Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 1(046)-57/2024 20.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ saat 15:00-da Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Göyçay rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göyçay şəhəri, Natəvan küçəsi, dalan 4, ev 8-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai araşdırma aparan orqan tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə o,xx.xx.2024-cü il tarixdə saat 23 radələrində ictimai yer hesab edilən və vətəndaşların sıx toplaşdığı yer olan Göyçay şəhəri, Natəvan küçəsində yerləşən Avtovağzal ilə üzbəüz olan yeməkxanada sərxoş vəziyyətdə onunla eyni masada spirtli içki qəbul edən Zərərçəkmiş şəxs keçmiş məhbus həyatından söhbət etməsinin xoşuna gəlmədiyini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs kafedə işləyən Şahid1 yanında söyüb-təhqir edərək kafedən qovmuş, bir neçə dəqiqə sonra özünə içmək üçün şüşə butulka pivəsi alıb həmin yerə qayıdan Zərərçəkmiş şəxs görüb “əlindəki şüşə pivəsi ilə məni vurmağa gəlmisən ayə” ifadəsini işlədərək öz qərəzli hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs ünvanına bir daha nalayiq ifadələr işlədərək heç bir əsas olmadan sonuncunu 2 dəfə yumruqla baş nahiyyəsindən vurmuş, həmin vaxt kafenin sahibi Nağı adlı şəxs onları aralaşdıraraq Zərərçəkmiş şəxs vurmasına əngəl yaradıb oradan uzaqlaşdırmış, buna baxmayaraq o sakitləşməyərək Zərərçəkmiş şəxs arxasınca gedərək sonuncuya yaxınlaşıb öz qərəzli hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək heç bir əsas olmadan yenidən onu bir dəfə yumruqla baş nahiyyəsindən vurmuş, həmin vaxt sonuncu da heç bir əsaslı səbəb olmadan qərəzli xuliqanlıq hərəkətləri edərək əlindəki şüşə pivə butulkasını onun baş nahiyyəsinə bir dəfə vurmuş, həmin vaxt o, öz qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib sonuncuya təpik atmaq istədikdə şüşə pivə butulkasının sınmış hissəsi onun sol ayağını kəsmiş, bundan sonra o daha da kəskin və aqressiv halda insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərini davam etməklə, küçədə səs-küy salıb Zərərçəkmiş şəxs əlindəki şüşə pivəsinin sınmış hissəsini alıb sonuncunun sol boyun nahiyyəsindən vurub əlləri ilə əynindəki köynəyindən tutub yerə yıxaraq asfalt örtüyün üzərində 5-6 dəqiqə ərzində yumruq və təpiklə döyüb fiziki güc tətbiq edərək Zərərçəkmiş şəxs boynun sol yan orta şöbəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası ilə nəticələnən qəsdən sağlamlığına yüngül xəsarət və başın sağ alın və sol göz yuvası altı nahiyyələrində qançırlar, hər iki dirsək-hər iki saidin yuxarı 1/3nin arxa səthlərində sıyrıqlardan ibarət sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham üzrə təqsirli bilmədi, ifadə verərək göstərdi ki, 29 aprel 2024-cü il tarixdə gecə saat 23 radələrində Göyçay şəhər avtovağzalın qarşısında yerləşən Nağı adlı şəxsin kafesinə gəlmiş, siqareti qurtardığı üçün Nağının yanına gəlib gecə çəkmək üçün 1-2 ədəd siqaret almaq istəmişdir. Həmin vaxt kafedə masaların birində tanışı Zərərçəkmiş şəxs əyləşib spirtli içki olan pivə içirmiş, o da oraya gəldikdən sonra kafenin sahibi Nağı adlı şəxs çay dəmlədikdən sonra Nağı ilə eyni masada əyləşib çay içmişdir. Bu zaman başqa masada əyləşən tanışı Elçin ona pivə içməyi təklif etdikdə, o da Elçinə pivə içən olmadığını demiş, həmin vaxt Elçin ona spirtli içki olan araq içməyi təklif etdikdə, Elçinə pulunun olmadığını bildirmiş, həmin vaxt Elçin kafeni işlədən Nağı adlı şəxsə 1 manat pul verərək ona 1 stəkan araq verməsini xahiş etmişdir. Bundan sonra Nağı ona 1 stəkan araq süzüb qarşısına gətirmiş, o da həmin arağı içmişdir. Daha sonra Elçin ona yenidən 1 stəkan da əlavə araq sifariş etmiş, Nağı adlı şəxs ona 2-ci stəkan arağı gətirdikdə Elçin türmə həyatından danışa-danışa onun əyləşdiyi masaya keçmiş, həmin vaxt 2ci stəkan arağı içdikdən sonra Elçinin sərxoş halda türmə həyatından danışıqları ona xoş olmamış,ona görə də masadan qalxıb kafenin içindən çölə çıxaraq çöldəki başqa masada əyləşmişdir. Təxminən 3-5 dəqiqə sonra Elçin də kafenin içərisindən çölə çıxaraq əlindəki pivəsi ilə birlikdə gəlib onun əyləşdiyi masada oturmuş, həmin vaxt Elçin yenə də türmə həyatından danışdıqda o da Elçinə əsəbiləşərək danışıqlarının ona xoş olmadığını deyib Elçinə öz iradını bildirmiş, bundan sonra Elçin də ona əsəbiləşərək masadan durub getməsini bildirmiş, həmin vaxt o da Elçinə onun oturduğu masaya əyləşdiyini və özünün onun oturduğu masadan durub getməsini bildirmiş, hətta onun pivəsini və günəbaxan tumlarını öz masasından götürüb digər masaya qoyub onu digər masaya keçirmişdir. Bundan sonra Elçin ondan aralaşaraq kafedən çıxmış, təxminən 5 dəqiqə sonra Zərərçəkmiş şəxs əlində şüşə pivə butulkası ilə kafeyə geri qayıtmış, kafenin giriş hissəsində Elçinlə qarşılaşmış, belə ki, həmin vaxt o artıq yaşadığı evə getmək üçün masadan qalxmışdır. Orada Elçinlə rastlaşan zaman Elçin nə üçün onunla bu cür rəftar etməsini soruşduqda o bir daha Elçinə əsəbiləşərək danışdıqlarının ona maraqlı olmadığını bildirmiş, həmin vaxt kafeni işlədən Nağı adlı şəxs araya girib onun əlindəki pivə şüşəsini alıb kafedən çıxarmaq istəmiş, Elçin gedəcəyini dedikdə Nağı onun pivəsini qaytarmışdır. Həmin vaxt o Elçinin əlində pivə şüşəsi ilə geri qayıdıb onunla mübahisə etməsini görüb əlindəki pivə şüşəsini «məni vurmaq üçün almısan?» sualını vermiş, həmin vaxt Elçin həddindən artıq kefli olduğundan öz danışdıqlarının haqlı olmasını deyib onunla mübahisə etmişdir.Mübahisəni eşidən Nağı Elçini küçəyə çıxardaraq uzaqlaşdıranda Elçinin onun ünvanına nalayiq ifadələr işlətmişdir.Kafedən çıxıb gedəndə Elçini yolun kənarında dayanmasını görmüş,Elçinə çatıb yol kənarında səkinin üzərində dayanıb söhbət edən zaman Elçin bir daha onun ünvanına nalayiq ifadələr işlətdikdə əsəbiləşərək bir dəfə yumruqla Elçinin başından vurmuş, bundan sonra onların arasında mübahisə böyüməyə başlamış, üzbəüz dayanıb söhbət edərkən Elçin əlindəki pivə şüşəsini qəfildən onun başının sol tərəfindən vurmuş, həmin vaxt pivə şüşəsi onun baş nahiyyəsində sınmış, Elçinin bu hərəkətindən əsəbiləşdiyi üçün Elçinə qarşı təpik atdıqda Elçin əlində saxladığı pivə şüşəsinin sınmış tərəfi ilə onun sol ayağından bir neçə dəfə vurmuş, həmin vaxt artıq həddindən artıq əsəb keçirdiyi üçün Elçinin üzərinə gedib onun əlindəki pivə şüşəsinin sınmış hissəsini alıb onun boynunun sol tərəfindən vurmuş, həmin vaxt şüşənin sınmış tərəfi onun əlindən çıxıb yola düşmüş, ancaq o Elçinə çox əsəbi olduğundan onun üzərinə gedib paltarından yapışaraq yerə yıxmış, bundan sonra da yerdə Elçini yumruq və təpiklə döyməyə başlamışdır. Kafeni işlədən Nağı ora qaçaraq gəlmiş, Nağı onlara yaxınlaşıb onları aralaşdırmış, bundan sonra öz yaşadığı evə getmişdir.Təxminən 1 saat sonra polis əməkdaşları yaşadığı evə gəlib izahat vermək üçün onu polis şöbəsinə aparmaq istədikdə ayağından qan axdığı üçün onu Göyçay rayon Mərkəzi Xəstəxanasına aparmışdırlar. Halhazırda zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanı tam şəkildə aradan qaldırmış,ona bədən xəsarəti yetirdiyinə görə özünü təqsirli bilir.İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır, əvvəllər qonşuluqda yaşamışlar, onların arasında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmamışdır. 29 aprel 2024-cü il tarixdə axşam saatlarında yaşadığı evdə spirtli içki olan araq içib saat 23 radələrində yaşadığı evə yaxınlıqda Avtovağzal ilə üzbəüz yolun əks tərəfində kafe işlədən Nağı adlı şəxsin kafesinə pivə içmək üçün getmiş, oraya getdikdə kafedə Nağı özü tək olmuş, artıq kafedəki şəxslər getmiş, o da masaların birində əyləşib 1 bakal pivə sifariş etmişdir. Masada əyləşib 1 bakal və daha sonra 1 bakal da olmaqla 2 bakal spirtli içki olan pivə qəbul etmiş, bir neçə dəqiqə sonra tanışı Hafis adlı şəxs kafeyə daxil olmuş, Hafis kafeyə daxil olduqdan sonra kafenin sahibi Nağı adlı şəxsə pulu olmadığını deyib, ondan spirtli içki olan araq istəmişdir. Nağı ona pulu olmadığı üçün araq verməmiş, buna baxmayaraq o, Nağıya 1 manat pul verərək Hafisə 1 çappa (stəkan) araq verməsini xahiş etmiş, bundan sonra Nağı da Hafisə bir stəkan araq vermiş, yanaşı masalarda əyləşib spirtli içki qəbul edə-edə söhbət etmişlər. Bir qədər sonra Hafisin oturduğu masaya tərəf gedib onun masasında əyləşmiş, həmin vaxt əvvəllər türmə həyatı yaşadığı üçün bu barədə söhbət etdikdə, Hafis ona sərxoş olduğunu və oradan çıxıb getməsini bildirmiş, ancaq həmin vaxt kafedən getmək istəmədiyini Hafisə dedikdə Hafis ona əsəbiləşərək kobud ifadələr işlədərək onun masasında durub getməsini istəmişdir. Hafisə bir daha getmək istəmədiyini dedikdə Hafis ayağa qalxıb onu vurmaq istədikdə kafeni işlədən Nağı adlı şəxs aralarına girərək Hafisi onu vurmasına mane olmuş, həmin vaxt Hafisin onun üstünə gəldiyi üçün aralarında davadalaş olmaması üçün Nağı onu kafedən çölə çıxarıb oradan uzaqlaşdırmış, bundan sonra Hafisin onu orada pivə içməyinə imkan vermədiyi üçün yenə pivə içmək istədiyindən yaxınlıqda olan “Qardaşlar” mağazasına gedib 1 şüşə xırdalan pivəsi almış, mağazadan 1 şüşə pivə alıb yaşadığı evə getmək istəsə də, Hafislə münasibətlərə aydınlıq gətirmək üçün yenidən həmin yerə qayıtmışdır. Oraya çatdıqdan sonra Hafisə nə üçün onu kafedən qovduğunu soruşduqda, Nağı onların mübahisə edəcəklərini düşünərək onun qarşısına gəlib pivə şüşəsini əlindən almışdır. Bu zaman Hafis ona “məni vurmağa gəlmisən ayə” ifadəsini işlətmiş,Hafis yumruq və şillə ilə bir neçə dəfə baş nahiyyəsindan vurmuş, bu zaman Nağı onu kafenin giriş hissəsindən bir qədər kənara tərəf uzaqlaşdırmışdır.Yolun kənarında dayanan vaxtı Hafis ona yaxınlaşmış,onunla söhbət edən vaxtı Hafisin onu bir neçə dəfə vurmasına dözə bilməyib əlindəki dolu vəziyyətdə Xırdalan şüşə qabını Hafisin başına vurmuş, həmin vaxt pivə şüşəsi sınaraq tutacaq yeri onun əlində qalmış, Hafis bir neçə dəfə təpik atdıqda Hafisi qorxutmaq üçün pivə şüşəsinin sınmış tərəfini Hafisə atmış, həmin vaxt pivə şüşəsinin sınmış tərəfi Hafisin ayağına girmiş, buna baxmayaraq Hafis ondan əl çəkməyərək üzərinə hücum edib əlindəki pivə şüşəsinin qabını alıb onun boynunun sol nahiyyəsindən soxmuş, bu zaman şüşənin qırılmış hissəsi Hafisin əlindən yerə düşsə də, Hafis ondan əl çəkməyərək onu yumruq və təpiklə vuraraq paltarından yapışıb asfalt örtüyə yıxmışdır. Hafis onu yerə yıxdıqdan sonra ucadan nalayiq ifadələrlə təhqir edərək yerdə yumruqla başına və bədəninin müxtəlif yerlərinə vurmağa başlamışdır. Sonra kafedə işləyən Nağı onlara tərəf qaçaraq Hafisi ondan aralaşdırmış, bundan sonra o yerdən ayağa qalxıb DİN-in 102 xidmətinə şikayət etmişdir.Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 göstərdi ki, Göyçay rayon sakinləri Hafis və Elçin adlı şəxsləri tanıyır, onlarla arasında hər zaman normal münasibəti olmuşdur. 29 aprel 2024-cü il tarixdə axşam saatlarında Elçin adlı şəxs kafeyə gələrək masada əyləşib bir bakal pivə sifariş edib pivə içmiş, həmin vaxt oraya Hafis adlı tanışı da gəlmiş, Hafis və Elçin hər ikisi bir-biri ilə görüşüb salamlaşmışlar, Hafis içəri daxil olub Elçinlə salamlaşdıqdan sonra Elçin onu yanına çağırıb 1 manat pul verərək Hafisə 100 qram spirtli içki olan araq verməsini bildirmiş, Hafis də içəridə başqa masada əyləşib 100 qram spirtli içki olan arağı içmişdir. Bir qədər sonra onların arasında nəsə söz- söhbət yaranmasını hiss etmiş, hətta həmin vaxt Elçinin Hafisə “bilsəydim sənə araq almazdım” ifadəsini işlətməsini eşitmiş, həmin vaxt Hafis ondan xahiş edərək üzərində pulu olmadığını və 1 manat ona borc verməsini xahiş etmiş, o da Hafisə 1 manat verdikdən sonra o da, Elçinin ona 1 manatlıq aldığı arağın pulunu qaytarmışdır. Bu zaman onların arasında yaranmış söz mübahisəsinin böyüməməsi üçün Elçini kafedən çıxarıb oradan uzaqlaşdırmış. Elçin də çıxıb getmişdir. Həmin vaxt kafedə onlardan başqa heç kimi olmamışdır.Təxminən 10 dəqiqə sonra Elçinin əlində pivə şüşəsi ilə geri qayıtmasını görüb onların mübahisə edəcəyini düşünərək Elçinin qarşısına keçib onun kafedən çıxıb getməsini deyib əlindəki dolu Xırdalan pivə şüşəsini Elçinin əlindən almış, həmin vaxt Elçin ondan pivəsini istəyərək gedəcəyini demiş,bu zaman Hafis onlara yaxınlaşıb Elçinin başından əli ilə vurmuş,onların arasına girib onları aralaşdırmışdır.Pivə şüşəsini qaytarıb Elçini kafedən uzaqlaşdırmışdır.Bundan sonra Hafis də kafedən çıxmış,küçədə Elçinlə normal söhbət etdiklərini görüb kafeyə qayıdıb kafeni bağlamaq istəmişdir.Lakin təxminən 3-5 dəqiqə sonra çöldən “Elçinin Hafis əmi məni vurma” səslərini eşidib çölə qaçmış, həmin vaxt Hafisin Elçini döyməsini görüb onlara yaxınlaşaraq aralaşdırmış, bundan sonra Hafisi yaşadıqları evə tərəf aparıb geri qayıtmışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 göstərdi ki, özünə məxsus “Mercedes Benz C180” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay-Bakı və əks istiqamətdə taksi kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımır, həmin şəxslərlə arasında heç bir ədavət və ya düşmənçilik yoxdur. Tam olaraq xatırlamadığı üçün dəqiq yadında deyil hadisə olan zaman bəlkə həmin yerdən maşınla keçərək dava edən insanları görmüşdür. O dava olan zamanı maşından düşməmiş nədəki onlara yaxınlaşaraq onları aralaşdırmaq üçün də getməmiş,onlara heç nə deməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qisimində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, özünə məxsus “Mercedes Benz C180” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göyçay-Bakı və əks istiqamətdə taksi kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımır, həmin şəxslərlə arasında heç bir ədavət və ya düşmənçilik yoxdur. 29 aprel 2024- cü il tarixdə saat 23 radələrində Bakı şəhərinə getmək üçün yaşadığı Göyçay rayonu Birinci Ərəbcəbrli kəndində çıxaraq idarə etdiyim avtomobil ilə üzü Göyçay rayon polis şöbəsi istiqamətində Göyçay şəhəri Natəvan küçəsində hərəkət edirmiş, Göyçay rayon avtovağzalının qarşısına çatdıqda avtomobilinin sürətini azaldaraq Bakı şəhərinə getmək istəyən şəxs və şəxslərin olub-olmamasına baxmış, lakin Avtovağzalın qarşısında heç kim olmadığı üçün hərəkətini davam etdirmiş, bu zaman qarşıda Göyçay-Ucar yoluna çatmamış, “avtovağzal dairəsi” deyilən dairənin yaxınlığında onun hərəkəti istiqamətində yolun sağ tərəfindən ağ rəngli köynək geyinmiş orta yaşlı bir şəxsin yolun asfalt hissəsində nisbətən gənc yaşlı qırmızı köynək geyinmiş şəxsi yerə yıxaraq döyməsini görmüş, buna görə də avtomobilini həmin şəxslərin yaxınlığında yolun hərəkət hissəsində saxlayaraq avtomobilinin pəncərəsini açmış və aralaşmalarını söyləmiş, lakin həmin şəxslər ona fikir vermədən öz hərəkətlərini davam etdirərək dava-dalaş etmişlər, o da həmin şəxslərin ona xəsarət yetirmələrindən qorxduğu üçün avtomobilini sürərək oradan uzaqlaşıb getmiş, həmin vaxt avtomobildə tək olmuş, həmin şəxslərin kim olmaları və nə üçün dava-dalaş etmələrini görməmişdir. Şahid2 məhkəməyə teleqram ilə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasında Hafiz Məmmədovun təqsirləndirilməsi ilə bağlı məhkəmə zamanı ifadə verərkən həyəcanlı olduğunu və hadisə ilə bağlı məlumatları tam vermədiyini sonradan xatırlamışdır. İbtidai istintaqda verdiyi ifadəni əsas götürülməsini, həmin ifadənin özünün verdiyini və tam düzgün hadisəni izah etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki,cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı zamanı Şahid2 bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi daha mötəbər ifadə kimi qiymətləndirilməli və həmin sübut digər sübutlarla birlikdə tədqiq edilməlidir. Cinayət işi materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli 158 nömrəli tibbi müayinə protokolundan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs orta dərəcəli sərxoşluq halında olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 xx.xx.2024-cü il tarixli 262 nömrəli rəyindən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xarətlər- sol budun orta 1/3-nin ön hissəsində yumşaq toxumanın deşilmiş- kəsilmiş yarası iyi kənara malil kəsici əşyanın (ola bilsin sınmış şüşə parçasının) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlirlər və dərəcəsinə görə səhhətin qısa müddət pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Başın sol ənsə nahiyəsində yumşaq toxumanın bir qədər şişkinliyi küt- bərk əşyanın (əşyaların təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdən uyğun gəlirlər və sağlamlığa Zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 xx.xx.2024-cü il tarixli 267 nömrəli rəyindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xarətlər- boynun sol yan orta şöbəsində yumşaq toxumanın əzilmişcırılmış yarası küt- bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlirlər və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngün zərər vurmaya aiddir. Başın sağ alın və sol göz yuvası altı nahiyələrində qançırla, hər iki dirsək- hər iki saidin yuxarı 1/3-nin arxa səhtlərində sıyrıqlar küt- bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlirlər və sağlamlığa Zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 09 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 may 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 19.00-da MSY-dən azad edilmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında dava-dalaşı əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, Zərərçəkmiş şəxs Göyçay şəhəri «Avtovağzal dairəsi» deyilən yeri keçərək üzü Göyçay rayon avtovağzal istiqamətində hərəkət edir.Zərərçəkmiş şəxs əlində şüşə butulka var. Kafenin girişində Zərərçəkmiş şəxs qarşısını Şahid1 kəsir,onunla söhbət edir,bu vaxt onlara Təqsirləndirilən şəxs yaxınlaşır və əli ilə Zərərçəkmiş şəxs vurur.Şahid1 onları aralaşdırır,Zərərçəkmiş şəxs əlində olan şüşə butulkanı ondan alır ,bir qədər söhbət etdikdən sonra Şahid1 və Zərərçəkmiş şəxs kafenin qarşısından Uçar-Göyçay avtomobil yolu istiqamətində hərəkət edirlər,Şahid1 aldığı şüşə butulkanı Zərərçəkmiş şəxs qaytarır,bu zaman kafedən çıxan Təqsirləndirilən şəxs onlara tərəf gəlir,Zərərçəkmiş şəxsla söhbət edərək hərəkət edirlər.Şahid1 kafeyə qayıdır.Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs səkinin üzərində dayanaraq söhbət edirlər.Onların yanından bir nəfər əlində çanta ilə keçir,avtomobil yolu ilə avtomobillər hərəkət edir,dairəyə daxil olan avtomobillər sağ tərəfdən hərəkət edən avtomobilləri gözləyərək yollarına davam edirlər.Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla söhbət etdikləri vaxtı Təqsirləndirilən şəxs bir dəfə əli ilə Zərərçəkmiş şəxs vurur,Zərərçəkmiş şəxs zərbənin təsirindən bir qədər geriyə doğru hərəkət edir,daha sonra Zərərçəkmiş şəxs əlində olan şüşə butulka ilə Təqsirləndirilən şəxs baş nahiyəsindən vurur,zərbənin təsirindən şüşə butulka sınır,şüşə butulkanın sınmış hissəsi Zərərçəkmiş şəxs əlində qalır,aralarında əlbəyaxa dava başlayır,Təqsirləndirilən şəxs bir neçə təpiklə Zərərçəkmiş şəxs vurur,əlbəyaxa dava zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlində olan şüşə sınığını alır,daha sonra onlar hər ikisi dava edərək yolun hərəkət hissəsinə çıxır.Avtomobillər öz hərəkətlərinə davam edirlər.Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yerə yıxdıqda avtomobil yolu ilə hərəkət edən ağ rəngli avtomobil dayanır,3-4 saniyədən sonra hərəkətinə davam edir.Təqsirləndirilən şəxs yerdə olan Zərərçəkmiş şəxs əlləri ilə bir neç dəfə vurur.Kənarda dayanmış üzərində taksi lövhəsi olan avtomobilin yanında olan əlində çanta olan bir nəfər və iki nəfər digər şəxslər onlara baxır,Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aralandıqdan sonra Zərərçəkmiş şəxs ayağa qalxır,bu vaxt Şahid1 onlara yaxınlaşıb onları aralaşdırır,Təqsirləndirilən şəxs və Şahid1 üzü Avtovağzal istiqamətdə hərəkət edirlər,Zərərçəkmiş şəxs isə əks istiqamətdə hərəkət edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon müddəalar hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini, həmin şəxslərin bunun üçün hüquq mühafizə orqanlarına və ya məhkəmələrə müraciət edə bilmələrini, bu müraciətlər əsasında cinayət əməlləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməlirini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barələrində cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsinin mənasına görə, şəxsin bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi, yəni əməlin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə qərəzli xuliqanlıq kimi qiymətləndirilməsi üçün birinci növbədə onun CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməsi müəyyən edilməlidir. Belə ki, xuliqanlıq cinayətinin tərkib əlamətləri nəzərdə tutulmuş CM-nin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud surətdə pozulması; -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, xuliqanlığın əsas tərkibini təsbit edən CM-nin 221.1-ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 17 fevral 2006-cı il tarixli və 20 may 2011-ci il tarixli Qərarlarından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004- cü il tarixli Qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının,birgə yaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə aşıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli Qərarının 1-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Bu Qərarın 2 və 3-cü bəndlərində məhkəmələrə izah edilmişdir ki, CM-nin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmçinin təhlil edilən qərarın 9-cu bəndində qeyd olunmuşdur ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 30-cu bəndində qeyd edilir ki, CM-nin müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CMnin 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Hazırki iş üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların müqayisəli təhlili göstərir ki, baş vermiş münaqişənin kökündə,bir-birilərini tanıyan Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs ilə kafedə bir masada oturub ona xoş olmayan mövzu barədə söhbət aparmasından imtina etməsi, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin onunla söhbət etməsinə təkidi nəticəsində yaranmış mübahisə olmuşdur. Məhz bu səbəbdən yaranmış mübahisə,yəni zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində yaranmış mübahisə sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla baş nahiyyəsindən vurmasına,sonradan isə yolun kənarında söhbət etdikləri zamanı Zərərçəkmiş şəxs əlində olan şüşə butulkanı Təqsirləndirilən şəxs baş nahiyyəsinə vurması,cavab olaraq isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlində olan sınmış butulka hissəsini alaraq zərərçəkmiş şəxsin boyun hissəsindən vurub,sonradan isə onu yerə yıxaraq əlləri ilə bədəninin müxtəlif hissələrinə vuraraq sağlamlığına yüngül xəsarət yetirməklə nəticələnmişdir.İş üzrə tədqiq edilmiş sübutlardan cinayət hadisəsinin baş verdiyi zamanı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizliyi ifadə edən hərəkətlərin edilməsi müəyyən olunmamışdır. Belə ki,cinayət hadisəsinin ictimai yer hesab edilən Göyçay şəhəri Natəvan küçəsində olmasına baxmayaraq ictimai qaydanın kobud surətdə pozulmasını, cəmiyyətə açıqca hörmətsizliyi ifadə edən hərəkətləri təsdiq edən sübutlar (misal üçün nəqliyyatın hərəkətinin məhdudlaşdırılması,həmin küçədə yerləşən obyektlərin normal iş fəaliyyətinin pozulması, hadisə yerinə insanların toplaşması,onların rahatlığı və dincliyinin pozulması və s. ) ibtidai araşdırma aparan orqan tərəfindən təqdim edilməmişdir.Belə olan halda isə məhkəmə hesab edir ki, cinayətkar hərəkətlərini törədərkən təqsirləndirilən şəxsin qəsdi birbaşa ictimai qaydanın pozulmasına,cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməmiş,yəni təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibinin yaranmasını şərtləndirən subyektiv cəhətin zəruri elementləri müəyyən edilməmişdir.Hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına dəlalət edən ( o cümlədən bu pozuntunun nədə ifadə olduğunu göstərən) konkret faktlar məhkəmədə müəyyən edilməmişdir. İttihamda Təqsirləndirilən şəxs istinad edilən cinayəti yaradan hallar kimi müstəsna olaraq təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı törətdikləri hərəkətlər təsvir edilmiş və xuliqanlıq cinayətinə aid əlamətlər sadalanmışdır.İttiham tərəfinin istinad etdiyi hadisə yerində olmuş Şahid1 ifadəsi cinayətin törədildiyi yerdə ictimai qaydanın kobud şəkildə pozulması haqqında nəticə çıxarmaq üçün kifayət edə biləcək məlumatları əks etdirmir.Digər Şahid2 hadisə yerində dava-dalaşın görməsini göstərmiş,hadisə yerini əks etdirən videogörüntüyə baxış keçirərkən isə ictimai qaydanın kobud surətdə pozulması ,yəni avtomobillərin hərəkətinin məhdudlaşdırılması,küçədə olan obyektlərin normal iş fəaliyyətinin pozulması,insanların orada toplaşması və s.müəyyən olunmur .Məhkəmə hesab edir ki,ittiham tərəfinin təqdim etdiyi sübutlar mötəbərliklə yalnız təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurması haqqında nəticənin çıxarması üçün kifayət edir və cinayət-prosessual qanunun təsvir edilən,eləcə də ittihamın sübut olunmasında yaranan,aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təsvir edilməsini tələb edən CPM-in 145.3-cü maddəsi ilə uzlaşan yanaşma kimi qiymətləndirilməməlidir.Bundan əlavə ,yuxarıda göstərildiyi kimi ,Ali Məhkəmənin müvafiq Plenum qərarında və uzun müddətdir formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən də müəyyən olunur ki,şəxsi ədavət zəminində yaranan,o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn,ailədə,mənzildə,qohumlara və ya tanışlara qarşı təhqir,döymə,yüngül və ya az ağır bədən xəsarəti yetirmə,əmlakı dağıtma və sair bu kimi hərəkətlər,ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa,xuliqanlıq kimi qiymətləndirilməməlidir.Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə ,yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Beləliklə yuxarıda göstərilmiş hüquqi əsaslandırmaya istinad edərək məhkəmə belə nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayəti istisna olunduğundan ona ittiham olunmuş CM-in 221.3-cü maddəsi həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 127.1, 128-ci, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışması, ona dəymiş zərərin ödənilməsi,ondan şikayət və tələbinin olmaması barədə ərizə ,təqsirləndirilən şəxs də zərərçəkmiş şəxslə barışmasını və iş üzrə icraata xitam verilməsi barədə ərizələr vermişlər. Belə olan halda məhkəmə hesab edir ki , Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci-ci maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir,barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirləri ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 347,356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilsin. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməklə o cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №1(046)-57/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №1(046)-57/2024
20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver