin iştirakı olmadan işə tam,hərtərəfli və obyektiv baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 bildirdi ki, 15 yanvar 2023-cü il tarixdə Göyçay şəhəri, Natəvan qəsəbəsində yerləşən «Əlioğlu» adlı avtomobil ehtiyyat hissələri satılan mağazanın yaxınlığında yerləşən çayxanada olarkən Təqsirləndirilən şəxs və Şahid2 ora gəlmişlər. Təqsirləndirilən şəxs ona yaxınlaşıb görüşdükdən sonra əlindəki işlənmiş vəziyyətdə olan bir qutu açar dəstini ona göstərib pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, özü traktor sürdüyü üçün istifadə etmək məqsədilə həmin açar dəstinə baxıb bəyənmiş, oğurluq olub-olmadığını Caviddən soruşanda sonuncu ona açar dəstinin oğurluq olmadığını, velosiped düzəldən tanışından aldığını bildirmişdir. Həmin vaxt Şahid2 də onların yanında olmuşdur. O, Cavidin dediklərinə inanıb sonuncu ilə razılaşmış və 20 manata işlənmiş vəziyyətdə həmin bir qutu açar dəstini Caviddən almışdır. Bundan sonra o, aldığı açar dəstini yaşadığı evə aparmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 bildirdi ki, 10 yanvar 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxsla Göyçay şəhərində təsadüfən görüşən zamanı sonuncu ona yaxın qohumunda odun samovar olduğunu və 40 manata satdığını bildirmişdir. O, Cavidə ucuz verərsə almaq istədiyini demiş və Cavid də telefonunu götürüb kənara çəkilərək kiməsə zəng etmiş, daha sonra ona yaxınlaşıb samovar sahibi ilə danışdığını, 40 manatdan aşağı satmadığını bildirmişdir. O, etiraz etməyib Cavidlə razılaşmış və 40 manata odun samovarını Caviddən almışdır. 18 yanvar 2023-cü il tarixdə polis əməkdaşları onun yaşadığı evə gəlib Təqsirləndirilən şəxs hər hansı bir əşya alıb-almadığını soruşanda o, Caviddən odun samovarı aldığını bildirmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs aldığı odun samovarının oğurluq olduğunu ona bildirmişlər, o, həmin odun samovarını polis əməkdaşlarına təqdim etmiş və oğurluq olması barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid4 bildirdi ki, 11 yanvar 2023-cü il tarixdə əvvəllər tanıdığı Şahid2 ona zəng edib bildirmişdir ki, qohumu Cavid adlı şəxsə pul lazımdır, kasıb adamdır, yetimdir və sonuncuda olan «Lucky Pro» markalı su mühərrikini alsın. Sonra əvvəllər tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxs əlində «Lucky Pro» markalı su mühərriki ilə onun yaşadığı ünvan 4 ünvana gəlmişdir. Təqsirləndirilən şəxsla görüşüb söhbət edən vaxt sonuncu pula ehtiyacı olduğu üçün su mühərrikini satmaq istədiyini bildirmişdir. O, su mühərrikinin oğurluq olub-olmadığını soruşanda Cavid su mühərrikinin oğurluq olmadığını, tanışından alsa da hazırda pula ehtiyacı olduğu üçün satmaq fikrində olduğunu ona bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs 20 manat pul verib həmin su mühərrikini sonuncudan almışdır. Təqsirləndirilən şəxs çıxıb getdikdən sonra o, aldığı su mühərrikinin içərisini açıb ehtiyyat hissələrini dəyişib işlək vəziyyətə salmışdır. 18 yanvar 2023-cü il tarixdə polis əməkdaşları onun yaşadığı evə gəlmişlər. Təqsirləndirilən şəxs hər hansı bir əşya alıb-almadığını soruşanda o, Caviddən su mühərrikini aldığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2023-cü il tarixli, 9/697 saylı ekspert rəyindən görünür ki, bir ədəd istifadə olunmuş üzərində «Lucky Pro» sözü yazılmış İtaliya istehsalı olan 0,75 kilovat gücə malik bir ədəd su mühərriki -100 manat, istifadə olunmuş 5 litr həcmində latun materialından hazırlanmış bir ədəd odun samovar -150 manat, on bir ədəd istifadə olunmuş 160 sm uzunluğunda, 5 sm diametrli dəmir materialdan olan linglər - hər biri 10 manat olmaqla 110 manat, bir ədəd istifadə olunmuş 150 sm uzunluğunda, 7 sm diametrli, 1 sm qalınlığında dəmir boru - 25 manat, istifadə olunmuş tutacaq yerində göy rəngli yapışqan olan boz rəngli idman aləti sayılan qantel - 20 manat, istifadə olunmuş tutacaq qara rəngli idman aləti sayılan qantel - 20 manat, bir ədəd istifadə olunmuş 80x35 sm ölçüdə dəmir materialdan manqal - 60 manat, avtomobil təmiri üçün bir qutu istifadə olunmuş açar dəsti - 20 manatdır. Qeyd olunan malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 505,00 manat müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Beləliklə, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla ələ keçirmək qərarına gəlib bu məqsədlə 09 yanvar 2023-cü il tarixdə saat 23 radələrində həmin vaxt kirayə qaldığı evlə qonşuluqda yerləşən Zərərçəkmiş şəxs yaşadığı Göyçay şəhəri A.Faruq küçəsi, dalan 5, ev 1 fərdi yaşayış evinin həyətinə ev sahibinin evdə olmamasından istifadə edib daş hasardan keçmə yolu ilə qanunsuz daxil olaraq həyətdə olan 100 manat dəyərində İtaliya istehsalı olan 0,75 kilovat gücə malik bir ədəd “Lucky Pro” markalı su mühərrikini, evin zirzəmisinin girişində olan 150 manat dəyərində 5 litr həcmində latun materialından hazırlanmış bir ədəd odun samovarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş, bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla ələ keçirmək qərarına gəlib bu məqsədlə 12 yanvar 2023-cü il tarixdə saat 23 radələrində yenidən Zərərçəkmiş şəxs yaşadığı həmin evin həyətinə ev sahibinin evdə olmamasından istifadə edib eyni üsulla qanunsuz daxil olaraq həyətdə olan 60 manat dəyərində 80x35 sm ölçüdə dəmir materialından hazırlanmış bir ədəd manqalı, 20 manat dəyərində avtomobil təmiri üçün istifadə olunmuş vəziyyətdə olan bir qutu açar dəstini, bir ədədinin qiyməti 10 manat olmaqla 110 manat dəyərində dəmir materialından hazırlanmış 160 sm uzunluğunda, 5 sm diametrli 11 ədəd lingləri, 25 manat dəyərində bir ədəd dəmir materialından hazırlanmış 150 sm uzunluğunda, 7 sm diametrli, 1 sm qalınlığında istifadə olunmuş borunu, 20 manat dəyərində istifadə olunmuş vəziyyətdə tutacaq yerində göy rəngli yapışqan olan bir cüt idman aləti sayılan boz rəngli qanteli, 20 manat dəyərində istifadə olunmuş vəziyyətdə qara rəngli bir cüt idman aləti sayılan qanteli gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 255 (iki yüz əlli beş) manat məbləğində maddi ziyan vurmaqla talamış, bununla da təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibini təşkil edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin hazırda yetkinlik yaşına çatmasını,cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cinayət törətdiyi zamanı yetkinlik yaşına çatmamasını ,əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmamasını nəzərə alıb,hesab edir ki,işə baxılarkən yetkinlik yaşına çatmasına baxmayaraq cəza təyin edilərkən CM-in 85.4-1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasının aşağı həddində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerlərini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan bir ədəd «Lucky Pro» markalı su mühərriki, bir ədəd odun samovarı, üzəri paslı vəziyyətdə olan on bir ədəd dəmir linglər, 1 metr 50 sm uzunluğunda bir ədəd dəmir boru, iki cüt idman aləti sayılan qantellər, bir ədəd manqal, avtomobil təmiri üçün bir qutu açar dəstinin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının 50 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməldir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan Göyçay rayonu Müskürlü kəndində yerləşən evi hər gün saat 22.00-dan saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd «Lucky Pro» markalı su mühərriki, bir ədəd odun samovarı, üzəri paslı vəziyyətdə olan on bir ədəd dəmir linglər, 1 metr 50 sm uzunluğunda bir ədəd dəmir boru, iki cüt idman aləti sayılan qantellər, bir ədəd manqal, avtomobil təmiri üçün bir qutu açar dəstinin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının 50 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar