Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-58/2022 02.09.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə, xx.xx.1996-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, subay, Göyçay rayon Ulaşlı-Şıxlı kəndində qeydiyyatda olmaqla həmin kəndə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Göyçay şəhər Nəsimi küçəsi ev 17-də yaşayan Zərərçəkmiş şəxs məxsus Göyçay şəhəri, Ə.Kərim küçəsində yerləşən “Bənövşə” geyim mağazasının qarşısında dayanmış “Vaz 2106” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili, orta dərəcəli sərxoş vəziyyətdə, avtomobilin sahibindən icazə almadan, avtomobilin mühərrikinin işə salınması yolu ilə, yaşadığı Göyçay rayon Ulaşlı-Şıxlı kəndinə getmək üçün talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırmış, həmin avtomobillə Göyçay-Ucar yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək, Göyçay rayon Potu kəndi ərazisində yerləşən su kanalına aşırmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Göyçay şəhəri ərazisində yerləşən “VİP” çay evinə gəlmiş, orada 4 bakal pivə içdikdən sonra oradan çıxmışdır. Həmin çay evindən çıxdıqdan sonra “Seyidlər” marketin qarşısında tanışı Elnur Şıxalıyevi görmüş, Elnurla görüşdükdən sonra ona birlikdə yeyibiçməyi təklif etmiş, Elnur onunla razılaşmışdır. Onlar birlikdə marketdən araq və yeyəcək qidalar aldıqdan sonra Elnurun icarə əsasında işlətdiyi “Peykanlı” çay evinə gəlmişlər. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Elnurla sağollaşaraq həmin çay evindən çıxıb piyada “Seyidlər” marketin qarşısına gəlmişdir. “Seyidlər” marketdən təxminən 20-25 metr keçdikdən sonra orada yerləşən “Bənövşə” geyim mağazasının yanında yolun kənarında Vaz 2106 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görüb ona yaxınlaşmışdır. Sürücü tərəfdən avtomobilin qapısına əlini vurarkən avtomobilin qapısının açıq olduğunu görüb qapını açıb avtomobilə əyləşmişdir. Avtomobilə əyləşdikdən sonra avtomobilin açarlarının üzərində olduğunu görüb avtomobili işə salıb avtomobilin saxlanıldığı istiqamətdə yəni irəliyə Göyçay şəhər avtovağzal isitiqamətinə sürüb oradan uzaqlaşmışdır. Göyçay şəhəri, Ə.Kərim küçəsində yolun soluna dönərək bir az ara küçələrdə avtomobili sürdükdən sonra yaşadığı Göyçay rayon Ulaşlı-Şıxlı kəndi istiqamətinə hərəkət etmişdir. Sərxoş olduğu üçün avtomobili necə idarə etdiyii bilmədiyini, Göyçay rayon Potu kənd ərazisində yerləşən qəbirstanlığına çatarkən yoldan sağ istiqamətə dönmək istəmişdir. Lakin həmin zaman idarəetməni itirmiş və avtomobil orada olan Ziyarətgahın qarşısındakı su arxına düşmüşdür. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, xx.xx.2022ci il tarixdə saat 20 radələrində ona məxsus “VAZ” 2106 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvandan çıxaraq dostları ilə çay içməyə getmişdir. Göyçay şəhəri, Ə,Kərim küçəsində yerləşən “Bənövşə” paltar geyim mağazasının qarşısında avtomobilini saxlayaraq “Valehin çayçısı” deyilən yerdə dostları X2 və Rauf Orucovla birlikdə orada çay içən zaman digər dostu Şahid2 ona zəng edərək hara getdiyini soruşduqda ona cavab olaraq çayçıda onu gözlədiyini bildirmişdir. Həmid isə cavab olaraq ona onun avtomobilinin yanında olduğunu və avtomobili başqa şəxsin sürərək apardığını bildirmişdir. Dərhal çayçıdan çıxaraq avtomobilini saxladığı yerə gəlmiş, avtomobilinin həmin yerdə olmadığını görmüşdür. Daha sonra bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlum hadisə barədə məlumat vermişdir. DlN-in 102 xidmətinə zəng etdikdən təxminən bir saat sonra Göyçay RPŞ-nin əməkdaşları ona məxsus VAZ” 2106 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin Göyçay rayon Potu kəndi ərazisində “Mir Cəlal ağanın” qəbri adlanan yerin yaxınlığında su arxının içərisinə aşmış vəziyyətdə tapıldığını ona bildirmişlər. Sonradan ona məxsus avtomobili qaçıran şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Buna görə də onun barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 21 radələrində Göyçay şəhər Ə.Kərim küçəsində ”Nar” şadlıq sarayının arxasında yerləşən çayxanaya gedərkən, Göyçay şəhər avtovağzal istiqamətindən gələrək avtomobilini çayxanadan təxminən 100 metr aralıda yolun kənarında saxlayıb avtomobildən düşərkən Zərərçəkmiş şəxs məxsus Vaz 2106 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin əks tərəfdə yolun kənarında dayandığını görmüşdür. Həmin vaxt öz avtomobilindən düşərkən Zərərçəkmiş şəxs avtomobilinin Göyçay rayon avtovağzal istiqamətinə getdiyini görmüşdür. Avtomobili Nicatın sürdüyünü düşünərək onun mobil telefonuna zəng edərək ondan hara getdiyini soruşmuşdur. Nicat isə cavaba olaraq çayxanada olduğunu və onun yanına gəlməsini bildirmişdir. Nicatdan onun avtomobilini kimin idarə etdiyini soruşduqda, avtomobili yolun kənarında saxladığını idarə etmək üçün heç kimə vermədiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş X1 Şəhadətnaməsinin surətindən görünür ki, Vaz 2106 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs adına qeydiyyata alınmışdır. Cinayət işinə əlavə edilmiş Volqa MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus Vaz 2106 markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilə 2144 manat maddi ziyan vurulmuşdur. Cinayət işinə əlavə edilmiş Göyçay rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsindən alınmış xx.xx.2022-ci il tarixli 1489 saylı məktubdan görünür ki, xx.xx.1996-ci il təvəllüdlü Təqsirləndirilən şəxs oğli psixiatrik kabinetdə və narkoloji kabinetdə qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Göyçay şəhər Nəsimi küçəsi ev 17-də yaşayan Zərərçəkmiş şəxs məxsus Göyçay şəhəri, Ə.Kərim küçəsində yerləşən “Bənövşə” geyim mağazasının qarşısında dayanmış “Vaz 2106” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili, orta dərəcəli sərxoş vəziyyətdə, avtomobilin sahibindən icazə almadan, avtomobilin mühərrikinin işə salınması yolu ilə, yaşadığı Göyçay rayon Ulaşlı-Şıxlı kəndinə getmək üçün talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmaqla Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməli etiraf edərək səmimi peşman olduğunu cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halı nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəməyə təqdim edilmiş tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 gün müddət CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından cıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında hüquqlarını müdafiə etmiş Göyçay rayon vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışında hüquqlarını 08 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 08 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı 2 gün müddət CMnin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrum etmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 11 il 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə zalından həbsə alınsın, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs göstərilmiş 08 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 48 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №1(046)-58/2022
Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-58/2022
02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver