Məhkəmə qərarları › İş №1(046)-56/2020

Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-56/2020

15.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-56/2020 15.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi Ömərova Gülsənəm Əslan qızının və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Göyçay rayonun Çərəkə kəndində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, İİİ dərəcəli əlil, məhkum olunmamış, ailəli, himayəsində bir azyaşlı uşağı olan, Göyçay rayonun Qəbələ-Müskürlü kəndində qeydiyyatda olan və yaşayan, 06.05.2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində 15 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs 15.01.2020-ci il tarixdə saat 24 radələrində Göyçay rayonu Müskürlü kəndində birgə yaşadıqları evin eyvanında aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı eyvanda divardan asılmış kiçik güzgü ilə qəsdən qaynanası Zərərçəkmiş şəxs qızının alnından bir dəfə vuraraq ona başın sol alın nahiyyəsinin kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmaya aid xəsarət yetirməklə, Zərərçəkmiş şəxs qızının sağlamlığına qəsdən yüngül zərər vurmaqlaAzərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 15.01.2020-ci il tarixdə saat 24 radələrində Göyçay rayonu Müskürlü kəndində qaynansı Zərərçəkmiş şəxs qızı ilə mübahisə etmiş, mübahisə zamanı qaynanası Dursunu itələyərək yerə yıxmışdır. Zərərçəkmiş şəxs qızı alnından xəsarət almışdır. Törətdiyi əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi Ömərova Gülsənəm Əslan qızı ilə barışmışdır. Buna görə də məhkəmədən xahiş etmişdir ki, zərərçəkmişlə barışması və ona dəymiş ziyanı ödəməsi barədə ərizəsi nəzərə alınsın və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə vermiş Ömərova Gülsənəm Əslan qızı göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Şahid3 həyat yoldaşı, yəni onların gəlinidir. Təqsirləndirilən şəxs ilə qardaşı Rəşad Göyçay rayonun Qəbələ- Müskürlə kəndində anası Zərərçəkmiş şəxs ilə bir evdə yaşamışlar. 16.01.2020-ci il tarixdə saat 00 radələrində anası Dursun ona zəng edib gəlinləri Aygünün anası Dursunu eyvanda güzgü ilə başından vurub xəsarətləndirdiyini bildirmişdir. Anası Dursunla yaxınlıqda yaşayan digər gəlinləri Şahid1 zəng vurub ondan anasına baxmasını xahiş etmişdir. Şahid1 isə ona anası ilə birgə yaşayan bacısı Şəfəq Hsərətovanın onların evinə gəlib bu barədə ona məlumat verdiyini və Şəfəqlə bir yerdə anası Dursunun yanına getdiklərini bildirmişdir. Bir müddət sonra Arzu onlara gedərək ona zəng vurub həqiqətən gəlinləri Aygünün güzgü ilə anası Dursunun başından vuraraq ona xəsarət yetirdiyini bildirmişdir. 16.01.2020-ci il tarixdə Bakı şəhərindən çıxaraq Göyçay rayonun Qəbələ- Müskürlü kəndinə anası Dursunun yanına gəlmiş və anası Dursunun alnının yarıldığını gördükdə Arzu ilə birlikdə Dursunu xəstəxanaya aparmışlar və bu barədə polisə müraciət etmişlər. Anası Dursunun xəsarət alması ilə bağlı polis şöbəsində araşdırma aparıldığından onların arasında artıq mübahisə və söz söhbət olmamışdır. Araşdırma zamanı Aygün polisdə anası Dursunu qəsdən vurduğunu etiraf etməsə də, sonradan, həqiqətən qəsdən anası Dursunu güzgü ilə alnından vuraraq xəsarətləndirdiyini etiraf etmişdir. Anası Dursundan mübahisənin səbəbi barədə maraqlananda anası ona gəlinləri Aygündən köhnə su qabını götürüb işlətdiyini, həmin su qabının sındığını və Aygünün həmin su qabını ondan tələb edəndə Aygünə tezliklə bazara gedəcəyini və yenisini ona alacağını bildirən zaman aralarında mübahisənin yarandığını və mübahisə zamanı Aygünün eyvanda asılmış güzgü ilə onu alnından vurub xəsarətləndirdiyini bildirmişdir. Mübahisə baş verən zaman bacısı Şəfəq evdə olmuş və eyvana çıxmış və Aygünün anası Dursunu güzgü ilə alnından vurduğunu görmüşdür. Bu barədə bacısı Şəfəq özü söhbət zamanı da ona danışmışdır. 13.03.2020-ci il tarixdə isə anası Dursun yaşadıqları evdə beyin infarktından vəfat etmişdir. Hazırda Aygün ona dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Buna görə də məhkəmədən xahiş edir ki, Təqsirləndirilən şəxs ilə barışdığını nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilsin. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 15.01.2020-ci tarixdə saat 24 radələrində evdə öz otaqlarında olan zaman anası Dursunla arvadı Aygünün eyvanda mübahisə etmələrini eşitmiş və oraya çıxanda anası Dursunun sol alın nahiyyəsinin qanadığını və eyvandan asılan güzgünün yerdə sınmış vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt bacısı Şəfəq də orada olmuşdur. Orada başqa heç kim olmamışdır. Anasının deyinməyindən həyat yoldaşı Aygünün yenə anası Dursunla mübahisə etdiyini və anası Dursunu güzgü ilə başından vurduğunu bilmişdir. Arvadı Aygünü öz qaldıqları otağa aparmışdır. Otaqda Aygündən anası Dursunu nə səbəbə vurduğunu soruşaraq narazılıq edən zaman, Aygün ona “bezmişəm onu görməkdən, su qabını götürüb hələ bir narazılıq edib söyüş söyür” deyərək ona cavab qaytarmış və su qabının üstündə mübahisə etdiklərini və söyüş söydüyünə görə anası Dursunun alnından eyvandan asılmış güzgü ilə vurduğunu bildirmişdir. Təxminən 15 dəqiqə sonra Aygün otaqdan çıxıb, bir-iki dəqiqə sonra otağa qayıtmış və yaxınlıqda yaşayan qardaşı arvadı Şahid1 da həyətə gəldiyini və Arzunun da ona narazılıq etdiyini bildirmişdir. Artıq mübahisə olmadığına görə otaqda qalmışdır. Ertəsi gün Bakı şəhərində yaşayan bacısı Gülsənəm Ömərova yaşadıqları evə gələrək anası Dursunu xəstəxanaya aparmış və Aygünün barəsində polisə şikayət etmişdir. Məhkəmədə şahid qismində ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qızı onun anası, Təqsirləndirilən şəxs isə qardaşı Şahid3 arvadıdır. 15.01.2020-ci il tarixdə saat 24 radələrində anası Dursunla qaldıqları otaqda tək televizora baxan zaman çöldə Aygünün səsini eşidib eyvana çıxmış və eyvanda Aygünün anası Dursunla mübahisə etdiyini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs divardan asılmış kiçik güzgünü götürüb anası Dursunun alnından bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Aygün anası Dursunu bir dəfə güzgü ilə vurduqdan sonra hərəkətini dayandırmışdır. Elə bundan dərhal sonra mübahisənin olduğunu eşidən qardaşı Rəşad özlərinin qaldıqları tərəfdən oraya gəlib Aygünü öz otaqlarına aparmışdır. O, isə yaxınlıqda yaşayan digər qardaşı arvadı Şahid1 yaşadığı evə gedərək ona Aygünün eyvanda anası Dursunla mübahisə edərək anasının alnından güzgü ilə vurub xəsarətləndirdiyini, anası Dursunun başından qan axdığını bildirərək onlara getməsini xahiş etmişdir. Onlar yığışıb bir yerdə evə qayıdan zaman isə Bakı şəhərində yaşayan bacısı Gülsənəm Ömərova da Arzuya zəng vurub bu barədə məlumat vermişdir. Onlar Arzu ilə bir yerdə yaşadığı evə anası Dursunun yanına gəlmişlər. Anası Dursun həmin vaxt eyvanda oturmuşdur. Arzu yaxınlaşb anası Dursunun başına baxaraq nə baş verdiyini soruşanda anası x1 eyvandan asılan güzgü ilə alnından bir dəfə qəsdən vurub xəsarətləndirdiyini danışmışdır. Arzu Dursunun başını sarımaq istəyən zaman Aygün kənardan gəlib deyinməyə başlamışdır. Arzu isə əsəbləşərək Aygünə anası Dursunu vurduğuna görə narazılıq etmiş və oradan uzaqlaşmasını ondan tələb etmişdir. Ertəsi gün 16.01.2020-ci il tarixdə Bakı şəhərində yaşayan bacısı Gülsənəm onlara gəlmiş və günorta saatlarında anası Dursunu xəstəxanaya aparmışlar, eləcə də bu barədə polisə məlumat vermişlər. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibbiekspertizanın17.01.2020-ci il tarixli 22 saylı rəyindən görünürki, Zərərçəkmiş şəxs qızının məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın sol alın nahiyyəsinin kəsilmiş yarası, iti kəsici kənara malik əşyanın, ola bilsin(güzgünün sınmış qəlpəsinin) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən də qərarın təsviri hissəsində göstərilən 15.01.2020-ci il tarixində yetirilməsi halı inkar edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 07.05.2020-ci il tarixli 2410 saylı məktubdan görünür ki, Göyçay rayonun Qəbələ-Müskürlü kənd sakini 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 10.02.2015-ci il tarixdən “Əqli gerilik. Dissosiativ pozuntu mutizim ilə” diaqnozu ilə psixiatrik kabinetdə qeydiyyatdadır. Cinayət işinə əlavə edilmiş məhkəmə-psixatrik ekspertizasının 08 may 2020-ci il tarixli, 218 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs qızı 13.03.2020-ci il tarixdə beyin infarktı səbəbindən vəfat etmişdir. Cinayət işinə əlavə edilmiş 13.04.2020-ci il tarixli qərardan görünür ki, Ömərova Gülsənəm Əslan qızı mərhum Zərərçəkmiş şəxs qızının hüquqi varisi kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 15.01.2020-ci il tarixdə saat 24 radələrində Göyçay rayonu Müskürlü kəndində birgə yaşadıqları evin eyvanında aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı eyvanda divardan asılmış kiçik güzgü ilə qəsdən qaynanası Zərərçəkmiş şəxs qızının alnından bir dəfə vuraraq ona başın sol alın nahiyyəsinin kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmaya aid xəsarət yetirməklə, Zərərçəkmiş şəxs qızının sağlamlığına qəsdən yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs, zərərçəkmiş Ömərova Gülsənəm Əslan qızının məhkəməyə təqdim etdikləri barışmaqları ilə bağlı ərizələrini nəzərə alan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə baxışı dövründə hüquqlarını 8 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 8 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 8 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar