Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-56/2022 28.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi və Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.1987-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Göyçay rayon Çərəkə kəndində qeydiyyatda olan və yaşayan, Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 00 radələrində vahid niyyətlə həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus Göyçay rayon Çərəkə kəndində yerləşən fərdi yaşayış evinin zirzəmisindən 01 ədəd “Hazar” markalı istifadə olunmuş bir təkərli, yaşıl rəngli 30 manat dəyərində əl arabasını və 5x10 sm ölçüdə, 30 ədəd, 3-6 metr uzunluğunda, bir kubmetr işlənilmiş 200 manat dəyərində taxtaları gizli yolla oğurlamış, yəni Zərərçəkmiş şəxs2 ümumilikdə 230 manat əmlakını gizli olaraq talamışdır. Daha sonra o, təkrarən özgənin əmlakını gizli yolla talamaq qərarına gəlib bu məqsədlə xx.xx.2022-ci il saat 01:30-dək olan müddət ərzində vahid niyyətlə davamlı olaraq digər həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus Göyçay rayon Çərəkə kəndində yerləşən fərdi yaşayış evinin həyətinə həmin evin çəpər hasarından daxil olaraq evin həyətində yerləşən hamamın içərisindən 01 ədəd “EUROLUX” markalı 8 kiloqramlıq paltaryuyan maşını 100 manat dəyərində, evin yarımtikili vəziyyətdə pəncərəsi olmayan otağına pəncərdən daxil olmaqla daxil olduğu otaqdan 01 ədəd güldanı 10 manat dəyərində, daha sonra isə həmin evin zalına daxil olaraq oradan 01 ədəd 36 ölçüdə “Fianel Fashion” markalı istifadə olunmuş qırmızı rəngli donu 10 manat dəyərində, 01 ədəd 40 ölçüdə “Cama” markalı istifadə olunmuş qara rəngli donu 10 manat dəyərində, 01 ədəd 39 ölçüdə üzərinə “fashion” yazılmış istifadə olunmuş idman ayaqqabısını 5 manat dəyərində, 01 ədəd istifadə olunmuş qırmızı rəngli iç geyimini 2 manat dəyərində, 02 ədəd “Tas” markalı 70x70 ölçüdə istifadə olunmuş hər birinin qiyməti 5 manat olmaqla balış üzləri ümümilikdə 10 manat dəyərində, 01 ədəd qızıl qabını 5 manat dəyərində, həmin evin yataq otağından isə evin yataq otağından 01 ədəd işlənmiş 1.20x3 metr ölçüdə xalçanı 100 manat dəyərində, 01 ədəd istifadə olunmuş televizor pultunu 2 manat dəyərində, 01 ədəd “Supermax 9956 Regular” markalı istifadə olunmuş peyk antenasını 20 manat dəyərində, 01 ədəd beş metrlik “NE EL” markalı istifadə olunmuş ötürücünü 5 manat dəyərində, 01 ədəd beş metrlik “UNİVERSAL” markalı istifadə olunmuş ötürücünü 5 manat dəyərində, 01 ədəd sərinkeş 15 manat dəyərində, 01 ədəd “Periott” markalı saç fenini 10 manat dəyərində, “Haır Straightener ATH-9722” istifadə olunmuş ütü feni 10 manat dəyərində, 01 ədəd işlənmiş mexaniki təzyiq ölçən aparatını 30 manat dəyərində, daha sonra həmin evin mətbəxindən 01 ədəd üzərində prestera yazılmış, istifadə olunmuş balıq kəsmək üçün qayçını 1 manat dəyərində, 01 ədəd “Texnolux” markalı istifadə olunmuş 10 manat dəyərində mikseri götürərək həmin fərdi yaşayış evinin həyətinə yığmış, daha sonra isə həmin evin zirzəmisinə daxil olaraq oradan 50 ədəd hər birinin qiyməti 0.2 manat olmaqla ümümilikdə 10 manat dəyərində boşqabları, 02 ədəd hər birinin qiyməti 2 manat olmaqla ümümilikdə 4 manat dəyərində suvenir qənqabların,10 ədəd bir litrlik hər birininin qiyməti 2 manat olmaqla ümümilikdə 20 manat dəyərində alça kompotlarını, 10 ədəd bir kiloqramlıq hər birinin qiyməti 8 manat olmaqla ümümilikdə 80 manat dəyərində gilas mürəbbələrini, 01 ədəd işlənmiş, iki metrlik 50 santimetr diametrində 80 manat dəyərində borunu, 01 ədəd işlənmiş, dörd metrlik 50 santimetr diametrində 160 manat dəyərində boru, 12 ədəd 1 manat dəyərində çay fincanlarını, 02 ədəd istifadə olunmuş, hər birinin qiyməti 5 manat olmaqla ümümilikdə 10 manat dəyərində alüminum çaydanları, və 01 ədəd “Marquis” markalı, MKP62 370W istifadə olunmuş 40 manat dəyərində su mühərikkini gizli yolla oğurlamış, yəni Zərərçəkmiş şəxs1 ümumilikdə 765 manat dəyərində əmlakını gizli yolla talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə qonşusu Zərərçəkmiş şəxs2 həyətinə gizli yolla, həyətləri arasında olan tel hörgünün üzərindən daxil olmuşdur. Sonra isə həmin evin zirzəmisi olan bir kubmetrdən artıq olan 5x10 ölçüdə taxtaları və 01 ədəd əl arabasını oradan çıxardaraq həmin evin qarşısında olan su arxının içərisinə yığımış, daha sonra isə onları bir-bir çəpərdən öz yaşadığı evin həyətinə atmışdır. Həmkəndlisi Şahid1 Göyçay rayon Xəlitli kəndində evin təmir etdirdiyi üçün taxtaya ehtiyacının olduğunu bildiyindən ona zəng edərək, həyətində olan taxtaları satmaq istədiyini demişdir. Hilala bir neçə dəfə zəng edəndən sonra Hilalın pul düzüb-qoşub gəlib həmin taxtaları alacağını bildirmişdir. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Hilal yaşadığı evə gələrək ondan taxta almaq istədiyini bildirmişdir. Həmkədlisi Zərərçəkmiş şəxs2 həyətindən oğurladığı və öz həyətinə, o cümlədən yaşadığı evin eyvanın altına yığdığı taxtaları Hilala satmışdır. Hilal ilk əvvəlcə avtomobilinin yük yerinə 10 ədəd uzunluqları 3-6 metr aralığında olan taxtaları yığaraq aparmış, növbəti gün isə gəlib qalan taxtaları da aparacağını demişdir. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Hilal yenidən Rahibin yaşadığı evə gələrək digər qalan taxtalarıda aparmışdır. Növbəti gün Hilalın apardığı taxtaların sayı təxminən 20 ədəd, uzunluqları isə 2-4 metr olmuşdur. Hilal ona taxtaların pulunu bir günə verəcəyini demişdir. Təxminən 1 gün sonra Hilal ona 40 manat, ondan 2 gün sonra isə 20 manat pul vermişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 01 radələrində yaşadığı evdə içki qəbul edərək sərxoş olduqdan sonra oğurluq əməlini törətmək qərarına gəlmişdir. Yaşadığı evdən çıxıb arxa küçədən Zərərçəkmiş şəxs1 evinin qarşısına gəlmiş, çəpərin üzərindən həyətə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətində yerləşən hamamdan paltaryuyanı götürərək çəpərin yanına gətirib qoymuşdur. Bundan sonra Yaqubun fərdi yaşayış evinin arxa tərəfində natamam tikili halında olan otağına pəncərəsindən evə daxil olmuşdur. Həmin otaqda olan güldanı götürərək həyətə qoymuşdur. Evin içərisinə daxil olaraq zalda olan şkafın üzərində səbəti, şkafın içərisində olan paltarları, ayaqqabını sellfonala birlikdə götürüb həyətə qoyaraq bu dəfə həmin evin yataq otağına daxil olaraq televizorun qarşısında olan 1 ədəd peyk antenasının aparatını, 1 ədəd pultu, 1 ədəd xalçanı, 1 ədəd feni, 1 ədəd saç düzəldən aparatı, 1 ədəd təyziqölçən aparatı, 1 neçə ədəd yastıq üzlüklərini, 2 ədəd ötürücünü və 1 ədəd ventilyatoru götürərək əşyaları evdən tapdığı sellofana qoymuş və həyətə yığmağa başlamışdır. Bundan başqa mətbəxdən 1 ədəd mikseri və bir ədəd balıq kəsmək üçün qayçını da götürmüş, daha sonra həyətə düşərək, pilləkənin altında yerləşən zirzəmiyə daxil olmuş, oradan isə topa şəkildə boşqabları götürmüşdür. Daha sonra isə orada olan xrustal qabları, başqa bir qutuda olan nəlbəki və fincanları götürmüşdür. Götürdüyü və həyətə yığdığı əşyaları aparıb arxa qapının yanına yığmışdır. Bundan başqa zirzəmisində olan 2 ədəd birinin uzunluğu 02 metr, digərinin isə 04 metr olan olan dəmir boruları çıxarıb aparıb həyət qapısının qarşısına qoymuşdur. Oğurladığı əşyaları yaşadığı evə aparmış, öz otağına yatağının altına yığmışdır. Gecə saat 04 radələrinə kimi oğurladığı əşyaları evə daşımışdır. Boruları isə aparmağa vaxtı olmadığı üçün qoyduğu yerdə qalmışdır. Tanışı Şahid1 ev tikməsi ilə əlaqədar ona boru lazım olduğunu, bilərək xx.xx.2022-ci il tarixdə axşam saatlarında ona zəng edərək, boru olduğunu, şəhərdən satmaq üçün gətirdiyini, boruya ehtiyacı olarsa onda olmasını demişdir. Hilal isə ona pulunun olmadığını, pulu olan zaman gəlib alacağını bildirmişdir. Səhəri günü, yəni xx.xx.2022- ci il tarixdə gecə 01:30 radələrində yenidən həmin həyətə daxil olaraq orada kənara qoyduğu 2 ədəd borunu götürüb öz həyətinə aparmışdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində həmkəndlisi Şahid2la Göyçay rayon Çərəkə kəndində görüşən zaman ona satılıq paltaryuyan olmasını, Bakı şəhərindən gətirdiyini bildirdikdə Faxrət də ehtiyacının olmasını ona bildirmişdir. Həmin paltaryuyanı maşını Faxrətə 35 manat satdım və pulunuda almışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Şahid1 zəng edərək onda olan dəmir boruları gəlib aparıbaparmayacağını soruşmuşdur. Hilal da onun evinə gələrək oğurladığı iki ədəd borunu ondan almış 10 manat pul verərək getmişdir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları yaşadığı evə gəlmiş, onun oğurluq hadisəsində şübhəli olmasını bildirmişdirlər, polis əməkdaşlarına etiraz etmədiyini, evinə oğurlayaraq yığdığı əşyaları təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu, Çərəkə kəndində yaşayır. Ailəlidir. Təqaüdçüdür. Göyçay rayon Çərəkə kəndində 0.5 ha torpaq sahəsində 2021-ci ilin əvəllərində ev tikməyə başlamışdır. 2021-ci ilin may ayında həmin evin beton işlərini görən zaman Göyçay şəhəri ərazisində yerləşən tikinti-materialları mağazasından 1 kub metr 5x10 sm ölçüsündə, 1 kub metr isə 3x15sm ölçüsündə taxtalar almışdır. Həmin ilin dekabr ayının sonlarında tikinti olan evə baxmağa gedən zaman həmin taxtalardan 5x10 sm ölçüsündə olan bir kub metrinin orada olmadığını aşkarlamışdır. Bundan sonra tikinti gedən evin həyətinə diqqətlə baxdıqda orada olan 01 ədəd bir təkərli əl arabasınında olmadığını görmüşdür. xx.xx.2022-ci il tarixdə yaşadığı kənddə olan zaman həmkəndlisi Zərərçəkmiş şəxs1 evində olan oğurluq hadisəsini qonşusu Təqsirləndirilən şəxs etdiyini öyrəndikdən sonra evinin həyətindən oğurlanmış əşyalar barəsində Göyçay rayon polis şöbəsinə müraciət etmək qərarına gəlmişdir. Göyçay rayon polis şöbəsinə müraciət etdikdən sonra RPŞ-nin əməkdaşları ona evinin həyətindən oğurluq hadisəsini törətmiş şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olmasını ona bildirmişdirlər. Ona dəymiş ziyan ödənilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayon Çərəkə yaşayır. Ailəlidir. Ona məxsus Göyçay rayonu Çərəkə kəndində yerləşən fərdi yaşayış evinin olmasını, bundan əlavə isə 1996-cı ildə Çərəkə kəndində 20 sot həyətyanı torpaq sahəsi aldığını və orada oğlu Məhbus üçün ev tikdirdiyini bildirmişdir. Məhbus evləndikdən sonra uzun müddətdir ki, Rusiya federasiyasında yaşayır. Bu görə həmin evdə hazırda heç kim yaşamır. Lakin oğlu Məhbusun qızı X2 kəndində ərdədir, yaşadığı ev həmin evin qonşuluğundadır. Həmin evə, evin həyətinə nəvəsi Fatimə Qarayeva tez-tez baş çəkmiş, o baxmış, təmizləmişdir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində nəvəsi Fatimə ona zəng edərək həmin evində olan əşyalarının bəzisinin oğurlanmasını bildirmişdir. Həmin evə gələn zaman məlum olmuşdur ki, oradan dəyəri 35 manat olan 01 ədəd xalça, dəyəri 50 manat olan 01 ədəd qırmızı don, dəyəri 55 manat olan 01 ədəd qara don, dəyəri 35 manat olan bir cüt idman ayaqqabısı, dəyəri 30 manat olan 01 ədəd iç geyimi, dəyəri 90 manat olan servis dəsti, dəyəri 60 manat olan boşqablar, dəyəri 50 manat olan 01 ədəd güldan, dəyəri 10 manat olan 01 ədəd suvener, dəyəri 150 manat olan 01 ədəd paltaryuyan, dəyəri 60 manat olan su matoru, dəyəri 45 manat olan 01 ədəd peyk antenasının aparatı, 01 ədəd 5 manat dəyərində televizor pultu, dəyəri 20 manat olan 01 ədəd balıq kəsmək üçün qayçı, dəyəri 10 manat olan 02 ədəd 5 metrlik ötürücü, dəyəri 40 manat olan qızıl qabı, dəyəri 25 manat olan 01 ədəd saç ütüləmək üçün fen, dəyəri 30 manat olan 01 ədəd saç qurulamaq üçün fen, dəyəri 15 manat olan 02 ədəd balış üzləri, dəyəri 30 manat olan 01 ədəd mikser, dəyəri 80 manat olan 01 ədəd 4 metrlik 0.5 metr diametrində boru, dəyəri 50 manat olan 01 ədəd 2 metrlik, 0,5 metr diametrində borular oğurlanmışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, 2022 -ci ilin dekabr ayında Rahib ona zəng edərək Göyçay şəhərində fəhlə işləyən zaman evinə söküntü taxta gətirdiyini və ona sata biləcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə getmiş və taxtalara baxdıqdan sonra onları alacağını bildirmişdir. Təqsirləndirilən şəxs həmin taxtaları ona 60 manata satacağına razılaşmışlar. Həmin taxtaların ölçüsü 3-6 metr arasında olmuşdur. Həmin tarixdə taxtalardan 10 ədədini seçib istifadəsində olan ona məxsus “Vaz 2106” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin banındakı yük yerinə qoyaraq öz həyətinə aparmışdır. Daha sonra xx.xx.2021 -ci il tarixdə saat 20 radələrində Rahibin yaşadığı ünvana gedərək orada müxtəlif ölçülərdə olan 15 ədəd taxtaları ona məxsus yenidən “Vaz 2106” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin baınndakı yük yerinə qoyaraq öz həyətinə aparmışdır. O, apardığı taxtaların qarşılığında xx.xx.2021-ci il tarixdə Rahibə 40 manat pul verərək 20 manatını borclu qalmışdır. xx.xx.2021-ci il tarixdə isə yenidən Təqsirləndirilən şəxsla görüşərək borclu qaldığı 20 manatıda vermişdir. Həmin taxtaları Xəlitli kəndində evini təmir edən zaman hamısını istifadə etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ona zəng edərək satılıq boru olmasını bildirmişdir. O, Rahibə pulu olmadığından sonra gəlib alacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Rahib yenidən ona zəng etmiş, o, Təqsirləndirilən şəxs yaşadığı evə gedərək həmin dəmir boruları ona satmasını bildirmişdir. Rahib ona həyətində olan 2 ədəd, birinin uzunluğu 2 metr, digərinin uzunluğu 4 metr olan dəmir boruları satmışdır. Rahib ona həmin boruların metal qəbul məntəqəsində metrinin 3 manata satıldığını bildirirək 4 metrlik boruya 10 manat verəcəyini, digər 2 metrlik borunu isə pay verəcəyini bildirmişdir. Borulara görə Rahibə 10 manat pul vermiş, boruları aparıb həyətinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə kənd içərisində eşitmişdir ki, Rahib qonşusu Zərərçəkmiş şəxs1 evindən və həyətindən oğurluq etmişdir. Ona satdığı 2 ədəd dəmir boru da həmin həyətdən oğurlanmışdır. Cinayət işinə əlavə edilmiş məhkəmə-əmtəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus məişət əşyalarının 653 manat dəyərində, Zərərçəkmiş şəxs2 məxsus bir kubmetr 5x10 sm taxtaların 200 manat, 01 ədəd bir təkərli əl arabasının isə 30 manat olması müəyyən edilmişdir. İstinaq zamanı Zərərçəkmiş şəxs1 məxsus 10 ədəd bir kiloqramlıq gilas mürəbbəsinin bir ədədinin, bir litrlik 10 ədəd alça kompatlarının bir ədədinin, 50 ədəd boşqabın bir ədədinin 02 ədəd eyni suvenir qəndqabının bir ədədinin 02 ədəd eyni balış üzünün bir ədədinin və eyni 02 ədəd çaydanın yalnız bir ədədinin qiymətinin məhkəmə-əmtəəşunasalıq ekpsertizası təyin edilməsi qərarında göstərildiyindən adları sadalanan əşyaların hər biri üçün nəzərdə tutulmuş qiymət onların sayma vurularaq hesablanmışdır.Ona görə də, Zərərçəkmiş şəxs1 məxsus oğurlanmış əşyaların 760 manat dəyərində olması nəzərə alınmışdır. Aparılmış ekspertizanın xərci 50 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 10 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 177.2.3, 69.3 və 52-1.5-ci maddələrinə əsasən cəzası 05 ay azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və cəzasını çəkib azadlığa buraxılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 00 radələrində vahid niyyətlə həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus Göyçay rayon Çərəkə kəndində yerləşən fərdi yaşayış evinin zirzəmisindən 01 ədəd “Hazar” markalı istifadə olunmuş bir təkərli, yaşıl rəngli 30 manat dəyərində əl arabasını və 5x10 sm ölçüdə, 30 ədəd, 3-6 metr uzunluğunda, bir kubmetr işlənilmiş 200 manat dəyərində taxtaları gizli yolla oğurlayaraqzərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 230 manat maddi ziyan vurmaqla, bundan başqa xx.xx.2022-ci il saat 01:30-dək olan müddət ərzində vahid niyyətlə davamlı olaraq digər həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus Göyçay rayon Çərəkə kəndində yerləşən fərdi yaşayış evinin həyətinə həmin evin çəpər hasarından daxil olaraq evin həyətində yerləşən hamamın içərisindən 01 ədəd “EUROLUX” markalı 8 kiloqramlıq paltaryuyan maşını 100 manat dəyərində, evin yarımtikili vəziyyətdə pəncərəsi olmayan otağına pəncərdən daxil olmaqla daxil olduğu otaqdan 01 ədəd güldanı 10 manat dəyərində, daha sonra isə həmin evin zalına daxil olaraq oradan 01 ədəd 36 ölçüdə “Fianel Fashion” markalı istifadə olunmuş qırmızı rəngli donu 10 manat dəyərində, 01 ədəd 40 ölçüdə “Cama” markalı istifadə olunmuş qara rəngli donu 10 manat dəyərində, 01 ədəd 39 ölçüdə üzərinə “fashion” yazılmış istifadə olunmuş idman ayaqqabısını 5 manat dəyərində, 01 ədəd istifadə olunmuş qırmızı rəngli iç geyimini 2 manat dəyərində, 02 ədəd “Tas” markalı 70x70 ölçüdə istifadə olunmuş hər birinin qiyməti 5 manat olmaqla balış üzləri ümümilikdə 10 manat dəyərində, 01 ədəd qızıl qabını 5 manat dəyərində, həmin evin yataq otağından isə evin yataq otağından 01 ədəd işlənmiş 1.20x3 metr ölçüdə xalçanı 100 manat dəyərində, 01 ədəd istifadə olunmuş televizor pultunu 2 manat dəyərində, 01 ədəd “Supermax 9956 Regular” markalı istifadə olunmuş peyk antenasını 20 manat dəyərində, 01 ədəd beş metrlik “NE EL” markalı istifadə olunmuş ötürücünü 5 manat dəyərində, 01 ədəd beş metrlik “UNİVERSAL” markalı istifadə olunmuş ötürücünü 5 manat dəyərində, 01 ədəd sərinkeş 15 manat dəyərində, 01 ədəd “Periott” markalı saç fenini 10 manat dəyərində, “Haır Straightener ATH-9722” istifadə olunmuş ütü feni 10 manat dəyərində, 01 ədəd işlənmiş mexaniki təzyiq ölçən aparatını 30 manat dəyərində, daha sonra həmin evin mətbəxindən 01 ədəd üzərində prestera yazılmış, istifadə olunmuş balıq kəsmək üçün qayçını 1 manat dəyərində, 01 ədəd “Texnolux” markalı istifadə olunmuş 10 manat dəyərində mikseri götürərək həmin fərdi yaşayış evinin həyətinə yığmış, daha sonra isə həmin evin zirzəmisinə daxil olaraq oradan 50 ədəd hər birinin qiyməti 0.2 manat olmaqla ümümilikdə 10 manat dəyərində boşqabları, 02 ədəd hər birninin qiyməti 2 manat olmaqla ümümilikdə 4 manat dəyərində suvenir qənqablarım,10 ədəd bir litrlik hər birininin qiyməti 2 manat olmaqla ümümilikdə 20 manat dəyərində alça kompotlarını, 10 ədəd bir kiloqramlıq hər birinin qiyməti 8 manat olmaqla ümümilikdə 80 manat dəyərində gilas mürəbbələrini, 01 ədəd işlənmiş, iki metrlik 50 santimetr diametrində 80 manat dəyərində borunu, 01 ədəd işlənmiş, dörd metrlik 50 santimetr diametrində 160 manat dəyərində boru, 12 ədəd 1 manat dəyərində çay fincanlarını, 02 ədəd istifadə olunmuş, hər birinin qiyməti 5 manat olmaqla ümümilikdə 10 manat dəyərində alüminum çaydanları, və 01 ədəd “Marquis” markalı, MKP62 370W istifadə olunmuş 40 manat dəyərində su mühərikkini gizli yolla oğurlayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 765 manat dəyərində maddi ziyan vurmaqla Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi əməli etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki Göyçay rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.02022-ci il tarixədək uzadılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışı dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Ekspertiza xərci olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 60 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ013501**********2944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-56/2022
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-56/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver