Məhkəmə qərarları › İş №1(046)-58/2024

Göyçay Rayon Məhkəməsi Hökm — İş №1(046)-58/2024

24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Göyçay rayonu İş № 1(046)-58/2024 24.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə1, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 2007-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, subay, Kəlbəcər rayonu, Qılnclı kəndində qeydiyyatda olan, Göyçay şəhəri, Ə.Kərim küçəsi ev 16, mənzil 12də yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri-əsaslandırıcı hissə: Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixdə təxminən saat 18 radələrində Göyçay şəhəri C.Məmmədquluzadə küçəsində insanların hərəkət etdiyi və toplaşdığı küçədə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozaraq öz üstünlüyünü ətrafdakılara və Zərərçəkmiş şəxs göstərmək məqsədilə aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirib, Zərərçəkmiş şəxs və ətrafdakıların mənafelərinə toxunan hərəkətlər etməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud surətdə pozan, Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edib Zərərçəkmiş şəxs ona qarşı nalayiq sözlər işlətməsini bəhanə gətirərək əsaslı səbəb olmadan qəflətən şillə ilə bir neçə dəfə Zərərçəkmiş şəxs üzündən qəsdən vurmaqla səhhətin qısa müddətə pozulmasına səbəb olan sağ göz yuvası altı-üzün sağ yanaq və sol çənə bucağı nahiyyələrinin yumşaq toxumalarının şişkinlikləri, əllədikdə az ağrı fonunda qançırla müşahidə olunan hematomalı sahələri xəsarətləri ilə nəticələnən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirib zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadə verərərək göstərdi ki, Göyçay şəhəri, 2 saylı orta məktəbin 10-cu sinfində təhsil alır. Səkinə adlı qızla dostluq münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs Səkinənin rəfiqəsi kimi tanıyır. Onlarla aralarında heç bir mübahisəsi olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində şəhərdə dostu Elcanla birlikdə olarkən Səkinə ilə qarşılaşmışdır. Həmin vaxt Səidə də Səkinənin yanında olmuşdur. Həmin vaxt Səkinə və Səbinənin arxası ilə gedərək digər küçəyə keçmək istəmişlər. Elcanla birlikdə Səkinə və Səidənin yanından keçən zaman Səidə qəfil ona “niyə arxamızca gəlirsən?” deyərək nalayiq sözlər işlətmişdir. Səidədən ona nalayiq sözlər işlətməsinin səbəbini soruşan zaman Səidə yenə də ona qarşı nalayiq ifadələr işlətmiş və ona görə də əsəbləşərək şillə ilə onun üzündən vurmuşdur. Ondan sonra yenə də Səidə ikinci dəfə ona qarşı nalayiq sözlər işlətmişdir. Bundan sonra yenə də əli ilə Səidənin üzündən vurmuşdur və Səidə isə yerə yıxılmışdır. Yanından olan tanışı Elcan onun qolundan tutaraq oradan uzaqlaşdırmışdır. Həmin günü Səidənin ondan şikayət etdiyini öyrənmişdir. Hadisə C.Məmmədquluzadə küçəsində baş vermiş, Səidəni vurmasına səbəb ona qarşı “peyser oğlu peysər” sözlər işlətməsi olmuşdur. Aralarında mübahisə zamanı orada tanışı Göyçay şəhər sakini Şahid1, Səidənin yanında isə rəfiqəsi Səkinə olmuşdur. Mübahisə təxminən 4-5 dəqiqə davam etmiş, Səidəni vuran zaman orada tanımadığı 3-4 nəfər qadın səs-küyə oraya yaxınlaşmışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 izahat verərək bildirdi ki, zərərçəkmiş şəxslə barışıq əldə edilmiş və dəymiş zərər aradan qaldırılmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Göyçay rayonu 5 nömrəli tam orta məktəbin 10-ci sinifində təhsil alır. Şahid2 onun rəfiqəsidir. Səid adlı şəxsi isə Səkinənin sevgilisi kimi tanıyır. xx.xx.2024cü il tarixdə saat 18 radələrində maqazadan yaşadığı evə qayıdan zaman rəfiqəsi Səkinə ilə rastlaşmışdır. Səkinə rəfiqəsi Əfsanənin ayağının sındığı üçün ona gedib baş çəkməyi təklif etmişdir. Həmin vaxt Səkinəyə evə gedib əlində olan yükünü evə qoyub oradan getməyini demişdir. Səkinə isə onunla razılaşaraq yaşadığı ev istiqamətinə getmişlər. Səkinə ilə yaşadığı evin qarşısına çatdıqda Səkinənin sevgilisi Səid adlı şəxsin Elcan adlı tanışı ilə onların arxası ilə gəldiyini görmüşlər. Həmin vaxt Səkinəyə demişdir ki, Səidə desin ki arxaları ilə gəlməsin. Sakinlərin Səidin onun arxası ilə gəldiyini düşünəcəklərini demişdir. Səid onun dediklərini eşidərək “məhlə almısan gəlirəm yaxşı edirəm” demişdir. Bu zaman Səidə oradan uzaqlaşmasını bildirmişdir. Həmin vaxt Səid onun üzərinə gələrək sillə ilə 1 dəfə üz nahiyəsinə zərbə endirmişdir. Səidə qardaşının onun vurduğu şillənin əvəzini ondan çıxacağını bildirən zaman isə Səid ona şillə vuran oğlanın “onun kəmərindən aşağı olduğunu” demiş və yenidən yumruqla onun üz nahiyyəsinə iki dəfə zərbə endirmişdir. Zərbələrin təsirindən isə yerə yıxılmışdır. Güclə ayağa qalxaraq Səidə onu vurduğu üçün onun və atasının ünvanına söyüşlər söymüşdür. Bundan sonra Səidin yanında olan tanışı Elcan gəlib onu aralamış və oradan aparmışdır. Səidin onu vurarkən orada Zərifə adlı qonşuları, Səkinə Adlı rəfiqəsi və Elcan adlı şəxs olmuşdur. Mübahisə təxminən 5 dəqiqə olmuşdur. Mübahisə zamanı ictimai qayda pozulmuş, səs-küyə kənardan keçən tanımadığı qadınlar toplaşmışlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə2 izahat verərək bildirdi ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələb yoxdur. Dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dostudur. Zərərçəkmiş şəxs isə Göyçay şəhər sakini kimi tanıyır. Onunla arasında ədavət və düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Səidlə Göyçay şəhəri ərazisində bayraq meydanı deyilən yerdə görüşərək parkda oturmuşlar. Səidlə bir neçə dəqiqə sonra söhbət etdikdən sonra birlikdə evə gedərək paltarını dəyişərək parka qayıtmasını təklif etmişdir. Səid onunla razılamış və bayraq meydanından ara küçə ilə keçmişlər. Keçən zaman isə Səidə ilə Səkinə adlı tanışlarını küçədə gedən görmüşlər. Səidə və Səkinəyə məhəl qoymadan onların arxası ilə öz yolları hərəkət edirmişlər. Hərəkət edən zaman Səidə arxaya çevrilərək Səidə “peysər” sözünü işlətmişdir. Bundan sonra Səid əsəbləşərək ona yaxınlaşdı və sillə ilə Səidənin üzündən vurdu. Ondan sonra Səidə yenədə Səidə qarşı “peysər” sözünü işlətdi. Səid yenə də Səidənin sözündən əsəbləşdi və iki dəfə əli ilə onun üzündən vuraraq xəsarət yetirdi. Həmin vaxtı oradan keçən 3-4 nəfər tanımadığı qadınlar səs-küyə yaxınlaşdılar. Səidə yerdə oturduğu üçün onlar Səidəyə yaxınlaşaraq kömək etdilər və polis çağırmasını dedilər. Ona görə də Səidin qolundan tutaraq oradan aparmışdır. Ondan sonra yaşadığı evə gedərək paltarını dəyişmiş və geriyə qayıtmışlar. Bir neçə gün sonra Səidənin Səiddən şikayət etdiyini öyrənmişdir. Mübahisə Göyçay şəhəri C.Məmmədquluzadə küçəsində, Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında baş vermiş və mübahisənin təxminən 5 dəqiqə davam etmişdir. Mübahisə olan zaman orada Səidənin tanışı Səkinə də olmuş və orada yaranmış səs-küyə tanımadığı 3-4 nəfər qadın toplaşmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi X2 iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Səidə mağazadan gələrkən rastlamışlar. Həmin vaxt o evə gedirdi. Səid də dostları ilə orada idi. Həmin vaxt Səidə söyüş söymüş və Səid Səidəni əli ilə vurmuşdur. Səidə həmin vaxt yerə yıxılmışdır. Oradan keçən Səidənin qonşusu Zərifə adlı qadın və tanımadığı 3-4 nəfər qadın Səidəyə yaxınlaşmışlar. Səidin yanında olan tanışı Elcan isə onun qolundan tutub oradan apardı. Sonra isə Səidəni ayağa qaldırmışlar və Səidə yaşadığı evə getmişdir. Bir neçə gün sonra Səidənin Səiddən şikayət etdiyini öyrənmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbiri seçmək haqqında” ” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermı” qətimkan tədbiri seçilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin 25 may 2024-cü il tarixli 288 nömrəli rəyindən görünür ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər; sağ göz yuvası altıüzün sağ yanaq və sol çənə bucağı nahiyyələrinin yumşaq toxumalarının şişkinlikləri, əllədikdə az ağrı fonunda qançırla müşahidə olunan hematomalı sahələr küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlirlər və dərəcələrinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. "Göyçay RMX" publik hüquqi şəxsdən alinmiş 08 iyul 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkoloq va psixiatrik kabinetdə qeydiyyatda yoxdur. Kəlbəcər rayon İcra Hakimiyyətinin Qılınclı kənd İƏD üzrə nümayəndəliyindən alinmiş arayişda və Göyçay şəhəri 2 nömrəli tam orta məktəbdan alinmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Göyçay şəhəri Ə. Kərim küçəsi ev 16, mənzil 12-də atasi Qanuni nümayəndə1 ilə birlikdə yaşayır, subaydir, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə başrışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, hal-hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Hüquqi məsələlər: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, məhkəməyədək icraat zamanı təqdim edilmiş material üzrə keçirilmiş müvafiq ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olubolmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. CM-nin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yetkinlik yaşına çatmamış şəxslərə cəza təyin edərkən məhkəmə hər bir konkret halda yeniyetmələrin həyat və məişət şəraitini, yaşlı şəxslərin onun davranışına mənfi təsiri barədə məlumatları, psixi inkişaf səviyyəsini, şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) dənəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayancəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58 ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsini, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş zərərin aradan qaldırılmasını, cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Nəticə: Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş ““yetkinlik yaşına çatmayanı valideyn nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Göyçay şəhəri, Ə.Kərim küçəsi ev 16, 12 saylı mənzili hər gün saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Göyçay şəhəri, Ə.Kərim küçəsi ev 16, 12 saylı mənzili hər gün saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Göyçay rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Göyçay rayon İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Göyçay rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 12 iş saatına görə 72 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Göyçay rayon Vəkil Bürosunun hesabına (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar