Məhkəmə qərarları › İş №1(046)-54/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-54/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-54/2025 06.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 21 radələrində yaşadığı Göyçay şəhəri Z.Bünyadov küçəsi 207 ünvanında yerləşən evin yataq otağında şəxsi münasibtlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs burun nahiyəsindən sağ əlinin yumuruğu ilə qəsədən vuraraq ona qəsdən burun beli yumşaq toxumanın şişkinliyi, sağ burun dəliyində tənəffüs aktının pozulması fonunda burun sümüyünün yerdəyişmiş sınığı ilə nəticələnən sol göz yuvasıaltı nahiyədə qançırlar kimi dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Zərərçəkmiş şəxs ilə 2012-ci ildə ailə həyatı qurmuş, onların birgə nikahlarından 12 yaşlı qız və 4 yaşlı oğlan övladları dünyaya gəlmişdir. X6 anadan gəlmə iflic xəstəliyindən əziyyət çəkir. Hazırda arvadı və uşaqları ilə birlikdə ünvan 2 ünvanında yerləşən evdə kirayə yaşayır. xx.xx.2025-ci il tarixdə təxminən saat 21 radələrində yaşadıqları evin yataq otağında olan zaman arvadı Nəzrin onun mobil telefonuna baxmış, həmin vaxt arvadı ona məxsus mobil telefonda olan onun “Tiktok” sosial şəbəkə hesabına baxaraq nəyə görə tiktokda qadınları izlədiyini soruşmuş, o da Nəzrinə heç kimi izləmədiyini söyləmişdir. Daha sonra yenə də arvadı Nəzrin onun mobil telefonuna baxaraq nə isə silməyə başlamış, buna görə də arvadı Nəzrinə öz iradını bildirmiş, bu zaman aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı mobil telefonunu arvadı Nəzrindən almaq istəmiş, lakin Nəzrin telefonu ona verməmiş, o da əsibləşdiyi üçün bir dəfə yumuruqla arvadı Nəzrinin burun nahiyəsindən vurmuşdur. Bundan sonra arvadı Nəzrin DİN-nin 102 xidmətinə zəng etmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, dəymiş zərəri aradan qaldırmış, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxs ilə 2012-ci ildə ailə həyatı qurmuş, onların birgə nikahlarından 12 yaşlı qız və 4 yaşlı oğlan övladları dünyaya gəlmişdir. Əri Təqsirləndirilən şəxs və uşaqları ilə birlikdə Göyçay şəhəri Z.Bünyadov küçəsi 207 ünvanında yerləşən evdə kirayə yaşayır. Təxminən 6 ildir ki, onunla əri Təqsirləndirilən şəxs arasında ara-sıra mübahisələr baş vermiş, lakin əri Laçın tərəfindən ona qarşı fiziki şiddət olmamışdır. xx.xx.2025-ci il tarixdə təxminən saat 21 radələrində yaşadıqları Göyçay şəhəri Z.Bünyadov küçəsində yerləşən evdə olan zaman əri Laçının mobil telefonunda olan “tiktok” sosial şəbəkəsində olan hesabına baxmış, bu zaman əri Laçının tiktokda olan hesabı vasitəsi ilə başqa qadınları izlədiyini görmüşdür. Buna görə də əri Laçına irad bildirərək həmin qadınları nəyə görə izlədiyini soruşmuş, əri Laçın isə müxtəlif bəhanələr gətirərək heç bir qadını izləmədiyini söyləmişdir. Buna görə də həmin qadınları əri Laçına məxsus tiktok hesabında izləmədən çıxartmış, bu zaman aralarında mübahisə baş vermiş, belə ki, əri Laçına əgər bir də onun telefonunda başqa qadınları izləməsini görsə telefonu onun başına vuraraq sındıracağını sözlə demiş, lakin ərinə qarşı hər hansı bir şiddət göstərməmiş, bu zaman əri Laçın onun üzərinə gələrək “sən mənə heç nə edə bilmərsən” deyə söyləmiş, daha sonra isə sağ əlinin yumuruğu ilə onun burun nahiyəsindən qəsdən vurmuşdur. Həmin zərbənin təsirindən burun nahiyəsində güclü ağrı hiss etmiş, bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra yaşadıqları ünvana polis əməkdaşları gəlmişlər və həmin məzmunda ərizə verərək əri Təqsirləndirilən şəxs onu döyməsini və qəsdən xəsarət yetirməsini bildirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 95 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər burun beli yumşaq toxumanın şişkinliyi, əllədikdə ağrı, sağ burun dəliyində tənəffüs aktının pozulması fonunda burun sümüyünün yerdəyişmiş sınığı ilə nəticələnən sol göz yuvasıaltı nahiyədə qançırlar küt- bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixinə uyğun gəlirlər və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə təxminən saat 21 radələrində yaşadıqları evin yataq otağında olan zaman arvadı Nəzrin onun mobil telefonuna baxması, həmin vaxt arvadı ona məxsus mobil telefonda olan onun “tiktok” sosial şəbəkə hesabına baxaraq onun mobil telefonunda nə isə silməyə başlaması, buna görə də arvadı Nəzrinə öz iradını bildirməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs burun nahiyəsindən sağ əlinin yumuruğu ilə qəsədən vuraraq ona qəsdən burun beli yumşaq toxumanın şişkinliyi, sağ burun dəliyində tənəffüs aktının pozulması fonunda burun sümüyünün yerdəyişmiş sınığı ilə nəticələnən sol göz yuvasıaltı nahiyədə qançırlar kimi dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq, məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında dövlət ittihamçısı X2 çıxış edərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı aradan qaldırdığından o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraat dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, vəkillərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliyə əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını 3 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 3 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 33 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 3 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 33 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərardan 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar