Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-55/2025 20.05.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 16.55-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Məmmədova Ayşən Valeh qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay şəhəri, Heydər Əliyev prospekti, ev 201, mənzil 26-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən xeyli miqdarda hesab olunan, yəni təmiz çəkisi 0,446 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 20 yanvar 2025-ci il tarixdə saat 00:12 dəqiqədə Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılmış və saat 00:12-dən 00:37-dək üstünün yoxlanılması zamanı əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə xeyli miqdarda, yəni təmiz çəkisi 0,446 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildi, ifadə verərək göstərdi ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə dostluq münasibətlərində olduğu Şahid1 ilə özünə məxsus «Vaz 21154» markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomobilin səsgücləndiricisini təmir etdirmək üçün elektrik işləyən Şahid7 yaşadığı Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsinə getmişlər, Şamili yaşadığı evdən çağırmışlar.Şamil onların yanına yaxınlaşmış və onlar üçü avtomobilin yanında olarkən mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş, bundan sonra isə onlara narkotik vasitə istifadə etməkdə və üzərilərində saxlamaqda şübhəli olduqlarını ,ona görə də şəxsi axtarış keçirtmək istədiklərini bildirmişlər.Onlar polislərə etiraz etməmiş, bundan sonra video çəkiliş vasitəsilə üzərilərinə şəxsi axtarış keçirilmişdir. Ondan üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulmuş, həmin vaxt o, əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə kakos kimi tanıdığı narkotik vasitə heroini təqdim etmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 0,25 qram gəlmiş, həmin kütlə zərfdə qablaşdırılaraq götürülmüşdür. Yanında olan Şahid1 və Şahid7 onun üzərində olan narkotik vasitədən məlumatı olmamış, o, heç kimə bu barədə heç bir məlumat verməmişdir. Əvvəllər narkotik vasitə marixuanadan istifadə etmiş, bir neçə dəfə isə narkotik vasitə heroin istifadə etmiş, həmin narkotik vasitənin adını çəkiliş zamanı 1 dəfə səhvən patı kimi demiş, o, kakos kimi tanınan həmin narkotik vasitəni tapdıqdan sonra heroin olduğunu bilib gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 göstərdi ki, Göyçay rayon Polis şöbəsinə Göyçay şəhəri, Heydər Əliyev prospekti ev 201, mənzil 26-da yaşayan Təqsirləndirilən şəxs, Göyçay şəhəri, Vaqif küçəsi ev 128-də qeydiyyatda olan Qurbani Allah verdi Vaqif oğlu və Göyçay şəhəri X6 küçəsi ev 119-da yaşayan Şahid7 üzərilərində mütəmadi olaraq narkotik vasitələr saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə həmin şəxslərin ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerlərinin müəyyən olunaraq şəxsi axtarış keçirilməsi barədə qərar çıxarılmışdır. Təqsirləndirilən şəxs, Şahid1 və Şahid7 olduğu yer barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında CAB-ın əməkdaşları Şahid4, Şahid3, Şahid5 və Şahid6 ilə birlikdə Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsinə 119 saylı evin qarşısına getmişlər.Həmin yerə çatdıqdan sonra özlərini təqdim edib həmin şəxslərə barələrində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. 20 yanvar 2025-ci il tarixdə saat 00:12 dəqiqədə həmin şəxslərin üzərində yoxlama aparmağa başlanılmış, bu zaman videoçəkilişdən istifadə edilmiş və videoçəkilişi əməliyyat müvəkkili Şahid3 həyata keçirmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü bükümdə qəhvəyi rəngli kütləni çıxarıb təqdim etmiş, həmin büküm açılan zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar edilmiş, daha sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 0,25 qram təşkil etmiş, həmin büküm onun tərəfindən qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır.Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ 21015» markalı, **-GV-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə baxışında şahid Göyçay rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3, Şahid4 və Şahid5 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Göyçay rayon X4 Bölməsinin baş müstəntiqi X3 göstərdi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi ekspert rəyinə görə 0,446 qram olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən əməliyyat müvəkkillərinə təqdim edilmiş kütlənin elektron tərəzidə çəkilərək 0,25 qram göstərilməsi,tərəzinin düz yerə qoyulmaması və ya digər səbəbdən ola bilər.Çəkidə olan bu uyğunsuzluq Şahid1 barəsində olan cinayət işi materiallarına əlavə edilmiş qərarla aradan qaldırılmışdır. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 00:12 -dən saat 00:37-dək Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü-ağ rəngli kağız büküm təqdim etmiş,həmin kağız büküm elektron tərəzidə çəkilərək 0,25 qram olması müəyyən edilmiş,həmin 1 ədəd kağız büküm zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş baxış və götürülmə keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir.Videoçəkilişdən görünür ki,müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı qablaşdırılaraq götürülmüş 1 ədəd gümüşü rəngli bükümə baxış keçirilmiş,Təqsirləndirilən şəxs həmin kağız bükümün ona məxsus olması və üzərindən götürüldüyünü bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 20 yanvar 2025-ci il tarixli, 17/54 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd büküm sözləri imzalar, və adlar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız-bükümdə, təmin çəkisi – 0,446 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir. Tədqiqatda sərf olundu - 0,050 qram, qalıq - 0,396 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 11 aprel 2025-ci il tarixli, 564 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci il tarixdə, saat 01.30-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2025-ci tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 20.00-da MSY-dən azad edilmişdir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xeyli miqdarda 0,446 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 20 yanvar 2025-ci il tarixdə saat 00:12 dəqiqədə Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılmış və saat 00:12-dən 00:37-dək üstünün yoxlanılması zamanı əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə xeyli miqdarda, yəni təmiz çəkisi 0,446 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilmiş, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini iş üzrə cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlanılma müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı,yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,396 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş videoçəkilişin köçürüldüyü 2 ədəd “DVD”disk və 1 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının cəmi 71 manat 94 qəpik dəyəri Azərbaycan Respublikası CPM- nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 2 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 4 gün çıxılaraq qəti olaraq ona 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Göyçay şəhəri, H.Əliyev prospekti, ev 201, 26 saylı mənzili hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,396 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 2 ədəd “DVD”disk və 1 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının cəmi 71 manat 94 qəpik məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən 20 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-55/2025
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-55/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver