Məhkəmə qərarları › İş №1(046)-55/2023

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-55/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-55/2023 11.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 10.50-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1959-cu il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə əməli CM-nin 204.3.2-ci maddəsindən CM-nin 204.2-ci maddəsinə tövsif edilərək cəzası 08 il azadlıqdan məhrumetmə müddətinə qədər azaldılmış, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 01 ay 24 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu olan, işləməyən, Göyçay şəhəri, Bakı küçəsi ev 9-da qeydiyyatda olan və Göyçay şəhəri, Ə.Kərim küçəsi ev 94-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Göyçay şəhəri H.Əliyev prospektində “Aysel” şadlıq sarayının qarşısında ətrafda insanların olmadığı vaxtda yüngül dərəcəli sərxoş vəziyyətdə Göyçay rayon sakini Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunu əlindəki istintaqla dəqiq müəyyən edilməyən kəsici alətlə sol sifət nahiyyəsindən bir dəfə qəsdən vuraraq, Zərərçəkmiş şəxs üzün sol almacıq sümüyü proyeksiyasında dəri-yumşaq toxumanın kəsilmiş yarası ilə nəticələnən, səhhətin qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, 06 aprel 2023-cü il tarixdə saat 18 radələrində bazardan işdən çıxıb yaşadığı evə doğru getmişdir. Həmin vaxt Göyçay şəhər ərazisində yerləşən “Aysel” şadlıq sarayın qarşısından keçərkən adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs “Aysel” şadlıq sarayının qarşısında dayandığını görmüşdür. O, Cəlalənin yanından keçərkən Cəlalə ona “niyə mənə baxırsan” ifadəsini işlətmiş, həmin vaxt o da sonuncuya cavab olaraq “gözümüzü bağlayıb gəzməliyik” ifadəsini işlətmişdir. Bu zaman Cəlalə də onunla kobud danışaraq onun ünvanına nalayiq ifadə işlədərək onu təhqir etmişdir. Sonuncunun onu kobud sözlərlə təhqir etməsindən əsəbləşərək əynindəki gödəkçənin cibindən “dırnaqtutan” aləti çıxarıb kəsici hissəsi ilə Cəlalənin sifətinin sol nahiyyəsindən bir dəfə qəsdən vuraraq Cəlaləyə xəsarət yetirmişdir. Həmin vaxt orada heç kim olmamışdır. Təxminən 1-2 dəqiqə sonra həmin ərazidən keçən polislər onu saxlayıb polis şöbəsinə gətirmişlər.O, qorxduğu üçün sonuncuya xəsarət yetirdiyi “dırnaqtutan” aləti yaxınlıqda olan su arxına atmış, ilkin araşdırma zamanı da sonradan həmin yeri də polis əməkdaşlarına göstərmişdir. Əməlindən peşmandır. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ya ədavəti olmamışdır. 06 aprel 2023-cü il tarixdə saat 18 radələrində Göyçay şəhər ərazisində yerləşən “Aysel” şadlıq sarayının qarşısında olmuşdur. Həmin vaxt onun yanından adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxs keçmişdir. Təqsirləndirilən şəxs onun yanından keçən zaman ona baxmasını görüb “mənə niyə baxırsan” ifadəsini demişdir. Bu zaman Elbrus cavab olaraq “gözümü bağlayıb keçməliyəm” ifadəsini işlətmiş, sonra Elbrus ona yaxınlaşmış və sifətinin sol hissəsindən əlindəki kəsici alət ilə onu vuraraq xəsarət yetirmişdir. Bundan sonra oraya yaxınlaşan polis əməkdaşları onu və Elbrusu rayon polis şöbəsinə gətirmişlər. orada ərizə verdikdən sonra polis əməkdaşları onu Göyçay RMX-na aparmışlar. Elbrus ona bıçaqla xəsarət yetirmiş, münaqişə təxminən 2-3 dəqiqə ərzində baş vermiş, hadisəni kənardan görən olmamış və ətrafdan oraya kimsə toplaşmamışdır. Təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 Ceyhun qızı göstərdi ki, Zərərçəkmiş şəxsdır. Son zamanlar qızı Cəlalənin psixi problemləri olduğu üçün qızı hər xırda hadisələrə tez əsəbiləşib reaksiya verir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində o Göyçay şəhəri H.Əliyev Mərkəzi tərəflərdə işdə olarkən qızı Cəlalə də yanında olmuş və həmin tərəfdə gəzmişdir. Həmin vaxt o qızı Cəlaləyə yaşadıqları evə getməsini, bir qədər sonra o da işini bitirib evə gələcəyini bildirmişdir. Bir qədər sonra rayon polis şöbəsindən ona zəng olunmuş və qızına bir nəfər şəxs tərəfindən üz nahiyyəsinə kəsici alətlə xəsarət yetirilməsi bildirilmişdir. O, həmin yerə getdikdən sonra qızı Cəlaləyə Göyçay rayon sakini Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən xəsarət yetirilməsini öyrənmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay Rayon Polis X1 Xidməti Bölməsinin polis nəfəri Şahid2 göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Göyçay şəhəri H.Əliyev prospektində patrul avtromobili ilə gəzib əraziyə nəzarət etmişlər. Həmin vaxt “Aysel” şadlıq sarayının yanında bir nəfər qadının ağlayaraq üzündən qan axmasını görmüşlər. Onlar avtomobili dərhal saxlayıb həmin qadına yaxınlaşmış, bu zaman sonuncunun Göyçay rayon sakini Zərərçəkmiş şəxs olmasını bilmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs bir nəfər ağbaş, qoca, orta boylu şəxsin ona kəsici alətlə üz nahiyyəsindən xəsarət yetirməsini onlara bildirmiş, həmin vaxt ətrafa nəzər saldıqda həmin şəxsi görüb yaxınlaşaraq onun Göyçay rayon sakini Təqsirləndirilən şəxs olmasını bilmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsm avtomobilə əyləşdirib rayon polis şöbəsinə gətirib təhvil vermişlər. Sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında baş verən münaqişə zamanı Təqsirləndirilən şəxs əlindəki kəsici alətlə Cəlalənin sol sifət nahiyyəsindən xəsarət yetirmişdir. İş materiallarına əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 07 aprel 2023-cü il tarixli, 160 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər "üzün sol almacıq sümüyü proyeksiyasında dəri-yumşaq toxumanın kəsilmiş yarası” xəsarəti iti kənara malik kəsici əşyanın təsirindən törənmiş, törənmə müddəti xx.xx.2023-cü-il tarixdə əmələ gəlməsi inkar olunmur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 204.3.2-ci maddəsi ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə əməli CM-nin 204.3.2-ci maddəsindən CMnin 204.2-ci maddəsinə tövsif edilərək 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 01 ay 24 gün vaxtından əvvəl şərti azad edilmişdir. İşə əlavə edilmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(075)-25/2021 saylı qərarı xx.xx.2021-ci il tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və xx.xx.2021-ci il tarixdə məhkum Təqsirləndirilən şəxs cəzası başa çatdığı üçün iş Göyçay rayon İcra və Probasiya Şöbəsində qeydiyyatdan çıxarılmışdır. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Göyçay şəhəri H.Əliyev prospektində “Aysel” şadlıq sarayının qarşısında ətrafda insanların olmadığı vaxtda yüngül dərəcəli sərxoş vəziyyətdə Göyçay rayon sakini Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncunu əlindəki istintaqla dəqiq müəyyən edilməyən kəsici alətlə sol sifət nahiyyəsindən bir dəfə qəsdən vuraraq, Zərərçəkmiş şəxs üzün sol almacıq sümüyü proyeksiyasında dəri-yumşaq toxumanın kəsilmiş yarası ilə nəticələnən, səhhətin qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkibini yaradır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvələr ağır cinayət törətdiyinə görə məhkum edilməsini, məhkumluğunun ödənilməməsini, qəsdin obyektinin insanın sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olmasını,cinayətin qəsdən törədilməsini və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini , cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alır. Məhkəmə iş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmədiyindən,ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.Məhkəmə nəzərə alır ki, təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin islah olunmasına xidmət edəcəkdir və onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərməyəcəkdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin.Məhkəmə iclas zalında həbsə alınsın. Cəzasının əvvəli həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar