Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-57/2023 04.07.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 15.20-də Qurbanov Elçin Firudin oğlunun sədrliyi Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı ilə, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Göyçay rayonu üzrə özəl baytar həkimi işləyən, Göyçay rayonu Qaraxıdır kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi ilə xüsusi təhlükəli yoluxucu xəstəliklərin profilaktikası üzrə 0327 nömrəli müqavilə əsasında Göyçay rayonu üzrə özəl baytar həkimi işləməklə öz qulluq mövqeyindən istifadə edərək əvəzsiz və qanunsuz olaraq özgə əmlakını ələ keçirmək niyyəti ilə həmkəndlisi Zərərçəkmiş şəxs oğlu Şahid Azərbaycan Respublikasının Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Göyçay rayon İdarəsinə baytar köməkçisi vəzifəsinə təyin etdirəcəyini yalan vəd verib vədinə əməl etmək niyyətində olmayaraq adlatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs inandıraraq görməyi vəd etdiyi işin müqabilində xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs 1000 (bir min) manat pulunu Göyçay rayonu, Qaraxıdır kəndində yerləşən fərdi yaşayış evində vahid niyyətlə hissə-hissə ələ keçirib aldığı pulun qarşılığında verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, Göyçay rayonu, Qaraxıdır kəndində ailə üzvləri ilə birlikdə yaşayır və 2017-ci ildən Göyçay rayonu üzrə özəl baytar həkim vəzifəsində çalışır. Zərərçəkmiş şəxs və Fəridənin oğlu Şahid ilə həmkəndli olmaqla aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxs öz təsərrüfatında iribuynuzlu ev heyvanları saxladığına görə peşə fəaliyyəti ilə əlaqədar o həmin mal-qaranı müayinə və müalicə etmişdir. 2023-cü ilin fevral ayında, dəqiq xatırlamadığı tarixdə yaşadığı kənddə Zərərçəkmiş şəxs çağırışı ilə sonuncunun mal-qarasını müayinə etməyə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs söhbət əsnasında ona oğlu Səmədin işsiz olduğunu bildirmiş və əgər çalışdığı baytarlıq idarəsində iş varsa Səmədi həmin işə düzəltməyə köməklik göstərməsini xahiş etmiş, eyni zamanda lazım olsa bunun üçün müəyyən qədər pul da verə biləcəyini qeyd etmişdir. Həmin vaxt onun pula ehtiyacı olduğuna görə Fəridə və Səmədə yalandan deyib ki, çalışdığı baytarlıq idarəsində baytar köməkçisinə ehtiyac var, istəsələr Səmədi oraya işə təyin etdirə bilər. Həmin vaxt məqsədi nə yolla olur-olsun Fəridə və Səmədi aldadıb pullarını almaq imiş. Fəridə və Səməd onun təklifini yaxşı qarşılamış və işlə maraqlanmağa başlamışlar. Fəridə ona oğlu Səmədin diplomunun olmadığını bildirdikdə isə o həmin iş üçün diplom tələb olunmadığını, lakin işə düzəlmək üçün 1.000 manat pul tələb olunduğunu, pulu isə Bakı şəhərində baytarlıq idarəsində yüksək vəzifədə çalışan Bayandur adlı şəxsə verəcəyini qeyd etməklə, təxminən bir ay ərzində Səmədin işinin həll olunacağını, eləcə də maaş kartı ilə təmin olunmaqla hər ay 340 manat əməkhaqqı alacağını yalandan vəd etmişdir. Həmin vaxt Fəridə və Səməd ona inanaraq dediyi məbləğlə razılaşmışlar. Həmin gün o elə Fəridənin evində Fəridədən 500 manat pul almış və belə razılaşmışlar ki, Fəridə xanım qalan 500 manatı da qısa vaxt ərzində verəcək. Təxminən bir həftə sonra yenə Fəridənin evinə gedib sonuncunun özündən qalan 500 manatı da almışdır. Aldığı pulları isə böyrəklərində olan xəstəliyi ilə bağlı özünə xərcləmişdir. Lakin, artıq bir müddət sonra Fəridə ondan işlə maraqlanmağa başladıqda o, müxtəlif bəhanələr irəli sürmüş, lakin sonda Fəridə və Səməd onun dələduzluq etdiyini anlamışlar. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və ona dəymiş maddi ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə onun çağırışı ilə qonşuluqda yaşayan və Göyçay rayon Baytarlıq İdarəsində baytar həkim vəzifəsində çalışan Təqsirləndirilən şəxs həyətdə saxladığı mal-qaranı müayinə etmək üçün onun yaşadığı evə gəlmiş, həmin vaxt oğlu Səməd də evdə idi. Səməd işsiz olduğuna görə söhbət əsnasında o, Şəmistandan xahiş etmişdir ki, çalışdığı Baytarlıq İdarəsində oğlu Səmədə də bir iş tapсын, bu iş üçün çox olsa da, bir qədər pul da tapıb verə biləcəyini demişdir. Şəmistan da çalışdığı baytarlıq idarəsində baytar köməkçisinə ehtiyac olduğunu və Səmədi həmin vəzifəyə işə düzəltdirə biləcəyini bildirmişdir. O və oğlu Səməd bu barədə maraqlandıqda Şəmistan Bakı şəhər Baytarlıq İdarəsində yüksək vəzifədə çalışan Bayandur adlı şəxsin vasitəsi ilə 1000 manat pul müqabilində Səmədi həmin vəzifəyə təyin etdirə biləcəyini, əgər alınsa Səmədin ən geci bir ay ərzində işə başlayacağını və maaş kartı verilməklə ayda 340 manat əmək haqqı alacağını bildirmişdir. Həmin təklif çox yaxşı olduğuna görə tərəddüt etməmişlər. Lakin, o, Şəmistana oğlu Səmədin diplomunun olmadığını bildirdikdə Şəmistan qeyd edilən vəzifə üçün diplom tələb olunmadığını bildirmişdir. Söhbətləri baş tutduğuna görə o elə evindəcə Şəmistana oğlu Səmədin yanında qeyd edilən işin həlli ilə bağlı 500 manat pul vermiş və Şəmistan onları arxayın salıb getmişdir. Razılaşmaya əsasən qalan 500 manatı da ən geci bir həftə ərzində verməli idi. xx.xx.2023-cü il tarixdə Şəmistan yenə onun evinə gəlmiş və Səmədin yanında ondan 500 manatı həmin işin həlli üçün götürüb getmişdir. Bir müddət sonra özü və oğlu Səməd işin nə yerdə qaldığını öyrənmək üçün Şəmistanla əlaqə saxlamış, lakin, Şəmistan щяр dəfə müxtəlif bəhanələr gətirmiş, bir dəfə mobil nömrəsinə zəng çatmamış və artıq onlar bu işin alınan məsələ olmadığını, Şəmistanın onları aldatdığını başa düşmüş və bu barədə polisə şikayət etmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər aradan qaldırılmış, ona qarşı tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmək və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ona olan etibarından sui istifadə etməklə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi ilə xüsusi təhlükəli yoluxucu xəstəliklərin profilaktikası üzrə 0327 nömrəli müqavilə əsasında Göyçay rayonu üzrə özəl baytar həkimi işləməklə öz qulluq mövqeyindən istifadə edərək əvəzsiz və qanunsuz olaraq özgə əmlakını ələ keçirmək niyyəti ilə həmkəndlisi Zərərçəkmiş şəxs oğlu Şahid Azərbaycan Respublikasının Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Göyçay rayon İdarəsinə baytar köməkçisi vəzifəsinə təyin etdirəcəyini yalan vəd verib vədinə əməl etmək niyyətində olmayaraq adlatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs inandıraraq görməyi vəd etdiyi işin müqabilində xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 500 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs 1000 (bir min) manat pulunu Göyçay rayonu, Qaraxıdır kəndində yerləşən fərdi yaşayış evində vahid niyyətlə hissə-hissə ələ keçirib aldığı pulun qarşılığında verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək dələduzluq etmiş, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsinin tərkibini yaradır. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş “Kapital Bank” ASN-nə məxsus 04 iyul 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu maddi ziyanın, yəni 1000 manatın 25 faizi miqdarında – 250 manat dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq, məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəmiş, onunla barışıq əldə etmiş və cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş, zərərçəkmiş şəxs isə məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın ödənilməsini və heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və ona dəymiş maddi ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə barəsində cinayət təqibinə xitam verilsin və cinayət məsuliyyətindən azad olunsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-57/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-57/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver